Məhkəmə qərarları › İş №e-2(005)-2634/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2634/2024

20.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2634/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoruna, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 və Cavabdeh3 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoruna, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 və Cavabdeh3 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2634/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən məhkəmə icraatı mümkün hesab edilmişdir. Daha sonra Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı vəsatətlə müraciət edərək İddiaçı cavabdehlər Cavabdeh3, Bakı şəhəri, 9 saylı notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri X8 qarşı “Bakı şəhəri, 9 saylı notariat ofisinin xx.xx.2014-cü il tarixli reyestrdə 2-V-1- 244 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2014-cü il tarixli ******* №-li çıxarışın ləğv edilməsi və mərhum X5 qalmış miras əmlak Bakı şəhəri, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 28 saylı binanın 20 №-li mənzilin birinci növbə ilə vərəsə olan mərhum Sabir Qasımovun oğlu İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsi” tələbinə dair iddia ərizəsini səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında iddiaçı tərəfindən təmsil edilmək hüququnun Rusiya Federasiyasında X3 etibarnamə əsasındə ötürüldüyünü, özünün isə hazırki mülki işdə X1 təmsilçisi olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil yazılı vəsatətə uyğun izahat verərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli vəkil orderinin surətindən görünür ki, hüquqi xidmət göstərilməsinə dair müqavilə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə X4 arasında bağlanmış, həmçinin 27 mart 2024-cü il tarixdə X4 tərəfindən Nümayəndə məhkəmədə təmsil olunmaq üçün etibarnamə verilmişdir. Göründüyü kimi, səlahiyyəti olmadığı halda, iddia ərizəsi Nümayəndə tərəfindən imzalanmışdır. Digər tərəfdən, məhkəmə onu da qeyd edir ki, İddiaçı tərəfindən X3 Rusiya Federasiyasında etibarnamə verilsə belə, sonuncu ididaçının yaxın qohumu deyil. Bu baxımdan, həmin etibarnamə idiaçını məhkəmədə təmsil etmək üçün Azərbaycan Respublikası MPM-in 69.1- 1-ci maddəsi baxımından qəbuledilən hesab olunmur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin imzalanması səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, qeyd olunan qanunvericilik müddəalarının tələbinə əsasən, məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu Nümayəndə qaytarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoruna, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 və Cavabdeh3 qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 manat dövlət rüsumu Nümayəndə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar