Məhkəmə qərarları › İş №e-2(005)-2584/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2584/2021

06.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2584/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 Cavabdeh ASC “Xalq Bank”-ın nümayəndəsi və vəkili Nümayəndə2 oğlunun iştirakı ilə, İddiaçı Firmasının cavabdeh ASC “Xalq” Bankına və Cavabdeh2nə qarşı “direktorun iş yeri olan əraziyə buraxılmaması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, müəyyən etdi: İddiaçı Firmasının cavabdeh ASC “Xalq” Bankına və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işgüzar fəaliyyətinə xitam verilməyən iş üzrə Konstitusiya qərari olan Mars M Firmasinin direktoru Nümayəndə1 Baki şəhəri ünvan 1 ünvanda yerləşən 8 mərtəbəli paylı Qeyri-yaşayış Binasinda əmək fəaliyyətinin məhdudlaşdırılması iş otağina zorakılıqla buraxılmaması əqli mülkiyyətindən məhrum edilməsi ilə Konstitusiyanin 43-cü maddəsi ilə qorunan “yaşayiş yerinə“ daxil olmağına işgüzar fəaliyyətinə dair paylı mülkiyyətdə hüquqlarina dair karküzarliq və digər insan azadliqlarindan ünsüyyət rabitə yanına gələn insanların Qeyri-Yaşayış Binasına maneəsiz daxil olmağına məhdudiyyətlər “Xalq Bank ASC“ tərəfindən törədilən maneələr aradan qaldırılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ASC “Xalq Bank”-ın nümayəndəsi və vəkili Nümayəndə2 oğlu şifahi vəsatət verərək, mülki işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbləri baxımından məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, kommersiya məhkəmələri başlıca olaraq müxtəlif hüquqi şəxslər arasında yaranan mübahisələri araşdırır. Burada “hüquqi şəxs” dedikdə, həm müxtəlif dövlət orqanları, həm mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq kommersiya xarakterli qurumlar (şirkətlər, MMC-lər, səhmdar cəmiyyətləri, idarə, müəssisə və təşkilatlar), həm də qeyri-kommersiya təşkilatları (ictimai birliklər, fondlar və s.) başa düşülür. Konkret qrumlar yalnız qanunvericiliyə uyğun olaraq təsis edildikdən və (və ya) qeydiyyata alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Kommersiya məhkəmələrdə baxılan kommersiya mübahisələr təbiətinə görə mülki mübahisələrlə yaxındır. Qanunvericilikdə “kommersiya mübahisəsi” anlayışı birbaşa göstərilmədiyindən, onun şərh olunması çətinləşir. “kommersiya mübahisəsi” ümumiləşdirilmiş anlayışdır. Belə ki, kommersiya mübahisələrə mülki və digər hüquq münasibətlərindən irəli gələn mübahisələr aid edilir. Lakin hansı hüquq münasibəti növünə aid olmasından asılı olmayaraq, kommersiya mübahisələrinin fərqləndirici cəhətləri (sahibkarlıq və ya digər kommersiya sahəsində yaranırlar; işlərin görülməsi, istehsal, xidmətlərin göstərilməsində iştirak edən xüsusi sahibkarlıq subyektlərinin fəaliyyətinə aiddirlər; əmlak xarakterli nəticələr yaradırlar) vardır. Ümumilikdə, kommersiya mübahisəsi dedikdə, iştirakçısı istər fərdi sahibkarlar, istərsə də dövlət olan, təsərrüfat (kommersiya mübahisələri) fəaliyyəti sahəsində yaranan hüquqi mübahisə başa düşülür. Mübahisənin kommersiya xarakterli olması hüquq münasibətinin məzmununu əks etdirir və mübahisə tərəflərinin qarşılıqlı münasibətinin mahiyyətini xarakterizə edir. Bu mübahisə kommersiya subyektlər arasında yaranır və azad sahibkarlıq fəaliyyətindən irəli gəlir. Məhz ona görə bu münasibətlər mahiyyətinə görə mülki münasibətlərlə oxşarlıq təşkil edir. Beləliklə, məhkəmə aidiyyəti məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməlidir. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələr arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. İddia ərizəsindən və işin materiallarından görünür ki, tərəflər hüquqi şəxslərdir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Göründüyü kimi, mövcud mübahisə üzrə tərəflər hüquqi şəxs (dövlət orqanı və səhmdar cəmiyyət) olduqlarından mövcud mübahisə üzrə aidiyyət Bakı Kommersiya Məhkəməsinə aid olduğu halda, mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hazırkı mübahisə hüquqi şəxslər (dövlət orqanı və səhmdar cəmiyyət) arasında olduğundan, həmçinin kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 32, 263-264 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Firmasının cavabdeh ASC “Xalq” Bankına və Cavabdeh2nə qarşı “direktorun iş yeri olan əraziyə buraxılmaması” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar