Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2588/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, онларын nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "cavabdehin ləyaqətsiz vərəsə kimi miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "cavabdehin ləyaqətsiz vərəsə kimi miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçılar İddiaçı2 və İddiaçı1 qanun üzrə birinci növbə vərəsəsi Cavabdeh gələcəkdə iddiaçılar İddiaçı2 və İddiaçı1 qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 doğma qızıdır. İddiaçılar qızları qarşısında bir ata və ana kimi üzərlərinə düşən bütün vəzifələrini lazımınca yerinə yetirmişdir. Cavabdeh isə bunun qarşılığını verməmiş, ata və ana kimi onları saymamış, həm atası, həm anası ilə mülk üstündə mübahisələr etmiş, atasını və anasını ahıl yaşlarında məhkəmə iclas zallarında iştirak etməyə məcbur edərək onların sağlamlıqlarını təhlükə altına atmışdır. İddiaçı2 qızı Cavabdeh və onun ailəsinə hər zaman lazımı maddi yardım göstərmişdir. Belə ki, iddiaçı qızı Cavabdeh Qubada 2 mərtəbəli 5 otaqlı evin tikildiyi torpaq sahəsinin alınması üçün 7500 manat pul vermiş, həmçinin evin tikilişi üçün xeyli köməklik göstərmişdir. Həmçinin Bakı şəhəri, Ramanı sürücülük savxozunda yerləşən torpaq sahəsinin 12 sotunun pulunu da, yəni 6000 manatı da İddiaçı2 qızı Cavabdeh vermişdir. Bundan əlavə qeyd olunmalıdır ki, İddiaçı2 yük daşıyıb pul qazanmaq məqsədi ilə 2006-cı ildə “Qaz 33021 Yük” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini 6000 manat məbləğində pula alınmışdır. Həmin avtonəqliyyat vasitəsinə dair etbarnamə İddiaçı2 öz adına olduğundan, o mülkiyyət hüququnu öz adına rəsmiləşdirə bilməmişdir. Ona görə də şəxsi vəsaiti hesabına əldə etdiyi “Qaz 33021 Yük” markalı nəqliyyat vasitəsini gələcəkdə öz adına rəsmiləşdirmək üçün 2017-ci ildə əvvəlcə etibar etdiyi doğma qızı Cavabdeh adına keçirmiş, Cavabdeh tərəfindən atası İddiaçı2 həmin avtonəqliyyat vasitəsini idarə etməyi üçün ona xx.xx.2017-ci il tarixli ƏN-İV№ 035044 nömrəli etibarnamə verilmiş və etibarnamə 4 il 11 ay 22 gün müddətinə verilərək xx.xx.2022-ci ilə qədər qüvvədə olmuşdur. İddiaçı2 ailəsini dolandırmaq üçün həmin yük avtomobilindən istifadə edərək ayrı ayrı vətəndaşların sifarişi əsasında yük daşıyaraq ailəsnin maddi tələbatını ödəmişdir. Göstərilən yük avtomobili iddiaçının və onun ailə üzvlərinin yeganə qazanc mənbəyi olmuşdur. Lakin buna baxmayaraq, Cavabdeh sözügedən yük avtomaşınının texniki pasportunun öz adına olmasından sui-istifadə edərək, atasına qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına qeydə alınmış “Qaz 33021 Yük” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2002, tip Bortlu-tentli, mühərrik dizel N/Z, Ban **********8681, şassi XTH**********5814, rəngi sarıağ olan avtonəqliyyat vasitəsininin İddiaçı2 alınaraq ona verilməsini, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəmə rüsumu olan 123 manat pul vəsaitinin, toplam olaraq 183 manat pul vəsaitinin İddiaçı2 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov rayon məhkəməsinin qətnaməsinə əsasən iddia təmin edilmiş, “Qaz 33021 Yük” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 alınaraq qızı Cavabdeh verilmiş, bununla da İddiaçı2 yeganə qazanc mənbəyindən məhrum olaraq maddi ehtiyac içərisində yaşamağa məcbur olmuşdur. Cavabdeh isə həmin maşını internet saytları vasitəsi ilə satışa çıxarmışdır. Bu barədə olan çıxarışlar iddia ərizəsinə əlavə edilir. Bundan əlavə qeyd etmək lazımdır ki, İddiaçı2 özünə məxsus olan Mercedes Benz C 240 markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilini qızı Cavabdeh və onun yoldaşı X3 idarə etməyi üçün etibarnamə əsasında onlara idarəetmə hüququ vermişdir. Bütün bunları İddiaçı2 qızına qarşı dərin inam və etibarı olduğu üçün etmiş, gələcəkdə işin bu yerə gələcəyi haqqında təsəvvürü olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh məhkəməyə müraciət edərkən Xəzər rayonu Xaşa Xuna ərazisi 169c nömrəli, İddiaçı2 məxsus olan bağ sahəsinin daxilində onun vəsaiti hesabına inşa edilmiş dam hissəsi olmayan ev və həmin torpaq sahəsinin hasarlanmasına sərf olunmuş pul vəsaitinin İddiaçı2 alınaraq ona verilməsini də xahiş etmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, Bağlar təsərrüfatı ilə İddiaçı2 arasında bağlanmış 26 dekabr 2006-cı il tarixdə 39309 saylı müqavilə əsasında Xəzər rayonu Xaşa Xuna ərazisindəki 169c nömrəli bağ İddiaçı2 istifadəsinə verilmişdir. İddiaçı2 isə qızı Cavabdeh 3000 manat pul verərək həmin torpaq sahəsində ev tikməsinə şərait yaratmışdır. Cavabdeh Vəsilə Məmədovanın iddia ərizəsində göstərdiyinin əksinə olaraq həmin torpaq sahəsinin əvvəlcədən hasarı olmuş, iddiaçı tərəfindən yalnız üstüaçıq daş işi görülmüşdür. İddiaçı2 Cavabdeh və ailəsini evin tikintisi başa çatanadək ona məxsus olan ünvan 1 ünvanında müvəqqəti yerləşdirmişdir. Artıq evin tikintisi başa çatdıqdan sonra İddiaçı2 Cavabdeh ailəsi ilə birlikdə evdən çıxmasını təklif etmişdir. Cavabdeh isə bunun qarşılığında qərəzli şəkildə İddiaçı2 məxsus olan avtonəqliyyat vasitəsini ondan tələb etmişdir. Bütün bunlar Cavabdeh tərəfindən qərəzli şəkildə və həyat yoldaşı Eldəniz Məmmədovun təzyiqi altında həyata keçirilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-250/2023 nömrəli qərardadına əsasən Cavabdeh İddiaçı2 qarşı əmlak tələbinə dair iddia ərizəsi baxılmadan sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmışdır. Daha sonra İddiaçı2 Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Qaz 33021 Yük” markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair bağlamış olduğu xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 1913/2023 saylı 26 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı2 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(103)-6468/2023 saylı qətnaməsinə əsasən İddiaçı2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Nərimanov rayon Məhkəməsinin 2(005)-1913/2023 saylı 26 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı2 Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmçinin məhkəməyə iddia ərizəsi təqdim edərək, Cavabdeh ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında bağlanmış 01 saylı 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi, anası İddiaçı1 ünvan 2 ünvandakı 10 saylı mənzilində istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2- 1(112)-7249/2022 saylı qərardadına əsasən iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv eidlməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 fevral 2023-cü il tarixli 2-1(103)- 1027/2023 saylı qərardadına əsasən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(112)-7249/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, iddiaçılar Nəriman Adıgözlov və İddiaçı1 1975-ci ildən etibarən ünvan 3 ünvanda yaşamışdır. Bu ünvanda yaşadıqları vaxt xx xxxxxx 1976-cı il tarixdə cavabdeh qızı Məmmədova (Adgözəlova) Vəsilə Nəriman qızı anadan olmuşdur. Cavabdeh, X6 ilə 2000-ci ildə ailə qurmuşdur. Qızının həyat yoldaşı X1 rayonundan məcburi köçkün olduğu üçün, ailəsi ilə (cavabdeh ilə) birlikdə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ərəblinka 18 ünvanında yaşamışlar. 2004-cü ildən sonra o, Cavabdeh özünə məxsus İslam Abışov küçəsi 16, mənzil 10 ünvanda müvəqqəti yaşamağına razılıq vermişdir. Cavabdeh və onun həyat yoldaşı və digər ailə üzvləri (qayınatası Şamil ilə birlikdə) üçün Ərəblinka 18 ünvanda - sıxlıq olduğundan sərbəst yaşamalarına şərait yaratmaq üçün cavabdehin ona məxsus mənzildə müvəqqəti yaşamaqlarına razılıq vermişdir. Belə bir razılıq heç də mənzilin birdəfəlik onun nəzarətinə keçməsi anlamına gəlmək deyildir. Cavabdeh müvəqqəti olaraq məskunlaşdığı ünvan söküldükdən sonra, onun qayınatasının adına Dövlət tərəfindən Sabunçu rayonun Kürdəxanı qəsəbəsində məcburi köçkün ailəsi kimi ev verilmişdir. Çünki onların məcburi köçkün kimi qeydiyyatda olduqları ünvan Sabunçu rayonu Ərəblinka 18 ünvanı idi. Cavabdeh evində qaldığı müddətdə, paralel olaraq Ərəblinkadakı ünvanda köçkün ailəsi kimi qeydiyyatda olmaqla, Ərəblinka 18 ünvanda qayınatası Şamil Məmmədov qalırdı. Ərəblinka 18 ünvanı söküldüyünə görə, Dövlət Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində Eldəniz Məmmədovun atası X5 adına ev verib. Cavabdehin həyat yoldaşı (Eldəniz Məmmədov) məcburi köçkün olmağına baxmayaraq, (onun həyat yoldaşının) Bakı şəhəri X8 ərazisində və Quba rayonunda (Alekseyevka kəndi) birgə nikah dövründə inşa etdiyi fərdi evləri vardır. Quba rayonu Alekseyevka kəndi alma bağının yanındakı evin yerləşdiyi torpaq sahəsi cavabdehin həyat yoldaşı Eldəniz Məmmədovun adınadır. Cavabdeh ona məxsus İslam Abışov küçəsi 16 ünvandakı 10 saylı mənzildə özünün bəzi köhnə yararsız əşyalarını saxlamaqla, 1975-ci ildən ona məxsus olan mənzilinin qapısını bağlamaqla onun öz mənzilinə köçüb yaşamasına maneçilik etmişdir. Cavabdehin hərəkətləri nəticəsində 1975-ci ildən ona məxsus olan və davamlı şəkildə istifadə etdiyi mənzilə münasibətdə hüquqları pozulmuşdur. Beləliklə, cavabdehin bu yaşayış sahəsinə ehtiyacı olmaması halında, anasının ona məxsus mənzilə köçüb yaşamağına maneçilik etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (sədrlik edən məhkəmənin hakimi Aytən Novruzova) 13 iyun 2023-cü il tarixli 2(005)- 63/2023 saylı qətnaməsinə əsasən İddiaçı1 Cavabdeh qarşı (BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 78 saylı Mənzil-Kommunal istismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair ilkin iddiasının rədd edilməsi, Cavabdeh qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi, ev 16, 10 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5522/2023 saylı 09 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-63/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı1 Cavabdeh qarşı (BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 29102)-576/2024 saylı qərarına əsasən cavabdeh (iddiaçı) Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 5522/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsinin Cavabdeh E.Adıgözəlovaya qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi,işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Hazırda həmin 2(103)-2721/2024 saylı iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanovanın icraatındadır. Bütün bunlardan əlavə qeyd olunmalıdır ki, 16 avqust 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan da görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CMnin 75.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, ünvan 8 ünvanda yaşayan Cavabdeh və ailə üzvlərinin həmin ünvanda əvvəllər yaşamış anası İddiaçı1 ilə gələcəkdə aralarında baş verə biləcək, daha ciddi hadisələrinin profilaktik tədbirlərlə qarşısının alınması üçün tərəflərin münaqişəli ailə kimi qeydiyyata alınması qərara alınmışdır. 06 iyul 2022-ci il tarixdə tərəflər Bakı inzibati məhkəməsindən çıxarkən məhkəmənin həyətində Cavabdeh doğma anası, yəni iddiaçı Elmira Adıgözəlovanı döyərək baş nahiyəsinə xəsarətlər yetirmiş, atası İddiaçı2 məxsus 99KU714 qeydiyyat nişanlı avtomaşına çoxsaylı zərbələr vurmuşdur. Nəticədə iddiaçı avtomaşının arxa buferini dəyişmək məcburiyyətində qalmışdır. Həmin faktı təsdiq edən 2 ədəd fotoşəkil iddia ərizəsinə əlavə olunur. Göstərilənlərə əsasən, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh dəfələrlə onların iradəsinə zidd olaraq etdiyi qanunsuz əməllərinə görə ləyaqətsiz vərəsə kimi onu vərəsəlik hüququndan, o cümlədən mirasdan məcburi pay almaq hüququndan sağ ikən birdəfəlik məhrum etmək qərarına gəlmişlər. Beləliklə, Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 qanun üzrə birinci növbə vərəsəsi olmasına baxmayaraq onlara qarşı qeyri-qanuni, alçaldıcı hərəkətlərə yol verdiyindən gələcəkdə onlardan qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməlidir. Cavabdehin atasına və anasına qarşı qeyri-qanuni, alçaldıcı hərəkətləri məhkəmə aktları, hüquq-mühafizə orqanlarına edilən müraciətlər və s. prosessual sənədlərlə təsdiq olunur. Göstərilənlərə əsasən Cavabdeh gələcəkdə iddiaçılar İddiaçı2 və Elmira Adıgözəlovadan qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməlidir. Məhkəmə iclasında iddiaçılar, онларын nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası İddiaçı2, anası İddiaçı1dır. Bakı şəhər Nərimanov rayon Polis İdarəsi 17-ci Polis şöbəsinin 16 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Cavabdeh müraciəti əsasında toplanmış material üzrə AR CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, ünvan 9 ünvanda yaşayan Cavabdeh və ailə üzvlərinin həmin ünvanda əvvəllər yaşamış anası İddiaçı1 ilə gələcəkdə aralarında baş verə biləcək daha ciddi hadisələrin profilaktik tədbirlərlə qarşısının alınması üçün tərəflər münaqişəli ailə kimi qeydiyyata alınmaları qərar verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7249/2022 saylı qərardadına əsasən iddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinə qarşı (üçüncü şəxs İddiaçı1) iddiası mümkün sayılmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-63/2023 saylı qətnaməsinə əsasən İddiaçı1 Cavabdeh qarşı (BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin və BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair ilkin iddiası rədd edilmiş, Cavabdeh qarşılıqlı iddiası qismən təmin edilərək İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi, ev 16, 10 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5522/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-63/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı1 Cavabdeh qarşı (BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi qət edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4750/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı2 qarşı əmlak tələbinə mülki iş üzrə cavabdehin qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Yuxarıda qeyd olunduğu kimi hazırki mübahisənin predmeti cavabdehin ləyaqətsiz vərəsə kimi tanınaraq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Bununla əlaqədar, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Yuxarıda qeyd olunduğu kimi vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Ləyaqətsiz adam mənəvi keyfiyyətlərdən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, özünün qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu, o cümlədən ən ağır cinayət əməlini törətməyə hazır olan bir subyektdir. Məhkəmə qeyd edir ki, ləyaqətsiz vərəsənin qanunsuz hərəkəti bir halda miras qoyanın hələ vəsiyyətnamədə ifadə edilməmiş, son iradəsini həyata keçirməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlir. Ləyaqətsiz vərəsənin miras qoyanın, ümumiyyətlə, son iradəsinin həyata keçirilməsinə qarşı hərəkəti, onun qəsdən törətdiyi maneə şəklində özünü göstərir. Ləyaqətsiz vərəsənin miras qoyanın vəsiyyətnamədə göstərilmiş son iradəsinin həyata keçirilməsinə qarşı yönəlmiş hərəkətləri onun qəsdən cinayət və digər əxlaqsız hərəkətlər törətməsində özünü göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Göstərilən Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Eyni Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Göstərilən Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsində qeyd edilmiş halların (miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmək, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmək) cavabdeh tərəfindən həyata keçirilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrum etmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrum etməyə səbəb olan hallar olduqda mümkündür. Həmin maddəyə müvafiq olaraq məhkəmə qeyd edir ki, vərəsə məcburi pay almaq hüququndan qanunda nəzərdə tutulan ciddi əsaslar olduqda yalnız məhkəmə tərəfindən məhrum edilə bilər. Qanunda nəzərdə tutulmuş ciddi əsaslar dedikdə, şərh olunan maddənin məzmunundan göründüyü kimi, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar anlaşılır. Ümumiyyətlə, vərəsəlik hüququndan məhrum etməyə əsas olan hallar dedikdə, MM-in 1137-ci maddəsində nəzərdə tutulmuş ləyaqətsiz vərəsə, 1138-ci maddəsində nəzərdə tutulmuş valideynlər və miras qoyanı saxlamaqdan qəti imtina etmiş şəxs kimi tanınmasına əsas olmuş hallar anlaşılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş məhkəmə aktlarından tərəflər arasında çoxsaylı məhkəmə mübahisələrinin olduğu aydın olur. Bununla bağlı bildirilir ki, cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir ki, qeyd olunan hal onun ləyaqətsiz vərəsə kimi dəyərləndirilməsinə, həmçinin vərəsəlik hüququndan məhrumetməyə səbəb olan əsas kimi nəzərə alınmasına səbəb olmur. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, araşdırma zamanı iddiaçılar Mülki Məcəllənin 1137-ci maddəsinin tələbləri baxımından cavabdehin ləyaqətsiz vərəsə olmasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda iddia tələbinə əlavə edilmiş sənədlər isə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas yaratmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "cavabdehin ləyaqətsiz vərəsə kimi miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "cavabdehin ləyaqətsiz vərəsə kimi miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2588/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2588/2024
01.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver