Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-287/2024 11.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, Bakı Şəhəri 1 saylı Notariat Ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, 28 mart 1989-cu il tarixdə bağlanmış müqaviləni ünvan 1 ünvan 1- ci pereulok, uliça Mira 11)-də yerləşən fərdi yaşayış evinə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Rafik Hacıyev küçəsində yerləşən 11 saylı həyət evini X2 1989-cu ildə qardaşı İslam Hacıyevin adına almışdır. Atası və qardaşı orada qeydiyyatda olmuşdur. Hazırda atası və qardaşı rəhmətə getmişdir. Qardaşı ailə qurmadığından sonuncudan sonra o, vərəsə sayılır. Həmin ev 1989-cu ildən onların ailəsinin sahibliyində və istifadəsindədir. İddiaçının ailəsi o evə köçənə qədər həmin evdə erməni millətindən olan Cavabdeh ailəsi ilə birgə yaşamışdır. 28 mart 1989-cu il tarixdə Cavabdeh evini şifahi razılığa əsasən iddiaçının atası Ağasəf Hacıyevə satmışdır, lakin danışıqlara görə ev qardaşı İslam Hacıyevin adına rəsmiləşdirilməsi qərar verilmişdir, belə ki həmin dövrdən onlar ailələri ilə birlikdə həmin ünvanda bu günə qədər yaşayıb təsərrüfat aparırlar. Belə ki, həmin tarixdə Cavabdeh X1 iltizam verərək qəbzdə gostərmişdir ki, ünvan 2 ünvan 1- ci pereulok, uliça Mira 11) yerləşən evi ona verir və gələcəkdə həmin evlə bağlı ona qarşı heç bir tələbi olmayacaq. 29 mart 1989-ci ildə Cavabdeh X1 11 saylı Bakı şəhəri Dövlət notariat kontorunda etibarnamə verərərək Bakı şəhər inventarlaşdırma bürosundan qeyd olunan ev üzrə texniki vəsiqənin alınmasını nəzərdə tutulsa da bu günə qədər hüquqları tanınmamışdır. Habelə mövcud zaman ərzində hamıya bəlli olan müharibə olduğunu və daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata alınmadığını nəzərə almaqla bu əqdlər yuxarıda qeyd olunan daşınmaz əmlakın alqısatqısına görə bağlamışlar. Həmin evdə xx.xx.2002-ci ilə qədər mərhum X17, ondan sonra 2021-ci tarixə qədər mərhum qardaşı X11 qeydiyyatda olmuşdur. 05 sentyabr 2022-ci il tarixdən İddiaçı məhkəmə qaydasında qeydiyyata düşmüşdür. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri 1 saylı Notariat Ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 1 saylı bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Bakı Şəhəri 1 saylı Notariat Ofisi xx.xx.2023-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Evlər İdarəsi üzrə Texniki İnventarizasiyanın ev sahibliyi kartından görünür ki, Bakı şəhəri Nərimanov rayonu, 1-ci per., Mira, N11 nömrəli evin sahibi Cavabdehdır. Cavabdeh tərəfindən 28 mart 1989-cu il tarixdə verilmiş iltizamdan görünür ki, Cavabdeh ünvan 2 ünvan 1- ci pereulok, uliça Mira 11) yerləşən evi X9 vermişdir və gələcəkdə həmin evlə bağlı ona qarşı heç bir tələbi olmayacağını bildirmişdir. Oktyabr rayon VVAQ bürosu tərəfindən xx.xx.1960-cı ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. X2, anası X4r Oktyabr rayon VVAQ bürosu tərəfindən xx.xx.1969-cu ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, X11 xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. X2, anası X5r. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci ildə verilmiş AZ-İ seriyalı 784515 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci ildə Bakı şəhərində ölmüşdür. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu ildə verilmiş AZ- İİ seriyalı 027897 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən (əslinə baxış keçirildi) görünür ki, X10 xx.xx.2019-cu ildə Bakı şəhərində ölmüşdür. Brest VVAQ şöbəsi tərəfindən xx.xx.2021-ci ildə verilmiş İ-AL seriyalı ******* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Hacıyev İslam xx.xx.2021-ci ildə Belarus Respublikasının Brest şəhərində ölmüşdür. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlardan görünür ki, İddiaçı mərhum X6 qanun üzrə yeganə vərəsəsi kimi tanınmışdır. xx.xx.2022-ci il tarixli “Azəriqaz” bildirişindən görünür ki, 1-ci Sülh döngəsi ev 11 ünvanı üzrə qazdan istifadəyə ccc qızının adına 14.12 manat yekun borc yazılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6430/2022 saylı qərarından müəyyən olunur ki, İddiaçı ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyəti olmuşdur. Cavabdeh sonradan bu evi X6 mülkiyyətinə vermişdir. Bu faktı 28 mart 1989-cu il tarixdə verilmiş iltizamla öz imzası ilə təsdiq etmişdir. X11 xx.xx.2021-ci ildə Belarus Respublikasının Brest şəhərində ölmüşdür. İddiaçı X6 bacısı və yeganə vərəsəsidir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X6 adından X2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh almışdır. X3 adına rəsmiləşdirilməsinə dair razılıq əldə olunmuş və Cavabdeh evi təhvil verəcəyinə dair iltizam verilmişdir. Lakin sonradan məlum münaqişələrin baş verməsi səbəbindən Cavabdeh ölkə ərazisini tərk etmiş və evin alınması rəsmiləşdiirlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri həmin dövrdə yarandığından hazırki işə xx.xx.2000-ci il tarixə qədər qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 230-cü maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən tərəflərdən biri notariat qaydasında təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. «R.Cavadov və digərlərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 may 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarından görünür ki, əqdi (yaşayış evinin alğı-satqısı haqqında müqaviləni) tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. «Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarından görünür ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmaldıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalıdır və onun yazılı formada tərtib edilməsinə dair tələb əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 28 mart 1989-cu il tarixdə X11 ilə Cavabdeh arasında ünvan 2 ünvan 1- ci pereulok, uliça Mira 11) yerləşən daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı, cavabdehin sonradan həmin əqdi notariatda təsdiq etməməsi tam təsdiq olunduğundan və X6 əqdi tamamilə icra etmiş tərəf olaraq həmin əqdin bağlanmış hesab edilməsini tələb etmək hüququ olduğundan, həmin müqavilə bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: 28 mart 1989-cu il tarixdə X11 ilə Cavabdeh arasında ünvan 2 ünvan 1- ci pereulok, uliça Mira 11) yerləşən daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-287/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-287/2024
11.01.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver