Məhkəmə qərarları › İş №e-2(005)-2501/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2501/2023

26.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2501/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kommunal haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kommunal haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladı xx.xx.2013-cü il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 105 nömrəli evin 11 nömrəli mənzilindən (yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 99, M6, m2) çıxarılması və 4400 (dörd min dörd yüz) manat məbləğində kommunal xərcin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.1999-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan onların xx.xx.2000-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-567/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə Hüseynova Yeganə Arzuman qızı arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər birgə nikahda olarkən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, 105 nömrəli evin 11 nömrəli mənzilini əldə etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6241/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 105 saylı evin ümumi sahəsi 125,5 kv metr olan 3 otaqlı 11 saylı mənzilinə görə ödənilmiş 131775 manat məbləğində pul vəsaitində Hüseynova Yeganə Arzuman qızının payının ½ hissədə müəyyən edilməsi, həmin 131775 manat məbləğinin ½ hissəsini təşkil edən 65887,5 manat məbləğində pulun İddiaçı tutularaq Hüseynova Yeganə Arzuman qızına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə icra olunması üçün Nizami Rayon İcra Şöbəsinə göndərilmiş və tələbkar Hüseynova Yeganə Arzuman qızının ərizəsinə əsasən xx.xx.2018-ci il tarixdə icra vərəqəsi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Qeyd edir ki, İddiaçı nikahın pozulması ərəfəsində, yəni 2016-cı ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, 105 nömrəli evin 11 nömrəli mənzilini tərk etmək məcburiyyətində qalmışdır. Həmin tarixdən etibarən Cavabdeh azyaşlı oğlu X3 ilə birlikdə mübahisəli mənzildə yaşayır. Ona görə də iddiaçı özünə məxsus olan mənzildən cavabdehin yaratdığı maneəyə və həmin mənzildən çıxmaqdan imtina etdiyinə görə mülkiyyətçi kimi istifadə edə bilmir. Cavabdeh özünə məxsus mənzili vardır, hətta Təbriz küçəsində yerləşən fərdi yaşayış evi söküldüyünə görə ona yeni tikilmiş binadan mənzil də verilmişdir. Hazırki günə qədər həmin mənzilə görə ayda 600 manat kirayə pulu alır. Lakin cavabdeh yenə də iddiaçının mülkiyyətində olan mənzili tərk etməyərək onun mülkiyyət hüquqlarını pozur. Göründüyü kimi qanunvericilik normaları da mülkiyyətçinin hüquqlarını müdafiə edir. Hesab edir ki, cavabdehin azyaşlı övladı ilə birlikdə mülkiyyətçi kimi iddiaçının hüquqlarının həyata keçirilməsinə mane törətməsi qanunsuzdur. Bu iddiaçının mülkiyyət hüquqlarını pozur. Yuxarıda qeyd edildiyi kimi İddiaçı 2016-cı ilin yanvar ayından mübahisəli mənzili tərk etmişdir. O, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, 105 nömrəli evin 11 nömrəli mənzilinə dair hər ay üçün nəzərdə tutulmuş 50 manat məbləğində kommunal ödənişləri etmişdir. Belə ki, 2016-cı ilin yanvar ayından xx.xx.2021-ci il tarixə kimi o, 67 ayın kommunal xərcini, 3350 manat məbləğində pulu qeyd olunan binanın kommunal xərclərini yığan şirkətə, yəni "xxxx" MTK-ya ödəniş etmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan kommunal borcu isə 1050 manat (21 ay) təşkil edir və həmin borcu da mülkiyyətçi kimi İddiaçı ödəniş edəcəkdir. Göründüyü kimi Cavabdeh azyaşlı oğlu X3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, 105 nömrəli evin 11 nömrəli mənzilində yaşasa da, mənzilə dair kommunal ödənişləri də etməkdən imtina edir. İddiaçı isə həmin xərcləri özü ödəyərək mənzilə dair öz adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı almışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, 105 nömrəli evin 11 nömrəli mənzili İddiaçı tam xüsusi mülkiyyətindədir. Hesab edir ki, kommunal xidmətlərə görə yaranmış borc həmin mənzildə yaşayan və kommunal xidmətlərdən faydalanan şəxs kimi Cavabdeh tərəfindən ödənilməli idi. Ona görə də iddiaçı hesab edir ki, cavabdeh azyaşlı övladı ilə mənzildən çıxarılmalı və iddiaçının mənzilə görə ödədiyi kommunal xərc də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə məhkəmədənkənar həlli üçün söhbət aparıldı, lakin hər hansı bir razılıq əldə olunmamışdır. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və həmin mənzil xüsusi mülkiyyət əsasında ona məxsusdur. Cavabdeh tərəf hazırlıq iclaslarında mənzilin tərəflər arasında birgə nikah dövründə əldə olunmasını və pay hüququnun olduğunu bildirsə də, digər məhkəmə çəkişmələrində qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə həmin əmlakın birgə nikah dövründə əldə olunması qəbul olunmuşdur, lakin əmlaka dair hər hansı bir pay hüququ müəyyən olunmayıb. Əmlaka görə ödənilmiş məbləğin yarısı iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmışdır. Həmin iş üzrə icra sənədi var, lakin bəlli olmayan səbəblərə görə cavabdeh icra işinin geri qaytarılması barədə ərizə vermişdir. Qeyd edir ki, həmin işin hazırki tələbə heç bir aidiyyəti yoxdur.Cavabdeh Nərimanov ərazisində qeydiyyatdadır və həmin mənzildə də cavabdeh özü yaşaya bilər. Cavabdeh hazırki mübahisəli mənzildə yaşamaqla iddiaçının hüquqlarını pozur və bundan başqa kommunal xərci belə ödəmir. İddiaçı mənzilin mülkiyyətçisi kimi cavabdehin həmin mənzildən çıxarılmasını tələb edir, çünki o, həmin mənzili sataraq qətnamə ilə müəyyən edilmiş məbləği cavabdehə ödəmək istəyir .İddiaçı hal-hazırda aliment də ödəyir və təklif edir ki, cavabdeh köçüb digər mənzildə belə yaşaya bilər. Qarşı tərəfin həmin əmlaka dair mülkiyyət hüququ tanınmayıb. Həmin əmlakın dəyərinə pay hüququ tanınıb, yəni alqı-satqı müqaviləsinə uyğun yarı məbləğ bölünüb. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı bir ildən artıq müddətdir ki, onlarla yaşamır və hətta övladları ilə maraqlanmır. Onlar mediasiyaya müraciət etdikdən sonra ancaq aliment ödəməyə başlayıb. Həmin MTK-ya da ona görə ödəniş edib ki, o olmadan çıxarış alsın. İddiaçı ilə 1999-cu ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 2000-ci il təvəllüdlü Aidə Hüseynzadə və 2013-cü il təvəllüdlü Süleyman Hüseynzadə dünyaya gəlmişdir.2013-cü ildə 131.000 manata həmin mənzili əldə etmişdir. Həmin evi alanda ikisi də Azərbaycan Beynəlxalq Bankdan pul çıxartmışdırlar və bunu təsdiq edən çıxarışlar da var. Məhkəmə qətnaməsi ilə evin bölgüsü aparıldı, lakin özünün və övladlarının payı düzgün şəkildə bölünmədi. Hətta 2019-cu ildə icrada ərizə yazmışdır ki, 65.000 manat məbləğinin ona verilməsini istəmir, icra etmədən məhkəməyə qaytarılmasını və mənzilə pay hüququnun tanınmasını xahiş edir, çünki mənzilin bölgüsü düzgün şəkildə aparılmamışdır. Bunu da qeyd edir ki, iddiaçının anası və bacısı da ruhi xəstəlikdən əziyyət çəkiblər. Anasından bağışlanma yolu ilə keçən bir otaqlı mənzil Təbriz küçəsində deyil, Firdovsi Məmmədov küçəsində yerləşir. Həmin mənzil 2017-ci ildən Pilot lahiyə adi ilə sökülüb və o mənzilə dair 2017-ci ildə müqavilə bağlanılıb, lakin bu günədək həmin mənzil tikilməyib. Övladı evdə təhsil alır və onun müəllimələri hazırda yaşadıqları evə gəlib-gedir. İddiaçı bildirir ki, Neftçilər ərazisində yerləşən mənzilə köçsünlər, lakin buna etiraz edir, çünki iddiaçının orada yaşayan iki bacısı da ruhi xəstəlikdən əziyyət çəkir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli 2(007)-567/2016 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı və Hüseynova Yeganə Arzuman qızı arasında 13 aprel 1999-cu il tarixdə Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsində bağlanmış və 251 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuşdur. 06 mart 2000-ci ildə anadan olmuş X7 və 25 fevral 2013-cü ildə anadan olmuş X5 anaları Hüseynova Yeganə Arzuman qızının yanında qalması müəyyən edilmişdir. 04 may 2016-cı il tarixdən başlayaraq 06 mart 2000-ci ildə anadan olmuş X7 və 25 fevral 2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün X1 hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat miqdarında sabit pul məbləğində Hüseynova Yeganə Arzuman qızının xeyrinə aliment tutulması qət edilmişdir. - Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 243938 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Hüseynova Yeganə Arzuman qızı arasında bağlanmış nikah xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)- 6241/2016 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 105 saylı evin ümumi sahəsi 125,5 kv metr olan 3 otaqlı 11 saylı mənzilinə görə ödənilmiş 131775 manat məbləğində pul vəsaitində Hüseynova Yeganə Arzuman qızının payının ½ hissədə müəyyən edilməsi, həmin 131775 manat məbləğinin ½ hissəsini təşkil edən 65887,5 manat məbləğində pulun İddiaçı tutularaq iddiaçı Hüseynova Yeganə Arzuman qızına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli 2(103)-7479/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Hüseynova Yeganə Arzuman qızının apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5767/2018 saylı, 27 sentyabr 2016-cı il tarixli Qərarından görünür ki, iddiaçı Hüseynova Yeganə Arzuman qızının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli 2(103)-7479/2017 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı icra sənədi üzrə icraata başlanılmışdır. - Hüseynova Yeganə Arzuman qızı tərəfindən Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, ərizəçi Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı icra vərəqəsi üzrə qeyd olunan mənzilə pay hüququnun tanınmasını istədiyini, lakin 65887,5 manat məbləğində pulun ona verilməsini istəmədiyini bildirmişdir. O hissədə işi icra etmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. - Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Nizami rayon məhkəməsi tərəfindən verilmiş 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publikas Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 105 nömrəli evin 11 nömrəli mənzili (yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 99, M6, m2) tam payla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Bu barədə qeydiyyat xx.xx.2023-cü il tarixdə aparılmışdır. - "xxxx" MTK tərəfindən verilmiş 11 №-li 22 may 2023-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, "xxxx" MTK-nın çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində 11 №-li mənzilinin kommunal ödənişi ayda 50 manat təşkil edir. 2016-cı ildən – xx.xx.2021-ci ilə qədər İddiaçı kommunal borclarını özü ödəyib. xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə qədər kommunal borcu 1050 azn təşkil edir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 3652/2023 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı "xxxx" MTK cavabdehlər X13, İddiaçı, X8 və X6rşı iddia ərizəsi və sonradan MPM-in 53-cü maddəsinə əsasən X11 cavabdehlər sırasından çıxarılmasına dair iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərilmiş xidmətlərin əvəzi olaraq 3601 manat əsas, 389 manat cərimə olmaqla, cəmi 3990 manat məbləğin cavabdeh İddiaçı, 1328 manat əsas, 143 manat cərimə olmaqla cəmi 1471 manatın cavabdeh X9 və 1914 manat əsas, 206 manat cərimə məbləği olmaqla, cəmi 2120 manatın X4 "xxxx" MTK-nın xeyrinə tutulması, həmçinin ödənilmiş 128 manat məbləğdə dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada "xxxx" MTK-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2023-cü tarixli, e-2(005)- 915/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 3652/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, e-2(005)-915/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Mənzil – Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, e-2(005)-915/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə ünvanlanmış 02 avqust 2023-cü il tarixli 2(007)-6241/2016 saylı məktubdan görünür ki, Hüseynova Yeganə Arzuman qızının xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı qətnaməsi icra edilməsi üçün yenidən icra şöbəsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olumuşdur ki, tərəflər arasındakı rəsmi nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli 2(007)-567/2016 saylı qətnaməsinə əsasən pozulmuşdur. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı qətnaməsinə əsasən, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 105 saylı evin ümumi sahəsi 125,5 kv metr olan 3 otaqlı 11 saylı mənzilinə görə ödənilmiş 131775 manat məbləğində pul vəsaitində Hüseynova Yeganə Arzuman qızının payı ½ hissədə müəyyən edilmiş, həmin 131775 manat məbləğinin ½ hissəsini təşkil edən 65887,5 manat məbləğində pulun İddiaçı tutularaq iddiaçı Hüseynova Yeganə Arzuman qızına ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlanılmış, tələbkar Hüseynova Yeganə Arzuman qızı xx.xx.2018-ci il tarixdə icra şöbəsinə müraciət edərək, mənzilə pay hüququnun tanınmasını istədiyini, lakin 65887,5 manat məbləğində pulun ona verilməsini istəmədiyini bildirmiş və həmin hissədə işi icra etmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin qərarı ilə Nizami rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən – tələbkarın xahişinə əsasən geri qaytarılmışdır. Həmin icra vərəqəsi Hüseynova Yeganə Arzuman qızının xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən icra edilməsi üçün yenidən icra şöbəsinə göndərilmişdir. İcra sənədi hazırki tarixədək icra edilməmişdir. Hazırda İddiaçı Cavabdeh azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 105 nömrəli evin 11 nömrəli mənzilindən çıxarılması və mənzilə dair kommunal xərcin ona ödənilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə mübahisəli mənzilin hüquqi statusu ilə bağlı məhkəmə qətnamələrinə uyğun olaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisial əlaqəsi yaranmış olur. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı qətnaməsi ilə işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 105 saylı evin 11 saylı mənzili tərəflərin birgə nikah dövründə əldə edilmiş və mənzilin ümumi dəyərinə görə İddiaçı tərəfindən 131775 manat ödənilmişdir. Hüseynova Yeganə Arzuman qızı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, həmin mənzilin alınmasına ödənilmiş 131775 manat məbləğində pulun üzərində pay hüququnun müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsi ilə mənzilə ödənilmiş məbləğ tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməklə, ödənilmiş məbləğ üzərində tərəflərin bərabər payı müəyyən edilmişdir. Yəni, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 105 saylı evin 11 saylı mənzilin birgə nikah dövründə əldə edilən əmlak olması sübut edilir. Göründüyü kimi, mübahisəli mənzil tərəflərin birgə nikahı dövründə əldə edildiyindən, onun üzərində ər-arvad kimi tərəflərin hər ikisinin ailə və mülki qanunvericiliklə müəyyən olunmuş hüquqları yaranmışdır. Bununla belə, cavabdeh Hüseynova Yeganə Arzuman qızının birgə nikah dövründə alınmış mübahisəli mənzilə dair hüquqları həmin mənzilə görə ödənilmiş 131775 manat məbləğə ½ hissədə onun payının tanınması və həmin pulun İddiaçı tərəfindən Hüseynova Yeganə Arzuman qızına ödənilməsi barədə qət edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə əvəzləşdirilmişdir. Başqa sözlə desək, cavabdehin mənzilə dair ümumi paylı mülkiyyət hüquqlarına onun öz istəyi ilə (cavabdeh mənzilə deyil, ona ödənilmiş məbləğə pay hüququnun tanınması barədə iddia ilə məhkəməyə müraciət etmişdir) həmin mənzilə ödənilmiş məbləğə pay hüququnun tanınması və pulun bölünməsi əvəz verilməsi ilə xitam verilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)- 6241/2016 saylı icra vərəqəsi borclu İddiaçı tərəfindən icra edilməmiş, qeyd olunan pul məbləği onun tərəfindən Hüseynova Yeganə Arzuman qızına ödənilməmişdir. Məhkəmə qeyd edir ki, hüquqi və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz olduğu qədər, mənzil hüququ da, heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünü özündə ehtiva etməklə, hüquqi dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilən dəyərlərdəndir və bu hüquqlar insan hüquq və əsas azadlıqları sistemində vahid vəhdət təşkil edərək eyni əhəmiyyətli hüquqlar kimi müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. - 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyanvurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur - 221-ci madəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyatakeçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Qeyd edilən maddi hüquq normalarını əsas alaraq və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, mənzilə ödənən pula tərəflərin pay hüququnu müəyyən edən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı qətnaməsi icra edilmədiyindən Hüseynova Yeganə Arzuman qızının birgə nikah dövründə əldə edilən mənzildə yaşaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Bu səbəbdən cavabdehin azyaşlı övladı ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılması qanunsuz və ədalətsiz olacağından iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 15.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iddia tələbinin 4400 (dörd min dörd yüz) manat məbləğində kommunal xərcin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, "xxxx" MTK İddiaçı və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərilmiş xidmətlərin əvəzi olaraq 3601 manat əsas, 389 manat cərimə olmaqla, cəmi 3990 manat məbləğin cavabdeh İddiaçı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2023-cü tarixli, e-2(005)- 915/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3652/2023 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsinə əsasən, "xxxx" MTK çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq həyata keçirdiyindən və onun kommunal borclarının tutulmasına dair tələbinin hər hansı bir hüquqi əsası olmadığından onun göstərilmiş xidmətlərin əvəzi olaraq tələb edilən məbləğin ödənilməsi barədə iddiası təmin edilməmişdir. Hazırki iş üzrə iddiaçı 4400 manat kommunal borcun cavabdehden tutulması üçün "xxxx" MTK tərəfindən verilən arayışa əsaslanır. "xxxx" MTK tərəfindən 22 may 2023-cü il tarixdə verilən arayışda 2016-cı ildən xx.xx.2021-ci il tarixə qədər olan borcun İddiaçı tərəfindən ödənildiyi qeyd edilsə də, "xxxx" MTK İddiaçı qarşı borcun ödənilməsi ilə bağlı iddia qaldırmış və yuxarıda qeyd edilən qətnamə ilə iddia tələbi rədd edilmişdir. Hər hansı ödəniş sənədləri isə iş materiallarına əlavə edilməmişdir. Qeyd edilən tarixlərə borcun hansı qaydada ödənildiyi isə sübuta yetirilmir. Arayışda qeyd edilən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tatixə qədər hesablanmış və ödənilmədiyi göstərilən 1050 manat borcun isə yaranma əsasları müəyyən edilmir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının "xxxx" MTK-da yerləşən mənzilə dair kommunal borcun cavabdeh tərəfindən ödənilməsi barədə tələbi də əsaslı hesab edilə bilməz. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh azyaşlı övladı xx.xx.2013-cü il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 105 nömrəli evin 11 nömrəli mənzilindən (yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 99, M6, m2) çıxarılması və 4400 (dörd min dörd yüz) manat məbləğində kommunal xərcin Cavabdeh tutularaq İddiaçı ödənilməsi ” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh azyaşlı övladı xx.xx.2013-cü il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 105 nömrəli evin 11 nömrəli mənzilindən (yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 99, M6, m2) çıxarılması və 4400 (dörd min dörd yüz) manat məbləğində kommunal xərcin Cavabdeh tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar