Məhkəmə qərarları › İş №e-2(005)-2784/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2784/2022

13.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2784/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdehlər İddiaçı, Bakı şəhər 9 saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı miras əmlak üzrə payların müəyyən olunması və bölünməsi tələblərinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər İddiaçı, Bakı şəhər 9 saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlak üzrə payların müəyyən olunması və bölünməsi tələbləri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, hazırkı iş üzrə iddianın icraata qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsindən göründüyü kimi İddiaçı iddia ərizəsini mülki porosessual qanunvericiliyin tələblərinə uyğun olaraq forma və məzmuna riayət etməmiş, iddia ərizəsində özünü həm iddiaçı həmdə cavabdeh qismində göstərmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdeh qismində Bakı şəhər 9 saylı Notariat Kontorunu qeyd etsə də ona qarşı yönələn tələbinin nədən ibarət olduğunu göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə müvafiq olaraq, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsində mübahisənin nədən ibarət olması və mübahisənin olmasını təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilməmiş, habelə həmin sübutların əlavə edilməməsinə səbəb olan hallara dair məlumat verməmişdir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı miras əmlakın bölünməsi və paylanmasından ibarətdir. Qeyd olunan tələbin iddiaçı tərəfindən qaldırılmasına əsas olan hallar iddia ərizəsində göstərilməmişdir. Belə ki, iddiaçı tərəfindən göstərilmiş cavabdehlər iddiaçının tələbində göstərdiyi niyyətini təmin etməsinin əksinə dair hər-hansı qərar göstərilməmişdir. Bundan başqa iddiaçı tələbində əmlakın bölünməsini qeyd etsədə payşıların kimlər olması barədə məlumatları iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddi hüquq normasının imperativ tələbindən göründüyü kimi, məhkəməyə müraciət edilməsi üçün əsas şərt qanunla qorunan mənafeyin və yaxud təsdiq səbəbidir. İddiaçı hazırki tələbində qeyd olunan halların olmasına müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mənzil Fondunun özəlləşdirilməsi haqqında Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış Qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Belə ki, qeyd olunan müddəalar hüquqların müdafiəsinin təmin edilməsi üçün ən başlıca amillərdi və müddəaların pozulmasını təsdiqi tərəflər arasında mübahisənin məhkəməyə müraciət etməmişdən qabaq həll edilməsi üçün atılmış addımların olmasını təsdiq edən sübutların məcmusundan ibarətdir. Göründüyü kimi hazırda iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş əsaslandırmada, habelə iddia ərizəsinə əlavə edilmiş sənədələrdə yuxarıda qeyd olunan amilləri təsdiq edən sübutlara rast gəlinməmişdir. Belə olan halda hazırki mübahisəyə hazırki vəziyyətdə məhkəmədə baxılması qüvvədə olan qanunvericliyin tələblərinə əsasən yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bununla əlaqədar olaraq məhkəmə iddiaçıya müvafiq məhkəmə qərarı əsasında üzərinə qoyulmuş öhdəliyin icrasının dayandırılması barədə ərizə ilə həmin öhdəliyin qoyulmasına səbəb olan məhkəmə qərarını qəbul etmiş məhkəməyə müraciət edə bilər. Yuxarıda şərh olunanlara əsasən İddiaçı cavabdehlər İddiaçı, Bakı şəhər 9 saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı miras əmlak üzrə payların müəyyən olunması və bölünməsi tələbinə dair iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər İddiaçı, Bakı şəhər 9 saylı Notariat Kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı miras əmlak üzrə payların müəyyən olunması və bölünməsi tələbinə dair iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar