Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2472/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv olunması; ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslarla) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlara düzəliş edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 mart 2024-cü il tarixli, 040/24-5 nömrəli Əmrin (iddiaçının əmək funksiyasının “Texniki nəzarətçi” kimi olması nəzərdə tutulan və işə götürənin icraçı direktorunun imzası və möhürü ilə təsdiq edilmiş və elektron sistemdə yerləşdirilməyən) ləğv olunması, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 mart 2024-cü il tarixli, 040/24-5 nömrəli Əmrin (iddiaçının əmək funksiyasının “Sahə rəisi” kimi olması nəzərdə tutulan, işə götürənin icraçı direktorunun imzası olmayan və elektron sistemdə yerləşdirilmiş) etibarsız hesab olunması, İddiaçı Cavabdeh MMC-də “Texniki nəzarətçi” vəzifəsinə bərpa olunması və buraxdığı iş günləri üçün ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi (cavabdehdən alınaraq iddiaçıya ödənilməsi), cavabdeh hüquqi şəxs (Cavabdeh MMCnin) tərəfindən iddiaçının əmək kitabçasında və ƏMAS sistemində idiaçının əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş ümumi 101 (bir yüz bir) manat məbləğində rüsumun alınaraq iddiaçıya ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının işçi kimi Cavabdeh MMC-də işləməsi barədə xx.xx.20215-ci il tarixli əmək müqaviləsi imzalanmışdır (bağlanmışdır). Əmək müqviləsinə əsasən, iddiaçı işçi kimi “Texniki nəzarətçi” vəzifəasinə işə qəbul olunmuşdur. Qeyd olunan müqavilə xxxxxxx000100 nömrəli olmuş və müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla elektron sistemdə bu barədə qeydlər edilmişdir. Daha sonra, tərəflər arasında olan əmək münasibətləri xx.xx.2019-cu il tarixə kimi davam etmiş və bu tarixdən isə, iddiaçının (işçinin) əmək haqqının artırılması səbəbindən, tərəflər arasında yenidən əmək müqaviləsinə baxılmışdır. Bu dəfə əmək müqaviləsi xxxxxxx000101 nömrəli olmuşdur. Bu müqavilə də xx.xx.2020-ci il tarixə kimi davam etmiş və iş həftəsinin 5 günlük rejimdən 6 günlük iş rejiminə keçməsi ilə bağlı, xx.xx.2020-ci il tarixli, xxxxxxx000101 nömrəli müqavilə qüvvədən düşmüdür. Buna görə də tərəflər arasında növbəti müqavilə münasibətləri xxxxxxx000102 nömrəsi ilə davam etmişdir. Lakin, bu müqavilə çox qısa zaman kəsiyində qüvvədə omuş və xx.xx.2020-ci il tarixdə də qüvvədən düşmüşdür. Çünki həmin tarixdən etibarən, işçinin (iddiaçının) əmək haqqının artırılması barədə tərəflər arasında müvafiq razılıma olduğundan yenidən xxxxxxx000103 nömrəli müqavilə qüvvəyə minmişdir. Göstərilən müqavilə də yenidən xx.xx.2022-ci il tarixə kimi davam etmiş və qeyd edilən tarixdən isə yenidən əmək haqqı məbləğinin artırılması səbəbindən, tərəflər arasında xxxxxxx000104 nömrəli müqavilə qüvvədə olmuşdur. Bütün bu müqavilələrin bağlanması zamanı iddiaçının əmək funkasiyası (vəzifəsi) – texniki nəzarətçi – olmuşdur. Bu münasibətlər cari ilin mart ayının sonlarına kimi davam etmişdir. Cari ilin fevral ayının sonlarında iddiaçının səhhəti ilə bağlı problem olmuş və əmək qabiliyyətinin müvəqəti olmamasına görə işdən müvəqqəti azad olunması barədə cavabdehə müvafiq arayış verilmişdir (bu barədə bülletenin açılması barədə sənəd iddia ərizəsinə əlavə olunur). İddiaçı 01 mart 2024-cü il tarixdən yenidən işə çıxmış və işini davam etdirmişdir. Ancaq səhhətində yaranmış problemlər onu işləməyə imkan vermədiyindən, müvafiq ərizə ilə cavabdehə müraciət edərək, onun işdən çıxarılmasını istəmişdir. Cavabdeh isə, iddiaçının verdiyi ərizənin verilmədiyi kimi özünü göstərərək ididaçının hüququnu pozmuşdur. Bundan sonra, neçə dəfə şifahi qaydada rəhbərliyə deməsinə baxmayaraq, cavabdeh yenə də buna əhəmiyyət verməmişdir. Bu səbəbdən, iddiaçı məcbur olub, öz ərizəsini 14 mart 2024-cü il tarixdə yenidən yazmış və ərizənin özünü isə rəsmi qaydada cavabdehə ünvanlamışdır. Ərizə cavabdeh tərəfindən 14-15 mart 2024-cü il tarixdə də rəsmi qaydada “Mirzəyev” soyadlı şəxs təərəfindən poçt qəbzinə imza atmaqla götürülmüşdür. Ərizə cavabdeh tərəfindən rəsmi qaydada alındıqdan sonra, cavabdeh qəsdən, bilə-bilə heç bir hüquqi əsas gətirmədən və 27 mart 2024-cü il tarixli, 040/24-5 nömrəli Əmr qəbul edərək, tərəflər arasında bağlanmış əmək müqaviləsinə AR-nın Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə bir tərəfli qaydada xitam vermişdir. Bu barədə, 27 mart 2024-cü il tarixli, 174/24 nömrəli rəsmi məktubla iddiaçıya bildirmiş və məktuba qoşma olaraq, haqqında danışılan Əmr və digər sənədlər rəsmi qaydada iddiaçı tərəfindən alınmışdır (təqdim olunmuşdur). Qeyd edilən əmr və digər sənədlər, o cümlədən 27 mart 2024-cü il tarixli həmin məktubu iddiaçı 28 mart 2024-cü il tarixdə, yəni poçt vasitəsi ilə almışdır. İstinad edilən əmrlə tanış olarkən, müəyyən olunmuşdur ki, əmr cavabdehin (hüquqi şəxsin) icraçı direktoru X12 tərəfindən imzalanmış və cavabdehin möhürü ilə də təsdiq edilmişdir. Eyni zamanda, Əmrdə tərəflər arasında hələ 2015-ci il tarixdə imzalanmış birinci müqavilə, xxxxxxx000100 nömrəli müqaviləyə xitam verilmişdir. Həmin müqavilə üzrə iddiaçı texnki nəzarətçi vəzifəsinə işə qəbul edilmiş olsa da, ancaq həmin müqaviləyə 2019-cu il tarixdə xitam verilmiş və artıq tərəflər arasında olan əmək hüquq münasibətləri xxxxxxx000102 nömrəli müqavilə üzərindən davam etdirilmişdir. Eləcə də, xxxxxxx000102 nömrəli müqavilədən sonra xxxxxxx000104 nömrəli müqavilə də daxil olmaqla, müxtəlif vaxtlarda tərəflər arasında olan bu münasibətlər təzələnmişdir. Ancaq tərəflər aarsında olan sonuncu müqavilə münasibəti xxxxxxx000104 nömrəli müqavilə olmuşdur. Cavabdehin əmək müqaviləsinə xitam verilməsi məlumatları 27 mart 2024-cü il tarixdə də elektron sistemə əlavə etmişdir. Çünki iddiaçıya təqdim edilmiş sənədlər içərisində müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi də iddiaçıya verilmişdir. Qeyd edilən sənədlər əldə edildikdən sonra, iddiaçı dərhal sistemlə maraqlanarkən görmüşdür ki, onunla bağlanmış xx.xx.2022-ci il tarixli, xxxxxxx000104 nömrəli müqavilədən başqa, xxxxxxx000105 nömrəli müqavilə də olmuşdur. Ancaq iddiaçı ilə cavabdeh arasında qeyd edilən xxxxxxx000105 nömrəli müqavilə olmamışdır. İkinci tərəfdən, elektron sistemdən alınan arayış alınmış və müəyyən olunmuşdur ki, cavabdeh qanunsuzluq edərək, guya iddiaçı ilə olan xxxxxxx000104 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixdə xitam vermiş və həmin tarixdən yeni, xxxxxxx000105 nömrəli müqavilə tərtib etmiş və iddiaçının “texnki nəzarətçi” vəzifəsindən “sahə rəisi” vəzifəsinə keçirilmişdir. Lakin, bu barədə tərəflər arasında hər hansı bir razılaşma və ya danışıqlar olmamış, iddiaçı daim texniki nəzarətçi vəzifəsində işləmişdir. Hətta, cavabdeh hüquqi şəxs əmək müqaviləsinə xitam verilməsi barədə Əmrdə iddiaçı ilə bağlanmış müqaviləyə xitam verərəkən, onun “texniki nəzarətçi” kimi səlahiyyətlərinə xitam verilməsini göstərir. Bundan başqa, əmək kitabçasında da, iddiaçının “texniki nəzarətçi” kimi işə qəbul olunmasını qeyd edir və sonradan həmin vəzifədən azad olunması ilə bağlı ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi əsaslandırılır. Bunula belə, elektron sistemdə iddiaçının xxxxxxx000105 nömrəli müqaqviləyə xitam verildiyi barədə qeydlər etmiş və elektron sistemə isə iddiaçının “sahə rəisi” kimi əmək fəaliyyətinə xitam verdiyi yerləşdirmişdir. İddiaçının şəxsən özünün aldığı sosial arayışdan bunu tam aydın görmək olur ki, cavabdeh guya iddiaçı ilə xx.xx.2024-cü il tarixdə yeni, yəni xxxxxxx000105 nömrəli müavilə bağlamış və bu müqaviləyə də 27 mart 2024-cü il tarixdə qüvvədən düşmüşdür. Müqavilənin bağlanmasının səbəbi kimi, ididaçının “texniki nəzarətçi” vəzifəsindən “sahə rəisi” vəzifəsinə keçirilməsini göstərir. Bütün bunlar cavabdehin qanunsuzluğundan, iddiaçının hüquqlarının kobud şəkildə pozulmasını özündə əks etdirmişdir. Yuxarıda göstərilən halları görən iddiaçı ilk növbədə qanunvericliyin tələbləri baxımından mediasiya təşkilatına müraciət edərək tərəflər arasında olan mübahisənin məhkəməyə qədər mediasiya qaydasında həll olunması niyyətində olmuşdur. Eyni zamanda, cavabdehin bu qanunsuzluğunun qarşısının alınması və pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X10nə və surəti isə Sumqayıt şəhər Prokurorluğuna olmaqla, 01 aprel 2024-cü il rarixdə şikaytələ müraciət etmişdir. Şikayət rəsmi qaydada hər iki ünvana göndərilmiş və Sumqayıt şəhər Prokurorluğunun müvafiq məktubu ilə ona ünvanlanmış müraciətin araşdırılması üçün X4 rəsi Vəli Quliyevə göndərilir. Həmçinin, X2 Xidmətinin Bakı şəhər İdarəsinin 09 aprel 2024-cü il tarixli məktubu ilə araşdırmanın başlanılması barədə iddiaçıya müvafiq rəsmi qaydada məktubla bildirilmişdir. Bundan sonra, araşdırma ilə bağlı iddiaçı DOST Mərkəzinə çağırılmış və bu barədə onun (iddiaçının) müvafiq izahatı alınmışdır. Ancaq bu günə qədər araşdırmanın nəticələri barədə konkret heç bir məlumat verilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının əmək hüquqlarının pozulması ilə müşaiyət olunan hərəkətləri qanusuz və hüquqazidd olmaqla, iddiaçının hüquqlarını tam şəkildə pozmuşdur. Belə ki, həm ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə texniki nəzarətçi kimi işdən çıxarılması barədə əmrin özü, həm də iddiaçının işləmədiyi və bu barədə tərəflərin heç zaman bağlamadıqları bir əmək müqaviləsi üzrə tərtib etmiş olduğu əmri etibarsızdır. Bu səbəbdən, verilmiş iddia tələbləri tam şəkildə təmin olunmaqla, müvafiq məhkəmə qətnaməsi qəbul olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia tələbinin bir hissəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələblərindən biri olan – “İddiaçı “ArchiCo" MMC-də "Texniki nəzarətçi" vəzifəsinə bərpa olunması və buraxdığı iş günləri üçün ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi (cavabdehdən alınaraq iddiaçıya ödənilməsi)" hissəsinin dəyişdirilərək aşağıdakı kimi müəyyən edilməsi - "İddiaçı 'ArchiCo" MMC-də "Texniki nəzarətçi" vəzifəsindən özünün (İddiaçı) 14 mart 2024-cü il tarixli ərizəsi nəzərə alınmaqla, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə AR-nin Əmək Məcəlləsinin 69.1-ci maddəsinin tələbləri əsasında isçi (İddiaçı) tərəfindən (onun xahişi ilə) ləğv olunması" 09 may 2024-cü il tarixli iddia ərizəsində olan iddia tələblərinin digər hissələrinin, dəyişidrilmədən saxlanılması nəzərə alınmaqla qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı “ArchiCo" MMC-də "Texniki nəzarətçi" vəzifəsindən özünün (İddiaçı) 14 mart 2024-cü il tarixli ərizəsi nəzərə alınmaqla, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə AR-nin Əmək Məcəlləsinin 69.1-ci maddəsinin tələbləri əsasında (işçi İddiaçı tərəfindən onun xahişi ilə) ləğv olunması", cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 mart 2024-cü il tarixli, 040/24-5 nömrəli Əmrin (iddiaçının əmək funksiyasının "Texniki nəzarətçi" kimi olması nəzərdə tutulan və isə götürənin icraçı direktorunun imzası və möhürü ilə təsdiq edilmiş və elektron sistemdə yerləşdirilməyən) ləğv olunması, cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 mart 2024-cü il tarixli, 040/24-5 nömrəli Əmrin (iddiaçının əmək funksiyasının "Sahə rəisi" kimi olması nəzərdə tutulan, işəgötürənin icraçı direktorunun imzası olmayan və elektron sistemdə yerləşdirilmiş etibarsız hesab olunması, cavabdeh hüquqi şəxs ("xxxx" MMC-nin) tərəfindən iddiaçının əmək kitabçasında və ƏMAS sistemində iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş ümumi 101 (bir yüz bir) manat məbləğində rüsumun alınaraq iddiaçıya ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, bildirmişdir ki, iddiaçı işə bərpa olunmaq, buraxılmış iş günlərinə görə cərimə istəmir, onun əsas tələbi öz istəyi ilə iddiaçının öz ərizəsi ilə işdən azad olunmasıdır. İşin mahiyyəti ondan ibarətdir ki, iddiaçı orada işləyə-işləyə xx.xx.2024-cü ildə işdən çıxarılma ərizəsi ilə müraciət edir, şirkət isə köhnə tarixlə akt tərtib edir ki, guya iddiaçı fevral ayının sonundan işə gəlmir. İddiaçının fevral ayında 3-4 gün xəstəliyi olub. Sonradan xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iki dəfə ərizə yazıb, lakin poçtla göndərməyib, şəxsən özlərinə təqdim edib. Həmin dövrdə iddiaçı işdə olub və ona əmək haqqı ödənilib. xx.xx.2024-cü ildə iddiaçının sahə rəisi vəzifəsinə keçirilməsi barədə ərizəsi olub, lakin sahə rəisi kimi rəsmiləşdirilmə olmayıb, çünki hadisə baş verib və ona qeyri-rəsmi bildiriblər ki, “bu hadisəni üzərinə götür səni sahə rəisi vəzifəsinə rəsmiləşdirək və məsələ bitsin.” İddiaçı bununla razılaşmır və məsələ buradan qaynaqlanır. İş prokurorluq orqanında olarkən bu ərizə əsasında güya sahə rəisi olub və işdən çıxarılanda iki əmr verilib. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı 2015-ci ildən həmin şirkətə texniki nəzarətçi vəzifəsinə qəbul olunub və iddiaçının qeyd etdiyi cinayət məsələsi olub. Həmin məsələdə iddiaçının texniki nəzarətçi kimi müəyyən təqsiri var, lakin onun sahə rəisi vəzifəsinə keçirilməsinə heç bir əlaqəsi yoxdur. Həmin ölüm hadisəsi yanvar ayında olub və sonradan vəzifənin dəyişdirilməsi həmin vəzifəyə aidiyyəti yoxdur. Hadisədən sonra İddiaçı xx.xx.2024-cü il tarixdə özü vəzifəsinin dəyişdirilməsi və sahə rəisi vəzifəsinə keçirilməsi barədə ərizə ilə şirkətə müraciət etmişdir. Şirkət tərəfindən ƏMAS sisteminə işlənilir və onun ərizəsinə əsasən həmin sistem müqaviləni verəndən sonra Asan imza ilə təsdiqlənir və ondan sonra iddiaçı əmək müqaviləsinin imzalamasından imtina edir. Lakin elektron sisteminin gedişatı bu formada olduğu üçün avtomatik olaraq sistemə düşür ki, güya sahə rəisi kimi iddiaçı ilə müqavilə bağlanılıb. Cavabdeh tərəfindən həm elektron qaydada, həm də 2-3 dəfə yazılı qaydada Əmək Müfəttişliyinə müraciətlər edilmiş, texniki səhvin nəticəsində icrada olan əmək müqaviləsinin Asan imza vasitəsilə imzalandığı, bu əməliyyatın geri qaytarılmasına və əmək bildirişinin ləğv olunmasına köməklik göstərilməsi xahiş olunmuşdur. Daha sonra müraciətə cavab verilmədiyi üçün 142 çağrı mərkəzinə müraciət etmişlər, daxili nömrəyə yönəltmişlər və nəticədə şifahi olaraq bildirilmişdir ki, rəsmi yazışmalar bölməsi pilot lahiyəsidir və işlək vəziyyətdə deyil, müraciət qeydə alınmayıb. Lakin ƏMAS-da müraciətin əməliyat hissəsində göndərildiyi qeyd olunmuşdur. Onlar bildirirlər ki, pilot lahiyədir və sistemə müdaxilə edə bilmədikləri üçün düzəlişlə bağlı məhkəməyə müraciət etməlidirlər. Hazıki iddia olduğuna görə hesab edir ki, iddianı həmin hissədə qəbul etsinlər və həmin müqavilə mövcud olmadığına görə etibarsız hesab edilsin. Digər tərəfdən iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. O, 20 gün işə gəlməmişdir və bu barədə xx.xx.2024-cü il tarixdə akt tərtib olunub. İş yoldaşları zəng vuranda bildirib ki, xəstədir və şirkəyə bülleten təqdim edəcəkdir. Bundan sonra dəfələrlə zəng edilmiş, lakin heç bir zəngə cavab verməmişdir. xx.xx.2024-cü il tarixində həmin işçiyə şirkət tərəfindən bildiriş göndərilmişdir. Həmin bildirişdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərinin pozulduğu izah olunub. xx.xx.2024-cü il tarixdə iddiaçıya məktub göndərən gün onun məktubu şirkətə daxil olmuşdur. Daha sonra iddiaçı 15 gün sonra bülleten göndərir və o da 15 gündən əvvəlki bir gün tarixə göndərir. Mart ayının 15-də iddiaçının əmək haqqısının köçürülməsini inkar etmirlər. Həmin əmək haqqı fevral ayının əmək haqqısıdır. Əmək müqaviləsinin şərtlərində də nəzərdə tutulub ki, əmək haqqı növbəti ayın 1-dən 5-nə qədər ödəniləcək. Düzdür maliyyə problemlərinə görə gecikmələr olub və iddiaçı Əmək Müfəttişliyinə işdən azad olunmasının qanunsuz olması barədə müraciət edib. Əmək Müfəttişliyinin cavabından da görünür ki, direktora inzibati tənbeh tədbiri tətbiq edilib, lakin işçinin qanunsuz işdən azad olunması ilə bağlı nöqsan aşkar edilməmişdir. Sadəcə olaraq əmək haqqının gecikdirildiyi üçün direktor cərimələnmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - İddiaçı ******* saylı əmək kitabçasının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə 36/k №-li əmr ilə Cavabdehndə texniki nəzarətçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. - İddiaçı tərəfindən Cavabdeh icraçı direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, işçi İddiaçı xx.xx.2024-cü il tarixindən sahə rəisi vəzifəsinə keçirilməsini xahiş etmişdir. - Cavabdeh Direktorun ƏM və TT üzrə müavini X7, İnsan resursları şöbəsinin rəhbəri Şahid və böyük hüquqşünası X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdehndə texniki nəzarətçi vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixdən bu günədək yəni 20 gündür ki, işə (istehsalat sahəsinə) gəlmir və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Ona dəfələrlə telefon vasitəsilə zəng edilmiş, lakin heç bir halda zənglərə cavab verməmişdir. - xx.xx.2024-cü il tarixdə 16 saylı Poliklinika tərəfindən verilmiş ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən 28 fevral 2024-cü il tarixə, 29 fevral 2024-cü il tarixdən bir gün işdən azad edilmişdir. İşçi işə 01 mart tarixində başlamalıdır. - İddiaçı tərəfindən Cavabdeh icraçı direktoruna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, işçi İddiaçı tutduğu texniki nəzarətçi vəzifəsindən onu xx.xx.2024-cü il tarixində işdən azad edilməsini, həmin tarixi son iş günü hesab edilməsini xahiş etmişdir. Qeyd olunan ərizə Cavabdeh MMC-yə 419/24 nömrəsi ilə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 161/24 saylı 15 mart 2024-cü il tarixli bildirişdən görünür ki, işə qanunvericiliklə müəyyən olunmuş hansı üzrlü səbəbədən gəlməməyi barədə 3 gün ərzində rəsmi qaydada məlumat verilmədiyi təqdirdə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbləri pozulduğu üçün həmin məcəllənin 70ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi, müəssisəyə gəlmədiyi təqdirdə əmək kitabçasının qeydiyyatda olduğu ünvana göndəriləcəyi bildirilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 040/24-5 saylı əmrdən görünür ki, işçinin xx.xx.2024-cü il tarixindən heç bir üzürlü səbəb göstərmədən bu günədək işə gəlməməsi səbəbi ilə "Tikinti departamenti" bölməsində "Texniki nəzarətçi" vəzifəsində işləyən İddiaçı Müseyib oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024 tarixindən xitam verilməsi, işçinin xx.xx.2015 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 15.5 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Mühasibatlıq şöbəsinə həvalə edilməsi əmr edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 040/24-5 saylı əmrdən görünür ki, işçinin xx.xx.2024-cü il tarixindən heç bir üzürlü səbəb göstərmədən bu günədək işə gəlməməsi səbəbi ilə "Tikinti departamenti" bölməsində "sahə rəisi" vəzifəsində işləyən İddiaçı Müseyib oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024 tarixindən xitam verilməsi, işçinin xx.xx.2015 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 15.5 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Mühasibatlıq şöbəsinə həvalə edilməsi əmr edilmişdir. - Cavabdeh MMC-nin istifadə edilməmiş məzuniyyət görə kompensasiyanın hesablanması, ödənişlərin hesablanması və s. barədə çıxarışdan görünür ki, işçiyə 669,82 manat qaytarılmalıdır. - "xxxx" ASC İddiaçı ödəniş kartı üzrə çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə son haqq-hesab kimi bank hesabına (kart nömrəsi: ****0577) 669,82 manat nəğdsiz mədaxil edilmişdir. - Cavabdeh MMC 38 saylı haqq-hesab vərəqindən görünür ki, İddiaçı xx.xx.2023 xx.xx.2024 dövrü üzrə istifadə edilməmiş məzuniyyət günləri 15,5 gündür. - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 174/24 saylı 27 mart 2024-cü il tarixli məktubdan görünür ki, əmək kitabçası, xitam əmrinin surəti, əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş İddiaçı ünvanına göndərilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 040/24-5 saylı əmr ilə «AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 09 aprel 2024-cü il tarixli məktubdan görünür ki, ərizənin araşdırılması üçün 7 iş günü ərzində yaşayış yeri üzrə “DOST” Mərkəzinə gəlməyi xahiş olunmuşdur. - Cavabdeh tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə ünvanlanmış 243/24 saylı 26 aprel 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq xx.xx.2015-ci il tarixdən etibarən texniki nəzarətçi vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdən işə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Ona dəfələrlə telefon vasitəsilə zəng edilmiş, lakin heç bir halda zənglərə cavab verməmişdir. xx.xx.2024-cü il tarixində müəssisəyə poçt vasitəsilə 26 fevral 2024-cü il tarixindən 29 fevral 2024-cü il tarixinədək ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi daxil olmuşdur. İşçi heç bir üzrlü səbəb olmadan xx.xx.2024-cü il tarixindən işə gəlməməsi nəticəsində onun texniki nəzarətçi kimi təhkim olunduğu istehsalat sahəsində normal ahəng pozulmuşdur. Bu səbəbdən «AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əsası ilə xx.xx.2024-cü il tarixində işçinin xitam əmri verilmişdir. - İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, 01/2024 saylı aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsində yerləşən Hərbi Hava Qvvələrinə məxsus aerodromun ərazisində X1 ölümü ilə nəticələnmiş hadisə baş vermişdir. Hadisənin baş verməsində Cavabdeh MMC-nin texniki nəzarətçisi İddiaçı cavabdehliyi müəyyən edilmişdir. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 30 may 2024-cü il tarixli 3-17-5/2-A-33933/2024 saylı məktubdan görünür ki, təqdim edilmiş əmək haqqı bank hesabından çıxarışda inzibati xəta əlamətlərinin olması müəyyən edildiyindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. - 12 iyun 2024-cü il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh icraçı direktoru X12 AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, 900 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Belə ki, vətəndaş İddiaçı əmək müqaviləsində əmək haqqının hər ayın 05-i ödənilməsi qeyd edilsə də, AR ƏM-nin 12-ci maddəsinin İ hissəsinin a bəndinin tələbləri pozularaq gec ödənildiyi müəyyən olunmuşdur. - 24.07.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1978ci il təvəllüdlü X3 bildirmişdir ki, 2017-ci ildən “ArchiCo» MMC-də işləyir. xx.xx.2023-cü ildən isə “nasosnu” deyilən ərazidə sahə rəisi vəzifəsində işləyir. İşçilərin gündəlik gəlibgetməsinə və işin keyfiyyətinə nəzarət edir. İddiaçı da orada işləyirdi. O, kanalizasiya və su xəttlərinin çəkilməsi ilə məşğul olurdu. Özü onlara sahə rəisi vəzifəsində işləydiyini demişdir. O, həmin sahəyə gəlirdi təhlükəsizlik sənədini imzalayırdı sonradan çöldə işləyirdi. O, texniki nəzarətçi kimi qeydə alınmışdı. 23-24 fevraldan sonra iddiaçını həmin ərazidə görməmişdirlər və o baş vermiş hadisədən sonra oraya gəlib-getmirdi. Onunla telefonla əlaqə saxlamağa cəhd etmiş, lakin danışa bilməmişdir. Gündəlik təhlükəsizlik ilə bağlı qol çəkirlər, görüləcək işlərlə bağlı çəkilən imzaların davamiyyətə aidiyyəti yoxdur. - 24.07.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1989cu il təvəllüdlü X8 bildirmişdir ki, şirkətdə 9 ildir işləyir. xx.xx.2022-ci ildə isə layihəyə gəlmişdir. Briqadir vəzifəsində işləyir. İddiaçını 4-5 ildir ki, tanıyır. O, su və kanalizasiya komandasında texniki nəzarətçi idi. Şirkətdə gündəlik təlimat var. Hər səhər təhlükəsizliyə və günün davamiyyətinə qol çəkirlər. Axırıncı dəfə iddiaçını fevral ayında görmüşlər və o gündən sonra onu görməmişlər. Hər bir işlədikləri işdə günlük davamiyyət var, ona görə ayın sonunda əmək haqqları ödənilir. Davamiyyət və təhlükəsizliklə bağlı sənədləri var. Əmək haqqı davamiyyətə uyğun verilir, çünki davamiyyət olmasa, əmək haqqı verilə bilməz. Texniki nəzarətçi fəhlələrin üzərində daimi olmalıdır və bu iş prinsipidir. Davamiyyət və təhlükəsizliyi imzalamaq paralel şəkildə olur. - 24.07.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1985ci il təvəllüdlü X9 bildirmişdir ki, 2019-cu ildən “ArchiCo» MMC-də sətəmm mühəndisi vəzifəsində işləyir. Şirkətdə təhlükəsizlik jurnalı imzalanılır və həmin jurnalı iddiaçı xx.xx.2024-cü ildə sonuncu dəfə imzalayıb. İşə gəlməyən işçiyə əmək haqqı verilmir. Özü təhlükəsizlik sahəsinə nəzarət edir və təhlükəsizlik davamiyyətin əvəzidir. Sahə rəisi briqadirlərə ümumi nəzarət edir, bölgü aparır və öz işləri barədə sahə rəisinə məlumat verirdilər. Briqadirlər sahə rəisinə, işçilər isə briqadirlərə tabe idilər. Texniki nəzarətçi işin düzgün görülüb-görülməməsinə nəzarət edir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki məhkəmə iclasında tərəfin, onun nümayəndəsi və vəkilinin izahatları, tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdeh MMC-də texniki nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. İşəgötürənin xx.xx.2024-cü il tarixli 040/24-5 saylı əmri ilə işçinin xx.xx.2024-cü il tarixindən heç bir üzürlü səbəb göstərmədən bu günədək işə gəlməməsi səbəbi ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) tərəflər arasından bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı əmrin ləğv edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlara düzəliş edilməsi və s. tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -11-ci maddəsinin b bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. - 69-cu maddəsinin 1-ci bəndinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər (28 iyun 2024-cü il tarixdən əvvəlki redaksiya). -70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. -71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 76-cı maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 28 iyun 2024-cü il tarixli 1195- VİQD saylı №-li Azərbaycan Respublikasının Qanunundan əvvəlki redaksiyasında: -83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. -83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi İddiaçı iddia tələbi 4 hissədən ibarətdir: 1) İddiaçı “ArchiCo" MMC-də "Texniki nəzarətçi" vəzifəsindən özünün 14 mart 2024cü il tarixli ərizəsi nəzərə alınmaqla, onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə AR-nin Əmək Məcəlləsinin 69.1-ci maddəsinin tələbləri əsasında (işçi İddiaçı tərəfindən onun xahişi ilə) ləğv olunması"; 2) cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 mart 2024-cü il tarixli, 040/24-5 nömrəli Əmrin (iddiaçının əmək funksiyasının "Texniki nəzarətçi" kimi olması nəzərdə tutulan və isə götürənin icraçı direktorunun imzası və möhürü ilə təsdiq edilmiş və elektron sistemdə yerləşdirilməyən) ləğv olunması, 3) cavabdeh "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 mart 2024-cü il tarixli, 040/24-5 nömrəli Əmrin (iddiaçının əmək funksiyasının "Sahə rəisi" kimi olması nəzərdə tutulan, işəgötürənin icraçı direktorunun imzası olmayan və elektron sistemdə yerləşdirilmiş etibarsız hesab olunması, 4) cavabdeh hüquqi şəxs ("xxxx" MMC-nin) tərəfindən iddiaçının əmək kitabçasında və ƏMAS sistemində iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. Məhkəmə, birinci və ikinci hissəsinin hüquqi əsaslandırılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. Əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir. Qanunverici işəgötürənlə işçi arasında yaranan münasibətlərin tənzimlənməsini qəti şəkildə bu normaların tələbləri üzərində qurulmasını müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin – əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırki iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdehin mübahisələndirilən xx.xx.2024-cü il tarixli 040/24-5 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən - xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə ikinci əsasla, Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərilən “işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi” əsası ilə xitam verilmişdir. Qeyd olunan əmr icraçı direktor tərəfindən imzalanmış, müəssisənin möhürü ilə təsdiq edilmişdir. İddiaçı isə qeyd olunan əmrin ləğv edilərək (tələbin ikinci hissəsi), "Texniki nəzarətçi" vəzifəsindən özünün 14 mart 2024-cü il tarixli ərizəsi nəzərə alınmaqla, cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə AR-nin Əmək Məcəlləsinin 69.1-ci maddəsinin tələbləri əsasında (işçi İddiaçı tərəfindən onun xahişi ilə) ləğv olunmasını (tələbin birinci hissəsi) xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərilən “işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi” əsası ilə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə üzrlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməsi müəyyənləşdirilməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2024 – xx.xx.2024-cü il tarix aralığında işdə olmamışdır. Bu hal iş materialları – cavabdehin ƏM və TT üzrə müavini X7, İnsan resursları şöbəsinin rəhbəri Şahid və böyük hüquqşünası X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akt, məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlər - həmin tarixdə cavabdeh müəssisədə sahə rəisi vəzifəsində işləyən X3, briqadir vəzifəsində işləyən X8, Sətəm mühəndisi vəzifəsində işləyən X5 şahid ifadələri, Cavabdeh MMC-nin xx.xx.2024 - xx.xx.2024, xx.xx.2024 - xx.xx.2024-cü il tarixli iş öncəsi qısa təlimatlandırma formalarında (tool box talk form) olan qeydlərlə öz təsdiqini tapmışdır (xx.xx.2024-cü il tarixli forma İddiaçı tərəfindən təlimat keçən kimi imzalansa da, sonrakı tarixlərdə olan formalarda bu barədə qeyd aparılmamış, iddiaçı tərəfindən imza edilməmişdir). Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qeyd edilən normanın tələblərindən irəli gələrək məhkəmə hesab edir ki, hazırda işə gəlməməsinin yuxarıda göstərilən əsaslardan birindən irəli gəlməsini və üzrlü səbəbə söykənməsini sübut etmək yükü məhz iddiaçının üzərinə düşür. Lakin buna dair sübutlar məhkəməyə təqdim edilməmiş, bu hal məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, xx.xx.2024 – xx.xx.2024-cü il tarixədək texniki nəzarətçi vəzifəsində çalışan iddiaçının işə gəlməməsi iş yerində işin normal ahəngini pozmaya bilməzdi. Belə ki, işçinin - iddiaçının üzrlü səbəb olmadan işə gəlməməsi müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmasına səbəb olmaqla yanaşı, digər işçilərin də əmək intizamına riayət etməsinə mənfi təsir göstərən hal kimi qəbul olunmaqla, işəgötürənin qanunla qorunan mənafelərinə ziyan vurur. Məhkəmə qeyd edir ki, cavabdehin müəyyən müddət ərzində müqaviləyə xitam verməyərək xx.xx.2015-ci il tarixdən etibarən işçisi olan iddiaçı barəsində əmək müqaviləsinə xitam vermək üçün üzrlü səbəbə dair müvafiq sənədin təqdim oluna bilməsi ehtimalına görə gözləmə mövqeyində olması da anlaşılandır. Belə ki, Cavabdeh MMC İddiaçı 161/24 saylı 15 mart 2024-cü il tarixli bildiriş ünvanlayaraq xx.xx.2024-cü il tarixdən etibarən işə qanunvericiliklə müəyyən olunmuş hansı üzrlü səbəbdən gəlməməyi barədə 3 gün ərzində rəsmi qaydada məlumat verilmədiyi təqdirdə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbləri pozulduğu üçün həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi, müəssisəyə gəlmədiyi təqdirdə əmək kitabçasının qeydiyyatda olduğu ünvana göndəriləcəyi bildirilmişdir. İddiaçı tərəfindən onun əmək qabiliyyətinin olmaması barədə xx.xx.2024-cü il tarixdə 16 saylı Poliklinika tərəfindən verilmiş ******* saylı vərəqə təqdim olunmuşdur. Həmin sənədə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən 28 fevral 2024-cü il tarixə, 29 fevral 2024-cü il tarixdən bir gün işdən azad edilmişdir. İşçinin işə 01 mart tarixində başlamalı olduğu qeyd edilmişdir. Lakin iddiaçı 01 mart 2024-cü il tarixdən sonrakı dövr ərzində işə gəlməməsinin üzrlü səbəblərinə dair sənəd təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsas mövcud olmuşdur. Belə ki, 72-ci maddədə sadalanan halların birinin mövcud olması işçi ilə işəgötürən arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsasdır. İddiaçı, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İşəgötürən də qeyd olunan halı əsas kimi qəbul etməklə, iddiaçının işə gəlməməsini üzürsüz hal kimi qiymətləndirib, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Cavabdeh MMC tərəfindən iddiaçı - işçi ilə əmək münasibətlərinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmuş, müvafiq əmr imzalanmış, işçiyə bu barədə məlumat verilməklə, onunla son haqq-hesab aparılmışdır (xx.xx.2024-cü il tarixdə iddiaçının "xxxx" ASC-də yerləşən bank hesabına nağdsız qaydada köçürülmüşdür). İddiaçı məhkəməyə əmək münasibətlərinə qanunsuz xitam verilməsi əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də qeyd edilən əmrin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə (qeyd olunan ərizə Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur) tutduğu texniki nəzarətçi vəzifəsindən xx.xx.2024-cü il tarixində işdən azad edilməsini, həmin tarixi son iş günü hesab edilməsini xahiş etmişdir. Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Hazırki iş üzrə iddiaçının hansı tarixdə ərizə yazdığı (xx.xx.2024) və öz təşəbbüsü ilə hansı tarixdən işdən çıxmaq istəməsinə (xx.xx.2024) dair məlumatlar Cavabdeh MMC-yə ünvanlanmış ərizədə mövcuddur. İddiaçının ərizə verdiyi tarixdən 1 təqvim ayı bitdikdən sonra işə çıxmamaq hüququ olmuşdur. Lakin iddiaçı işçi olaraq cavabdehi bununla bağlı ən azı 1 ay öncədən xəbərdar etməli olduğu halda həmin müddəti gözləməmiş, xx.xx.2024-cü il tarixli ərizəni yazaraq, son iş gününün həmin gün hesab olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin ərizədə göstərildiyi kimi elə həmin gün işçi ilə əmək münasibətlərinə onun xahişi ilə (özünün ərizəsinə əsasən) xitam verməməsi haqlı olmuşdur və bu səbəbdən iddiaçının “əmək müqaviləsinə İddiaçı “ArchiCo" MMC-də "Texniki nəzarətçi" vəzifəsindən özünün 14 mart 2024-cü il tarixli ərizəsi nəzərə alınmaqla, cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə AR-nin Əmək Məcəlləsinin 69.1-ci maddəsinin tələbləri əsasında (işçinin xahişi ilə) ləğv olunması” barədə tələbi əsaslı deyildir. Məhkəmə iddia tələbinin dördüncü hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının “onun texniki nəzarətçi vəzifəsindən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və iddiaçının “ArchiCo" MMCdə texniki nəzarətçi vəzifəsindən özünün 14 mart 2024-cü il tarixli ərizəsi nəzərə alınmaqla, cavabdehlə arasında bağlanmış əmək müqaviləsinə AR-nin Əmək Məcəlləsinin 69.1-ci maddəsinin tələbləri əsasında öz xahişi ilə ləğv olunması” tələbləri cavabdehin iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün məhkəmə tərəfindən təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında və ƏMAS sistemində iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələb də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin üçüncü hissəsinə münasibətdə isə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə 36/k №-li əmr ilə Cavabdehndə “texniki nəzarətçi” vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı daim “texniki nəzarətçi” vəzifəsində işləmiş, “sahə rəisi” vəzifəsinə keçirilməmişdir (bu barədə əmək kitabçasında da qeyd aparılmamışdır). İddiaçının faktiki olaraq cavabdeh müəssisədə “sahə rəisi” vəzifəsində işləməməsi və həmin vəzifəyə keçirilməməsi tərəflərin hər ikisinin izahatı ilə də müəyyən olunur. Belə ki, iddiaçı iddia ərizəsində daim “texniki nəzarətçi” vəzifəsində işlədiyini, “sahə rəisi” vəzifəsinə keçirilmədiyini bildirmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla cavabdeh şirkətin İddiaçı xx.xx.2024-cü il tarixli yazılı müraciəti əsasında sahə rəisi vəzifəsinə keçirilməsi ilə bağlı ƏMAS elektron sistemində əmək müqaviləsi bildirişinin yaradılması haqqında əməliyyat başlatdıqları, icrada olduğu zaman işçinin əmək müqaviləsinə imza atmaqdan imtina etdiyi, lakin texniki səhvin nəticəsində icrada olan müqavilənin imzalandığı, əməliyyatın geri qaytarılması ilə bağlı müraciətlər etməsinə baxmayaraq texniki səhvin aradan qaldırılmadığı bildirilmişdir. Digər tərəfdən iş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 040/24-5 saylı əmrdən görünür ki, işçinin xx.xx.2024-cü il tarixindən heç bir üzürlü səbəb göstərmədən bugünədək işə gəlməməsi səbəbi ilə "Tikinti departamenti" bölməsində "sahə rəisi" vəzifəsində işləyən İddiaçı Müseyib oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024 tarixindən xitam verilməsi və s. əmr edilmişdir. Qeyd olunan əmr icraçı direktor tərəfindən imzalanmamış, müəssisənin möhürü ilə təsdiq edilməmişdir. AR ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinin mübahisəli əmr imzalanan tarixə (28 iyun 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə verilmiş yeni redaksiyadan əvvəlki) olan redaksiyasına əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Göründüyü kimi, iddiaçı faktiki olaraq “sahə rəisi” vəzifəsinə keçirilməmiş, müəssisədə “texniki nəzarətçi” vəzifəsində işləmişdir. Bu işin mübahisəsiz halıdır. Lakin cavabdehin texniki səhvi nəticəsində onun “sahə rəisi” vəzifəsinə keçirilməsi ilə bağlı müqavilə imzalanmışdır. Bundan sonra “sahə rəisi” vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmr Əmək və Məşğulluq altsisteminə (ƏMAS) daxil edilmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbini bu hissədə qəbul etdiklərini bildirmişdir (fasiləsiz audiovideo yazısı aparılan 29 may 2024-cü il tarixli məhkəmə iclası). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin izahatı nəzərə alınmaqla, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin 27 mart 2024-cü il tarixli, 040/24-5 nömrəli Əmri (iddiaçının əmək funksiyasının “Sahə rəisi” kimi olması nəzərdə tutulan, işəgötürənin icraçı direktorunun imzası olmayan və elektron sistemdə yerləşdirilmiş) etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 mart 2024-cü il tarixli, 040/24-5 nömrəli Əmr (iddiaçının əmək funksiyasının “Sahə rəisi” kimi olması nəzərdə tutulan, işə götürənin icraçı direktorunun imzası olmayan və elektron sistemdə yerləşdirilmiş) etibarsız hesab olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 358-360cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 27 mart 2024-cü il tarixli, 040/24-5 nömrəli Əmr (iddiaçının əmək funksiyasının “Sahə rəisi” kimi olması nəzərdə tutulan, işəgötürənin icraçı direktorunun imzası olmayan və elektron sistemdə yerləşdirilmiş) etibarsız hesab olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2472/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2472/2024
16.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver