Məhkəmə qərarları › İş №e-2(005)-2670/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2670/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2670/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı “İri Şəhərlərin X6 Xidməti” PHŞ-nin Cavabdeh qarşı ilkin; Cavabdeh “İri Şəhərlərin X6 Xidməti” PHŞ-yə qarşı qarşılıqlı iddia tələbi üzrə (açar sözlər: sudan istifadəyə görə yaranmış borcun ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı "İri Şəhərlərin X6 Xidməti" X5 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh “İri Şəhərlərin X6 Xidməti” PHŞ-ə qarşı “borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı “İri Şəhərlərin X6 Xidməti” X10 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış951.00 manat borcun (abonent kodu: **********520) və 30.00 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin X6 Xidməti” X11ə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”İri Şəhərlərin X6 Xidməti” X11 tərəfindən Cavabdeh (abonent kodu: **********520) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri həmin ünvana xx.xx.2013-cü il tarixində quraşdırılmış İSS-15 markalı, 11751 nömrəli, xx.xx.2023-cü ildə quraşdırılmış sayğacın göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 951.00 (doqquz yüz əlli bir manat) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi təqdim edərək «İri şəhərlərin X6 Xidməti» X9 su təçhizatı və tullantı sülarının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 951 manat borç və 30 manat dövlət rüsümünün cavabdehdən tutulması barədə iddiasının təmin edilməməsi və hesablanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 951 manat borçun silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı «İri şəhərlərin X7 Xidməti» X11 cavabdehin əhali qrupu abonent olmaqla xidmətlərindən mütamadi olaraq istifadə etməklə istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə 14.04.25-ci il tarixinə 951 manat borcu yarandığını bildirmişdir. İddiaçı «İri şəhərlərin X7 Xidməti» X9 iddiası aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Belə ki,iddiaçı, cavabdehin istifadə etdiyi su təçhizatı və kanalzasiya xidmətlərinin dəyərinin quraşdırılmış saycacların göstəricilərinə uyğun olaraq hesablandığını iddiada göstərsə də, əslində mənzildə iki ədəd su sayğacının olmasına baxmayaraq, həmin sayğaçlarda olan göstəriciləri nəzərə almayaraq qanunsuz olaraq ailə üzvlərinin sayına uyğun hesablanmışdır. ünvan 1 ünvanda yerləşdirilmiş 52 saylı mənzil 2006-cı ildə istifadəyə verilmiş və həmin vaxdan da mənzilə sü təçhizatı ilə əlaqədar sayğaclar quraşdırılmışdır. Cavabdehin göstərdiyi kimi həmin sayğaclar 2013-də deyil, 2006-cı ildldə quraşdırılsa da veilmiş suyun və axıdılmış tullantı suları sayğacların göstəricilərinə üyğun hesablanmalı olduğu halda, mənzildə qeydiyyatda olan şəxslərin sayına, yəni ailə üzvlərinin sayına uyğun olaraq hesablanmışdır. Halbuki, qızı 2009-cu ildə, oğlu isə 2016-cı ildə ailə quraraq başqa ünvanlarda yaşayırlar. Buna görə tərəfindən dəfələrlə "xxxx" Açıq Səhmdar cəmiyyəti Nərimanov rayon Sukanal İdarəsinə şikayət edilsə də mənzildə olan sayğacların onlar tərəfindən quraşdırılmadığı və sayğac olanda yenisi quraşdırılacağı bildirilmişdir. xx.xx.2023-cü il tarixli müraciətində mənzildə olan sayğacların dəyişdirilməsi və yeni su sayğacı quraşdırmaq tələbinə isə xx.xx.2023-cü il tarixinində İSS- 20 markalı, 23152744 nömrəli su ölçən cihaz quraşdırısada 2006-cı ildə quraşdırılmış İSS-15 markalı 11751 nömrəli sayğac isə dəyişdirilmədən saxlanılmış və bundan sonra göstəricilər isə nəzərə alınmışdır. Bundan sonrakı müddət ərzində özü tərəfindən bütün su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə borcum hər iki sayğac göstəriciləri üzrə internet vasitəsi ilə tam ödənilmişdir. Göstərilənlərdən məlum olurki, iddia ərizəsində göstərilən məbləğ-951 manat borc mənzildə quraşdırılmış su sayğaclarının göstəricilərinə əsaslanmayaraq, qeyd etdiyi kimi mənzildə qeydiyyatda olan ailə üzvlərinin sayına uyğun olaraq hesablanması nəticəsində yaranmış və ödədiyi məbləğlər nəzərə alınmamışdır. Bu Nərimanov rayon Sukanal İdarəsinin məktubunda da etiraf edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)- 2670/2025 saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi X1 ilkin iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvanda 2015-ci ildən hesabat gedir. 2023-cü ilin aprel ayına kimi dörd nəfər üzrə hesablanmışdır. 2023-cü ildə sayğac qoyulandan sonra ödəniş olunub. Həmin dövrə kimi çox az miqdarda ödəniş olunub. Son üç ildə sayğac göstəricisinə uyğun hesablanılıb və həmin dövrdə borcu ödəyib. Əvvəlki illərə görə dörd nəfərə uyğun hesablanmış borcdur. Borc 2013-cü ilin fevral ayından hesablanılıb. Əvvəlki illərin borcu silinib. Arayışda iki nəfərə görə hesablama aparılıb, lakin iddia müddətinin tətbiqi barədə ərizə təmin olunarsa, həmin borc silinir. Sayğacla 2023-cü ildən borc iki nəfərə görə hesablanılıb və arayışa əsasən borcun böyük hissəsi silinir. Əvvəlki illərə olan borc var və iddia müddətinin tətbiqi barədə ərizəsi təmin olunarsa, bu zaman borc olmayacaq. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh ilkin iddia tələbinə etiraz edərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, həmin mənzildə 2006cı ilin sonlarından yaşayır. Bina həmin vaxt təhvil verilib və hazırki günədək orada yaşayır.Təhvil verilən vaxt su ölçən cihazları olub və qarşı tərəfin əməkdaşları tərəfindən quraşdırılıb. Daha sonra bildirdilər ki, isti suyun verilməsi üçün cihazlar quraşdırılmalıdır və bildirmişdir ki, isti cihazların pulunu müqaviləyə əsasən pul MTK-ya ödənilir. Özü tərəfindən borclar ödənildi və bir müddət sonra ona məktub gəldi. Bununla bağlı müraciət etdikdə ona borcun ailə tərkibinə görə hesablanıldığı bildirilmişdir. Həmin evdə həyat yoldaşı ilə birgə yaşayır. Qızı 2009-cu ildə ailə qurub, oğlu 2011-ci ildə Türkiyə Respublikasında oxuyub. Sonradan oğlu ailə qurub başqa ölkəyə köçüb. Dəfələrlə müraciət etdikdən sonra 2023-cü ildə əməkdaş gəlib sayğacın dəyişəcəyini bildirdi, lakin 2 sayğac olduğunu bildirmişdir. Onlar isə bir sayğacı dəyişdirdilər və akt tərtib etdilər. Özü tərəfindən 500 manat məbləğində pul ödənilmişdir. İddiaçı bildirir ki, guya 2013-cü ildən ödəniş etmir və həmin ildə yeni sayğac qoyulub. Bundan əlavə 2023-cü ildə sayğacın qoyulmasını bildirmişdir. Bir evdə iki sayğacın olması mümkün deyil və sayğac 2006-cı ildən bina tikiləndən orada quraşdırılıb. İddia tələbi əsassızdır və iddia müddəti ötürülmüşdür. Sayğaca görə tərəfindən borc ödənilib və heç bir borcu yoxdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Cavabdeh xx.xx.2025-ci il tarixli abonent kartının çıxarışından görünür ki, cavabdehin - Cavabdeh (abonent kodu: **********520) Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay küçəsi ev 94, mənzil 52 ünvanı üzrə ödənilməyən ümumi borcu 951 manat təşkil edir. Ünvan üzrə 2015-ci il üzrə 126,2 manat, 2016-cı il üzrə 108,73 manat, 2017-ci il üzrə 118,5 manat, 2018-ci il üzrə 21,5 manat, 2019-cu il üzrə 72,5 manat, 2020-ci il üzrə 122,5 manat, 2021-ci il üzrə 228,6 manat, 2022-ci il üzrə 236 manat, 2023-cü il üzrə 192 manat, 2024-cü il üzrə 109 manat, 2025-ci il üzrə 16 manatdır. - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cəmiyyət tərəfindən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun 7 iş günü ərzində ödənilməsi tələbi ilə xəbərdarlıq göndərilmiş və yaranmış borcunu ödəməyi tələb olunmuşdur. -"xxxx" ASC Nərimanov rayon Sukanal İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş "X4”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində Su təchizatı və kanalizasiya müəssisəsinə təqdim etməlidir. Su təchizatı və kanalizasiya müəssisəsi hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabında 938 (doqquz yüz otuz səkkiz) manat borcu var. Qeyd edilən borc normativə uyğun olaraq ailə tərkibinə (4 (dörd) nəfərə) görə hesablanmış məbləğin ödənilməmiş hissəsidir. xx.xx.2023-cü il tarixində mənzilə İSS-20 markalı, 23152744 nömrəli və İSS-15 markalı, 11751 nömrəli su ölçən cihazlar quraşdırılmışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabında yaranmış qalıq borclarını su təchizatı və kanalizasiya müəssisəsi (STKM) ilə qarşılıqlı razılaşma əsasında hissəhissə ödəyə bilər. Bunun üçün Nərimanov rayon Sukanal İdarəsinə yaxınlaşıb razılıq protokolu imzalamağı tövsiyyə olunur. Yaranmış borcun ödənilməsi xahiş olunur. Əks təqdirdə “Sudan istifadə Qaydalarının 8.1.8-ci bəndinə əsasən su təchizatı müvafiq qaydada dayandırılacaq və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir. - "İri Şəhərlərin X6 Xidməti" X10 Nərimanov rayon Sukanal İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə mənzilə İSS-20 markalı 23152744 nömrəli və İSS-15 markalı, 11751 nömrəli su ölçən cihazlar quraşdırılmışdır. Suölçən cihazlar quraşdırılan dövrə qədər ailə tərkibi 4 nəfər olmaqla abonent hesabında 938 manat borc olub. 560 manat ödəniş edilib. Halhazırda hesabında 958 manat borc vardır. - "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 013 №-li arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında X3 ilə qeydiyyatda yaşayır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 25 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan Cavabdeh göstərilən su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci ildən xx.xx.2025-ci il tarixinə kimi yaranmış borc 4 nəfərə görə 914,44 manat, 2 nəfərə görə 457,22 manat təşkil edir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən mənzili iddiaçi tərəfindən xx.xx.2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən su ilə təchiz edilmişdir. Ünvan üzrə sudan istifadəyə görə ötən dövr ərzində istifadə edilmiş xidmətlərə görə qismən ödəniş edilmişdir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. “İri Şəhərlərin X6 Xidməti” PHŞ hazırki tələblə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının" 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Həmin Qaydaların 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin Qaydaların 8.3-cü maddəsinə əsasən, istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. Həmin Qaydaların 8.4-cü maddəsinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 8.5-ci maddəsinə əsasən, su ilə təchiz edilmiş obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişdirilməsi suyun verilməsinin dayandırılması üçün əsas deyildir. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasma görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasinin Qanununun: - 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 61-ci maddəsinin 1-ci bəndinə görə "Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır". - 62-ci maddəsinə görə istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı vo kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Göründüyü kimi, mübahisəli ünvan 6 ünvanında su təchizatı və axıdılması ilə əlaqədar müqavilə bağlanmışdır. Cavabdehin 2015-2025-ci illər üçün istifadə etdiyi xidmətlərə görə iddiaçıya borcu yaranmışdır. İş materiallarında olan abonent kartı ilə Cavabdeh (abonent kodu: **********520) 2015-2025-ci illər üzrə Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay küçəsi ev 94, mənzil 52 ünvanı üzrə ödənilməyən ümumi borcu 951 manat təşkil etdiyi göstərilmişdir. Bununla belə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 25 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan Cavabdeh göstərilən su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci ildən xx.xx.2025-ci il tarixinə kimi yaranmış borc 4 nəfərə görə 914,44 manat, 2 nəfərə görə 457,22 manat təşkil edir. Bununla belə mülki dövriyyənin sabitliyinin qorunması məqsədilə qanunvericiliyə iddia müddətinə dair maddi hüquq normaları (AR MM-in 18-ci fəsli) daxil edilmişdir. İddia müddətinin tətbiq edilməsinə dair ərizə cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsidir. İddia müddəti institutu şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Məhkəmə araşdırması zamanı məhkəmə iclasında ilkin iddia ürə Cavabdeh iddia müddətinin ötürülməsi ilə bağlı yazılı vəsatət təqdim etmişdir. Nəzərə alınmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -373.3-cü maddəsinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. -375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. -375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -376-ci maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. -377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. -550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. -551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. -551.2.1-ci maddsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi, qanunvericiliklə vaxtaşırı ödənişlər üzrə öhdəliklərin icrası üçün (xitam olunması) beş illik müddət müəyyən edilsə də, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə (tələb etmək hüququ) iddia müddəti üç il müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi ilə nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədilə, məsələ qanunvericilik qaydasında həll edilənədək, qanunverici tərəfindən Mülki Məcəlləyə iddia müddətlərinə dair ayrıca fəslin məqsədli şəkildə salınması nəzərə alınaraq, öhdəliklərdən irəli gələn tələblərə, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətləri tətbiq edilməlidir. Mülki Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulan iddia müddətlərinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iş materialları və cavabdehlə iddiaçının nümayəndəsinin izahatları ilə müəyyən olunmuşdur ki, qeyd olunan ünvan üzrə xx.xx.2012-ci il tarixdə su təhtizatı ilə əlaqədar müqaviləsi bağlanmışdır. Həmin ünvan üzrə abonent Cavabdehdur. Onun 2015- 2025-ci illər üçün istifadə etdiyi xidmətlərə görə borcu yaranmışdır. Qanunvericiliyin tələbinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur, iddiaçının bu müddətə nəzərən son üç il ərzində yaranmış borcu tələb etmək hüququ vardır. İş materiallarında olan abonent kartı ilə Cavabdeh (abonent kodu: **********520) 2015-2025-ci illər üzrə Bakı şəhəri, Nərimanov rayonu, M.Qaşqay küçəsi ev 94, mənzil 52 ünvanı üzrə ödənilməyən ümumi borcu 951 manat təşkil etdiyi göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 12 iyun 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan Cavabdeh göstərilən su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci ildən xx.xx.2025-ci il tarixinə kimi yaranmış borc 4 nəfərə görə 914,44 manat, 2 nəfərə görə 457,22 manat təşkil edir. Məhkəmə araşdırması zamanı Cavabdeh (abonent kodu: **********520) abonent kartı ilə müəyyən olunur ki, abonentə 2022-ci ilin aprel ayınadək göstərilmiş su təchizatı və kanalizasiya xidmətləri aşağıdakı şəkildədir: 2015-ci il üzrə 126,2 manat; 2016-cı il üzrə 108,73 manat; 2017-ci il üzrə 118,5 manat; 2018-ci il üzrə 121,5 manat; 2019-cu il üzrə 122,5 manat; 2020-ci il üzrə 122,5 manat; 2021-ci il üzrə 228,6 manat; 2022-ci il yanvaraprel ayları üzrə 75 manat olmaqla cəmi 1023,53 manat borc yazılmışdır. Fasiləsiz audio yazısının aparıldığı məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, borc son üç ildə sayğac göstəricisinə uyğun hesablanılıb və həmin dövrdə şəxs borcu ödəyib. Arayışda iki nəfərə görə hesablama aparılıb, lakin iddia müddətinin tətbiqi barədə ərizə təmin olunarsa, həmin borc silinir. Sayğacla 2023-cü ildən borc iki nəfərə görə hesablanılıb və arayışa əsasən borcun böyük hissəsi silinir. Əvvəlki illərə olan borc var və iddia müddətinin tətbiqi barədə ərizəsi təmin olunarsa, bu zaman borc olmayacaqdır. Göstərilənlərə əsasən, iddia müddətinin axımı müvafiq ardıcıllığa uyğun olaraq 2022ci ilin may ayınadək olan müddətdə hesablanmış borclara tətbiq edildiyi zaman qüvvədə olan qanunverciliyin imperativ tələbinə əsasən tələb etmə müddətinin ötməsi səbəbindən məhkəmə iddiaçının cavabdehin borc məbləğləri barədə etiraflarını da nəzərə alaraq belə nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçının Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 3 ünvanı üzrə su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 951 (doqquz yüz əlli bir) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. - 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən (AR MPM 119 və 124.2-ci maddələri) məhkəmə xərcləri iş üzrə tərəflərə aid edilməli olduğundan, ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi təmin edildiyindən (istehlakçı olaraq Cavabdeh dövlət rüsumundan azad olması nəzərə alınmaqla) ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilməlidir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı "İri Şəhərlərin X6 Xidməti" X5 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 3 ünvanı üzrə su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 951 (doqquz yüz əlli bir) manat borc silinməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı "İri Şəhərlərin X6 Xidməti" X5 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ünvan 3 ünvanı üzrə (abonent kodu: **********520) su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 951 (doqquz yüz əlli bir) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar