Məhkəmə qərarları › İş №e-2(005)-2478/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2478/2022

29.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2478/2022 29.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmrinin ləğv edilməsi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması, ona xx.xx.2022-ci il tarixdən i şə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illər Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. Aşağıdakı səbəblərdən hesab edir ki, cavabdehin həmin əmri ləğv edilməli, İddiaçı işlədiyi vəzifəyə bərpa olunmaqla, ona xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməldir. Əmrin mətnindən də göründüyü kimi, iddiaçının işdən çıxarılması üçün heç bir əsas göstərilməmiş və şərh edilməmişdir. “Central Hospital” klinikası tərəfindən verilmiş SN00007 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, iddiaçı, xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir, xx.xx.2022-ci il tarixdən işə başlamalıdır. Şərh olunanlardan göründüyü kimi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunmalı, ona xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməldir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin tələblərinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X7 (xx.xx.2022-ci il tarixli hazırlıq iclasında, Cavabdeh2 isə məhkəmənin digər iclaslarında iştirak edərək iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə Cavabdeh2 əlavə olaraq bildirmişdir ki, Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi işində ciddi nöqsanlara yol verdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən xitam verilmişdir. Həmin nöqsanlar barədə orta məktəblərdə monitorinq aparılan zaman ortaya çıxmışdır. İddiaçı əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 14 mart 2022-ci il tarixdən əmək münasibətlərinə xitam verilmişdir. Lakin iddiaçı əmək qabiliyyətinin olmaması barədə məlumat verməmişdir. Buna görə də, iddiaçının tələbi əsassızdır, rədd olunmalıdır. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 №-li əmrindən görünür ki, Abşeron rayon Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 14 mart 2022-ci il tarixdən ləğv edilməsi; 2.Abşeron Rayon Təhsil Şöbəsi (Pərviz Əhmədov) və 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi (Elxan Süleymanov) son haqq hesabın aparılması təmin edilməsi; 3.İnsan resursları şöbəsi (Eşqi Bağırov) bu əmrdən irəli gələn məsələləri həll etməsi; 4.İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin edilməsi qərara alınmışdır. Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-1162 nömrəli, xx.xx.2021-ci il tarixli əmri, Abşeron Rayon Təhsil X9 ittifaqı komitəsinin xx.xx.2022-ci il tarixli, 4 nömrəli iclas protokolundan çıxarış, müvafiq aktlar. “Central Hospital” klinikası tərəfindən verilmiş SN00007 seriyalı ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir, xx.xx.2022-ci il tarixdən işə başlamalıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli K-1162 №-li əmrindən görünür ki, .... 6.2 -Xırdalan şəhər 1 npmrəli tam orta məktəbin direktoru X4, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin direktoru X2, Saray qəsəbə 2 nömrəli tam orta məktəb direktoru İddiaçı xəstə olması ilə əlaqədar işə çıxmadıqları nəzərə alınaraq, işə qayıtdıqdan sonra onlarla bağlanmış əmək müqavilələrinin müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiklərinə, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiklərinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğvi ilə bağlı zəruri tədbirlər görsün. Abşeron Rayon Təhsil Şöbəsinin X3 xx.xx.2022-ci il tarixində keçirilən növbədənkənar iclasın 4№-li Protokolundan görünür ki, Rayonun Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı işində yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin "Ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədə müvafiq hesab edilmiş; 2. Qərarın icrası X3 sədri Aslan Həziyevə tapşırılmışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, K-239 №-li ə-mrlə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirmişdir ki, Abşeron rayonu 2 saylı orta məktəbdə texniki işçi kimi çalışmışdır. Məktəbə yoxlama gəldiyi vaxt həqiqətən də iş yerində olmamışdır. Lakin direktordan icazə almışdır. Yoxlamada qeyd olunmuşdur ki, guya işə gəlmir, bununla razı deyil. Onun yoxlama zamanı işdə olmamağı üzürlü səbəbdən olmuşdur, bu barədə ərizə də yazıb direktora vermişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2022-ci il tarixli K-239 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmrinin ləğv edilməsi, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması, ona xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-1162 nömrəli, xx.xx.2021-ci il tarixli əmrində, Abşeron Rayon Təhsil X9 ittifaqı komitəsinin xx.xx.2022-ci il tarixli, 4 nömrəli iclas protokolundan çıxarışda İddiaçı öz vəzifələrinin icrası zamanı ciddi pozuntulara yol verdiyi göstərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətli olmamış və göstərilən müddət aralığında işdən azad edilmişdir, xx.xx.2022-ci il tarixdən işə başlamışdır. Məhkəmə hesab edir ki, İddiaçı fəaliyyətində pozuntular aşkar edilsə də, onunla bağlanmış əmək müqaviləsinə onun büllütendə olduğu dövrdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə xitam verilməsi qanunsuzdur, əmək qanunvericiliyinin tələblərinə ziddir. Bu səbəbdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmri İddiaçı münasibətdə ləğv edilməli və İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməlidir. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, İddiaçı qanunsuz olaraq işdən azad edilməsi sübuta yetirildiyindən ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmri İddiaçı münasibətdə ləğv edilsin. İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilsin. xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar