Məhkəmə qərarları › İş №e-2(005)-2655/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2655/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2655/2025 25.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən,hesablanan 457,93 manat məbləğində (5%) borc,bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 2,70 manat məbləğində pul və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 491,03 (dörd yüz doxsan bir manat 03 qəpik) manat məbləğində pul tutularaq İddiaçı(Sunny Electronics) mağazsına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) İddiaçı (Sunny Electronics) mağazası (bundan sonra iddiaçı) Cavabdeh1 (bundan sonra cavabdeh) arasında bağlanmış 02 may 2013-cü il tarixli,8828 saylı alqısatqı müqaviləsinə əsasən cavabdehlə 2535 manat dəyərində olan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 18 ay müddətinə hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüşdür.Həmin müqavilənin təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır(bundan sonra zamin).İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də,cavabdehlər müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışdılar.Daha sonra borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Şabran Rayon Məhkəməsinin 2(031)-786/2014 saylı,xx.xx.2014-cü il tarixli məhkəmə qərarı ilə,ərizə təmin edilmiş,borclular Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 cəmi 872,26 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır.Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini alınması və icra olunmamasından 10 il,06 ay yəni (126 ay) keçməsinə baxmayaraq,qanuni qüvvəsini almış məhkəmə qərarı icra olunmamışdır.Cavabdehlər qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsəydilər iddiaçı,öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi.Lakin,cavabdehlərin məhkəmə qərarı üzrə öhdəliklərini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı,həmin pulu dəyərləndirə bilməmişdir.Buna görə də,iddiaçı,adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur.Buna görə də,məhkəmə qərarı üzrə kreditora ödəməli olduğunuz 872.26 manat ödənilməmiş borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən sonra illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir.Bu da, 872.26 AZN x 0.05 %=43.61 AZN/12 ay=3.63 AZN x 126 ay=457.93 AZN təşkil edir.Bunula bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada,işin məhkəmədən kənar həll olunması üçün cavabdehlərə rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 (beş) gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq,cavabdehlər icra etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən сavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, SX40877082AZ nömrəli məktublardan görünür ki, Sunny Electronics MMC tərəfindən Cavabdeh3, Cavabdeh1, Qəhrəmanlı Sadiqə göndərilmişdir. - Şabran Rayon Məhkəməsinin 2(031)-786/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrindən görünür ki,ərizə təmin edilmişdir. Borclu Cavabdeh1, Cavabdeh3 və X1 653,26 ( altı yüz əlli üç manat 26 qəpik) AZN əsas, 198.00 ( yüz doxsan səkkiz manat) AZN cərimə və 21.00 ( iyirmi bir manat) AZN ödənilmiş dövlət rüsumunun ümumilikdə 872.26 ( səkkiz yüz yetmiş iki manat iyirmi altı qəpik) AZN İddiaçı xeyrinə tutulmalıdır. - Sunny Electronic MMC tərəfindən göndərilən 8828 №-li, xx.xx.2025-ci il tarixli, pretenziyadan görünür ki, cavabdehin kreditora ödəməli olduğu 872,26 manat ödənilməmiş borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən sonra illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, 872,26 AZN x 0,05%= 43,61 AZN/12 ay= 3,63 AZN x 126 ay= 457,93AZN) təşkil edir. 10 il, 06 ay yəni (126 ay) keçməsinə baxmayaraq qanuni qüvvəsini almış məhkəmə qərarı icra olunmadığına görə 457,93 manat hesablanmış faiz borcu olmaqla cəmi 1330,19 manat borclu tərəfindən pretenziyanı aldığı gündən 5 gün müddətində borc İddiaçı ödənilməsi xahiş olunmuşdur. - Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən də göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02 may 2013-cü il tarixli, 8828 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh 18 ay müddətinə 2535 manat dəyərində olan avadanlıq satın almış, həmçinin bu öhdəliyin təminatı olaraq, eyni tarixdə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Lakin, cavabdehlər nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Bununla əlaqədar olaraq, İddiaçı ərizə ilə Şabran Rayon Məhkəməsinə müraciət etmiş, habelə sözügedən məhkəmənin 01 sentyabr 2014-cü il tarixli məhkəmə əmri ilə ərizə təmin edilərək cavabdehlərdən müştərək qaydada ümumilikdə 872,26 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi əmr edilmişdir. Hazırda qəbul olunmuş məhkəmə əmrinin qanuni qüvvəsini alaraq, icra olunmamasından 10 il, 6 ay müddət keçməsinə baxmayaraq sözügedən icra sənədi icra olunmamışdır. Buna görə də, iddiaçı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Buna görə də iddiaçı Musayev X2 Məhkəməsinin Plenumunun 24 dekabr 2014cü il tarixli qərarına əsasən,hesablanan 457,93 manat məbləğində (5%) borc, bildirişin (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 2,70 manat məbləğində pul və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 491,03 (onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində qanuni qüvvəsini almış Şabran Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli məhkəmə əmri 2014-cü ilin sentyabr ayından 2025-ci ilin mart ayınadək olan 126 ay ərzində icra olunmamışdır. Bununla da, iddiaçının qanunla qorunan hüquq, eləcə də maraqları pozulmuşdur ki, nəticədə onun dəymiş zərərin (872,26x0,05%=43,61/12ay=3,63x126ay=457,38 manat) əvəzini cavabdehlərdən tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. X4 Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 445.-ci maddəsinin İİ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır: Sözügedən Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2014-cü ildə yarandığından Mülki Məcəllənin 445.7-ci maddəsinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 İddiaçı xeyrinə Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, hesablanan 457,38 manat məbləğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 2,70 manat məbləğində pul ödənilməli, iddianın verilməsi üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır, Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 İddiaçı xeyrinə 457,38 manat məbləğində faiz borcu (5%), bildirişin göndərilməsi üçün çəkilmiş 2,70 manat poçt xərci və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 490,48 (dörd yüz doxsan manat qırx səkkiz qəpik) məbləğində pul ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar