Məhkəmə qərarları › İş №e-2(005)-3152/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3152/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3152/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh QSC-nin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə və Qarabağ küçələrinin kəsişməsində inşa edilmiş evin C bloku, 4-cü mərtəbəsində yerləşən 19-cu mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün zəruri sənədlərin (maliyyə arayışı, mənzilin cizgi-planı, təhvil-təslim aktı) verilməsiöhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, habelə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun və vəkil xidməti ilə bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi haqqında müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 aprel 2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan İddiaçı məxsus sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada İddiaçı məxsus olan 1 otaqlı 45,17 kv.m. ümumi sahəsi olan mənzil əvəzinə tam təmirli C blokunun 4-cü mərtəbəsində yerləşən 62 kv.m. olan 2 otaqlı mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür. Adı gedən həmin yaşayış binası Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə və Qarabağ küçələrinin kəsişməsində inşa edilmiş və müqavilə şərtlərinə əsasən İddiaçı C blokunda 19-cu mənzil təhvil verilmiş və hazırki vaxta kimi orada yaşayır. Yaşadığı mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün zəruri sənədlərin (maliyyə arayışı, mənzilin cizgi-planı, təhvil-təslim aktı və sair) verilməsi üçün Cavabdeh MMC-nin rəhbərliyinə ərizə ilə müraciət etmiş, lakin MMC tərəfindən həmin sənədlərin ona verilməsi hec bir əsas olmadan imtina edilmişdir. İddiaçı ilə bir binada yaşayan qonşularının demək olar ki hamısı öz əmlaklarına dair çıxarışı artıq əldə etmişlər, bu səbəbdən də ona bunun imtina edilməsi təəcüb doğurur. Cavabdeh QSC-nin nümayəndəsi X20 məhkəmə iclasında vəsatət təqdim edərək, icraatda olan İddiaçı Cavabdeh QSC-yə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə 2(005)-3152/2024 saylı mülki işin Nərimanov rayon məhkəməsinin icraatında (hakim Mehriban Əfəndizadə) olan iddiaçı X3 Cavabdeh QSC-yə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair dair iddia ərizəsi üzrə 2(005)-3151/2024 saylı mülki işə birləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh QSC-yə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə 2(005)-3152/2024 saylı mülki iş vardır. Eyni zamanda bildirir ki, Nərimanov rayon məhkəməsinin icraatında (hakim Mehriban Əfəndizadə) olan iddiaçı X3 cavabdeh “Ailə Park" QSC-yə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair dair iddia ərizəsi üzrə 2(005)-3151/2024 saylı mülki işə baxılır. Azərbaycan Respublikası Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 220 saylı xx.xx.2008-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Qarabağ küçəsində yerləşən sahəsi 21.1 kv.metrdən ibarət olan 46 saylı evin, 8-ci mənzili (1 otaqlı), həmin evin sahəsi 17.5 kv.metrdən ibarət olan 9-cu mənzili (1 otaqlı) ilə birləşdirilərək 46 saylı evin sahəsi 38.6 kv.metrdən ibarət olan 9-cu mənzil (2 otaqlı) hesab edilmişdir. Azərbaycan Respublikası Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 405 saylı xx.xx.2008-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Qarabağ küçəsində yerləşən sahəsi 38.6 kv.metrdən (17,5 kv.m. + 21,1 kv.m.) ibarət olan 46 saylı evin, 9-cu mənzili (2 otaqlı) bölünərək 21.1 kv.metrdən ibarət olan qismən şəraitli sahənin X2 istifadəsinə verilməsi, qalan 17.5 kv.metrdən ibarət olan qismən şəraitli sahənin İddiaçı saxlanılması qərara alınmışdır. Nərimanov rayon İcra Hakimiyyəti qeyd edilən sərəncamları ilə 3 ay ara verməklə Bakı şəhəri, Qarabağ küçəsində yerləşən 46 saylı evin 9-cu mənzilinin icarədarı olmuş İddiaçı yaşayış sahəsinə (pasport qeydiyyatına alınmış) sonuncunun qohumu kimi, sonradan isə X4 oğlu Teyfur Xanlarovun həyat yoldaşı kimi İsmayılova (hazırda Xanlarova) Mehriban Çingiz qızının rayon İcra Hakimiyyətinə müraciəti əsasında X12 məxsus 8 saylı yaşayış sahəsinin birləşdirilməsi və bölünməsi A.Mahmudovun qanunvericiliklə müəyyən edilmiş mənzil və bir sıra digər hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Göründüyü kimi, icraatda olan mülki mübahisənin əsasını məhz mübahisəli 9 saylı mənzil və həmin mənzilin sökülməsi nəticəsində İddiaçı və X5 verilmiş yeni mənzillərə çıxarışların verilməsi təşkil edir. Belə olan halda icraatda olan İddiaçı Cavabdeh QSC-yə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə 2(005)-3152/2024 saylı mülki iş Nərimanov rayon məhkəməsinin icraatında (hakim Mehriban Əfəndizadə) olan iddiaçı X3 Cavabdeh QSC-yə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair dair iddia ərizəsi üzrə 2(005)- 3151/2024 saylı mülki işlə birlikdə baxılmalıdır. Bu cür işlər üzrə birgə hüquqi dəyərləndirmə aparılaraq düzgün nəticəyə gəlinməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi X20 vəsatəti müdafiə edərək, onun təmin olunmasını və mülki işlərin birləşdirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, onun vəsatətini, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan e-2(005)-3152/2024 saylı iş e-2(005)-3151/2024 saylı mülki işə birləşdirilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçı X3 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsindən görünür ki, iddiaçı, X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə və Qarabağ küçələrinin kəsişməsində inşa edilmiş evin C bloku, 9-cu mərtəbəsində yerləşən 55-ci mənzilə mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması üçün zəruri sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, habelə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun və vəkil xidməti ilə bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğin Cavabdeh MMC-dən tutularaq X5 ödənilməsi haqqında müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3151/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı X3 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. - 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. -169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının Qarabağ küçəsindəki 46 №-İi evin boşalmış 8-ci mənzilinin vət. İddiaçı yaşadığı mənzilə birləşdirilməsi barədə 220 №-li xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, Qarabağ küçəsindəki 46 №-li evin 1 otaqlı, yaşayış sahəsi 21,1 kv.m. olan qismən kommunal şəraitli 8 №-li mənzili müvəqqəti sakinlərin çıxması ilə əlaqədar boşalmışdır. Həmin həyətdə yaşayış sahəsi 17,5 kv.m. olan 1 otaqlı qismən kommunal şəraitli 9 №-li mənzildə 4 nəfərlik ailə tərkibi ilə (özü, oğlu,qızı və qohumu) vətəndaş İddiaçı yaşayır.

1. İddiaçı - özü

2. X9 - qızı

3. X10- oğlu

4. X6-qohumu Vət. İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək boşalmış 8 saylı mənzilin yaşayış sahəsinin onun yaşadığı 9 saylı mənzilin yaşayış sahəsinə birləşdirilməsini xahiş edir. Qeyd olunan sərəncamla Qarabağ küçəsindəki 46 №-li evin boşalmış 1 otaqlı yaşayış sahəsi 21,1 kv.m. olan 8-ci mənzilinin yaşayış sahəsi həmin mənzilə bitişik və vət. İddiaçı icarədarı olduğu qonşu 1 otaqlı, yaşayış sahəsi 17,5 kv.m. olan 9-cu mənzilinin yaşayış sahəsinə birləşdirilməsi, Qarabağ küçəsindəki 46 №-li evin 9-cu mənzili yaşayış sahəsi 38,6 kv.m. olmaqla 2 otaqlı hesab edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının Qarabağ küçəsindəki 46 №-İi evin 9-cu mənzilinin yaşayış sahəsinin bölünməsi, vət. X6 və vət. İddiaçı ilə ayrıca icarə müqavilələrinin bağlanması barədə 405 №-li xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, Qarabağ küçəsindəki 46 №-li evin 2 otaqlı, yaşayış sahəsi 38,6 kv.m. olan qismən şəraitli 9-cu mənzilinin icarədan Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2008ci il tarixli 220 saylı sərəncamına əsasən İddiaçıdır. O, bu ünvandan ailə tərkibi 4 nəfər olmaqla yaşayır.

1. İddiaçı-özü

2. X9-qızı

3. X11-oğlu

4. X6-qohumu Vət. X1 Rayon İcra Hakimiyyətinə müraciət edərək mənzilin icarədarının razılığı ilə yaşadığı mənzilin yaşayış sahəsinin bölünməsi və sahəsi 21,1 kv.m. olan qismən şəraitli yaşayış otağına onunla ayrıca mənzil icarə müqaviləsinin bağlanmasını xahiş edir. Qeyd olunanlara əsasən sərəncamla Qarabağ küçəsindəki 46 №-li evin 2 otaqlı, yaşayış sahəsi 38,6 kv.m. (17,5 kv.m. + 21,1 kv.m.) olan 9-cu mənzilinin yaşayış sahəsinin bölünməsi, sahəsi 21,1 kv.m. olan qismən şəraitli yaşayış otağının X2 istifadəsinə verilməsi sahəsi 17,5 kv.m. olan qismən şəraitli yaşayış otağı İddiaçı (özü,oğlu,qızı) istifadəsində saxlanılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi bildirir ki, Azərbaycan Respublikası Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 220 saylı xx.xx.2008-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Qarabağ küçəsində yerləşən sahəsi 21.1 kv.metrdən ibarət olan 46 saylı evin, 8-ci mənzili (1 otaqlı), həmin evin sahəsi 17.5 kv.metrdən ibarət olan 9-cu mənzili (1 otaqlı) ilə birləşdirilərək 46 saylı evin sahəsi 38.6 kv.metrdən ibarət olan 9-cu mənzil (2 otaqlı) hesab edilmişdir. Azərbaycan Respublikası Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 405 saylı xx.xx.2008-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Qarabağ küçəsində yerləşən sahəsi 38.6 kv.metrdən (17,5 kv.m. + 21,1 kv.m.) ibarət olan 46 saylı evin, 9-cu mənzili (2 otaqlı) bölünərək 21.1 kv.metrdən ibarət olan qismən şəraitli sahənin X2 istifadəsinə verilməsi, qalan 17.5 kv.metrdən ibarət olan qismən şəraitli sahənin İddiaçı saxlanılması qərara alınmışdır. Nərimanov rayon İcra Hakimiyyəti qeyd edilən sərəncamları ilə 3 ay ara verməklə Bakı şəhəri, Qarabağ küçəsində yerləşən 46 saylı evin 9-cu mənzilinin icarədarı olmuş İddiaçı yaşayış sahəsinə (pasport qeydiyyatına alınmış) sonuncunun qohumu kimi, sonradan isə X4 oğlu Teyfur Xanlarovun həyat yoldaşı kimi İsmayılova (hazırda Xanlarova) Mehriban Çingiz qızının rayon İcra Hakimiyyətinə müraciəti əsasında X12 məxsus 8 saylı yaşayış sahəsinin birləşdirilməsi və bölünməsi A.Mahmudovun qanunvericiliklə müəyyən edilmiş mənzil və bir sıra digər hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Göründüyü kimi, icraatda olan mülki mübahisənin əsasını məhz mübahisəli 9 saylı mənzil və həmin mənzilin sökülməsi nəticəsində İddiaçı və X5 verilmiş yeni mənzillərə çıxarışların verilməsi təşkil edir. Hazırki iş üzrə iddia ərizəsinin məzmunundan görünür ki, 10 aprel 2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 46, mənzil 9 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan İddiaçı məxsus sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada İddiaçı məxsus olan 1 otaqlı 45,17 kv.m. ümumi sahəsi olan mənzil əvəzinə tam təmirli C blokunun 4-cü mərtəbəsində yerləşən 62 kv.m. olan 2 otaqlı mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmçinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan e-2(005)- 3151/2024 saylı mülki iş üzrə iddia ərizəsinin məzmunundan görünür ki, 06 may 2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 46, mənzil 9 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan X5 məxsus sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada X7in mülkiyyətində olan 1 otaqlı 21 kv.m. (faktiki 43,3 KV.M.) ümumi sahəsi olan mənzil əvəzinə tam təmirli C blokunun 4-cü mərtəbəsində yerləşən 62 kv.m. olan 2 otaqlı mənzili X3 mülkiyyətinə verməyi öhdəsinə götürür. Göründüyü kimi mülki işlər üzrə mübahisənin əsası eyni ünvanda - ünvan 2 sökülməsi nəticəsində verilən mənzillərlə bağlıdır. Mülki iş üzrə cavabdeh eyni şəxsdir. Məhkəmə mülki işlər üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsini, həmçinin prossesual qənaət prinsipi baxımından işlərə bir icraatda baxılması mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, vəsatətə əsasən mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, hazırkı mülki mübahisə üzrə e-2(005)- 3152/2024 saylı mülki iş daha sonra daxil olduğundan və icraata qəbul olunduğundan e- 2(005)-3152/2024 saylı mülki iş məhkəmənin icraatında olan e-2(005)-3151/2024 saylı mülki işə birləşdirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh QSC-nin vəsatəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-3152/2024 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçı X3 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-3151/2024 saylı mülki işə birləşdirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Cavabdeh QSC-nin vəsatəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-3152/2024 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçı X3 Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-3151/2024 saylı mülki işə birləşdirilsin. Hazırki mülki iş, e-2(005)-3151/2024 nömrəli mülki işlə bir icraatda baxacaq hakimə təqdim olunması məqsədilə məhkəmənin dəftərxanasına təhvil verilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar