Məhkəmə qərarları › İş №e-2(005)-2638/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2638/2021

24.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2638/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (Socar) qarşı “03 mart 2021-ci il tarixli ştatın ixtisar edilməsi barədə 38 nömrəli xəbərdarlıq bildirişin, 14 və 19 aprel 2021-ci il tarixli məktubların qanunsuz hesab edilməsi və əmək müqaviləsinin ləğv edilməsinin işəgötürənin üzərinə qoyulması tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “03 mart 2021-ci il tarixli ştatın ixtisar edilməsi barədə 38 nömrəli xəbərdarlıq bildirişin, 14 və 19 aprel 2021-ci il tarixli məktubların qanunsuz hesab edilməsi və əmək müqaviləsinin ləğv edilməsinin işəgötürənin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iş yerindən iddiaçıya təqdim edilən 03 mart 2021-ci il tarixli ştatın ixtisar edilməsi barədə 38 nömrəli xəbərdarlıq bildirişin, 14 və 19 aprel 2021-ci il tarixli ərizəyə cavab məktublarının qanunsuz hesab edilməsinin, iddiaçının ödənilən muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 200 manat azaldılmasının, eləcədə əmək müqaviləsinin ləğv edilməməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmənin hazırlıq iclasında iddia ərizəsinə dəqiqləşmə təqdim edərək göstərmişdir ki, 03.03.2021-ci il tarixli ştatın ixtisar edilməsi barədə 38 nömrəli xəbərdarlıq bildirişin, 14 və 19 aprel 2021-ci il tarixli ərizələrə cavab məktublarının qanunsuz hesab edilməsinin, İddiaçı ödənilən muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 200 manat azaldılmasının, əmək müqaviləsinin ləğv edilməsinin, eləcədə İddiaçıla bağlanmış yeni əmək müqaviləsinin etibarsız hesab edilərək onun əvvəlki vəzifəsinə və ya əvvəlki vəzifəsinə bərabər vəzifəyə keçirlməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin 92 saylı Komandasında işləyir. İş yerindən iddiaçıya 03 mart 2021-ci il tarixdə ştatın ixtisar edilməsi barədə 38 nömrəli xəbərdarlıq bildiriş verilmişdir. Xəbərdarlıq bildirişdə bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin 19.05.2020-ci il tarixli SOCAR**********30720983X00011 nömrəli və 29.12.2020-ci il tarixli SOCAR**********30720983X00036 nömrəli məktublarınını icrası ilə əlaqədar Təhlükəsizlik İdarəsinin 02.02.2021-ci il tarixli SOCAR**********00040020A00057 saylı “Mühafizə postlarının dislokasiyaında və ştat cədvəlində dəyişiklik edilməsi haqqında” əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, tutduğunuz peşə üzrə ştatın ixtisarı nəzərdə tutulur. Bu səbəbdən, Sizinlə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən, 05 may 2021-ci il tarixdə ləğv ediləcəkdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci maddəsinin 6-cı hissəsində göstərilmişdir ki, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddiaçı bildirir ki, anası X5 21.09.2000-ci il tarixdən ömürlük 1-ci qrup əlildir. X11 iddiaçı ilə eyni ünvanda ünvan 1 iddiaçının öhdəsindədir. İddiaçının anası X2 iddiaçının öhdəsində olması barədə sənədləri işlədiyi yerə təqdim etmişdir. İddiaçı yuxarıda qeyd etdiyi iş yerində işləməyə başlayan zaman kadrlar uçotunun şəxsi vərəqəsi və tərcumeyi halını işə götürənə təqdim etmişdir. Kadrlar uçotunun şəxsi vərəqəsində və tərcumeyi halında anası X2 1-ci qrup əlil olması, iddiaçı ilə birlikdə yaşaması və iddiaçının öhdəsində olması qeyd edilmişdir. Bundan başqa, iddiaçı 14.04.2021-ci il tarixdə işlədiyi yerə ərizə ilə müraciət edərək, ərizəsində yuxarıda göstərilən xüsusatları qeyd edərək, əmək müqaviləsini ləğv edilməməsini xahiş etmişdir. Ancaq işlədiyi yerdən iddiaçıya 19.04.2021-ci il tarixdə cavab verilərək, cavab məktubunda qüvvədə olan Azərbaycan Respublikasının mülki qanunvericiliyində, eləcə də beynəlxalq mülki hüquq normalarında bir şəxsin digər şəxsin öhdəsində olması qəyyumluq və ya himayəçilik və yaxud patronajlıq hüquq münasibətləri ilə tənzimlənir. Bir qayda olaraq qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir ki, bu zaman 14 yaşınadək şəxslər üzərində qəyyum, 14-18 yaşınadək şəxslər üzərində himayəçi müəyyən edilir. Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin isə üzərində onların özünün xahişi ilə patronaj təyin edilir. Bütün sadalanan hallar yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanları tərəfindən müəyyən olunaraq təsdiqlənir. Qeyd olunanlara əsasən müraciətə əlavə edərək təqdim edilən sənədlərə əsasən iddiaçı hal-hazırkı vəziyyətində istinad etdiyi qanun maddəsinin təsir dairəsi altına düşən məhdud şəxslər kateqoriyasına aid deyil və bu məhdudiyyətin aradan qaldırılması üçün iddiaçı ilə bir ünvanda yaşayan birinci qrup əlil olan anasının, eyni ünvanda birlikdə yaşayan digər yetkinlik yaşına çatmış şəxslərdən hər-hansı birinin deyil, məhz iddiaçının patronajında olmasının təsdiq edən yaşadığı inzibati ərazi vahidi üzrə yerli Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı tələb olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci maddəsinin 6- cı hissəsində göstərilmişdir ki, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Əmək Məcəlləsinin müddəasındanda görünür ki, həmin qanunvericilik aktında qəyyumluq, himayəçilik və patronajla bağlı hər hansı müddəa göstərilməmişdir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsində və hər hansı normativ hüquqi aktlarda şəxsin öhdədə olması ilə bağlı hər hansı müddəa qeyd edilməmişdir. İddiaçının anası 1-ci qrup əlil olan vaxtdan iddiaçı ilə eyni ünvanda yaşayır, iddiaçının qayğısı ilə əhatə olunubdur. Bununlada müəyyən edilir ki, iddiaçının anası onun öhdəsindədir. Göründüyü kimi, cavabdehin iddiaçının işdən azad olmağı ilə bağlı bildiriş və imtina məktubu əsassız olmaqla qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, əgər öhtədə olma sırf qəyyumluq, himayəçilik və ya patronaj inistitunu əhatə etsəydi belə olan halda işə başlayan zaman kadrların uçot vərəqəsi və tərcümeyi halda qeyd edildikdən sonra iddiaçıdan qəyyumluq, himayəçilik və ya patronajda olmaq barədə qərar tələb olunardı. Eyni zamanda iddiaçı hesab edir ki, qəyyumluq, himayəçilik və patronaj inistitutu öhtədə olma halından fərqli bir inistitutdur. Belə ki, qanunvericilik Əmək Məcəlləsinin 79-cu maddəsində "öhdəsində olma" ifadəsini qeyd etməklə 1-ci dərəcə əlilliyi olan şəxsə qayğı göstərən işçini qoruyur. Əgər sırf qəyyumluq, himayəçilik və ya patronaj tələb olunsaydı qeyd edilən məcəllədə "öhdəsində olan" yox qəyyum, himayəçi və ya patronajında olan ifadələri göstərilərdi. Yuxarıda qeyd edilən iş yerindən iddiaçıya ödənilən muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirdən 200 manat azaldılmır. İş yerindən iddiaçıya ödənilən muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirin 200 manat azaldılması üçün ərizəylə işlədiyi yerə müraciət etmişdir. Müraciətdə işəgötürən tərəfindən 14.04.2021-ci il tarixli məktubla cavablandırılmışdır. Cavab məktubunda iddiaçı hal-hazırki vəziyyətində istinad etdiyi qanun maddəsinin təsir dairəsi altına düşən məhdud şəxslər kateqoriyasına aid deyil və bu məhdudiyyətin aradan qaldırılması üçün iddiaçı ilə bir ünvanda yaşayan birinci qrup əlil olan ananın, eyni ünvanda birlikdə yaşayan digər yetkinlik yaşına çatmış şəxslərdən hər-hansı birinin deyil, məhz iddiaçının patronajınında olmasının təsdiq edən yaşadığı inzibati ərazi vahidi üzrə yerli Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı tələb olunur. Əmək Məcəlləsinin müddəasındanda görünür ki, həmin qanunvericilik aktında qəyyum, himayəçi və ya patronajla bağlı hər hansı müddəa göstərilməmişdir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsində və hər hansı normativ hüquqi aktlarda şəxsin öhdədə olması ilə bağlı hər hansı müddəa qeyd edilməmişdir. Vergi məcəlləsinin 102-ci maddəsinin mətninə nəzər saldıqda görürük ki, həmin güzəştin tətbiq edilməsi onunla yaşayan ailə üzvlərindən hər hansı birinə tətbiq edilməmişdirsə işçinin müraciəti əsasında ona tətbiq edilir. Göründüyü kimi bu güzəşt konkret olaraq qəyyum, himayəçi və ya patronaja deyildə ailə üzvülərindən hər hansı birini tətbiq edilməni əhatə edir. Bu səbəbdən cavabdehin bununla bağlı vermiş olduğu imtina məktubuda qanunvericiliyin tələblərinə cavab vermir. İddiaçının anası 1-ci qrup əlil olan vaxtdan iddiaçı ilə eyni ünvanda yaşayır, iddiaçı qayğı ilə əhatə olunubdur. Bununlada müəyyən edilir ki, iddiaçının anasının öhdəsindədir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əsl cavabdeh kimi cəlb olunmasına dair vəsatətinə münasibət bildirərək verilmiş iddia tələbi həcmində işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Eyni zamanda 24.05.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X3 məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, iddiaçının əmək münasibətlərində olduğu müəssisə Təhlükəsizlik idarəsidir. Bu səbəbdən işin tam və obyektiv araşdırılması üçün bu iş üzrə SOCAR-ı, hüquqi şəxs stausuna malik olan Təhlükəsizlik İdarəsi ilə əvəz edilməsi məqsədə uyğun hesab edilməli və bu iş üzrə cavabdeh qismində cəlb olunmuş SOCAR-ı, Təhlükəsizlik İdarəsi ilə əvəz edilməsi xahiş edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin Nəsimi rayon Mənzil Komunal Təsərüfatı birliyinin 17 saylı Mənzil Komunal İstismar sahəsinin 211 nömrəli 12.04.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı, Əzizbəyov küçəsi, ev 217, mənzil 30 ünvanında qeydiyyatdadır. 197627 nömrəli, 21.09.2000-ci il tarixli vəsiqənin surətindən görünür ki, X6 birinci qrup ümumi əlildir. Ştatın ixtisar edilməsi haqqında 03.03.2021-ci il tarixli 38 nömrəli xəbərdarlıq bildirişindən görünür ki, SOCAR-ın Baş ofisinin 19.05.2020-ci il tarixli SOCAR**********30720983X00011 nömrəli və 29.12.2020-ci il tarixli SOCAR**********30720983X00036 nömrəli məktublarının icrası ilə əlaqədar Təhlükəsizlik İdarəsinin 02.02.2021-ci il tarixli SOCAR**********00040020A00057 saylı “mühafizə postlarının dislokasiyasında və ştat cədvəlində dəyişikliyin edilməsi haqqında” əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, tutduğu peşə üzrə ştatın ixtisarı nəzərdə tutulur. Bu səbəbdən, iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, 05 may 2021-ci il tarixdə ləğv ediləcəkdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahlıq xəstəxanasının, xəstənin amblator, stasionar (altından xətt çəkməli) tibbi 708 nömrəli çıxarışından görünür ki, X4 L1 fəqərəsinin fəsadlaşmış kompression sınağından sonrakı nəticə,aşağı dərin spastik paraparez, çanaq üzvlərinin funksiya pozğunluğu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı ünvanladığı 19.04.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, hal-hazırki vəziyyətində istinad etdiyi qanun maddəsinin təsir dairəsi altına düşən məhdud şəxslər kateqoriyasına aid deyildir və bu məhdudiyyətin aradan qaldırılması üçün bir ünvanda yaşayan birinci qrup əlil olan anasının, eyni ünvanda birlikdə yaşayan digər yetkinlik yaşına çatmış şəxslərdən hərhansı birinin deyil, məhz iddiaçının patronajında olmasını təsdiq edən yaşadığı inzibati ərazi vahidi üzrə yerli Rayon İcra Hakimiyyəti Başçısının (onun Qəyyumluq və Himayəçilik Orqanının) sərəncamı tələb olunur. 4256 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı 23.07.2007-ci il tarixində 2 saylı komandaya atıcı vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən 166,40 manat məbləğində vəzifə (tarif) maaşı təyin edilmişdir. Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlardan görünür ki, iddiaçı 28.01.2015-ci il tarixdən 22 saylı komandanın atıcısı peşəsinə keçirilmişdir. Dəniz şəraitində əmək funksiyalarını yerinə yetridiyi üçün əmək haqqına hər ay vəzifə maaşının 75 faizi miqdarında əlavə müəyyən edilmişdir. 23.07.2007-ci il tarixli, 4256 saylı əmək müqaviləsinə 4256/5 saylı əlavənin 1.1-ci bəndindən görünür ki, işçi əməyin ödənilməsinin 6-cı dərəcəsi üzrə 34 saylı komandaya atıcı peşəsinə keçirilmişdir. Bu müqavilənin 1.2-ci bəndinə əsasən əmək funksiyalarını dəniz və estakada şəraitində icra etdiyinə görə işçinin aylıq vəzifə (tarif) maaşına təyin olunmuş 75% miqdarında əlavə 04.05.2021-ci il tarixindən dayandırılmışdır. Socarın 04 may 2021-ci il tarixli **********00070020B00108 nömrəli əmrindən görünür ki, ştat vahidlərinin ixtisarı və işçinin müraciətini nəzərə alaraq 22 saylı komandanın atıcısı İddiaçı 04 may 2021-ci il tarixdən 34 saylı komandaya atıcı peşəsinə keçirilməsi əmr olumuşdur. Əmrə əsas E.H.Hüseynovun ərizəsi və 4256 saylı əmək müqaviləsinə edilən dəyişiklik əsas olmuşdur. İddiaçı Socarın Təhlükəsizlik İdarəsinin rəisi F.Ə.Hacıyevə ünvanladığı 04 may 2021ci il tarixli ərizəsindən görünür ki, ştat vahidinin ixtisar edilməsi ilə əlaqədar olaraq idarənin digər komandalarında vakant olan atıcı peşəsinə keçirilməsinə razılıq verilməsini xahiş etmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin 16.02.2006-cı il tarixli Nizamnanəməsinin 2.1-ci bındindən görünür ki, idarə Azərbaycan Respublikasının qanunvericliyi ilə tələb olunan şəkildə qeydiyyatdan keçdikdən və X8 Reyestrinə daxil edildikədn sonra hüquqi şəxs statusu alır. Həmin nizamnanmənin 2.6-cı bəndinə görə idarə öhdəliklər daşıya bilər, məhkəmədə və digər mübahisə həll edən orqanlarda iddiaçı və cavabdeh qismində çıxış edə bilər, mübahisələr üzrə danışıqlar apara bilər və s. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsi arasında 23.07.2007-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə işəgötürən Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsi olmuşdur. 04 may 2021-ci il tarixli ərizə ilə iddiaçı Socarın Təhlükəsizlik İdarəsinin rəisi F.Ə.Hacıyevə ərizə ünvanlayaraq ştat vahidinin ixtisar edilməsi ilə əlaqədar olaraq idarənin digər komandalarında vakant olan atıcı peşəsinə keçirilməsinə razılıq verilməsini xahiş etmişdir. Bu əsasla Socarın 04 may 2021-ci il tarixli **********00070020B00108 nömrəli əmrilə ştat vahidlərinin ixtisarı və işçinin müraciətini nəzərə alaraq 22 saylı komandanın atıcısı İddiaçı 04 may 2021-ci il tarixdən 34 saylı komandaya atıcı peşəsinə keçirilməsi əmr olumuşdur. İş yerindən iddiaçıya 03 mart 2021ci il tarixdə ştatın ixtisar edilməsi barədə 38 nömrəli xəbərdarlıq bildiriş verilmişdir. Xəbərdarlıq bildirişdə bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin 19.05.2020-ci il tarixli SOCAR**********30720983X00011 nömrəli və 29.12.2020-ci il tarixli SOCAR**********30720983X00036 nömrəli məktublarınını icrası ilə əlaqədar Təhlükəsizlik İdarəsinin 02.02.2021-ci il tarixli SOCAR**********00040020A00057 saylı “Mühafizə postlarının dislokasiyaında və ştat cədvəlində dəyişiklik edilməsi haqqında” əmrinə və yeni təsdiq edilmiş ştat cədvəlinə əsasən, tutduğunuz peşə üzrə ştatın ixtisarı nəzərdə tutulur. Bu səbəbdən, Sizinlə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən, 05 may 2021-ci il tarixdə ləğv ediləcəkdir. Bu səbəbdən iddiaçı hazırki iddia tələbilə müracət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi ləğv edilir. Həmin Məcəllənin 11-ci maddəsində işəgötürənin hüquqları sırasında bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüqüqu da nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 77-ci maddəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci bəndinə görə öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 68-ci maddəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 83.1-ci maddəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.2-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşin hallarından göründüyü kimi 04 may 2021-ci il tarixli ərizə ilə iddiaçı Socarın Təhlükəsizlik İdarəsinin rəisi F.Ə.Hacıyevə ərizə ünvanlayaraq ştat vahidinin ixtisar edilməsi ilə əlaqədar olaraq idarənin digər komandalarında vakant olan atıcı peşəsinə keçirilməsinə razılıq verilməsini xahiş etmişdir. Bu əsasla Socarın 04 may 2021-ci il tarixli **********00070020B00108 nömrəli əmrilə ştat vahidlərinin ixtisarı və işçinin müraciətini nəzərə alaraq 22 saylı komandanın atıcısı İddiaçı 04 may 2021-ci il tarixdən 34 saylı komandaya atıcı peşəsinə keçirilməsi əmr olumuşdur. Eyni zamanda işçiyə qanunla müəyyən edilmiş qaydada əmək ştatlarının ixtisarı ilə bağlı rəsmi xəbərdarlıq edilmişdir. O da qeyd edilməlidir ki, iddiaçı cavabdeh kimi Azərbaycan Dövlət Neft Şirkətinə qarşı iddia tələbilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əsl cavabdeh kimi cəlb olunmasını xahiş etmişdir. Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin 16.02.2006-cı il tarixli Nizamnanəməsinin 2.1-ci bındindən göründüyü kimi idarə Azərbaycan Respublikasının qanunvericliyi ilə tələb olunan şəkildə qeydiyyatdan keçdikdən və X8 Reyestrinə daxil edildikədn sonra hüquqi şəxs statusu alır. Həmin nizamnanmənin 2.6-cı bəndinə görə idarə öhdəliklər daşıya bilər, məhkəmədə və digər mübahisə həll edən orqanlarda iddiaçı və cavabdeh qismində çıxış edə bilər, mübahisələr üzrə danışıqlar apara bilər və s. Qeyd edilənlərə əsaslanaraq məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsinə əsasən məhkəmə iddiaçının razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz etməsinə dair münasibət bildirilməsini təklif etmiş, lakin iddiaçı tərəf qarşı tərəfin vəsatətinə münasibət bildirərək verilmiş iddia tələbi həcmində işə baxılmasını xahiş etmişdir. Məhkəmə göstərilən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “03 mart 2021-ci il tarixli ştatın ixtisar edilməsi barədə 38 nömrəli xəbərdarlıq bildirişin, 14 və 19 aprel 2021-ci il tarixli məktubların qanunsuz hesab edilməsi, əmək müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar