Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-232/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili Vəkil2, nümayəndəsi X5 İlkin iddia üzrə İddiaçı, birləşdirilmiş işdə ilkin iddia üzrə iddiaçı X6 Cavabdeh MMMCnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair ilkin, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMMC-nin cavabdeh İddiaçı və birləşdirilmiş işdə cavabdeh X10 qarşı “kommunal və əlavə fonda görə borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMMC-nə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ''Cavabdeh'' Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən İddiaçı ünvan 1 ünvanda yerləşən mənzili ilə bağlı hesablanmış ümumilikdə 1210 (bir min iki yüz on) manat məbləğdən ibarət əsassız borcun silinməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilin mülkiyyətçisidir. Qeyd edilən mənzilə dair İddiaçı mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2011-ci il tarixli, ******* saylı Çıxarışı ilə dövlət qeydiyyatına alınmışdır (qeyd edilən Çıxarış hazırkı ərizəyə əlavə edilmişdir). Bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 53 ünvanda yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binası, həmin bina üzrə mənzil mülkiyyətçilərinin idarəsindədir. Yəni həmin yaşayış binası üzrə mənzil mülkiyyətçiləri ''Cavabdeh'' Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təsis edərək bina idərəçiliyini öz üzərlərinə götürmüşdürlər. Həmçinin qeyd etmək istəyir ki, "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qanunvericiliyə müvafiq olaraq Dövlət Reystrində qeydiyyata alınmışdır. Məlumat üçün bildirir ki, qeyd edilən yaşayış binası üzrə, binanın idarə olunma xərcləri kimi mənzillərin otaq sayından asılı olaraq vahid qiymət müəyyənləşdirilmiş, həmin müəyyənləşdirilmiş məbləğ aylıq olaraq bina üzrə mənzil mülkiyyətçilərindən yığılmışdır. Bu məqsədlə həmin binada 3 otaqlı mənzillər üçün müəyyənləşdirilmiş aylıq ödəniş məbləği yay ayları üzrə 66 (altmış altı) manat, qış aylarında isə 98 (doxsan səkkiz) manat həddində müəyyən edilmişdir. Qeyd edilən aylıq ödənişlər binanın idarə olunması, liftlərin və digər zəruri qurğuların saxlanılması, binanın işıqlanması, abadlıq işləri, işçilərin maaşlarının ödənilməsi və sair bu kimi işlərin yerinə yetirilməsi məqsədi ilə mənzil mülkiyyətçilərindən hər ay yığılmışdır. Bildirir ki, mənzil mülkiyyətçisi İddiaçı uzun illərdən bu yana hər ay mülkiyyətində olan 3 otaqlı mənzilə görə binanın saxlanılma xərci kimi öhdəsinə düşən aylıq müəyyənləşdirilmiş həcmdən ibarət pul məbləğini aidiyyəti üzrə ödəmiş, bununla bağlı hər hansı yığılmış borcu olmamışdır. Hazırda tərəflər arasında borc münasibətlərinin yaranması Cəmiyyət tərəfindən yeni qaydaların müəyyən edilməsi, yeni tariflərlə bağlı kommunalların hesablanması olmuşdur. Cəmiyyət tərəfindən sakinlərə edilmiş müraciətdə də qeyd edilir ki, 15 yanvar 2020-ci il tarixində idarə heyətinin iclası keçirilmiş, həmin iclasda 10-12 nəfər sakin iştirak etmiş və yekun olaraq qərar qəbul olunmuş və kommunal ödənişlər artırılmışdır. Hər mənzilə hesablanmış "fond pulu" yəni iddiaçıya hesablanmış 1003 manat hansı qaydada hesablanması, hansı xərclərə sərf edilməsi ilə bağlı hesabat taqdim edilməmiş və qəbul edilmiş qərarın qanuniliyini şübhə altına alır. Binanı idarə olunması adı ilə bu qanunsuz tarif artırılması və fond pulu kimi hər mənzil mülkiyyətçisindən (iddiaçıdan) tələb olunan 1003 manat məbləğində ödəniş tələbinin qanunsuz olması ilə bağlı "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə bina üzrə mənzil mülkiyyətçiləri tərəfindən haqlı etirazlar edilsə də dəyişən bir şey olmamışdır. Bildirmək istəyir ki, "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyətinin, mənzil mülkiyyətçilərinin iradəsi ziddinə qəbul etdiyi bu qərarla müəyyən etdiyi artırılmış tarif üzrə ödənişə və fond pulu adı ilə tələb edilən 1000 (bir min) manat pula etiraz edən mənzil mülkiyyətçilərinə qanunsuz olaraq binanın liftlərindən qadağa tətbiq edilmişdir. Belə ki, qeyd edilən bina üzrə lift istifadəsi elektron təmas kartları ilə mümkündür, yəni mənzil mülkiyyətçiləri binadakı liftlərdən istifadə etmək üçün onlara təqdim edilmiş individual təmas kartlarından-"lift kartlarından" istifadə etməyə məcburdurlar. "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyətinin mənzil mülkiyyətçilərinin iradəsi ziddinə qəbul etdiyi tarif artımı və fond pulu ödənişi qərarına etiraz edən sakinlərin liftlərdən istifadə üçün nəzərdə tutulmuş təmas kartları-"lift kartları" bloklanmışdır. Bununla da qeyd edilən qanunsuz qərara etiraz edən mənzil mülkiyyətçilərinin "cəzalandırılması", qanunsuz qərarla artırılmış tariflərlə ödənişlərin edilməsini, fond pullu kimi hər mənzil üzrə 1003 manat pul ödənişini məcburən ödətmək məqsədi güdülmüşdür. Ərizəyə əlavə edilmiş qəbzlərin surətindən də görünür ki, iddiaçının bu günə kimi olan kommunal ödənişləri vaxtı-vaxtı da etmişdir. İddiaçı "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyətinin yuxarıda qeyd edilən qanunsuz qərarına etiraz edən mənzil mülkiyyətçilərindən olduğundan binanın liftlərindən istifadə üçün ona təqdim edilmiş individual təmas kartı-"lift kartı" bloklanmış, bu blokun götürülməsi üçün 1003 (bir min üç) manat fond pulu və artırılmış tariflərlə 207 (iki yüz yeddi) manat olmaqla, ona ümumilikdə hesablanmış 1210 (bir min iki yüz on) manat borcun ödənilməsi tələb edilmişdir. Bildirir ki, İddiaçı mənzili həmin binanın 10-cu mərtəbəsində yerləşir və qeyd edilən mərtəbəyə qalxıb düşmək liftsiz olduqca çətin haldır. Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı təqaüdçü olmaqla, orta yaşdan yuxarı olan bir şəxsdir. Yəni faktiki olaraq onun durumunda olan biri üçün liftsiz 10-cu mərtəbəyə qalxıb düşməyin özü demək olar ki, mümkünsüz hal olmaqla belə bir vəziyyətin davam etməsi həmin şəxsin həyat və sağlamlığı üçün əsaslı risk təşkil etməkdədir. Göründüyü kimi, qanunsuz və əsassız borcun ödənilməsini təmin etmək üçün mənzil mülkiyyətçisinin binanın liftindən istifadəsini, bununla da mülkiyyətindəki əmlakından sərbəst istifadəsini məhdudlaşdıran bu hərəkətlər qanunazidd olmaql yanaşı etik ormalara, humanizm prinsiplərinə də ziddir. Hesab edir ki, "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyətinin yuxarıda qeyd edilən qərarı qanunsuz qərar olmaqla, binanın idarə olunması məqsədi ilə ödənməmiş borc kimi İddiaçı yazılan 1210 (bir min iki yüz on) manat əsassız borc silinməlidir. Sadalananlara və istinad olunan hüquq normalarının tələblərinə əsasən hesab edir ki, hazırkı işə məhkəmə qaydasında baxılaraq hüquqi qiymət verilməli, İddiaçı qarşı yol verilən, onun qanunla qorunan hüquq və mənafelərinə zidd olan bu kimi qanunsuzluqlara son qoyulmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2(005)- 2684/2020 saylı qərardadı ilə iddiaçı X6 Cavabdeh MMMC-nə qarşı “əsassız borcun silinməsi” tələbinə dair 2(005)-2684/2020 saylı mülki işlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh MMMC-nə qarşı “əsassız borcun silinməsi” tələbinə dair 2(005)-2650/2020 saylı mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı X13 Cavabdeh MMMC-nə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ''Cavabdeh'' Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən X10 ünvan 2 ünvanda yerləşən mənzili ilə bağlı hesablanmış ümumilikdə 1210 (bir min iki yüz on) manat məbləğdən ibarət əsassız borcun silinməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X13 ünvan 2 ünvanda yerləşən 3 otaqlı mənzilin mülkiyyətçisidir. Qeyd edilən mənzilə dair İddiaçı mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2014-cü il tarixli, ******* saylı Çıxarışı ilə dövlət qeydiyyatına alınmışdır (qeyd edilən Çıxarış hazırkı ərizəyə əlavə edilmişdir). Bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 53 ünvanda yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binası, həmin bina üzrə mənzil mülkiyyətçilərinin idarəsindədir. Yəni həmin yaşayış binası üzrə mənzil mülkiyyətçiləri ''Cavabdeh'' Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təsis edərək bina idərəçiliyini öz üzərlərinə götürmüşdürlər. Həmçinin qeyd etmək istəyir ki, "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qanunvericiliyə müvafiq olaraq Dövlət Reystrində qeydiyyata alınmışdır. Məlumat üçün bildirir ki, qeyd edilən yaşayış binası üzrə, binanın idarə olunma xərcləri kimi mənzillərin otaq sayından asılı olaraq vahid qiymət müəyyənləşdirilmiş, həmin müəyyənləşdirilmiş məbləğ aylıq olaraq bina üzrə mənzil mülkiyyətçilərindən yığılmışdır. Bu məqsədlə həmin binada 3 otaqlı mənzillər üçün müəyyənləşdirilmiş aylıq ödəniş məbləği yay ayları üzrə 66 (altmış altı) manat, qış aylarında isə 98 (doxsan səkkiz) manat həddində müəyyən edilmişdir. Qeyd edilən aylıq ödənişlər binanın idarə olunması, liftlərin və digər zəruri qurğuların saxlanılması, binanın işıqlanması, abadlıq işləri, işçilərin maaşlarının ödənilməsi və sair bu kimi işlərin yerinə yetirilməsi məqsədi ilə mənzil mülkiyyətçilərindən hər ay yığılmışdır. Bildirir ki, mənzil mülkiyyətçisi İddiaçı uzun illərdən bu yana hər ay mülkiyyətində olan 3 otaqlı mənzilə görə binanın saxlanılma xərci kimi öhdəsinə düşən aylıq müəyyənləşdirilmiş həcmdən ibarət pul məbləğini aidiyyəti üzrə ödəmiş, bununla bağlı hər hansı yığılmış borcu olmamışdır. Hazırda tərəflər arasında borc münasibətlərinin yaranması Cəmiyyət tərəfindən yeni qaydaların müəyyən edilməsi, yeni tariflərlə bağlı kommunalların hesablanması olmuşdur. Cəmiyyət tərəfindən sakinlərə edilmiş müraciətdə də qeyd edilir ki, 15 yanvar 2020-ci il tarixində idarə heyətinin iclası keçirilmiş, həmin iclasda 10-12 nəfər sakin iştirak etmiş və yekun olaraq qərar qəbul olunmuş və kommunal ödənişlər artırılmışdır. Hər mənzilə hesablanmış "fond pulu" yəni iddiaçıya hesablanmış 1003 manat hansı qaydada hesablanması, hansı xərclərə sərf edilməsi ilə bağlı hesabat taqdim edilməmiş və qəbul edilmiş qərarın qanuniliyini şübhə altına alır. Binanı idarə olunması adı ilə bu qanunsuz tarif artırılması və fond pulu kimi hər mənzil mülkiyyətçisindən (iddiaçıdan) tələb olunan 1003 manat məbləğində ödəniş tələbinin qanunsuz olması ilə bağlı "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə bina üzrə mənzil mülkiyyətçiləri tərəfindən haqlı etirazlar edilsə də dəyişən bir şey olmamışdır. Bildirmək istəyir ki, "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyətinin, mənzil mülkiyyətçilərinin iradəsi ziddinə qəbul etdiyi bu qərarla müəyyən etdiyi artırılmış tarif üzrə ödənişə və fond pulu adı ilə tələb edilən 1003 manat pula etiraz edən mənzil mülkiyyətçilərinə qanunsuz olaraq binanın liftlərindən qadağa tətbiq edilmişdir. Belə ki, qeyd edilən bina üzrə lift istifadəsi elektron təmas kartları ilə mümkündür, yəni mənzil mülkiyyətçiləri binadakı liftlərdən istifadə etmək üçün onlara təqdim edilmiş individual təmas kartlarından-"lift kartlarından" istifadə etməyə məcburdurlar. "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyətinin mənzil mülkiyyətçilərinin iradəsi ziddinə qəbul etdiyi tarif artımı və fond pulu ödənişi qərarına etiraz edən sakinlərin liftlərdən istifadə üçün nəzərdə tutulmuş təmas kartları-"lift kartları" bloklanmışdır. Bununla da qeyd edilən qanunsuz qərara etiraz edən mənzil mülkiyyətçilərinin "cəzalandırılması", qanunsuz qərarla artırılmış tariflərlə ödənişlərin edilməsini, fond pullu kimi hər mənzil üzrə 1003 manat pul ödənişini məcburən ödətmək məqsədi güdülmüşdür. Ərizəyə əlavə edilmiş qəbzlərin surətindən də görünür ki, iddiaçının bu günə kimi olan kommunal ödənişləri vaxtı-vaxtı da etmişdir. İddiaçı "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyətinin yuxarıda qeyd edilən qanunsuz qərarına etiraz edən mənzil mülkiyyətçilərindən olduğundan binanın liftlərindən istifadə üçün ona təqdim edilmiş individual təmas kartı-"lift kartı" bloklanmış, bu blokun götürülməsi üçün 1003 (bir min üç) manat fond pulu və artırılmış tariflərlə 207 (iki yüz yeddi) manat olmaqla, ona ümumilikdə hesablanmış 1210 (bir min iki yüz on) manat borcun ödənilməsi tələb edilmişdir. Bildirir ki, İddiaçı mənzili həmin binanın 11-ci mərtəbəsində yerləşir və qeyd edilən mərtəbəyə qalxıb düşmək liftsiz olduqca çətin haldır. Eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı təqaüdçü olmaqla, orta yaşdan yuxarı olan bir şəxsdir. Yəni faktiki olaraq onun durumunda olan biri üçün liftsiz 11-ci mərtəbəyə qalxıb düşməyin özü demək olar ki, mümkünsüz hal olmaqla belə bir vəziyyətin davam etməsi həmin şəxsin həyat və sağlamlığı üçün əsaslı risk təşkil etməkdədir. Göründüyü kimi, qanunsuz və əsassız borcun ödənilməsini təmin etmək üçün mənzil mülkiyyətçisinin binanın liftindən istifadəsini, bununla da mülkiyyətindəki əmlakından sərbəst istifadəsini məhdudlaşdıran bu hərəkətlər qanunazidd olmaql yanaşı etik ormalara, humanizm prinsiplərinə də ziddir. Hesab edir ki, "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyətinin yuxarıda qeyd edilən qərarı qanunsuz qərar olmaqla, binanın idarə olunması məqsədi ilə ödənməmiş borc kimi İddiaçı yazılan 1210 (bir min iki yüz on) manat əsassız borc silinməlidir. Sadalananlara və istinad olunan hüquq normalarının tələblərinə əsasən hesab edir ki, hazırkı işə məhkəmə qaydasında baxılaraq hüquqi qiymət verilməli, İddiaçı qarşı yol verilən, onun qanunla qorunan hüquq və mənafelərinə zidd olan bu kimi qanunsuzluqlara son qoyulmalıdır. Cavabdeh MMMC nümayəndəsi və vəkili Vəkil2 cavabdeh İddiaçı qarşı “kommunal və əlavə fonda görə borcun ödənilməsi” tələbinə dair 30 oktyabr 2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 207 (iki yüz yeddi) manat məbləğində ödənilməmiş kommunal borcun, 1003 (bir min üç) manat məbləğində əlavə fond üçün ödənilməmiş borcun, ümumilikdə 1210 (bir min iki yüz on) manat məbləğində pulun tutularaq, "Cavabdeh" MMMC- nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin icraatında ilk iddia üzrə İddiaçı "Cavabdeh" MMMC-yə qarşı "əsassız borcun silinməsi" tələbinə dair 2(005)- 2650/2020 nömrəli mülki iş vardır. İlkin iddia tələbi ondan ibarətdir ki, "Cavabdeh" MMMC tərəfindən İddiaçı ünvan 1 ünvanda yerləşən mənzil ilə bağlı hesablanmış ümumilikdə 1210 (bir min iki yüz on) manat məbləğində əsassız borc silinməlidir. Aşağıda qeyd olunan əsaslara görə hesab edirlər ki, hazırki mülki iş üzrə ilk iddia rədd olunmalı, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir. İlkin iddia ərizəsində qeyd olunduğu kimi, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Hal-hazırda İddiaçı 1210 (bir min iki yüz on) manat məbləğində "Cavabdeh" MMMC-yə debitor borcu yaranmış və ilkin iddia üzrə iddiaçı həmin borcun ödənilməsindən imtina edir. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd olunan debitor borcdan 207 (iki yüz yeddi) manatı kommunal borcdur. Belə ki, İddiaçı 2020-ci ilin aprel, may və iyun ayları üçün ümumilikdə 312 (üç yüz on iki) manat məbləğində borcu yaranmış, 19.06.2020-ci il tarixində həmin borcdan yalnız 143 (bir yüz qırx üç) manat ödənilmiş və 169 (bir yüz altmış doqquz) manat məbləğində borcu qalmışdır. Daha sonra, bu borc məbləği 273 (iki yüz yetmiş üç) manat olmuş və 07.07.2020-ci il tarixində bu borc məbləğindən yalnız 66 (altmış altı) manatı ödənilmişdir. Yekun olaraq, İddiaçı 207 (iki yüz yeddi) manat ödənilməmiş kommunal borcu yaranmışdır. Bununla yanaşı, İddiaçı 1003 (bir min üç) manat məbləğində əlavə fonda borcu vardır. "Cavabdeh" MMMC-nin ümumi yığıncağının 05.08.2019-cu il tarixində keçirilmiş iclasında cəmiyyətin yaşayış kompleksinin istilik təchizatının bərpa və yenidənqurulması, abadlıq işləri, cari təmir, liftlərə kart və nəzarət sistemlərini quraşdırılması və sair üçün əlavə fondu yaradılmışdır. Həmin Qərara əsasən, əlavə fond üçün toplanılan məbləğ hər kv.metr üçün 6.75 AZN müəyyən edilmişdir. İddiaçı məxsus mənzil 3 (üç) otaqlı olduğundan, əlavə fond üçün ödənişin məbləği 1003 (bir min üç) manat məbləğində müəyyən edilmişdir. Həmin Qərar qüvvəyə mindikdən sonra, yaşayış kompleksində yaşayan səxslərin 90 faizi qeyd olunan fond pulunun ödənişini həyata keçirtmişlər. İlkin iddia ərizəsində qeyd edilmişdir ki, 15.01.2020ci il tarixində "Cavabdeh" MMMC-nin İdarə Heyətinin iclası keçirilmiş və kommunal ödənişlərin artırılması ilə bağlı qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, kommunal xidmətlərə görə müəyyən olunan ödənişlərin artırılması qanunsuzdur və bu səbəbdən həmin tariflə ödənişlərin edilməsindən imtina edir. Məhkəmənin nəzərinə çatdırırlar ki, kommunal xidmətə görə ödənişlərin artırılması haqqında qərar iddia ərizəsində qeyd olunduğu kimi, 15.01.2020-ci il tarixində deyil, "Cavabdeh" MMMC-nin ümumi yığıncağının 02.03.2020-ci il tarixində keçirilmiş iclasında qəbul edilmişdir. Qərara əsasən, yeni tariflər 2020-ci ilin aprel ayından etibarən qüvvəyə minmişdir. Bununla yanaşı bildirir ki, 02.03.2020-ci il tarixində keçirilmiş iclasda "Cavabdeh" MMMC-nin 112 nəfər iştirakçısı iştirak etmişdir. İştirakçılardan kommunal xidmətə görə ödənişlərin artırılması haqqında qərarın qəbulu ilə bağlı 98 nəfər leyhinə, 14 nəfər isə əleyhinə səs vermişdir. Ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərar qüvvəyə mindikdən sonra, İddiaçı tərəfindən 01.04.2020-ci il tarixində 98 (doxsan səkkiz) manat, 19.06.2020-ci il tarixində 143 (bir yüz qırx üç) manat, 07.07.2020-ci il tarixində 66 (altmış altı) manat, ümumilikdə 307 (üç yüz yeddi) manat məbləğində pul ödənilmişdir. Bununla da İddiaçı "Cavabdeh" MMMC-nin 02.03.2020-ci il tarixində ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarına öz razılığını bildirmişdir. Cavabdeh MMMC nümayəndəsi və vəkili Vəkil2 cavabdeh X10 qarşı “kommunal və əlavə fonda görə borcun ödənilməsi” tələbinə dair 18 noyabr 2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 585 (beş yüz səksən beş) manat məbləğində öda nəmiş kommunal borcun, 1003 (bir min üç) manat məbləğində əlavə fond üçün ödənilməmiş jorcun, ümumilikdə 1588 (bir min beş yüz səksən səkkiz) manat məbləğində pulun tutularaq, "Cavabdeh" MMMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin icraatında ilk iddia üzrə iddiaçı X7 "Cavabdeh" MMMC-yə qarşı "əsassız borcun silinməsi" tələbinə dair 2(005)-2650/2020 nömrəli mülki iş vardır. İlkin iddia tələbi ondan ibarətdir ki, "Cavabdeh" MMMC tərəfindən X11 ünvan 3 ünvanda yerləşən mənzil ilə bağlı hesablanmış ümumilikdə 1210 (bir min iki yüz on) manat məbləğində əsassız borc silinməlidir. Aşağıda qeyd olunan əsaslara görə hesab edirlər ki, hazırki mülki iş üzrə ilk iddia rədd olunmalı, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir. İlkin iddia ərizəsində qeyd olunduğu kimi, Bak şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 53, mənzil 42 ünvanında yerləşən yaşayış sahəsi X7 mülkiyyətindədir. Halhazırda A.A.Hacıyevanın 1588 (bir min beş yüz səksən səkkiz) manat məbləğində "Cavabdeh" MMMC-yə debitor borcu yaranmış və ilkin iddia üzrə iddiaçı həmin borcun ödənilməsindən imtina edir. Məhkəmənin nəzərinə çatdırırlar ki, qeyd olunan debitor borcdan 585 (beş yüz səksən beş) manatı kommunal borcdur. Belə ki, A.A.Hacıyevanın 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr və oktyabr ayları üçün ümumilikdə 585 (beş yüz səksən beş) manat məbləğində borcu yaranmış, 03.04.2020-ci il tarixində həmin borcdan 294 (iki yüz doxsan dörd) manat, 16.06.2020-ci il tarixində həmin borcdan 143 (bir yüz qırx üç) manat ödənilmişdir. Yekun olaraq, A.A.Hacıyevanın 585 (beş yüz səksən beş) manat ödənilməmiş kommunal borcu yaranmışdır. Bununla yanaşı, A.A.Hacıyevanın 1003 (bir min üç) manat məbləğində əlavə fonda borcu vardır. "Cavabdeh" MMMC-nin ümumi yığıncağının 05.08.2019-cu il tarixində keçirilmiş iclasında cəmiyyətin yaşayış kompleksinin istilik təchizatının bərpa və yenidənqurulması, abadlıq işləri, cari təmir, liftlərə kart və nəzarət sistemlərini quraşdırılması və sair üçün əlavə fondu yaradılmışdır. Həmin Qərara əsasən, əlavə fond üçün toplanılan məbləğ hər kv.metr üçün 6.75 AZN müəyyən edilmişdir. A.A.Hacıyevaya məxsus mənzil 3 (üç) otaqlı olduğundan, əlavə fond üçün ödənişin məbləği 1003 (bir min üç) manat məbləğində müəyyən edilmişdir. Həmin Qərar, qüvvəyə mindikdən sonra, yaşayış kompleksində yaşayan səxslərin 90 faizi qeyd olunan fond pulunun ödənişini həyata keçirtmişlər. İlkin iddia ərizəsində qeyd edilmişdir ki, 15.01.2020-ci il tarixində "Cavabdeh" MMMC-nin İdarə Heyətinin iclası keçirilmiş və kommunal ödənişlərin artırılması ilə bağlı qərar qəbul edilmişdir. A.A.Hacıyeva hesab edirlər ki, kommunal xidmətlərə görə müəyyən olunan ödənişlərin artırılması qanunsuzdur və bu səbəbdən həmin tariflə ödənişlərin edilməsindən imtina edir. Məhkəmənin nəzərinə çatdırırlar ki, kommunal xidmətə görə ödənişlərin artırılması haqqında qərar iddia ərizəsində qeyd olunduğu kimi, 15.01.2020-ci il tarixində deyil, "Cavabdeh" MMMC-nin ümumi yığıncağının 02.03.2020-ci il tarixində keçirilmiş iclasında qəbul edilmişdir. Qərara əsasən, yeni tariflər 2020-ci ilin aprel ayından etibarən qüvvəyə minmişdir. Bununla yanaşı bildirirlər ki, 02.03.2020-ci il tarixində keçirilmiş iclasda "xxxx" MMMC-nin 112 nəfər iştirakçı iştirak etmişdir. İştirakçılardan kommunal xidmətə görə ödənişlərin artırılması haqqında qərarın qəbulu ilə bağlı 98 nəfər leyhinə, 14 nəfər isə əleyhinə səs vermişdir. Lakin bütün bunlara baxmayaraq, A.A.Hacıyeva "Cavabdeh" MMMC-nin 05.08.2019-ci il və 02.03.2020-ci il tarixində keçirilmiş ümumi yığıncağında qəbul olunan qərarların icrasını təmin etməmişdir. Belə olan halda, "Cavabdeh" MMMC həm Mənzil Məcəlləsinə, həm də cəmiyyətin Nizamnaməsinə əsasən, mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquq vardır. Qarşılıqlı iddia ərizələri icraata qəbul edilərək, ona ilkin iddia ərizələri ilə bir icraatda baxılması qərara alınmışdır. Daha sonra Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı 402 (dörd yüz iki) manat məbləğində ödənilməmiş kommunal borcun, 1003 (bir min üç) manat məbləğində əlavə fond üçün ödənilməmiş borcun, ümumilikdə 1405 (bi min dörd yüz beş) manat məbləğində pulun tutularaq, "Cavabdeh" MMMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərinin dəqiqləşdirilməsinə dair qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə cavabdeh "Cavabdeh" MMMC tərəfindən iddiaçıya qarşı qarşılıqlı iddia irəli sürülümü və İddiaçı 207 (iki yüz yeddi) manat məbləğində ödənilməmiş kommunal borcun, 1003 (bir min üç) manat məbləğində əlavə fond üçün ödənilməmiş borcun, ümumilikdə 1210 (bi min iki yüz on) manat məbləğində pulun tutularaq, "Cavabdeh" MMMC-nin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin hal-hazırda İddiaçı kommunal xidmətlərə görə borcu 402 (dörd yüz iki) manat təşkil edir. Eyni zamanda qarşılıqlı iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, X2 ünvan 2 yə görə 1209 (bir min iki yüz doqquz) manat məbləğində ödənilməmiş kommunal borcun, Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 53, mənzil 39-a görə 831 (səkkiz yüz otuz bir) mana məbləğində ödənilməmiş kommunal borcun, ümumilikdə 2040 (iki min qırx) manat ödənilməmiş kommunal borcun, 1003 (bir min üç) manat məbləğində əlavə fond üçün ödənilməmiş borcun ümumilikdə 3043 (üç min qırx üç) manat məbləğində pulun tutularaq, "Cavabdeh" MMMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərinin dəqiqləşdirilməsinə dair qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə cavabdeh "Cavabdeh" MMMC tərəfindən iddiaçıya qarşı qarşılıqlı iddia irəli sürülümüş və X2 585 (beş yüz səksən beş) manat məbləğində ödənilməmiş kommunal borcun, 1003 (bir min üç) manat məbləğində əlavə fond üçün ödənilməmiş borcun, ümumilikdə 1588 (bi min beş yüz səksən səkkiz) manat məbləğində pulun tutularaq, "Cavabdeh" MMMC-nin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin hal-hazırda X6 ünvan 2-nin kommunal xidmətlərə görə borcu 1209 (bir min iki yüz doqquz) manat, həmin evdə mənzil 39-un kommunal xidmətinə görə borcu 831 (səkkiz yüz otuz bir) manat təşkil edir. Beləliklə kommunal xidmətlərə görə ümumi borc məbləği 2040 (iki min qırx) manat təşkil edir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMMC-nin nümayəndəsi və vəkili Vəkil2, habelə nümayəndəsi X14 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ilkin iddia ərizəsini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçıya, birləşdirilmiş işdə ilkin iddia üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər, lakin ilkin iddia üzrə iddiaçı, birləşdirilmiş işdə ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə ilkin iddia üzrə iddiaçıların nümayəndəsinin (vəkilinin) iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı, birləşdirilmiş işdə ilkin iddia üzrə iddiaçı X6 nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələblərini müdafiə edərək, qarşılıqlı iddia tələbinə yazılı etiraz təqdim edərək, ilkin iddia tələblərinin təmin edilməsini, qarşılıqlı iddia tələblərinin isə rədd edilməsini xahiş etmişdir. Yazılı etirazlar onunla əsaslandırılmışdır ki, bildirir ki, hüquqlarını vəkil qismində müdafiə etdiyi və nümayəndəsi olduğu ilkin iddia üzrə İddiaçı adından iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" MMMC tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili ilə bağlı hesablanmış ümumilikdə 1210 (bir min iki yüz on) manat məbləğdən ibarət əsassız borcun silinməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 53 ünvanında yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binası, həmin bina üzrə mənzil mülkiyyətçilərinin idarəsindədir. Yəni həmin yaşayış binası üzrə mənzil mülkiyyətçiləri "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini təsis edərək, bina idarəçiliyini öz üzərlərinə götürmüşdürlər. Qeyd edirlər ki, "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qanunvericiliyə müvafiq olaraq Dövlət Reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən ünvanda yerləşən çoxmənzilli binanın idarə olunma xərcləri kimi mənzillərin otaq sayından asılı olaraq vahid qiymət müəyyənləşdirilmiş, həmin müəyyənləşdirilmiş məbləğ aylıq olaraq bina üzrə mənzil mülkiyyətçilərindən yığılmışdır. Bu məqsədlə həmin binada 3 otaqlı mənzillər üçün müəyyənləşdirilmiş aylıq ödəniş məbləği yay ayları üzrə 66 (altmış altı) manat, qış aylarında isə 98 ( doxsan səkkiz) manat həddində müəyyən edilmişdir. Qeyd edilən aylıq ödənişlər binanın idarə olunması, liftlərin və digər zəruri qurğuların saxlanılması, binanın işıqlanması, abadlıq işləri, işçilərin maaşlarının ödənilməsi və sair bu kimi işlərin yerinə yetirilməsi məqsədi ilə mənzil mülkiyyətçilərindən hər ay yığılmışdır. Bildirirlər ki, mənzil mülkiyyətçisi İddiaçı uzun illərdən bu yana hər ay mülkiyyətində olan 3 otaqlı mənzilə görə binanın saxlanılma xərci kimi öhdəsinə düşən aylıq müəyyənləşdirilmiş həcmdən ibarət pul məbləğini aidiyyəti üzrə ödəmiş, bununla bağlı hər hansı yığılmış borcu olmamışdır. Hazırda tərəflər arasında borc münasibətlərinin yaranması Cəmiyyət tərəfindən yeni qaydaların müəyyən edilməsi, yeni tariflərlə bağlı komunalların hesablanması olmuşdur. Cəmiyyət tərəfindən sakinlərə edlmiş müraciətdə də qeyd edilir ki, 15 yanvar 2020-ci il tarixində idarə heyətinin iclası keçirilmiş, həmin iclasda 10-12 nəfər sakin iştirak etmiş və yekun olaraq qərar qəbul olunmuş, kommunal ödənişlər artırılmışdır. Hər mənzilə hesablanmış fond pulu yəni iddiaçıya hesablanmış 1003 manat məbləğin hansı qaydada hesablanması, hansı xərclərə sərf edilməsi ilə bağlı hesabat təqdim edilməmiş və bu vəziyyət qəbul olumuş qərarın qanuniliyini şübhə altına almışdır. Hesab edirlər ki, "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yuxarıda qeyd olunan hərəkətlərinin heç bir hüquqi əsası yoxdur və ödənməmiş borc kimi X3 yazılan 207 manat kommunal, 1003 manat fond pulu, ümumilikdə 1210 manat borc silinməlidir. Bunadan əlavə, "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, X1 402 manat məbləğində ödənilməmiş kommunal borcun, 1003 manat məbləğində əlavə fond üçün öənilməmiş borcun, ümumilikdə 1405 manat məbləğində pulun tutulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin tələbi tamamilə qanunsuzdur və heç bir əsası yoxdur. Belə ki, "Cavabdeh" MMMC tərəfindən hesablanan 1003 manat "fond pulu" nun hansı əsaslarla tələb olunması mənzil mülkiyyətçilərinə məlum deyildir və bununla bağlı mənzil mülkiyyətçilərinə hesabat təqdim edilməmişdir. Bu səbəbdən bina sakinləri qanuna uyğun olaraq tərəflər arasında əvvəldən müqavilə əsasında razılaşdırılan yay ayları üzrə 66 (altmış altı) manat, qış aylarında isə 98 (doxsan səkkiz) manat həddində olan məbləği ödəməkdədirlər. Fond pulu adından yığılan məbləğ və sonradan artırılan tariflərə uyğun kommunal məbləği ödənilmədikdə isə binanın liftlərindən istifadəyə qadağa tətbiq edilmişdir. Belə ki, qeyd edilən binada liftdən istifadə elektron təmas kartları ilə mümkündür, yəni mülkiyyətçilər onlara təqdim edilən "lift kartlarından” istifadə etməyə məcburdurlar. "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyətinin, mənzil mülkiyyətçilərinin iradəsi ziddinə qəbul etdiyi tarif artımı və fond pulu ödənişi qərarına etiraz edən sakinlərin liftlərdən istifadə üçün nəzərdə tutulmuş lift kartları bloklanmışdır. Hesab edirlər ki, binanın saxlanılması, liftlərə nəzarət və kart sisteminin quraşdırılması, abadlıq işləri üçün tələb olunan məbləğlər mənzil sakinləri tərəfindən ödənilən kommunal xərclərindən çıxılmalıdır. Çoxmənzilli binanın lazımi sanitariya və texniki vəziyyətini təmin etmək, normal fəaliyyətə maneçilik törədən üçüncü şəxslərin qarşısını almaq və mövcud problemləri aradan qaldırmaq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin vəzifəsi olduğu halda, bu kimi hallar bilavasitə cəmiyyət tərəfindən həyata keçirilməktədir. Habelə bildirir ki, hüquqlarını vəkil qismində müdafiə etdiyi və nümayəndəsi olduğu ilkin iddia üzrə iddiaçı X6 adından iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən X10 ünvan 2 ünvanında yerləşən mənzili ilə bağlı hesablanmış ümumilikdə 1210 (bir min iki yüz on) manat məbləğdən ibarət əsassız borcun silinməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 53 ünvanında yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binası, həmin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəsindədir. "Cavabdeh" Mənzil Mükliyyətçilərinin Müştərək Cəmiyyəti qanunvericiliyə müvafiq olaraq Dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən yaşayış binası üzrə binamı idarə olunma xərcləri kimi mənzillərin otaq sayından asılı olaraq vahid qiymət müəyyənləşdirilmiş, həmin müəyyənləşdirilmiş məbləğ aylıq olaraq bina üzrə mənzil mülkiyyətçilərindən yığılmışdır. Bu məqsədlə həmin binada 3 otaqlı mənzillər üçün müəyyənləşdirilmiş aylıq ödəniş məbləği yay ayları üzrə 66 (altmış altı) manat, qış aylarında isə 98 (doxsan səkkiz) manat həddində müəyyən edilmişdir. Qeyd edilən aylıq ödənişlər binanın idarə edilməsi, liftlərin və digər zəruri qurğuların saxlanılması, binanın işıqlanması, abadlıq işləri, işçilərin maaşlarının ödənilməsi və sair bu kimi işlərin yerinə yetirilməsi məqsədi ilə mənzil mülkiyyətçilərindən hər ay yığılmışdır. Bildirirlər ki, mənzil mülkiyyətçisi X13 uzun illərdən bu yana hər ay mülkiyyətində olan 3 otaqlı mənzilə görə binanın saxlanılma xərci kimi öhdəsinə düşən aylıq müəyyənləşdirilmiş həcmdən ibarət pul məbləğini aidiyyəti üzrə ödəmiş, bunula bağlı hər hansı yığılmış borcu olmamışdır. Hazırda tərəflər arasında borc münasibətlərinin yaranması, Cəmiyyət tərəfindən yeni qaydaların müəyyən edilməsi, yeni tariflərlə bağlı komunalların hesablanması olmuşdur. Cəmiyyət tərəfindən sakinlərə edilmiş müraciətdə də qeyd edilir ki, 15 yanvar 2020-ci il tarixində idarə heyətinin iclası keçirilmiş, həmin iclasda 10-12 nəfər sakin iştirak etmiş və yekun olaraq qərar qəbul olunmuş və kommunal ödənişlər artırılmışdır. Hər mənzilə hesablanmış "fond pulu" yəni iddiaçıya hesablanmış 1003 manat hansı qaydada hesablanması, hansı xərclərə sərf edilməsi ilə bağlı hesabat təqdim edilməmiş və qəbul edilmiş qərarın qanuniliyini şübhə altına almışdır. Hesab edirlər ki, "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyətinin yuxarıda qeyd olunan hərəkətlərinin heç bir hüquqi əsası yoxdur və ödənilməmiş borc kimi X10 yazılan 1200 (bir min iki yüz on) manat əsassız borc silinməlidir. Bundan əlavə, "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, X2 ünvan 2-yə görə 1209 (bir min iki yüz doqquz) manat məbləğində ödənilməmiş kommunal borcun, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 53, mənzil 39-a görə 831 (səkkiz yüz otuz bir) manat məbləğində ödənilməmiş kommunal borcun, ümumilikdə 2040 (iki min qırx) manat ödənilməmiş kommunal borcun, 1003 (bir min üç) manat məbəğində əlavə fond üçün Ödənilməmiş borcun ümumilikdə 3043 (üç min qırx üç) manat məbləğində pulun tutularaq, "Cavabdeh" MMMC- nin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş elmişdir. Hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" MMMC tərəfindən irəli sürülən tələb tamamilə əsassız və qanunsuzdur. İlkin olaraq qeyd edək ki, "Cavabdeh" MMMC qarşılıqlı iddia üzrə cavabdeh X4 Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 53, mənzil 39-a görə 831 (səkkiz yüz otuz bir) manat məbləğində borc olduğunu iddia etmiş və həmin borcun ödənilməsi ilə bağlı tələb irəli sürmüşdür. Göstərilənlərə əsasən, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" MMMC-nin cavabdeh X10 Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 53, mənzil 39-a görə 831 (səkkiz yüz otuz bir) manat tələb etməsi tamamilə əsassızdır. Digər tərəfdən, yuxarıda da qeyd etdiyi kimi, "Cavabdeh" MMMC tərəfindən hesablanan 1003 manat "fond pulu"nun hansı əsaslarla tələb olunması mənzil mülkiyyətçilərinə məlum deyildir və bununla bağlı mənzil mülkiyyətçilərinə hesabat təqdim edilməmişdir. Bu səbəbdən bina sakinləri qanuna uyğun olaraq tərəflər arasında əvvəldən müqavilə əsasında razılaşdırılan yay ayları üzrə 66 ( altmış altı) manat, qış aylarında isə 98 (doxsan səkkiz) manat həddində olan məbləği ödəməkdədirlər, fond pulu adından yığılan məbləğ və sonradan artırılan tariflərə uyğun kommunal məbləği ödənilmədikdə isə binanın liftlərindən istifadəyə qadağa tətbiq edilmişdir. Belə ki, qeyd edilən binada liftdən istifadə elektron təmas kartları ilə mümkündür, yəni mülkiyyətçilər onlara təqdim edilən "lift kartlarından" istifadə etməyə məcburdurlar. "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyətinin mənzil mülkiyyətçilərinin iradəsi ziddinə qəbul etdiyi tarif artımı və fond pulu ödənişi qərarına etiraz edən sakinlərin liftlərdən istifadə üçün nəzərdə tutulmuş lift kartları bloklanmışdır. Hesab edirlər ki, binanın saxlanılması, liftlərə nəzarət və kart sisteminin quraşdırılması, abadlıq işləri üçün tələb olunan məbləğlər mənzil sakinləri tərəfindən ödənilən kommunal xərclərindən çıxılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh" MMMC mənzil mülkiyyətçilərindən "fond pulu" adı ilə bu məbləği heç bir əsası olmadan təkrar tələb etməkdədir. Çoxmənzilli binanın lazımi sanitariya və texniki vəziyyətini təmin etmək normal fəaliyyətə maneçilik törədən üçüncü şəxslərin qarşısını almaq və mövcud problemləri aradan qaldırmaq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin vəzifəsi olduğu halda, bu kimi hallar bilavasitə cəmiyyət tərəfindən həyata keçirilməkdədir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbləri təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən Cavabdeh MMMC-nin qanuni təmsilçisi X8 ünvanlandığı 16.07.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, məhkəməyə qədər pretenziya qaydasında sadalanan maneələrin aradan qaldırılması, ünvan 5 ünvanında yerləşən mənzilin xüsusi mülkiyyət növü ilə tam mülkiyyətçisi olan İddiaçı öz mülkiyyətindən sərbəst şəkildə istifadə etməsi, onunla bağlı sərəncam verilməsi üçün tədbirlər görülməsi xahiş olunmuşdur. Cavabdeh MMMC-nin İdarə Heyəti tərəfindən sakinlərə ünvanlanmış 05.05.2020-ci il tarixli müraciətin surətində qeyd edilir ki: “Nərimanov 19 MMMC - nin İdarə Heyəti COVİD- 19 pandemiyası ilə əlaqədar vəziyyəti nəzərə alaraq qərara almış olduğu qazanxananın çalışma müddətini 1 aprel tarixindən 10 aprel tarixinə, daha sonra isə 15 aprel tarixinə qədər uzatmışdır. Bəzi sakinlərimiz kütləvi informasiya vasitələrində rastlaşdığı məlumatlara əsasən dövlət tərəfindən istiliyin 25 aprel tarixinə qədər verilməsi barədə məlumat əldə etmişdilər. Lakin nəzərə alaq ki. Nazirlər Kabineti tərəfindən verilən tapşırıq “xxxx” ASC -ə bir başa ünvanlanmış, qeyd olunan qurum isə yalnız dövlət balansında olan binaları istilik enerjisi ilə təmin edir. Bizim binalarımızdakı mülkiyyətimizin özəl olduğunu nəzərə alaraq bu qurumun bizim Cəmiyyətə heç bir aidiyyatı yoxdur. Qazanxananın istilik enerjisinin verilməsi ilə əlaqədar fəaliyyətinin uzadılması yalnız İdarə Heyəti tərəfindən qərarla tənzimlənir və müddətin uzadılmasına əlavə vəsait yığılması halıda baş tuta bilər. Sizlərdən xahiş olunur ki, aprel ayı üçün olan kommunal ödənişlərinizi yeni təyin olunmuş tariflərlə ödəyəsiniz.” 04.08.2019-cu il tarixli Cavabdeh MMMC-nin ümumi Yığıncağının Protokolundan görünür ki, Cavabdeh MMMC-nin yaşayış komplekslərinin (Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 53 və ünvan 8 ünvanlarda yerləşən yaşayış binaları) istilik təchizatının bərpa və yenidənqurulması, abadlıq işləri, cari təmir, liftlərə kart və nəzarət sistemlərini quraşdırılması və s. üçün əlavə fondun yaradılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 53, 38 saylı mənzil İddiaçı tam mülkiyyətindədir və Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1330 nömrəli reyestr kitabının 121428 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən RX seriyalı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 53, 42 saylı mənzil X6 tam mülkiyyətindədir və Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1252 nömrəli reyestr kitabının 113979 nömrəli vərəqində qeydiyyata alınmışdır. X6 adına olan 01.11.2019-19.04.2021-ci il tarixli hesabdan çıxarışın surətindən görünür ki, X6 Bakı şəhəri S.Rəhman küçəsi ev 53 mənzil 42 üçün Cavabdeh MMMC-yə 1209 manat, Bakı şəhəri S.Rəhman küçəsi ev 53 mənzil 39 üçün Cavabdeh MMMC-yə 831 manat məbləğində borcu vardır. İddiaçı adına olan 01.11.2019-19.04.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMMC-yə 402 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında 1119-MM6-0132 qeydiyyat nömrəli şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh MMMC 08.07.2019-cu il tarixdə hüquqi şəxs qismində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrindən 05/3588-14 saylı çıxarışının surətindən görünür ki, Cavabdeh MMMC-nin fealiyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. Cavabdeh MMMC İdarə Heyətinin 03 saylı, 05.08.2019-cu il tarixli qərarının surətindən görünür ki, MMMC-nin Yaşayış Kompleksinin istilik təchizatının bərpa və yenidənqurulması, abadlıq işləri, cari təmir, liftlərə kart və nəzarət sistemlərini quraşdırılması və s. üçün əlavə fond yaradılması və MMMC-nin Yaşayış Komleksinin əlavə fondu üçün toplanılan məbləğ hər kv.metr üçün 6.75 (altı manat 75 qəpik) AZN müəyyən edilməsi qərara alınmışdır. Cavabdeh MMMC İdarə Heyətinin 06 saylı, 02.03.2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin müzakirəsinə əsasəsən yay və qış sezonunda xərclər ümumi olaraq hesabalanaraq vahid tarif çıxarılması qərara alınmışdır. 22.08.2020-ci il tarixli Xüsusi fondun yığılan vəsait haqqında maliyyə arayışından görünür ki, 129866 manat vəsait tələb olunmaqla, 87031 manat məbləğində vəsait toplanmış və 42835 manat məbləğində borc qalığı yaranmışdır. 05 noyabr 2019-cu il tarixli “Sifarişçi” adlandırılacaq Cavabdeh MMMC-nin idarə heyətinin sədri Həsən Həsənov ilə “İcraçı” adlandırılacaq “xxxx” MMC-nin direktoru Şahbaz Təhməzli arasında bağlanmış müqavilənin surətindən görünür ki, İcraçı Sifarişçinin tapşırığına əsasən Sifarişçinin göstərdiyi və Bakı şəhəri, Nərimanov rayonu, X18 küç., ev 94 və Sabit Rəhman küç., ev 53 ünvanında yerləşən Sifarişçiyə aid yaşayış kompleksinə (bundan sonra “Yaşayış Kompleksi” adlandırılacaqdır) bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində (bundan sonra “Əlavə 1” adlandırılacaq) qeyd edilən kommunal və digər xidmətlərin göstərilməsini və Sifarişçiyə təhvil verilməsini (bundan sonra “Xidmətlər” adlandırılacaqdır) həyata keçirir, Sifarişçi isə İcraçıya bu Müqavilə ilə razılaşdırılmış xidmət haqqı ödəməyi öhdəsinə götürür.(1.1-ci bənd) Sifarişçi İcraçıdan bu Müqavilədə göstərilməyən xidmətlərin və/və ya işlərin həyata keçirilməsini yalnız əlavə razılaşma ilə və bu Müqavilənin 4.1. maddəsində qeyd edilən xidmət haqqından əlavə olaraq ödəniləcək xidmət haqqı müqabilində tələb edə bilər.(1.2-ci bənd) Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin 25.08.2020-ci il tarixli İclas Protokolunda qeyd edilir: “AR Mənzil Məcəlləsinin 125.2.5-ci maddəsinə əsasən, "Cavabdeh" MMMC-nin Ümumi Yığıncağının 05.08.2019-ci il tarixli Qərarı ilə fond yaradılmışdır. Fondun yaradılmasında məqsəd Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 53 və ünvan 8 ünvanlarda yerləşən yaşayış binalarında istilik təchizatının bərpa və yenidənqurulması, abadlıq işləri, cari təmir, liftlərə kart və nəzarət sistemlərini quraşdırılması və s. olmuşdur. Fond yaradıldığı tarixdən etibarən, 83 nəfər sakin tərəfindən ümumilikdə 87031 manat məbləğində pul ödənilmişdir. 121 nəfər sakindən 38 nəfər sakin ümumiyyətlə ödəniş etməmiş, bəzi sakinlər isə qismən ödəniş etmişlər. Hal-hazırda, sakinlərin 42835 manat məbləğində fonda borcu vardır. Sonda Sədr bildirdi ki, İdarə Heyətinin 02.03.2020-ci il tarixli 06 nömrəli Qərarına uyğun olaraq, zəruri tədbirlərin görülsün və bu məsələnin 3 (üç) aydan sonra təkrar olaraq müzakirə edilsin.” Cavabdeh” MMMC-nin İdarə Heyətinin sədrinin İddiaçı ünvanlandığı məktubda qeyd edilir: “Siz Bakı şəh, Nərimanov rayonu, Sabit Rəhman ünvanında yerləşən Bina 53, A-M 38 nömrəli mənzilin sahibisiniz. Nəzərinizə çatdırmaq istərdik ki, Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ( bundan sonra “Cəmiyyət” adlandırılacaqdır). Cəmiyyət yaşayış kompleksinə ümumi əmlakın saxlanılması, kommunal və digər xidmətlər göstərir. Bildiririk ki. Sizin 31/07/2020-ci il tarixinə kompleksin ümumi əmlakının saxlanılmasına (kommunal) görə 207,00 AZN (iki yüz yeddi manat), əlavə fonda görə mənziliniz üzrə 1003,00 AZN (min üç manat) AZN' borcunuz mövcuddur. Ümumi borc məbləği: 1210,00 AZN (min iki yüz on manat). Xahiş edirik, 5 ( beş ) gün ərzində qeyd edilən borc məbləğinin Cəmiyyətə ödənilməsini təmin edəsiniz. Əks təqdirdə, kommunal xidmətlərin göstərilməsi dayandırılacaqdır.” “Xüsusi fondun yığılan xərclər haqqında” 22.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, qazanxanın təmiri, liftlərin təmiri, məhəllənin asfaltlanması və Kommunal ödənişdən təmir fondu üçün xərclənmiş vəsaitə dair cəmi 102242.08 manat hesablanmış, həmin xərclərə görə 91926 manat ödənilmiş, 10316.08 manat həcmində borc qalmış, 2 tərəfli razılaşmaya əsasən 6000 manat qalıq borc yaranmışdır. 31.10.2020-ci il tarixli Debitor və Kreditor borclar haqqında çıxarışdan görünür ki, sakinlərin fonda 38445 manat məbləğində borcu vardır. Cavabdeh MMMC-nin Mənfəət və Zərər haqqında hesabatından görünür ki, 31.10.2020-ci il tarixə 14625.67 manat məbləğində pul vəsaiti qalığı yaranmışdır. Bundan sonra “Sifarişçi” adlandırılacaq Cavabdeh MMMC nizamnamə əsasında fəaliyyət göstərən İdarə heyətinin sədri X12 şəxsində bir tərəfdən və bundan sonra “Podratçı” adlandırılacaq “xxxx” MMC nizamnamə əsasında fəaliyyət göstərən direktoru Vüqar Abdiyev arasında bağlanmış 18.10.2019-cu il tarixli podrat müqaviləsinin 1.1-ci bəndinə əsasən, Podratçı “xxxx” MMC, Sifarişçi Cavabdeh MMMC-nin göstərişinə və tələblərinə əsasən və Smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə Sifarişçinin təsdiq etdiyi və ya təqdim etdiyi layihəyə (Qazanxana Kompleksi) uyğun olaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən işləri bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 2-də göstərilən Smeta cədvəlində göstərilən və özünün aldığı malmaterial və/və ya ehtiyat hissələri ilə dəyişdirilməklə yerinə yetirməyi, başa çatdırmağı və Sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi (bundan sonra “İşlər” adlandırılacaq), Sifarişçi isə Podratçının gördüyü işin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. 18.10.2019-cu il tarixli podrat müqaviləsinin 3.1-ci bəndinə əsasən, Bu Müqavilənin ümumi məbləği bütün vergilər və digər rüsumlar daxil olmaqla 92,000.00 (doxsan iki min manat 00 qəpik) AZN təşkil edir. Lakin, köhnə qazanxana kompleksinin sökülməsi zamanı istifadəyə yararlı avadanlıqlar, ehtiyat hissələri, mal-materiallar və s. aşkar olunarsa, qeyd olunan istifadəyə yararlı avadanlıqlar, ehtiyat hissələri, mal-materiallar və s. Tərəflərin qarşılıqlı razılığına əsasən qiymətləndiriləcək, istifadə olunacaq və bu məbləğ ümumi müqavilə məbləğindən çıxılacaqdır. 18.10.2019-cu il tarixli podrat müqaviləsinə 1 saylı əlavəyə əsasən, Tərəflər razılaşırlar ki, Podratçı tərəfindən yerinə yetiriləcək işlərin siyahısı aşağıdakı kimi olacaqdır: 1.1. İstilik qazanlarının dəyişdirilməsi; 1.2.1 (bir) ədəd nososun dəyişdirilməsi; 1.3.1 (bir) ədəd genişlənmə çəninin dəyişdirilməsi; 1.4.İsti su xəttinin boylerə verilməsi; 1.5.Soyuq su xəttinin nasosxanaya birləşdirilməsi; 1.6. Binaya gediş-gəliş isitilik xəttinin çəkilməsi; 1.7.Binaya isti və soyuq su xəttinin çəkilməsi; 1.8.Qazanxanada istilik sistemlərinin çəkilib quraşdırılması; 1.9. Dövriyyə nasoslarının qoyulması və xəttlərinin yenilənməsi; 1.10.Dövriyyə isti su xəttinin çəkilməsi; 1.11. Beş boru üçün çəkiləcək xəttin qazıntı işlərinin görülməsi; 1.12.Boruların izolyasiya olunması; 1.13. Boylerin yuyulması; 1.14.Esenjorlarm yuyulması; 1.15.Farsunkalann təmir olunması; 1.16.Faza qoruyucu şitin işlək vəziyyətə gətirilməsi; 1.17.Su yumşaldıcının quraşdırılması; 1.18. Qazanxananın damının sökülüb yenidən qurulması; 1.9.Su xəttlərinin çəkilməsi zamanı yolun qazılması və yenidən bərpası; 1.20. Qaraj hissəsində yerləşən boruların test olunması, istifadəyə yararsız boruların dəyişdirilməsi; 1.21. Yanğından mühafizə sisteminin su çənindən qidalanmasının təmin edilməsi. “xxxx” MMC-nin Hakan Şengülə ödənişin edilməsinə dair qəbzlərdən görünür ki, ümumilikdə 19500 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında 1119- MM6-0132 qeydiyyat nömrəli şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh MMMC 08.07.2019-cu il tarixdə hüquqi şəxs qismində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrindən 05/3588-14 saylı çıxarışının surətindən görünür ki, Cavabdeh MMMC-nin fealiyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binaların ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 53, 42 saylı və 39 saylı mənzillər X6 tam mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, ev 53, 38 saylı mənzil İddiaçı tam mülkiyyətindədir və Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1330 nömrəli reyestr kitabının 121428 nömrəli vərəqində qeydiyyata alınmışdır. X6 Bakı şəhəri S.Rəhman küçəsi ev 53 mənzil 42 üçün Cavabdeh MMMC-yə 1209 manat, Bakı şəhəri S.Rəhman küçəsi ev 53 mənzil 39 üçün Cavabdeh MMMC-yə 831 manat məbləğində borcu vardır. İddiaçı Cavabdeh MMMC-yə 402 manat məbləğində borcu vardır. Cavabdeh MMMC İdarə Heyətinin 03 saylı, 05.08.2019-cu il tarixli qərarı ilə MMMC-nin Yaşayış Kompleksinin istilik təchizatının bərpa və yenidənqurulması, abadlıq işləri, cari təmir, liftlərə kart və nəzarət sistemlərini quraşdırılması və s. üçün əlavə fond yaradılmışdır. Cavabdeh MMMC İdarə Heyətinin 06 saylı, 02.03.2020-ci il tarixli qərarı ilə Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İdarə Heyətinin müzakirəsinə əsasəsən yay və qış sezonunda xərclər ümumi olaraq hesabalanaraq vahid tarif çıxarılması qərara alınmışdır. “Xüsusi fondun yığılan xərclər haqqında” 22.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, qazanxanın təmiri, liftlərin təmiri, məhəllənin asfaltlanması və Kommunal ödənişdən təmir fondu üçün xərclənmiş vəsaitə dair cəmi 102242.08 manat hesablanmış, həmin xərclərə görə 91926 manat ödənilmiş, 10316.08 manat həcmində borc qalmış, 2 tərəfli razılaşmaya əsasən 6000 manat qalıq borc yaranmışdır. “Sifarişçi” adlandırılacaq Cavabdeh MMMC ilə “Podratçı” adlandırılacaq “xxxx” MMC arasında bağlanmış 18.10.2019-cu il tarixli podrat müqaviləsi ilə müəyyən edilmişdir ki, Bu Müqavilənin ümumi məbləği bütün vergilər və digər rüsumlar daxil olmaqla 92,000.00 (doxsan iki min manat 00 qəpik) AZN təşkil edir. 18.10.2019-cu il tarixli podrat müqaviləsinə 1 saylı əlavəyə əsasən, Tərəflər razılaşırlar ki, Podratçı tərəfindən yerinə yetiriləcək işlərin siyahısı aşağıdakı kimi olacaqdır: 1.1. İstilik qazanlarının dəyişdirilməsi; 1.2.1 (bir) ədəd nososun dəyişdirilməsi; 1.3.1 (bir) ədəd genişlənmə çəninin dəyişdirilməsi; 1.4.İsti su xəttinin boylerə verilməsi; 1.5.Soyuq su xəttinin nasosxanaya birləşdirilməsi; 1.6. Binaya gediş-gəliş isitilik xəttinin çəkilməsi; 1.7.Binaya isti və soyuq su xəttinin çəkilməsi; 1.8.Qazanxanada istilik sistemlərinin çəkilib quraşdırılması; 1.9. Dövriyyə nasoslarının qoyulması və xəttlərinin yenilənməsi; 1.10.Dövriyyə isti su xəttinin çəkilməsi; 1.11. Beş boru üçün çəkiləcək xəttin qazıntı işlərinin görülməsi; 1.12.Boruların izolyasiya olunması; 1.13. Boylerin yuyulması; 1.14.Esenjorlarm yuyulması; 1.15.Farsunkalann təmir olunması; 1.16.Faza qoruyucu şitin işlək vəziyyətə gətirilməsi; 1.17.Su yumşaldıcının quraşdırılması; 1.18. Qazanxananın damının sökülüb yenidən qurulması; 1.9.Su xəttlərinin çəkilməsi zamanı yolun qazılması və yenidən bərpası; 1.20. Qaraj hissəsində yerləşən boruların test olunması, istifadəyə yararsız boruların dəyişdirilməsi; 1.21. Yanğından mühafizə sisteminin su çənindən qidalanmasının təmin edilməsi. Hazırda işin mübahisələndirilən halları ondan ibatrətdir ki, ilkin iddia üzrə İddiaçı və birləşdirilmiş işdə ilkin iddia üzrə iddiaçı X13 cavabdeh MMMC-yə qarşı iddia irəli sürərək bildirir ki, aylıq ödənişlər binanın idarə edilməsi, liftlərin və digər zəruri qurğuların saxlanılması, binanın işıqlanması, abadlıq işləri, işçilərin maaşlarının ödənilməsi və sair bu kimi işlərin yerinə yetirilməsi məqsədi ilə mənzil mülkiyyətçilərindən hər ay yığılmışdır. Hazırda tərəflər arasında borc münasibətlərinin yaranması, Cəmiyyət tərəfindən yeni qaydaların müəyyən edilməsi, yeni tariflərlə bağlı kommunalların hesablanması olmuşdur. Hər mənzilə hesablanmış "fond pulu" yəni iddiaçılara hesablanmış 1003 manat hansı qaydada hesablanması, hansı xərclərə sərf edilməsi ilə bağlı hesabat təqdim edilməmiş və qəbul edilmiş qərarın qanuniliyini şübhə altına almışdır. Hesab edirlər ki, "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyətinin yuxarıda qeyd olunan hərəkətlərinin heç bir hüquqi əsası yoxdur və ödənilməmiş borc kimi iddiaçılara yazılan əsassız borc silinməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh" MMMC mənzil mülkiyyətçilərindən "fond pulu" adı ilə bu məbləği heç bir əsası olmadan təkrar tələb etməkdədir. Qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilkin iddiaçıların iddia tələblərinin əsassız olduğunu qeyd edərək, Cavabdeh" MMMC-nin ümumi yığıncağının 05.08.2019-cu il tarixində keçirilmiş iclasında cəmiyyətin yaşayış kompleksinin istilik təchizatının bərpa və yenidənqurulması, abadlıq işləri, cari təmir, liftlərə kart və nəzarət sistemlərini quraşdırılması və sair üçün əlavə fondu yaradıldığını, həmin Qərara əsasən, əlavə fond üçün toplanılan məbləğ hər kv.metr üçün 6.75 AZN müəyyən edildiyini, ilkin iddiaçılara məxsus mənzillərin 3 (üç) otaqlı olduğundan, əlavə fond üçün ödənişin məbləğinin 1003 (bir min üç) manat məbləğində müəyyən edildiyini, kommunal xidmətə görə ödənişlərin artırılması haqqında qərarın iddia ərizəsində qeyd olunduğu kimi, 15.01.2020-ci il tarixində deyil, "Cavabdeh" MMMC-nin ümumi yığıncağının 02.03.2020-ci il tarixində keçirilmiş iclasında qəbul edildiyini bildirir və iddia tələblərinin dəqiqləşdirilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı 1405 (bi min dörd yüz beş) manat məbləğində pulun, X2 3043 (üç min qırx üç) manat məbləğində pulun tutularaq, "Cavabdeh" MMMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. 18-ci maddəsiniə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil qanunvericiliyinə əsasən yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. Həmçinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 38.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək;( 43.2.1. maddə ) çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək;( 43.2.2. maddə) çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək;( 43.2.3. maddə) çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər.( 43.2.4. maddə) 45-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1- 43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. 45.5-ci maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. 45.6-cı maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. 124-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. 125.2.4.-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək; 125.2.5.-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin xüsusi fondunu, o cümlədən ehtiyat fondunu, çoxmənzilli binanın ümumi əmlakının və avadanlığının bərpası və təmiri fondunu yaratmaq səlahiyyətləri vardır. 126.4-cü maddəsinə əsasən, bu Məcəllənin 125.2.2-ci, 125.2.6-cı, 125.2.7-ci və 125.2.12-ci maddələri ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə ümumi yığıncağın qərarları cəmiyyətin iştirakçılarının ümumi sayının üçdəiki səs çoxluğu ilə qəbul edilir. Digər məsələlər üzrə qərarlar ümumi yığıncaqda iştirak edən cəmiyyətin iştirakçılarının və ya onların nümayəndələrinin ümumi sayının səs çoxluğu ilə qəbul edilir. 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 142.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə idarəetmə müqaviləsi bağlanılır. 142.2-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. Həmçinin, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: -binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; -mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; -idarəedici təşkilat tərəfindən idarə edilməsi, Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). V.Ələsgərovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin "b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu "Bakı şəhər icra hakimiyyəti başçısının "Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Plenum qərarında daha sonra göstərilmişdir ki, çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləlikə iş materiallarında olan hesabdan çıxarışa əsasən müəyyən olunur ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh MMMC-yə 402 manat məbləğində borcu vardır. Birləşdirilmiş işdə ilkin iddia üzrə iddiaçı X6 isə Bakı şəhəri S.Rəhman küçəsi ev 53 mənzil 42 üçün Cavabdeh MMMC-yə 1209 manat, Bakı şəhəri S.Rəhman küçəsi ev 53 mənzil 39 üçün Cavabdeh MMMC-yə 831 manat məbləğində borcu vardır. İlkin iddiaçıların istinad etdiyi “15 yanvar 2020-ci il tarixində idarə heyətinin iclası keçirilmiş, həmin iclasda 10-12 nəfər sakin iştirak etmiş və yekun olaraq qərar qəbul olunmuş və kommunal ödənişlər artırılmışdır. Yuxarıda qeyd olunan hərəkətlərinin heç bir hüquqi əsası yoxdur” iddia tələblərinin dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, həmin müraciətin surətindən görünür ki, 12.02.2020-ci il tarixində büdcənin və tarifin müzakirəsi ilə bağlı sakinlərlə birgə iclas keçirilsə də, həmin iclasda ümumilikdə 10-12 nəfər sakin iştirak etmişdir. Daha sonra 02.03.2020-ci il tarixində İdarə Heyəti üzvləri yenidən toplanmış, iclasda narazı olan sakinlərin şikayətlərini nəzərə alaraq binanın xərcləri təkrar nəzərdən keçirilmiş, aprel ayından etibarən tariflərin qaldırılmasına qərar verilmişdir. Bundan əlavə MMMC-nin İdarə Heyəti üzvləri qışda xərclərin çox, yayda isə az olduğunu nəzərə alaraq sakinlərin qış mövsümündə maddi baxımından çox yüklənməməsi üçün kompleks üzrə vahid tarif seçilməsinə qərar vermişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ilkin iddiaçıların tarifin artırılması ilə bağlı istinad etdikləri “MMMC-nin həmin hərəkətlərinin heç bir hüquqi əsası yoxdur” halı mövcud deyil. Qeyd olunduğu kimi qarşılıqlı iddiaçı MMMC tərəfindən mənzil qanunvericiliyinin normalarına əsasən, Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Ümumi Yığıncağı çağırılmış və 02.03.2020-ci il tarixdə keçirilmiş Ümumi yığıncaqda İdarə Heyətinin müzakirəsinə əsasən yay və qış sezonunda xərclər ümumi olaraq hesabalanaraq vahid tarif çıxarılması qərara alınmışdır. Bundan əlavə məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh MMMC-nin “əlavə fond üçün ödənilməmiş borcun tutulması” hissəsində iddia tələblərinə hüquqi qiymət verərək onu əsaslı hesab edir. Belə ki, 04.08.2019-cu il tarixli Cavabdeh MMMC-nin Ümumi yığıncağı keçirilmiş, həmin yığıncaqda gündəlik məsələdə əlavə fondun yaradılması, ödəniləcək məbləğin müəyyən olunması, fond ilə bağlı xərclər cədvəlinin təsdiq edilməsi müəyyən olunmuş, ümumi yığıncaqda 78 nəfər iştirak edərək 5 nəfər lehinə, 2 nəfər bitərəf qalmışdır, Cavabdeh MMMC-nin yaşayış komplekslərinin (Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 53 və ünvan 8 ünvanlarda yerləşən yaşayış binaları) istilik təchizatının bərpa və yenidənqurulması, abadlıq işləri, cari təmir, liftlərə kart və nəzarət sistemlərini quraşdırılması və s. üçün əlavə fondun yaradılması qərara alınmışdır. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən yenidənqurma işlərinin aparılması məqsədilə əlavə fond yaradılmışdır. Eyni zamanda ilkin iddiaçıların iddia tələblərinin dəlili kimi istinad etdikləri (qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh" MMMC mənzil mülkiyyətçilərindən "fond pulu" adı ilə bu məbləği heç bir əsası olmadan təkrar tələb etməkdədir.) hala dair məhkəmə bildirir ki, Cavabdeh MMMC ilə “xxxx” MMC arasında bağlanmış 18.10.2019-cu il tarixli podrat müqaviləsinə 1 saylı əlavəyə əsasən 92,000.00 manat həcmində işlərin görülməsi barədə qarşılıqlı razılıq əldə edilmişdir. Həmin müqaviləyə 1 saylı Əlavədəki görüləcək işlərin siyahısından müəyyən olunur ki, ilkin iddiaçıların kommunal xərc kimi aylıq ödədikləri məbləğ təkrar olaraq MMMC tərəfindən tələb edilmir. Əlavə fond üçün tələb edilən məbləğ məhz MMMCnin Yaşayış Kompleksinin istilik təchizatının bərpa və yenidənqurulması, abadlıq işləri, cari təmir, liftlərə kart və nəzarət sistemlərini quraşdırılması və s. məqsədilə təyin edilmişdir. Bununla yanaşı cavabdehlər iddiaya etirazın əsası kimi həmçinin də çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin, habelə kommunal xidmətlərə görə haqqın yazılı müqavilə əsasında ödənilməli olmasını, belə bir müqavilənin isə aralarında bağlanmadığı göstərmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında kommunal xidmətlərlə bağlı müqavilə bağlanması faktı aşkar olunmasa da, cavabdehlərin iddiaçı ilə belə bir müqavilə bağlamasının zəruriliyi yuxarıda sadalanan qanunvericiliyin tələblərindən irəli gəlir. Lakin onların belə müqavilə olmadığı halda kommunal xidmət haqlarını ödəməli olmamasına dair dəlillərini məhkəmə əsassız sayır. Belə ki, istifadə etdiyi liftin istismarı, eləcə də, mənzilinə verilən suyun nasos vasitəsilə həyata keçirilməsi zamanı istifadə edilən elektrik enerjisinin haqqını, daha sonra binada onun yaşadığı mənzilin mühafizəsi, binanın yerləşdiyi torpağın icarə haqqını və MMMC-nin binanın istismarı və idarəçiliyi ilə bağlı digər ödənişləri iddiaçı tərəfindən həyata keçirilməsi faktı mübahisəsizdir. Qarşılıqlı iddiaçının məhkəməyə təqdim etdiyi 05 noyabr 2019-cu il tarixli Cavabdeh MMMC ilə “xxxx” MMC arasında bağlanmış müqavilənin surətindən görünür ki, qarşılıqlı iddiaçı idarəçiliyində və istismarında olan binanın kommunal xidmətlərilə bağlı müqavilə şərtlərini podratçı şirkətlə razılaşdıraraq bir-birilərinin qarşısında hüquq və vəzifələrini müəyyən etmişlər. Məhkəmə hesab edir ki, cavabdehlərin xidmət göstərilməsinə dair müqavilələrin olmamasına istinad edərək onların kommunal xidmət haqlarını ödəməkdən yayınması hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1 -ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Oxşar mövqe X15 Məhkəməsi tərəfindən ifadə edilmiş, "Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui- istifadə etmiş olur. Özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 nömrəli sərəncamı barədə” 02 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Azərbaycan Respublikası mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. İşin materiallarından görünür ki, çoxmənzilli binada mülkiyyət sahibi olan ilkin iddiaçılar ilə cavabdeh MMMC arasında ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə yazılı müqavilə mövcud deyil. Lakin yuxarıda sadalanan qanunvericilik normalarına, habelə işin faktiki hallarına və məhkəmənin qeyd edilənlər əsasında gəldiyi nəticəyə əsasən, məhkəmə hesab edir ki, İddiaçı 402 (dörd yüz iki) manat məbləğində və X2 2040 manat ödənilməmiş kommunal borc tutularaq iddiaçı Cavabdeh MMMC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda ilkin iddia üzrə İddiaçı, birləşdirilmiş işdə ilkin iddia üzrə iddiaçı X6 Cavabdeh MMMC-nə qarşı “əsassız borcun silinməsi” tələbinə dair ilkin iddia tələbləri qanuni olmadığından təmin edilməməlidir. Yekun olaraq məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı, birləşdirilmiş işdə ilkin iddia üzrə iddiaçı X6 Cavabdeh MMMC-nə qarşı “əsassız borcun silinməsi” tələbinə dair ilkin iddia tələbləri təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, cavabdeh İddiaçı 402 (dörd yüz iki) manat məbləğində ödənilməmiş kommunal borc, 1003 (bir min üç) manat məbləğində əlavə fond üçün ödənilməmiş borc, ümumilikdə 1405 (bi min dörd yüz beş) manat məbləğində pul, cavabdeh X9 Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 53 saylı evin 42 saylı mənzilinə görə 1209 (bir min iki yüz doqquz) manat məbləğində ödənilməmiş kommunal borc, Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 53 saylı evin 39 saylı mənzilinə görə 831 (səkkiz yüz otuz bir) manat məbləğində ödənilməmiş kommunal borc, ümumilikdə 2040 (iki min qırx) manat ödənilməmiş kommunal borc, 1003 (bir min üç) manat məbləğində əlavə fond üçün ödənilməmiş borc ümumilikdə 3043 (üç min qırx üç) manat məbləğində pul tutularaq, "Cavabdeh" MMMC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tərəflərin ödədikləri dövlət rüsumu onların özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı, birləşdirilmiş işdə ilkin iddia üzrə iddiaçı X6 Cavabdeh MMMCnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair ilkin iddia tələbləri təmin edilməsin. İddiaçı 402 (dörd yüz iki) manat məbləğində ödənilməmiş kommunal borc, 1003 (bir min üç) manat məbləğində əlavə fond üçün ödənilməmiş borc, ümumilikdə 1405 (bi min dörd yüz beş) manat məbləğində pul, X9 Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 53 saylı evin 42 saylı mənzilinə görə 1209 (bir min iki yüz doqquz) manat məbləğində ödənilməmiş kommunal borc, Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 53 saylı evin 39 saylı mənzilinə görə 831 (səkkiz yüz otuz bir) manat məbləğində ödənilməmiş kommunal borc, ümumilikdə 2040 (iki min qırx) manat ödənilməmiş kommunal borc, 1003 (bir min üç) manat məbləğində əlavə fond üçün ödənilməmiş borc ümumilikdə 3043 (üç min qırx üç) manat məbləğində pul tutularaq, "Cavabdeh" MMMC-nin xeyrinə ödənilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-232/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-232/2021
30.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver