Məhkəmə qərarları › İş №e-2(005)-2407/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2407/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2407/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı kommunal xidmətə görə yaranmış borcun və pozulmuş hüquqların bərpası üçün ödənilmiş pul məbləğinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMMC Cavabdeh qarşı kommunal xidmətə görə yaranmış borcun və pozulmuş hüquqların bərpası üçün ödənilmiş pul məbləğinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1257 manat kommunal xidmət haqqının ödənilməməsinə görə yaranmış borc, 220 manat pozulmuş hüquqlarının bərpası üçün ödənilmiş pul, 35 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1512 manat məbləğində pulun tutularaq İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında 6 fevral 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh tikinti şirkətindən ünvan 1 ünvanında inşa olunmuş bina 1, blok 2, 12 mərtəbəsində yerləşən 70№-li sahəsi 119,7 kv.m olan mənzil almışdır. Qeyd olunan mənzil tikinti şirkəti tərəfindən cavabdehə 20 avqust 2021-ci il tarixdə təhvil verilmişdir."xxxx" MMC tərəfindən ərazidə yerləşən binanın tikintisi tam başa çatdıqdan sonra, tikilmiş çoxmənzilli binanın idarə edilməsi üçün sahə mülkiyyətçiləri tərəfindən İddiaçı yaradılmışdır. İddiaçı MMMC-nin yaradılmasının məqsədi çoxmənzilli binada daşınmaz əmlak kompleksinin birgə idarə edilməsi, çoxmənzilli binanın ümumi əmlakının istismarı, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin edilməsidir. İddiaçı qeyd olunan vəzifələri yerinə yetirməsi üçün sakinlərdən onlara məxsus yaşayış sahələrinin hər kv.m-ə görə 0,75 manat kommunal xidmətlərə görə haqq müəyyən etmişdir. Qeyd olunan ödəmələr MMMC tərəfindən binanın və onun həyətyanı sahəsinin istismarı ilə bağlı yaranan xərclərə sərf olunur (liftin saxlanılması, həyətyanı sahənin yaşıllaşdırılması, təmizliyin təmin edilməsi, söhbətgahların bərpası, mühafizə xidmətinin təşkil edilməsi, mühafizə kameralarının və monitorlarının saz vəziyyətdə saxlanılması və s.).Bununla bağlı sözügedən binada sakinlərin əksəriyyəti kommunal xidmətlərə görə ödəmələri vaxtlı-vaxtında həyata keçirir, lakin cavabdeh və onun kimi bir neçə sakin qeyd olunan ödəmələri ödəməkdən qərəzli olaraq yayınır. İddiaçı tərəfindən Cavabdeh kommunal xidmətlərə görə ödəmələri ödəmək bir neçə dəfə tələb edilsə də, o, bu tələbimizə heç bir məhəl qoymamışdır. Sonuncu dəfə 25 aprel 2023-cü il tarixdə cavabdehə yazılı formada rəsmi xəbərdarlıq verilmiş və yaranmış 1257 manat borcunu 5 gün ərzində ödəmədiyi təqdirdə onun barəsində məhkəməyə müraciət ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin cavabdeh qeyd olunan rəsmi xəbərdarlığa da heç bir əhəmiyyət verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh həmin mənzildə yaşamadığını, bu səbəbdən də kommunal xərcləri ödəmək məsuliyyətinin olmadığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. İş materiallarında olan: - 06 fevral 2021-ci il tarixli, 106S №-li müqavilədən görünür ki, Cavabdeh ünvan 2 ünvanında inşa olunmuş yeni yaşayış binasının 1-ci bina, 2-ci blok, 12-ci mərtəbəsində yerləşən 70 №-li mənzillə təmin olunmuşdur. - xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında inşa olunmuş yeni yaşayış binasının 1-ci bina, 2-ci blok, 12-ci mərtəbəsində yerləşən 70 №-li mənzil, ümumi sahəsi 119.7 kv.m olan yaşayış sahəsinə görə hesablanmış məbləğ Cavabdeh tərəfindən tam ödənilmişdir. - 25 saylı MKİS tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli, 190 saylı arayışdan müəyyən olunur ki, Qarayev X3 rayonu, Çernyayevski küçəsi, 9 saylı evin, 10 saylı mənzilində yaşayır. - xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, Cavabdeh ünvan 2 ünvanında inşa olunmuş yeni yaşayış binasının 1-ci bina, 2-ci blok, 12-ci mərtəbəsində yerləşən 70 №-li mənzili var, amma yaşayış yoxdur. - AR ƏN X1 Reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMMC № 1121-MM8-0223 ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı MMMC-nin Nizamnaməsindən məlum olur ki, "xxxx" MMMC müstəqil təsəsrrüfat subyekti olmaqla ünvan 3 ünvanında yerləşən yaşayış binaların sahə mülkiyyətçilərinin təsis yığıncağının qərarına əsasən yaradılmışdır. - İddiaçı MMMC-nin ümumi yığıncağının 15 yanvar 2022-ci il tarixli, №002 saylı “cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin (kommunal xidmətlərə görə haqqın) təyin edilməsi” haqqında Qərarından görünür ki, ünvan 4 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçiləri "xxxx" MMC tərəfindən tikilmiş, və hazırda "xxxx" MMMC-nin idarə edilməsində olan ünvan 5 ünvanında çoxmənzilli binaların idarə edilməsi, ümumi əmlakın saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə həmin binanın sakinlərindən (cəmiyyətin üzvü olub=olmamasından asılı olmaaraq) mülkiyyətlərinəd olan mənzillərin sahəsində uyğun olaraq hər kv.m. üçün 0,75 manat kommunal xidmtlərə görə haqq tutulması; haqqın hesablanmasının xx.xx.2022-ci il tarixdən başlaması və hər ayın 1- 5-nə qədər ödənilməsi qərara alınmışdır. Qərar 39 üzvün səsverməsi nəticəsində, imzalarla təsdiq edilməklə qəbul edilmişdir. - “Hüquqi yardımın göstərilməsi” haqqında 01 may 2023-cü il tarixli, 269 saylı müqavilədən və 05 may 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMMCnin sədri X4 ilə Vəkil arasında hüquqi yardımın göstərilməsi haqqına razılıq əldə edilmiş, hüquqi yardıma görə haqqın qarşılığı olaraq 220 manat müəyyən edilərək “Mirzəyev və partnyorları” vəkil Bürosuna ödənilmişdir. - 15 may 2023 –cü il tarixli, ********** saylı ödəniş qəbzindən görünür ki dövlət rüumunun əvəzi olaraq 35 manat məbləğində pul ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh ünvan 5 ünvanında "xxxx" tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci bina, 2 –ci blok, 12-ci mərtəbəsində yerləşən 70 №-li mənzilini 06 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. 20 avqust 2021-ci il tarixli maliyyə aayışı ilə cavabdeh tərəfindən mənzilin dəyərinin tam ödənildiyi aydın olur. 05 noyabr 2021-ci il tarixdə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti olan "xxxx" qeydiyyatdan keçmişdir. Həmin MMMCnin ümumi yığıncağının 15 yanvar 2022-ci il tarixli qərarı iə mənzillərin sahəsinə hər kv.m. üçün 0,75 manat kommunal xidmətlərə görə haqqın tutulması qərara alınmışdır. İddiaçı tərəfindən pretenziya qaydasında cavabdehə müraciət edilsə də, ödənişlər həyata keçirilməmişdir. İddiaçı sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdehdən kommunal xərclərə görə 1257 manat məbləğində pulun, həmçinin vəkil xərclərinə görə 220 manar mənləğində pulun və 35 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə işə iddia icraatə qaydasında baxılması qərara alınmışdır. Cavabdeh iddiaya etiraz edərək həmin mənzildə yaşamadığı üçün kommunal xərcləri ödəmək məcburiyyətində olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 120.5-ci maddəsinə əsasən, tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 128.0.3-cü maddəsinə əsasən, müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək 121.1-ci maddəsinə əsasən, bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cu maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; V.Ələsgərovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2015-ci il 29 dekabr tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə görə, yuxarıda göstərilən vəzifə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu, xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Məhkəmə ilk növbədə qeyd edir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. Qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləği Cavabdeh çoxmənzilli binanın sahə mülkiyyətçiləri ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişdir. AR Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Məhkəmə cavabdehin etirazına münasibət olaraq bildirir ki, cavabdehin həmin ünvanda yaşamaması və ümumi yığıncağın iclasında iştirak etməməsi onun kommunal xərclərdə azad edilməsinə əsas ola bilməz. Belə ki, yuxarıda istinad edilən AR KM Qərarlarında da qeyd edilir ki, şəxsin MMMC-nin üzvü olmaması, yığıncaqlarda iştirak etməməsi və mənzildən istifadə etməməsi onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh 1257 manat pul iddiaçı "xxxx" MMMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “hüquqi yardım göstərilməsinə görə vəkilə ödənmiş pulun cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün vəkil qurumunun hesabına 220 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə vəkilə ödənilmiş 220 manat pulun ağlabatan məbləğ olduğunu və məhkəmə xərclərinin ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə alaraq hesab edir ki, 220 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 35 manat dövlət rüsumu cavabdehdən "xxxx" MMMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh kommunal xidmət haqqının ödənilməməsinə görə yaranmış borcun əvəzi olaraq 1257 (bir min iki yüz əlli yeddi) manat, hüquqi yardım göstərilməsinə görə 220 (iki yüz iyirmi) manat, ümumilikdə 1477 (bir min dörd yüz yetmiş yeddi) manat məbləğində pul və 35 manat (otuz beş) manat dövlət rüsumunun əvəzi İddiaçı MMMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar