Məhkəmə qərarları › İş №e-2(005)-2498/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2498/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2498/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh ”X3” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, ”X3” ASC-yə, (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 Saylı Bakı Ərazi İdarəsi” və ”Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X4 4 Saylı Abşeron İdarəsi”-nə maraqlı şəxslər olmaqla) qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, ”X3” ASC-yə, (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 1 Saylı Bakı Ərazi İdarəsi” və ”Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X4 4 Saylı Abşeron İdarəsi”-nə maraqlı şəxslər olmaqla) qarşı iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu. Novxanı kəndində yerləşən 0.1076 ha torpaq sahəsinə və onun üzərində yerləşən 835 saylı bağ evinə dair "xxxx" KB ASC ilə "xxxx" MMC arasında bağlanmış Hərrac təşkilatının İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 59/05 saylı, xx.xx.2021-ci il tarixli Protokol etibarsız hesab edilməsi, bağ evi və torpaq sahəsinə dair "xxxx" KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən DƏDRX-dən verilmiş ********** nömrəli Çıxarış ləğv edilməsi və bu barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini tərəfindən müvafiq qeydiyyatın aparılması, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.40 ha torpaq sahəsinə dair "xxxx" KB ASC ilə "xxxx" MMC arasında bağlanmış Hərrac təşkilatının İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 59/06 saylı, xx.xx.2021-ci il tarixli Protokol etibarsız hesab edilsin, torpaq sahəsinə dair "xxxx" KB ASC-nin mülkiyyət hüququnu təsdiq edən DƏDRXdən verilmiş ********** nömrəli Çıxarış ləğv edilsin və bu barədə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsini tərəfindən müvafiq qeydiyyatın aparılması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. İş üzrə xx.xx.2022-ci il tarixə saat 12:40-a və xx.xx.2022-ci il tarixə saat 11:40-a təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə tərələrə məlumat verilməsinə baxmayaraq iddiaçı göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh ”X3” ASC-nin nümayəndəsi X2 mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilsə də, tərəflərin nümayəndələri məhkəməyə gəlmədiklərindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X4 1 Saylı Bakı Ərazi İdarəsi”-nə, Respublika Xammal Və Əmtəə Birjasının "xxxx" MMC-yə, ”X3” ASC-yə, ”Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X4 4 Saylı Abşeron İdarəsi”-nə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş Asan Pay vasitəsilə ********* nömrəli qəbzlə xx.xx.2022-ci il tarixdə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar