Məhkəmə qərarları › İş №e-2(005)-247/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-247/2024

05.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-247/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Xammal və X35 və Daşınmaz Əmlakların satışı X37, "xxxx" QSC-yə, Cavabdeh1nə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və İbragimov Agil müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “Cavabdeh1, Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjası, Daşınar və Daşınmaz Əmlakların satışı X30 hərəkətlərinin qanunsuz hesab edilməsi, hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Xammal və X35 və Daşınmaz Əmlakların satışı X37, "xxxx" QSC-yə, Cavabdeh1nə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və İbrahimov Agil müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “Cavabdeh1, Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjası, Daşınar və Daşınmaz Əmlakların satışı X30 hərəkətlərinin qanunsuz hesab edilməsi, hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, AR Xammal və Əmtəə Birjasının, Daşınar və Daşınmaz Əmlakların Satışı X30 hərəkətlərinin qanunsuz hesab edilməsi, hərracın yekunlarına dair protokol, hərrac yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi və "xxxx" QSC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə Mustafayev Həsənağa Vəkil oğlu arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli 040L**********79 saylı uzun müddət kredit müqaviləsinə əsasən 120 ay müddətində 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Mustafayev Həsənağa Vəkil oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 040R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Mustafev Həsənağa Vəkil oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 040R********** saylı kredit razılaşması əsasənda 36 ay müddətində, aylıq faiz dərəcəsi 1,75% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30.000 (otuz min) ABŞ dollarıməbləğində kredit verilmişdir. Cavabdeh bank müqavilə üzrə götürdüyü öhdəliyi icra etməməsi (kredit verməməsi) səbəbindən iddiaçının sahibkarlıq fəaliyyətini iflic vəziyyətə salmışdır. Bundan sonra ödəniş cədvəli üzrə bir müddət vaxtı-vaxtında ödənişlər edilmişdir. Lakin ölkədə olan devalvasiya nəticəsinə bank qarşısında olan öhdəliyi ödəmək qeyri-mümkün olmuşdur. Buna baxmayaraq iddiaçı "xxxx" QSC-nin cavabdeh Mustafayev Həsənağa Vəkil oğlu, X14, Mustafayev Hasil Vəkil oğluna, İddiaçı, Mustafayev Sarvan Vəkil oğluna, X21, X25, X17, X5, X11, X6 və X7 qarşı-cavabdehlər Həsəağa Mustafayevdən, Samit Məmmədovdan, Cərayıl Bəşirovdan, Sarvan Mustafayevdən və Hasil Mustafayevdən müştərək qaydada iddiaçının xeyrinə 040R********** saylı kredit razılaşması üzrə 27136,37 ABŞ dolları kredit borcu, 9532,91 ABŞ dolları faiz borcu və 17707,17 ABŞ dollarıcərimə borcu olmaqla, ümumilikdə cəmi 54376,43 ABŞ dolları, 40R********** saylı kredit razışması üzrə 20254,25 ABŞ dolları kredit borcu, 7201,52 ABŞ dolları fazi borcu və 11294,18 ABŞ dolları cərimə borc olmaqla, ümumilidə cəmi 39749,95 ABŞ dolları, hər iki müqavilə üzrə ümumilikdə cəmi 94126,38 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutulması, tələbin Mustafayev Sarvan Vəkil oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 2 saylı Zeytun Sovxozu 2ci döngədə yerləşən 139C saylı fərdi yaşayış evinə, X12 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 6 saylı evin 27 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracda satılması və 94126,38 ABŞ dolları məbləğində borcun məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının hərracda satışdan əldə olunmuş vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qlaan məbləğin Mustafayev Həsənağa Vəkil oğlundan, X8, İddiaçı, Mustafayev Sarvan Vəkil oğlundan və Mustafayev Hasil Vəkil oğlundan müştərək qaydada tutulması, Mustafayev Sarvan Vəkil oğluna məxsus Bakı şəhəri Xətai rayonu Naximov küçəsi 2 saylı Zeytun Sovxozu 2-ci döngədə yerləşən 139C saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Mustafayev Sarvan Vəkil oğlunun, X18, X23. X15 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, evin boşaldılması və alıcıya təhvil verilməsi. Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi 6 saylıevin 27 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra İddiaçı, X2, X9, X3 və X4 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların mənzildən çıxardılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. "xxxx" QSC ilə Mustafayev Həsənağa Vəkil oğlu arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli 040L**********79 saylı uzunmüddət kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixli 040R********** saylı kredit razılaşmasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi 2 saylı Zeytun sovxozu, 2-ci dongə, 139 C saylı fərdi yaşayış evinin və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov kuçəsı, 6 saylı evin 27 saylı mənzilinin qiymətləndirilməsindən, həmin əmlaklara dair hərracın keçirilməsi barədə məlumat verilmədiyindən əmlakla bağlı hərracda iştirak etmək hüququ təmin edilməmişdir. Bu səbəbdən də Cavabdeh1 və AR Xammal və Əmtəə Birjası, Daşınar və Daşınmaz Əmlakların Satışı X30 hərəkətləri qanunsuz hesab edilməsi, hərracın yekunlarına dair protokol, hərrac yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi və "xxxx" QSC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə gedişi zamanı "xxxx" QSC-nin əməkdaşı Rəşad adlı şəxs (055 250-68-45) bildirmişdir ki, iddia ərizəsini geri götürün və sizə şərait yaradılacaq ki, kredit botcunuzu hissə-hissə ödəyərsiniz və ipoteka ilə yüklü olan evi sizə qaytarılacaq. Məhkəmə gedişi zamanı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 2 saylı Zeytun sovxozu, 2-ci dongə 139 C saylı fərdi yaşayış evinə dair "xxxx" Qaplı Səhmdar Cəmiyyəti ilə razılıq əldə olunduğundan həmin əmlak qaytarılmışdır. Bundan sonra bankın əməkdaşı Rəşad adlı şəxs təkid etdi ki iddia geri götürülsün və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov kuçəsı, 6 saylı evin 27 saylı mənzilin atamın adına qaytarılması işləri görülsün. Ona inanaraq iddianı geri götürdülər. Bundan 3 gün sonra icra şöbəsindən məktub gəldi ki evdən onları məcburi qaydada çıxaracaqlar. Bununla bağlı Rəşad adlı şəxsə müraciət etdikdə bildirmişdir ki, 2-3 gün gözləyin bankda bu evlə bağlı müşavirə olacaq qərarı sizə bildirəcəyik. Lakin heç bir cavab verilmədi. Bundan sonra icra məmuru evdən çıxmağı barədə bildirişi təqdim etmişdir, lakin həmin bildirişdə ona aid məlumatlar olmamışdır. Buna baxmayaraq təyin olunmuş icra vaxtında üzrlü səbəbdən (arvadının vəfatı ilə bağlı Masallı rayonunda qəbr ziyarətində olduğundan) iştirak edə bilməyəməməyi və icra vaxtını dəyişdirilməsi barədə teleqramla məlumat vermişdir. Qeyd olunanlara baxmayaraq iştirakı olmadan mənzilin qapısı sındırılaraq onlara məxsus əmlakları yararsız hala salıb onlara məlum olmayan yerə aparmışlar. "xxxx" QSC ilə Mustafayev Həsənağa Vəkil oğlu arasında bağlanmış 13 oktyabr 2014-cü il tarixli 040L**********79 saylı uzun müddət kredit müqaviləsinin və xx.xx.2014-cü il tarixli 040R********** saylı kredit razılaşmasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun sovxozu, 2-ci dongə, 139 C saylı fərdi yaşayış evinin və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov kuçəsı, 6 saylı evin 27 saylı mənzilinin qiymətləndirilməsindən, həmin əmlaklara dair hərracın keçirilməsi barədə məlumat verilmədiyindən əmlakla bağlı hərracda iştirak etmək hüququ təmin edilməmişdir. İkincisi, hərracdan satılmış əmlakların real bazar qiyməti satış qiymətindən azı 2 dəfə artıqdır. Üçüncüsü, hərracdan satılan əmlaklar icra sənədi üzrə digər borcluların son yaşayış yeridir. Dördüncüsü, Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi 2 saylı Zeytun sovxozu, 2ci dongə, 139 C saylı fərdi yaşayış evinə dair cavabdeh "xxxx" Qaplı Səhmdar Cəmiyyəti ilə razılıq əldə olunduğundan həmin əmlak qaytarılmışdır. Beşincisi, bankın əməkdaşı Rəşad qohum-qardaşı Rasim və Aqil adlı makler olan şəxslərlə əlbir olaraq belə evləri ucuz qiymətə satdırır sonra 2-3 qat bahasına satırlar. Halbuki, bank müdiriyyətinin əməkdaşı olan Rəşadın bu cür əməllərindən xəbərsizdir. Altıncısı, bankın əməkdaşları ümumiyyətlə dünyada və ölkədə olan pandemiya ilə əlaqədar məhdudiyyətləri nəzərə almamadan onsuz da ağır olan vəziyyətlərini dözülməz hala salmışlar. Belə ki, faktiki olaraq 11 nəfər şəxsi küçədə qoymuşlar. Bu isə xalqımıza xas xüsusiyyət deyil. Bu sanki erməninin bizim xalqımıza qarşı törətdiyi amansız bir hərəkətdir. Bu kimi hərəkətlərin qarşısı kəskin formada alınmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X22 tərəfindən elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim etdiyi etiraz ərizəsinə əsasən, iddiaçı (xx.xx.2021 -ci il tarixli. № 63/04) hərracın yekun protokollarının, müqavilələrin və Çixarışın etibarsızlığı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilən iddia ərizəsi ümümi sözlərlə yazılmış, tam əsası göstərilməmiş və iddiaçı iddiasını sübut edəcək müşayyətedici sənədlər əlavə etməmişdir. Eyni zamanda məhkəmənin İddiaçı hərrac keçirilərkən hərracların keçirilməsindən xəbərdar olmuşdur və hətta hərracın keçirildiyini bilərək, dəfələrlə banka müraciətlər etmiş, razlığa gəlmək üçün cəhdlər etsə də Bakı şəhəri Binəqədi rayonu Həmzə Babaşov küç., ev 6-da yerləşən 27 saylı mənzilə dair nəticə olmamışdır. Belə ki, hərraca qədər, icra və hərrac dövründə borclu və ipotekaqoyan borcdan və ipoteka predmetinin hüquqi taleyindən məlumatlı olmuş, ipoteka saxlayan isə daim işin sülh yolu ilə həllinə çalışmışdır. Mustafayev Sarvan Vəkil oğluna məxsus olan Bakı şəhəri. Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun sovxozu, 2-ci döngə, 139 C saylı fərdi yaşayış evi bankın balansına keçdikdən sonra özlərinə, M.Sarvana nisyə alqı-satqı müqaviləsi ilə satılmışdır. Hətta əmlakı almaq üçün vəsaitin düzəldilməsinə vaxt və güzəştlər verilsə də borclu ipoteka qoyan B.Cəbrayıl qeyri-səmimilik göstərmiş, vəziyyətdən sui-istifadə etmişdir. Qeyd etmək istərdi ki, İddiaçı hərracı mübahisələndirmiş və bu mübahisə ilə bağlı e-2(005)-3108/2023saylı iş üzrə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 347.1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldıığu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Baxmayaraq ki, 3 il zaman keçmişdir. Mülki Məcəlləsinin qeyd edilən normasına əsasən, İddiaçı (iddia qaldırmaq üçün) müəyyən olunmuş müddəti ötürdüyü açıq-aşkar məlumdur. Belə ki, 2022-ci il və 2023-cü il tarixlərində eyni predimet, eyni tərəflər arasında, eyni əsaslarla iddia qaldırılmış, bilavasitə özü də prosesə cəlb edilmiş, ifadələri, izahatları protokollarda və video/audio çəkilişlərdə olmuş lakin iddiası və şikayətləri Ali Məhkəmənin xx.xx.2023-cü il, 2(102)-2191/2023 saylı qətnaməsi ilə rədd edilmişdir. Həmçinin vəkil xidmətindən belə yararlanmış və hüquqi aspektlərdən məlumatlı olmuşdur. Xüsusən qeyd edilməlidir ki, məhkəmə prosesi, icra prosesi zamanı və hərrac keçirilərkən tərəf məlumatlı olmuşdur və icra sənədi üzrə digər əmlak Mustafayev Sarvan Vəkil oğluna məxsus olan Bakı şəhəri. Xətai rayonu. Naximov küçəsi. 2 saylı Zeytun sovxozu, 2-ci döngə. 139 C saylı fərdi yaşayış evi bankın balansına qəbul edildikdən sonra özünə, yəni ipoteka qoyana satılmışdır Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Digər tərəflərə hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AR Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı X41” MMC-nin xx.xx.2021-ci il tarixli, 01 saylı “Açıq hərracın keçirilməsinə dair” bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Sovxozu 2-ci döngə 139C saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzilinə dair ilkin hərrac xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Savxozu 2-ci döngə 139C saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 32000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzilin ilkin satış qiyməti siə 92000 manat müəyyən edilmişdir. - AR Respublika Xammal və Əmtəə Birjasının xx.xx.2021-ci il tarixli, 02 saylı “Açıq hərracın keçirilməsinə dair” bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Savxozu 2-ci döngə 139C saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzilə dair ikinci hərrac xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Savxozu 2-ci döngə 139C saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 27200 manat, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzilin ilkin satış qiyməti siə 78200 manat müəyyən edilmişdir. - Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Savxozu 2-ci döngə 139C saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 32000 manat olmaqla xx.xx.2021-ci il tarixə saat 11:00-dan 17:00-dək ünvan 1 ünvanında hərracn keçirilməsi barədə ********** nömrəsinə “SMS” göndərilmiş və çatdırılmışdır. - Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzilin ilkin satış qiymətinin 92000 manat olmaqla xx.xx.2021-ci il tarixə saat 11:00-dan 17:00-dək ünvan 1 ünvanında hərracn keçirilməsi barədə ********** nömrəsinə “SMS” göndərilmiş və çatdırılmışdır. - AR Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı X41” MMC-nin Mustafayev Sarvan Vəkil oğlu, X26, X33, X17 ünvanlanmış xx.xx.2021-ci il tarixli təklif məktubundan görünür ki, Xətai Rayon İcra şöbəsinin 17/74 № 169468/20-23 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Savxozu 2-ci döngə 139C saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzilin təkrar hərracının baş baş tutmaması barədə “Birja Yenilikləri” qəzetinin xx.xx.2021-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə yəni 20400 manat və 58650 mnat olmaqla ipoteka saxlayana təklif edilir. - xx.xx.2022-ci il tarixli Cavabdeh1 tərəfindən Bakı Şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə ünvanlanmış, surətləri İddiaçı, X13, X16 və X7 göndərilmiş məktubdan görünür ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin məcburi icrası tərəfinizdən könüllü qaydada icra edilmədiyi üçün 22 aprel 2022-ci il tarixə, saat 10:20-yə təyin edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar Bakı Şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisindən xahiş olunur ki, icra vaxtı sahə müvəkkilinin və polis nəfərlərinin iştirakını təmin etsin. İcra sənədinin icrası ilə əlaqədar İddiaçı, X13, X16 və X7 tapşırılır ki, icra vaxtı icra yerində olsunlar və həmin müddət ərzində icra sənədində göstərilən mənzili könüllü olaraq boşaldıb Cavabdeh1nə və ya iş üzrə tələbkara təhvil verilməsini təmin etsinlər. -“Birja yenilikləri” qəzetinin 22 iyun 2021-ci il, 10 avqust 2021-ci il tarixli nömrələrində Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Savxozu 2-ci döngə 139C saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzilə dair keçirilən hərracların yeri, vaxtı və nəticələri barədə məlumatlar əks olunmuşdur. -213260 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonundan görünür ki, Mustafayev Sarvan Vəkil oğlu xx.xx.2021-ci il tarixli təklif məktubunu xx.xx.2021-ci il tarixində talona imza atmaqla əldə etmişdir. -213261 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonundan görünür ki, X26 xx.xx.2021-ci il tarixli təklif məktubunu xx.xx.2021-ci il tarixində talona imza atmaqla əldə etmişdir. -213262 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonundan görünür ki, X33 xx.xx.2021-ci il tarixli təklif məktubunu xx.xx.2021-ci il tarixində talona imza atmaqla əldə etmişdir. -212970 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonundan görünür ki, X33 “Daşınar və Daşınmaz Əmlakların Satışı X41” MMC-nin xx.xx.2021-ci il tarixli, 01 saylı “Açıq hərracın keçirilməsinə dair” bildirişi xx.xx.2021-ci il tarixində talona imza atmaqla əldə etmişdir. -212971 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonundan görünür ki, X26 “Daşınar və Daşınmaz Əmlakların Satışı X41” MMC-nin xx.xx.2021-ci il tarixli, 01 saylı “Açıq hərracın keçirilməsinə dair” bildirişi xx.xx.2021-ci il tarixində talona imza atmaqla əldə etmişdir. -212972 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonundan görünür ki, Mustafayev Sarvan Vəkil oğlu “Daşınar və Daşınmaz Əmlakların Satışı X41” MMC-nin xx.xx.2021-ci il tarixli, 01 saylı “Açıq hərracın keçirilməsinə dair” bildirişi xx.xx.2021-ci il tarixində talona imza atmaqla əldə etmişdir. - Cavabdeh1 icra məmuru Aqil Cəbiyevin icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, icraata başlamaq haqqında qərarın surəti, tələbin könüllü icrası haqqında bildiriş İddiaçı, X13, X19, X16 və X7 göndərilmişdir. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, icra tədbirləri zamanı ipoteka predmeti olan mənzil boşaldılmış və həmin mənzil boş vəziyyətdə tələbkar quruma təhvil verilmişdir. Həmin akt A.Ə. Əhmədov, A.İ.Cəbiyev, A.N.Musayev, X.Mövlalı, M.Hüseynov, R.C.Hacıyev və Ç.N.Əzimov tərəfindən imzalanmışdır. - Cavabdeh1 xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi tam icra edildiyindən icraata xitam verilmişdir. - ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Savxozu 2-ci döngə 139C saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixindən Cavabdeh2 QSC-nin mülkiyyətindədir. - xx.xx.2021-ci il tarixli, 63/05 nömrəli Hərracın Yekunları barədə protokoldan görünür ki, Mustafayev Sarvan Vəkil oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Savxozu 2-ci döngə 139C saylı fərdi yaşayış evi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 20400 manata tələbkar ”Access Bank” QSC tərəfindən əldə edilmişdir. - 18 avqust 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X41” MMC-nin direktoru G.N,Mustafayeva və ”Access Bank” QSC-nin etibarnamə əsasında nümayəndəsi X22 arasında Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 saylı Zeytun Savxozu 2-ci döngə 139C saylı fərdi yaşayış evi barəsində alqı-satqı müqaviləsi bağlanmış evin dəyəri 20400 manat müəyyən edilmişdir. - xx.xx.2021-ci il tarixli, 63/04 nömrəli Hərracın Yekunları barədə protokoldan görünür ki, Mustafayev Sarvan Vəkil oğluna məxsus Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, 92000 manata tələbkar ”Access Bank” QSC tərəfindən əldə edilmişdir. - 18 avqust 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X41” MMC-nin direktoru G.N,Mustafayeva və ”Access Bank” QSC-nin etibarnamə əsasında nümayəndəsi X22 arasında Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzil barəsində alqı-satqı müqaviləsi bağlanmış evin dəyəri 20400 manat müəyyən edilmişdir. - ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzil xx.xx.2022-ci il tarixindən Cavabdeh2 QSC-nin mülkiyyətindədir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2277/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Mustafayev Həsənağa oğlunun cavabdehlər AR Xammal X35 və Daşınmaz Əmlakın Satışı X41 və ”Access Bank” QSC-yə qarşı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə hərracın nəticələrinə dair yekun protokolun və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-528/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Mustafayev Həsənağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2277/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, AR Xammal X35 və Daşınmaz Əmlakın Satışı X41 tərəfindən keçirilmiş hərracın yekunları barədə 63/04 saylı, 18 avqust 2021-ci il tarixli protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş ”Access Bank” QSC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləsi etibarsız hesab edilmişdir. - AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-2191/2023 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-528/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən ”Access Bank” QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-528/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia rədd edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-314/2019 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, 040R********** saylı kredit razılaşması üzrə ödəniş gününə qüvvədə olan məzənnə ilə 27136.37 ABŞ dolları məbləğində əsas borc, 7921.41 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 36457.78 ABŞ dolları məbləğində pul vəsaitinin Mustafayev Həsənağa Vəkil oğlundan, İddiaçı və Mustafayev Sarvan Vəkil oğlundan müştərək qaydada alınması, Bakı şəhəri Binəqədi rayonu, H.Babaşov küçəsi 6 saylı evin, 27 nömrəli mənzilinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra İddiaçı, X1, X3 və X4 mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması qət edilmişdir. Hərrac Təşkilatının xx.xx.2021-ci il tarixli, 63/04 nömrəli hərracın yekunları barədə protokoluna əsasən, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili Xətai rayon Məhkəməsinin 2(011)- 314/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin, Xətai rayon İcra Şöbəsinin xx/xx- 169468/20-23 saylı, xx.xx.2021-ci i! tarixli sifariş məktubunun və “Access Bank" QSC-nin müvafiq məktubunun icrasına əsasən "İpoteka haqqında" Azərbaycan Respublikası qanununun 41.42 və 43 cü maddələrinə istinad edərək hərrac təşkil olunmuşdur. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əasasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. İcra vərəqəsində edilmiş icra hərəkətlərinin dəyişdirilməsi haqqında heç bir rəsmi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Xammal və X35 və Daşınmaz Əmlakın Satışı X41 tərəfindən Mustafayev Sarvan Vəkil oğluna, X21, X25, X17, Xətai rayon İcra Şöbəsinə, Cavabdeh2 QSC-yə ünvanlanmış xx.xx.2021-cil tarixli, 01/1925 nömrəli, xx.xx.2021-ci il tarixli 01/2253 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Xətai rayon Məhkəməsinin 2(011)-314/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi ipoteka qoyulan Mustafayev Həsənağa Vəkil oğlunun mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi 2 saylı Zeytun sovxozu, 2-ci dongə, 139 C saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov kuçəsı, 6 saylı evin 27 saylı mənzilinə tutmanın yönəldilməsi və hərracda satılması, hərracın müvafiq olaraq xx.xx.2021-ci il saat 11:00-da və xx.xx.2021-ci il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. İşin materiallarından görünür ki, hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X41” MMC tərəfindən ipoteka predmetinin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 92000 manat olmaqla ilkin hərrac keçirilmiş və iştirakçı olmadığından ilkin hərrac baş tutmamışdır. Bundan sonra, hərrac təşkilatçısı tərəfindən ipoteka predmetinin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiymətindən 15% aşağı qiymətə 78200 manata təkrar hərraca çıxarılmış və alıcı olmadığından təkrar hərrac baş tutmamışdır. Daha sonra hərrac təşkilatçısı tərəfindən xx.xx.2021-ci il tarixli, 01/2477 saylı məktubla ipoteka predmeti təkrar hərrac qiymətindən 25% aşağı qiymətə 58650 manata ipoteka saxlayan "xxxx" ASC-yə təklif edilmiş, hərrac təşkilatçısı “Daşınar və Daşınmaz Əmlakların Satışı X41” MMC ilə ipoteka saxlayan Cavabdeh2 ASC arasında xx.xx.2021-ci il tarixli, 63/04 saylı ipoteka predmetinin əldə edilməsinə dair hərracın yekunları barədə protokol imzalanmışdır. xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə alğı-satqı müqaviləsinə görə, İddiaçı Miraga oğluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili 58650 manata "xxxx" QSC-yə satılmışdır xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə "xxxx" QSC-in adına qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli "xxxx" QSC ilə Aqil İbrahimov arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili 100.000 manata sonuncuya satılmışdır. Hazırda həmin mənzil Aqil İbrahimovun xüsusi mülkiyyətindədir. X20 Vəkil oğlu cavabdehlər AR Xammal və X35 və Daşınmaz Əmlakların Satışı X37, Cavabdeh2 Qaplı Səhmdar Cəmiyyətinə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinə və 3cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərracın keçirilməsi barədə ipoteka qoyana məlumat verilmədiyindən əmlakla bağlı hərracda iştirak etmək hüququ təmin edilmədiyi üçün Azərbaycan Respublikası Xammal və X35 və Daşınmaz Əmlakın Satışı X41 tərəfindən keçirilmiş hərracın yekun protokolunun və hərrac yekunları üzrə əmlakın alğı-satqı müqaviləsi və Cavabdeh2 QSC adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2277/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-528/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Mustafayev Həsənağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2277/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, AR Xammal X35 və Daşınmaz Əmlakın Satışı X41 tərəfindən keçirilmiş hərracın yekunları barədə 63/04 saylı, 18 avqust 2021-ci il tarixli protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş ”Access Bank” QSC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləsi etibarsız hesab edilmişdir. AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-2191/2023 saylı qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-528/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış qərarından görünür ki, hərracın keçirilməsi haqqında ipoteka qoyana məlumat verilməsi barədə məcburi qaydaya (qanunun tələbinə) əməl olunmaması, ipoteka qoyanın mənafeyinin pozulması (potensial alıcı dairəsinin məhdudlaşdırılması nəticəsində hərracların baş tutmaması və predmetin satış qiymətinin aşağı düşməsi) baxımından əsaslı olsa da, hazırkı işdə ipoteka qoyan iddia qaldırmamış, iddianı əsas borclu irəli sürmüşdür. Əsas borclunun hərracın keçirilməsi barədə ona məlumat verilməməsinə görə, yaxud ipoteka qoyana bildiriş göndərilməməsinə istinad edərək öz adından hərracın etibarsız sayılmasına dair iddia qaldırmaq hüququ yoxdur. Beləliklə də, kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı (əsas borclu) Həsənağa Mustafayev, sözügedən hərracın keçirilməsi barədə ipoteka qoyan İddiaçı məlumat verilməməsinə və bunun nəticəsində ipoteka predmetinin aşağı qiymətə satılmasına istinadən hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil Hazırda iddiaçı - ipoteka qoyan İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1, AR Xammal və Əmtəə Birjasının, Daşınar və Daşınmaz Əmlakların Satışı X30 hərəkətlərinin qanunsuz hesab edilməsi, hərracın yekunlarına dair protokol, hərrac yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi və "xxxx" QSC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müəyyən edilmişdir ki, iddia tələbinin məğzi ipoteka predmeti olan Bakı şəhəri Xətai rayonu, Naximov küçəsi 2 saylı Zeytun sovxozu, 2-ci dongə, 139 C saylı fərdi yaşayış evi ilə bağlı deyildir. Belə ki, işin materiallarından görünür ki, bu ipoteka predmeti bankın balansına qəbul edildikdən sonra ipoteka qoyana satılmışdır. İddiaçının tələbi Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov kuçəsı, 6 saylı evin 27 saylı mənzil ilə bağlı Azərbaycan Respublikası Xammal və X35 və Daşınmaz Əmlakın Satışı X41 tərəfindən keçirilmiş hərracın yekunları barədə 63/04 saylı, 18 avqust 2021-ci il tarixli protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş “Accessbank“ Qapalı Səhmdar Cəmiyyəti arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 18.08 2021-ci il tarixli müqaviləsi etibarsız hesab edilməsi ilə bağlıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə qeyd edir ki, ipoteka dedikdə, kreditorun tələb hüququnun təminatı kimi daşınmaz (və rəsmi reyestrdə qeydə alınan daşınar) əşyaların girovu başa düşülür. Başqa sözlə, ipoteka girov saxlayanın girov qoyanın əşyası barəsində əsas öhdəliyə bağlı olan (əsas öhdəliyin icrasının təmin edilməsi üçün) əlavə (aksessor) əşya hüququdur. İpoteka qoyan, müqavilə əsasında kreditorun şəxsi borcluya qarşı tələb hüququna öz əmlakı ilə təminat verməklə həmin əmlak üzərindəki mülkiyyət hüququnu məhdudlaşdırır. Bununla belə üzərində ipoteka qurulmuş daşınmaz əşya ipoteka qoyanın mülkiyyətində (yüklü də olsa) qalmaqda davam edir. Şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor ipoteka ilə yüklü edilmiş əmlakın satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur. Qanuna əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göründüyü kimi, ipoteka qanunvericiliyi baxımından hərrac kreditorun tələb hüquqununun ipoteka qoyanın mülkiyyətində olan əşyaya – ipoteka predmetinə yönəldilməsi vasitəsidir. Beləliklə, hərrac ipoteka hüququnun reallaşdırılması vasitəsi olduğu üçün bu münasibətlərin tərəfi əsas borclu deyil, ipoteka saxlayanla və ipoteka qoyandır. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində hərrac təşkilatçısının hərracın keçirilməsinə dair məhz ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərməli olduğu göstərilmişdir. İşin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixi, saat 11.00- da keçirilən hərraca dair 01 №-li Bildirişdə, eləcə də xx.xx.2021-ci il tarixi, saat 11.00-da keçirilən 02 №-li Bildirişdə hərracın keçirilməsi yeri və vaxtı barədə mləumat verilməli şəxslərin siyahısında ipoteka qoyan kimi İddiaçı adı, ümumiyyətlə, göstərilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hərracın keçirilməsi zamanı qanunun imperativ tələblərinə əməl olunmaması, yəni ipoteka qoyan kimi İddiaçı hərracın keçirilməsinin yeri və vaxtı barədə məlumatın verilməməsi müəyyən olunmuşdur. Başqa sözlə hərrac keçirilməsi ilə bağlı ipoteka qoyana məlumat verilməsi barədə qanunun imperativ göstərişi pozulmuşdur. Hərrac qanunun göstərişlərinə zidd olaraq təşkil edilməklə, potensial alıcı dairəsi məhdudlaşdırılmış, bu da öz növbəsində əmlakın satış qiymətinə əhəmiyyətli təsir göstərmişdir ki, bu da hazırkı iddiaçı olan əsas borclu və ipoteka qoyanın da əmlak mənafeyi və maraqlarını pozmuşdur. Belə ki, mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli hərracın yekunları üzrə alğı-satqı müqaviləsinə görə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzili 58650 (əlli səkkiz min altı yüz əlli) manata "xxxx" QSC-yə satılandan sonra həmin əmlak xx.xx.2022-ci il tarixli "xxxx" QSC ilə İbrahimov Aqil arasında olan alğı-satqı müqaviləsinə görə 100.000 manat (yüz min manat) qiymətinə İbrahimov Aqilə satılmışdır Göründüyü kimi, iddiaçının əmlakın öz real dəyərindən kifayət qədər aşağı satılması, daha sonra isə bank tərəfindən yüksək qiymətə satılması barədə dəlili təsdiq olunur. Məhkəmə hesab edir ki, göstərilənlər «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 44, Mülki Məcəlləsinin 416.1, 416.2-ci maddələrinə əsasən iddianın AR Xammal və Əmtəə Birjasının, Daşınar və Daşınmaz Əmlakların Satışı X30 hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin Mərkəz tərəfindən keçirilmiş hərracın yekunları barədə 63/04 saylı,18 avqust 2021-ci il tarixli protokol və ona əsasən hərracın təşkilatçısı ilə onu udmuş “Accessbank“ Qapalı Səhmdar Cəmiyyəti arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 18.08 2021-ci il tarixli müqaviləsi etibarsız sayılması və sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsi üçün kifayət qədər hüquqi əsas yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh Bank öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddiasının əsassız olmasına və irəli sürülən dəlillərin təkzib edilməsi baxımından hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı icra məmurunun hərəkətlərindən narazı qaldığı halda, məhkəmə qətnaməsini çıxaran məhkəməyə şikayət edə bilər. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, məhz məhkəmə qətnaməsi qəbul edən məhkəmə qətnamənin icrasına nəzarəti həyata keçirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərininvaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedənçıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Sadalananlara əsasən, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi də zəruri sayır ki, etibarsız sayılmış və ləğv edilmiş sənədlər əsasında Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsində yerləşən 6 saylı evin 27 saylı mənzilə dair xx.xx.2022-ci il tarixli "xxxx" QSC ilə İbrahimov Aqil arasında bağlanmış alğı-satqı müqaviləsi və həmin mənzilin xüsusi mülkiyyət hüququ ilə sonuncunun mülkiyyətində olması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli 103179 saylı çıxarış hazırki iddianın predmeti olmadığı üçün məhkəmə həmin sənədlərə hüquqi qiymət verilməsini məqsədəuyğun saymamışdır. Məhkəmə həmçinin cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iddiaya olan etirazında Mülki Məcəlləsinin 347.1-ci maddəsinə əsasən, İddiaçı iddia qaldırmaq üçün müəyyən olunmuş müddəti ötürdüyü açıq-aşkar məlum olmasına istinad etməklə hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, onun mülkiyyətində olan ipoteka predmeti ilə bağlı borc alanın qaldırdığı iddia ipoteka qoyanın mənafeyi ilə bağlı olsa da, bu iddia onun subyektiv hüququ olmaması əsası ilə rədd edilmiş, lakin buna baxmayaraq məhkəmə qərarlarında ipoteka qoyan kimi İddiaçı hərracın keçirilməsinin yeri və vaxtı barədə məlumatın verilməməsinin müəyyən olunması və istinad olunan dəlillərin iddia qaldırmamış ipoteka qoyanın mənafeyi ilə bağlı olması göstərilmişdir. İşin materiallarından görünür ki, qeyd edilən məhkəmə aktları əsasında mülkiyyəti olan ipoteka predmeti ilə bağlı keçirilmiş hərracın qanuniliyi ilə bağlı iddia qaldırmaq hüququ ona məlum olduğu üçün o bu hüququndan istifadə edərək hazırki iddianı qaldırmışdır. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində təsbit olunan, müdafiə üçün məhkəməyə müraciət etmək hüququ fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədinə xidmət edir Eyni yanaşma məhkəmədə mülki işə başlama barədə MPM-nin 5.1-ci maddəsində əks olunmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, X20 Vəkil oğlunun iddiası üzrə mülki işə məhkəmə instansiyalarında İddiaçı cəlb edilməsi ilə baxılandan sonra sonuncunun hazırki iddia ilə məhkəməyə müraciət etməklə iddia müddətini buraxmasına dair cavabdeh tərəfin dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddianın faktiki əsası (faktiki hallar) maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından iddia qismən təmin edilməklə, Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjası, Daşınar və Daşınmaz Əmlakların satışı X30 hərəkətləri qanunsuz hesab edilməli, Bakı şəhəri Binəqədi rayonu Həmzə Babaşov küç., ev 6-da yerləşən 27 saylı mənzilə dair 63/04 saylı, 18 avqust 2021-ci il tarixli hərracın yekunlarına dair protokol, hərrac yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi və "xxxx"QSC-nin adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi 103179 saylı 13.01. 2022-ci il tarixdə verilmiş çıxarış ləğv edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjası, Daşınar və Daşınmaz Əmlakların satışı X30 Bakı şəhəri Binəqədi rayonu Həmzə Babaşov küç., ev 6-da yerləşən 27 saylı mənzillə bağlı hərəkətləri qanunsuz hesab edilsin. Azərbaycan Respublikası Xammal və X35 və Daşınmaz Əmlakın Satışı X41 tərəfindən Bakı şəhəri Binəqədi rayonu Həmzə Babaşov küç., ev 6-da yerləşən 27 saylı mənzilə dair keçirilmiş hərracın yekunları barədə 63/04 saylı, 18 avqust 2021-ci il tarixli protokol və ona əsasən hərracın təşkilatçısı ilə “Accessbank“ Qapalı Səhmdar Cəmiyyəti arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqaviləsi etibarsız hesab edilsin. Bakı şəhəri Binəqədi rayonu Həmzə Babaşov küç., ev 6-da yerləşən 27 saylı mənzilə dair "xxxx"QSC-nin adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi 103179 saylı xx.xx.2022-ci il tarixdə verilmiş çıxarış ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar