Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2570/2020 09.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “işə bərpa və məcburi iş burxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “işə bərpa və məcburi iş burxma üçün əmək haqqının ödənilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixdə rəsmi əmək müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz" X2 məsələləri və müqavilələr şöbəsinə işə düzəlmiş, xx.xx.2010-cu il tarixdən isə həmin müəssisədə Hüquq departamentinin rəisi vəzifəsinə təyin edilmiş, işlədiyi müddətdə kollektiv arasında yüksək nüfuz qazanmış, rəhbərlik tərəfindən müxtəlif təltif və təşəkkürlər almış, hər hansı tənbehi olmamışdır. 2017-ci ilin mart ayının əvvəllərində onu "Azəriqaz" İB-nin keçmiş baş direktoru Əkbər Hacıyev onu qəbuluna çağıraraq bildirmişdir ki, "SOCAR"ın vitse-prezidenti Mikayıl İsmayılovun göstərişinə əsasən o, öz ərizəsi əsasında Heydər Əliyev adına Neft Emalı zavoduna Hüquq şöbəsinin müdiri vəzifəsinə keçirilməlidir. Razılıq verməyəcəyi halda istənilən vəziyyətdə yerinin dəyişdiriləcəyi barədə baş direktor Ə.Hacıyev tərəfindən xəbərdar edilən iddiaçı göstərişin həqiqətən rəhbərlik tərəfindən verildiyinə şübhə etmədən ərizə yazır və bu barədə "SOCAR'-ın Hüquq idarəsinin rəisi Eldar Orucovu məlumatlandırır. Həmin ilin 12 və 13 mart tarixlərində ərizə yazıldıqdan və daxili elektron sistem vasitəsilə Ə.Hacıyevə göndəriləndən sonra sonuncu iddiaçıya məlum olmayan səbəblərdən irəli gələrək onu yanına çağırır və bildirir ki, ərizəsinin üstünü yazmayacaqdır. Bundan sonra məlum olmuşdur ki, , "SOCAR"ın vitse-prezidenti Mikayıl İsmayılov ümumən belə göstəriş verməmişdir. Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri bitdikdən sonra xx xxxx 2017-ci il tarixində işə çıxan İddiaçı yenidən baş direktor Əkbər Hacıyev tərəfindən iş yerinin müəssisə daxilində dəyişdirilməsi barədə ərizə yazmağa vadar edilmiş və ona bildirilmişdir ki, məsələ vitseprezident Mikayıl İsmayılovla razılaşdırılıb və o, digər müəssisənin hüquq şöbəsinə müdir vəzifəsinə təyin ediləcəkdir. İkinci dəfə ərizə yazan İddiaçı ərizəsinə bir neçə vitse-prezident tərəfindən dərkənar qoyulmuş, ərizə vitse-prezident Mikayıl İsmayılovun üstünə gedən zaman sonuncu İddiaçı qəbula çağırmış, ondan hansı səbəbdən yerini dəyişməsi barədə ərizə verdiyini soruşmuş, həmin zaman bir daha məlum olmuşdur ki, İddiaçı yerinin dəyişdirilməsi barədə göstəriş rəhbərlik tərəfindən verilməmiş, bu baş direktor kbər Hacıyevin şəxsi təşəbbüsü olmuş, sonuncu vitse-prezident Mikayıl İsmayılovun adından istifadə etməklə İddiaçı edə biləcəyi narazılıqların qarşısını öncədən almışdır. Həmin zaman Mikayıl İsmayılov "SOCAR'ın Hüquq idarəsinin rəisi Eldar Orucovu iş otağına çağırmış, İddiaçı işindən razı olub-olmadığı ilə maraqlanmış, Eldar Orucov öz növbəsində iddiaçının işindən razı olduğunu, işində hər hansı nöqsanı olmadığını bildirmişdir. Bundan sonra İddiaçı vitse-prezident M.İsmayılovdan onun idarəsinin işinin yoxlanılması ilə əlaqədar komissiya yaradılmasını xahiş etmişdir. Xahiş qəbul edilmiş, M.İsmayılov "Azəriqaz" İB-nin Hüquq departamentinin fəaliyyətinin yoxlanılması barədə həmin tarixdə, yəni xx.xx.2017-ci il tarixdə göstəriş vermişdir. Üstəlik İddiaçı başqa işə keçirilməsi ilə bağlı əmr M.İsmayılovun işə qarışmasından sonra ləğv edilmişdir. Bu məlumat bü gün də "SOCAR"ın elektron sənədləşmə ilə bağlı sistemində mövcuddur. Səhəri gündən başlayaraq baş direktor Ə.Hacıyev onunla münasibətlərə son qoyaraq, ona dərkənar qoyulmalı, iddiaçının icraatına aid sənədlərə nəzarət və onların icrasını başqa şəxslərə həvalə etməyə başlamış, onun xidməti maşınını əlindən almış, xidməti telefonlara gələn zəngləri bağlatdırmış, faktiki olaraq İddiaçı səlahiyyətlərini həyata keçirməyə tamamilə mane olmuş və İddiaçı açıq şəkildə bildirmişdir ki, onu geriyə M.İsmayılov qaytarıb, işlə də M.İsmyaılov təmin etməlidir. Bir neçə ay davam edən blokadadan sonra İddiaçı üçüncü dəfə iş yerinin dəyişdirilməsi barədə Ə.Hacıyevin məcburi göstərişini icra etmək və "SOCAR" daxilində başqa müəssisəyə keçmək məqsədilə ərizə yazmışdır. Həmin ərizədə də başqa işə keçirilməsini əsas göstərmişdir. Bundan sonra onu "SOCAR" daxilində başqa müəssisəyə keçirmək əvəzinə, xx.xx.2018-ci il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə istinad edilmişdir. Həmin maddəyə görə işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda... və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə qanunsuz formada xitam verilmişdir. Bu hadisə səhhətində problemlər olan İddiaçı pis təsir etmiş, onun sağlamlığı tamamilə pozulmuş, ürək əməliyyatı keçirmiş və səhhəti bütün bu müddət ərzində işdən çıxarılma barədə qərarı mübahisələndirmək imkanından məhrum etmişdir. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair qərarının ləğv edilməsi, İddiaçı "Azəriqaz" X2 departamentinin rəisi vəzifəsinə bərpa edilməsi, xx.xx.2018-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi X6 iddiaya etiraz ərizəsi təqdim edərək iddia müddətinin keçməsi və işdən çıxarılma ilə bağlı qanunvericiliyə uyğun qərar verildiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbində qeyd olunan mübahisələndirilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş iddia müddətini ötürdüyünü bildirmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsində göstərildiyi kimi onunla bağlamış əmək müqaviləsinə öz şəxsi xahişi nəzərə alınmaqla SOCAR ilə İddiaçı arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 801 nömrəli əmək müqaviləsinə əsasən, o "Azəriqaz" X3 Departamentinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı işəgötürən SOCAR-a xx xxxxxx 2018ci il tarixdə müraciət edərək, başqa işə keçməyi ilə əlaqədar xx xxxxxxxx 2018-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Buna müvafiq olaraq, SOCAR-ın X5 Komitəsinin xx xxxxxxxx 2018-ci il tarixli SOCAR**********80120020B00534 nömrəli qərarı ilə SOCAR-la İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, xitam verilmişvə həmin gün də qərarın surəti İddiaçı SOCAR tərəfindən şəxsən imza etdirilməklə təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin şəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri İlə xitam verilə bilər. Göründüyü kimi, İddiaçı əmək müqaviləsinə SOCAR tərəfindən yalnız bir əsasla, işçinin öz təşəbbüsü əsasında, başqa işə götürənlə əmək müqaviləsi bağlaması əsası ilə və onun göstərdiyi gün, yəni xx xxxxxxxx 2018-ci il tarixdə xitam verilmişdir. Qərarın təqdim edilməsindən iki ilə yaxın vaxt keçmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296 maddəsinin 2-ci hissəinin tələblərinə uyğun olaraq fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən, o cümlədən başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı halda, işçin ərizəsində göstərdiyi gün onun əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, İddiaçıla bağlanmış emək müqaviləsinə xitam verilərkən SOCAR tərəfindən hər hansı pozuntuya yol verilməmiş, İşçinin ərizəsi əsasında və Əmək Məcəlləsində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanları əsas gətirərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “işə bərpa və məcburi iş burxma üçün əmək haqqının ödənilməsi” tələbin\ə dair iddiasınıniddia müddətinin ötürülməsi əsasından rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nüməyəndəsi X6 iddia tələbini qəbul etməyərəkiddia tələbinə etiraza uyğun olaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki,iş materiallarında olan xx.xx.2010-cu il tarixli, 801№-li Əmək müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirəti (ARDNŞ) ilə İddiaçı arasında müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı xx xxxxxx 2018-ci il tarixli ərizəsindən görünür ki, xx xxxxxxxx 2018-ci il tarixdən başqa işə keçməyilə bağlı əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “əmək müqaviləsinin ləğv edilməsi haqqında” **********80120020B00534 nömrəli qərarının surətindən görünür ki, İddiaçı xx xxxx 2010-cu il tarixli 69-K saylı əmrlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-nin İdarəetmə aparatının Hüquq Departamentinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. İş materiallarında olan 11 saylı poliklinikanın baş həkimi tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli 1577 №li arayışdan görünür ki, İddiaçı həqiqətən 2018-ci ilin oktyabr ayından bu günə qədər 11 saylı şəhər poliklinikasının Endokrinoloji və Kardioloji şöbələrində “ Ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası fs (NYHA), ürəyin hipertoniya xəstəliyi İİİ mərhələ, şəkərli diabet 2 tip, diabetik polineyropatiya” diaqnozu ilə dispanser qeydiyyatda olmaqla yataq rejimində daim həkim nəzarətində miitəmadi olaraq müalicə qəbul edir və hal-hazırda xəstənin vəziyyəti orta ağırlıqdadır. İş materiallarında olan, ayrı ayrı vaxtlarda verilmiş əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqələrinin surətlərindən və iş davamiyyətini əks etdirən elektron sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək davamlı olaraq xəstəlik məzuniyyətində olmuşdur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X1 ilə SOCAR arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 801 nömrəli əmək müqaviləsinə əsasən, o, "Azəriqaz" X3 Departamentinin rəisi vəzifəsinə işə qəbul edilmiş, İddiaçı xx xxxxxx 2018-ci il tarixdə işəgötürən SOCAR-a müraciət edərək, başqa işə keçməyi ilə əlaqədar xx xxxxxxxx 2018-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Buna müvafiq olaraq, SOCAR-ın X5 Komitəsinin xx xxxxxxxx 2018-ci il tarixli SOCAR**********80120020B00534 nömrəli qərarı ilə SOCAR-la İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, xitam verilmiş və həmin gün də qərarın surəti İddiaçı SOCAR tərəfindən şəxsən imza etdirilməklə təqdim edilmişdir. Lakin iddiaçı xx.xx.2018-ci il tarixdə işdən çıxdıqdan uzun müddət sonra məhkəməyə müraciət etmiş və iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh iddia müddətinin tətbiq edilməsini və işdən çıxarılma ilə bağlı qanunvericiliyə uyğun olaraq “əmək müqaviləsinin ləğv edilməsi haqqında” **********80120020B00534 nömrəli qərar verildiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin;
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Sadalanan əmək qanunvericiliyinin normalarının məzmunundan göründüyü kimi əmək müqaviləsi müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. X1 ilə SOCAR arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 801 nömrəli əmək müqaviləsinə əsasən, o, "Azəriqaz" X3 Departamentinin rəisi vəzifəsinə işə qəbul edilmiş, xx xxxxxx 2018-ci il tarixdə işəgötürən SOCAR-a müraciət edərək, başqa işə keçməyi ilə əlaqədar xx xxxxxxxx 2018-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Buna müvafiq olaraq, SOCAR-ın X5 Komitəsinin xx xxxxxxxx 2018-ci il tarixli SOCAR**********80120020B00534 nömrəli qərarı ilə SOCAR-la İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı öz istəyilə əmək müqaviləsini xitam verilməsini istədiyindən və həmin ərizədə işdən azad olunma istədiyi tarixi də qeyd etdiyindən cavabdeh tərəfindən xəbərdarlıq müddəti gözlənilmədən əmək qanunvericiliyinin sadalanan normalarına uyğun olaraq iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərəkən cavabdeh tərəfin iddia müddətinin ötürülməsilə bağlı ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi məqbul hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.1-ci maddəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296.2-ci maddəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi iddiaçı x xxxxxxxx 2018-ci il tarixli SOCAR**********80120020B00534 nömrəli qərarı ilə SOCAR-la İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, xitam verilmiş və həmin gün də qərarın surəti İddiaçı SOCAR tərəfindən şəxsən imza etdirilməklə təqdim edilmişdir. Bununla belə iddiaçı tərəf 11 saylı poliklinikanın baş həkimi tərəfindən verilmiş xx xxxx 2016cı il tarixli 1577 №li arayışa istinad edərək İddiaçı həqiqətən 2018-ci ilin oktyabr ayından bu günə qədər 11 saylı şəhər poliklinikasının Endokrinoloji və Kardioloji şöbələrində “ Ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası fs (NYHA), ürəyin hipertoniya xəstəliyi İİİ mərhələ, şəkərli diabet 2 tip, diabetik polineyropatiya” diaqnozu ilə dispanser qeydiyyatda olmaqla yataq rejimində daim həkim nəzarətində mütəmadi olaraq müalicə qəbul etməsi və hal-hazırda xəstənin vəziyyətinin orta ağırlıqda olması ilə iddia müddətinin ötürülmədiyini hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən x xxxxxxxx 2018-ci il tarixli SOCAR**********80120020B00534 nömrəli qərarını əldə etdiyi vaxtdan Ürəyin işemik xəstəliyi, stabil gərginlik stenokardiyası fs (NYHA), ürəyin hipertoniya xəstəliyi İİİ mərhələ, şəkərli diabet 2 tip, diabetik polineyropatiya” diaqnozu ilə ehtimal edilən hüquq pozuntusunun müdafiəsi üçün məhkəməyə müraciət etməməsi üçün əsas ola bilməz. Belə ki, 11 saylı poliklinikanın baş həkimi tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli 1577 №li arayışından göründüyü kimi iddiaçı yataq rejimində müalicəsini davam etdirildiyi qeyd edilsə də stasionar şəkildə müalicə müəssisəsində müalicənin davam etdirilməsi barədə sübut məhkəmə iclasında təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Qeyd edilən maddənin məzmunundan aydın olur ki, iddia müddətinin ötürülməsi yalnız müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ üçün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə onu da qeyd edir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. Odur ki, x xxxxxxxx 2018-ci il tarixli SOCAR**********80120020B00534 nömrəli qərarını əldə etdiyi vaxtdan iddiaçının stasionar şəkildə müalicə müəssisəsində müalicənin davam etdirilməsi barədə sübut məhkəmə iclasında təqdim etməməsi, təxminən 2 illik müddət ərzində yalnız yataq rejimində daim həkim nəzarətində mütəmadi olaraq müalicə qəbul etməsi məhkəmədə iddiaçının ehtimal edilən hüququnun müdafiəsi imkanının ötürülməməsi ilə bağlı iddia müddətinin tətbiqini istisna etməyə məhkəmədə inamlı şərait yaratmır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “işə bərpa və məcburi iş burxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Quliyev