Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3231/2024 15.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (açar sözlər: işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qanunsuz olaraq tutduğu vəzifəsindən azad edilməyi barədə 247K saylı xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinə xitam verilmə” barədə əmrin ləğv edilməsi və əvvəlki işə bərpa olunmağı, xx.xx.2024-cü il tarixdən işə bərpa olunana qədər məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 60 manat mediasiya rüsumu cavabdehdən tutularaq öz xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cu ildə əmək fəaliyyətinə başlamışdır. xx.xx.2013-cu ildə “13 saylı X5” MMC-yə mütəxəsis vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2016-cı ildə “13 saylı X5” MMC-də Daşınmaların tənzimlənməsi şöbəsinə aparıcı mütəxəsis təyin edilmişdir. xx.xx.2018-ci ildə “Avtomobil Nəqliyyatı iş Daşımaları Təşkili“ MMC-də Regional bölmələrin əlaqələndirilməsi şöbəsinin Şirvan regional bölməsinə baş mütəxəssis vəzifəsinə qəbul edilmişdir. 07.xx.xx.2022-ci ildə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X10 İdarəsinin kiçik inspektoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü ildə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X10 İdarəsinin inspektor vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü ildə isə işdən azad olunmuşdur. Bu qanunsuzluq barədə bildikdən sonra dərhal idarə rəhbərliyinə müraciət edərək, səbəbini soruşmuşdur. İdarə rəhbərliyi ona bildirmişdir ki, barəsində prokurorluqda araşdırma aparılıb və onu işdə saxlaya bilməzlər. Lakin hazırki vaxtda kimi hüquqları bərpa olmadığından məcbur qalıb məhkəmədə iddia qaldırmalı olur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X2 qarşı qanunsuzluq etməklə hüquqlarımı kobud şəkildə pozmuşlar. Tutduğu vəzifədən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunmağı barədə cavabdeh 247K saylı xx.xx.2024-cü il tarixli əsassız əmr vermişdir. xx.xx.2024-cü il tarixdə ona İMS iştirak edilməməsi barədə arayış təqdim edildi. İddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, onun təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh (onun nümayəndəsi) xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçı onunla bağlanmış xxxxxxx0003000 nömrəli əmək müqaviləsinə, özünün əmək funksiyasını, əmək müqaviləsi və vəzifə təlimatı üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Sübut olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-27-103/2-6929/2024 nömrəli təqdimat və AYNA-nın Həmkarlar İttifaqı Komitəsinin iclasının 31 may 2024-cü il tarixli 13 nömrəli protokolundan göründüyü kimi, iddiaçı həmkarlar ittifaqının üzvü olduğundan işəgötürən tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə tam riayət edilmişdir. Təqdim edilən 03 iyun 2024-cü il tarixli 247/k nömrəli əmrdən də göründüyü kimi, qeyd edilən əmr Əmək Məcəlləsinin 84-cü maddəsinə tam uyğun olaraq rəsmiləşdirilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam verilməsinə aşağıda qeyd edəcəyi hal səbəb olmuşdur. Belə ki, vətəndaş Şahid tərəfindən Salyan rayonunun inzibati ərazisində xidmət aparan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşlarının korrupsiya əməllərinə yol verdikləri barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Agentliyə ünvanlanmış müraciətləri (d.o.3-27-103/1-Ə-8190/1- 28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3- 27/1-Ə-2695/1-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 3-27/1-Ə-2695/2-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli) əsasında “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 11-1-ci maddəsinə əsasən, AYNA-nın Daxili nəzarət departamentində xidməti araşdırma aparılmışdır. Vətəndaş Şahid müraciətlərində qeyd olunmuşdur ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Salyan rayonunun inzibati ərazisində yerləşən Baş X32 İdarəsinin Salyan postunda AYNA-nın əməkdaşları **-HU-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini saxlayaraq həmin nəqliyyat vasitəsinin sürücüsü Elgün Ramazanovun “Fərqlənmə nişanı” olmadan yükdaşıma fəaliyyəti göstərməsi müqabilində ondan xx.xx.2024- cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə isə eyni məqsədlə təkrarən Elgün Ramazanovdan 50 manat məbləğində pul almışlar. Aidiyyəti əməkdaşlar barədə qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Həmçinin, Şahid xx.xx.2024-cü il tarixdə AYNA-ya şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində sürücüsü Elgün Ramazanov onunla telefon əlaqəsi saxlayaraq BDYPİ-nin Salyan postu ərazisində idarə etdiyi “X24” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi AYNA-nın əməkdaşı tərəfindən saxlanılaraq həmin avtonəqliyyat vasitəsi ilə yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün “Fərqlənmə nişanı” olmadığından 350 (üç yüz əlli) manat məbləğində cərimə yazılmaması müqabilində 100 (bir yüz) manat pul tələb etdiyini ona bildirmiş, özü tərəfindən AYNA əməkdaşının şəxsi kart hesabına 100 (bir yüz) manat pul göndərildikdən sonra avtonəqliyyat vasitəsi buraxılmışdır. Şahid xx.xx.2024-cü il tarixdə Baş İdarənin “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək istifadəsində olan “X24” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi İmişli-Bakı istiqamətində hərəkətdə olarkən həmi gün AYNA əməkdaşı tərəfindən saxlanılaraq yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün həmin avtonəqliyyat vasitəsinin “Fərqlənmə nişanı” olmadığından cərimə yazılmaması müqabilində 100 (bir yüz) manat rüşvət tələb edilməsi, nəticədə 50 (əlli) manat pulun bank kartına göndərilməsinin tələb olunduğunu bildirmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə təkrar olaraq Nazirliyə eyni məsələlərlə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciətlərdə qeyd olunan məsələlərə aydınlıq gətirilməsi məqsədilə Şahidla, həmçinin X19la telefon əlaqəsi saxlanılaraq sonuncular AYNA-nın Bakı şəhəri, Ağasadıq Gəraybəyli 29 ünvanında yerləşən inzibati binasına dəvət olunmuşlar. Sözügedən şəxslər onlarla saxlanılan telefon əlaqəsi zamanı qeyd olunan məsələlərlə bağlı şifahi qaydada ətraflı məlumatlar versələr də, müxtəlif səbəblər gətirərək dəvətdən imtina etmişlər. Şahid 06-08 may 2024-cü il tarixlərində telefon ilə danışıqları zamanı ərizədə qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində “X24” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən X8 ona zəng edərək AYNA əməkdaşı tərəfinən Salyan rayonu ərazisində X31 (DYP) stasionar postunda saxlanıldığını, ondan yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün müvafiq icazə sənədlərin təqdim edilməsinin tələb edildiyini və həmin sənədlərin mövcud olmadığı üçün 350 manat məbləğində cərimə yazılacağını, cərimə yazmamaq üçün 100 manat pul tələb edildiyini bildirmişdir. O, cərimə yazılmaması müqabilində həmin əməkdaşın bank kartının hesabına 100 manat məbləğində pulu köcürdükdən sonra avtonəqliyyat vasitəsi buraxılmışdır. Telefon danışığı zamanı Şahid əlavə olaraq bildirmişdir ki, növbəti dəfə həmin avtonəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə təqribən saat 12:00 radələrində İmişli rayonundan Bakı şəhərinə qum daşıyan zaman Salyan rayon ərazisində DYP-in postunda AYNA əməkdaşı tərəfindən saxlanılmışdır. X12 zəng edərək AYNA əməkdaşı tərəfindən yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün müvafiq icazə sənədlərin təqdim edilməsinin tələb edildiyini və həmin sənədlərin mövcud olmadığı üçün 350 manat məbləğində cərimə yazılacağını, cərimə yazmamaq üçün 100 manat pul tələb edildiyini bildirmişdir. X19 cərimə yazılmaması müqabilində həmin əməkdaşın bank kart hesabına 50 manat pulun köçürməsi və bunun müqabilində avtonəqliyyat vasitəsinin buraxılması barədə ona məlumat vermişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixində Elgün Ramazanov telefon (+**********59) danışığı zamanı bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə təqribən saat 11:00 radələrində İmişli rayonundan Bakı şəhərinə qum daşıyan zaman Salyan rayon ərazisində yerləşən X32 (DYP) postunda "xxxx" MMC-nin etibarnaməsi əsasında idarə etdiyi “X24” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi polis əməkdaşı tərəfindən saxlanılmış və orada olan təxminən 30-35 yaşlı adını xatırlamadığı AYNA-nın əməkdaşı ondan yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün “Buraxıliş kartı”nı və avtonəqliyyat vasitəsinə aid sənədləri təqdim etməyini tələb etmişdir. O da həmin əməkdaşa yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün “Buraxıliş kartı”nın olmadığını bildirərək, avtonəqliyyat vasitəsinə aid sənədləri təqdim etmişdir. Bu zaman həmin əməkdaş “Buraxılış kartı”nın olmadığı üçün 350 (üç yüz əlli) manat məbləğində inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmiş və sözügedən protokolun tərtib edilməməsi müqabilində 100 (bir yüz) manat məbləğində pul tələb etmişdir. Bu zaman o, sahibkarın oğlu Şahidla telefon əlaqəsi (+**********95) saxlayaraq, bu barədə məlumat vermiş, sonuncu həmin əməkdaşla telefonla danışmaq istəsə də əməkdaş onunla telefonla danışmaqdan imtina etmişdir. Telefon danışığı zamanı Şahid inzibati xəta haqqında protokolun tərtib edilməməsi müqabilində həmin əməkdaşa 100 manat məbləğində pul verilməsinə razı olduğundan əməkdaşın **********913050 kart nömrəsini telefonunda qeyd edərək “Whatsapp” mobil tətbiqi vasitəsilə Şahid göndərmiş, sonuncu isə öz kart hesabından 100 manat məbləğində pulu əməkdaşın bank kart hesabına köçürmüşdür. Həmin əməkdaş 100 manat pulun onun istifadəsində olan kart hesabına köçürülməsinə əmin olduqdan sonra avtonəqliyyat vasitəsinə aid sənədləri ona geri qaytarmışdır. Həmçinin həmin əməkdaş telefonunda kart hesabına baxan zaman fürsətdən istifadə edərək video görüntüsünü telefon vasitəsi ilə çəkdiyini, həmçinin AYNAya aid “KHAZAR” markalı, **-PZ-*** və **-PE-*** dövlət qeydiyyat nişanlı xidməti avtonəqliyyat vasitələrini və əlavə 3 nəfər AYNA əməkdaşını həmin postda gördüyünü qeyd etmiş, lakin həmin görüntüləri araşdırmaya təqdim etməkdən imtina etmişdir. Telefon danışığı zamanı X19 əlavə olaraq bildirmişdir ki, növbəti dəfə xx.xx.2024-cü il tarixdə təqribən saat 12:00 radələrində İmişli rayonundan Bakı şəhərinə qum daşıyan zaman Salyan rayon ərazisində X33 (DYP) postunda idarə etdiyi “X24” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi təxminən 30-32 yaşlı arıq bədən qurluşlu AYNA əməkdaşı tərəfindən saxlanılmış, ondan yükdaşıma fəaliyyəti ilə məşğul olmaq üçün “Buraxılış kartı”nı və avtonəqliyyat vasitəsinə aid sənədləri təqdim etməyini tələb etmişdir. O da adını xatırlamadığı əməkdaşa yükdaşıma fəaliyyəti ilə məşğul olmaq üçün “Buraxılış kartı”nın olmadığını bildirdikdə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 300 (üç yüz) manat məbləğində inzibati xəta haqqında protokolun tərtib etməməmək müqabilində ondan 50 (əlli) manat məbləğində pul tələb etmişdir. Bu zaman sahibkarın oğlu Şahidla telefon əlaqəsi saxlamış, sonuncu isə kartında pulu olmadığını bildirdiyindən, onun razılığı ilə özünə məxsus 4169 7388 8445 4426 nömrəli bank kartından həmin əməkdaşın ona şifahi olaraq bildirdiyi 4169 7388 6504 5805 nömrəli bank kart hesabına 50 manat pul köçürmüşdür. Həmin əməkdaş 50 manat məbləğində vəsaitin onun kart hesabına köçürülməsinə əmin olduqdan sonra avtonəqliyyat vasitəsinə aid sənədləri geri qaytarmışdır. Bu zaman xx.xx.2024-cü il tarixdə “Buraxılış kartı”nın olmadığı üçün inzibati xəta haqqında protokolun tərtib edilməməsi müqabilində köçürmə yolu ilə 100 manat məbləğində pul almış əməkdaş onlara yaxınlaşmış və onu tanıyaraq “Buraxılış kartı”nın hansı səbəbdən almadığını soruşmuşdur. xx.xx.2024-cü tarixində AYNA-nın əməkdaşına 100 manat pulu sahibkarın oğlu Şahid öz bank kart hesabından əməkdaşın təqdim etdiyi bank kart hesabına və xx.xx.2024-cü il tarixdə isə AYNA-nın digər əməkdaşına 50 manat pulun ona aid bank kart hesabından əməkdaşın təqdim etdiyi bank kart hesabına köçürülməsini təsdiq edən qəbzlərin (skrinşot) surəti və özünə aid bank kartının və xx.xx.2024-cü il tarixində telefon vasitəsi ilə əməkdaşın çəkilmiş fotoşəkilınin surətini “Whatsapp” tətbiqi vasitəsilə göndərmişdir (Akt əlavə olunur). Aparılan araşdırmalar zamanı "X24 1844" yük markalı, **- HU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisinin X16 olduğu müəyyən edilmişdir. Həmçinin məlum olmuşdur ki, Şahid (VÖEN:**********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. X1 qanunvericiliyin tələblərinə uyğun olaraq vergi orqanlarında müvafiq qaydada qeydiyyatdan (VÖEN-nin olması) keçməsi barədə məlumat aşkarlanmamışdır. Araşdırma zərurəti ilə əlaqədar Daxili nəzarət departamenti tərəfindən AYNA-nın Yük daşımaları departamentinə beynəlxalq və ya ölkədaxili yük daşımalarının həyata keçirməsi üçün "X24 1844" yük markalı, **-HU-*** D.Q.N nəqliyyat vasitəsinin buraxılış kartınn alıb-almaması, aldığı təqdirdə hansı VÖEN üzərindən alınması, beynəlxalq və ya ölkədaxili yük daşımalarının həyata keçirməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) buraxılış vəsiqəsinin alınıb-almaması barədə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) beynəlxalq yükdaşımalarının həyata keçirilməsi üçün xx.xx.2023-cü il tarixli, 10092 nömrəli Buraxılış vəsiqəsinin (bitmə tarixi xx.xx.2026) verildiyi, xx.xx.2023 -cü il tarixli 24172 (bitmə tarixi xx.xx.2026-ci il) nömrəli buraxılış kartının "X24 1844" yük markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə verildiyi bildirilmişdir. Eyni zamanda beynəlxalq və ya ölkədaxili yük daşımalarının həyata keçirməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (VÖEN: **********) buraxılış vəsiqəsinin alınmadığı qeyd olunmuşdur. Bundan başqa sözügedən avtonəqliyyat vasitəsi ilə ölkədaxili yükdaşımalarının yerinə yetiriməsi ilə bağlı hər hansı bir müraciətin daxil olmadığı bildirilmişdir. Daxili nəzarət departamenti tərəfindən “X24 1844" yük markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin beynəlxalq yük daşımaları ilə əlaqədar xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr ərzində Azərbaycan Respublikasının ərazisinə daxil olub-olmaması, həmçinin Azərbaycan Respublikasının ərazisini tərk edib-etməməsi barədə Yükdaşımaları departamentinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq sözügedən avtonəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixində Bakı Gömrük İdarəsindən yükləri rəsmiləşdirərək, Azərbaycan Gürcüstan sərhədində yerləşən Qırmızı körpü Gömrük sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasının ərazisinə keçid etdiyi, xx.xx.2024-cü il tarixində Mazımqara Gömrük buraxılış məntəqəsindən Azərbaycan Respublikasının ərazisinə keçdiyi, xx.xx.2024-cü il tarixində Bakı Gömrük İdarəsində sənədlərini rəsmiləşdirərək xx.xx.2024-cü il tarixində Qazax rayonu ərazisində Qırmızı Körpü sərhəd buraxılış məntəqəsindən Gürcüstan Respublikasına keçid etdiyi bildirilmişdir. Aparılmış araşdırma ilə məlum olmuşdur ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Bakı – Astara – İran sərhədi yolunun Salyan rayonun inzibati ərazisindən keçən hissəsində yeləşən Baş X32 İdarəsinin stasionar postunda AYNA-nın Şirvan regional idarəsinin aparıcı inspektoru X13, inspektoru İddiaçı və texniki xidmətlər üzrə kiçik mütəxəssisi X9 xidmət aparmışlar. Xidməti araşdırma zərurəti ilə əlaqədar qeyd olunan əməkdaşlardan müvafiq izahatlar alınmışdır. Bununla əlaqədar izahat verən iddiaçı, qeyd edilən vaxt İdarənin inspektoru vəzifəsində işləmiş İddiaçı izahatında bildirmişdir ki, o, AYNA-nın Salyan rayonu ərazisində təhkim olunmuş “KHAZAR” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə idarənin aparıcı inspektoru Ramal Əsgərov və texniki işlər üzrə kiçik müətəxəssisi X9 ilə birlikdə xidmət aparmışlar. Oların əmək funksiyalarına avtomobil nəqliyyatında daşıyıcılar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar əleyhinə inzibati xətaların aşkarlanması və həmin daşıyıcıların inzibati məsuliyyətə cəlb edilməsində iştirak etmək, qanunvericiliklə nəzərdə tutulmuş qaydada sərnişin və ya yük daşımalarını həyata keçirən şəxslərin “Fərqlənmə nişanı”və ya “Xüsusi fərqlənmə nişanı” olmadan fəaliyyət göstərməsinin qarşısının almaq və nəzarət etmək, daşıyıcılar tərəfindən mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına əməl edilməsi istiqamətində maarifləndirmə işlərini görmək, müvafiq sahədə həyata keçirilən nəzarət tədbirlərinin nəticəsində aşkar edilmiş uyğunsuzluqlarla bağlı mütəmadi olaraq birbaşa rəhbərinə məlumatları təqdim etmək, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və s.daxildir. xx.xx.2024-cü il tarixdə təqribən saat 12:00 radələrində Salyan rayon ərazisində X32 (DYP) postunda idarənin aparıcı inspektoru Ramal Əsgərov və texniki işlər üzrə kiçik mütəxəssisi Sadıq Sadıqovla birlikdə xidmətdə olan zaman “X24” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi postda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücü avtonəqliyyat vasitəsinə aid sənədləri postda olan adını xatırlamadığı Yol Patrul Xidməti əməkdaşına təqdim etmiş, sonuncu isə həmin sənədləri ona vermişdir. O, avtomaşının sürücüsünə yaxınlaşaraq özünü təqdim etmiş və yoxlama zamanı avtomaşının yük yerində yük (qum) olduğu halda yük daşıma fəaliyyəti ilə məşğul olması üçün “Buraxılış vəsiqəsi” və nəqliyyat vasitəsinə dair “Buraxıliş kartı”nın olmadığını aşkar etmişdir. Şəxsiyyəti sonradan ona məlum olan sürücü X4 yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün “Buraxılış vəsiqəsi” və “Buraxıliş kartı”nın olmasının zəruriliyini qanunvericiliyin tələblərinə uyğun olaraq izah etmiş, bu qaydanın pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3.və 324.4-cü maddələrində müvafiq olaraq 300 və 50 manat cərimə nəzərdə tutulduğunu nəzərinə çatdırmışdır. O, xidməti avtonəqliyyat vasitəsinə əyləşib sürücü barəsində protokol tərtib etmək istəyən zaman sürücü idarə etdiyi avtonəqliyyat vasitəsinin sahibinə zəng etmişdir. Sürücü telefonla danışarkən avtonəqliyyat vasitəsinin sahibinin onunla danışmaq istədiyini bildirdikdə o, telefonla danışmaqdan imtina etmiş, bu zaman onunla xidmətdə olan idarənin aparıcı inspektoru Ramal Əsgərov ona yaxınlaşaraq “protokol yazma gözlə” demişdir. Ramal Əsgərov ona yaxınlaşaraq sürücünün polis əməkdaşlarının hörmətini edəcəyini bildirmişdir. İddiaçı həmin sürücü barədə inzibati xəta haqqında protokolu tərtib etmədən sənədləri geri qaytardığını bildirmişdir. Eyni zamanda Ramal Əsgərov ona istifadəsində olan bank kart hesab nömrəsini X19a verməsini demiş, o, da istifadəsində olan Kapital banka aid 4169 7388 6504 5805 nömrəli kart hesabını sürücüyə şifahi olaraq bildirmişdir. Bir qədər keçmiş telefonuna kart hesabına 4169 7388 8445 4426 nömrəli bank kart hesabından 50 manat pul köçməsi barədə sms gəlmişdir. Kart hesabına 50 manat məbləğində pul gəldikdən sonra Ramal Əsgərova 50 manat pulun gəldiyini bildirmiş, sonuncu da avtomaşının sənədlərini ona vermiş və həmin sənədləri sürücüyə qaytarmışdır. O, 50 manat pulun bank kartına köçürülməsinə əmin olduqdan sonra cibindən 50 manat pul çıxartmış və həmin puldan 30 manat postda onlarla xidmət aparan adını xatırlamadığı polis serjantına vermiş, qalan 20 manat pula isə nahar fasiləsində Ramal Əsgərov və Sadıq Sadıqovla bilrkidə nahar etmişdir. (Elgün Ramazanovun onun kartın hesabına köçürülmüş pul vəsaiti ilə bağlı telefonun ekran görüntüsündən çəkilmiş fotoşəkilləri izahatına əlavə etmişdir). Əlavə olaraq İddiaçı qeyd etmişdir ki, 50 manat pulun onun hesab kartına köçürülməsi barədə Sadıq Sadıqovun məlumatı olmamışdır. Həmçinin İddiaçı xx.xx.2024-cü il tarixdə təqribən saat 11:00 radələrində Salyan rayon ərazisində X33 (DYP) postunda idarənin aparıcı inspektoru Ramal Əsgərovla birlikdə xidmətdə olmasına baxmayaraq “X24” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının sürücüsünə avtonəqliyyat vasitəsinə dair “Buraxılış vəsiqəsi”nın və “Buraxılış kartı”nın olmadığı üçün inzibati xəta haqqında protokol yazılmaması müqabilində ondan 100 manat pulun köçürmə yolu ilə Ramal Əsgərov tərəfindən alındığı barədə heç bir məlumatın olmadığını və həmin nəqliyyat vasitəsinin Ramal Əsgərov tərəfindən saxlanılıb buraxılmasını ehtimal etdiyini bildirmişdir. X13 və X9 da iddiaçı ilə eyni məzmunlu izahatlar vermişlər. AYNA-nın Şirvan regional idarəsinin müdiri X14 araşdırma zamanı verdiyi məlumatında qeyd etmişdir ki, o, xx.xx.2023-cü il tarixdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Şirvan regional idarəsində müdir vəzifəsində işləyir, əmək funksiyalarını imzaladığı vəzifə təlimatına (əmək funksiyasına), əmək müqaviləsinə, eləcə də rəhbərliyin müvafiq əmr və göstərişlərinə uyğun həyata keçirir. Həmçinin bildirmişdir ki, vətəndaş Şahid tərəfindən cari ilin 1, 6 və 7 may tarixlərində müvafiq olaraq AYNA-ya, Nazirliyə və Baş İdarəyə ünvanlanmış İdarənin əməkdaşları tərəfindən onun şirkətinə məxsus “X24” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını nəqliyyat idarə edən sürücüsü X15 rayonu ərazisində (DYPİ Salyan Postu) “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” olmadığı halda ona inzibati xəta haqqında protokol yazılmaması müqabilində iki dəfə xx.xx.2024-cü il tarixində 100 manat və xx.xx.2024-cü il tarixində isə 50 manat məbləğində pul almaları ilə bağlı şikayət məzmunlu müraciətləri ilə tanış olmuş, idarənin əməkdaşları aparıcı inspektor X13, inspektor İddiaçı və texniki xidmətlər üzrə kiçik mütəxəssis X9 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində Salyan rayonu ərazisində X32 postunda xidmətdə olduqları zaman Ramal Əsgərovun və İddiaçı yük avtonəqliyyat vasitəsinin sürücüsü Elgün Ramazanovdan “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı” nın olmadığı halda müvafiq protokolun yazılmaması müqabilində 100 və 50 manat məbləğdə pul almalarından məlumatı olmadığını, həmin məsələ ona araşdırma zamanı məlum olmuşdur. Bildirmişdir ki, xidmətdən əvvəl idarənin əməkdaşları mütəmadi olaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada sərnişin və ya yükdaşımalarını həyata keçirən şəxslərin Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”, habelə “Fərqlənmə nişanı” və ya “Xüsusi fərqlənmə nişanı” olmadan fəaliyyət göstərməsinin qarşısının alınması və nəzarət edilməsi, eləcə də əmək və icra intizamına, həmçinin etik davranış normalarına riayət etmək, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmələri, daşıyıcılar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar əleyhinə olan inzibati xətaları aşkar edərək həmin daşıyıcıların inzibati məsuliyyətə cəlb edilmələrini təmin etmələri barədə təlimatlandırılırlar. Qeyd olunmalıdır ki, AYNA-nın İdarə Heyətinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) aidiyyəti struktur bölmələrində nəzarət funksiyasını yerinə yetirən inspektorların fəaliyyətinin təkmilləşdirilməsi və təşkili məqsədi ilə 2023-cü ilin birinci yarımili ərzində görüləcək işlərə dair Tədbirlər Planı”nın icrası olaraq AYNA-nın nəzarət funksiyalarını yerinə yetirən inspektorların xüsusi hazırlığı məqsədi ilə xx.xx.2023–xx.xx.2023 tarixləri aralığında təlimlər təşkil olunmuşdur. “Avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericilik”, “İnzibati Xətalar Məcəlləsi”, “İnspektorlara dair tələblər, avtomobillərə və sürücülərə aid sənədlər”, “Etik davranış” və “Korrupsiyaya qarşı mübarizə haqqında” mövzularını əhatə edən həmin təlimlərdə İddiaçı da digər əməkdaşlarla birlikdə iştirak etmiş, ona qeyd edilən hüquqi aktların məzmunu və onalrdan irəli gələn tələblər izah edilmişdir. Agentliyin regional İdarəsinin inspektoru vəzifəsində işləmiş İddiaçıla bağlanmış əmək müqaviləsinin 3.1.1-ci yarımbəndinə əsasən, işçi vəzifə təlimatına uyğun olaraq əmək funksiyasının icrasını öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, işçi əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrin bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. AYNA-nın İdarə Heyətinin 08/k-01 nömrəli xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinin struktur bölmələrinin Əsasnamələrinin və vəzifələr üzrə vəzifə təlimatlarının təqdiq edilməsi haqqında” qərarı ilə təsdiq edilmiş, inspektor İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanmış vəzifə təlimatında (əmək funksiyası) əsas vəzifələri müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydalarına və tələblərinə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar cıxdığı beynəlxalq müqavilələrin müddəalarına əməl olunmasına, sərnişin və yük daşımalarının təhlükəsiz təşkilinə və avtomobil nəqliyyatı xidmətlərinə nəzarəti həyata keçirmək, avtomobil nəqliyyatında daşıyıcılar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar əleyhinə inzibati xətaların aşkarlanması və həmin daşıyıcıların inzibati məsuliyyətə cəlb edilməsində iştirak etmək, qanunvericiliklə nəzərdə tutulmuş qaydada sərnişin və ya yük daşımalarını həyata keçirən şəxslərin “Fərqlənmə nişanı” və ya “Xüsusi fərqlənmə nişanı” olmadan fəaliyyət göstərməsinin qarşısının almaq və nəzarət etmək, habelə daşıyıcılar tərəfindən mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına əməl edilməsi istiqamətində maarifləndirmə işlərini aparmaqdan və s. ibarətdir. Beləliklə yuxarıda qeyd edilən həmçinin məhkəməyə təqdim edilən digər sənədlərdən də göründüyü kimi, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Bakı – Astara – İran sərhədi yolunun Salyan rayonun inzibati ərazisindən keçən hissəsində yerləşən Baş X32 İdarəsinin stasionar postunda Ramal Əsgərovla birlikdə xidməti fəaliyyətini həyata keçirən zaman Elgün Ramazanovun idarə etdiyi “X24” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi ilə ölkədaxili yük daşımalarını həmin fəaliyyətlə məşğul olmaq üçün icazə verən, rəsmi sənəd hesab edilən “Buraxılış vəsiqəsi”, habelə avtonəqliyyat vasitəsinə dair rəsmi sənəd hesab edilən “Buraxılış kartı” olmadan həyata keçirdiyini aşkar etmiş, bununla bağlı İddiaçı və X29 Ramazanov barəsində İnzibati Xətalar Məcəllənin 324.4-cü maddəsi ilə inzibati xəta haqqında protokolun, həmçinin daşıyıcı barədə İnzibati Xətalar Məcəllənin 324.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün aidiyyəti tədbirləri görməli olduqları halda, əmək müqavilələri ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirməyərək əməllərində inzibati xətanın tərkib əlamətləri olan sözügedən şəxslərin İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələri ilə inzibati məsuliyyətə cəlb edilmələrinə dair heç bir tədbir görməmiş,bunun əksinə olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Elgün Ramazanovla əldə etdikləri razılaşmaya əsasən, İddiaçı verilmiş 50 (əlli) manat müqabilində müvafiq maddəllərlə inzibati xəta haqqında protokollar tərtib etmədən Elgün Ramazanova qanunsuz ölkədaxili yükdaşıma fəaliyyətinin həyata keçirməsinə şərait yaratmışdır. Bir daha bildirmək istərdik ki, iddiaçı ilə əmək müqaviləsinin xitamına səbəb olmuş həmin hal İddiaçı etirafedici izahatı, habelə digər zəruri sənədlərlə tam təqsdiqini tapmışdır. Odur ki, aparılmış araşdırma nəticəsində İddiaçı tərəfindən əmək müqavilələri ilə müəyyən edilmiş öhdəliklərini və əmək funksiyalarını yerinə yetirməməsi, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nazirliyin və çalışdığı müəssisənin nüfuzunu aşağı salan hərəkətlərə yol verməsi, bununla da AYNA-nın, habelə Nazirliyin işgüzar nüfuzuna xələl gətirilməsi və qanuni mənafelərinə zərər yetirilməsi tam sübuta yetmişdir. Həmçinin iddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin bəzi maddələrinə istinad edərək Agentliyin qeyd edilən maddələrin tələblərini pozmaqla onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini göstərsə də, Agentliyin həmin maddələri pozması məhz nədə ifadə edildiyini göstərməyərək bunu əsaslandırmamış və bunlara dair aid hər-hansı bir sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlar onun tərəfindən formal olaraq qeyd edilən iddia ərizəsində yazılmışdır. Həmin formal xüsusatlardan biri də odur ki, guya Agentlik tərəfindən ona bildirilmişdir ki, onun barəsində prokurorluq tərəfindən araşdırma aparıldığından onu işdə saxlaya bilməzlər. İddiaçı tərəfindən iddia ərizəsində qeyd etdiyi həmin xüsusat tam yalandır. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Agentliyin 03 iyun 2024-cü il tarixli 247/k nömrəli əmrindən də göründüyü kimi, Agentlik onunla bağlanmış əmək müqaviləsini məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilmiş “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” əsası ilə vermişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə əsaslardan biri də işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. İş materiallarından və Agentlik tərəfindən verilmiş sözügedən əmrdən də göründüyü kimi, Agentlik əmri məhz həmin sözügedən 70-ci maddəsinin “ç” bəndində qeyd edilən birinci əsası (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) ilə vermiş və bu zaman qanunvericinin qeyd etdiyi ikinci əsasa əmrdə istinad etməmiş, o cümlədən Əmək Məcəlləsinin 72-ci maddəsinə də istinad etməmişdir. Yəni, Agentlik iddiaçı ilə əmək müqaviləsi onun Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan səbəblərə ləğv etməmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Cavabdeh və İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Şirvan regional idarəsində əsas inspektor vəzifəsinə işə qəbul olunmuşdur. İşçi vəzifə təlimatına uyğun əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. - Şirvan regional idarəsinin inspektoru vəzifə təlimatından görünür ki, İddiaçı təlimatda qeyd olunan əmək funksiyalarını və vəzifə borcunu əmək müqaviləsində götərilən əmək şəraitində müvəffəqiyyətlə yerinə yetirəcəkdir. -Azərbaycan Respublikasının Baş Prokurorunun Müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş Şahid (2-2-02/2-1732q-24) müraciəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə baxılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilmiş, müraciətdə qeyd edilmiş xüsusatın araşdırılaraq nəticəsi barədə Baş Prokurorluğa və müraciət müəllifinə məlumat verilməsinə dair müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. - Cavabdeh idarə heyətinin sədri tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat X3 Komitəsinin sədrinə ünvanlanmış təqdimatdan görünür ki, vətəndaş Şahid tərəfindən Salyan rayonunun inzibati ərazisində xidmət aparan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşlarının korrupsiya əməllərinə yol verdikləri barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Azərbaycan Respublikasının Rəqəmsat İnkişaf və Nəqliyyat Nazirliyinə (Nazirlik) və AYNA-ya ünvanlanmış müraciətlər (d.0.3-27-103/1-Ə-8190/1-28/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-27/1-Ə-2695/1-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 3-27/1-Ə-2695/2-42/2024 nömrəli, xx.xx.2024-cü il tarixli) əsasında xidməti araşdırma aparılmışdır. Vətəndaş Şahid müraciətlərində qeyd olunmuşdur ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Salyan rayonunun inzibati ərazisində yerləşən Baş X32 İdarəsinin Salyan postunda AYNA-nın əməkdaşları **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsini saxlayaraq həmin avtonəqliyyat vasitəsinin sürücüsü Elgün Ramazanovun “Fərqlənmə nişanı" olmadan yükdaşıma fəaliyyəti göstərməsi müqabilində ondan xx.xx.2024-cii il tarixdə 100 (bir yüz) manat, xx.xx.2024-cü il tarixdə isə eyni məqsədlə təkrarən Elgün Ramazanovdan 50 (əlli) manat məbləğində pul almışlar. Müraciətdə qeyd olunan məsələlərə aydınlıq gətirilməsi məqsədilə müraciət müəllifi Şahidla, həmçinin X19la telefon əlaqəsi saxlanılaraq vermiş olduqları məlumatlarla əlaqədar araşdırmaya dəvət olunmuşlar. Sözügedən şəxslər qeyd olunan məsələlərlə bağlı şifahi olaraq ətraflı məlumatlar versələr də, müxtəlif və əsassız səbəblər gətirərək dəvətdən imtina etmişlər. Məlum olmuşdur ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Bakı - Astara – İran sərhədi yolunun Salyan rayonun inzibati ərazisindən keçən hissəsində yerləşən Baş X32 İdarəsinin stasionar postunda AYNA-nın Şirvan regional idarəsinin (İdarə) aparıcı inspektoru X13 və inspektoru İddiaçı və texniki xidmətlər üzrə kiçik mütəxəssisi X9 xidmət aparmışlar. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Ramal Əsgərov xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Bakı - Astara - İran sərhədi yolunun Salyan rayonun inzibati ərazisindən keçən hissəsində yerləşən Baş X32 İdarəsinin stasionar postunda xidməti fəaliyyətini həyata keçirən zaman Elgün Ramazanovun idarə etdiyi “X24” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi ilə ölkədaxili yük daşımalarını həmin faəliyyətlə məşğul olmaq üçün icazə verən rəsmi sənəd hesab edilən buraxılış vərəqəsi habelə avtonəqliyyat vasitəsinə dair rəsmi sənəd hesab edilən “Buraxılış kartı” olmadan həyata keçirdiyini aşkar etmiş, bununla bağlı Elgün Ramazanov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 324.4-cü maddəsi ilə inzibati xəta haqqında protokolun, həmçinin daşıyıcı barədə Məcəllənin 324.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün aidiyyəti tədbirlər görməli olduğu halda, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirməyərək Məcəllənin sözügedən maddələri ilə inzibati xəta haqqında protokollar tərtib etməmiş, habelə vəzifə səlahiyyətlərindən suiistifadə edərək Elgün Ramazanovla əldə etdiyi razılaşmaya əsasən, ona verilmiş 100 (bir yüz) manat müqabilində müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib etmədən Elgün Ramazanova qanunsuz ölkədaxili yükdaşıma fəaliyyətinin həyata keçirməsinə şərait yaratmışdır. Bundan əlavə, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Bakı Astara — İran sərhədi yolunun Salyan rayonun inzibati ərazisindən keçən hissəsində yerləşən Baş X32 İdarəsinin stasionar postunda Ramal Əsgərovla birlikdə xidməti fəaliyyətini həyata keçirən zaman Elgün Ramazanovun idarə etdiyi “X24" markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi ilə ölkədaxili yük daşımalarını həmin fəaliyyətlə məşğul olmaq üçün icazə verən, rəsmi sənəd hesab edilən “Buraxılış vəsiqəsi", habelə avtonəqliyyat vasitəsinə dair rəsmi sənəd hesab edilən “Buraxılış kartı" olmadan həyata keçirdiyini aşkar etmiş, bununla bağlı İddiaçı və X29 Ramazanov barəsində Məcəllənin 324.4-cü maddəsi ilə inzibati xəta haqqında protokolun, həmçinin daşıyıcı barədə Məcəllənin 324.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün aidiyyəti tədbirləri görməli olduqları halda, əmək müqavilələri ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirməyərək Məcəllənin sözügedən maddələri ilə inzibati xəta haqqında protokollar tərtib etməmiş, habelə vəzifə səlahiyyətlərindən suiistifadə edərək Elgün Ramazanovla əldə etdikləri razılaşmaya əsasən, İddiaçı verilmiş 50 (əlli) manat müqabilində müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib etmədən Elgün Ramazanova qanunsuz ölkədaxili yükdaşıma fəaliyyətinin həyata keçirməsinə şərait yaratmışlar. Qeyd olunanlar Ramal Əsgərovun və İddiaçı etirafedici izahatları, habelə digər zəruri sənədlərlə tam təsdiqini tapmışdır. Beləliklə, aparılmış araşdırma nəticəsində Ramal Əsgərov və İddiaçı tərəfindən əmək müqavilələri ilə müəyyən edilmiş öhdəliklərini və əmək funksiyalarını yerinə yetirməmələri, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nazirliyin və çalışdığı müəssisənin nüfuzunu aşağı salan hərəkətlərə yol vermələri, bununla da AYNA-nın, habelə Nazirliyin işgüzar nüfuzuna xələl gətirilməsi və qanuni mənafelərinə zərər yetirilməsi müəyyən edilmişdir. Toplanmış materiallara əsasən, İdarənin aparıcı inspektoru Ramal Əsgərov və inspektoru İddiaçı əmək müqavilələri üzrə öhdəliklərini və əmək funksiya arını yerinə yetirmədiklərinə, habelə vəzifə funksiyaların icrası zamanı Nazirliyin və işələdikləri müəssisənin adına xələl gətirən hallara yol verdiklərinə görə, onlaral bağlanmış əmək müqavilələrinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq xidməti araşdırma materiallarını təqdim edərək və qanunvericiliklə müəyyən olunmuş müddət ərzində yazılı qərarın təqdim edilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X3 Komitəsinin iclasının 13 №-li 31 may 2024-cü il tarixli Protokolundan görünür ki, Həmkarlar İttifaqı tərəfindən Şirvan regional idarəsinin əməkdaşları aparıcı inspektor X13 və İddiaçı ilə bağlanmış əmək müqavilələrinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsinə etiraz etmədikləri qərara alınmışdır. -Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əmək müqaviləsinə xitam verilməsi barədə 03 iyun 2024-cü il tarixli 247/k saylı əmrindən görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şirvan regional idarəsinin inspektoru İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, işçi özünün əmək fünksiyasını, əmək müqaviləsi və vəzifə təlimatı üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün 03 iyun 2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə istifadə edilməmiş 14 gün məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə departamentinə həvalə edilmişdir. -İddiaçı əmək kitabçasının surətindən görünür ki, 03 iyun 2024-cü il tarixli 247/k saylı əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 2-2-025/2-121443/2024 saylı məktubdan görünür ki, sorğuya cavab olaraq bildirilmişdir ki, AYNA tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şahid məxsus **-HU-*** dövlət qeydiyyat nişanlı «X27» markalı yük avtomobili xx.xx.2024-cü il tarixdə AYNA-nın Şirvan regional idarəsinin aparıcı inspektoru X13 və xx.xx.2024-cü il tarixdə isə həmin idarənin inspektoru İddiaçı tərəfindən Salyan rayonu ərazisində saxlanılaraq ölkədaxili yük daşınması fəaliyyəti ilə məşğul olmağa icazə verən «Buraxılış vəsiqəsi» və avtonəqliyyat vasitəsinə dair «Buraxılış kartı» olmaması aşkar olunduğu halda, qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib etməmələri müqabilində Şahid müvafiq olaraq birinci dəfə 100 manat, sonra isə 50 manat pul vəsaiti almışlar. Araşdırma müddətində Şahid izahatın alınması üçün AYNA-ya dəvət edilməsinə baxmayaraq, sonuncu hadisə barədə şifahi məlumat vermiş, lakin müxtəlif və əsassız səbəblər göstərməklə izahat verməkdən imtina etmişdir. Ramal Əsgərov və İddiaçı isə izahatlarında həqiqətən Salyan rayonu ərazisində **-HU-*** dövlət qeydiyyat nişanlı «X27» markalı yük avtomobilini müvafiq olaraq xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə saxladıqlarını, «Buraxılış vəsiqəsi» və «Buraxılış kartı» olmadığı üçün inzibati protokol tərtib etməmələri qarşılığında pul tələb edərək Şahid birinci dəfə 100 manat, ikinci dəfə isə 50 manat pul vəsaiti aldıqlarını etiraf etmişlər. İzahatının alınması üçün Şahidla telefon əlaqəsi saxlanılaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilsədə, o, hazırda müraciəti üzrə heç bir şikayət və ya tələbinin olmadığı üçün izahat verməkdən imtina etmişdir. Şahid Baş Prokurorluğun elektron poçtuna ünvanladığı xx.xx.2024-cü il tarixli müraciətindən görünür ki, şikayət və ya tələbinin olmadığı üçün araşdırmanın dayandırılmasını xahiş edir. AYNA tərəfindən toplanmış material Baş İdarəyə göndərildikdən sonra, yəni xx.xx.2024-cü il tarixli əmrlə X13 və İddiaçı ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək funksiyasını, əmək müqaviləsi və vəzifə təlimatı üzrə öhdəliklərini yerinə yetirmədikləri üçün xitam verilmiş və AYNA-dan əldə olunmuş həmin əmrlərin surəti materiala əlavə edilmişdir. Odur ki, Şahid şikayəti olmadığından müraciətə baxılmasının dayandırılması xahişini nəzərə alaraq araşdırmanın Azərbaycan Respublikasının «Vətəndaşların müraciəti haqqında» Qanununun tələblərinə əsasən baxılmamış saxlanılmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı Şirvan regional idarəsində “əsas inspektor” vəzifəsinə işə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əmək müqaviləsinə xitam verilməsi barədə 03 iyun 2024-cü il tarixli 247/k saylı əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən - xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, işçi özünün əmək funksiyasını, əmək müqaviləsi və vəzifə təlimatı üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün 03 iyun 2024-cü il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmasını və xx.xx.2024-cü il tarixdən işə bərpa olunana qədər məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: - 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -11-ci maddəsinin b bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. -70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. -71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71-ci maddəsinin 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 80-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. -83-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. -186-cı maddəsinin 2-ci bəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. -300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Hazırki iş üzrə İddiaçı iddia tələbi 3 hissədən ibarətdir: 1) işəgötürənin əmrinin ləğv edilməsi; 2) iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması; 3) məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı tələbi. Məhkəmə, iddia tələbinin birinci hissəsinin hüquqi əsaslandırılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qeyd olunan əmək qanunvericiliyi maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi, qanunverici işəgötürənlə işçi arasında yaranan münasibətlərin tənzimlənməsini qəti şəkildə bu normaların tələbləri üzərində qurulmasını müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin – əmək müqaviləsinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Hazırki iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdehin mübahisələndirilən 03 iyun 2024-cü il tarixli 247/k saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Əmək qanunvericilinə əsasən (m. 10), əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.1.1-ci bəndinə əsasən, işçi - İddiaçı vəzifə təlimatına uyğun əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, işçi əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrin bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. İş materiallarına əlavə edilmiş Şirvan regional idarəsinin inspektoru vəzifə təlimatından görünür ki, əsas vəzifələr aşağıdakılardır: • Müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydalarına və tələblərinə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına əməl olunmasına, sərnişin və yük daşımalarının təhlükəsiz təşkilinə və avtomobil nəqliyyatı xidmətlərinə nəzarət etmək; • Qanunvericiliklə nəzərdə tutulmuş qaydada sərnişin və ya yük daşımalarını həyata keçirən şəxslərin "Fərqlənmə nişanı” və ya "Xüsusi fərqlənmə nişanı” olmadan fəaliyyət göstərməsinin qarşısının almaq və nəzarət etmək: • Daşıyıcılar tərəfindən hüquqi aktların tələblərinə riayət olunmasına əməl edilməsi istiqamətində maarifləndirmə işlərini görmək; • Avtomobil nəqliyyatının infrastruktur obyektində (ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla) beynəlxalq və ölkədaxili (şəhəriərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər tərəfindən iş və istirahət rejiminə əməl olunmasına səlahiyyətləri daxilində nəzarət etmək; • Müvafiq sahədə gediş haqlarının mövcud tariflərə uyğun ödənilməsinə nəzarət etmək; • Müvafiq sahədə həyata keçirilən nəzarət tədbirləririn nəticəsində aşkar edilmiş uyğunsuzluqlarla bağlı mütəmadi olaraq birbaşa rəhbərinə məlumatları təqdim etmək; • Avtomobil nəqliyyatında daşıyıcılar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar əleyhinə inzibati xətaların aşkarlanması və həmin daşıyıcıların inzibati məsuliyyətə cəlb edilməsində iştirak etmək; • Azərbaycan Respublikası Prezidentinin aktlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında, Nazirliyin kollegiyasının qərarlarında, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin əmr və sərəncamlarında, X11 qərarlarında, X11 sədrinin sərəncam və əmrlərində nəzərdə tutulmuş tədbirləri yerinə yetirmək; • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; • Fəaliyyət göstərdiyi və ya təhkim edildiyi regional idarənin işçilərinə birbaşa rəhbərin tapşırığı ilə işin icrası ilə bağlı əməli köməklik göstərilməsi istifadəsinə verilmiş inventar və avadanlıqları qoruyub saxlamaq və səmərəli istifadə etmək; • Vəzifələrini yerinə yetirmək üçün təhkim edilmiş xidməti avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, yanacaq-sürtkü materiallarından istifadə və qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə riayət etmək; • Öz ixtisasını və nəzəri biliklərini artırmaqla aidiyyəti sahədə qabaqcıl iş metodlarından istifadə etmək; • Agentlikdə mövcud olan proses, prosedur və etik davranış normarına, habelə nizam intizam qaydalarına riayət etmək; • Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək, • Fəaliyyət göstərdiyi və ya təhkim edildiyi regional idarənin fəaliyyət istiqamətlərinə aid olan digər tapşırıqları icra etmək. İşçi İddiaçı təlimata xx.xx.2024-cü il tarixdə imza edərək, qeyd olunan əmək funksiyalarını və vəzifə borcunu əmək müqaviləsində götərilən əmək şəraitində müvəffəqiyyətlə yerinə yetirəcəyini bildirmişdir (mülki iş v. 36-37). Bununla belə, işçi İddiaçı əmək funksiyasını və əmək müqaviləsi (vəzifə təlimatları) üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, vətəndaş Şahid tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və AYNA-ya cavabdehin əməkdaşları tərəfindən korrupsiya əməllərinə yol verilməsinə dair müraciətlər daxil olmuşdur. Vətəndaş Şahid müraciətlərində qeyd olunmuşdur ki, xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixlərdə Salyan rayonunun inzibati ərazisində yerləşən Baş X32 İdarəsinin Salyan postunda AYNA-nın əməkdaşları **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsini saxlayaraq həmin avtonəqliyyat vasitəsinin sürücüsü Elgün Ramazanovun “Fərqlənmə nişanı" olmadan yükdaşıma fəaliyyəti göstərməsi müqabilində ondan xx.xx.2024-cii il tarixdə 100 (bir yüz) manat, xx.xx.2024-cü il tarixdə isə eyni məqsədlə təkrarən Elgün Ramazanovdan 50 (əlli) manat məbləğində pul almışlar. İşəgötürən tərəfindən aparılmış xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaşa məxsus **-HU-*** dövlət qeydiyyat nişanlı «X27» markalı yük avtomobili xx.xx.2024-cü il tarixdə AYNA-nın Şirvan regional idarəsinin aparıcı inspektoru X13 və xx.xx.2024-cü il tarixdə isə həmin idarənin inspektoru İddiaçı tərəfindən Salyan rayonu ərazisində saxlanılaraq ölkədaxili yük daşınması fəaliyyəti ilə məşğul olmağa icazə verən «Buraxılış vəsiqəsi» və avtonəqliyyat vasitəsinə dair «Buraxılış kartı» olmaması aşkar olunduğu halda, qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib etməmələri müqabilində Şahid müvafiq olaraq birinci dəfə 100 manat, sonra isə 50 manat pul vəsaiti almışlar. Araşdırma müddətində Ramal Əsgərov və İddiaçı izahatlarında həqiqətən Salyan rayonu ərazisində **-HU-*** dövlət qeydiyyat nişanlı «X27» markalı yük avtomobilini müvafiq olaraq xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə saxladıqlarını, «Buraxılış vəsiqəsi» və «Buraxılış kartı» olmadığı üçün inzibati protokol tərtib etməmələri qarşılığında pul tələb edərək Şahid birinci dəfə 100 manat, ikinci dəfə isə 50 manat pul vəsaiti aldıqlarını etiraf etmişlər. Belə ki, İddiaçı xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, AYNA-nın Salyan rayonu ərazisində təhkim olunmuş “KHAZAR” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə idarənin aparıcı inspektoru Ramal Əsgərov və texniki işlər üzrə kiçik müətəxəssisi X9 ilə birlikdə xidmət aparmışlar. Onların əmək funksiyalarına avtomobil nəqliyyatında daşıyıcılar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar əleyhinə inzibati xətaların aşkarlanması və həmin daşıyıcıların inzibati məsuliyyətə cəlb edilməsində iştirak etmək, qanunvericiliklə nəzərdə tutulmuş qaydada sərnişin və ya yük daşımalarını həyata keçirən şəxslərin “Fərqlənmə nişanı”və ya “Xüsusi fərqlənmə nişanı” olmadan fəaliyyət göstərməsinin qarşısının almaq və nəzarət etmək, daşıyıcılar tərəfindən mövcud qanunvericiliyin tələblərinə riayət olunmasına əməl edilməsi istiqamətində maarifləndirmə işlərini görmək, müvafiq sahədə həyata keçirilən nəzarət tədbirlərinin nəticəsində aşkar edilmiş uyğunsuzluqlarla bağlı mütəmadi olaraq birbaşa rəhbərinə məlumatları təqdim etmək, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və s. daxildir. xx.xx.2024-cü il tarixdə təqribən saat 12:00 radələrində Salyan rayon ərazisində X32 (DYP) postunda idarənin aparıcı inspektoru Ramal Əsgərov və texniki işlər üzrə kiçik mütəxəssisi Sadıq Sadıqovla birlikdə xidmətdə olan zaman “X24” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi postda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Sürücü avtonəqliyyat vasitəsinə aid sənədləri postda olan adını xatırlamadığı Yol Patrul Xidməti əməkdaşına təqdim etmiş, sonuncu isə həmin sənədləri ona vermişdir. O, avtomaşının sürücüsünə yaxınlaşaraq özünü təqdim etmiş və yoxlama zamanı avtomaşının yük yerində yük (qum) olduğu halda yük daşıma fəaliyyəti ilə məşğul olması üçün “Buraxıliş vəsiqəsi” və nəqliyyat vasitəsinə dair “Buraxıliş kartı”nın olmadığını aşkar etmişdir. Şəxsiyyəti sonradan ona məlum olan sürücü X4 yükdaşıma fəaliyyəti ilə məşğul olması üçün “Buraxılış vəsiqəsi” və “Buraxıliş kartı”nın olmasının zəruriliyini qanunvericiliyin tələblərinə uyğun olaraq izah etmiş, bu qaydanın pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3.və 324.4-cü maddələrndə müvafiq olaraq 300 və 50 manat cərimə nəzərdə tutulduğunu nəzərinə çatdırmışdır. O, xidməti avtonəqliyyat vasitəsinə əyləşib sürücü barəsində protokol tərtib etmək istəyən zaman sürücü idarə etdiyi avtonəqliyyat vasitəsinin sahibinə zəng etmişdir. Sürücü telefonla danışarkən avtonəqliyyat vasitəsinin sahibinin onunla danışmaq istədiyini bildirdikdə o, telefonla danışmaqdan imtina etmiş, bu zaman onunla xidmətdə olan idarənin aparıcı inspektoru Ramal Əsgərov ona yaxınlaşaraq “protokol yazma gözlə” demişdir. Ramal Əsgərov ona yaxınlaşaraq sürücünün polis əməkdaşlarının hörmətini edəcəyini bildirmişdir. İddiaçı həmin sürücü barədə inzibati xəta haqqında protokolu tərtib etmədən sənədləri geri qaytardığını bildirmişdir. Eyni zamanda Ramal Əsgərov ona istifadəsində olan bank kart hesab nömrəsini X19a verməsini demiş, o, da istifadəsində olan Kapital banka aid 4169 7388 6504 5805 nömrəli kart hesabını sürücüyə şifahi olaraq bildirmişdir. Bir qədər keçmiş telefonuna kart hesabına 4169 7388 8445 4426 nömrəli bank kart hesabından 50 manat pul köçməsi barədə sms gəlmişdir. Kart hesabına 50 manat məbləğində pul gəldikdən sonra Ramal Əsgərova 50 manat pulun gəldiyini bildirmiş, sonuncu da avtomaşının sənədlərini ona vermiş və həmin sənədləri sürücüyə qaytarmışdır. O, 50 manat pulun bank kartına köçürülməsinə əmin olduqdan sonra cibindən 50 manat pul çıxartmış və həmin puldan 30 manat postda onlarla xidmət aparan adını xatırlamadığı polis serjantına vermiş, qalan 20 manat pula isə nahar fasiləsində Ramal Əsgərov və Sadıq Sadıqovla birlikdə nahar etmişdir. (Elgün Ramazanovun onun kartın hesabına köçürülmüş pul vəsaiti ilə bağlı telefonun ekran görüntüsündən çəkilmiş fotoşəkilləri izahatına əlavə etmişdir). Əlavə olaraq İddiaçı qeyd etmişdir ki, 50 manat pulun onun hesab kartına köçürülməsi barədə Sadıq Sadıqovun məlumatı olmamışdır. Həmçinin İddiaçı xx.xx.2024-cü il tarixdə təqribən saat 11:00 radələrində Salyan rayon ərazisində X33 (DYP) postunda idarənin aparıcı inspektoru Ramal Əsgərovla birlikdə xidmətdə olmasına baxmayaraq “X24” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının sürücüsünə avtonəqliyyat vasitəsinə dair “Buraxılış vəsiqəsi”nın və “Buraxılış kartı”nın olmadığı üçün inzibati xəta haqqında protokol yazılmaması müqabilində ondan 100 manat pulun köçürmə yolu ilə Ramal Əsgərov tərəfindən alındığı barədə heç bir məlumatın olmadığını və həmin nəqliyyat vasitəsinin Ramal Əsgərov tərəfindən saxlanılıb buraxılmasını ehtimal etdiyini bildirmişdir (mülki iş v. 63-65). İddiaçı həmçinin yazılı qaydada izahatında bildirmişdir ki, “etdiyim hərəkətə görə peşmanam, belə hərəkətə yol verməklə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi işçisi adına xələl gətirən hərəkət etmişəm. Bir daha belə hərəkət etməyəcəyimə söz verirəm.” (mülki iş v. 66). Əmək Məcəlləsinin tələblərinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi kimi onun əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Belə ki, işçinin işlədiyi qurumun statusundan irəli gələn imkanlardan istifadə edərək qanunsuz olaraq pul əldə etmək üçün özünün istifadəsində olan bank kartının nömrəsini (**********454426) vətəndaşa şifahi olaraq bildirməsi (bu hal iddiaçının öz izahatı ilə təsdiq olunur) korrupsiya hüquqpozması sayılır. Belə ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.2.1-ci maddəsinə görə, vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi korrupsiya hüquqpozmasıdır. Məhkəmə qeyd edir ki, müraciət edən şəxs Şahid müraciəti üzrə heç bir şikayətinin olmadığını bildirməsi, araşdırmanın dayandırılmasını xahiş etməsi, bu səbəbdən müraciətə baxılmasının dayandırılması (Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 2-2-025/2-121443/2024 saylı məktubu) hazırki iddianın təmin edilməsi, işçinin işə bərpa edilməsi üçün əsas təşkil etmir. Belə ki, iddiaçının cavabdehin işçisi olduğu dövrdə inzibati protokol tərtib etməməsi müqabilində vətəndaşdan pul vəsaiti alması işin mübahisəsiz halıdır. Hazırki müraciət edən şəxsin şikayətinin olmaması, qeyd olunan halın yenidən yaşanmayacağına əsas verməməklə iddiaçının işçi kimi əmək müqaviləsi, vəzifə təlimatı üzrə vəzifələrini yerinə yetirməməsi halını təkzib etmir. Göründüyü kimi, İddiaçı işdən azad edilməsinə dair əmrin verilməsinə mühüm əsaslar mövcud olmuşdur. Bu əsaslar həm əmrin verilməsinə əsas olmuş xidməti araşdırma materialları, həm də İddiaçı hadisə ilə bağlı işəgötürənə verdiyi izahatın məzmunları ilə təsdiq edilir. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi zamanı cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verilməmişdir. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini, əsaslarını qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddiaçının Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 03 iyun 2024-cü il tarixli 247/k saylı əmrinin ləğv edilməsi “ barədə tələbi əsaslı deyildir və bu səbəbdən məhkəmə tərəfindən təmin edilə bilməz. Məhkəmə, iddia tələbinin ikinci (işə bərpa) və üçüncü (məcburi işburaxmaya görə əmək haqqı) hissələri ilə bağlı hesab edir ki, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi qanunvericiliyə əsasən, işəgötürən əmək müqaviləsinin ləğv edilməsi əsaslarını pozaraq xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə iddia ərizəsində göstərilən halların əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin mübahisələndirilən əmrinin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı hazırki tələb üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan, onun tələbi isə təmin edilmədiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. Məhkəmə, mediasiya xərcinə görə ödənilmiş 60 (altmış) manat pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə hesab edir ki, iddiaçının hazırki tələbi təmin edilmədiyindən, onun tərəfindən ödənilmiş mediasiya xərclərinin də cavabdehdən onun xeyrinə tutulması əsaslı deyildir. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh X21rşı “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qanunsuz olaraq tutduğu vəzifədən azad edilməyi barədə 247K saylı xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinə xitam verilmə” barədə əmrin ləğv edilməsi, əvvəlki işə bərpa olunmağı, xx.xx.2024-cü il tarixdən işə bərpa olunana qədər məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 60 manat mediasiya rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216-220-ci, 358-360-cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh X21rşı “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qanunsuz olaraq tutduğu vəzifədən azad edilməyi barədə 247K saylı xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinə xitam verilmə” barədə əmrin ləğv edilməsi, əvvəlki işə bərpa olunmağı, xx.xx.2024-cü il tarixdən işə bərpa olunana qədər məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı və 60 manat mediasiya rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3231/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3231/2024
15.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver