Məhkəmə qərarları › İş №e-2(005)-3060/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3060/2022

04.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3060/2022 04.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (maraqlı şəxs Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti olmaqla) qarşı “protokoldan çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (maraqlı şəxs Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti olmaqla) qarşı “protokoldan çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ-nin Respublika Komitəsinin birgə iclasının xx.xx.2013-cü il tarixli 4№- li protokolundan çıxarışının ləğv edilməsi və mənzil növbəsinin bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən aşağıda göstərilənlərə əsasən imtina edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, hazırki iddia tələbinin predmeti müəssisənin əmkdaşı olmuş şəxsə mənzil verilməsi üçün mənzil növbəsində durmasından çıxarılması ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ-nin Respublika Komitəsinin birgə iclasının xx.xx.2013-cü il tarixli 4№- li protokolunda iddiaçının mənzil uçotundan çıxarılması və qeyd olunan qərarın təsdiq edilməsi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə göndərilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarında qeyd etmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəfindən mübahisləndirilən protokol çıxarışı yalnız müvafiq icra hakimiyyəti tətəfindən təsdiq edildikdən sonra hüquqi nəticəyə səbəb olur. Belə olan halda iddiaçının hazırda məhkəməyə müraciət edən zaman cavabdehi Azərbaycan Respublikası Dövlət Neft Şirkətini göstərməklə yalnışlığa yol vermişdir. Qeyd olunan iclas cavabdeh qismində göstərilmiş müəssisə tərəfindən həyata keçirilməsinə baxmayaraq Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmədikdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Bununlada iddiaçı iddia tələbindən nəzərdə tutduğu niyyətinə çatması üçün müvafiq protokolun təsdiq edilməsi halında dair iddia tələbi inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (maraqlı şəxs Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti olmaqla) qarşı “protokoldan çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsini icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunan mübahisə ilə bağlı aidiyyatı üzrə inzibati məhkəməyə müraciət edilməsi iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (maraqlı şəxs Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti olmaqla) qarşı “protokoldan çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsini icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, o, hazırki iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edə bilərlər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar