Məhkəmə qərarları › İş №e-2(005)-2938/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2938/2021

27.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2938/2021 27.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin təhvil verilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 115, M17 saylı binada yerləşən 4 saylı mənzili boşaldaraq iddiaçıya təhvil vermək öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 115, M17 saylı binada yerləşən 4 saylı mənzili 27 iyun 2020-ci il tarixdə cavabdehdən 161000 manata almışdır. Mənzil iddiaçıya təhvil verilib və iddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnu DƏDR-də qeydə aldırmışdır. Cavabdeh özünə yeni mənzil tapana qədər, onun xahişi nəzərə alınaraq, 6 ay əşyalarının orada saxlanmasını üçün vaxt verilsə də, o, hələ də həmin mənzildən əşyalarını çıxarmamışdır. İddiaçı hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur, həm müqavilə şərtlərinə, həm qanuna görə iddiaçının mülkiyyəti hüququna müdaxilədir. Məhkəmə prosessində İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsinin tələblərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 27 iyun 2020-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, “satıcı” Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 115, M17 saylı binada yerləşən 4 saylı mənzili 161 000 manat qiymətinə satmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Məmmədova X2 Fuad Asəf oğlu ilə alqı-satqı müqaviləsi bağlamış və müqaviləyə əsasən ödəniş etmişdir. İş materiallarında olan alqı-satqı müqaviləsi ilə sübut olunur ki, hazırda İddiaçı mənzilə görə heç bir borcu yoxdur. Yəni o, müqavilə üzrə öhdəliyini tam həcmdə yerinə yetirmişdir. Buna baxmayaraq müqaviləyə uyğun olaraq razılaşdırılmış mənzil ona təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən vəzifələri icra etmədiyindən, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 115, M17 saylı binada yerləşən 4 saylı mənzilin İddiaçı təhvil verilməsi Cavabdeh üzərinə vəzifə kimi qoyulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 115, M17 saylı binada yerləşən 4 saylı mənzilin İddiaçı təhvil verilməsi Cavabdeh üzərinə vəzifə kimi qoyulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar