Məhkəmə qərarları › İş №e-2(005)-2809/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2809/2025

19.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2809/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Tam Store “ Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 311 K №-li əmrində dəyişiklik edilərək, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə deyil, 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC yə yaxınlaşaraq işə qəbul üçün verilmiş elanla bağlı gəldiyini bildirib.İddiaçını xx.xx.2024-cü il tarixdə xxxxxxx0003000 müqavilə ilə işə qəbul ediblər.İlk olaraq Əhmədlidə yerləşən Cavabdeh mağazasında işə başlayıb daha sonra,təxminən 15 gün sonra onu Neftçilər Metrostansiyasının yaxınlığında yerləşən Cavabdeh mağazasına ezam ediblər.İddiaçı əmək haqqı kartının təqdim edilməsi ilə bağlı bir necə dəfə Mağaza müdürü İradə Ağayevaya müraciət etsə də kobud rəftarı ilə qarşılaşıb. Bundan sonra mağaza müdirəsi İradə Ağayeva iddiaçıya qarşı etik davranışdan kənar ifadələr işlətdiyindən bir neçə dəfə baş idarəyə müraciət edib.İddiaçıya bildiriblər ki, müdür işçisi ilə o cür danışmalıdır.İddiaçı əmək haqqı kartının verilməsi ilə bağlı baş ofisədə müraciət etdikdə iddiaçıya müxtəlif bəhanələr gətiriblər.O, bir ay işlədikdən sonra İradə Ağayevanın bu cür davranışlarına tab gətirmədiyi üçün Cavabdeh baş ofisinə gedərək işdən çıxmaq istədiyini bildirib.İddiaçının əmək kitabçası qaytardılar və bildirdilər ki, əmək kitabçasına 1 ay işlədiyi üçün əmr qeyd edilməyəcəkdir və əmrin elektron qayda da veriləcəkdir.İddiaçı Cavabdehndə işlədiyi dövrdə ona əmək haqqı kartı belə verilməmişdir. 30 dekabr 2024 cü il tarixdə “Xalq Bank” mobil tədbiqində daxil olan zaman məlum oldu ki, iddiaçının adına 515 manat pul var.İddiaçının həmin pulu digər adına olan karta göndərərək, əldə etdi.Təxminən 20 gün bundan qabaq işə qəbul üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə işə qəbul üçün müraciət edərək,əmək kitapçasını təqdim edib. Bir neçə gün sonra ona bildiriblər ki,o, Cavabdehndən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “C” bəndi ilə “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-cimaddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” işdən azad ediblər bu səbəbdən də iddiaçını işə götürməyiblər.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda “Vətən Müharibəsi” İştirakçısıdır.“Kəlbəcərin Azad olunmasına görə və“ Vətən müharibəsi İştirakçısına görə” medalları ilə təltif edilmişdir. Öz şəxsi maraqları və kin küdrətləri hesabına iddiaçını əmək fəaliyyətini ləkələyən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət onu işsiz qoymuşdur.Cavadeh Cavabdeh MMC tərəfindən şirkətdə işləməyə dəvət olunmuş və cavabdehlə aralarında xx.xx.2024-cü il tarixdə xxxxxxx0003000 saylı əmək müqaviləsi bağlanaraq Cavabdeh MMC tərəfindən işə qəbul edilmişdir. Sözü gedən əmək müqaviləsinə əsasən işçiyə hər ay 613 manat məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir.İddiaçı Cavabdehndə işlədiyi müddətdə şirkətdən əmək haqqısını tələb etdiyi üçün cavabdeh tərəfindən onu əmək müqaviləsinə qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 72-ci maddəsinin “C” bəndinə əsasən xitam verilmişdir.İddiaçı işdən çıxarılarkən onun qeyd etdiyi 1 ay ərzində əmək haqqı və əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq hesabı ödənilməmişdir.İddiaçı Cavabdehin qanunsuz hərəkətlərindən xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə şikayət etmişdir.Cavabdeh tərəfindən işdən azad olunarkən “Əmək müqaviləsinə xitam verilməsi” barədə ƏMR-lə tanış olmamış və iddiaçıya Əmək Qanunvericliyilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdı. Cavadeh Cavabdeh tərəfindən iddiaçının qanunsuz olaraq Azərbaycan Respublikası Əmək məcəlləsinin 72-cimaddəsinin “C” bəndi ilə işdən çıxarıldığına görə heç bir müəssisədə işləyə bilmir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək,iddia tələbinin təmin edilməsini xahiş etdi.Bildirdi ki, Əhmədlidə yerləşən Cavabdeh mağazasında 1 ay işləmiş, 17 gün sonra iş yeri dəyişdirilib. Neftçilər filialında işə başlayıb və daha sonra mağaza müdiri ilə münaqişə yaranıb, çıxışına və transferinə icazə verilməyib. İşə getmədiyim müddəti xatırlamadığını,lakin son haqq hesabın aldığını bildirdir.Yanvar ayının 1-2-i ofisə yaxınlaşdıqda işinə xitam verildiyi bildirilib. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 ilkin iddia tələbinə etiraz etdikləri, lakin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materialları - xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə dair çıxarışdan görünür ki, Cavabdeh-X3 və İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılmışdır.Həmin əmək müqaviləsi üzrə İddiaçı Cavabdehndə satış direktoru/Satış Departamenti/Marketlər Bölməsi/Qastronom üzrə baş satıcı vəzifəsinə təyin edilmişdir. - Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli,MŞB/8/2025-00489 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın surətindən görünür ki,ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş,lakin Cavabdeh isə nümayəndəsinin iştiraknı təmin etməmişdir. İddiaçı iştiraka görə 60 manat mediasiya haqqı ödəmişdir. - xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə ƏMR №-311K surətindən görünür ki, İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, müəssisə daxili intizam qaydalarını və bağladığı əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, üzrsüz səbəbdən heç bir məlumat vermədən işə gəlmədiyinə görə Qastronom üzrə baş satıcı İddiaçı ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il il tarixindən xitam verilməsi və o, həmin tarixdən işdən azad edilməsi barədə əmr verilmişdir. - Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 3-cü maddəsinin 5 və 5-1-ci bəndlərinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 44-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və 69.2-ci maddəsinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 172.1-ci maddəsinə əsasən əmək aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdehndə satış direktoru/Satış Departamenti/Marketlər Bölməsi/Qastronom üzrə baş satıcı vəzifəsinə təyin edilmişdir. İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, müəssisə daxili intizam qaydalarını və bağladığı əmək müqaviləsində müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, üzrsüz səbəbdən heç bir məlumat vermədən işə gəlmədiyinə görə Qastronom üzrə baş satıcı İddiaçı ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024cü il il tarixindən xitam verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni aşağıdakılarla hüquqi əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5 və 5-1-ci bəndlərinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Eyni Məcəllənin 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh olan işəgötürən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə, yəni əmək vəzifələrinin kobud şəkildə pozulması ilə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək,əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsi ilə xitam verilməsini xahiş etmişdir.Tərəflər bu barədə məhkəmə iclasında razılığa gəlmiş,cavabdehin etirafı və iddia tələbinin təmin edilməsinə heç bir etirazı olmadığını əsas götürərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına görə, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, AR MPM-də sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, ”Tam Store” MMC-yəİddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli xxxxxxx0003000 saylı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 311 K №-li əmrində dəyişiklik edilərək, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilməsi həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə uyğun olaraq isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 311 K №-li əmrində dəyişiklik edilərək, əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verilməsi Cavabdeh MMC-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar