Məhkəmə qərarları › İş №e-2(005)-319/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-319/2025

18.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-319/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 mülkiyyətində olan Abşeron Rayonu, Gorədil kəndi ərazisində yerləşən 1 otaqlı bağ evinə onun 1/6 hissədə miras payının, birgə nikah dövründə Cavabdeh2 məxsus olan müstəqil "xxxx" çoxsahəli kiçik müəssisəsinə ½ hissədə X9 payının, həmin paya nisbətdə onun 1/3 hissədə miras payının müəyyən olunması, Abbasov Tofiq vəfat etdiyi tarixdən - xx.xx.2023-cü il tarixdən "xxxx" X5 fəaliyyətindən əldə olunmuş gəlirlərin 1/6 hissəsinə onun miras payının tanınması və həmin məbləğin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası olan X15 xx.xx.2023-cü ildə vəfat etmiş və İddiaçı (qızı), Cavabdeh1 (oğlu) və Cavabdeh2 (həyat yoldaşı) onun vərəsələridir. X15 vəfat etdikdən sonra cavabdehlər ona müraciət edərək miras əmlaklardan imtina etməsini təklif etmişlər. O, təkliflə razılaşmayaraq mirasın qəbulu barədə ərizə ilə 9 saylı Notariat orqanına müraciət etmişdir. Notariatın apardığı araşdırma nəticəsində X9 adına 3 avtomobil, 2 daşınmaz əmlak aşkar olunmuş və avtomobillərə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, onun hər üç avtomobilə ayrılıqda 1/6 hissə payı müəyyən olunmuşdur. Qalan iki daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədlər Cavabdeh2 tərəfindən notariata təqdim olunmadığından, həmin hissədə müvafiq şəhadətnamə təqdim olunmamışdır. Daha sonra Cavabdeh2 bu iki daşınmaz əmlakdan birinin – Bakı, şəhəri Nərimanov rayonu, Xətai prospekti, ev 5, 74 saylı mənzilin hüquqmüəyyənedici sənədini notariata təqdim etmiş və bundan sonra müvafiq şəhadətnamə ilə onun həmin miras əmlaka 1/6 hissədə payı müəyyən olunmuşdur. Lakin 9 saylı notariat ofisinə 1 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə Abbasov Tofiqin mülkiyyətində olduğu bildirilən Abşeron Rayonu, Gorədil kəndi ərazisində yerləşən 1 otaqlı bağ evi üzrə paylar müəyyən olunmamışdır. Həmin əmlaka dair hüquqmüəyyənedici sənədlər təqdim olunması üçün aidiyyatı üzrə Abşeron Ərazi idarəsinə müraciət olunmuş, lakin mühəndislər əraziyə baxış keçirə bilmədikləri üçün bu mümkünsüz olmuşdur. Yeni qeydiyyat sənədinin əldə olunması ondan asılı olmayan səbəbdən mümkün olmasa da, əmlakın dövlət qeydiyyatının olması qeydiyyat idarəsi tərəfindən təsdiq olunduğu üçün hesab edir ki, bu miras əmlakına onun 1/6 hissədə miras payı tanınmalıdır. Bundan başqa Abbasov Tofiqin birgə nikah dövründə həyat yoldaşı Cavabdeh2 adına təsis etdikləri müstəqil "xxxx" çoxsahəli kiçik müəssisəsi də var və “Altın Su” adı altında ozonlaşdırılmış su satışı ilə məşğul olur. Birgə nikah dövründə əldə edildiyindən hər biri ilk olaraq ½ hissədə həyat yoldaşının payı hesab olunmuş, qalan hissə vərəsələr arasında bölünmüşdür. "xxxx" çoxsahəli kiçik müəssisəsinə də ½ hissədə Abbasov Tofiqin payı tanınmalı, ona çatası paya 1/3 hissədə onun vərəsə kimi payı tanınmalıdır. Eyni zamanda xx.xx.2023-cü il tarixdən hesablanmaqla həmin müəssisə üzrə əldə olunmuş gəlirlərin 1/6 hissəsinə də onun payı tanınmaqla həmin məbləğ cavabdehlərdən tutularaq ona ödənməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdehlər xx.xx.2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişlər; xx.xx.2023-cü il tarixli AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubunan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 5, 74 saylı mənzil X9 adına qeydiyyatdan keçmiş və hazırda adındadır. ünvan 1i ərazisində yerləşən 1 otaqlı bağ evi X9 adına qeydiyyatdan keçmişdir və hazırda adındadır; xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2023-cü il taridə vəfat etmiş X9 vərəsəsi İddiaçıdır və o, miras əmlakdan 1/6 hissədə irs almalıdır. Miras əmlak “KİA Carnival” markalı, **-XN-*** dövlət nömrə nişanlı, “Ford Transit” markalı, **-TR-*** dövlət nömrə nişanlı, “Ford Transit” yük markalı, **-GT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrindən ibarətdir; xx.xx.2024-cü il tarixli 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məktubundan görünür ki, Müstəqil "xxxx" X5 vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələrinə əsasən müəssisənin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə dövriyyəsi 9390 manat olmuşdur; Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportundan görünür ki, ünvan 1i ərazisində yerləşən bağ sahəsinin sahibi X10r. Sahənin üzərindəki binanın ümumi sahəsi 28.2 kv.m təşkil edir; 234910 saylı, xx.xx.2004-cü il tarixli müqavilədən görünür ki, “Satıcı” X1 rayonu, Göradil kəndində 902 kv.m torpaq sahəsində yerləşən və 28.2 kv.m ölçülü 1 otaqdan ibarət yaşayış evini 15000000 manat dəyərində X2; Müstəqil "xxxx" X5 Nizamnaməsindən görünür ki, müəssisənin təsisçisi Cavabdeh1dur. Müəssisə hüquqi şəxsdir, müstəqil balansı, Respublika banklarda rubl, manat və valyuta hesablaşma hesabına malikdir. Öz müstəqil balansı, adına möhür, blankı və ştampı vardır; xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, “Hədiyyə verən” X4 rayonu, Göradil kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,0451 ha olan torpaq sahəsini tam hissədə “Hədiyyə alan” Cavabdeh1 mülkiyyətinə vermişdir; xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, “Hədiyyə verən” Cavabdeh2 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,0922 ha olan torpaq sahəsini tam hissədə “Hədiyyə alan” Cavabdeh1 mülkiyyətinə vermişdir; AR ƏMDX yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ərazisindəki 0,1373 ha ölçülü torpaq sahəsində yerləşən 429,9 kv.m sahəli fərdi yaşayış evi X7 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır; xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, “Hədiyyə verən” Cavabdeh2 ünvan 1i ünvanında yerləşən 0,1373 ha torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 429,9 kv.m olan fərdi yaşayış evini tam hissədə “Hədiyyə alan” X7 mülkiyyətinə vermişdir; AR ƏMDX yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ərazisindəki 0,1373 ha ölçülü torpaq sahəsində yerləşən 429,9 kv.m sahəli fərdi yaşayış evi Cavabdeh2 Asif qızının adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır; xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, “Hədiyyə verən” Abbasov X13 rayonu, Göradil kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,1373 ha olan torpaq sahəsini və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 429,9 kv.m, yaşayış sahəsi 216,1 kv.m, yardımçı sahəsi 213,8 kv.m olan 10 otaqlı fərdi yaşayış evini tam hissədə “Hədiyyə alan” Cavabdeh2 Asif qızının mülkiyyətinə vermişdir; AR ƏMDX yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ərazisindəki 0,1373 ha ölçülü torpaq sahəsində yerləşən 429,9 kv.m sahəli fərdi yaşayış evi Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır; **********84-10301 reyestr nömrəli, Cavabdeh1 məxsus Fərdi yaşayış evinin planından görünür ki, ünvan 1i ərazisində yerləşən torpaq sahəsinin faktiki ölçüsü 0,1373 ha, yaşayış evinin ümumi sahəsi 429,9 kv.m, yaşayış sahəsi 216,1 kv.m, köməkçi sahəsi 213,8 kv.m, yaşayış otaqlarının sayı 10 ədəd təşkil edir; AR ƏMDX yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ərazisindəki 0,1373 ha ölçülü həyətyanı torpaq sahəsi Cavabdeh1 adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır; AR ƏMDX yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ərazisindəki 0,0451 ha ölçülü həyətyanı torpaq sahəsi X9 adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır; AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəhadətnaməsindən görünür ki, X4 rayon ərazisində yerləşən Göradil bələdiyyəsinin, dövlət mülkiyyətində olan 0,0451 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsi qaydasında əldə edilməsi ilə bağlı Abşeron Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə keçirilmiş müsabiqənin qalibi olmuşdur; AR ƏMDX yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ərazisindəki 0,0451 ha ölçülü həyətyanı torpaq sahəsi Abşeron rayonu Göradil bələdiyyəsinin adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır; AR ƏMDX yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ərazisindəki 0,0922 ha ölçülü həyətyanı torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır; AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəhadətnaməsindən görünür ki, Cavabdeh2 Abşeron rayon ərazisində yerləşən Göradil bələdiyyəsinin, dövlət mülkiyyətində olan 0,0922 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsi qaydasında əldə edilməsi ilə bağlı Abşeron Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən xx.xx.2014cü il tarixdə keçirilmiş müsabiqənin qalibi olmuşdur; AR ƏMDX yanında DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1i ərazisindəki 0,0922 ha ölçülü həyətyanı torpaq sahəsi Abşeron rayonu Göradil bələdiyyəsinin adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı atası X15 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı mərhumun vərəsələri sırasına daxildir. Miras əmlaklar üzərində payı müəyyən edilmədiyindən o, atasının mülkiyyətində olduğunu iddia etdiyi Abşeron Rayonu, Gorədil kəndi ərazisində yerləşən 1 otaqlı bağ evinə və ümumi birgə mülkiyyətində olduğunu iddia etdiyi "xxxx" çoxsahəli kiçik müəssisəsinə miras payının tanınması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilərlər. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasnə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər- arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə dair deyildir. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinə (mülkiyyət hüququ) əsasən: Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. 60-cı maddəsinə əsasən İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə əsasən İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. ünvan 1ində 902 kv.m torpaq sahəsində yerləşən və 28.2 kv.m ölçülü 1 otaqdan ibarət bağ evi ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə iddiaçı həmin bağ evinin atası X9 mülkiyyətində olduğunu iddia edərək, 1/6 hissədə miras payı tələb etsə də, həmin daşınmaz əmlakın X9 adına rəsmiləşdirilməsinə dair ilkin qeydiyyat sənədləri mövcud deyildir. İddiaçı tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış sübut kimi məhkəməyə təqdim edilmədiyindən və bu barədə verilən sorğular əsasında da heç bir məlumat əldə edilmədiyindən, iddiaçının ünvan 1ində yerləşən 1 otaqlı bağ evinə dair iddiası əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.2-ci maddəsinə əsasən hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 45.2-ci maddəsinə əsasən əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir.“Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Məhkəmə iddia tələbinin müstəqil "xxxx" çoxsahəli kiçik müəssisəsinə və Abbasov Tofiq vəfat etdiyi tarixdən müəssisəsinin fəaliyyətindən əldə olunmuş gəlirə onun miras payının tanınması hissəsində qeyd edir ki, tələb əsassızdır və rədd edilməlidir. Belə ki, İddiaçı "xxxx" X5 X15 və Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş, ümumi birgə mülkiyyətdə əmlak olması əsası ilə ½ hissədə atasının payının, həmin paya nisbətdə onun 1/3 hissədə miras payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Lakin Müstəqil "xxxx" X5 Nizamnaməsinə əsasən müəssisənin təsisçisinin Cavabdeh1 olması öz əksini tapır. Yəni həm iddiaçının əsasının qeyri-düzgünlüyündən, həm də X9 müəssisədə təsisçi və pay hüququ olmadığından, İddiaçı həmin əmlak üzərində miras payı tələb etməkdə də haqlı deyildir. X9 vəfat etdiyi tarixdən "xxxx" X5 fəaliyyətindən əldə olunmuş gəlirlərin 1/6 hissəsinə iddiaçının miras payının müəyyənləşdirilməsi də müəssisəyə miras payının tanınmasından asılı olduğundan və həmin hissədə tələb rədd edildiyindən, cavabdehlərdən gəlirin onun xeyrinə tutulması hissəsində də tələb təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlakın bölünməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbi təmin edilmədiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlakın bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar