Məhkəmə qərarları › İş №e-2(005)-2974/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2974/2025

25.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2974/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrlərin ləğv edilməsi, işə bərpa və s. tələblərinə dair mülki iş üzrə (açar sözlər: işə bərpa; əmək şəraiti; sübutetmə) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "AZƏRBAYCAN ELMİ TƏDQİQAT X28" PHŞ-nın nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmrlərin ləğv edilməsi, işə bərpa və s. tələblərinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi və onun dəlilləri İddiaçı cavabdeh Elmi X34 X4rşı iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək “barəsində töhmət verilməsi barədə xx.xx.2025-ci il tarixli 034 saylı və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə xx.xx.2025-ci il tarixli 049 saylı əmrlərin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdən cavabdeh X35 X26 Hüquqi Şəxsdə əsas iş yeri olmaqla Kliniki-neyrofizioloji laboratoriya şöbəsinin kiçik elmi işçisi, xx.xx.2022-ci il tarixdən isə böyük elmi işçi vəzifəsində çalışır. Davamında iddiaçının müraciəti cavab olaraq, cavabdeh X31 xx.xx.2022-ci tarixli məktubu əsasında, əsas iş yerindəki iş saatı vaxtına düşən saat 09.00-13.06 arası əlavə iş yeri olaraq əvəzçilik qaydasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləməsinə icazə verilmişdir, iddiaçı da keçən bu müddətdə həm əsas, həm də əlavə iş yeri üzrə əmək funksiyalarının icrasını davam etmişdir. Keçən il X31 rəhbərliyi dəyişdikdən sonra, yeni direktorun institutun işçilərinin qanunla nəzərdə tutulan əlavə və mukafatlarını kəsməsinə etiraz olaraq iddiaçı və bəzi işçilər yuxarı instansiyalar və hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmiş, yol verilən qanunsuzluğun qarşısının alınması və pozulmuş əmək hüquqlarının bərpasında kömək istəmişlər. Belə ki, xx.xx.2025-ci il tarixində cənab prezident İlham Əliyevə açıq məktubda İddiaçı və onun həmkarları kollektiv şikayət yazmışlar sözügedən direktor və digər əməkdaşların qanun pozuntularından. Belə ki, İddiaçı AR Səhiyyə Nazirini cənab Teymur Musayevin xx.xx.2023-cü il tarixli 3-28/3-1-68/2023 saylı əmri əsasında Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertidir. 3 illik müddətdə və əmrdə göstərilən Əsasnamə ona səlahiyyət verir ki, müəyyən edilmiş qaydalar çərçivəsində tibbi kadrların hazırlanmasına dair təkliflər vermək, dövlət və qeyri-dövlət tibb müəssisələrinin fəaliyyətinin monitorinqində iştirak etmək və digər məsələləri icra etsin. Buna əsaslanaraq o rəhbərliyə müraciət etmişdir ki, sertifikasiyadan keçməyən həkimlər tibbi xidmət göstərir və onların fəaliyyəti qanunsuzdur, bundan başqa da bir sıra qanunsuzluqlar barədə məlumat vermişdir. Eyni anda 0.5 ştat vahidi əvəzçiliklə vakant yerlərin tutulması ilə bağlı rəsmi müraciət edilmişdir İddiaçı tərəfindən ki, qanunpozuntuları düzəlsin və həm elmi fəaliyyətlə həm də həkim fəaliyyəti ilə məşğul olan həkimə müvafiq əmək haqqı verilsin və əmək müqaviləsinə əlavə edilsin. Bu sözügedən işəgötürənin xoşuna gəlməmiş, o, İddiaçı yazdığı heç bir müraciətlərə cavab verməmiş və tədbir görməmişdir. Nəticə etibari ilə, İddiaçı “sən bu klinikada stasionar xəstə aparmayacaqsan, mən sənə icazə vermirəm” demişdir və onun ictimai nüfuzunu salaraq və işini məhdudlaşdıraraq onun yanına gələn pasientlərə İddiaçı xəstə aparmağa icazəsi olmadığını demişdir. Bundan xəbərsiz pasientlər xəsətəxanaya stasionar müalicə üçün müraciət edərkən belə bir vəziyyətlə üzləşmiş və hətta İİ Qarabağ müharibəsi Qazisinə də, onun artıq İddiaçı pasienti olmasına və onun yanında elə 2024-cü ilin aprel ayında sözügedən işəgötürən dövründə stasionar müalicə almasına baxmayaraq imtina olunmuşdur, bu vəziyyət institutda böyük konfliktə səbəb olmuşdur. Beləliklə bir tərəfdən həkim faəliyyətini məhdudlaşdıraraq və bunu əmək funksiyalarına və müqaviləsinə əlavə etməyən işəgötürən, digər tərəfdən həkim fəaliyyətinə zərurət yarandığını əsas gətirərək işə tam gəlməsini tələb edib işçiyə töhmət verir, işdən çıxarılmaqla hədə qorxu gəlir. Bundan bərk sarsılan İddiaçı artıq birbaşa prezident administrasiyasına digər hüquqları pozulmuş həmkarlarla birgə kollektiv şikayət yazmışlar. O şikayət aidiyyatı üzrə Səhiyyə Nazirliyinə, oradan da xx.xx.2025-ci il tarixində elektron sənəd dövriyyəsi ilə insititutun e-mailinə daxil olmuşdur və elə həmin gün işəgötürən böyük iclas keçirib iddiaçını və şikayət edən işçiləri sıxma-boğmaya salaraq, onları işdən qovacağı ilə təhdid edərək şikayətlərindən imtina etmələrini tələb etmişdir. Artıq növbəti gün xx.xx.2025-ci il tarixində 1 il İddiaçı bu iş rejiminə heç bir etiraz etməyən işəgötürən, şöbə müdiri Elşanə Mustafayevanın xx.xx.2025-ci il tarixli 74 saylı təqdimatına əsasən həmin tarixli yəni xx.xx.2025-ci il tarixli 008 saylı Əmr verir. Bu əmrlə İddiaçı tanış edilmir, lakin eyni tarixdə 14 fevral 2025-ci il tarixli 71 saylı məktubda İddiaçı əmək şəraitinin dəyişdirilməsinə münasibət bildirməyi istənilir. Bu məktuba cavab olaraq İddiaçı yazdığı ərizədən məlum olur ki, ona hər hansı bir əmr və ya qərar təqdim edilməmişdir, və o əmrin mövcud olmadığını və ona məlum olmadığı haqqında bildirir. İşçilərin israr və qanuni tələblərinin davam etdiyi müşahidə edildikdə isə, cavabdeh qurum iddiaçının əvəzçiliklə əlavə iş yerində işləməsini bəhanə edərək icazə verildiyi dövrdəki əmək şəraitinin dəyişməsini bəhanə gətirərək iddiaçıya verilən icazənin ləğv edildiyi bildirmişlər. Belə ki, əmək şəraitinin dəyişməsinə əsas kimi göstərilmişdir ki, Publik hüquqi şəxsə müraciət edən pasiyentlərin sayının artmasına görə müalicə və müayinə həkimlərinin iş həcminin əhəmiyyətli dərəcədə artması nəticəsində onlara tibbi xidmətin göstərilməsində çətinliklər yarandığından iddiaçının bütün iş günü publik hüquqi şəxsdə isləməsinə zərurət vardır. Bu halı irəli sürərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri irəli sürülmüşdür. Halbuki, cavabdehin iddia etdiyi əmək şəraitinin dəyişməsi üzrə irəli sürülən bu əsasların iddiaçının əmək funksiyasına heç bir aidiyyəti yoxdur. Klinikineyrofizioloji laboratoriya şöbəsinin böyük elmi işçisi vəzifəsini daşıyan iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin heç bir şərtində pasiyent qəbulu və bununla bağlı tibbi xidmətlərin göstərilməsinin məcburiliyi barədə heç bir şərt yoxdur. İddiaçı yalnız imzaladığı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının icrasına görə məsuliyyət daşıyır və irəli sürülən məsələlərə görə iddiaçının əmək funksiyalarından kənar işlərə cəlb edilməsi sadəcə olaraq yol verilməzdir. İddia olunan “yeni” əmək şəraitinin şərtləri iddiaçının əmək funksiyalarına münasibətdə hər hansı dəyişiklik yaratmadığından cavabdehin xx.xx.2025-ci il tarixli bildirişi sadəcə olaraq əhəmiyyətsiz, heç bir hüquqi nəticə yaratmayan bir sənəddir. Əhəmiyyətsiz və hüquqi etibarlılığı olmayan bir sənədi rəhbər tutaraq, əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə dair cavabdehin xx.xx.2025-ci il tarixli 008 saylı əmrinin də iddiaçının əmək funksiyalarının icrasına və əlavə iş yerində çalışmasına hər hansı bir təsiri olmamalıdır. Nəticədə, işəgötürənin qanunsuz şəkildə iş şəraitinin dəyişməsinə istinad edərək özünün yazılı razılıq verdiyinə görə əlavə iş yerində olduğu müddətdə fərqli tarixlərdə əsas iş yerində saat 13.00-a dək olmadığı əsası ilə, xx.xx.2025-ci il tarixdə töhmət və xx.xx.2025-ci il tarixdə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan əlavə AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 4-cü bəndinə əsasən İddiaçı və həmkarları xx.xx.2025-ci il tarixli yazdıqları şikayət ərizəsində korrupsiya halları haqqında da məlumat verirlər və işəgötürənin təqibi bundan sonra başlamasına birbaşa sübutlar var, açıq-aşkar şüurlu qısnama aparılaraq işçini işdən çııxarmaqla təhdid edir, bu səbəbdən İddiaçı məcburən əmək məzuniyyəti götürmüşdür və bu vəziyyətlə bağlı səhhətində yaranan problemlərə görə öz hesabına məzuniyyət götürməsinə işə götürən münasibət bildirməyərək, şöbə müdiri isə dəfələrlə onun votsapına “işə gəlməlisiniz” mesajları yazmışdır, bu da işəgötürənin şöbə müdiri E.Mustafayeva ilə əlbir olaraq İddiaçı şüurlu qısnayaraq Əmək Məcəlləsinin tələblərini pozaraq Maddə 130 bənd cü - öz xahişi ilə verilən ödənişsiz məzuniyyətlər verilən kateqoriya- 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, məziniyyət verilməsindən imtina etmişdir. Hesab edir ki, iddiaçı barədə intizam tənbehinin verilməsində işəgötürən qərəzli olmuş, əmək müqaviləsində nəzərdə tutulmayan işlərin icrasına məcburi cəlb edilməsinə etiraz etdiyinə görə ona qarşı planlı şəkildə sadalanan qısnama hərəkətlərinə yol verilməkdədir. Məsələnin qarşılıqlı razılıqla məhkəmədən kənar həll edilməsi üçün mediasiyaya xx.xx.2025-ci il tarixdə müraciət etsələr də, cavabdeh təəssüf ki xx.xx.2025-ci il tarixdə ilkin mediasiyia sessiyasında iştirak etmədiyinə (yuxarıda göründüyü kimi birinci əmr üzrə müraciət mediasiyada olduğu məqamda ikinci intizam tənbeh barədə əmr verməkdən çəkinməmişdir) görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu hissəsinə əsasən, əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “ə)” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17-ci maddəsinin birinci hissəsinə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədəqorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin ‘işçinin əmək funksiyası' adlı 57-ci maddəsinə əsasən: işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X7 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir; Əmək funksiyasının dəyişdirilməsinəyalnız tərəflərin qarşılıqlı razılığıilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. AR İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsinə (işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə) əsasən, əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə- qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək inzibati xətadır və bu cür əməllərə yol vermiş işəgötürən “min manatdan iki min manatadək məbləğdə” cərimə edilir. Yuxarıda tam aydın izah oldunduğu kimi, iddiaçı qanunla müəyyən edilmiş hüquqlarının icrası tələb etdiyinə görə ona işəgötürən tərəfindən münasibət dəyişmiş, yeni direktorun fəaliyyətə başlamasından keçən bir il ərzində hər hansı sual yaratmadığı halda, təsir vasitəsi kimi 4 il əvvəl icazə verildiyi əlavə iş yeri üzrə işləməsinə maneçilik yaradılmış, onun tam iş günü işləməsi tələb olunsa da, bütün bu məsələlərə əsas kimi iş yükünün artması göstərilsə də, bu halın iddiaçının əmək funksiyasına heç bir aidiyyətinin olmadığı nəzərə alınmamışdır. Bu baxımdan hesab edir ki, iddiaçıya töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət barədə intizam tənbehlərinin verilməsi barədə cavabdehin xx.xx.2025-ci il tarixli 034 saylı və xx.xx.2025-ci il tarixli 049 saylı əmrləri ləğv edilməlidir. İddia tələbinə etiraz və onun dəlilləri İddiaya verilən yazılı etirazdan görünür ki, iddia tələbi əsassız və qanunsuz hesab edilməli və təmin olunmamalıdır. Belə ki, yeni direktorun institutun işçilərinin qanunla nəzərdə tutulan əlavə və mukafatlarını kəsməsi həqiqətə uyğun deyildir. Əksinə, iddiaçının özünə köhnə rəhbərlik tərəfindən ödənilməmiş əmək haqqı təzə rəhbərlik tərəfindən hesablanaraq ödənilmişdir. İddiaçının cavabdeh barəsində bütün əsassız və təsdiq olunmayan şikayətləri onun tam 1 ştat publik hüquqi şəxsdə, 0,5 ştat digər iş yerində olmasına baxmayaraq, ona əlavə 0,5 ştat vahidi əvəzçiliklə işləmək istəməsi xahişinin təmin olunmamasından sonra başlamışdır. Onu da qeyd edirlər ki, kollektiv şikayət adlandırdığı müraciət iddiaçı da daxil olmaqla cəmi 3 nəfər tərəfindən onlara əlavə 0,5 ştat vahidi əvəzçiliklə iş verilməsi barədə xahişləri təmin olunmadıqdan sonra yazılmışdır. Yeri gəlmişkən, həmin şikayətçilərdən olan Gülzar Sadıqova xx.xx.2025-ci il tarixli məktubla işəgötürənə müraciət edərək ərizəni oxumadan qol çəkdiyini bildirmiş və anlaşılmazlığa görə üzr istəmişdir. Digər şikayətçi Samirə Babayeva isə həmin ərizəni tam oxumadan qol çəkdiyini və tam mətni ilə razı olmadığını Nizam intizam komissiyasının üzvlərinə bildirmişdir. Onu da vurğulayırlar ki, həmin şikayət əsasında müvafiq yoxlama aparan Səhiyyə Nazirliyi və digər dövlət orqanları tərəfindən şikayətdə göstərilən hər hansı bir pozuntu halının mövcudluğunu müəyyən etməmişlər. İddiaçının guya böyük elmi işçi olduğu üçün pasiyent qəbul etmədiyi barədə mülahizəsi də həqiqətə uyğun deyildir. Belə ki, tibbi xidmətlərdən institutun kassasına daxil olan vəsaitləri təsdiq edən sənədlərlə sübut olunur ki, iddiaçı 2024-cü ilin aprel ayı ərzində 2505 manat, may ayı ərzində 1150 manat, iyul ayı ərzində 29,5 manat, sentyabr ayı ərzində isə 940 manat dəyərində pasiyentlərə tibbi xidmətlər göstərmişdir. İddiaçının “yeni” əmək şəraitinin şərtləri iddiaçının əmək funksiyalarına münasibətdə hər hansı dəyişiklik yaratmadığından cavabdehin xx.xx.2025ci il tarixli bildirişinin sadəcə olaraq əhəmiyyətsiz, heç bir hüquqi nəticə yaratmayan bir sənəd olması barədə iddiası da tam əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 11-ci bəndinə əsasən, əmək şəraiti – işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. Həmin Məcəllənin 43-cü maddəsinin ə) bəndinə əsasən, işçinin əmək şəraitinin şərtləri-iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunmasıdır. Göründüyü kimi, iddiaçının dəlilindən fərqli olaraq əmək qanunvericliyi əmək şəraitinin şərtlərinə işçinin təkcə əmək funksiyalarını deyil, eləcə də onun iş vaxtını da daxil etmişdir. Digər tərəfdən, İddiaçı ilə bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdehdə onun iş vaxtı saat 09:00-dan 17:00-dəkdir. İddiaçı əsas iş yeri olduğu X31 iş vaxtına düşən saatlarda, yəni saat 09:00-dan saat 13:06-dək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda əlavə iş yeri olmaqla əvəzçiliklə işləyir. İddiaçı bu müddət ərzində faktiki olaraq tam olmayan iş vaxtı ilə cavabdehdə işləməsinə baxmayaraq, tam əmək haqqı almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinin 3-cü bəndinə əsasən, iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Başqa sözlə, iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə razılıq verilməsi işəgötürənin hüququdur. İş vaxtı ərzində əvəzçilik üzrə işləməyə razılıq verən işəgötürən onu istənilən vaxt geri götürməyə və həmin razılıqdan imtina etməyə haqlıdır. Cavabdeh tərəfindən də İddiaçı əvəzçilik üzrə işləməyə razılığın ləğv olunduğu, cavabdehin iş vaxtına düşən vaxtlarda əvəzçiliklə işləməyə davam edəcəyi halda, barəsində əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq intizam tənbehi tədbirləri görüləcəyi barədə 2 dəfə xəbərdarlıq edilmiş, əvəzçilik üzrə işlədiyi iş yerində müvafiq sənədləşdirilmə işlərinin aparılması üçün 1 ay müddət verilsə də, iddiaçı bunlara əhəmiyyət verməmişdir. Bundan əlavə, iddiaçıya xx.xx.2025-ci il tarixli 034 saylı əmrlə məhz işə tam iş vaxtına əməl etməyərək, yarımçıq işə gəldiyinə görə, birinci töhmət verilsə də, o, bundan heç bir nəticə çıxarmamışdır. Xüsusilə qeyd edilir ki, iddiaçı nəinki intizam tənbehi verilməsinə səbəb olmuş günlərdə, hətta bütün digər iş günlərində də inadla, işəgötürənin dəfələrlə etdiyi yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq eyni qayda ilə, yəni iş günün birinci yarısı olmamaqla işə gəlməkdə davam etmiş, əmək müqaviləsi şərtlərini bilərəkdən və qəsdən pozmaqda davam etmişdir ki, bununla da əmək kollektivi arasında əmək intizamının pozulmasına yönələn nümayişkaranə hərəkətlərə yol vermişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi əmək şəraitinin dəyişdirilməsi barədə əmr olmadığına görə əvvəlki rejimlə işə davam etyməsi barədə mövqeyi də qanunsuz və əsassızdır. Belə ki, bir daha bildirilir ki, əmək şəraitinin dəyişdirilməsi üçün ayrıca əmr verilməsi əmək qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən bununla bağlı müvafiq əmr verilmişdir. Lakin iddiaçı həmin əmrin surətinin ona təqdim edilməsi ilə bağlı hər hansı bir şifahi və ya yazılı müraciət etmədiyindən ona təqdim olunmamışdır. Halbuki, işəgötürənə bütün müraciətlərinin, eləcə də həmin müraciətlər əsasında ona təqdim olunan bütün sənədlərin rəsmən qeydə alınmasını iddiaçı hər zaman xüsusi inad və israrla tələb etmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi Kliniki-neyrofizioloji laboratoriya şöbəsinin böyük elmi işçisi vəzifəsini daşıyan iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin heç bir şərtində pasiyent qəbulu və bununla bağlı tibbi xidmətlərin göstərilməsinin məcburiliyinin nəzərdə tutulmadığı elə iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, pasiyentlər qəbul etməsi, eləcə də həm elmi fəaliyyətlə, həm də həkim fəaliyyəti ilə məşğul olan həkimə müvafiq əmək haqqı verilməsini tələbi etməsi ilə təkzib olunur. İddiaçının iddia ərizəsində qeyd etdiyi “şüurlu qısnama” ifadəsi əmək münasibətlərini tənzimləyən qanunvericlik aktlarda ümumiyyətlə nəzərdə tutulmamış və bu iddiaçının şəxsi fantaziyasının məhsuludur. Bununla bağlı, xüsusilə qeyd edirlər ki, iddiaçıya qarşı cavabdeh tərəfindən hər hansı bir qısnama mövcud deyil və olmamışdır. İddiaçının özünə də çox yaxşı məlumdur ki, rəsmi bildirişdə nəzərdə tutulan müddətdən sonra, onun natamam gəldiyi hər işə görə ayrıca intizam tənbehi verilə bilərdi. Lakin işəgötürən tərəfindən bu edilməmiş, iddiaçının düzgün nəticə çıxarması üçün bütün mümkün vasitələrdən istifadə edilmiş, ona tənbeh və şiddətli tənbeh verilərkən 1 gün üçün deyil, bir neçə gün birləşdirilməklə intizam tənbehi verilmişdir. Daha sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 30 avqust 2017-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X11”nda böyük elmi işçilər üçün digər tələblərlə yanaşı, fəlsəfə doktoru elmi dərəcəsinin də zəruri olması tələb edilir. Əgər cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı bir “şüurlu qısnama” olsaydı, 20 ildən artıq bir müddətdə elmi dərəcə ala bilməyən iddiaçı həmin vəzifədə saxlanlılmazdı. Bu özü cavabdehin iddiaçıya qarşı həmişə göstərdiyi müsbət münasibəti bir daha sübut edir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması onunla bağlanılmış əmək müqaviləsini ləğv etməyə hüquqi imkan yaratsa da, konkret bu işlə bağlı cavabdehin iddiaçını ikinci intizam tənbehi ilə işdən çıxartmağa tam hüquqi əsası olsa da, bunu etməmiş, iddiaçının uzun illər publik hüquqi şəxsdə işləməsi və ailə vəziyyəti nəzərə alınaraq, onun barəsində humanist mövqe tutulmuş və ona yenidən töhmət verilməsi növündə intizam tənbehi seçilmişdir. Daha sonra iddiaçı tələbin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, cavabdeh X35 X26 Hüquqi Şəxsinin İddiaçı töhmət verilməsi barədə xx.xx.2025-ci il tarixli 034 saylı və sonuncu xəbərdarlıqla şiddətl töhmət verilməsi barədə xx.xx.2025-ci il tarixli 049 saylı əmrlərinin ləğv edilməsi, iddiaçının mediasiya xidmətinə 61(altmış bir) AZN və digər çəkdiyi 79 (yetmiş doqquz) AZN yol xərclərinin və hüquqi yardım xərcinin 800 manat pul vəsaitinin işəgötürəndən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birləşdirilmiş iş üzrə iddia tələbi və onun dəlilləri İddiaçı Cavabdehnə qarşı digər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 085 nömrəli əmrin ləğv olunması, onun “Azərbaycan Elmi Tədqiqat İnstitutu” X27 “klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçi” vəzifəsinə bərpa olunması və buraxdığı iş günləri üçün ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi, hər gecikdirilmiş gün üçün 0.1 faiz dəbbə pulunun ödənilməsi, cavabdeh tərəfindən əmək kitabçasında və ƏMAS sistemində əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat məbləğində rüsumun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən iddia tələbi onunla əsaslandırılmışdır ki, «İlk şikayəti 26 dekabr 2024-cü ildə baş verib, o zaman bütün işçilər əmək müqavilələrini SİMA proqramı ilə imzalamalı idi prezidentin sərəncamı ilə, və işəgötürən əmək haqqını azaldaraq və iş şəraitini zərərlidən normala dəyişərək, əməkhaqqına əlavəni silərək onu məcbur edirdi ki, bu yalnış müqaviləni imzala. Təbii ki, imzalamadı və gəlib kadrlar müdiri Vusalə Məmmədliyə bildirdi, cavab olaraq Səhiyyə Nazirliyinin əmridir bildirdi, ona sənəd təqdim edin deyildikdə mövzudan qaçdılar. 2 gün cavab gözlədikdən sonra, cavab gəlmədi, ilin sonu idi o imzalamaqdan imtina yazdı ƏMAS sistemində və SİMA ilə etirazını imzalayıb göndərdi. Bunu görəndə hüquqşünası çağırdılar və iddiaçıya Sosial Müdafiə Nazirliyinə məktub yazdıqlarını bildirdilər. Qəribədir əgər Səhiyyə Nazirinin əmridirsə o zaman niyə Səhiyyə Nazirinin əmrini Sosial Müdafiə nazirinə müzakirəyə göndərirlər? 2025-ci ilin yanvar ayında möhtərəm prezidentimiz İlham Əliyevin fərmanı ilə əmək haqqılar X30 uyğun indeksasiya olundu və artım oluindu, mənim müqaviləmdə artım əks olunmadı. Bununla bağlı dəfələrlə müraciət etsə də tədbir görülmədi. Beləcə onun müqaviləsini müxtəlif bahənələr gətirərək yeniləmədilər və 2025ci ildən 7 ay ərzində qüvvədə köhnə işəgötürənin adı və köhnə az əmək haqqı ilə qaldı müqaviləsi. 2. 2024-cü ilin yanvarından bu işəgötürən Mətanət Əfəndiyeva direktor təyin olunan müddətdən onun bonuslarını 1000 azn yaxın məbləği qeyri-qanuni şəkildə yenə də Səhiyyə Nazirliyinin adından istifadə etməklə köhnə maliyyə tərəfindən kəsilmişdir və hesablanmamışdır, və onunla bağlı şikayətini və çoxsaylı müraciətlərini bildirdikdən 2 ay sonra o məbləğlər iddiaçıya verildi. Bundan sonra, işdə ştat dəyişikliyi müzakirə olunurdu, və iddiaçı təklif verdi ki, Kollektiv Müqavilədəki hüquqlarından istifadə edərək, işçilərin rifahını yüksəltmək məqsədilə boş olan vakasiyalarda onları 0.25 və ya 0.5 klinik həkim kimi götürsünlər, çünki onlar həkimdirlər, lakin vəzifələri elmi işçidir, və işəgötürən süni şəkildə onların əmək funksiyasını məhdudlaşdıraraq bir tərəfdən xəstələrə baxın tələb edir, bir tərəfdən isə stasionarda baxa bilməzsiniz həkim vəzifəsində deyilsiniz deyir. Bu məsələlər üzrə uzun müddət danışıqlar getdikdən sonra 2024-cü ilin iyun ayında təxmini digər elmi işçilərə iddiaçının təklif etdiyi rifah təmin edilir, onlara Elşanə Mustafayeva (şöbə müdiri ola ola), Sevinc Kərimova (şöbə rəhbəri ola ola), Gülnarə Həsənova elmi işçi 1 ştat vahidi v 0.5 ştat vahidi stasionar şöbədə həkim qismində işə götürülürlər işəgötürən tərəfindən. İddiaçı həmin müddət xəstə olduğumdan (3 dəfə böyrək daşı üzrə əməliyyat olunub, əməliyyat epirizləri var), bu məsələrdən xəbər sonra tutub. Bir də sentyabrda yenidən işə çıxdıqda ona müraciət edən xəstələri stasionara yatışı göndərdikdə, qəbul şöbəsinin müdiri Samirə Abasova tərəfindən 1-ci qrup əlilə yalnız ödənişli yatış verə bilərik, növbə çoxdur deyərək onu ödənişlə qəbul edib demədən iddiaçının adına yazmışdılar. Daha sonra iddiaçı əməliyyatdan çıxıb, bülletendə ola-ola onu Böyük Qayıdış layihəsi çərçivəsində Qarabağa ezamiyyətə göndərirlər və orda xidmət göstərir, xəstələrə baxır. Orda olan zaman şöbə müdirləri tərəfindən birgə qurma qurularaq iddiaçının xəstəsini incidirlər ondan yenidən ödəmə tələb edrilər və xəstə çıxmaq istədiyini bildirir. İddiaçı rəsmi işdə olmadığı üçün qayıdıb onu evə yazacağını bildirir, sən demə ona da qurma qurulub, şöbə müdiri Pərviz Axundov xəstə çıxarış sisteminə girişinin bloklandığını bildirir, və xəstənin ödəmələrinin olub-olmadığını görmədiyini bildirərək evə çıxarış edin deyir. İddiaçını ezamdan qayıdan müddət qeyri-iş günündə işə çağırıb xəstəni evə yazdırmağı təkidlə tələb edirlər, o bütün sənədləri hazır edir, bütün işçilər baş tibb bacısı, xəstəxana sisteminə baxan işçi, hətta xəzinadar xəstəyə aid bütün sənədlərin qaydasında olduğunu bildirir və borcu olmadığını bildirlər. Daha sonra 1-ci gün şöbə müdiri Pərviz Axundov ona zəng edir, və xəstənin borclu olduğunu və ona çıxış verilmədiyini bildirərək iddiaçıdan onun borcunu bağlamağı tələb edirlər və bunun Baş həkim və Maliyyə müdirinin göstərişi olduğunu deyirlər, buna etiraz etdiyində bu səfər xəstənin şikayət etdiyini bildirirlər. O şikayəti iddiaçı tələb edir, lakin üzə çıxmır. Hadisələr elə bundan sonra inkişaf edir. İddiaçıdan 20 azn pul alırlar, bu məsələni də əsas gətirərək onun xəstə baxışına məhdudiyyət qoyulur, kollektivin qarşısında nüfuzdan salınaraq “siz bacarmırsız xəstələrin sənədlərini bilmirsiz, şənbə qeyri iş günü işə gəlmirsiz? niyə xəstəyə baxırsız? baxmayacaqsınız” direktor tərəfindən qadağa qoyulur. İddiaçı bu vəziyyətdən məyus olur, bildirir ki, axı o rəsmi Səhiyyə Nazirinin əmri ilə Səhiyyə Nazirinin mütəxəssis ekspertidir, siz necə ona məhdudiyyət qoya bilərsiniz, məhəl qoyulmur. Bunu ani əsəb zamanı deyildiyini düşünərək işəgötürən tərəfindən, küskün vəziyyətdə səhhətində stressdən problem yaranır və məzuniyyət götürür. Bu ərəfədə onun əvvəl xəstəsi olan İİ Qarabağ müharibəsi qazisi Cavid Məmmədov xəstəxanaya müraciət edir və iddiaçının xəstəsi olduğu üçün və ona diqqət və nəvaziş göstərdiy və razı qaldığı üçün müalicədən yenidən həkim olaraq onu seçir, lakin ona qəbul şöbəsinin müdiri Samirə Abasova tərəfindən direktorun göstərişi ilə İddiaçı stasionarda xəstələrə baxmağına icazə verilmir deyilir. Qazi tələb edir, 2-3 gün gəlir gedir, ona yenidən eyni cavablar verilir, və artıq baş həkimin yanına qalxır. Orada baş həkim və direktorla aralarında münaqişə yaranır, onu incidirlər, daha sonra iddiaçıya baş həkim tərəfindən zəng gəlir ki, xəstəni iddiaçı göndərib və qəsdən öyrədib, o şikayət yazıb Səhiyyə Nazirliyinin portalına, təmin et o şikayətini götürsün. İddiaçı məzuniyyətdə olan müddətdə ona qarşı təzyiqlər, qısnamalar, nüfuzunun endirilməsi propaqandası davam edir. Qazinin çoxsaylı şikayətlərindən sonra Səhiyyə Nazirliynə onu nəhayət ki, mənim xəstəm kimi mənə təyin edirlər. Lakin müalicə bitdikdə son gün xəstəlik tarixinin içindən içinə müdaxilə edilir. İddiaçı yenə bu məsələ ilə bağlı sarsılır, artıq nə işi ilə məşğul ola bilir, nə müdafiəsi ilə, bu vəziyyətdən bərpa olunmaq üçün çox çətinliklə qanunvericiliyə uyğun 2 aylıq yaradıcılıq məzuniyyəti götürür. Ərizəsinə şöbə müdiri Elşanə Mustafayeva və direktor imza çəkirlər. Əmr verilir, daha sonra ona sabahsı gün zəng olunur ki, əmri geri gətirin ləğv etmək istəyirik, iddiaçı etiraz edir və əmr qüvvədə qalır. Məzuniyyət zamanı direktora dissertasiya müdafiəsi ilə bağlı imzamağa sənədlər gətirmiş, ona direktor güləgülə istehza ilə dedi ki, sənin işini nə edək, hələ onda başa düşmürdü nədən gedir söhbət, sandı ki, həkimlik fəaliyyətinə məhdudiyyəti aradan qaldırmaq istəyir, və dedi ki, inşallah qayıdarsan işə danışarıq. Lakin qayıtmadan artıq proses başlamışdı, və 1-ci bənddəki əmək müqaviləsinə dəyişikliklərdən. İddiaçı 21 yanvar 2025-ci ilə işə çıxdı və direktorla görüşdü, yenə sual verdi nə edək sizin işnizi, iddiaçı isə niyə onun xəstə aparmağına məhdudiyyət qoyulub deyəndə əsl səbəblər üzə çıxdı, ona bildirildi ki, iddiaçı həkim vəzifəsində deyil, iddiaçı dedi o birilər də deyil, onlara iddiaçının təklif etdiyi ştatı vermisiz, bəs ona yox, söz tapa bilmədi, köməyə kadrlar müdirini və şöbə müdiri Pərviz Axundovu dəvət etdi, o iddiaçıya dedi ki, sizə instutun həkimləri icazə verməyəcək xəstə aparasınız, iddiaçı dedi səbəb? Onlar verir ki icazəni? İddiaçı rəsmi sertifikasiya keçmiş və Səhiyyə Nazirliyi tərəfindən bu icazəsi var, müqaviləsinə dəyişiklikləri əlavə edin və əməyinə müvafiq ödəniş edin. Lakin direktor bunlarla razılaşmadı və iddiaçını otaqdan qovdu. 3. 28 yanvar 2025-ci il tarixində 35 saylı iddiaçı və digər həmkarları ərizə yazıb boş vakant yerlərdən onlara verilməsini xahiş etdilər. Boş vakant yerləri E-sehiyyə portalında görmüşlər. Qanunla, ilk növbədə boş vakansiyalar müəssisə işçilərinə təklif edilməli, daha sonra 3 gün ərzində müraciət olmadıqda açıq elanda yerləşdirilməli idi. Onların müraciətinə cavab verilmədi. Yenidən üçü həmkarlar direktorla danışmaq istədiklərini bildirərək görüş istədilər, onları kadrlar şöbəsinin müdiri ilə qəbul etdilər, yenicə danışmağa başlamışdı ki, qəsdən işçimiz Samira Babayevaya onun ailəsi ilə bağlı xoşagəlməz məlumatlar verdi o da stressdən ürəyi getdi yıxıldı. Mən və həmkarım kömək etməyə çalışdıq, təbii ki söhbət alınmadı mövcud vəziyyətdə və bizə etiraz etdi direktor. Mən cəhd etmək istədim Elektron Səhiyyə portalından keçim, qeydiyyatdan, lakin çox qəribə biz vəziyyət diqqətimi çəkdi və əlavə ştat etmək mümkün olmadı. Tibbi kadrların Vahid registrində mənim adım hələ də Konsultativ Poliklinika şöbəsinin şöbə müdiri gedirmiş, və o vakansiya aktiv imiş, yəni tutlubmuş, mənim isə bundan xəbərim yox, çünki mənə buna görə əmək haqqı ödənilmir. Fakt olaraq o vakasiyadan 17 iyul 2025-ci ildə İşdən çıxma tarixi kimi qeyd olunub. Mənə bu vəzifədən azad olunduğum gün kimi 12 oktyabr 2020-ci il bildirilmişdir. Yəni faktiki mənim adım işdə gedib və buna görə əmək haqqı büdcədən ödənilib, lakin mənə yox. Digər maraqlı fakt isə İdarəetmə aparatında həkim statistik vəzifəsində faktiki yanvar 2021-ci ildən işləsəm də, qəbul olma tarixi xx.xx.0001 kimi göstərilib, işdən çıxma isə 15 aprel 2024-cü il tarixindən. Göründüyü kimi, mənim işdən çıxmamı 4 il sonra rəsmiləşdiriblər, bəs mənə niyə işdən çıxarılma 2021 ci ilin oktyabr ayında deyilib və bu qədər müddət əmək haqqı ödənilməyib. Bunlar haqqında mən dərhal şikayət ərizəsini yazdım Əmas vasitəsilə 28 yanvar 2025-ci il tarixində. 4. Daha sonra yeni faktlar çıxdı üzə, belə ki, həmin o X32 2024-cü ilin oktyabrından etdiyi şikayətləri ilə bağlı cavablar gəlmiş Ombudsmandan və direktor X12 Nazirliyinə açıqlaması bu şikayətlərlə bağlı yalnız 27 yanvar 2025- ci il tarixində olmuşdur, orada yazılıb ki, mən 21-22 oktyabr işdə olmamışam və qazimizə başqa həkim təklif olub, bu növbəti cəfəngiyyat idi, çünki mən 22 oktyabr icazə alsam da işə gəlmişəm, və öz dəsti xəttimlə xəstəlik tarixində gündəlik yazım və imzam var, və başqa bir həkimin orada yazısı yoxdur. Eləcə də, necə olur ki, ona sonradan göstərəcəyi bəndlərdə xəbərdarlıq edən ki, xəstələr çoxdur iş şəraiti dəyişib bütün gün çıx işə xəstələrə bax, Səhiyyə Nazirliyinə cavabında yazır ki, sitat ”X10, həkim İddiaçı ştat cədvəlinə əsasən neyrofizioloji laboratoriyanın elmi işçisi olaraq saat 9.00-dan 12.30 dək ETTBİ institutunda olur, günün ikinci yarisi isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləyir. Belə iş rejimi olan həkimin stasionar xəstəyə bütün gün ərzində davamlı olaraq tibbi yardım göstərməsi qeyri mümkündür.” Lakin bununla belə yenədə idiaçı 17 oktyabr 2024-cü ildə qaziyə məni müalicə həkimi təyin edir, yəni qeyri-mümkün olan şey necəsə mümkün olur, hətta bu 2024-cü ilin mart-aprel aylarında da mümkün olubmuş, yəni həmin qazinin həkimi olmuşam stasionar şəraitdə yatanda müəssisədə Mətanət Əfəndiyeva müddətində dediyi kimi, təsdiq edici sənəd var. Burdan da bu qənaətə gəlmək olar ki, ilin əvvəlində eyni iş şəraitində mümkün idi xəstə aparmaq, lakin sonunda qeyri-mümkün, direktora nə zaman nə sərf edir yazmaq onu yazır, bununla da iddiaçının hər tərəfli işini məhdudlaşdırıb və nüfuzunu salıb. İddiaçı əlbəttə bu məktubları görən kimi, 3 fevral 2025-ci il tarixində ərizələr yazıb arxivdən həm xəstəlik tarixini, həm də barmaq izi qeydiyyatını istədi. Xəstəlik tarixi arxivdə tapılmadı, üstündən 4 ay keçən xəstəlik tarixi arxivdə yox, direktorun otağından çıxdı, bunu şahid çağırılan polis və qazi və mühafizə xidməti rəisi idi. Xəstəlik tarixinə müdaxilə olunmuşdur, tikilmiş səhifələrin ardıcıllığı pozularaq içliyi çıxarılmışdır. Və əlbəttə ki, barmaq izi qeydiyyatı həmin tarix üçün 22 oktyabr üçün təqdim edilmədi və silinmişdir deyildi. 5. Ən son damla isə, institutda sertifikasiya keçməyən həkimlərin xəstə qəbul etməsi, növbədə qalması kimi faktlar ortaya çıxdı, bu həkimlərin xəstəlik tarixlərini yazmaları, onların adına qəbz vurula bilmədiyi üçün başqa sertifikatı olan həkimlərin adına vurularaq, amma əslində onların bu xəstələrə baxması və konsultasiya etməsi, ən pisi isə bu həkimləri gizlədərək, onları hətta X24 layihəsində aparıb orada xəstələri müayinə etmələri idi. Bunlar iddiaçını artıq qorxutduğu üçün və Səhiyyə Nazirliyinin bəzi əməkdaşlarının burada direktor Mətanət Əfəndiyevanın əməllərinə göz yumduğu üçün, iddiaçı özünə borc bilərək digər hüquqları pozulmuş və işləri məhdudlaşdırılan əməkdaşlarla kollektiv şikayət ərizəsi yazdılar. Şikayət ərizələri 7 fevral 2025-ci il tarixi ilə yazılmış və həm poçt həm də mail ilə Prezident Administrasiyasına cənab prezidentə, vitse prezidentə, sürətləri isə Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə, Səhiyyə Nazirliyinə və AR X19 Xidmətinə göndərilmişdir. Əsas məktub çatan kimi, aidiyyatı üzrə Səhiyyə nazirliyinə, oradan elektron sənədə dövriyyəsi ilə 13 fevral 2025-ci il tarixində Mətanət Əfəndiyevaya göndərilmişdir. O dərhal öz tərəfdaşlarını yığaraq təcili iclas keçirib otağında və işçilərdən birini otağına çağırıb orada məktubu oxuyub bir-bir işçiyə təzyiq göstərmiş, nəticədə həmin içşi sarsılaraq bu cümlələri oxumamış imza etmişəm demək məcburiyyətində qalmışdır. Axşama kimi iclas qurularaq, növbəti gün yeni maraqlı hadisələr baş verir. 6. 14 fevral 2025-ci il tarixində 71 nömrəli məktub ümumi şöbə tərəfindən iddiaçıya verilir. Növbəti isə maraqlıdır, şöbə müdiri Elşanə Mustafayevanın xx.xx.2025-ci il tarixli 74 saylı təqdimatına əsasən həmin tarixli, yəni xx.xx.2025-ci il tarixli 008 saylı Əmr verir. Bu əmrlə İddiaçı tanış edilmir, lakin eyni tarixdə 14 fevral 2025-ci il tarixli 71 saylı məktubda M. Məmmədovanın əmək şəraitimin dəyişdirilməsinə münasibət bildirməyi istənilir. Necə olur ki, birinci işəgötürən məktubda yazır ki, iş şəraiti dəyişməsinə Qanunvericilikdə nəzərdə tutulan müddətdə münasibət bildir, yəni 1 ay müddətində, sonra 74 saylı təqdimat gəlir, hansı ki əmrdə əsas həmin 74 saylı təqdimat göstərilib, yəni direktor öncədən bilirmiş ki, təqdimat gələcək, yaxud əmri sonradan tərtib ediblər və iddiaçıya qəsdən təqdim etməyiblər. O da o səbəbdən ki, iddiaçı bu məktuba cavab olaraq 75 saylı ərizə yazır ki 14 fevral 2025-ci il tarixində iddiaçıya hər hansı bir əmr və ya qərar təqdim edilməmişdir, və o əmrin mövcud olmadığını və ona məlum olmadığı haqqında bildirir. Direktor buna məhəl qoymur, qoysa idi iddiaçını həmin əmrlə tanış etməyə çalışardı və göstəriş verərdi. Bildiyi kimi, əmrlə tanış olmağını təmin etməli idi və həmin tarixdən 1 ay müddət axını sayılır. Lakin bu baş verməmişdir, belə bir əmr ona təqdim edilməmişdir. Buna sübut həmçinin Mətanət Əfəndiyevanın ona ünvanlanan növbəti , 14 mart 2025-ci il tarixli məktubu idi ki, orada da bildirir ki, 71 saylı məktubla məlumat vermişik, əmr barədə bir kəlmə yoxdur. Eləcə də ƏMAS sistemində də eyni tərkibli xx.xx.2025-ci il tarixli bildiriş verilmişdir, mətndə əmr haqqında bir sənəd yoxdur, ƏMAS sisteminə də yüklənməyib, yalnız 71 saylı məlumat məktubu yüklənib. 7. 18 fevral 2025-ci il tarixində 83 saylı bir daha 28 yanvar 2025-ci il tarixli 35 saylı, 03 fevral 2025-ci il tarixli 45 saylı ərizələrinə cavab verilməməsi haqqında ərizələrinə cavab olaraq 19 fevral 2025-ci il tarixli 88 saylı və 89 saylı cavab ərizələri iddiaçıya təqdim edildi nəhayət ki, tabeldən də bəlli oldu ki, 22 oktyabr iddiaçını işdə qeyd ediblər və vakant yerin verilməsinə imtina olunub, açıq aşkar işçini təyin edib sonra iddiaçıya cavab veriblər. 8. 27 fevral 2025-ci il tarixində ona 106 saylı məktub verilir ki, şərt qoyur ki, Mətanət Əfəndiyeva tutduğu böyük elmi işçi vəzifəsində elmi işçi kimi publik hüquqi şəxs üçün fəaliyyətimin səmərəliyinin qiymətləndirilməsi baxımından yaradıcılıq hesabatınızı 5 iş günü ərzində təqdim etsin. 9. 4 mart 2025-ci il tarixində bir daha 116 saylı institutun Həmkarlar İttifaqı sədrinə Seyran Mikayılova kollektiv şikayət yazılır. Lakin onlara cavab velmək əvəzinə Seyran Mikayılov öz ərizəsi ilə illərdir tutduğu sədrlik vəzifəsindən azad olunur. Sonra ondan cavab tələb etdikdə, Seyran Mikayılov “Mərziyyə xanım, sizə pislik etmək istəyirdilər, ona görə öz ərizəsi ilə çıxdım, o prosesdə iştirak etmək istəmirəm” bildirdi. Əlbəttə onların kollektiv şikayəti direktora sərf etmirdi, çünki Həmkarlar İttifaqının qərarı və müdaxiləsi mühüm rol oynaya bilər. Yeni sədr Cavanşir Tanrıverdi şikayətə - 6 may 2025-ci il tarixində, özünün də səs verdiyi və iştirak etdiyi intizam komissiyasında iddiaçı və həmkarı Samirə Babayevaya töhmət veriləndəndən sonra 193 saylı məktubla cavab verir.

10. 10 mart 2025-ci il tarixli 131 saylı ərizə - İxtisası üzrə Təkmilləşmə kursuna ildə cəmi 1 dəfə keçirilən EEQ kursuna yazılmaq istəyir, lakin planlı şəkildə ona direktor tərəfindən imtina olunur. Şöbə müdiri Elşanə Mustafayeva tərəfindən dərkənar olaraq yazılmış “Öhdəliyinə düşən ENMQ müayinələri yerinə yetirilməsi şərti ilə” şərtləri qoyulur - sözlərə fikir verin, direktorun isə həmin ərizəyə aşağıda əlavə etmiş ”2 aylıq elmi məzuniyyətin hesabatı verilməyib, bu səbəbdən kursa getməyinə icazə vermirəm”, Səhiyyə Nazirinin 7 avqust 2024-cü il tarixli “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Əmrinin 5-ci maddəsinin kobud şəkildə pozulmasıdır və planlı şəkildə açıq-aşkar istismar və şüurlu qısnama aparılmasıdır. Elmi şuranın iclasında elmi işlər üzrə müavin hesabatı verərkən, iddiaçının və həmkarı Samirə Babayevanın sertifikasiyadan keçməyi və şəhadətnamələrinin olmasını qeyd etməmişdir, lakin həmin il digər işçiləri qeyd etmişdir, daha sonra iddiaçının dissertasiya üzrə müdafiəyə icazə verildiyini də qeyd etməyərək hələ approbasiya keçmədiyini qeyd etmişdir. Buna görə də iddiaçı ərizə yazdı ki, düzəlişlər olunsun və yeni hesabat ona təqdim olunsun, lakin bunu təqdim etməkdən imtina etdilər.

11. 14 mart 2025-ci il tarixində Səhiyyə Naziri cənab Teymur Musayevə yenidən direktorun qanunsuz hərəkətləri barədə şikayət ərizəsi yazır. Orada bir daha əmək şəraitinin dəyişməsi barədə heç bir əmrin olduğu barədə iddiaçıya bildirilmədiyini yazır. 17 mart 2025- ci il tarixli 144 saylı ərizəsində 27 fevral 2025-ci il tarixində 106 saylı işəgötürənin müraciətinə cavab olaraq onun qanunsuz hərəkətini və vəzifəsindən sui istifadə etdiyini bildirir. Bundan əlavə xx.xx.2025-ci il tarixində Səhiyyə Nazirliyinə gedib orada da həmkarı ilə birgə öz şikayətlərinə əlavə sənədlər təqdim edirlər. 19 mart 2025-ci il tarixli AR Səhiyyə Nazirliyi Tibb xidmətləri şöbəsinin müdiri Fazil Hüseynbəyov tərəfindən onlara məlumat verildi ki, onlarım şikayətlərinə baxılır və bu cavab ESD ilə gedib Mətanət Əfəndiyevaya. Lakin buna baxmayaraq o aktiv hərəkətə keçmişdir. 12. 17 mart, 18 mart, 19 mart 2025-ci il tarixlərində şöbə müdiri E. Mustafayeva tərəfindən direktorun göstərişi ilə hərəkət başlayır, təqdimatlar verilir ki, iddiaçı heç bir xəbərdarlıq etmədən işə gəlməyib. Qəribəsi budur ki, həmin dönəmlərdə iddiaçı aktiv fəaliyyət göstərir və işdə xəstə qəbul edir, işə gəlir. Belə olan halda işə gəlməmişdir ifadəsi qəribədir, çünki 17 martda gələndə bir şöbə müdiri kimi iddiaçıya dəvət edib öyrənməli idi ki, nə olub işə niyə gəlməmisən. Növbəti gün də yenə soruşmur, və təqdimatlar direktora verilən kimi onları intizam komissiyasına göndərir. Halbuki, ilk olaraq işçi ilə danışıb daha sonra izahat alınmalıdır. Lakin bu şüurlu planlı qısanma və işdən çıxarılma üzrə öncədən hazırlanmış plan olduğu üçün iddiaçını çağırmaq onlara sərf etmir Bunlar bayram qabağı baş verir və bayramdan gələndən sonra iddiaçıya 10 aprel 16.30-da, yəni iş saatının bitməyinə 30 dəq qalmış inzibati işlər üzrə direktor müavini zəng edir ki, bir gəlin yanıma. İddiaçı gedir, otaqda isə artıq hüquqşünas, həmkarların yeni sədri oturub gözləyirdi. İddiaçının işi ilə bağlı ona dair şöbə müdiri tərəfindən təqdimatlar olduğu və bu barədə nə deyə bilərsiz soruşuldu. İdidaçı bu toplantının səbəbi nədir soruşanda ona intizam komissiyası olduğunu dedilər. O etiraz edir, çünki komissiyanın üzvü olan kadrlar şöbəsinin müdiri yox idi. Daha sonra iddiaçını iş saatından kənar 1 saata yaxın gözlətdilər və iddiaçı iş saatının bitdiyini və getməli olduğunu bildirərək növbəti günlərdə əvvəlcədən xəbər verərək komissiyanı təyin etmələrini bildirib izacə alıb getdi. İzahat yazmağı təklif etdilər, o isə nəyə dair izahat yazacağı üçün sənədlərin təqdim edilməsini xahiş etdi. 11 aprel 2025-ci il tarixli 164 saylı, 16 aprel 2025-ci il tarixli 174 saylı şöbə müdiri E. Mustafayeva tərəfindən yenə də təqdimatlar verilmiş və iddiaçını intizam kommisiyasına dəvət etmədən, köhnə təqdimatlar ilə onu tanış etmədən iclas keçirib intizam tənbehi verilməsi tövsiyyə olundu. Əlbəttə nə sənədlər verilməyib ki, sonra izahat yazsın, nə 10 aprel 2025-ci il tarixli protokol ona təqdim edilməmiş, nə də ki orda yazılan vaxt verilməsi 16 aprelədək izahat üçün, 14 fevral 2025-ci il tarixli 008 saylı ƏMR barədə də bildirilməmişdir. Lakin sonradan məlum olur ki, həmin gün 10 aprel 2025-ci il tarixindəki dəvəti onlar iclas kimi protokola alıblar, halbuki bu qanunsuz idi. 13. 18 aprel 2025-ci il tarixdə mən və digər əməkdaşlarımız institutu təmsil etmək üçün Naftalan şəhərinə ezam olunmuşdurq. Odur ki, iddiaçı 16 aprel tarixində həm çıxışına həm də məqalə üzrə yalnız hazırlıq görmüşdür. Həmin protokol və iclasın nəticələrini iddiaçı sonradan - ona həmin töhmət və protokollar təqdim ediləndə bilmişdir. 16 aprel 2025-ci il tarixində iddiaçının xəstəsi qazi evə 17 aprel 2025-ci il tarixində yazılmadan öncə iddiaçıya təşəkkürnamə verilməsi üçün 170 saylı ərizə ilə müraciət etmişdir. Lakin direktor onun ərizəsinin altına baş həkimə dərkənar verərək iddiaçının xəstəlik tarixi yazmağına dair əsassız mülahizələr yazmış və iddiaçının işə günorta gəlməyini yazmışdır. Bunun təşəkkürnaməyə nə aidiyyatı var? Əlbəttə məqsəd yalnız iddiaçını qaralamaq və nüfuzdan düşürmək, eləcə də təşəkkürnamənin töhməti ləğv etməsini bilərək qəsdən onu verməmək. Daha sonra 17 aprel 2025-ci il tarixində 177 saylı qazi yenidən müraciət etmiş və direktorun yazdığı qarayaxmanı təkzib etmişdir. Direktor bu ərizəyə dərkənar olaraq aşağıda təşəkkürnaməni öz tərəfindən ver yazmışdır. Yəni məqsəd açıq aydın ortadadır. 14. 18 aprel 2025 ci il tarixində, baxmayaraq ki, təcili şəkildə yola hazırlaşır, bütün əhvalını sındıraraq töhmətin ləğvi ilə əlaqəli mediasiya təklifi verir. Mediasiya təklifinə cavab verilmir, daha sonra mediasiya üçün müraciət edir, yenə müəssisənin hüquqşünası (hüquqi təmsil edən), gəlməkdən və iştirak etməkdən imtina edir. İddiaçı xx.xx.2025-ci il tarixində mediasiya arayışı alır. Lakin bu mediasiya arayışını almadan öncə iddiaçıya 1 daha 13 may 2025-cü il tarixində töhmət verirlər. İddiaçı arayışla məhkəməyə müraciət edir. Bu məhkəmə işi icraatda ola-ola iddiaçıya köhnə tarixlərə aid olan, yəni 13 may töhmət verilsə də, ondan əvvəlki günlərə eyni məsələ ilə bağlı 1- 7 may tarixlərində işə gəlməməklə töhmət vermişlər. İnzibati tənbehin mahiyyəti odur ki, işçi töhmətdən sonra nəticə çıxarsın, töhmətdən öncə olan hadisələri töhmət günü müzakirə etməyib saxlayıb daha sonra arxa tarixlə ayrı yeni aşkarlanmış fakt kimi ayrıca təqdimat vermək və daha dəhşətlisi qanunsuz təqdimatın qanunsuz şəkildə baxılması və onun əsasında işçini işdən Əmək Məcəlləsinin 70Ç maddəsi ilə çıxarılması hüquq pozuntusunun ən böyüyüdür. Maraqlısı odur ki, iddiaçı məzuniyyət ərizəsi yazan kimi, həmin gün töhmət təşkil olunur. Bu yaranan qısnamalardan, iddiaçıya verilən iztirablardan stress, əsəbilikdən sonra onun səhhətində ciddir problem yarandı, iddiaçı xəstə düşdü. Özünü çox pis edir, artıq başım dönür, qızdırması qalxırdı. 26 may 2025-ci il tarixində işə gedə bilmədi, evə çağırış edildi, nəticə etibarı ilə 1 aya yaxın 20-yə yaxın həkim, 10-a yaxın tibb müəssisəsi gəzib çox saylı müayinələr keçib. Nə qədər ağır səslənsə də, onda limfa düyünlərinin naməlum böyüməsi və qantörədici dəqiqləşdirilməmiş xəstəlik yaranmışdır. Bu vəziyyətdə iddiaçı dəfələrlə müraciət etdi ki, ona məzuniyyət verilsin, qızı 9-cu sinifi bitirirdi, imtahan verirdi, sənədlər lazım idi, halbuki ƏM-nin 130-cu maddəsi ilə 16 yaşına qədər tək böyüdən övladını valideyn öz xahişi ilə götürə bilər, iddiaçını çox incitdilər, dəfələrlə onun məzuniyyət ərizələrinə imtina ediblər. Bu müddət iddiaçı Əmək Müfəttişliyinə saysız-hesabsız şikayətləri olmuşdur. İddiaçının bülleteyn pullarını, bonuslarını ödəməyiblər. 15. 30 iyun uzun sürən xəstəlikdən sonra işə çıxır, qeyd edir ki, xəstəliyi davam edir, təkrar xüsusi immunoloji biopsiya vermiş və verdiyi analizlər olduqca bahalıdır, İcbari sığorta tərəfindən qarşılanmır. İlk iş günü ona yenidən intizam komissiyası qurulur, 2 saat iddiaçını müxtəlif şəkildə həm psixoloji, həm hədə qorxu ilə təzyiq edirlər. İntizam komissiyasının üzvləri Namiq Həsənov, Rəcəb Nurəli, Vüsalə Məmmədli, Cavanşir Tanrıverdi səs verirlər ki, direktorun təqdimatı ilə intizam tənbehi verilsin. Nəzərə alın ki, hüquqşünas bilə-bilə ki, 01.2025-ci il tarixində onun məhkəmə iclası var, qəsdən onu əsəbləşdirərək təzyiq göstərirdi. Yəni ona həm mənəvi, fiziki, həm maddi ciddi şəkildə zərər vurublar. 01 iyul 2025-ci il tarixdə icazə alıb Əmək müfəttişliyinə və məhkəməyə gedir, 02 iyul 2025-ci il tarixində isə onu müəssisə üzrə Həmkarlar İttifaqının iclasına çağırırlar. Direktor təqdimat verir ki, iddiaçının əmək müqaviləmsinə xitam verilsin. Bu iclsada da həmkarların sədri onun üstünə qışqırır, təzyiq göstərirdi, və son olaraq iddiaçıdan nə istədiklərini anlamadı. Nə 30 iyun, nə 02 iyul tarixli iclasların protokolları ona təqdim edilməyib. 15 iyul 2025-ci il tarixində iddiaçının əmək müqaviləsinə xitam verilmişdir, əsas olaraq 01-07 mayda işdə olmamağı barədə qanunsuz təqdimatları. Bununla da bitməyərək, son haqq-hesabı ödənilmir, əmək kitabçası verilmir, 22 gün qalmış məzuniyyətini istifadə etməyə şərait yaradılmır. Bir işçinin bu qədər əmək hüquqları pozularaq, onu istismar etmək, nüfuzdan salmaq, vəzifəsindən sui-istifadə edərək səlahiyyətlərini aşaraq qanunsuz işçini işdən çıxarmaq özü də qüsursuz işləyən, heç vaxt haqqında şikayət olmayan işçini. Bu cinayətdir. Hazırda iddiaçı Elmi X34 X4rşı iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək “barəmdə töhmət verilməsi barədə xx.xx.2025-ci il tarixli 034 saylı və sonuncu xəbərdarlıqla şiddətl töhmət verilməsi barədə xx.xx.2025-ci il tarixli 049 saylı əmrlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edibdir. Mübahisələndirilən əmrlər əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsas olduğundan, həmin əmrlər ləğv olunacağı halda iddiaçının qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması barədə əmr üçün əsaslar aradan qalxacaqdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "Azərbaycan Elmi Tədqiqat X28” X22rşı əmrin ləğv edilməsi, işə bərpa və s. tələbinə dair 2(005)-3895/2025 saylı mülki işin İddiaçı "Azərbaycan Elmi Tədqiqat X28” X22rşı əmrlərin ləğv edilməsi tələbinə dair 2(005)- 2974/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

İddia tələbinə etiraz və onun dəlilləri

Cavabdeh tərəfin təqdim etdiyi növbəti yazılı etirazdan görünür ki, iddia tələbləri əsassız və qanunsuz hesab edilməli və təmin olunmamalıdır. Belə ki, İddiaçı “Elmi Tədqiqat X28” X36 baş direktoru X9 xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixindən 2 ay müddətinə ödənişli yaradıcılıq məzuniyyətinə çıxmağı xahiş etmiş, xx.xx.2024-cü il K-382 saylı əmrlə sonuncuya xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək 60 (altmış) təqvim günü müddətində ödənişli yaradıcılıq məzuniyyəti verilmişdir. xx.xx.2025-ci il tarixli 106 saylı “yaradıcılıq məzuniyyətində gördüyü elmi işlər, onların nəticələri barədə hesabatın 5 iş günü ərzində təqdim olunması” barədə bildiriş göndərilmişdir. Lakin bu xəbərdarlığa baxmayaraq iddiaçı yaradıcılıq məzuniyyətinə dair Hesabatı xx.xx.2025-ci ildə təqdim etmişdir. Hesabata Rəydə də qeyd edildiyi kimi, İddiaçı tərəfindən Hesabatın birinci bəndində qeyd olunan elmi məqalələrin siyahısı yaradıclıq məzuniyyətindən əvvəl hazırlanmışdır və ETTBİ direktoru tərəfindən 2023-cü ildə təqdim olunan müdafiənin keçirilməsinə dair icazə məktubu hesabat ilini əhatə etmir. Eyni zamanda iddiaçı tərəfindən Hesabatında qeyd edilən ilkin sənədlərin yoxlanılması tarixi - xx.xx.2024 həqiqətə uyğun deyil. Sənədlərin ilkin yoxlanılması xx.xx.2023-cü ildə keçirilmişdir. Hesabatın dördüncü bəndində qeyd edilmiş dissertasiya işinin plagiat sistem üzrə yoxlanılmasına dair heç bir sənəd təqdim olunmayıb. Dissertasiya işinin plagiat üzrə yoxlanması məqsədilə İddiaçı institut tərəfindən dəfələrlə müraciət olunmuşdur. İddiaçının dissertasiya işinin plagiata görə yoxlanılmasna müraciət müvafiq olaraq xx.xx.2021-ci il 143№-li Ərizə, xx.xx.2022-ci il 61№-li Ərizə, xx.xx.2023-cü il 165№-li Ərizə ilə olmuşdur. Eyni zamanda iddiaçı Hesabatda qeyd etmişdir ki, Beynəlxalq NeuroWeek 2024 konqresində “Advances in Neuromodulation: Tools for Neurology, Rehabilitation and Pain Relief” mövzusunda iştirak etmiş və sertifikat almışdır. Lakin bu, dissertasiya işinin müdafiəyə hazırlığı ilə əlaqədar verilmiş yaradıcılıq məzuniyyətinə aid deyil. Hesabatda qeyd edilən SN Elmi Tədqiqat X28nda “Təşkilatimetodik şöbə”nin təşkilatçılığı ilə dissertasiya mövzusu və hazırlanmış metodik tövsiyyə üzrə “Transkranial maqnit stimulyasiyası müayinə metodu kimi və interpretasiya” seminar 24 yanvar 2024-cü ildə hazırlanıb və iddiaçının yaradıclıq məzuniyyəti dövrünü əhatə etmir. Sonuncu tərəfindən təqdim olunmuş Hesabatda dissertasiya işinin müdafiəyə hazırlığı ilə əlaqədar yaradıcıllıq məzuniyyəti dövründə fəaliyyətini əks etdirən məlumatlar yoxdur və məlumatların böyük bir qismi yanlış qeyd edilib. ETTBİ-nin Baş direktoru X8 maliyyə şöbəsinin müdiri Həsənov Nail tərəfindən ünvanlanan 08 oktyabr 2025-ci il 452 №-li Təqdimatda iddiaçıya 60 təqvim günü müddətində yaradıcılıq məzuniyyətinə görə haqqın 2614.38 ( iki min altı yüz on dörd, otuz səkkiz) manat olduğu, müəyyən edilmiş vergi və digər icbari tutulmalardan sonra M.Mərziyyənin ABB bankda olan ******************** saylı əmək haqqı hesabına ödəniş edildiyi qeyd olunmuşdur. İddiaçıya 2 aylıq elmi(yaradıcılıq) məzuniyyəti verilməsinə baxmayaraq elmi işinin plagiat proqramından keçməsi haqqında arayış hələ də təqdim edilməmişdir. Hətta iddiaçının ETTBİ-də 1.0 ştat vahidi ilə işləməsinə baxmayaraq, il ərzində təqdim etdiyi elmi məqalələrin böyük əksəriyyəti İnstitutun elmi istiqaməti və profilinə uyğun deyildir. Xüsusilə qeyd edilir ki, İddiaçı 35 №, xx.xx.2025- ci il tarixli Ərizə ilə müraciət edərək Səhiyyə Nazirliyində elan olunan “Poliklinika şöbəsi”ndə “Nevrologiya” vəzifəsi üzrə boş vakant yerdən - 1.5 ştat vahidindən 0.5 ştat vahidinin daxili əvəzçilik qaydasında əlavə olaraq ona verilməsini istəmişdir. Lakin iddiaçının əmək müqaviləsində əks olunan saatlarda - 09:00- 17:00 arası iş yerində olmamasına, iş funksiyalarını düzgün yerinə yetirməməsinə baxmayaraq, üstəlik müəssisəyə müraciət edib iş tələb etməsi və təkidlə Ərizəsinə cavab gözləməsi absurd səslənir. O nəinki öz funksiyalarını düzgün yerinə yetirir, həm ETTBİ-də 1.0 ştat vahidi əsas, digər iş yerində əvəzçiliklə işlənlməsinin saxlanılması, habelə ETTBİdə 0.5 ştat vahidi əvəzçiliklə işlə təmin olunması müraciətilə üstəlik müəssisəni də borclu çıxarır. Həm də Vakant iş yerlərinə Səhiyyə Nazirliyinin təyinatı əsasında gənc işçilərin göndərildiyi nəzərə alınmaqla 0.5 ştat əlavə iş yeri müraciəti təmin olunmamışdır. Onu da nəzərə çatdırır ki, İddiaçı müəssisədə il ərzində praktiki fəaliyyəti digər elmi işçilərlə müqayisədə əhəmiyyətli dərəcədə azdır. Belə ki, 2024-cü ilin yanvar-oktyabr aylarında cəmi 41 pasiyent qəbul etmiş, kliniki neyrofiziologiya laboratoriyasının əsas fəaliyyətini təşkil edən elektroneyromioqrafiya müayinəsini isə yalnız 47 xəstədə (118 xidmət) aparmışdır. Müqayisə üçün 2024-cü ildə laboratoriyanın rəhbəri 166 pasiyentdə elektroneyromioqrafiya müayinəsi aparmış (384 xidmət), 994 ambulator xəstə müayinə və müalicə etmişdir, kiçik elmi işçi H.İskəndərova 336 pasiyentdə elektroneyromioqrafiya (869 xidmət göstərilmiş) müayinəsi aparmış, 1039 ambulator xəstə, kiçik elmi işçi X.Rzayeva 319 pasiyentdə elektroneyromioqrafiya (769 xidmət gpstərilmiş) müayinəsi aparmış, 638 ambulator xəstə müayinə və müalicə etmişdir. Bu da onu göstərir ki, iş yükü proporsional olaraq bölünməmişdir, ondan yüksək vəzifədə olanlar da, eyni vəzifədə olanlar da, hətta aşağı vəzifədə olanlar da daha çox xəstə qəbul edərək, müalicə və müayinə etmişlər. İddiaçının iddia ərizəsində qeyd etdiyi “şüurlu qısnama” ifadəsi əmək münasibətlərini tənzimləyən qanunvericlik aktlarda ümumiyyətlə nəzərdə tutulmamış və bununla bağlı, xüsusilə qeyd ediklir ki, iddiaçıya qarşı cavabdeh tərəfindən hər hansı bir qısnama mövcud deyil və olmamışdır. İddiaçının özünə də çox yaxşı məlumdur ki, rəsmi bildirişdə nəzərdə tutulan müddətdən sonra, onun natamam gəldiyi hər işə görə ayrıca intizam tənbehi verilə bilərdi. Lakin işəgötürən tərəfindən bu edilməmiş, iddiaçının düzgün nəticə çıxarması üçün bütün mümkün vasitələrdən istifadə edilmiş, ona tanbeh və şiddətli tənbeh verilərkən 1 gün üçün deyil, bir neçə gün birləşdirilməklə intizam tənbehi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kolegiyasının 30 avqust 2017-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan quluqçu vəzifələrinin Vahid X11”nda böyük elmi işçilər üçün digər tələblərlə yanaşı, fəlsəfə doktoru elmi dərəcəsinin də zəruri olması tələb edilir. Əgər cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı bir “şüurlu qısnama” olsaydı, 20 ildən artıq bir müddətdə elmi dərəcə ala bilməyən iddiaçı həmin vəzifədə saxlanlılmazdı. Bu özü cavabdehin iddiaçıya qarşı həmişə göstərdiyi müsbət münasibəti bir daha sübut edir. xx.xx.2025-ci ildə İnstitutun əməkdaşları Babayeva Samirə, Sadıqova Gülzar, İddiaçı tərəfindən ETTBİ X31 Həmkarlar İttifaqının müəssisə üzrə sədri Seyran Mikayılova və surəti həmin müəssisənin Baş direktoru Mətanət Əfəndiyevaya 116 №-li, xx.xx.2025-ci il tarixli Şikayət ünvanlanmış, İnstitutun guya “qanun pozuntuları” etdiyini qeyd etmişlər. Həmin işçilər tərəfindən yazılmış şikayət ərizəsi əsassız və böhtan xarakterli olmaqla ərizəçilərin subyektiv maraqlarından doğan, həqiqəti əks etdirməyən, hər hansı fakt göstərilmədən irəli sürülən “qarayaxma məzmunlu” fikirlərdir. İddiaçının cavabdeh barəsində bütün əsassız və təsdiq olunmayan şikayətləri onun tam ştat publik hüquqi şəxsdə, 0,5 ştat digər iş yerində olmasına baxmayaraq, əlavə 0,5 ştat vahidi əvəzçiliklə işləmək istəməsi xahişinin təmin olunmamasından sonra başlamışdır. Həmçinin iddiaçının kollektiv şikayət adlandırdığı müraciət də şikayətçilərə əlavə 0,5 ştat vahidi əvəzçiliklə iş verilməsi barədə xahişləri təmin olunmadıqdan sonra yazılmışdır. Hətta onu da bildirir ki, Sadıqova Gülzar xx.xx.2025-ci il tarixli, 249A saylı Ərizə ilə müraciət edərək müxtəlif qurumlara o və əməkdaşları tərəfindən göndərilən məktubları oxumadan imzaladığını və bunun üçün üzr istədiyini bildirmişdir. Digər şikayətçi Samirə Babayeva isə həmin ərizəni tam oxumadan qol çəkdiyini və tam mətni ilə razı olmadığını Nizam intizam komissiyasının üzvlərinə bildirmişdir. Digər tərəfdən onu da vurğulamaq lazımdır ki, həmin şikayət əsasında müvafiq yoxlama aparan Səhiyyə Nazirliyi və digər dövlət orqanları tərəfindən şikayətdə göstərilən hər hansı bir pozuntu halının mövcudluğunu müəyyən etməmişlər. Həmçinin İddiaçı tərəfindən müxtəlif qurumlara ünvanlanmış X18 üzvlərinin qeyri-qanuni yolla seçildiyi iddia edilmişdir, halbuki buna baxmayaraq iddiaçının özü də həmin Komitənin üzvü olmuşdur. Belə qənaətə gəlmək olar ki, İddiaçı da Etik Komitəyə qeyri-qanuni yolla seçilib. Əksinə, Etik Komitənin bütün üzvləri müvafiq təlimatlara uyğun seçilmişdir. Onu da məhkəmənin diqqətinə çatdırır ki, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının xx.xx.2024-cü il tarixində keçirilən iclasında protokol №03 qərarına əsasən, Etik Komissiyanın təqdim olunmuş tərkibdə fəaliyyətinin davam etdirilməsinə etiraz olunmamışdır. İddiaçı şikayətlərinə ara verməmiş, Elmi katib vəzifəsinə təyinatla bağlı da etiraz etmişdir. Lakin təyinat məsələsi Səhiyyə Nazirliyinin səlahiyyətindədir və Səhiyyə Nazirliyinin əmri ilə təyin olunmuşdur. İddiaçının “rüşvət müqabilində kiminsə işə götürülməsi, vəzifədə yüksəldilməsi və ya əlavə işlə təmin olunması” ilə bağlı iddiası, habelə bununla əlaqədar müxtəlif qurumlara ünvanladığı şikayətlər tamamilə böhtan xarakterlidir və heç bir hüquqi əsası yoxdur. İşə qəbulla bağlı məsələlər Səhiyyə Nazirliyinə ünvanlanmış icazə məktublarının müsbət cavabı əsasında aparılmışdır. İddiaçının ərizəsində qeyd etdiyi “yeni direktorun institutun işçilərinin qanunla nəzərdə tutulan əlavə və mükafatlarını kəsməsi” iddiası həqiqətə uyğun deyildir. Əksinə, iddiaçıya köhnə direktor tərəfindən ödənilməmiş əmək haqqı yeni direktor tərəfindən hesablanaraq ödənilmişdir. Eyni zamanda ərizəçilər (iddiaçı da daxil olmaqla) tərəfindən müvafiq qurumlara ünvanlanılan şikayətlərdə İnstitutda ixtisasına uyğun olmayan sənədsiz vəzifə tutanların olduğu, əmək haqqlarının, habelə bonusların ödənilməsində qanunsuzluğa yol verildiyi, yüksək nailiyyəti olan işçilərə guya “töhmət” verildiyi qeyd edilsə də, həmin şəxslərin konkret olaraq kim olduğu bildirilməmişdir, bu da iddianın heç bir əsasının olmadığını və böhtan xarakterli məlumatlar olduğunu təsdiqləyir. Onu da qeyd etmək vacibdir ki, bonuslar həkimlərə İcbari Tibbi Sığorta tərəfindən yoxlanılıb təsdiq edilmiş reyestr üzərində İTS-in təqdim etdiyi cədvəllərlə hesablanır, buna ETTBİ-nin işçiləri müdaxilə edə bilmir. Ərizəçilərin irəli sürdüyü iddiaların əsassız olduğunu sübut edən faktlardan biri də indiyədək “sertifikasiyadan keçməyən tibb işçisinin müayinə və müalicəyə buraxılmaması ilə bağlı” qanunvericiliyə əsasən heç bir cərimələnmə müşahidə edilməmişdir. Rəhbərlik tərəfindən İnstitutun əməkdaşları arasında şəxsi münasibətdən irəli gələn hər hansısa bir ayrı-seçkilik mövcud olmamışdır, hər kəs savadına, təcrübəsinə, bacarığına görə qiymətləndirilmişdir və bununla bağlı ərizəçilərdən başqa heç bir əməkdaş tərəfindən Rəhbərliyə hər hansısa bir şikayət ünvanlanmamışdır. Publik hüquqi şəxs iş yerində hər hansısa bir nöqsan və ya çatışmazlıq olmadığını iddia etmir, lakin müvafiq qurumlara ünvanlanan müxtəlif şikayət ərizələrində əks olunan faktların öz təsdiqini tapmadığını, əsassız olduğunu və ərizəçilərin öz şəxsi maraqlarını, istəklərini əmək kollektivinin ümumi mənafeyindən üstün tutmalarını məhkəmənin diqqətinə çatdırmaq istəyir. İddiaçı iddia edir ki, onunla bağlanılmış əmək müqaviləsinin heç bir şərtində böyük elmi işçisi vəzifəsini daşıyan iddiaçının pasiyent qəbulu və bununla bağlı tibbi xidmətlərin göstərilməsinin məcburiliyi qeyd edilməmişdir. Lakin sonuncunun bu barədə mülahizəsi də həqiqətə uyğun deyildir. Belə ki, tibbi xidmətlərdən X31 xəzinəsinə daxil olan vəsaitləri təsdiq edən sənədlərdə göstərilir ki, iddiaçı 2024-cü ilin aprel ayı ərzində 2505 (iki min beş yüz beş) manat, may ayı ərzində 1150 (bir min bir yüz əlli) manat, iyul ayı ərzində 29,5 (iyirmi doqquz manat əlli qəpik) manat, sentyabr ayı ərzində isə 940 (doqquz yüz qırx) manat dəyərində pasiyentlərə tibbi xidmətlər göstərmişdir. Bu da iddiaçının qeyd etdiyi tələblərin tamamilə əsasız, öz maraqlarını ön planda tutaraq, sırf özünə sərf edən məsələlərə münasibət bildirməsini, hətta yanlış münasibət bildirməsini sübut edən faktlardan biridir. Kliniki neyrofiziologiya laboratoriyasının rəhbəri X3 Tədqiqat X28nun direktoru Mətanət Əfəndiyevaya xx.xx.2025-ci il tarixli 74 saylı Təqdimatla müraciət edərək, kliniki neyrofiziologiya laboratoriyasında ENMQ müayinəsinə göndərilən pasiyentlər tərəfindən öncədən növbə götürüldüyü, hal-hazırda növbənin xx.xx.2025-ci il tarixinə çatdığını, bunun da pasiyentlərin ədalətli narazılığına və bir çox halarda isə müayinədən imtina etməsinə və təyin olunmuş tarixdə gəlməmələrinə səbəb olduğunu, habelə laboratoriyada elektroensefaloqrafiya müayinəsi və ambulator xəstələrin qəbulunun aparıldığını, bu səbəbdən laboratoriyanın işçilərinin kliniki müayinələrlə yüklənmiş olduğunu, müayinələrin və laboratoriya işlərinin nizamlanması üçün 1 laborant kifayət etmədiyini, Laboratoriyanın kiçik elmi işçiləri İskəndərova Hasilə və Rzayeva Xatirənin tam iş vaxtı, İddiaçı natamam iş vaxtı işlədiyini (saat 13.00-17.12 dək) qeyd edərək, laboratoriyaya işlərinin tənzimləməsində köməklik göstərilməsini xahiş etmişdir. Kliniki neyrofiziologiya laboratoriyasının rəhbəri E.Mustafayevanın xx.xx.2025-ci il tarixli 74 saylı Təqdimatı nəzərə alınaraq, xx.xx.2025-ci il tarixli 008 saylı əmrlə Klinki neyrofiziologiya laboratoriyasının bütün həkimlərinin əsas iş yeri olaraq bütün iş günü ərzində işləmələrinin təmin edilməsi qərara alınmış və İnsan resursları şöbəsinə tapşırılmışdır ki, bu əmrin icrası ilə bağlı müvafiq yazılı xəbərdarlıqların hazırlanıb göndərilməsi təmin edilsin. Eyni zamanda İddiaçı publik hüquqi şəxs adından xx.xx.2025-ci il tarixli, 71 saylı bildiriş göndərilmiş, həmin bildirişdə təqribi 20 il müddət keçsə də, fəlsəfə doktorluq elmi işinin təsdiqlənməməsi, yalnız 2023-cü ildə dissertasiya ilkin müzakirə edilsə də, 2024-cü ildə ilkin sənədlərin yoxlanışının həyata keçirə bilməməsi, iddiaçının 1 ştat vahidi ilə işləməsinə baxmayaraq, il ərzində təqdim etdiyi elmi məqalələrin böyük əksəriyyətinin İnstitutun elmi istiqamətinə uyğun olmaması, habelə praktiki fəaliyyətinin digər elmi işçilərlə nisbətdə az olduğu müqayisələrlə göstərilmiş, son zamanlar Publik hüquqi şəxsə müraciət edən pasiyentlərin sayı artdığından müalicə və müayinə həkimlərinin iş həcminin əhəmiyyətli dərəcədə artması səbəbindən tibbi xidmətin göstərilməsində çətinliklər yarandığı, xəstələrin, xüsusən də Vətən müharibəsi iştirakçılarının müraciətlərinin sayının artması fonunda Klinki neyrofiziologiya laboratoriyasının həkimlərinin iş həcmi çoxaldığından pasiyentlərin uzun müddət növbə gözləməli olduğu və onların narazılıqlarına səbəb olduğu, bunun da, öz növbəsində, çalışdığı laboratoriyada əməyin təşkilində müvafiq dəyişikliklər edilməsini zəruri etdiyi bildirilmiş, onun əmək şəraitinin şərtləri dəyişdirilməklə bütün iş günü ərzində Publik hüquqi şəxsdə işləməsinə və ya 0.5 ştat vahidi işə keçirilməklə digər 0.5 ştat vahidinə əlavə həkim götürülməsinə zəruriyyət yarandığı qeyd edilmiş, Azərbaycan Respublikası Əmək Məcələsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən, əmək şəraitinin şərtlərinin dəyişdirilərək tam iş rejimi əsasında Publik hüquqi şəxsdə işləməsinə əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 ay müddəti ərzində münasibət bildirməyi xahiş edilmişdir. Həmin maddənin 2-ci hissəsində qeyd edilmişdir ki, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin c bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Həmin bildirişə cavab olaraq İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, məktub ona təqdim olunsa da, orada yazılanlar ona aydın deyil, əmək şəraitinin dəyişdirilməsi ilə bağlı əmr yoxdur, ona məktub rəsmi, blankda çap olunmaqla kargüzarlıq qaydalarına uyğun təqdim olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsində qeyd edilir ki, başqa işə keçirilmə və buna müvafiq digər halların sənədləşdirilməsi Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Yəni bu, işəgötürənin diskresion səlahiyyətidir. İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsində qeyd olunanlarla bağlı bildirmək lazımdır ki, ona təqdim olunmuş bildiriş geniş şəkildə, oxunaqlı dildə, müvafiq əsaslandırmalarla tərtib olunmuş, eləcə də X31 ondan istəyi dəqiq və aydın göstərilmişdir. Əlavə olaraq onu da bildirim ki, işəgötürənin iddiaçını yazılı şəkildə xəbərdar etməsinə baxmayaraq, İddiaçı 1 ay ərzində bildirişdə nəzərdə tutulan təkliflə bağlı heç bir münasibət bildirməmişdir. Bundan sonra, İddiaçı xx.xx.2025-ci il tarixli 141 saylı daha bir bildiriş məlumatlandırma ƏMAS üzərindən göndərilmiş, və qeyd olunmuşdur ki, “Sizə xx.xx.2025-ci il tarixli 71 saylı məktubla məlumat vermişdik ki, əmək şəraitinizin şərtlərinin dəyişdirilərək tam iş rejimi əsasında Publik hüquqi şəxsdə işləməyinizə və ya 0.5 ştat vahidinə işə keçirilmənizə əmək qanunvericiliyində nəzərdə tutulmuş müddət ərzində münasibət bildirəsiniz. Həmin 1 aylıq müddətin bitməsinə baxmayaraq yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmisiniz. Nəzərinizə çatdırırıq ki, xx.xx.2025-ci il tarixindən etibarən Sizinlə bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Publik hüquqi şəxsdə 09:00dan 17:00-dək tam iş vaxtı işdə olmağınız tələb olunur. Əks halda, barənizdə əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq intizam tənbehi tədbirləri görüləcəkdir.” Onu da qeyd edir ki, İddiaçı bu bildirişə də hər hansı bir münasibət bildirməmiş, yenə əvvəlki qayda ilə işə gəlməyə davam etmişdir. Bundan başqa, maraqlı məqamlardan biri də odur ki, Kliniki neyrofiziologiya laboratoriyasının müdiri X3 Tədqiqat X28nun Baş direktoru X6 ünvanladığı xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli təqdimatlarda Klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçisi İddiaçı qeyd edilən tarixlərində saat 09:00-dan 13:00-dək heç bir xəbərdarlıq etmədən, üzrlü səbəb olmadan işə gəlmədiyi qeyd edilmiş və tədbir görülməsi xahiş edilmişdir. İddiaçı göstərilən saatlarda işdə olmadığı Face Control (Üz tanınma) aparatından həmin tarixlərdə alınmış çıxarışla da təsdiq olunur. X31 direktoru yuxarıdakı məsələnin Nizam İntizam Komissiyasında araşdırılmasını tapşırmışdır. Nizam İntizam Komissiyasının keçirdiyi xx.xx.2025-ci il tarixli iclasda məsələ İddiaçı iştirakı ilə müzakirə olunmuş və İddiaçı şifahi izahatı dinlənilmiş, sonuncu özünü təqsirli bilməmişdir, yazılı izahat verməkdən imtina etmişdir. Nizam İntizam Komissiyasının qərarı ilə İddiaçı iclasda deyilənlərə münasibət bildirməsi və yazılı izahat verməsi üçün xx.xx.2025-ci il tarixinədək vaxt verilmişdir. Lakin həmin tarixədək İddiaçı yazılı izahat verməmiş, xx.xx.2025-ci il tarixində də ona bir daha təklif edilməsinə baxmayaraq, yazılı izahat verməkdən imtina etmiş, bu barədə Nizam İntizam Komissiyasının protokolunda qeyd edilmiş, eləcə də müvafiq qaydada akt tərtib edilmişdir. Nizam İntizam Komissiyasının qərarı ilə İddiaçı intizam tənbehinin verilməsi rəhbərliyə təklif edilmişdir. X31 xx.xx.2025-ci il tarixli 034 saylı əmri ilə İddiaçı xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində saat 09:00-dan saat 13:00- dək üzrlü səbəb olmadan işdə olmadığına görə Azərbaycan Respublikası Əmək Məcələsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İddiaçı həmin intizam tənbehindən heç bir nəticə çıxarmamış, yenə də əvvəlki qayda ilə hər iş günü saat 13:00dan sonra işə gəlməyə davam etmişdir. Klinik neyrofiziologiya laboratoriya şöbəsinin müdiri E.Mustafayevanın İnstitutun direktoruna ünvanladığı xx.xx.2025-ci il və xx.xx.2025ci il tarixli təqdimatlarda Klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçisi İddiaçı müvafiq olaraq həmin tarixlərdə saat 09:00-dan 13:00-dək heç bir xəbərdarlıq etmədən işə gəlmədiyi bildirilmiş və tədbir görülməsi xahiş edilmişdir. İddiaçı göstərilən saatlarda işdə olmadığı də Face Control (Üz tanınma) aparatından həmin tarixlərdə alınmış çıxarışla da təsdiq olunur. X31 direktoru məsələnin Nizam İntizam Komissiyasında araşdırılmasını tapşırmışdır və bununla bağlı İddiaçı xx.xx.2025-ci il tarixli yazılı izahatı alınmışdır. Nizam İntizam Komissiyasının xx.xx.2025-ci il tarixli iclasında xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarxili təqdimatlar müzakirə olunmuşdur. İddiaçı komissiya iclasının müzakirəsinə çıxarılan məsələ, vaxtı və yeri barədə məlumat verilməsinə və onun həmin vaxt işdə olmasına baxmayaraq, komissiyanın iclasında iştirak etməmişdir. və Nizam İntizam Komissiyasının qərarı ilə İddiaçı intizam tənbehinin verilməsi rəhbərliyə təklif edilmişdir. Publik hüuqi şəxsin xx.xx.2025-ci il tarixli 049 saylı “İnzibati tənbehin verilməsi haqqında” Əmri ilə İddiaçı xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə saat 09:00-dan saat 13:00-dək üzrlü səbəb olmadan işdə olmadığına görə Azərbaycan Respublikası Əmək Məcələsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçının “yeni” əmək şəraitinin şərtləri sonuncunun əmək funksiyalarına münasibətdə hər hansı dəyişiklik yaratmadığından cavabdehin xx.xx.2025ci il tarixli bildirişinin sadəcə olaraq əhəmiyyətsiz, heç bir hüquqi nəticə yaratmayan bir sənəd olması barədə iddiası da tam əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Digər tərəfdən, İddiaçı ilə bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdehdə onun iş vaxtı saat 09:00-dan 17:00-dəkdir. İddiaçı əsas iş yeri olduğu X31 iş vaxtına düşən saatlarda, yəni saat 09:00-dan saat 13:06-dək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda əlavə iş yeri olmaqla əvəzçiliklə işləyir. İddiaçı bu müddət ərzində faktiki olaraq tam olmayan iş vaxtı ilə cavabdehdə işləməsinə baxmayaraq, tam əmək haqqı almışdır. Əmək Məcələsinin 58-ci maddəsinin 3-cü bəndinə əsasən, iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Başqa sözlə, iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə razılıq verilməsi işəgötürənin hüququdur. İş vaxtı ərzində əvəzçilik üzrə işləməyə razılıq verən işəgötürən əlbəttə ki, istənilən vaxt bu icazəni geri götürə bilər və həmin razılıqdan imtina etməyə haqlıdır. İşçi isə əsas işə mane olmamalıdır, iş vaxtı pozulmamalıdır və müəssisənin maraqlarına uyğun davranmalıdır. Daha sonra Kliniki neyrofiziologiya laboratoriyasının müdiri X13 tərəfindən ETTBİ-nin Baş Direktoru Mətanət Əfəndiyevaya ünvanlanılan 196 saylı, xx.xx.2025-ci il tarixli Təqdimatda kliniki neyrofiziologiya laboratoriyasının böyük elmi işçisi İddiaçı xx.xx.2025xx.xx.2025; xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində saat 09:00-dan xəbərdarlıq etmədən işə getmədiyi, bununla əlaqədar tədbir görülməsi qeyd edilmişdir. xx.xx.2025-ci ildə Nizam İntizam Komissiyasında keçirilən iclasda yuxarıda qeyd edilən məsələ müzakirə olunmuşdur. İşçinin işə gəlməmə faktı 7 may tarixində göndərilmiş təqdimat əsasında 8 may tarixində qeyd edilsə də, onun bu barədə izahat vermə və əsasları təqdim etmə imkanı yalnız 30 iyunda yaranmışdır. Beləliklə, 15 iyul 2025-ci il tarixli 085 №-li “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” Əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin ə bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş inzibati tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə həmin Məcəllənin 70-ci maddəsinin ç bəndi ilə ETTBİ X31 Klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçisi İddiaçı ilə bağlanılmış əmək müqaviləsi 15 iyul 2025-ci il tarixindən ləğv edilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Bundan əlavə, hörmətli məhkəmənin diqqətinə onu da çatdırmağı vacib hesab edirlər ki, Azərbaycan Respublikası Əmək Məcələsinin 72-ci maddəsinin “ə” bəndi işçinin əmək funksiyasını pozduğuna görə əvvələr işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması onunla bağlanılmış əmək müqaviləsini ləğv etməyə hüquqi imkan yaratsa da, konkret bu işlə bağlı cavabdehin iddiaçını ikinci intizam tənbehi ilə işdən çıxartmağa tam hüquqi əsası olsa da, bunu etməmiş, iddiaçının uzun illər publik hüquqi şəxsdə işləməsi və ailə vəziyyəti nəzərə alınaraq, onun barəsində humanist mövqe tutulmuş və ona yenidən töhmət verilməsi növündə intizam tənbehi seçilmişdir. Odur ki, bütün qeyd edilən bütün əsaslar onu göstərir ki, iddiaçı tərəfindən irəli sürülən iddiaların hər biri tam əsassız olmaqla heç bir hüquqi əhəmiyyət daşımır və M.Mərziyyənin iddia tələbi təmin edilməməlidir.

Tərəflərin izahatları

Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizələrinə uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, cavabdeh tərəfindən ona qarşı sistematik və təşkilatlanmış şəkildə kampaniya aparılıb, nəticədə qanunsuz əmrlə əmək müqaviləsinə xitam verilib. Halbuki o, uzun müddət ərzində qüsursuz fəaliyyət göstərib. Əmək şəraitinin dəyişdirilməsi barədə əmrin mövcudluğundan ancaq ona töhmət veriləndə xəbər tutub. Əvvəllər də onun əmək haqqı düzgün hesablanmayıb, bununla bağlı işəgötürən cəzalandırılıb. Cavabdeh onun əmək hüquqlarını kobud şəkildə pozub, qanuni məzuniyyət hüququndan istifadə etməyə şərait yaratmayıb. Bütün bunlar onun digər bir neçə əməkdaşla birlikdə müxtəlif struktur qurumlarına işəgötürənin qanunsuz əməlləri ilə bağlı haqlı şikayət ərizələri ilə müraciət etməsindən sonra baş tutub. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizələrinə uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, cavabdeh tərəfindən əmrlərin hər birinin qəbul edilməsi qanun pozuntuları ilə müşayiət olunub. İddiaçı əmrlərin mətnləri ilə tanış edilməyib. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı iddiaçıya bildiriş göndəriləndən sonra, onun münasibəti gözlənilmədən əmr qəbul edilib. İddiaçının istirahət hüququ da kobud şəkildə pozulub. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil2 ayrı-ayrılıqda etirazların məzmununa uyğun izahat verərək iddiaların əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. Qeyd etdilər ki, mrlərdə hər hansı qanunsuzluq və uyğunsuzluq yoxdur. İddiaçı dəfələrlə xəbərdar edilməsinə, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə əmrin qəbul edilməsindən məlumatlı olmasına baxmayaraq, işə dəfələrlə vaxtında gəlməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki iddialar aşağıda qeyd ollunanlara əsasən rədd edilməlidir.

Mülki işin materialları:

- İddiaçı ilə bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, onun "X16 İnstitutu" publik hüquqi şəxsdə iş vaxtı saat 09:00-dan 17:00-dəkdir - "X16 İnstitutu" X31 direktoru R.Əkəbrovun imzaladığı xx.xx.2022-ci il tarixli arayışıdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2007-ci il tarixdən “X16 X1 Laboratoriyası şöbəsində böyük elmi isci vəzifəsində çalışır və başqa yerdə əvəzçilik üzrə işləməsinə etiraz edilmir. - Klinik neyrofiziologiya laboratoriya şöbəsinin müdiri X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli təqdimatdan görünür ki, kliniki neyrofiziologiya laboratoriyasında ENMQ müayinəsinə göndərilən pasiyentlər öncədən növbəyə götürülür. Hal- hazırda növbə xx.xx.2025-ci il tarixinə çatıb. Buda pasiyentlərin ədalətli narazılığına və bir çox hallarda isə müayinədən imtina etməsinə və təyin olunmuş tarixdə gəlməməyə səbəb olur. Bununla yanaşı laboratoriyada elektroensefaloqrafiya müayinəsi və ambulator xəstələrin qəbulu aparılır. Bu səbəbdən laboratoriyanın işçiləri kliniki müayinələrlə yüklənmiş olurlar. Eyni zamanda müayinələrin və laboratoriya işlərinin nizamlanması üçün 1 laborant kifayət etmir. Laboratoriyanın kiçik elmi işçiləri İskəndərova Hasilə və Rzayeva Xatirə tam iş vaxtı, böyük elmi işci İddiaçı Azərbaycan X5 İnstitutunda işlədiyi üçün razılaşmaya əsasən natamam iş vaxtı işləyir (saat 13.00-17.12 dək). Yuxarıda göstərilənləri nəzərə alaraq laboratoriyaya işlərinin tənzimləməsində köməklik edilməsi xahiş edilir. - "X16 İnstitutu" X31 dirktoru tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Siz 2005-ci ildə ETTBİ əyani aspiranturasına daxil olmuş, aspirantura müddəti bitdikdən sonra kiçik elmi işci kimi institutun Klinki neyrofiziologiya laboratoriyasına qəbul edilmiş, xx.xx.2007-ci il tarixdən Publik hüquqi şəxsdə əsas iş yeri olmaqla Klinikineyrofizioloji laboratoriyasının böyük elmi işçisi vəzifəsində çalışırsız. Sizinlə bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Publik hüquqi şəxsdə iş vaxtınız saat 09:00-dan 17:00-dəkdir. Müraciətiniz əsasında Publik hüquqi şəxs tərəfindən Sizə verilmiş xx.xx.2022-ci il tarixli 41 saylı icazə əsasında başqa yerdə əvəzçilik üzrə işləmənizə etiraz edilməmişdir. Siz əsas iş yeriniz olan X31 iş vaxtına düşən saat 09:00-dan saat 13:06- dək Ə.Əliyev adma Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda əlavə iş yeri olmaqla əvəzçiliklkə işləyirsiniz. Fəlsəfə doktoruq elmi işinin təsdiqinin 20 ilə yaxın müddət keçməsinə baxmayaraq, yalnız 2023-cü ildə dissertasiyanın ilkin müzakirə etdirə, 2024-cü ildə isə ilkin sənədlərinin yoxlanışını həyata keçirə bilmişiniz. Sizin 1 ştat vahidi ilə işləməyinizə baxmayaraq, il ərzində təqdim etdiyiniz elmi məqalələrin böyük əksəriyyəti İnstitutun elmi istiqaməti və profilinə uyğun deyildir. Bundan əlavə, diqqətinizə çatdırırıq ki, Publik hüquqi şəxsdə il ərzində praktiki fəaliyyətiniz digər elmi işçilərlə müqayisədə əhəmiyyətli dərəcədə azdır. Belə ki, 2024-cü il ərzində cəmi 95 pasiyent qəbul etmişiniz, kliniki neyrofiziologiya laboratoriyasının əsas fəaliyyətini təşkil edən elektroneyromioqrafiya müayinəsini isə yalnız 54 xəstədə (133 xidmət) aparmısınız. Müqayisə üçün 2024-cü ildə laboratoriyanın rəhbəri 182 pasiyentdə elekrtoneyromioqrafiya müayinəsi aparmış (462 xidmət), 1351 ambulator xəstə müayinə və müalicə etmişdir, kiçik elmi işci İskəndərova H. 492 pasiyentdə elekrtoneyromioqrafiya (1025 xidmət göstərilmiş) müayinəsi aparmış, 1280 ambulator xəstə, kiçik elmi işçi Rzayeva X. 398 pasiyentdə elekrtoneyromioqrafiya (979 xidmət göstərilmiş) müayinəsi aparmış, 885 ambulator xəstə müayinə və müalicə etmişdir. Diqqətinizə çatdırırıq ki, son zamanlar Publik hüquqi şəxsə müraciət edən pasiyentlərin artan sayı səbəbindən müalicə və müayinə həkimlərinin iş həcminin əhəmiyyətli dərəcədə artması nəzticəsində onlara tibbi xidmətin göstərilməsində müəyyən çətinliklər yaranmaqdadır. Belə ki, xəstələrin, xüsusən də Vətən müharibəsi iştirakçılarının müraciətlərinin sayının artması fonunda Klinki neyrofiziologiya laboratoriyasının həkimlərinin iş həcmi çoxaldığından pasiyentlər uzun müddət növbə gözləməli olurlar ki, bu da onların haqlı narazılıqlarına səbəb olur. Odur ki, Sizin əmək şəraitinin şərtləri dəyişdirilməklə bütün iş günü ərzində Publik hüquqi şəxsdə işləməyinizə zəruriyyət yaranmışdır. Şərh olunanlara əsasən, Sizin əmək şəraitinin şərtlərinin dəyişdirilərək tam iş ejimi əsasında Publik hüquqi şəxsdə işləməyinizə əmək qanunvericiliyində nəzərdə utulmuş müddət ərzində münasibət bildirməyinizi xahiş edirik. - "X16 İnstitutu" X31 xx.xx.2025-ci il tarixli 008 saylı "Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi haqqında əmrindən görünür ki, son zamanlar "X16 İnstitutu" Publik hüquqi şəxsə müraciət edən pasiyentlərin sayının artması səbəbindən Kliniki-neyrofizioloji laboratoriya və müayinə həkimlərinin iş həcminin əhəmiyyətli dərəcədə artması pasiyentlərə tibbi xidmətin göstərilməsində müəyyən çətinliklər yaranmaqdadır, xəstələrin, xüsusən də Vətən müharibəsi iştirakçılarının müraciətlərinin sayının artması fonunda Klinki neyrofiziologiya laboratoriyasının həkimlərinin iş həcmi çoxaldığından pasiyentlər uzun müddət növbə gözləməli olurlar ki, bu da onların haqlı narazılıqlarına səbəb olur. Bu da laboratoriyada əsas və əvəzçiliklə işləyən həkimlərin əməyin təşkilində müvafiq dəyişikliklər edilməsini zəruri edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin tələblərini rəhbər tutaraq "X16 İnstitutu" X31 Klinki neyrofiziologiya laboratoriyasının bütün işçilərinin əsas iş yeri olaraq bütün iş günü ərzində işləmələrinin təmin edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi əsas kimi Kliniki Neyrofiziologiya laboratoriyasının şöbə müdirinin 74 №-li xx.xx.2025-ci il tarixli təqdimatı göstərilmişdir. - İddiaçıya ünvanlanmış xx.xx.2025-ci tarixli bildirişdən görünür ki, ona xx.xx.2025-ci il tarixli 71 saylı məktubla məlumat verilmişdir ki, əmək şəraitinizin şərtlərinin dəyişdirilərək tam iş rejimi əsasında Publik hüquqi şəxsdə işləməyinizə və ya 0.5 ştat vahidinə işə keçirilməsinə əmək qanunvericiliyində nəzərdə tutulmuş müddət ərzində münasibət bildirsin. Həmin 1 aylıq müddətin bitməsinə baxmayaraq yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməmişdir. Ondan xx.xx.2025-ci il tarixindən etibarən onlan bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Publik hüquqi şəxsdə 09:00-dan 17:00- dək lam iş vaxtı işdə olmağınız tələb olunur. Əks halda, barəsində əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq intizam tənbehi tədbirləri görüləcəkdir. - İddiaçının “X35 Bəıpa İnstitutu” X31 Baş direktoru Mətanət Əfəndiyevaya ünvanladığı məktubda göstərilir ki, « Sizə bildirirəm ki, 14 fevral 2025-ci il tarixində mənə qəbul şöbəsi tərəfindən sizin mənə ünvanladığınız 71 saylı müraciət məktubu təqdim edildi, məktubun sonuncu abzasında qeyd edılmişdir ki, mənim əmək şəraitim dəyişdirilərək tam ış rejimi əsasında işləmək üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş müddət ərzində buna münasibət bildirim. Müvafiq olaraq elə həmin gün məktubu aldıqdan sonra mən 14 fevral 2025-ci il tarixli məktub mla münasibət bildirdim ki, əmək şəraitinin dəyişdirilməsi barədə əmriniz yoxdur, bu səbəbdən əmək şəraitim dəyişməmişdir, sizin məktubdaki bəndlərə isə aydınlıq gətirərək o şərtlərin mənə aid olmadığını bildirirəm: Bildirmək istəyirəm 3-cü və 4-cü abzasda yazdığınız dissertasiyama dair məsələlər qəti şəkildə mənim tutduğum vəzifəyə aid deyildir, bunu mənə nə üçün yazınısınız aydın deyil. Tutduğum vəzifəyə müəssisənin nəzdində yaradılan attestasiya komissiyası tərəfindən müsabiqə yolu ilə 2022-ci ilin iyul ayındakı iclasda Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetin Qərarı /2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə/ Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalan-na əsasən "Maddə 2 4 İşçinin tutduğu vəzifəyə uvğünluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır" böyük elmi İşçi vəzifəsinə uyğun olduğum qərarı verilmişdir. Maddə 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Əmək məcəlləsi Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri, bənd 2. Yalnız miivajiq iş yerində azı bir il çalışan işçilər altestasiyadaıı keçirilə bilər. Hər bir işçi iiç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. - yəni yalnız 5 ildən sonra siz bu qərarı və ya mənim tutduğum vəzifəni müzakirə edə bilərsiniz. 5-ci abzasda yazdıqlannız isə ümumiyyətlə Əmək müqaviləmə ziddiyyət daşıyır ki, bu barədə sizə və kadrlar şöbəsinin müdirinə dəfələrlə müraciət etmişəm, nədənsə mənim müraciətlərimə yalnız mən rəsmi ənıək müfəttişliyinə əmək münasibətləri və hüquqlarım pozulmasına dair şikayət etdikdən sonra baxmaq qərarı verirsiniz. Məlumatınız üçün bildirirəm ki, bu barədə rəsmi şikayətlərim var Səhiyyə Nazirliyinə, həm də Əmək Müfəttişliyinə və hər iki qurumda rəsmi bu məsələyə baxılır, sız attestasiya keçmiş işçinin müqaviləsinə xitam yalnız məhkəmə yolu ilə verə bilərsiniz. Bu abzasda yazmısız ki, böyük elmi işçi az xəstəyə baxır- ümumiyyətlə mənim xəstəyə baxmaq funksiyam əmək müqaviləmdə qeyd edilibmi? Xeyr edilməyib. Bəs niyə siz bunu məndən tələb edirsiz? Əmək funksiyamda mən sizdən tələb edə bilərəm ki, qeyd etdiyiniz kimi, xəstələrə baxmışam və siz qanunu pozaraq həkim funksiyamı müqaviləmə əlavə etməkdən imtina edirsiz və mənə bu xidmətə müvafiq olaraq əmək haqqı vermirsiniz. Ayrı bir məsələdir kj, ümumiyyətlə əmək şəraitimi (zərərlini normala) və sabit əmək haqqısına əlavələrimi qeyri qanuni şəkildə dəyişməyə cəhd göstənnisiz, buna da yol verməmişəm, imtina etmişəm dəyişməyə, qanunla əmək haqqını azalda bilməzsiniz, buna xüsusi əsasınız olmalıdır, bu əsas bizə göstərilməyib Xəstəyə baxmaq və gündəlik normativlər həkimlər üçün qanunvericiliklə tənzimlənir, buna dair müvafiq akt və sənədlər təqdim etməlisiniz və yaxud işçinin vəzifə təlimatına əlavə etməlisiniz ki, bu da yoxdur. Bu səbəbdən xəstələrə baxmaq mənim fəaliyyət istiqamətim olmadığı üçün bunu fəaliyyətim kimi başqa aşağı ranqlı işçilərlə müqayisə edə bilməzsiniz, xüsusilə bu abzasdaki cümlələriniz kollektiv müqavilərizdəki işçiyə qarşı olan haqqsızlıq və istismar kimi qiymətləndirilə bilər. Fəaliyyətimə dair son hesabatımı da təqdim etmişəm və elmi şurada həmin hesabat əksik şəkildə məlumatlarım sılinərək təqdim edilmişdir. Bu barədə də ərizə yazmışam sizə, lakin əhəmiyyət verməmisiniz. O ki qaldı iş saatlarına, əsas iş yerində iş saatlarında xarici əvəzçilik üzrə işləməyə dair müvafiq icazəm alınmışdır və təqdim edilmişdir və buna müvafiq əvəzçilik üzrə müqavilə bağlanmışdır. Əgər bu icazəni ləğv etmisınızsə, xahiş edirəm o ləğvin sürətini mənə təqdim edin, yoxdursa mənə əsassız şərtlərin dəyişməsini xüsusilə yuxarıdaki faktlarla gətirə bilməzsiniz. Eləcə də ləğv edilibsə o icazə barədə rəsmi yazılı məlumat təqdim etməlisiniz mənə, çünki razılaşma yolu və icazə əsasında əvəzçilik üzrə əmək münasibəti yaranmışdır, əmək münasibətinin əsas ış yerində dəyişməsi əvəzçilik üzrə də əmək münasibətlərinin dəyişməsinə səbəb ola bilər, bu səbəbdən rəsmi sənəd təqdim etməlisiniz. Mən bu əmək şəraitində sizin rəhbərliyinizlə 1 il 2 aydır çalışıram, necə oldu ki, siz mənə xitam verməyi yalnız mən şikayət etdikdən sonra xəbərdarlıq edirsiz. Hazırda mənə qarşı əsas iş yerində olan bütün əmək pozuntuları haqqında araşdırma aparılır Bakı şəhəri əmək müfəttişliyində və şikayətimin növbəti günü mənim müqaviləmə xitam verməyə cəhd etmək istəyirsiniz. Əmək müfəttişi bildirdi ki, əmək şəraitiniz müqavilədə göstərilmişdir, onun dəyişməsi faktı yoxdur, eləcə də keçmiş direktorlar yalnız işəgötürənin və ya müəssisənin təmsilçisidir, yeni gələn direktor müəssisənin və ya işəgötürənin qərarını əsassız dəyişdirə bilməz. Bundan əlavə Əmək Məcəlləsi birmənalı deyir ki, şərtlər müddətsiz müqavilədə işçi üə razılaşdırılmalıdır. Ümid edirəm ki, bütün göstərdiyim qanunlarla yenidən tamş olub mənim şikayət ərizəmə cavab verəcəksiniz, və şikayətimə baxılan dövrdə qeyri-qanuni hərəkətlər etməkdən çəkinəcəksiniz - Klinik neyrofiziologiya laboratoriya şöbəsinin müdiri X13 tərəfindən verilmiş təqdimatlardan görünür ki, Klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçisi İddiaçı xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-xx.xx.2025; xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində saat 09-00 -dan heç bir xəbərdarlıq etmədən işə gəlməmişdir. Tədbir görülməsini xahiş edir. - İddiaçının verilmiş təqdimatlara dair xx.xx.2025-ci il tarixli izahatında göstərilmişdir ki, mənim əsas iş yerim 1 ştat vahidi Elmi Tədqiqat X28 PHŞ-da 09.00- 17.00-dək, xarici əvəzçilık üzrə isə Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu rəsmi əvvəlkı işəgötürən tərəfindən icazə verildiyi üçün 0.5 ştat vahidi 09.00-12.36-dək rəsmi müqavilə ilə çalışıram. Beləliklə, mən səhər əvəzçilik iş yerimə, sonra isə əsas iş yerimə gəlirəm. Bu səbəbdən üztanıma qoşulduq da mənim iş saatlarımı müvafiq olaraq 13.30- 17.00 qeyd etmişdir kadrlar şöbəsinin müdiri Vüsalə Məmmədli. Siz 1 il bu cür işlədikdən və keçdikdən sonra mənim iş şəraitim barədə mənə bildiritsiz ki, mən bu əvəzçilik iş yerinə getməyim və bütöv əsas iş yerinə gəlim, əsas gətirirsiz ki, xəstə sayı çoxalıb, və mən xəstələrə baxmaq üçün bütün gün işdə olmalıyam. Xatırladıram ki, mənim müqaviləmdə mənim funksiyalarım yazılmadığı üçün Səhiyyə nazirliyinə, Əmək müfəttişliyinə həm kollektiv, həm də fərdi şikayətlər etmişəm, bundan əlavə 14 mart, 17 mart tarixlərində yenidən qanunsuz hərəkətlərinizə görə mən Səhiyyə nazirliyinə şikayətlər yazmışam həmin elə mart ayındaki mənə yazdığınız məktublarla bağlı. Hazırda mənə qarşı mənim şikayətlərimdən sonra aparılan qanunsuz hərəkətlərinizdən və qeyri qanuni iş aparan başda müaviniz olan Namiq Həsənov və kadrlar şöbəsinin müdiri Vüsalə Məmmədli, hüquqşünas Rəcəb Nürəli olan İntizam Komissiyanızdan mənə töhmət verilməsi üçün təqdimatları ilə əlaqəli mediasiya prosesi üçün mediasiya təklifi vermişəm, mənə cavab verilmədən ona əsassız təqdimatlar yazılır və siz məni işləməyə qoymayaraq dəfələrlə izahatlar istəyirsiniz. - "X16 İnstitutu' X31 HİK sədrinin iddiaçıya ünvanladığı cavab məktubunda göstərilmişdir ki, HİK-in əvvəlki sədrinə ünvanladığınız məktubunuza cavab olaraq aşağıdakıları bildiririk.Ərizənizdə qeyd olunanlar digər dövlət orqanlarına, o cümlədən də Səhiyyə Nazirliyinə ünvanladığınız şikayət ərizələrində göstərdiklərinizlə demək olar ki, evtıi məzmundadır. Sizə də məlum olduğu kimi, həmin şikayət ərizələriniz iştirakınızla Səhiyyə Nazirliyi tərəfindən araşdırılmış və göstərdikləriniz öz təsdiqini tapmamışdır. Diqqətinizə çatdırırıq ki, hüquqlarınızın pozulması ilə bağlı etdiyiniz müraciətlər sizi intizam xətasına yol verilməsinə görə intizam cəzasından azad etmir, institutun hər bir işçisi kimi, sizin də barənizdə intizam pozuntusuna yol vermənizlə bağlı təqdimatlar rəhbərlik tərəfindən hərtərəfli, tam və şəffaf şəkildə iştirakınızla araşdırılması üçün Nizam İntizam Komissiyasına göndərilir. Konkret araşdırılma ilə bağlı Komissiyanın rəyinə münasibət bildirmək, hər hansı bir intizam cəzası vermək və ya intizam cəzası verməkdən imtina etmək isə işəgötürənin səlahiyyətindədir. Eləcə də, məlumat üçün bildirirəm ki, hər hansı bir qurum və ya hüqün mühafizə orqanları tərəfindən şikayətləriniz üzrə aparılan araşdırma barənizdə əmək qanunvericliyinin tələblərinə müvfaiq olaraq intizam tənbehinin verilməsini istisna etmir. - "X16 İnstitutu" X31 xx.xx.2025-ci il tarixli 034 saylı əmrindən görünür ki, Klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçisi İddiaçı xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə saat 13:00-dək üzürlü səbəb olmadan işdə olmamışdır. Qeyd olunanlar İddiaçı iştirakı ilə Nizam İntizam Komissiyasının xx.xx.2025-ci il tarixli iclasında hərtərəfli şəkildə müzakirə olunmuş, İddiaçı şifahi izahatı dinlənilmişdir. İddiaçı yazılı izahat verməkdən imtina etmişdir. İddiaçı xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində saat 13:00-dək üzürlü səbəb olmadan işdə olmadığı təsdiq olunmuşdur. Beləliklə, İddiaçı X31 nizam-intizamının zəiflədilməsinə səbəb olan hərəkətlərə yol vermişdir. Göstərilənlərə əsasən klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçisi İddiaçı töhmət verilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi təqdimatlar, protokollar, çıxarış, akt göstərilmişdir. - "X16 İnstitutu" X31 xx.xx.2025-ci il tarixli 049 saylı əmrindən görünür ki, "X16 İnstitutu" X31 Klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçisi İddiaçı xx.xx.2025- xx.xx.2025 ci il tarixlərdə saat 09:00-dan saat 13:00-dək üzürlü səbəb olmadan işdə olmamışdır. Qeyd olunanlar Klinik neyrofiziologiya laboratoriya şöbəsinin mudiri E.Mustafayevanın xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli təqdimatları, eləcə də Face Control (Üz tanınma) aparatından həmin tarixlərdə alınmış çıxarışlarla da təsdiq olunur. Bununla bağlı xx.xx.2025-ci il tarixli yazılı izahatında İddiaçı həmin təqdimatlarda göstərilənlərlə əlaqədar özünü təqsirli bilməmişdir. Qeyd olunanlar Nizam İntizam Komissiyasının xx.xx.2025-cı ıl tarixli iclasında hərtərəfli şəkildə müzakirə olunmuşdur. X31 xx.xx.2025-ci il tarixli 034 saylı əmri ilə xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025ci il tarixlərində saat 09:00-dan saat 13:00-dək üzürlü səbəb olmadan işdə olmadığına görə Klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçisi İddiaçı töhmət verilməsinə baxmayaraq, işçi bunlardan nəticə çıxarmamış, eyni hərəkətlərini təkrar etmişdir. Beləliklə, İddiaçı X31 nizam-intizamının zəiflədilməsinə səbəb olan hərəkətlərə yol vermişdir. Göstərilənlərə əsasən Klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçisi İddiaçı qızma sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi təqdimatlar, protokollar, çıxarış, akt göstərilmişdir. -"X16 İnstitutu' X31 HİK-nin yığıncının xx.xx.2025-ci il tarixli 28 saylı protokolundan görünür ki, Klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsinə razılıq verilmişdir. - "X16 İnstitutu" X31 xx.xx.2025-ci il tarixli 085 saylı əmrindən görünür ki, "X16 İnstitutu" X31 Klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilmiş və o tutduğu vəzifəsindən azad edilmişdir. Əmrin verilməsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin «ə» bəndi, xx.xx.2025-ci il tarixli 034 saylı, xx.xx.2025-ci il tarixli 049 saylı əmrləri, xx.xx.2025ci il tarixli təqdimat, Face Control (Üz tanınma) aparatından çıxrışlar, Nizam-İntizam komissiyasının xx.xx.2025-ci il tarixli iclasının protokolu, iddiaçının xx.xx.2025-ci il tarixli izahatı, Baş direktorun xx.xx.2025-ci il tarixi 274 saylı təqdimatı, HİK-nin yığıncının xx.xx.2025-ci il tarixli 28 saylı protokolu göstərilmişdir.

Mülki işə tətbiq edillən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X14 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə, müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinin 3-cü hisəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi (kontraktı) üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsipinə əsaslanır. - 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. - 3-cü maddəsinin 11-ci bəndinə əsasən, əmək şəraiti – işçinin öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirmək üçün minimum normaları bu Məcəllədə nəzərdə tutulan, habelə əmək müqaviləsində (kollektiv müqavilədə, sazişdə) tərəflərin özləri müəyyən etdiyi əmək, sosial və iqtisadi normaların məcmusudur. - 9-cu maddəsinin “ə)” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri də əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək; - 9-cu maddəsinin “q” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. - 10-cu maddəsində əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 17-ci maddəsinin birinci hissəsinə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. - 43-cü maddəsinin ə) bəndinə əsasən, işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunmasıdır. - 56-cı maddəsinin 1-ci hissəsinə əsasən, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. - 56-cı maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər - 57-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasının: əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X7 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir; əmək funksiyasının dəyişdirilməsinəyalnız tərəflərin qarşılıqlı razılığıilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. - 58-ci maddəsinin 3-cü bəndinə əsasən, iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin "ç" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. -71-ci maddəsinin 3-cü hissəsinə əsasən İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəsinə əsasən Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. -76-ci maddəsinin 2-ci hissəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. - 186.1-ci maddəsinə əsasən İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. - 186.2-ci maddəsinə əsasən İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. - 186.3-ci maddəsinə əsasən İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. - 187.1-ci maddəsinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. - 187.3-ci maddəsinə əsasən İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. - 187.4--ci maddəsinə əsasən İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. - 189.3-ci maddəsinə əsasən İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. - 190.1-ci maddəsinə əsasən İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. - 190.3-ci maddəsinə əsasən İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. - 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz Məhkəmə mülki işlərin birləşdirilərək bir icraatda baxılaraq, ilk verilmiş iddianın töhmətlər verilməsinə dair əmrlərin ləğv edilməsi ilə bağlı olmasını və birləşdirilmiş iş üzrə iddianın da hüquqi taleyinə məhz əvvəlki iddiaya veriləcək hüquqi qiymətin təsiri olmasını nəzərə alaraq ilkin olaraq iddiaçıya töhmət verilməsi barədə əmrlərinin ləğv edilməsinə dair iddiaya hüquqi qiymət verilməsini zəruri sayır. İddia tələbindən görünür ki, iddiaçı barəsində verilmiş xx.xx.2025-ci il tarixli 034 saylı və sonuncu xəbərdarlıqla şiddətl töhmət verilməsi barədə xx.xx.2025-ci il tarixli 049 saylı əmrləri ona görə qanunsuz sayır ki, iddiaçı qanunla müəyyən edilmiş hüquqlarının icrası tələb etdiyinə görə ona işəgötürən tərəfindən münasibət dəyişmiş, yeni direktorun fəaliyyətə başlamasından keçən bir il ərzində hər hansı sual yaratmadığı halda, təsir vasitəsi kimi 4 il əvvəl icazə verildiyi əlavə iş yeri üzrə işləməsinə maneçilik yaradılmış, onun tam iş günü işləməsi tələb olunsa da, bütün bu məsələlərə əsas kimi iş yükünün artması göstərilsə də, bu halın iddiaçının əmək funksiyasına heç bir aidiyyətinin olmadığı nəzərə alınmamışdır. Həmçinin onun əmək şəraitinin dəyişdirilməsinə dair əmr verilməmiş, intizam tənbehinin verilməsində işəgötürən qərəzli olmuş, əmək müqaviləsində nəzərdə tutulmayan işlərin icrasına məcburi cəlb edilməsinə etiraz etdiyinə görə ona qarşı planlı şəkildə sadalanan qısnama hərəkətlərinə yol verilmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək qeyd edilən əmrlərin verilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməməsini, əmək şəraitinin dəyişdirilməsi üçün ayrıca əmr verilməsinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmamasını, əmək müqaviləsi üzrə iddiaçının tam iş günü işləməsi tələb olunmasının qanuni olmasını, ona qarşı heç bir forma qərəzli münasibət göstərilməməsini və qısnama hərəkətlərinə yol verilməsini göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən intizam tənbehi barədə əmrlərin ləğvi ilə bağlı izahatı özü-özlüyündə iddiasının bu hissələrdə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə tərəflərin izahatları və iş materiallarına əsasən iddiaçının barəsində qəbul edilmiş intizam tənehinə dair əmrlərin verilməsinə dair əmrlərin qanunsuz olması və bu əmrlərin əsaslandırılmaması barədə dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, qeyd edilən intizam tənbehləri əsaslı olaraq və qanunun tələblərinə riayət edilməklə verilmişdir Belə ki, İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, “X16 İnstitutu” X31 Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi İddiaçı əvvəlcə kiçik elmi işci kimi institutun Klinki neyrofiziologiya laboratoriyasına qəbul edilmiş, xx.xx.2007-ci il tarixdən Publik hüquqi şəxsdə əsas iş yeri olmaqla vəzifəsi Klinikineyrofizioloji laboratoriyasının böyük elmi işçisi olmuş, onunla bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Publik hüquqi şəxsdə iş vaxtı saat 09:00-dan 17:00-dəkdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı Publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 41 saylı arayışa əsasında onun başqa yerdə əvəzçilik üzrə işləməsinə etiraz edilməmişdir. İddiaçı əsas iş yeri olduğu X31 iş vaxtına düşən saatlarda, yəni saat 09:00-dan saat 13:00-dək Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda əlavə iş yeri olmaqla əvəzçiliklə işləmişdir. İşin materiallarından daha sonra görünür ki, Klinki neyrofiziologiya laboratoriyasının rəhbəri E.Mustafayeva işəgötürənə xx.xx.2025-ci il tarixli təqdimatla müraciət edərək kliniki neyrofiziologiya laboratoriyasında ENMQ müayinəsinə göndərilən pasiyentlərin öncədən növbəyə götürüldüyünü, hal-hazırda növbənin xx.xx.2025-ci il tarixinə çatdığını, bunun da pasiyentlərin ədalətli narazılığına və bir çox hallarda isə müayinədən imtina etməsinə və təyin olunmuş tarixdə gəlməmələrinə səbəb olduğunu, bununla yanaşı laboratoriyada elektroensefaloqrafiya müayinəsi və ambulator xəstələrin qəbulu aparıldığını və bu səbəbdən laboratoriyanın işçiləri kliniki müayinələrlə yüklənmiş olduğunu, müayinələrin və laboratoriya işlərinin nizamlanması üçün 1 laborant kifayət etmədiyini, İddiaçı natamam iş vaxtı işlədiyini (saat 13.00-17.12 dək) və s. qeyd edərək, laboratoriyaya işlərinin tənzimləməsində köməklik göstərilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Klinki neyrofiziologiya laboratoriyasının rəhbəri E.Mustafayevanın xx.xx.2025-ci il tarixli təqdimatı nəzərə alınaraq, xx.xx.2025-ci il tarixli 008 saylı əmrlə Klinki neyrofiziologiya laboratoriyasının bütün həkimlərinin əsas iş yeri olaraq bütün iş günü ərzində işləmələrinin təmin edilməsi qərara alınmış və İnsan resursları şöbəsinə tapşırılmışdır ki, bu əmrin icrası ilə bağlı müvafiq yazılı xəbərdarlıqların hazırlanıb göndərilməsi təmin edilsin. Bundan sonra, İddiaçı xx.xx.2025-ci il tarixli 71 saylı bildiriş göndərilmiş, xəstələrin, xüsusən də Vətən müharibəsi iştirakçılarının müraciətlərinin sayının artması fonunda Klinki neyrofiziologiya laboratoriyasının həkimlərinin iş həcmi çoxaldığından pasiyentlərin uzun müddət növbə gözləməli və onların haqlı narazılıqlarına səbəb olduğu, bunun da, öz növbəsində, çalışdığı laboratoriyada əməyin təşkilində müvafiq dəyişikliklər edilməsini zəruri etdiyi bildirilmiş, onun əmək şəraitinin şərtləri dəyişdirilməklə bütün iş günü ərzində Publik hüquqi şəxsdə işləməsinə və ya 0,5 ştat vahidi işə keçirilməklə digər 0,5 ştat vahidinə əlavə həkim götürülməsinə zəruriyyət yarandığı diqqətinə çatdırılmış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilərək tam iş rejimi əsasında Publik hüquqi şəxsdə işləməsinə və ya 0.5 ştat vahidinə işə keçirilməsinə əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 ay müddəti ərzində münasibət bildirməyi xahiş edilmişdir. Həmin bildirişə cavab olaraq İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, məktub ona təqdim olunsa da, orada yazılanlar ona aydın deyil, əmək şəraitinin dəyişdirilməsi ilə bağlı əmr yoxdur, ona məktub rəsmi, blankda çap olunmaqla təqdim olunmalıdır. Cavabdeh tərəfin izahatlarından və işin də materiallarından görünür ki, ona təqdim olunmuş bildiriş geniş şəkildə, oxunaqlı dildə, müvafiq əsaslandırmalarla tərtib olunmuş, eləcə də X31 ondan istəyi dəqiq və aydın göstərilmişdir. İşin materiallarından görünür ki, İddiaçı 1 ay ərzində bildirişdə nəzərdə tutulan təklifə hər hansı bir münasibət bildirməmiş, bundan sonra, ona xx.xx.2025-ci il tarixli 141 saylı daha bir bildiriş məlumatlandırma ƏMAS üzərindən göndərilmişdir və qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixindən etibarən onunla bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Publik hüquqi şəxsdə 09:00-dan 17:00-dək tam iş vaxtı işdə olmağınız tələb olunur. Əks halda, barəsində əmək qanunvericiliyinin tələblərinə əsasən müvafiq intizam tənbehi tədbirləri görüləcəkdir. İşin araşdırılmış halları ilə müəyyən edilmşidir ki, İddiaçı bu bildirişə də hər hansı bir münasibət bildirməmiş, yenə əvvəlki qayda ilə işə gəlməyə davam etmişdir. Belə ki, Klinik neyrofiziologiya laboratoriya şöbəsinin müdiri E.Mustafayevanın İnstitutun direktoruna ünvanladığı xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli təqdimatlarda Klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçisi İddiaçı müvafiq olaraq həmin tarixlərdə saat 09:00-dan heç bir xəbərdarlıq etmədən işə gəlmədiyi bildirilmiş və tədbir görülməsi xahiş edilmişdir. İddiaçı göstərilən saatlarda işdə olmadığı Face Control (Üz tanınma) aparatından həmin tarixlərdə alınmış çıxarışla da təsdiq olunmuş və X31 direktoru məsələnin Nizam İntizam Komissiyasında araşdırılmasını tapşırmışdır. İşin materiallarından həmçinin görünür ki, Nizam İntizam Komissiyasının xx.xx.2025ci il tarixli iclasında məsələ İddiaçı iştirakı ilə müzakirə olunmuş və İddiaçı özünü təqsirli bilməmişdir. Nizam İntizam Komissiyasının qərarı ilə İddiaçı iclasda deyilənlərə münasibət bildirməsi və yazılı izahat verməsi üçün xx.xx.2025-ci il tarixinədək vaxt verilmişdir. Lakin həmin tarixədək İddiaçı yazılı izahat verməmiş, xx.xx.2025-ci il tarixində də ona bir daha təklif edilməsinə baxmayaraq, yazılı izahat verməkdən imtina etmiş, bu barədə Nizam İntizam Komissiyasının protokolunda qeyd edilmiş, eləcə də müvafiq qaydada akt tərtib edilmişdir. Nizam İntizam Komissiyasının qərarı ilə İddiaçı intizam tənbehinin verilməsi rəhbərliyə təklif edilmişdir X31 xx.xx.2025-ci il tarixli 034 saylı əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İşin araşdırılmış hallarından daha sonra görünür ki, İddiaçı həmin intizam tənbehindən hər hansı bir nəticə çıxarmamış, yenə də əvvəlki qayda ilə hər iş günü saat 13:00-dan sonra işə gəlməyə davam etmişdir. Klinik neyrofiziologiya laboratoriya şöbəsinin müdiri E.Mustafayevanın İnstitutun direktoruna ünvanladığı xx.xx.2025-ci il və xx.xx.2025ci il tarixli təqdimatlarda Klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçisi İddiaçı müvafiq olaraq həmin tarixlərdə saat 09:00-dan heç bir xəbərdarlıq etmədən işə gəlmədiyi bildirilmiş və tədbir görülməsi xahiş edilmişdir. İddiaçı göstərilən saatlarda işdə olmadığı də Face Control (Üz tanınma) aparatından həmin tarixlərdə alınmış çıxarışla da təsdiq olunmuş və X31 direktoru məsələnin Nizam İntizam Komissiyasında araşdırılmasını tapşırmışdır. Bununla bağlı İddiaçı xx.xx.20205-ci il tarixli yazılı izahatı alınmışdır. Nizam İntizam Komissiyasının xx.xx.2025-ci il tarixli iclasında məsələ müzakirə olunmuş və Nizam İntizam Komissiyasının qərarı ilə İddiaçı intizam tənbehinin verilməsi rəhbərliyə təklif edilmişdir. İddiaçı komissiya iclasının müzakirəsinə çıxarılan məsələ, vaxtı və yeri barədə məlumat verilməsinə və onun həmin vaxt işdə olmasına baxmayaraq, komissiyanın iclasında iştirak etməmişdir. Beləliklə də cavabdehin növbəti, xx.xx.2025-ci il tarixli 049 saylı əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə daha sonra qeyd edir ki, qanunvericiliyə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Əmrdə və əmrin verilməsinə əsas kimi göstərilmiş aktda pozuntularının baş verməsinin konkret tarixi göstərilmiş, əmrlər əsaslandırılmışdır. Məhkəmə qeyd edir ki, "X16 İnstitutu" X31 direktoru R.Əkəbrovun imzaladığı xx.xx.2022-ci il tarixli arayışına əsasən onun başqa yerdə əvəzçilik üzrə işləməsinə etiraz edilməməsinə baxmayaraq iddiaçının əsas yeri qeyd edilən X2 Laboratoriyası şöbəsində böyük elmi isci vəzifəsidir və üzrə iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə razılıq verilməsi işəgötürənin hüququ olmaqla iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə razılıq verən işəgötürənin də onu istənilən vaxt geri götürməyə və həmin razılıqdan imtina etməyə haqlıdır. İddiaçının əvəzçilik üzrə işlədiyi yerdə müqavilə bağlasa da, onun əsas iş yeri üzrə işəgötürənin buna dair razılığına dair əmr verilmədiyi üçün onun da ləğvi üçün konkret əmr verilməsi qanunda nəzərdə tutulmamışdır. İşəgtürənin iddiaçıdan əsas iş yeri əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtında işdə olmasını tələb etməsi artıq iş vaxtı ərzində əvəzçilik üzrə işləməyə razılıq verən işəgötürənin də bundan imtinası kimi qiymətləndirilir. İddiaçı əmək müqaviləsinin tələbləri baxımından işəgötürənin bu haqlı tələbini yerinə yetirməməklə əvəzçilik üzrə işlədiyi yerdə işin davam etdirməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə tərəfindən işin yuxarıda sadalanan və araşdırılmış halları üzrə iddiaçının barəsində töhmət verilməsinə dair əmrlərin ləğv edilməsi üçün heç bir hüquqi əsaslar müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin əmək müqaviləsinin xitam verilməsinə dair 15 iyul 2025-cü il tarixli 085 saylı əmrin ləğv edilməsi ilə bağlı hissəsi ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə iddiaçının yol verdiyi araşdırma zamanı müəyyən edilən pozuntulara görə onun əmək müqaviləsinə xitam verilməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər ciddi əsaslar mövcud olmuş və bu həmin pozuntuların xarakterinə adekvat olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Mübahisələndirilən əmrdə əvvəlki intizam tənbehi tədbiri barədə əmrlərə və qeyd olunan normaya istinad istinad edilmiş və bu maddənin tətbiqi ilə bağlı hüquqi nəticələrin mövcudluğu işin halları ilə təsdiqini tapmış, iddiaçının daxili intizam qaydalarını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən ona verilmiş intizam tənbehləri hazırki əmrdə iddiaçını xarakterizə edən hal olaraq nəzərə alınmışdır. Yəni, iddiaçı barəsində 2025-ci ilin aprel ayında verilmiş intizam tənbehidən nəticə çıxarmadığı üçün may ayında yenidən barəsində növbəti intitizam tənbehi görülməsinə baxmayaraq o bunlardan nəticə çıxarmayaraq əmək funksiyasını pozması kimi hərəkətlərini davam etdirmişdir ki, bu da işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməsini nəzərə alaraq qeyd etməyi zəruri sayır ki, peşəkarlıq və fərdi məsuliyyat prinsipinə əsasən işçi vəzifəsi üzrə öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə işəgötürənin mülahizəsinə görə intizam məsuliyyəti daşıya bilər. Lakin bu halda Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinin tələblərinin nəzərə alınması mütləqdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçıya münasibətdə diqqətəlayiq halların (törətdiyi xətanın xarakteri və davamlı olması) nəzərə alınması fonunda cavabdeh tərəfindən Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinin tələblərinə əsasən onun hərəkətlərində intizam tənbeh tədbiri tətbiq olunması üçün ciddi əsaslar müəyyən edilmiş və bu halda ona qarşı cavabdeh tərəfindən hər hansı formada qərəzlilik və qısnama hallarının olması öz təsdiqini tapmamışdır. Məhkəmə bu qənaətə gələrkən hazırki iş üzrə tərəflərin əmək münasibətlərinin davam etməsi dövründə iddiaçıya 2 dəfə əsaslı olaraq verilmiş intizam tənbehlərindən nəticə çıxartmayaraq cavabdehlə aralarındakı münasibətlərin müəyyən mənada gərginləşməsinin və bunun davam etməsində iddiaçının əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtları ərzində iş yerində olmaması kimi hərəkətlərinin fonunda baş verməsini qeyd edir. Qanunvericiliyə əsasən müəyyən edilmiş nöqsan aşkar olunan kimi araşdırılması və işçi barəsində intizam tənbeh tədbiri görülməsi yalnız qanunvericiliyin tələbləri baxımından olmalı, hətta intizam tənbeh tədbiri görülməsinə əsas olsa da belə, bu nöqsanı törətmiş işçiyə həmin tədbirin qanuniliyini mübahisələndirməsi hüququndan istifadə üçün şərait yaradılmalıdır. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Lakin məhkəmə qeyd etməyi də zəruri sayır ki, iddiaçının barəsində verilmiş intizam tənbehlərinə dair əmrlərin mübahisələndirilməsi onun bu mübahisələndirmə dövründə həmin tənbehlərin əsaslı olub-olmamasından asılı olmayaraq sözügedən əmrlərin məzmununda göstərilən nöqsanları aradan qaldırmamaqla özünün haqlı bildiyi mövqeyinə uyğun hərəkətlərinin davam etdirməsi heç bir formada əsaslı sayıla bilməz və bu hallar cavabdeh tərəfindən haqlı olaraq əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan hərəkətlərə yol verməsi kimi düzgün qiymətləndirilmişdir. Qanunvericiliyə əsasən işçinin həqiqətən də əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi, daha sonra Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan hərəkətlərə yol verməsini təsdiq edən təkzibedilməz və tutarlı faktlar mövcuddursa bu hal buna əsas verən sənədlər əsasında öz hüquqi qiymətini aldığı halda fakt kimi qiymətləndirilir. Bu da öz növbəsində öz hüquqi nəticələrini yaradır. Məhz bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək funksiyasını kobud formada pozduğuna görə əvvəllər verilmiş intizam tənbehindən nəticələr çıxarmayaraq təkrarən əmək funksiyasını pozmasını davam etməsi, cavabdeh tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması və bu pozuntunun da davamlı olması hesab edildiyindən iddiaçının şəxsiyyətinin, kollektivdə nüfuzunun, peşəkarlıq səviyyəsinin yüksək səviyyədə olmasına baxmayaraq onunla bağlanmış əmək müqaviləsini qeyd edilən əsaslar üzrə ləğv edilməsində haqlı olmuşdur. İddiaçının barəsində verilmiş əmək müqaviləsinə xitam verilməsi əmrinin əsassız və qanunsuz verildiyi üçün ləğv edilməli olmasına dair tələbi ilə bağlı iddiaçının irəli sürdüyü dəlillərə məhkəmə ümumilikdə qiymət verərək qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Başqa sözlə, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» AİHM-nin qərarı №25657/94, § 282). Göstərilənlərə əsasən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı ona qarşı qərəzli münasibət sərgilənməsinə dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş, əsassız və qanunsuz işdən azad edilməsinə dair əmrin verilməsinə dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi halları təkrarlanan hal olmuşdur və barəsində bir neçə dəfə verilmiş intizam tənbehlərindən nəticə çıxarmamışdır. Belə olan halda isə işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Göstərilələrə əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin mübahisələndirilən əmrin ləğv edilməsinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbinin əmək müqaviləsinin xitam verilməsinə dair 15 iyul 2025-cü il tarixli 085 saylı əmrinin ləğv edilməsi hissəsi də əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın mübahisələndirilən əmrin ləğv edilməsi tələbinin əsassız olması nəticəsinə gəldiyi üçün, digər tələblər, yəni, onun “Azərbaycan Elmi Tədqiqat İnstitutu” X27 “klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçi” vəzifəsinə bərpa olunması və buraxdığı iş günləri üçün ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi, hər gecikdirilmiş gün üçün 0.1 faiz dəbbə pulunun ödənilməsi, cavabdeh tərəfindən əmək kitabçasında və ƏMAS sistemində əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat məbləğində rüsumun, iddiaçının mediasiya xidmətinə 61(altmış bir) AZN və digər çəkdiyi 79 (yetmiş doqquz) AZN yol xərclərinin və hüquqi yardım xərcinin 800 manat pul vəsaitinin işəgötürəndən tutulub iddiaçıya ödənilməsi kimi tələblərin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbləri rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar