Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3217/2025 26.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı X4, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X13, Üçüncü şəxs Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi X23 iştirakları ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcuri iş buraxmaya görə əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcuri iş buraxmaya görə əmək haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-1-280K/2025 nömrəli Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müqaviləyə xitam verilməsi barədə əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və 07 may 2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2006–2010-cu illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “İbtidai sinfin metodikası və pedaqogikası” ixtisası üzrə təhsil almış və həmin ildən (2010-cu ildən) Beyləqan rayonu, İ. Quliyev adına Mil qəsəbə tam orta məktəbdə müəllimə, 2016-cı ildən həmin tam orta məktəbdə direktor əvəzi, 2022-ci ildən isə Mil-Muğan Regional Təhsil İdarəsinin keçirdiyi direktorların işə qəbulu müsabiqəsində uğur qazanaraq direktor vəzifəsinə təyin olunmuşdur; işlədiyi məktəbdə heç bir qayda pozuntusuna yol verməmiş, işinə ciddi yanaşmaqla üzərinə düşən tapşırıq və vəzifələri vaxtında yerinə yetirmiş, məktəbdə təlim-tərbiyə prosesini səmərəli təşkil etmiş və sənədləşmə işlərini qanunvericiliyin tələblərinə əsasən aparmışdır; işlədiyi müddətdə işində hər hansı nöqsan və ya qüsur olması barədə rəhbərlik tərəfindən ona heç bir irad tutulmamış, cəza və ya intizam tənbehi almamış və əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmişdir; iddia ərizəsinin tam aydın olması üçün ətraflı yazmaq məcburiyyətində olduğunu bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Mil-Muğan Regional Təhsil İdarəsinin Keyfiyyət sektorunun müdiri (indiki Şirvan- Salyan Regional Təhsil İdarəsinin Keyfiyyət sektoru) Mahir Zahidov onu idarəyə dəvət edərək direktor müavini X43 barəsində qanunsuz və qərəzli xasiyyətnamə təqdim etməsini tələb etmişdir; buna etiraz etmiş və həmin şəxsin savadlı, tərbiyəli və layiqli əməkdaş olduğunu bildirmişdir; daha sonra bir neçə dəfə Mahir Zahidov eyni qanunsuz tapşırığını onun icra etməsini təkid etmiş, hər dəfə etiraz etmişdir; xx.xx.2024-cü il tarixdə Mahir Zahidov məktəbə gəlmiş və orada yenidən onun tələb etdiyi formada xasiyyətnamə verməsini tələb etmiş, İddiaçı etiraz etmişdir; Mahir Zahidov isə hər kəsin qarşısında onu təhqir və təhdid etmiş, işinə son verəcəyini, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxaracağını bildirməklə hədələmişdir; bu hadisələrdə məktəbdəki müəllim və şagirdlər şahiddir, lakin hər kəs işini itirməkdən qorxduğu üçün tədbir görməmişdir; xx.xx.2024-cü il tarixdə Mahir Zahidovun qanunsuz tapşırığını icra etmədiyi üçün həmin tarixdən məktəbdə monitorinq başlamışdır və monitorinq başlanan zaman tarifləşmə cədvəlinin olmadığını M. Zahidovun nəzərinə çatdırmışdır; bütün bunlara əhəmiyyət verməyən M. Zahidov bir çox kobud pozuntulara yol verərək, hətta yoxlama apardığı müəllimlər otağında olan kameraların yaddaş blokunu söküb özü ilə aparmışdır; monitorinqdən sonra ona maliyyə sektorunun müdiri Rahim Hüseynov tərəfindən dəvət edilib, monitorinq zamanı ciddi maliyyə pozuntularının aşkar olunduğu bildirilmişdir; bundan sonra M. Zahidov ona ya ərizə yazıb öz xoşu ilə çıxmasını, ya da Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxaracağını və sənədlərini Respublika Prokurorluğuna göndərəcəyini bildirmişdir; İddiaçı öz etirazını bildirərək qəbula gedəcəyini və heç bir nöqsanının olmadığını demişdir; dəfələrlə Rəşad Musayevin qəbulunda olmuş, lakin R. Musayev də M. Zahidovun tərəfini saxlamış və ona “ya sən ərizə yazıb çıxacaqsan, ya da mən səni çıxaracağam; sən artıq heç cürə işləyə bilməzsən; mən buna imkan verməyəcəyəm” demişdir; cənab nazirin qəbuluna düşmək istədiyi halda müxtəlif vasitələrlə M. Zahidovun onu qəbulda iştirak etməyə qoymadığı və süni əngəllər yaratdığı ilə bağlı şahidləri vardır; direktor müavini X3 kadr olaraq qeyd olunmuş və onun direktorların işə qəbul müsabiqəsində Beyləqan, eləcə də İmişli, Saatlı və Sabirabad rayonları üzrə ən yüksək bal topladığı və seçdiyi vakant məktəbin satılan məktəblərdən olduğu vurğulanmışdır; M. Zahidovun D. Salatın barədə mənfi xasiyyətnamə istəməsi onun istəyinə zidd hesab edilmişdir; bütün bunların İddiaçı pis təsir etdiyi və sağlamlığında problemlər yaratdığı bildirilmişdir; xx.xx.2024-cü il tarixdə sağlamlığında yaranmış problemlərə görə müvəqqəti əmək qabiliyyətinin olmaması səbəbindən xəstəlik məzuniyyətinə çıxmalı olmuş və müvafiq olaraq Füzuli rayon Mərkəzi Xəstəxanasından təqdim edilən arayış və xəstəlik vərəqələrini aidiyyatı üzrə tabe olduğu Mil-Muğan Təhsil İdarəsinə təqdim etmişdir; xx.xx.2025-ci il tarixdə işə çıxmağına dair ərizə ilə müraciət etmiş və Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbilinin xx.xx.2025-ci il tarixli 3-29-41/3-1-250/K/2025 nömrəli əmri ilə işdə hesab olunmaması barədə əmr verildikdən sonra həmin tarixdən işə çıxmışdır; xx.xx.2025-ci il tarixdə Regional Təhsil İdarəsinə dəvət olunmuş və ona ATİAHİ Sabirabad Rayon Komitəsinin nəznində fəaliyyət göstərən MMRTİ-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixdə iclasının olacağı və orada iştirak etməsi bildirilmışdır; qeyd olunmuşdur ki, işlədiyi məktəb Azərbaycan Təhsil İşçiləri X33 Beyləqan Rayon Komitəsinə tabe olmasına baxmayaraq, onu Sabirabad rayon Komitəsinin nəznində fəaliyyət göstərən komitənin iclasına dəvət etmişlər və həmin təşkilatın sədri Fərahim Nağıyevdir ki, o, Rəşad Musayevin qaynıdır; iclasın nəticəsinin əvvəlcədən məlum olduğu bildirilmişdir; iclasda Mil-Muğan Təhsil İdarəsinin əməkdaşları tərəfindən 31 oktyabr, 1 və 4 noyabr 2024-cü il tarixlərində keçirilmiş monitorinqin nəticələrinin müzakirə edildiyi və üzvlər tərəfindən tam imzalanmamış iclas protokoluna əsasən guya onun əmək funksiyasını və əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini düzgün icra etməməsi nəticəsində bir sıra ciddi nöqsanlara yol verdiyi, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyi və əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin məqsədəuyğun hesab olunduğu barədə qərar qəbul olunduğu, ona izahat vermək və müdafiə olunmaq imkanı yaradılmadığı bildirilmişdir; elə həmin tarixdə, yəni xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun 3-29-69/3-1-280K/2025 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi bildirilmişdir; xüsusilə vurğulanmışdır ki, iclasda xəstəlik vərəqəsinin olmaması iddiası olsa da, həmin günləri əhatə edən Füzuli rayon Mərkəzi Xəstəxanasının təsdiqli arayışına baxmayaraq, onu nəzərə almadan qərəzli şəkildə onun əmək müqaviləsinə göstərilən maddə ilə xitam verildiyi qənaətinə gəlmişdir; Mil-Muğan Regional Təhsil İdarəsi müqaviləyə xitam verildiyi xx.xx.2025-ci il tarixdə Füzuli Rayon Mərkəzi Xəstəxanasına xəstəlik barədə arayışın qanuni olub-olmaması barədə sorğu göndərmiş və həmin sorğuya xəstəxanadan xx.xx.2025-ci il tarixdə cavab gəldiyi halda, sorğuya cavabı gözləmədən müvafiq əmri verdikləri göstərilmişdir; Füzuli Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli 18-136/2-i-xx-xx/2024 saylı arayışına əsasən (xx.xx.2024-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək), xx.xx.2025-ci il tarixli 18-1- 36/2-Q-31-266/2025 saylı arayışına əsasən (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək) və xx.xx.2025-ci il tarixli 18-1-36/2-i-xx-xx/2025 saylı arayışına əsasən (5 gün müddətində) ona təqdim edilmiş arayışlar mövcud olmuşdur; bundan əlavə, Füzuli Rayon Mərkəzi Xəstəxanasından təqdim edilmiş arayışın tarixlərində qüsur olduğunu və arayışı aldıqdan sonra Təhsil İdarəsinə təqdim etdikdən sonra bununla bağlı müəyyən etmələr etdiyini və dərhal Təhsil İdarəsinin əməkdaşına məlumat verdiyini bildirmişdir; sonradan həmin arayışın saxta olmasından şübhələndiyi üçün özü Füzuli rayon prokurorluğuna müraciət etmiş və müraciət əsasında prokurorluqda aparılan araşdırmada Füzuli rayon Mərkəzi Xəstəxanasının əməkdaşı X10 əməlinin cinayət tərkibi təşkil etdiyi müəyyən edilərək, əməl az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci maddəsi tətbiq olunmaqla onun barəsində cinayət işinin başlanması 24 may 2025-ci il tarixdə rədd edilmişdir; Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun xx.xx.2025-ci il tarixli 3-29-69/3-1-280K/2025 nömrəli əmri əsassız və qanunsuz hesab edilmiş, əmrdə əsas göstərilmiş “əmək funksiyasının yerinə yetirilməməsi” və “xəstəlik vərəqəsi təqdim edilməməsi” halları həqiqəti əks etdirmədiyi bildirilmişdir; tibbi arayışlarla sübut olunmuş əmək qabiliyyətinin məhdudluğunun nəzərə alınmadığı, 2024-cü ilin noyabr ayından 2025-ci ilin may ayınadək Füzuli rayon Mərkəzi Xəstəxanasından bir neçə tibbi arayış təqdim etdiyi və bu sənədlərlə müvəqqəti əmək qabiliyyətinin məhdudluğunun rəsmi təsdiq edildiyi; əmək funksiyasının pozulması iddiasının əsassız və tam araşdırma aparılmadan irəli sürüldüyü, əmək intizamının kobud şəkildə pozulması kimi iddiaların heç bir konkret hüquqi araşdırma və intizam tədbirinin tətbiqi qaydalarına əməl edilmədən əsaslandırıldığı, Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun araşdırma, izahatın alınması və intizam tədbirləri prosedurunun həyata keçirilmədiyi və əmrin verilməsinin Əmək Məcəlləsinə zidd olduğu qeyd edilmişdir; vurğulanmışdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi yalnız əmək funksiyasının dəfələrlə pozulması, əsaslandırılmış araşdırma və xəbərdarlıqlar əsasında tətbiq edilə bilər ki, bu konkret halda mövcud olmamışdır; məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməli olduğu, Əmək Məcəlləsinin 290-cı maddəsinə əsasən qanunsuz işdən çıxarılmış şəxs işə bərpa edilərsə, o işdən çıxarıldığı gündən etibarən işə bərpa edildiyi günədək olan dövr üçün orta əmək haqqı almalı olduğu barədə tələb irəli sürülmüşdür. Onun barəsində cavabdeh “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi” tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli 3-29-69/3-1-280K/2025 nömrəli işdən azad edilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c” bəndləri, 69-cu maddəsinin 7ci hissəsi, 76-cı maddəsi, 77-ci maddəsinin 2-ci və 3-cü hissələri və 80-ci maddəsinin 2-ci hissəsinin tələblərini kobud şəkildə pozmaqla verilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X13 iddia ərizəsinə yazılı təqdim etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi aşağıda qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsinə etiraz edir: 1. İddiaçı ərizəsində bildirir ki, o, əmək funksiyası və əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini düzgün icra etdiyi və heç bir ciddi nöqsana yol vermədiyi təqdirdə xx.xx.2025-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı qeyd etmək istəyirik ki, Agentliyin Mil-Muğan Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-41/3-2-72F/2024 nömrəli əmrinə əsasən Beyləqan rayonun Mil qəsəbə tam orta məktəbində rəhbərlik və nəzarətin, təlim-tərbiyə prosesinin səmərəli təşkilinin və sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun yerinə yetirilməsi sahəsində mövcud vəziyyətin öyrənilməsi məqsədilə 31 oktyabr - 04 noyabr 2024-cü il tarixlərində yoxlama keçirilmiş və ciddi nöqsanlar aşkarlamışdır. Belə ki: - Monitorinq zamanı Tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 14 iyun 2024-cü il tarixli 3-29/3-2 411F/ 2024 nömrəli əmrinin tələbləri yoxlanılarkən məktəbin iki növbədə fəaliyyət göstərdiyi, bir məktəbəhazırlıq qrupu, 23 sinif komplekti və 1 fərdi təhsil sinifi mövcud olduğu, birinci növbədə 0z məktəbhazırlıq qrupu, İab, Vİa, V İab, İXab, Xab, Xİab və Vİf sinfi olmaqla 13 sinifdə tədris aparıldığı (12 tədris otağı var), ikinci növbədə isə İab, İab, İVab, Vab, Vİab, Vİb sinfi olmaqla 11 sinifdə, yəni 11 sinif otağında tədrisin aparıldığı, birinci növbədə boş sinif otağının olmadığı, ikinci növbədə 1 boş sinif otağı qalmasına baxmayaraq, məktəbin maddi-texniki bazası imkan vermədiyi halda 13 sinifdə ingilis dili və fiziki tərbiyə dərslərinin bölündüyü, dərsdənkənar məğələlərin (dərsdənkənar məşğələ cədvəlinin olmadığı) və dərnəy məşğələlərinin təşkil edildiyi, lakın bölünmə dərslərin, dərsdənkənar məşğələlərin, dərnəy məşğələlərin tədris edilmədiyi, həmin dərs saatlarının həvalə olunduğu müəlimlərin həmin saatlara görə əmək haqqı aldığı, nəticədə dövlət büdcəsindən cari tədris ili ərzində 4053.55 manat məbləğin əsassız olaraq xərcləndiyi aşkar edilmişdir. Məktəbin riyaziyyat müə limi X14 izahatında 2012-ci ildən müəlim kimi fəaliyyət göstərdiyini, 2024-2025-ci və əvvəlki tədris i lərində ona dərsdənkənar məşğələlərin həvalə olunduğu, sinif otaqlarının çatışmazlığı səbəbindən dərsdənkənar məşğələləri tədris etmədiyi, həmin saatlara görə hər ay əmək haqqı aldığı, dərsdənkənar məşğələ saatlarına görə aldığı əmək haqqını tam həcmdə məktəbin direktoru İddiaçı verdiyini qeyd etmişdir. Məktəbin informatika müəlimi X24 izahatında 2023-2024-cü və 2024-2025-ci tədris işlərində ona dərsdənkənar məşğələ saatlarının həvalə olunduğunu, sinif otaqlarının çatışmazlığı səbəbindən həmin dərsləri tədris etmədiyini, lakin əmək haqqı aldığını, hər ay həmin saatlara görə aldığı əmək haqqını direktora verdiyini bildirmişdir. Məktəbin coğrafiya müəllimi X15 2024-2025-ci tədris ilində ona həvalə olunmuş 4 saat dərsdənkənar məşğələ saatlarından və əmək haqqına həmin saatlara görə ödənilmiş məbləğ barədə məlumatsız olduğunu qeyd etmişdir. - Fərdi təhsilin təşkili Qaydalarının tələbləri yoxlanılarkən Vİf sinifində təhsil alan X34 fərdi təhsil alsa da, müəlimlərinin bəzilərinin adını çəksə də onları tanımadığı, cari tədris ilində müə limlərin fərdi təhsilə görə həvalə olunmuş dərs saatlarına görə illik prespektiv planlarının olmadığı, biliyinin formal qiymətləndirildiyi və sinifdən-sinifə keçirldiyi nəticədə dövlət büdcəsindən əsassız olaraq 2024 2025-ci tədris ili ərzində 795.24 manat məbləğin əsassız olaraq xərcləndiyi müəyyən edilmişdir. - Ümumi təhsil müəssisələrinin təmayül siniflərinin 2024-2025-ci tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əmrinin tələbləri yoxlanılarkən Xa və Xİa siniflərinin təmayül sinifləri kimi fəaliyyət göstərsə də, təmayül sinifləri yaradılarkən şagirdlər arasında təmayül siniflərinin profilini müəyyənləşdirmək üçün sorğuların keçirilmədiyi, şagird və onların valdeyinlərinin fikirlərinin öyrənilmədiyi, Xa sinifində təhsil alan bütün şagirdlərin, Xİa sinfində təhsil alan 14 şagirddən 9 nəfərin hansı təmayül sinifində təhsil aldığını bilmədiyi, təmayül siniflərinin yaradılmasında məqsədin 26 nəfər və 27 nəfər şagirdlərlə paralel siniflərin açılmasının olduğu (direktorun izahatına əsasən), nəticədə 2024-2025-ci tədris ili ərzində 5552.21 manat məbləğin dövlət büdcəsindən əsassız olaraq xərcləndiyi aşkar edilmişdir. 2. İddiaçı ərizəsində qeyd edir ki, fəaliyyət dövründə öhdəsinə düşən tapşırıq və vəzifələri vaxtlı-vaxtında yerinə yetirmiş, məktəbdə təlim-tərbiyə prosesini səmərəli şəkildə idarə etmiş və sənədləşmə işlərini qanunvericiliyin tələblərinə əsasən aparmışdır. Bildirmək istərdik ki, keçirilmiş yoxlama nəticəsində İXab, Xab və Xİab siniflərində təhsil alan, dərslərdə həmin siniflər üzrə iştirak edən 92 nəfər şagirddən 4 nəfər şagird dərs cədvəli üzrə 2-3 kitab gətirsə də, qalan şagirdlərdən heç kim cədvəl üzrə dərslikləri və həmin dərslərə aid dəftərlərinin çatantalarında olmadığı, şagirdlərin məktəbə dərslik və qeyd dəftərləri gətirmədiyi aşkar olunmuşdur. Əlavə olaraq, dəfələrlə dərslər əvəz edilsədə məktəbin buraxılan və əvəzedilən dərslərin uçotu kitabında hər hansı bir qeyd aparılmamış, məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini dərs dinləmələrdə iştirak etdiklərini vurğulasalarda, təsdiqedici sənədlərin olmadığı müəyyən edilmiş, məktəbin direktorunun, təlim-tərbiyə işləri üzrə direktor müavininin, təşkilatçının fəaliyyət planları olsa da, formal tərtib edildiyi, sinif rəhbərlərinin və məktəbin fəaliyyət planının olmadığı müəyyən edilmişdir. 3. Ərizədə qeyd edilir ki, iddiaçının səhhətində yaranmış problemlərlə əlaqədar müvəqqəti əmək qabiliyyətinin olmaması səbəbindən- xəstəliyə görə məzuniyyətə çıxmışdır. İddiaçı 18 noyabr 2024-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar əmək qabiliyyətinin olmaması vərəqələri və müvafiq arayışların bəzilərini korlanmış vəziyyətdə işə çıxdıqdan sonra regional təhsil idarəsinə təqdim etmiş, Füzuli Rayon Mərkəzi Xəstəxanasından verilmiş 05 yanvar 2025-ci il tarixli 18-1-36/2-i-xx-xx/2024 nömrəli arayışa əsasən 09 dekabr 2024-cü il tarixdən 30 dekabr 2024-cü il tarixədək, Füzuli Rayon Mərkəzi Xəstəxanasından verilmiş 12 fevral 2025-ci il tarixli 18-1-36/2-Q-31-266/2025 nömrəli arayışa əsasən 06 yanvar 2025-ci il tarixdan 30 gün müddətinə, Füzuli Rayon Mərkəzi Xəstəxanasından verilmiş 11 may 2025-ci il tarixli 18-1-36/2-i-xx-xx/2025 nömrəli arayışa əsasən 05 fevral 2025-ci il tarixdən 5 gün müddətinə yalnız arayışlar əsasında işə gəlməmiş, həmin tarixlər üzrə əmək qabiliyyətinin olmaması ilə bağlı vərəqəsini təqdim etməmişdir. Göründüyü kimi iddiaçı əmək qabiliyyətinin olmaması ilə bağlı vərəqəsi olmadan üzrsüz səbəbdən işdə olmamış, həmin vərəqəni təqdim edəcəyi ilə bağlı yalan məlumat vermiş, bununla da əmək vəzifələrini kobud surətdə pozmuşdur. 4. İşçinin 07 may 2025-ci il tarixində əmək münasibətlərinə xitam verildiyi halda, onun 08 may 2025-ci il tarixində təqdim etdiyi hər hansı arayış artıq hüquqi qüvvəyə malik deyil. Belə ki, əmək münasibətlərinə xitam verildikdən sonra təqdim olunan sənədlər hüquqi mahiyyət daşımır və işəgötürən üçün heç bir öhdəlik yaratmır. Bu hal əmək qanunvericiliyinin müddəalarına uyğun olaraq, gec təqdim edilmiş sənədin hüquqi nəticə doğurmadığını və yalnız formal xarakter daşıdığını göstərir. Nəticə etibarilə, qeyd olunan arayışın təqdim edilmə vaxtı onun hüquqi qüvvəsini istisna edir və bu səbəbdən həmin sənəd əsasında hər hansı qərarın dəyişdirilməsi əsassızdır. 5. İddiaçı tərəfindən təqdim edilmiş ərizədə Həmkarlar İttifaqı Komitəsini “tabe olmadığı qurum” göstərməyə cəhd göstərsə də, bu yanaşma hüquqi baxımdan tamamilə əsassızdır. Əksinə, mövcud sənədlər və hüquqi tənzimləmələr əsasında müəyyən edilir ki, iddiaçının özü Həmkarlar İttifaqının üzvü kimi bu təşkilat qarşısında müəyyən hüquq və vəzifələr daşıyır və onun fəaliyyətinə, qərarlarına riayət etməlidir. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, həmkarlar ittifaqının üzvü olan şəxslər bu təşkilatın nizamnaməsinə tabe olur, onun qərarlarını və daxili qaydalarını yerinə yetirməyə borcludur. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli Ko legiya qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qu luqçu vəzifələrinin Vahid Tarif Nazirliyinin 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli Ko legiya qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin X80 Sorğu Kitabçası”na əsasən, ümumi təhsil müəssisəsinin direktorunun fəaliyyətinin əsas məqsədi məktəbin idarə edilməsidir. Direktor məktəbin inkişaf proqramını hazırlamalı, pedaqoji işçilərinin fəaliyyətini təhlil etməli və məktəbdaxili qiymətləndirmə həyata keçirməlidir. Tədrisin müasir metodları ilə təşkilatı tədbirlər görməli və pedaqoji şuraya rəhbərlik etməlidir. Sorğu Kitabçası əsasən, Direktor həmçinin tədris planı və proqramlarının yerinə yetirilməsini təmin etməli, sinifdənkənar və məktəbdənkənar işlərin təşkili üzərində nəzarət etməli və müxtəlif vacib məsələlərlə bağlı dövlət orqanları ilə əlaqə qurmalıdır. Məktəbin işçilərinin seçilməsi, yerləşdirilməsi, vəzifə təlimatları və əmək müqavilələri ilə bağlı məsələləri həll etməli, müvafiq intizam tənbehləri və həvəsləndirmə tədbirləri görməlidir. Bundan başqa, direktor məktəb sənədlərinin düzgün aparılmasını təmin etməli, məlumat bazalarının düzgün doldurulmasını və hesabatların hazırlanmasını nəzarət etməlidir. Dövlət və müəssisə büdcəsindən istifadəni səmərəli təşkil etməli və avadanlığın düzgün istifadə olunmasına nəzarət etməlidir. Daxili intizam qaydalarına riayət edilməsi və müəlimlərin etik davranışlarına əməl olunmasına da məsuliyyət daşıyır. Direktor işçilərə verilən tapşırıqları və onların əmək qanunvericiliyinə uyğunluğunu nəzarətdə saxlamalı, nəticədə tədris prosesinin düzgün və effektiv aparılmasını təmin etməli, kadrların seçilməsi, yerləşdirilməsi və təlimi üzrə qərarlar qəbul etməli, İşçilərin peşəkar inkişafını təmin etməli və onların ixtisasartırma prosesini izləməlidir. Pedaqoji heyət arasında əməkdaşlıq və kommunikasiya şəraitini yaradır. Əmək intizamını və etik davranış qaydalarına riayət olunmasını təmin edir. Sorğu Kitabçasına əsasən, Dövlət tərəfindən ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında qərarının 5.13-cü bəndinə əsasən, Direktor adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidir. Direktorun fəaliyyətinin təşkili qaydası, Nazirliyin təsdiq etdiyi əsasnamə və məktəbin nizamnaməsi ilə müəyyən edilir. Nümunəvi Nizamnamənin 5.15-ci bəndinə əsasən, Direktorun vəzifələri arasında məktəbin cari fəaliyyətinə rəhbərlik etmək və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşımaq, dövlət orqanları və digər qurumlarla əlaqələri təmsil etmək, təlim-tərbiyə prosesinin düzgün təşkili və monitorinqini həyata keçirmək, sağlam və təhlükəsiz tədris mühiti yaratmaq, daxili sərəncam və əmrlər vermək, maliyyə hesabatları təqdim etmək, intizam qaydalarını təsdiq etmək, Pedaqoji Şuranın qərarlarını təsdiq etmək, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirmək, işçiləri təyin etmək, özünün və ümumi təhsil müəssisəsinin digər vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək; Pedaqoji Şura qarşısında ümumi təhsil müəssisəsinin tədris məsələlərinə dair və tabe olduğu dövlət orqanı (qurumu) qarşısında ümumi təhsil müəssisəsinin cari fəaliyyətinə dair hesabatlar vermək; ümumi təhsil müəssisəsinin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək; ümumi təhsil müəssisəsinin əmlakından bu Nümunəvi Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək, Nümunəvi Nizamnamənin 3.1.30-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; məktəbin əmlakından məqsədli istifadəni təmin etmək və məktəbin fəaliyyətini əlaqəli qurumlarla birlikdə idarə etmək yer alır. Əlavə olaraq, direktor komissiyalar və işçi qruplar yarada, kargüzarlıq və arxiv işini təşkil edə, müraciətləri qəbul edə və auditor yoxlamalarına nəzarət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcələsinin 10-cu maddəsinin “a”, “b” və “f” bəndlərinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcələnin 11-ci maddəsinin 1-ci bəndinin “b” və “d” bəndlərinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: bu Məcələ ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək. Həmin Məcələnin 57-ci maddəsinə əsasən, işəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X5 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Həmin Məcələnin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcə lənin 72-ci maddəsində sadalanan halarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Həmin Məcələnin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən, bu Məcələnin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək ko lektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcələnin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcə ləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 2(102)-37/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kolegiyasının Qərarınının (3 ulduzlu) 36-cı hissəsində qeyd edir ki, Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. X70 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kolektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yolverilməsi zamanı 70-ci maddənin “ç” bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Beyləqan rayonun Mil qəsəbə tam orta məktəbin direktoru İddiaçı təhsil müəssisəsində qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə, təhsil müəssisəsində təhsil və təlim-tərbiyə prosesinin, əmək və icra intizamının normal ahəngini pozduğuna, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəydiyinə, əmək qanunvericiliyini, o cümlədən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əmr və göstərişlərini, qayda və təlimatlarını kobud surətdə pozduğuna görə o, Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, Beyləqan rayonun Mil qəsəbə tam orta məktəbin direktoru vəzifəsindən azad edilmişdir. Mübahisələndirilən əmr qanunauyğun və əsaslı olaraq verildiyi üçün iddia tələbi əsassızdır və rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X9 iddia tələbinin dəlillərini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, onun əmək müqaviləsinə xitam verilməsi qərəzli olmuşdur. Belə ki, Mil-Muğan Regional Təhsil İdarəsinin Keyfiyyət sektorunun müdiri Mahir Zahidov onu idarəyə dəvət edərək direktor müavini X43 barəsində qanunsuz və qərəzli xasiyyətnamə təqdim etməsini tələb etdi. Lakin o, buna etiraz etmiş, bundan sonra Mahir Zahidovun qanunsuz tapşırığını icra etmədiyi üçün həmin tarixdən məktəbdə monitorinq başlamışdır və monitorinq başlanan zaman tarifləşmə cədvəlinin olmadığını M.Zahidovun nəzərinə çatdırmışdır. Yoxlama zamanı M.Zahidovun gözü müəllimlər otağında olan kameraya sataşmış, həmin kameranın işləyibişləmədiyini soruşmuş, işlək vəziyyətdə olduğunu bildikdən sonra çox kobud hərəkətlə kameranın yaddaş blokunu sökmüşdür. İddiaçı X4 nümayəndəsi və vəkili vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin dəlilləri ilə eyniməzmunlu izahat verib bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı bir sıra kobud pozuntulara yol verilmişdir. Belə ki, iddiaçı müvəqqəti əmək qabiliyyətsiz olması ilə bağlı xəstəlik vərəqələri təqdim etmiş, hətta həmin vərəqələrin saxta olduğunu bildikdən sonra müvafiq əməllərə qiymət verilməsindən ötrü prokurorluğa müraciət etmiş, nəticədə bəlli olmuşdur ki, xəstəlik vərəqələrinin saxta olmasında iddiaçının heç bir təqsiri olmamış, bununla bağlı xətəxananın aidiyyəti əməkdaşının hərəkətlərində cinayət əlamətləri aşkar edilsə də, xəstəlik vərəqəsinin məzmunundakı məlumatların həqiqəti əks etdirməsi səbəbindən cinayət işinin başlanması rədd olunmuşdur. Bir digər hal isə ondan ibarətdir ki, işçi ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olunarkən, müəssisədə fəaliyyət göstərən X33 Beyləqan Rayon Komitəsinin deyil, Sabirabad rayon Komitəsinin nəznində fəaliyyət göstərən komitənin razılığı alınmışdır ki, bununla da iki yaxın qohumun bir-birinin mövqeyini təsdiqləməsi ilə iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X35 məhkəmə iclasında yazılı etirazın dəlilərini müdafiə edərək, izahatında göstərmişdir ki, keçirilən yoxlama zamanı aşkar olunan pozuntular barədə akt tərtib olunmuşdur. Aktda bütün siniflərin davamiyyəti olduğu kimi əks etdirilmiş və hər hansı qərəz faktı mövcud olmamışdır. İddiaçının özü də izahatında bir sıra nöqsanlara yol verdiyini etiraf etmişdir. Tərtib olunan əmr isə izahatlar, akt və Həmkarlar İttifaqının protokolundan çıxarış ilə əsaslandırılmışdır. Həmçinin, Həmkarlar İttifaqının öz razılığını əsaslandırmaq barədə öhdəliyi də mövcud deyil. Əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehin mənafeyinə xələl yetirilməsi yalnız maddi zərərlə ölçülmür. İddiaçının cavabdehin mənafeyinə hansı formada zərər vurması aktda konkret olaraq göstərilmişdir. Bundan əlavə iş materiallarında prokurorluq orqanının qərarı vardır. Həmin qərardan görünür ki, iddiaçı tərəfindən dövlət büdcəsinə maddi ziyan vurulub və həmin ziyanın daha sonra iddiaçı tərəfindən ödənilməsi təmin olunmuşdur. Bununla da iddiaçı təqsirini etiraf etmişdir. Eyni zamanda bildirdi ki, qanunvericilikdə işəgötürənin üzərinə vəzifə qoyulub ki, bu kimi hallarda həmkarlar ittifaqının razılığı alınsın.Yəni qanunvericlikdə elə bir şərt nəzərdə tutulmayıb ki, işçi hansı təşkilata üzv olmalıdır. Göründüyü kimi, iddiaçının Mil-Muğan Regional Təhsil İdarəsi ilk həmkarlar təşkilatına üzv olması barədə özünün ərizəsi var. xx.xx.2025-ci il tarixli X52 Respublika Komitəsinin məktubuna münasibətdə isə qeyd edir ki, həmin məktubun icra olunub-olunmaması barədə məlumat yoxdur.Həmin məktub pilot layihə kimi işlənmişdi. İlk olaraq Şəki-Zaqatala regionunda tətbiq edilməyə başlanmışdı, yəni bu proses mərhələli şəkildə həyata keçirilir. Üçüncü şəxs Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi X48 izahatında bildirdi ki, hazırki mübahisəli məsələ ilə bağlı ilkin olaraq işəgötürən müəyyən etməli idi ki, işçi hansı həmkarlar təşkilatının üzvüdür. Qanunvericilikdə konkret göstərilmişdir ki, işçi kobud pozuntular səbəbindən işdən çıxarılarkən işçinin işlədiyi müəssisənin həmkarlar təşkilatının razılığı alınmalıdır. İddiaçı işlədiyi yer üzrə ilk həmkarlar təşkilatının üzvüdür. Bu halı iddiaçının özünün təqdim etdiyi ərizədən müəyyən etmək olar. Buna görə də cavabdeh agentlik onu işdən çıxararkən, razılığın alınması ilə bağlı təqdimatı məhz həmin təşkilata göndərməli idi. Belə ki, iddiaçı Mil-Muğan Regional Təhsil İdarəsi ilk həmkarlar təşkilatında üzv olmamışdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsinə işlədiyi yer üzrə həmkarlar təşkilatının baxmasına mane olacaq konkret hallar olduğu təqdirdə o təşkilat baxa bilməzdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şahid ifadələrini, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ETN Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69B-1-280K/2025 saylı İntizam tənbehinin tətbiq edilməsi barədə əmrinin surətindən görünür ki, Ümumi təhsil müəssisələrində aparılan monitorinqlər çərçivəsində xx.xx.2025-ci il tarixində Beyləqan rayonu İlham Quliyev adına Mil Qəsəbə tam orta ümumtəhsil məktəbində keçirilmiş monitorinq zamanı adıgedən ümumi təhsil müəssisəsində əmək və təhsil qanunvericiliyinin tələbləri, təlim-tərbiyə, tədris-pedaqoji və metodiki prosesinin təşkli və sənədləşmə işinin aparılmasında bir sıra ciddi nöqsan və qanun pozuntuları hallarına yol verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X20”sinin 5.6.8 və 5.5.11-ci bəndlərini rəhbər tutaraq, əmr edilmişdir:
1. Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 07 may 2025-ci il tarixdən ləğv edilsin.
2. Məktəbəqədər və Ümumi Təhsil üzrə X53-Muğan Regional Təhsil İdarəsi (Bəhruz Nəbili): 2.1. Yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması və gələcəkdə analoji hallara yol verilməməsi üçün həmin müəssisənin və tabeliyində olan digər təhsil müəssisəslərinin fəaliyyətinə nəzarət gücləndirilsin; 2.2. İddiaçı bu əmrlə tanış olmasını, qanunvericiliklə müəyyən edilmiş müddətdə onunla son haqq-hesabın və təhvil-təslim işlərinin aparılmasını təmin etsin; 2.3. Qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı Əmək kitabçasının təhvil verilməsini və ya əmək kitabçasının təhvil götürülməsi barədə bildirişin göndərilməsini təmin etsin;
3. Ümumi təhsilin təşkili şöbəsi (Nurlan İsmayılbəyli) bu əmrdən irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsin.
4. Sənədlərlə və müraciətlərlə iş sektoru (Aylan Məmmədova) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etsin. - İntizam tənbehinin tətbiq edilməsi barədə əmrdən görünür ki, 31 oktyabr, 1 və 4 noyabr 2024-cü il tarixlərində Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbdə keçirilmiş monitorinq zamanı adıgedən ümumi təhsil müəssisəsində əmək və təhsil qanunvericiliyinin tələbləri, təlim-tərbiyə, tədris-pedaqoji və metodiki prosesinin təşkili və sənədləşmə işinin aparılmasında bir sıra ciddi nöqsan və qanun pozuntuları hallarına yol verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X20”sinin 5.6.8 və 5.5.11-ci bəndlərini rəhbər tutaraq, Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixindən ləğv edilmişdir. - ATİAHİ Sabirabad Rayon Komitəsinin nəzdində fəaliyyət göstərən MMRTİ-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli iclasının 21 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. - 31 oktaybr, 1 və 4 noyabr 2024-cü il tarixlərində Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbdə aparılmış yoxlama zamanı tərtib edilmiş aktın surətindən görünür ki, məktəbdə şagirdlərin davamiyyəti yoxlanılarkən birinci növbədə məktəb üzrə İ-Xİ siniflərdə 414 nəfər şagirddən 358 nəfər (təxminən 88,6%) şagird dərslərdə iştirak etdiyi, 01 noyabr 2024-cü il tarixində birinci dərsin başlandığı andan (08:30-da) dərs bitənədək məktəb üzrə ilk 45 dəqiqə müddətində 44 nəfər şagirdin ilk dərsə gecikdiyi müəyyən edilmişdir. İşçilərin əmək intizamı yoxlanılarkən 31 oktyabr, 01 noyabr və 04 noyabr 2024-cü il tarixlərində məktəbin kimya müəllimi X25, Azərbaycan dili müəllimi X40 isə 31 oktyabr 2024-cü il tarixində, 01 noyabr 2024-cü il tarixində isə X11 işdə olmadığı, 31 oktyabr 2024-cü il tarixində boş olan dərs ssatlarının müəllimlər tərəfindən əvəz olunmadığı müəyyən edilmişdir. Texniki heyətin əmək intizamı yoxlanılarkən məktəbin laborantı X7 ay ərzində 7-8 dəfə işə gəldiyi, məktəbin 0,5 ştat vahidi sobayandıranı X36 işə gəlmədiyi, məktəbin dülgəri X49 işə gəlsə də vəzifə funksiyalarını yerinə yetirmədiyi müəyyən edilmişdir. 31 oktyabr 2024-cü il tarixində İXab,Xab və Xlab siniflərində təhsil alan, dərslərdə həmin siniflər üzrə iştirak edən 92 nəfər şagirddən 4 nəfər şagird dərs cədvəli üzrə 2-3 kitab gətirsə də, qalan şagirdlərdən heç kim cədvəl üzrə dərslikləri və həmin dərslərə aid dəftərlərinin çatandalrında olmadığı, şagirdlərin məktəbə dərslik və qeyd dəftərləri gətirmədiyi aşkar edilmişdir. Məktəbin inzibati bnasında 17 otaq mövcüddur. Onlardan 12-si tədrisin aparılması üçün sinif otağı, 1 otaq direktor otağı, 1 otaq müəllimlər otağı, 1 otaq kitabxana, 1 otaq kompyuter otağı, 1 otaqdan isə bufet kimi istifadə olunduğu müəyyən edilmişdir. Məktəb iki növbədə fəaliyyət göstərir. Bir məktəbəhazırlıq qrupu, 23 sinif komlekti və 1 fərdi təhsil sinifi mövcuddur. Birinci növbədə Oz məktəbhazırlıq qrupu, lab, Vlla, Vİllab, İXab, Xab, Xlab və Vİlf sinfi olmaqla 13 sinifdə tədris (12 otaqda) aparıldığı, ikinci növbədə isə llab, İllab, İVab, Vab, Viab, Vİlb sinfi olmaqla 11 sinifdə tədris 11 sinif otağında aparıldığı, birinci növbədə boş sinif otağının olmadığı, ikinci növbədə 1 boş sinif otağı qalmasına baxmayaraq, məktəbin maddi-texniki bazası imkan vermədiyi halda 13 sinifdə ingilis dili və fiziki tərbiyə dərslərinin bölündüyü, dərsdənkənar məşğələlərin (dərsdənkənar məşğələ cədvəlinin olmadığı) və dərnəy məşğələlərinin təşkil edildiyi, lakın bölünmə dərslərin, dərsdənkənar məşğələlərin və dərnəy məşğələlərin tədris edilmədiyi, həmin dərs saatlarının həvalə olunduğu müəllimlərin həmin saatlara görə əmək haqqı aldığı və bu halların əvvəlki tədris illərində də baş verdiyi aşkar edilmişdir. Vİlf sinifində təhsil alan X34 7 tədris ili ərzində fərdi təhsil alsa da, hərif tanımadığı, özünü ifadə edə bilmədiyi, müəllimlərinin bəzilərinin adını çəksə də onları tanımadığı, cari tədris ilində müəllimlərin fərdi təhsilə görə həvalə olunmuş dərs saatlarına görə illik prespektiv palanlarının olmadığı, şagirdin psixoloji durumunda problem olsa da fərdi təhsilə cəlb edilərək, biliyinin formal qiymətləndirildiyi və sinifdən-sinifə keçirildiyi müəyyən edilmişdir. Xa və Xla sinifləri təmayül sinifləri kimi fəaliyyət göstərsə də, təmayül sinifləri yaradılarkən şagirdlər arasında təmayül siniflərinin profilini müəyyənləşdirmək üçün sorğuların keçirilmədiyi, şagird və onların valdeyinlərinin fikirlərinin öyrənilmədiyi, Xa sinifində təhsil alan bütün şagirdlərin, Xla sinfində təhsil alan 14 şagirddən 9 nəfərin hansı təmayül sinifində təhsil aldığını bilmədiyi, təmayül siniflərinin yaradılmasında məqsədin 26 nəfər və 27 nəfər şagirdlərlə paralel siniflərin açılmasının olduğu aşkar edilmişdir. 01 dekabr 2023-cü il tarixindən dəfələrlə dərslər əvəz edilsədə məktəbin buraxılan və əvəzedilən dərslərin uçotu kitabında hər hansı bir qeyd aparılmamışdır. Doğuşa və hamiləliyə görə sosial məzuniyyətdə olan məktəbin fizika müəllimi Ağayeva əfsanə Fuad qızının 23,5 saat dərs saatının 12 saatı məktəbin ixtisasca fizika müəllimi olan təlim-tərbiyə işləri üzrə direktor müavini X16, 11,5 saat fizika dərs saatı məktəbin texnologiya müəllimi X26 həvalə olunsa da, fizika dərslərinin qeyri-ixtisas fənn müəlliminə verilsə də Regional Təhsil İdarəsindən bu barədə razılığ alınmamışdır. Məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini dərsdinləmələrdə iştirak etdiklərini vurğulasalarda, təsdiqedici sənədlərin olmadığı müəyyən edilmişdir. Müəllimlərin illik prespektiv proqramları seçmə qaydada yoxlanılarkən müəllimlərin proqramları olsada proqramların təsdiqlənmədiyi, proqramlarda Elm və Təhsil Nazirliyinin 28 avqust 2024-cü il tarixli 3-29/3-2-411F/2024 nömrəliəmrinin 3.1 bəndində nəzərdə tutulan müddəaların əks olunmadığı, həmin əmrin digər müddəalarının icrası ilə bağlı bu günədək hər hansı bir fəaliyyətin göstərilmədiyi müəyyən edilmişdir. Məktəbin direktorunun, təlim-tərbiyə işləri üzrə direktor müavininin, təşkilatçının fəaliyyət planları olsa da formal tərtib edildiyi, sinif rəhbərlərinin və məktəbin fəaliyyət planının olmadığı müəyyən edilmişdir. Metodbirləşmələrnin fəaliyyəti seçmə qaydada yoxlanılarkən metodbirləşmə rəhbərlərinin fəliyyət planının olsa da, keçirilmiş iclasların protokolunda əks olunan məslələrin müzakirəsi səthi aparılmışdır. 2024-2025-cü tədris ilində bir dəfə metodbirləşmə iclasının keçirildiyi müəyyən edilmişdir. Məktəbdaxili qiymətləndirmənin formal şəkildə aparıldığı, 2023-2024-cü tədris ilinə aid Böyük summativ qiymətləndirilmə aparıldığı qeyd olunsa da, həmin dövr üçün qiymətləndirmə vasitələrinin olmadığı müəyyən edilmişdir. Məktəb üzrə tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabına baxış keçirilərkən kitabın mədaxil hissəsində 2023-2024-cü tədris ilinə aid, məxaric hissəsində isə ümumiyyətlə heç bir qeydin aparılmadığı, ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabında isə 2018-2019-cü tədris ilindən sonra, məxaric hissədə isə ümumiyyətlə, 2023-2024-cü tədris ilində umumi orta təhsil haqqında attestat almış şagirdlərdən 32 nəfərindən 24 nəfərinin illik qiymətləri və saatların miqdarı yazılmamışdır. Məktəbin sonuncu əmr kitabı 16 sentyabr 2024-cü il tarixindən sonra yazılmamışdır. Şagird təhlükəsizliyi, 2024-2025-ci tədris ilində "Anım Günü", "8 noyabr Zəfər Günü", "Bayraq Günü" ilə bağlı tədbirlərin keçirilməsi barədə əmr verilmədiyi aşkar edilmişdir. Məktəbin pedaqoji şurasınının protokolu kitabına baxış keçirilərkən dərs ilinin əvvəlində ilk şuranın gündəliyində duran məslələrdə Elm və Təhsil Nazirliyinin 28 avqust 2024-cü il tarixli 3-29/3-2-411F/2024 nömrəliəmrində nəzərdə tutulan məsələlər müzakirə olunmadığı müəyyən edilmişdir. Aktın doğruluğunu təsdiq edənlər arasında İddiaçı imza etmişdir. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, 2016-cı ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru vəzifəsinə keçirilmiş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. - Mil-Muğan Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli işdə hesab olunma barədə əmrinin surətindən görünür ki, Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru İddiaçı xx.xx.2025-ci il tarixdə işdə hesab olunmuşdur. - Füzuli rayon prokurorluğunun böyük müstəntiqi, X8 xx.xx.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Füzuli Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin Xəstə xidmətlər şöbəsinin müdir müavini vəzifəsində işləyən X27 xx.xx.2025-ci il tarixdə ona müraciət edən İddiaçı Mərkəzi Xəstəxananın həkimlərinin göstərişi ilə müəyyən müqddət Aralıqlarında ambulator müalicə almasını təsdiq edən arayışları tərtib edərək ona təqdim etməsi barədə xahişi üzrə 6-cı gün, yəni qeyri-iş günü olması ilə əlaqədar Mərkəzi Xəstəxananın direktoru işə çıxmadığından direktorun elektron imzası ilə sözügedən məzmunlu 2 arayışı saxtalaşdıraraq pdf formatında Whatsapp ani yazışma proqramı vasitəsilə İddiaçı göndərmişdir. Aparılmış ilkin araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Elgün İsmayılovun tərtib etdiyi sözügedən arayışların məzmununda qeyd olunan məlumatlar təhrif edilməmiş, həqiqi məlumatlardır.Nəzərə alınmalıdır ki, X27 tərtib etdiyi saxta arayışların məzmununa yalan məlumatlar daxil etməmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı həmin arayışlardan istifadə edərkən arayışların saxta olduğunu bilməmişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Beyləqan rayon prokurorunun köməkçisi X17 xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta məktəbin sabiq direktoru İddiaçı tərəfindən dövlət büdcəsinə vurulan ziyan tamamilə ödənildiyinə görə onun barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən rədd edilsin. Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta məktəbin müəllimləri X37, X14, X21, X50, X25, X28, X18, X15, X44, X29, X30, X31, X38, X24, X39, X40, X51, X32 əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsinin tərkibi olmadığına görə həmin şəxslərin barəsində cinayət işinin başlanması rədd edilsin. İddiaçı tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün ödənilmiş ümumillikdə 8131,25 ( səkkiz min yüz otuz bir manat, iyirmi beş qəpik) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. - Azərbaycan Təhsil İşçiləri X52 Respublika Komitəsinin xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının ETN-nin Regional təhsil idarələrinin rəhbərlərinə ünvanlandığı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Tehsil İşçiləri X33 Nizamnaməsinin 6.5-ci bəndinin tələblərinə əsasən üzvlər əsasi iş yerinin ilk həmkarlar ittifaqı təşkilatında qeydiyyata götürüldüyündən, rəhbərlik etdikləri regional təhsil idarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin rəhbər işçilərinin əsas İş yerləri üzrə HK həmkarlar ittifaqı təşkilatında qeydiyyata götürülmələri üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. - “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Füzuli Rayon Mərkəzi Xəstəxanasında X1 müraciət etmiş və ona “Digər dəmir defisitli anemiyalar,Qan azlığı təzyiq düşmə” diaqnozu qoyulmuşdur. İddiaçı X2 göstərişi ilə 30(otuz) günlük ev şəratində müalicə alması məsləhət görülmüşdür. - “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Füzuli Rayon Mərkəzi Xəstəxanasının həkimi terapevti X19 müraciət etmiş və ona “xroniki bronxitin kəskinləşməsi” diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdən evə göndərilərək 21 günlük ambulator müalicə alması məsləhət görülmüşdür. - SN seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2025 tarixdən xx.xx.2025-ci il tarixədək stasionar müalicədə olmuşdur. İşə başlamalı olduğu tarix xx.xx.2025-ci il. - SN seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2025 tarixdən xx.xx.2025-ci il tarixədək stasionar müalicədə olmuşdur. İşə başlamalı olduğu tarix xx.xx.2025-ci il. - SN seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2025-xx.xx.2025-ci il tarixədək, xx.xx.2025-xx.xx.2025-ci il il tarixədək ambulator müalicədə olmuşdur. İşə başlamalı olduğu tarix xx.xx.2025-ci il. - SN seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024 tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ambulator müalicədə olmuşdur. İşə başlamalı olduğu tarix xx.xx.2024-cü il. - SN seriyalı ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024 tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ambulator müalicədə olmuşdur. İşə başlamalı olduğu tarix xx.xx.2024-cü il. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı X9 2016-cı ildən Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbin direktoru vəzifəsinə keçirilmiş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Hazırda iddiaçı bildirir ki, işdən çıxarılma barədə əmr qanunsuz olmuş, həmin əmr əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əsaslandırılmamış, həmçinin əmək kitabçasında işə götürülmə və işdən çıxarılma barədə müvafiq qeydlər qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda iddia ərizəsindən göründüyü kimi, hazırda İddiaçı cavabdeh Agentliyin xx.xx.2025-ci il tarixli əmrinin qanunsuz olması ilə bağlı gətirdiyi dəlillər aşağıdakılardır.
1. Əmək funksiyasının pozulması əsassız və tam araşdırma aparılmadan, yəni hər hansı zərurət olmadığı təqdirdə qərəzli olaraq aparılmış monitorinq əsasında belə qənaətə gəlinmişdir.
2. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilərkən onun müvəqqəti əmək qabiliyyətsiz olmasını təsdiq edən xəstəlik vərəqələri, arayışları sübut olaraq qəbul edilməmişdir.
3. Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi yalnız işçi tərəfindən əmək funksiyası dəfələrlə pozulması halında müvafiq əsaslandırılmış araşdırma ve xəbərdarlıqlar əsasında tətbiq edilə bilərdi.
4. İddiaçıya məxsus əmək kitabçasında istər işə qəbul, istərsə də əmək müqaviləsinə xitam verilmə barədə qeydlərdə onu imzalamağa səlahiyyəti olan şəxs (vəzifəli şəxs) tərəfindən imza edilməmiş və möhürlə təsdiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. 19-cu maddəsinə əsasən, işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir. 11-ci maddəsinin b bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 76-cı maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; “Həmkarlar ittifaqı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə X4 işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-1-280K/2025 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə həm iddiaçı, həm də cavabdehin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının direktoru olduğu Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbdə 31 oktyabr, 1 və 4 noyabr 2024-cü il tarixlərində aparılmış yoxlama zamanı tərtib edilmiş və iddiaçının özünün də doğruluğunu imzası ilə təsdiq etdiyi aktda qeyd edilmişdir ki, məktəbdə şagirdlərin davamiyyəti yoxlanılarkən birinci növbədə məktəb üzrə İ-Xİ siniflərdə 414 nəfər şagirddən 358 nəfər (təxminən 88,6%) şagird dərslərdə iştirak etdiyi, 01 noyabr 2024-cü il tarixində birinci dərsin başlandığı andan (08:30-da) dərs bitənədək məktəb üzrə ilk 45 dəqiqə müddətində 44 nəfər şagirdin ilk dərsə gecikdiyi müəyyən edilmişdir. İşçilərin əmək intizamı yoxlanılarkən 31 oktyabr, 01 noyabr və 04 noyabr 2024-cü il tarixlərində məktəbin kimya müəllimi X25, Azərbaycan dili müəllimi X40 isə 31 oktyabr 2024-cü il tarixində, 01 noyabr 2024-cü il tarixində isə X11 işdə olmadığı, 31 oktyabr 2024-cü il tarixində boş olan dərs ssatlarının müəllimlər tərəfindən əvəz olunmadığı müəyyən edilmişdir. Texniki heyətin əmək intizamı yoxlanılarkən məktəbin laborantı X7 ay ərzində 7-8 dəfə işə gəldiyi, məktəbin 0,5 ştat vahidi sobayandıranı X36 işə gəlmədiyi, məktəbin dülgəri X49 işə gəlsə də vəzifə funksiyalarını yerinə yetirmədiyi müəyyən edilmişdir. 31 oktyabr 2024-cü il tarixində İXab,Xab və Xlab siniflərində təhsil alan, dərslərdə həmin siniflər üzrə iştirak edən 92 nəfər şagirddən 4 nəfər şagird dərs cədvəli üzrə 2-3 kitab gətirsə də, qalan şagirdlərdən heç kim cədvəl üzrə dərslikləri və həmin dərslərə aid dəftərlərinin çatandalrında olmadığı, şagirdlərin məktəbə dərslik və qeyd dəftərləri gətirmədiyi aşkar edilmişdir. Məktəbin inzibati bnasında 17 otaq mövcüddur. Onlardan 12-si tədrisin aparılması üçün sinif otağı, 1 otaq direktor otağı, 1 otaq müəllimlər otağı, 1 otaq kitabxana, 1 otaq kompyuter otağı, 1 otaqdan isə bufet kimi istifadə olunduğu müəyyən edilmişdir. Məktəb iki növbədə fəaliyyət göstərir. Bir məktəbəhazırlıq qrupu, 23 sinif komlekti və 1 fərdi təhsil sinifi mövcuddur. Birinci növbədə Oz məktəbhazırlıq qrupu, lab, Vlla, Vİllab, İXab, Xab, Xlab və Vİlf sinfi olmaqla 13 sinifdə tədris (12 otaqda) aparıldığı, ikinci növbədə isə llab, İllab, İVab, Vab, Viab, Vİlb sinfi olmaqla 11 sinifdə tədris 11 sinif otağında aparıldığı, birinci növbədə boş sinif otağının olmadığı, ikinci növbədə 1 boş sinif otağı qalmasına baxmayaraq, məktəbin maddi-texniki bazası imkan vermədiyi halda 13 sinifdə ingilis dili və fiziki tərbiyə dərslərinin bölündüyü, dərsdənkənar məşğələlərin (dərsdənkənar məşğələ cədvəlinin olmadığı) və dərnəy məşğələlərinin təşkil edildiyi, lakın bölünmə dərslərin, dərsdənkənar məşğələlərin və dərnəy məşğələlərin tədris edilmədiyi, həmin dərs saatlarının həvalə olunduğu müəllimlərin həmin saatlara görə əmək haqqı aldığı və bu halların əvvəlki tədris illərində də baş verdiyi aşkar edilmişdir. Vİlf sinifində təhsil alan X34 7 tədris ili ərzində fərdi təhsil alsa da, hərif tanımadığı, özünü ifadə edə bilmədiyi, müəllimlərinin bəzilərinin adını çəksə də onları tanımadığı, cari tədris ilində müəllimlərin fərdi təhsilə görə həvalə olunmuş dərs saatlarına görə illik prespektiv palanlarının olmadığı, şagirdin psixoloji durumunda problem olsa da fərdi təhsilə cəlb edilərək, biliyinin formal qiymətləndirildiyi və sinifdən-sinifə keçirildiyi müəyyən edilmişdir. Xa və Xla sinifləri təmayül sinifləri kimi fəaliyyət göstərsə də, təmayül sinifləri yaradılarkən şagirdlər arasında təmayül siniflərinin profilini müəyyənləşdirmək üçün sorğuların keçirilmədiyi, şagird və onların valdeyinlərinin fikirlərinin öyrənilmədiyi, Xa sinifində təhsil alan bütün şagirdlərin, Xla sinfində təhsil alan 14 şagirddən 9 nəfərin hansı təmayül sinifində təhsil aldığını bilmədiyi, təmayül siniflərinin yaradılmasında məqsədin 26 nəfər və 27 nəfər şagirdlərlə paralel siniflərin açılmasının olduğu aşkar edilmişdir. 01 dekabr 2023-cü il tarixindən dəfələrlə dərslər əvəz edilsədə məktəbin buraxılan və əvəzedilən dərslərin uçotu kitabında hər hansı bir qeyd aparılmamışdır. Doğuşa və hamiləliyə görə sosial məzuniyyətdə olan məktəbin fizika müəllimi Ağayeva əfsanə Fuad qızının 23,5 saat dərs saatının 12 saatı məktəbin ixtisasca fizika müəllimi olan təlim-tərbiyə işləri üzrə direktor müavini X16, 11,5 saat fizika dərs saatı məktəbin texnologiya müəllimi X26 həvalə olunsa da, fizika dərslərinin qeyri-ixtisas fənn müəlliminə verilsə də Regional Təhsil İdarəsindən bu barədə razılığ alınmamışdır. Məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini dərsdinləmələrdə iştirak etdiklərini vurğulasalarda, təsdiqedici sənədlərin olmadığı müəyyən edilmişdir. Müəllimlərin illik prespektiv proqramları seçmə qaydada yoxlanılarkən müəllimlərin proqramları olsada proqramların təsdiqlənmədiyi, proqramlarda Elm və Təhsil Nazirliyinin 28 avqust 2024-cü il tarixli 3-29/3-2-411F/2024 nömrəli əmrinin 3.1 bəndində nəzərdə tutulan müddəaların əks olunmadığı, həmin əmrin digər müddəalarının icrası ilə bağlı bu günədək hər hansı bir fəaliyyətin göstərilmədiyi müəyyən edilmişdir. Məktəbin direktorunun, təlim-tərbiyə işləri üzrə direktor müavininin, təşkilatçının fəaliyyət planları olsa da formal tərtib edildiyi, sinif rəhbərlərinin və məktəbin fəaliyyət planının olmadığı müəyyən edilmişdir. Metodbirləşmələrnin fəaliyyəti seçmə qaydada yoxlanılarkən metodbirləşmə rəhbərlərinin fəliyyət planının olsa da, keçirilmiş iclasların protokolunda əks olunan məslələrin müzakirəsi səthi aparılmışdır. 2024-2025-cü tədris ilində bir dəfə metodbirləşmə iclasının keçirildiyi müəyyən edilmişdir. Məktəbdaxili qiymətləndirmənin formal şəkildə aparıldığı, 2023-2024-cü tədris ilinə aid Böyük summativ qiymətləndirilmə aparıldığı qeyd olunsa da, həmin dövr üçün qiymətləndirmə vasitələrinin olmadığı müəyyən edilmişdir. Məktəb üzrə tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabına baxış keçirilərkən kitabın mədaxil hissəsində 2023-2024-cü tədris ilinə aid, məxaric hissəsində isə ümumiyyətlə heç bir qeydin aparılmadığı, ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabında isə 2018-2019-cü tədris ilindən sonra, məxaric hissədə isə ümumiyyətlə, 2023-2024-cü tədris ilində umumi orta təhsil haqqında attestat almış şagirdlərdən 32 nəfərindən 24 nəfərinin illik qiymətləri və saatların miqdarı yazılmamışdır. Məktəbin sonuncu əmr kitabı 16 sentyabr 2024-cü il tarixindən sonra yazılmamışdır. Şagird təhlükəsizliyi, 2024-2025-ci tədris ilində "Anım Günü", "8 noyabr Zəfər Günü", "Bayraq Günü" ilə bağlı tədbirlərin keçirilməsi barədə əmr verilmədiyi aşkar edilmişdir. Məktəbin pedaqoji şurasınının protokolu kitabına baxış keçirilərkən dərs ilinin əvvəlində ilk şuranın gündəliyində duran məslələrdə Elm və Təhsil Nazirliyinin 28 avqust 2024-cü il tarixli 3-29/3-2-411F/2024 nömrəli əmrində nəzərdə tutulan məsələlər müzakirə olunmadığı müəyyən edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş məktəbin müvafiq əməkdaşlarının, həmçinin iddiaçının özü tərəfindən yoxlama zamanı alınmış izahatlarından müəyyən edilir ki, məktəbdə baş vermiş yuxarıda sadalanan hallardan xəbərdar olmuşlar, iddiaçı hətta izahatında qismən göstərilənlərlə razı olduğunu da bildirmiş, baş vermiş nöqsanları halların aradan qaldırılacağına söz vermişdir. Göründüyü kimi, iddiaçı tərəfindən direktoru olduğu məktəbdə əmək funksiyalarını kobud şəkildə pozması, yəni müəssisədaxili intizam qaydalarına özünün əməl etməməsi, qaydaların digər müəllimlərin tərəfindən pozulmasına şərait yaratması, tədris edilməyən fənlər üzrə əlavə əmək haqqı əldə edilməsinə və nəticədə dövlət büdcəsinə maddi ziyan vurulmasına gətirib çıxaran hərəkətlərin edilməsi, bununla da əmək və icra intizamının pozulması, işəgötürənin, o cümlədən ayrı-ayrı şəxslərin mənafelərinə ziyan vurulması cavabdehin təqdim etdiyi mötəbər sübutlar ilə öz təsdiqini tapmışdır. İddiaçı isə həmin halların baş verməməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Üstəlik də yuxarıda qeyd olunan hallar iş materiallarına əlavə edilmiş Beyləqan rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin qərara əsasən, Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta məktəbin sabiq direktoru İddiaçı barəsində cinayət təqibinin başlanması sonuncu tərəfindən dövlət büdcəsinə vurulan ziyanın tamamilə ödənilməsi səbəbindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. Bundan əlavə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilərkən onun müvəqqəti əmək qabiliyyətsiz olmasını təsdiq edən xəstəlik vərəqələri, arayışları sübut olaraq qəbul edilməməsi barədə dəlili hazırda yuxarıda göstərilən işin faktiki hallarının mövcudluğu kontekstində hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə, iddiaçının əmək qabiliyyətsiz olduğu barədə təqdim etdiyi sübutları əsaslı hesab etmiş olsa da belə, Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbdə 31 oktyabr, 1 və 4 noyabr 2024-cü il tarixlərində aparılmış yoxlama zamanı tərtib edilmiş monitorinqin nəticələrinə dair aktda və prokurorluğun qərarında qeyd olunanlara əsasən cavabdeh Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69B-1-280K/2025 saylı əmrinin qanunsuzluğu barədə nəticəyə gəlmək düzgün olmazdı. Bu baxımdan da məhkəmə həmin hissədə iddia tələbinin dəlillərinə qeyd olunanlardan əlavə hüquqi qiymət verilməsi zərurəti görmür. Məhkəmə eyni zamanda iddiaçının iddia tələbinin dəlillərinə hüquqi qiymət verilməsini davam etdirərək iddiaçının “Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin yalnız işçi tərəfindən əmək funksiyasının dəfələrlə pozulması halında müvafiq əsaslandırılmış araşdırma ve xəbərdarlıqlar əsasında tətbiq edilə bilməsi” barədə dəlilinə münasibətdə qeyd edir ki, əmək qanunvericiliyinin intizam tənbeh tədbirinin görülməsi ilə bağlı müddəaları baxımından işəgötürənin üzərinə belə bir imperativ göstərişin qoyulması müəyyən edilməmişdir. Halbuki, iddiaçının qeyd etdiyi hallar o zaman ola bilərdi ki, İddiaçı peşəkarlıq səviyyəsi, elm və təhsil sahəsində uzun illər müsbət xarakterizə edilmiş davranışı, bu sahədə mühüm nailiyyətlərinin olması, hər hansı fəxri adlarının olması müstəsna hal kimi işəgörən tərəfindən qiymətləndirilə bilərdi, lakin bu deyilən faktların mövcudluğu baxılan işdə müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi üçün müvafiq hal mövcud olmuşdur ki, mübahisələndirilən əmrdə sadalanan hallar əmək və icra intizamının normal ahənginin pozulması və işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə maddi ziyanın dəyməsi işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapmışdır. Məhkəmə son olaraq iddiaçının əmək kitabçasının tərtibi ilə bağlı bildirdiyi aşağıdakı dəlillərinə - “iddiaçıya məxsus əmək kitabçasında istər işə qəbul, istərsə də əmək müqaviləsinə xitam verilmə barədə qeydlərdə onu imzalamağa səlahiyyəti olan şəxs (vəzifəli şəxs) tərəfindən imza edilməmiş və möhürlə təsdiq edilməməsi” - münasibətdə bildirməyi zəruri hesab edir ki, həmin dəlillər cavabdehin xx.xx.2025-ci il tarixli əmrinin ləğvi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən məhkəmə iddiaçıya məxsus əmək kitabçasının tərtibatı ilə bağlı Qaydaların pozulması barədə iddiaçının mövqeyini əsassız hesab edərək, qeyd olunan dəlillərin formal mülahizələrdən ibarət olması qənaətinə gəlir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən, İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin X80 sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir. Pensiya təyin olunması haqqında məlumatda pensiyanın təyin olunması tarixi (gün, ay, il) və təyin olunan pensiya növü göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur. Beləliklə, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə əmrinin qanunsuz olması barədə hər hansı mötəbər dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işin araşdırılan bütün hallarına və sadalanan qanunvericilik normalarına əsasən, hesab edir ki, iddiaçı X4 əmək müqaviləsinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi zamanı cavabdeh tərəfindən qanunvericiliyin hər hansı tələbinin pozulması halı və iddiaçının irəli sürdüyü tələblərinin əsaslılığı məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən əmrin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Digər tərəfdən, iddiaçı bildirir ki, cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilən zaman bu barədə əmrini əsaslandırmamışdır. Halbuki, cavabdehin müvafiq əmrindən göründüyü kimi, o, 31 oktaybr, 1 və 4 noyabr 2024-cü il tarixlərində məktəbdə apardığı yoxlamalar zamanı aşkarlanmış qanun pozuntularına əsasən iddiaçını işdən azad etmiş və bu barədə əmrində həmin yoxlamanın nəticələrinə əsaslanmışdır. Yuxarıda qeyd olunanlarla bərabər məhkəmə, iddiaçının mübahisələndirilən əmrin lazımi qaydada əsaslandırılmaması ilə bağlı dəlilinə münasibətdə onu da qeyd edir ki, həmin əmr “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsinə görə” ilə əsaslandırılmışdır. Belə ki, sözügedən əmrin giriş hissəsində qeyd edilmişdir ki, ümumi təhsil müəssisələrində aparılan monitorinqlər çərçivəsində 31 oktaybr, 1 və 4 noyabr 2024-cü il tarixlərində Beyləqan rayonu İlham Quliyev adına Mil qəsəbə tam orta ümumtəhsil məktəbdə keçirilmiş monitorinq zamanı adıgedən ümumi təhsil müəssisəsində əmək və təhsil qanunvericiliyinin tələbləri, təlim-tərbiyə, tədris-pedaqoji və metodiki prosesinin təşkili və sənədləşmə işinin aparılmasında bir sıra ciddi nöqsan və qanun pozuntuları hallarına yol verilmişdir. Göründüyü kimi, “İntizam tənbehinin tətbiq edilməsi barədə” xx.xx.2024-cü il tarixli əmrin giriş hissəsində aparılmış monitorinqə istinad edilmiş və bu barədə məlumatlar mübahisəli əmrdə öz əksini tapmışdır. Bu səbəbdən də iddiaçının həmin hissədə dəlili əsassızdır. Bundan başqa, əmək qanunvericiliyi işəgötürənin üzərinə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsasla ləğv etməmişdən əvvəl həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etmək və təşkilatın qabaqcadan razılığını almaq vəzifəsini qoyur. Hazırki iş üzrə də cavabdeh tərəfindən qanunvericiliyin bu tələblərinə riayət edilmişdir. Qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə əsasən həmkarlar ittifaqı təşkilatı işçilərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri üzrə fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi müstəqil təşkilatdır və onun tərəfindən qəbul edilmiş qərarlara, tərtib edilmiş iclas protokolları və onların məzmununa, habelə qeydiyyatına görə işəgötürən məsuliyyət daşımır. Məhkəmə belə qənaətdədir ki, hazırki iş üzrə cavabdeh tərəfindən üzərinə düşən vəzifələr yerinə yetirildiyinə və iddiaçının “Mil- Muğan Regioanl Təhsil İdarəsi ilk həmkarlar təşkilatının sədrinin ona qarşı qərəzi olduğuna (Mil-Muğan Regional Təhsil İdarəsinin Keyfiyyət sektorunun müdiri ilə qohumluq əlaqəsi və digər hallara) görə məhz həmin təşkilatın razılığının alınması kimi hallar mötəbər dəlillərlə sübut olunmadığına görə, iddiaçının hansı həmkarlar təşkilatının üzvü olmasının, o cümlədən xx.xx.2025-ci il tarixli X52 Respublika Komitəsinin məktubunun tədqiqi iş üzrə əhəmiyyət kəsb etmir. Üstəlik də iddiaçının Mil-Muğan Regional Təhsil İdarəsi ilk həmkarlar təşkilatına üzv olması barədə özünün ərizəsi var. Belə olan halda məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsas mövcud olmuşdur. Belə ki, 72-ci maddədə sadalanan halların birinin mövcud olması işçi ilə işəgötürən arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsasdır. İddiaçı, əmək funsiyalarını yerinə yetirdiyi zaman yol verdiyi pozuntular nəticəsində əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İşəgötürən də qeyd olunan halı əsas kimi qəbul etməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsini sonuncunun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməsinin qanunsuz olması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçının cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-1-280K/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsinə dair tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Solmaz Ədilova