Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-286/2023 06.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilin cavabdehdən alınıb, istifadəsinə verilməsi və mənzilə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeha qarşı ("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzil mübahisəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvan S.Rəhman küçəsi 18,20,22,24 və 26) ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş yeni binanın "xxxx" girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m olan 2 otaqlı (mənzilə dair "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə yaranan hüquq ona aid edilməklə) mənzilin Cavabdeh alınaraq, onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda mövcud olmuş 4 otaqlı 10 saylı mənzil mülkiyyət hüquqları əsasında mərhum atasının adına olmuş, o da daxil olmaqla, cavabdeh anası ilə ailə olaraq onlara məxsus olmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 180 saylı sərəncamı əsasında həmin ərazidə mövcud köhnə tikililərin sökülməsi və yerində yeni hündürmərtəbəli yaşayış binasının tikintisinə qərar verilmişdir. Həmin qərarın 2.6 və 3-cü bəndlərinə əsasən Sabit Rəhman küçəsi 18,20,24 və 26 saylı ünvanda yerləşən yaşayış binaları sakinlərin hər ay üçün kirayə haqqı ödənilməklə müvəqqəti başqa mənzillərə köçürülməsi, aylıq kirayə haqqının yeni tikiləcək binadan mənzil verilənə kimi ödənilməsinin təmin edilməsi və binaların sökülməsi MMC-yə həvalə edilmişdir. Həmin ərazidə "xxxx" MMC tərəfindən hündürmərtəbəli bina tikintisi ilə bağlı qeyd olunan sərəncamın icrası məqsədləri üçün bizə məxsus əmlakın söküntü altına verilməsi təklif olunmuşdur. Təklif onlar tərəfindən qəbul edilmiş və tikiləcək binada alacağları yaşayış sahəsi, bir deyil, o və cavabdeh iki ailə olması səbəbindən 2 ayrı-ayrı mənzil ilə bağlı MMC ilə razılaşmışdırlar. Razılaşmaya görə alınacaq mənzillərdən biri onun ailəsinə verilməli idi. Məhz bu razılaşma şərtinə görə evin sökünütüsünə etiraz bildirməmiş və MMC ilə razılaşmanın rəsmiləşdirilməsini anasına etibar etmişdir. Bununla bağlı danışıqların cavabdehlə aparılmasını MMC-yə razılığını bildirmişdir. Buna görə də MMC ilə müqaviləni cavabdeh bağlamışdır. MMC tərəfi razılaşmaya uyğun olaraq, tikinti altına verilən evin sahəsinə 20 %-dən çox sahə əlavə etməklə, həmin ünvanda tikilən yeni yaşayış binasında onlara iki yeni mənzillər vermişdir və müqavilə tərəfi cavabdeh olduğundan, mənzillər ona təhvil verilmişdir. Lakin cavabdeh mənzilləri öz adına yazdırmış, təhvil götürəndən sonra mənzillərdən birini ona verməkdən hər vasitə ilə yayınmış, indi də aldığı pula hələ ev tapa bilməməsi bəhanəsi ilə mənzili ona verməkdən imtina etmişdir. Cavabdehlə ilkin razılaşmaya əsasən kirayə haqqı və həmçinin iki mənzilin təmiri üçün hesablanmış vəsaiti cavabdeh özünə götürmüş, həmin pul vəsaiti hesabına Mehdiabad qəsəbəsində özünə bir fərdi yaşayış evi alacağını bildirmişdir. Həqiqətən də köhnə evdən köçəndən sonra cavabdeh qardaşı ilə birgə Mehdiabad qəsəbəsinə köçmüş və hazırda da orada yaşayırlar. Aldığı mənzillərdən birini qardaşına vermiş və hazırda qardaşı orada yaşamaqdadır. Digər mənzil isə təmirsiz vəziyyətdə, qapını bağlayıb, açarı ona verməkdən imtina etmişdir. Bununla bağlı MMC-yə müraciətinə cavab olaraq MMC-nin direktoru bildirmişdir ki, “..müqavilə əsasında razılaşdırılmış şərtlərə uyğun olaraq, MMC tərəfindən Cavabdeh S.Rəhman küçəsində yeni tikilən binanın "xxxx" girişində 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m 2 otaqlı və 6-cı mərtəbədə yerləşən sahəsi 92 kv.m 2 otaqlı olmaqla, iki mənzil, eyni zamanda, mənzil təhvil verilənə kimi hər ay üçün kirayə haqqı və mənzillərin təmir haqqı ödənilməmişdir. Bununla da MMC müqavilə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Sizin razılaşmanız ayrıca bir başa MMC ilə deyil, anası Cavabdeh ilə öz arasında olmuşdur. Öz aralarında razılaşmanım nəticəsi olaraq, əmlakın sökülməsinə ümumi razılıq əsasında sonuncu MMC ilə müqavilə bağlanmışdır və bununla bağlı gələcəkdə hər hansı mübadiləni özü həll edəcəyinə dair ayrıca ərizə vermiş və bununla bağlı ayrıca öhdəlik götürmüşdür....”. Göründüyü kimi cavabdeh hər ay üçün kirayə haqları və daha sonra da mənzillərin təmiri üçün hesablanmış məbləği götürmüş, lakin razılaşmanın ziddinə olaraq, mənzillərdən birini ona verməli olduğu halda verməmişdir. Birgə yaşadığları evi söküntü altına verilməklə əldə edilən iki mənzildən birini ona verilməsi ilə bağlı yaranmış öhdəliyə vaxtında və lazımi qaydada icra edilməsi cavabdehə dəfələrlə təklif olunsa da, nəticəsi olmamışdır. Ona görə də məsələni məhkəmə yolu ilə həll edilməsi məcburiyyəti yaranmışdır. Bu səbəblə cavabdehə təhvil verilmiş iki mənzildən biri S.Rəhman küçəsində yeni tikilən binanın "xxxx" girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m 2 otaqlı mənzil cavabdehlərdən xeyrinə tələb olunmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, bildirmişdir ki, mübahisə ilə bağlı adı keçən Bakı şəhəri, Səməd Vurğun küçəsi ilə Sabit Rəhman küçəsinin kəsişdiyi ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yeni binanın "xxxx" girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı mənzil, əvəzində verilmiş, sökülməsi üçün tərəfimizdən razılıq verilmiş həmin ünvanda yerləşən yaşayış evində rəsmi qeydiyyatda olmaqla ailəmlə birgə yaşamaqla, istifadə hüququna malik olmuşdur. Sökülməsinə razılıq verilmiş mənzildə mövcud olmuş bütün hüquqlar, onun əvəzində verilən mənzilə aid edildiyi bəlli və mübahisəsiz haldır. Sökülmüş mənzildə mövcud olmuş istifadə hüququnun, onun əvəzində verilmiş yeni mənzildə əldə etməsi üçün həmin mənzilə köçürməklə mümkündür. Bu baxımdan da yeni mənzilə köçürmək tələbi ilə iddianın həcmi artırılmalıdır. Qeyd olunanları nəzərə alaraq, ünvan 3 ünvanı S.Rəhman küçəsi 18,20,22,24 və 26) ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yeni binanın "xxxx" girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı (mənzilə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə yaranan hüquq ona aid edilməklə) mənzilin cavabdehdən alınıb, istifadəsinə verilməsi və onu adı keçən binanın "xxxx" girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m olan 2 otaqlı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, S.Rəhman küçəsində binanın "xxxx" girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı mənzil təmirsizdir. Mənzillərə dair sənədlər (müqavilələr) cavabdehdə yoxdur. İddia tələbində göstərilənləri sübutetmə yükü iddiaçının üzərinə düşür. Bu səbəbdən iddianın mahiyyəti üzrə təsdiqləyən hər hansı mötəbər sübut olmadığından iddia tələbinin rədd edilməsi ilə bağlı məhkəmədən qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində iştirak edən "xxxx" MTK məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.6-cı maddələrinin tələblərinə əsasən işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cu il tarixli, 180 saylı Sərəncamına əsasən rayonun Səməd Vurğun və Sabit Rəhman küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə rayonun Səməd Vurğun və Sabit Rəhman küçələrinin kəsişməsində 0,55 ha torpaq sahəsi "xxxx" MMCnin daimi istifadəsinə verilmişdir; Rayonun Səməd Vurğun və Sabit Rəhman küçələrinin kəsişməsində yeni çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "xxxx" MMC-yə həvalə edilmişdir. Sərəncamın 2.6-cı maddəsinə əsasən Rayonun Sabit Rəhman küçəsi 18,20,22,24 və 26 saylı ünvanlarda yerləşən yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli Pretenziya məktubuna əsasən İddiaçı cavabdeh X2 aralarında bağlanmış razılığa əsasən sonuncunu üzərinə düşən öhdəliklərini yerinə yetirməsini əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll olunacağıyla bağlı xəbərdar etmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, ünvan 2 ünvanda 4 otaqlı yaşayış evin söküntü altına verilməsi və əvəzində yerində tikilən binadan mənzil verilməsi ilə bağlı razılaşma "xxxx" MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma şərtləri daxilində müqavilə əsasında rəsmiləşdirilmişdir. Müqavilə əsasında razılaşdırılmış şərtlərə uyğun olaraq, MMC tərəfindən Cavabdeh S.Rəhman küçəsində yeni tikilən binanın "xxxx" girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m 2 otaqlı və 6-cı mərtəbəsində yreləşən sahəsi 92 kv.m 2 otaqlı olmaqla, iki mənzil, eyni zamanda, mənzil təhvil verilənə kimi hər ay kirayə haqqı və mənzillərin təmir haqqı ödənilmişdir. Bununla da MMC müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən qaldırılmış iddia üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı qeyd edir ki, cavabdeh, yəni onun anası aldığı mənzillərdən birini qardaşına vermiş və hazırda qardaşı orada yaşamaqdadır. Digər mənzil isə təmirsiz vəziyyətdə, qapını bağlayıb, açarı ona verməkdən imtina etmişdir. Mənzillərdən birini ona verməli olduğu halda bunu etməmişdir. Buna görə də, ünvan 3 ünvanı S.Rəhman küçəsi 18,20,22,24 və 26) ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yeni binanın "xxxx" girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı mənzilə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə yaranan hüquq ona aid edilməklə mənzilin cavabdehdən alınıb, istifadəsinə verilməsi və onu adı keçən binanın "xxxx" girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m olan 2 otaqlı mənzilə köçürülməsini xahiş etmişdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvan S.Rəhman küçəsi 18,20,22,24 və 26) ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş yeni binanın "xxxx" girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m olan 2 otaqlı MTK tərəfindən Cavabdeh təhvil verilmiş, həmin mənzil hazırda onun sahiblik və istifadəsindədir. Beləliklə hazırkı mübahisənin düzgün həlli, iddiaçının "xxxx" MMC tərəfindən inşa edilmiş yeni binanın "xxxx" girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m. olan 2 otaqlı mənzil üzərində Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gəlmiş istifadə hüququnun hüquqi mahiyyəti, onun saxlanılıb-saxlanılmaması, köçürülmənin mümkünlüyünün müəyyən edilməsindən asılıdır. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmiş, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüququn, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququ olduğunu vurğulamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında isə həmin məhkəmə, bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə toxunmuş və hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Qeyd olunan Qərarında Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan “istifadə hüququ” notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar”. Göründüyü kimi, iddiaçının göstərdiyi hallar yaşayış sahəsinə istifadə hüququnun yaranması, yaxud belə hüququn saxlanılması məqsədini daşımır. İddiaçı tərəf "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncunun istifadəsinə verilmiş binanın "xxxx" girişində, 5-ci mərtəbəsində yerləşən sahəsi 92 kv.m olan 2 otaqlı mənzilin cavabdehdən alınıb, onun istifadəsinə verilməsi üçün əsas göstərə bilməmişdir. Nəzərə alınmalıdır ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış müqavilə qüvvədə olduğu halda mübahisəli mənzilin iddiaçının istifadəsinə verilməsi tələbi təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də məxsus ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.1.2, 158.2, 158.4). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (maddə 165.1). Məhkəmə iddianın mənzilə köçürülmə hissəsində də əsaslı hesab etmir, belə ki, iddiaçının həmin mənzilə dair hər hansı hüquqları mövcud deyil. Buna görə də, İddiaçı Cavabdeh qarşı ("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilin cavabdehdən alınıb, istifadəsinə verilməsi və mənzilə” tələbinə dair idia ərizəsi əsassız oluduğundan rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ("xxxx" MTK mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilin cavabdehdən alınıb, istifadəsinə verilməsi və mənzilə” tələbinə dair iddia ərizəsi rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-286/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-286/2023
06.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver