Məhkəmə qərarları › İş №e-2(005)-288/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-288/2022

27.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-288/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus əşyaların iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0.015 ha torpaq sahəsində yerləşən 113.0 kv.m ümumi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evindən çıxarılması, evin tam şəkildə boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsin xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(l 13)-87/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh “Finoko" BOKT ASCnin xeyrinə cəmi 14372.82 ABŞ dolları (qətnamə icra olunan günə manatla məzənnə üzrə) borcun tutulması, tələbin Cavabdeh məxsus Abşeron rayonu. Xırdalan şəhəri. A. Şəmşir küçəsi 0.015 ha torpaq sahəsində yerləşən 113.0 kv.m ümumi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 72 000 manat müəyyən edilməklə açıq hərracda satılması, əldə olunan pul hesabına 14372.82 ABŞ dolları məbləğində borcun ödənilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri. A.Şəmşir küçəsi 0.015 ha torpaq sahəsində yerləşən 113.0 kv.m ümumi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi satılınası üçün ilkin satış qiyməti 72 000 manata açıq hərraca çıxarılmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. "İpoteka Haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, xx.xx.2021 -ci il tarixli, 249/21 saylı protokola əsasən. “FİNOKO" BOKT ASC tərəfindən 45900 manata əldə edilmişdir. xx.xx.2021-ci il tarixli. 249/21 saylı protokola əsasən “FİNOKO" BOKT ASC. sözü gedən mənzilə dövlət reyestrindən çıxarış almışdır. İpoteka predmeti olan əmlakın “Finoko" BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehə məxus əşyalar mülkiyyətinizdə olan Abşeron rayonu. Xırdalan şəhəri. A.Şəmşir küçəsi 0.015 ha torpaq sahəsində yerləşən 113.0 kv.m ümumi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evindədir. Bu isə bir mülkiyyətçi kimi "xxxx" BOKT ASC-nin hüquqlarını pozur, əmlakdan istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də tərəfimizdən hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxsin izahatlarını və çıxışlarını dinləyib, təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hərrac Təşkilatının № 249/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, Cavabdeh məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0.015 ha torpaq sahəsində yerləşən 113.0 kv.m ümumi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-87/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin, Abşeron rayon icra və probasiya şöbəsinin xx/xx-116385-11T nömrəli, xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0.015 ha torpaq sahəsində yerləşən 113.0 kv.m ümumi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi tələbkar alıcı İddiaçı BOKT ASC-yə satılmışıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-87/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 9001,16 ABŞ dolları (doqquz min bir dollar on altı sent) məbləğində əsas borc, 3990,46 ABŞ dolları (üç min doqquz yüz doxsan dollar qırx altı sent) məbləğində faiz borcu, 1000 (bir min) ABŞ dolları məbləğində dəbbə pulu, müqavilə müddəti bitdikdən sonrakı müddət üçün Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış 381,20 ABŞ dolları (üç yüz səksən bir dollar iyirmi sent) məbləğində faizlərin, cəmi 14.372,82 ABŞ dolları (on dörd min üç yüz yetmiş iki dollar səksən iki sent), ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, eləcə də ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 15 (on beş) manat məbləğində pul vəsaiti və ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul vəsaiti tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0,015 ha torpaq sahəsində yerləşən 113,0 kv.m. ümumi, 50.2 kv.m. yaşayış və 62.8 kv. m. yardımçı sahədən ibarət 4 otaqlı 23 npmərli fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərracda satılsın, əmlakın ilkin satış qiyməti 72.000 manat məbləğində müəyyən edilsin. Əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı BOKT ASC-nin borc tələbi ödənilsin. Satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh qaytarılsın. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul məbləğinin 100 (yüz) manat hissəsi İddiaçı BOKT ASC, qalan 100 (yüz) manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməli, Cavabdeh məxsus əşyalar iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0.015 ha torpaq sahəsində yerləşən 113.0 kv.m ümumi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evindən çıxarılmalı, həmin fərdi yaşayış evi boşaldılaraq, İddiaçı BOKT ASC-yə təhvil verilməlidir. Məhkəmə sadalananlardan əlavə qeyd edir ki, hazırki mülki mübahisə Azərbaycan Respublikası MPM 82.3-cü maddəsi də tətbiq olunmaqla iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yuxarıda qeyd olunan məhkəmə aktından da göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-87/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, sözügedən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi sözügedən qətnamə qüvvədədir, beləliklə hərracın nəticələri etibarsız hesab edilməmiş, həmin hərrac nəticəsində iddiaçı mübahisəli əmlakı əldə etmiş və hazırda da mülkiyyətindədir. Beləliklə, iddiaçının hazırda mübahisələndirilən əmlakla bağlı belə bir iddia irəli sürülməsi üçün subyektiv hüququ olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus əşyalar Abşeron rayonu, Xırdalan şəhəri, A.Şəmşir küçəsi 0.015 ha torpaq sahəsində yerləşən 113.0 kv.m ümumi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh tərəfindən həmin fərdi yaşayış evi boşaldılsın və mənzil İddiaçı BOKT ASC-yə təhvil verilsin. Cavabdeh 20 manat dövlət rüsumu tutulsun və İddiaçı BOKT ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar