Məhkəmə qərarları › İş №e-2(005)-2427/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2427/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2427/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi zamanı ərazi aidiyyəti ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı müqavilə üzrə yaranmış pul borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “AZEMİS” elektron məhkəmə informasiya sistemində vətəndaşın şəxsiyyət vəsiqəsinin məlumatlarından aydın olur ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 1ş 1, mənzil 33-dür. Lakin iddiaçı hazırki iddia tələbi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mülki prosessual qanunveciliyin iddia ərizəsi verilən zaman riayət olunmalı ərazi aidiyyəti ilə bağlı normaları pozulduğu üçün hazırki iddia ərizəsi icraata qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehriban Əfəndizadə İş № 2(005)-2427/2023 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROTOKOL Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 23 may 2023-cü il Bakı şəhəri Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq prosessual hərəkət etdi. Prosessual hərəkət saat 16:00-da başladı. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadı qəbul etdi. Prosessual hərəkət saat 16:05-də qurtardı. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar