Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3255/2022 01.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Azərbaycan Respublı̇ kası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirinin K-1552 nömrəli, 30 dekabr 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğvi, Ağdam Rayonu 149 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunmağı, ona məcburi işburaxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Ağdam Rayonu 149 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Təhsil Nazirinin K- 1552 nömrəli, 30 dekabr 2021-ci il tarixli əmri ilə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Ağdam Rayonu 149 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 30 dekabr 2021ci ildən ləğv edilməsi qərara alınmışdır. Barəsində qəbul edilmiş, guya müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyi qeydinin özünün nədə ifadə etməsi heç də müəyyən deyildir. Hesab edir ki, heç bir töhmət belə almadan bir başa 70-ci maddənin ç bəndi ilə işdən azad edilməyi də qanunauyğun deyil. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin ediməsini xahiş etdilər. İddiaçı izahatında bildirdi ki, 20 il ərzində məktəbin direktoru vəzifəsində işləyib. İşlədiyi dövrdə nəinki ona qarşı nəinki intizam tənbehi, heç xəbərdarlıq datətbiq edilməyib. Yoxlama aparılan vaxt 149 Saylı məktəb Binə qəsəbəsindən yeni ünvana – Xocasən qəsəbəsinə təzə köçmüşdü. Şagirdlərin davamiyyətinin zəif olması məhz bu faktla əlaqədar olub. Belə ki, məktəb şagirdlərin böyük əksəriyyətinin evindən çox uzaq məsafədə yerləşdiyinə, həmçinin pandemiya dövrü olduğuna görə, davamiyyət aşağı səviyyədə olub. Texniki işçilərlə bağlı isə onu qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq işçilərin 30 faizi işə çıxırdı və növbəlilik prinsipinə əməl olunurdu. Bu səbəbdən texniki işçilərin bəziləri səhər, bəziləri isə günorta gəlirdilər. Yoxlamanı aparan şəxslər də bu fakta şahid oldular. Aktda adı çəkiən texniki işçilər isə hələ də həmin məktəbdə əmək fəaliyyəti ilə məşğul olmağa davam edirlər. Əgər onların əmək intizamı ilə bağlı nöqsanları vardı, nəyə görə onların əmək münasibətlərinə də xitam verilməyib? Müəllimlərlə əmək müqaviləsini bağlamaq səlahiyyəti direktora deyil, təhsil şöbələri (hazırda regional təhsil idarələrinə) məxsusdur. Sinif jurnallarının komplektləşdirilməməsinin səbəbi ondan irəli gəlirdi ki, əvvəl sinif sayı daha çox idi. Daha sonra siniflərin ixtisar olduğu barədə məlumat gəldi. Ona görə də dərs cədvəlləri hazır idi, sadəcə divardan asılmamışdı, çünki təsdiq edilməmişdi. İddiaçı öz izahatında çox çətin illərdə məktəbə rəhbərlik etdiyini vurğulamış, buna görə də birbaşa əmək münasibətlərinə xitam verilməsini ədalətli hesab etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublı̇ kası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iş materillarına əlavə edilmiş yoxlamanın nəticələrinə dair sübutlardan iddiaçının işdən çıxarılması əsas verdiyini bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Nümayəndə yoxlama nəticəsində tərtib edilən aktda əks edilən npqsanların çox ciddi olduğunu bildirdi və qeyd etdi ki, iddiaçı özü də izahatında bu faktları etiraf edib. Məhkəmə iclasında şahid X3 İddiaçı qohumu olduğunu bildirdi. xx.xx.2021-ci il tarixdə məktəbdə keçirilən yoxlama zamanı yazdığı izahatını özünü təzyiq halında hiss edərək yazdığını, həqiqəti tam və düzgün əks etdirmədiyini qyed etdi. Yoxlama zamanı məktəbin işçi heyətinin bəzilərinin şəklini tanımamasının səbəbinin görmə qabiliyyətinin zəif olması, yoxlama aparan şəxslərin məktəbin işçi heyətini adla deyil, uzaqdan qısa müddətə göstərdikləri şəkildən tanıyıb-tanımadığını soruşmaları nəticəsində bəzi işçi heyətini tanımaması olduğunu bildirdi. Şahid izahatda adı çəkilən, guya kitabxanın işçisi kimi göstərilsələr də, işə gəlməyən şəxslərin hələ də həmin vəzifələri tutduğunu, onların məktəbdəki əmək fəaliyyətinə xitam verimədiyini vurğuladı. Məhkəmə tərəfin izahatını və şahid ifadələrini dinləyib, toplanmış sübutlara və işin araşdırılmış halları ilə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, müvafiq iddia tələbinə dair iddiaçı tərəfin irəli sürdüyü dəlillər qismən əsaslıdır və buna görə də iddia tələbi qismən edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Əmək kitabçasının surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X24 xx.xx.2002ci il tarixli, 46 nömrəli Əmr əsasında Ağdam rayon 149 saylı köçkün orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixli Aktın surətindən görünür ki, Məktəbə daxil olarkən (saat 09:45) 18 texniki işçidən 5 nəfər işdə idi. Saat 11:00 radələrində 4 texniki işçi məktəbə gəldi. Məktəbin kitabxanaçısı X25, X31 Mozu qızı, X8, X14, kitabxanaçı X25 mütəmadi' olaraq işə gəlmirlər. Təsərrüfat işləri üzrə direktor müavini X4(direktorun bacısı qızı) işdə yox idi. izahatında müəllimlərin işə qəbulu üzrə müsabiqəyə hazırlaşdığı üçün bəzi hallarda işə gəlmədiyini bildirdi. 2.Siniflərin davamiyyəti yoxlanılarkən 11 a (23 şagird), 11 b (23 şagird) və 11 c (21 şagird) və 9c (20 şagird) siniflərinin şagirdləri məktəbdə yox idi. Eyni zamanda monitorinq aparılarkən (xx.xx.2021 -ci il 3-cü dərs saatı) cədvəl üzrə 11-ci siniflərdə dərsi olan müəllimlər Elmira Quliyeva (11 a, tarix müəllimi), əsas iş yeri Ağdam rayon 102 nömrəli məktəb olan İlhamə Hüseynova (11 b, rus dili müəllimi), Maisə Əliyeva (11 c, ingilis dili müəllimi) məktəbdə deyildilər.Ümumilikdə məktəbdə şagird davamiyyəti aşağı idi. 9a sinfində 20 şagirddən 15-i, 9b sinfində 23 şagirddən 14-ü, 8b sinfində 20 şagirddən 13-ü, 8c sinfində 18 şagirddən 10-u dərsdə iştirak etmirdi. 3. Məktəbin sənədlərinə baxış keçirilərkən məlum oldu ki, məktəbin əmr kitabı xx.xx.2021-ci il tarixindən etibarən yazılmır. Məktəbdə sinif jurnalları yoxdur. Yeni təyin olunan işçilərlə kağız formasında əmək müqavilələri bağlanılmır, əmək müqavilələrinin elektron bildirişləri sistemə tələb olunan vaxtdan gec işlənilir, bəzi hallarda isə əmək müqaviləsinin elektron bildiriş) sistemə daxil edilməyib. Yeni işə təyin olunan işçilərin əmək kitabçalarında müvafiq qeydlər aparılmamışdır. Xadimə vəzifəsində çalışan X20 və gözətçi vəzifəsində çalışan X1 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2021 -ci il tarixində ləğv olunsa da, əmək müqavilələrinə xitam verilməsi barədə əmr təqdim edilməmiş və əmək müqavilələrinin ləğvi barədə elektron bildiriş sistemdən çıxarılmamışdır.Direktor İddiaçıin məlumatına görə A.Xələfovun yerinə Yaşar Balayev işə götürülmüşdür. Y.Balayev izahatında xx.xx.2021 -ci il tarixindən mütəmadi olaraq hər gün işə gəldiyini bildirsə də, onunla əmək münasibətləri rəsmiləşdirilməmişdir. 4. İxtisasca ibtidai sinif müəllimi olan X35 2016-cı ildən məktəbdə psixoloq vəzifəsində çalışır. Psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında 43 bal toplayıb. X9 2005-ci ildə işə qəbul olub, Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. İxtisası psixoloqdur: Diaqnostik qiymətləndirmədə ümumi 27 pal (ixtisas 19 bal) toplayıb. Dərs yükü 5 saatdır, 6 saat (0,5) dərnək aparır. X10 2007-ci ildən işə qəbul olunub, ixtisası ibtidai sinif müəllimliyidir, işə təyin olunduğu dövrdən informatika fənnini (7 saat) tədris edir. Diaqnostik qiymətləndirilmədə iştirak etməmişdir. X26 2005-ci il tarixindən məktəbdə əvəzçilik qaydasında musiqi fənnini tədris edir. Əvvəlki illərdə dərs yükü 13 saat olub. Əsas iş yeri Abşeron Rayon Xırdalan şəhər 11 illik musiqi məktəbidir. İxtisası fortepianodur. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında iştirak etməmişdir. Cari tədris ilində A.Məmmədova səhhəti ilə əlaqədar olaraq 8 saat dərsdən imtina etmişdir. Noyabr ayının 1-dən A.Məmmədova üçün 5 saat dərs yükü nəzərdə tutulmuşdur. Direktorun bildirdiyinə görə 6 saat dərs yükü vakansiyaya çıxarılıb, müəllim işə qəbul olmadığı üçün həmin dərslər ixtisar ehtimalı olan ibtidai sinif müəllimi X11 həvalə edilmişdir. X15 əsas iş yeri Laçın rayon 45 nömrəli tam orta məktəbdir, fizika müəllimi vəzifəsində çalışır. Ümumi dərs yükü 17 saatdır. Diaqnostik qiymətləndirmədə fizika fənni üzrə iştirak edib. İkinci iş yeri olaraq Ağdam rayon 149 nömrəli tam orta Ynöktəbdə çalışır. Fizika fənni üzrə 6 saat, texnologiya fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak etmədiyi halda 5 saat tədris edir. Texnologiya fənni üzrə qalan 8 saat isə fizika müəllimi X21 tərəfindən tədris edilir. G.Əsədova texnologiya fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak etməyib. İxtisasca ibtidai sinif müəllimi olan X2 yuxarı siniflərdə fiziki tərbiyə fənni üzrə 8 saat dərs yükü verilmişdir. Ü.Fətəliyeva fiziki tərbiyə fənni üzrə diaqnostik qiymətləndirmədə iştirak etməmişdir. Çalışmanın yaş həddinə çatmış fiziki tərbiyə müəllimi Həsən Həsənov ismayıl oğlu ilə əmək münasibətləri davam etdirilir, 30 saat dərs yükü tədris edir. Fiziki tərbiyə fənni üzrə diaqnostik qiymətləndirmədə (ümumi 45 bal, ixtisas 33 bal)'iştirak edib. Məktəbdə sinif komplektlərinin sayı 35 olmasına baxmayaraq məktəbin ştat cədvəlində tədris işləri üzrə direktor müavininə 1,5 ştat vahidi ayrılmışdır. Bununla əlaqədar xx.xx.2020-ci il tarixində Gülnar Paşayeva 0.5 ştat direktor müavini vəzifəsinə təyin edilmişdir. Akt İnsan resursları şöbəsinin məsləhətçiləri Rəşad Musayev, Tükəzban Quliyeva və məktəbin direktoru İddiaçı tərəfindən imzalanıb. Ağdam Rayonu 149 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini X5 tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli izahatdan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə saat 10:30 işə gəldiyini, həftənin 2 günü MİQ-ə hazırlaşdığına görə işə gec gəldiyini, məktəbdə 21 nəfər texniki heyətin çalışdığını, onlardan 6 nəfərin işə gəldiyini, Lalə Nəsirova, Ramilə Qəhrəmanova və Pərvanə adlı işçilərin şəkillərini görsə də onları tanımadığını və adlarını bilmədiyini, həmin şəxslərin işə gəlmədiyini bildirdi. Ağdam Rayonu 149 nömrəli tam orta məktəbin kitabxana müdiri X22 tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli izahatda qeyd edir ki, 2008-ci il tarixdən məktəbdə kitabxana müdiri işləyir, lakin məktəbdə kitabxanaçının olduğunu bilmir və kitabxanaçı görməmişdir. Ağdam Rayonu 149 nömrəli tam orta məktəbin direktoru İddiaçı xx.xx.2021-ci il tarixli izahatından görünür ki, xx.xx.2021-ci il tarixdə məktəbdə aparılan araşdırma zamanı ona verilən suallara cavab olaraq bildirir ki, adı çəkilən texniki işçilərdən X27 məktəbin kitabxanaçısıdır, oktyabr ayında analıq məzuniyyətindən qayıdıb və xx.xx.2021-ci il tarixdən ərizəsinə əsasən qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. X31 Pərvanə Umanova və Ramilə qəhrəmanova isə həmin gün işə gecikmişdir. Həmin gün hava şəraitinin pis olması və məktəbdə istilik sisteminin çalışmaması səbəbindən şagird və müəllimlərin davamiyyəti tam olmamışdır. Məktəbin əmr kitabının xx.xx.2021-ci il tarixinə kimi yazılmasına səbəb isə məktəbdə sinif komplektlərinin bağlanması ilə əlaqədar edilən dəyişiklikdir.Məsələ ilə bağlı rayon Təhsil şöbəsinə məlumat veribdir. Məktəb üzrə musiqi fənnindən vakansiyaya çıxarılan 6 saat dərs üçün müəllim təyin olunub. Texnologiya və fiziki tərbiyə fənləri isə artıq vakansiyaya çıxardılıb. İddiaçı tərəfindən Ağdam Rayonu 149 nömrəli tam orta məktəb üzrə verilmiş xx.xx.2021-ci il tarixli, 427 nömrəli əmrdən görünür ki, məktəbin kitabxanaçısı X27 ərizəsinə əsasən körpə uşağı olduğuna görə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-cü il tarixədək AR Əmək Məcəlləsinin 127.1-ci maddəsinə əsasən qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. Azərbaycan Respublikası Təhsil X32 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 1-02-6529 nömrəli xidməti məlumatda qeyd edilir ki, 10 noyabr 2021-ci il tarixli, E-1363 nömrəli əmrinə əsasən Bakı şəhərində yerləşən Ağdam rayon 149 nömrəli tam orta məktəbdə araşdırma aparılmışdır. Araşdırma zamanı məktəbin rəhbərliyi tərəfindən texniki işçilərin işə davamiyyətinə nəzarət edilməsi istiqamətində kobud nöqsanlara yol verildiyi müəyyən edilmişdir. Belə ki, 18 texniki işçidən 9 nəfər işd olmamışdır. Onlardan kitabxanaçı Xəyalə Hüseynlinin, X31, Ramilə Qəhrəmanova və Pərvanə Umarovanın mütəmadi olaraq işə gəlmədiyi müəyyən olmuşdur. Şagirdlərin davamiyyəti yoxlanılarkən 11a (23 şagird), 11b (23 şagird), 11c (21 şagird) və 9c (20 şagird) siniflərinin şagirdləri, eyni zamanda cədvəl üzrə həmin siniflərdə dərsi olan müəllimlərin məktəbdə olmadığıl müəyyən edilmişdir. Digər siniflərdə isə 9a sinfində dərsi olan müəllimlərin məktəbdə olmadığı müəyyən edilmişdir. Digər siniflərdə isə 9a sinfində 20 şagirddən 15-i, 9b sinfində 23 şagirddən 14ü, 8b sinfində 20 şagirddən 13-ü, 8c sinfində 18 şagirddən 10-u dərsdə işirak etməmişdir. Məktəbin sənədlərinə baxış keçirilərkən məktəb üzrə əmr kitabının xx.xx.2021-ci il tarixdən yazılmadığı, sinif jurnallarının olmaması aşkar edilmişdir. Həmçinin yeni işə qəbul olunan işçilərlə kağız formasında əmək müqavilələri bağlanılmamış, əmək müqavilələrinin elektron bildirişləri sistemə tələb olunan vaxtdan gec işlənilmiş, bəzi hallarda əmək müqaviləsinin elektron bildirişi sistemə daxil edilməmiş, yeni işə qəbul olunan işçilərin əmək kitabşalarında müvafiq qeydlər aparılmamışdır. X38 və gözətçi Allahveri Xələfov ilə bağlanmış əmək müqavilələri xx.xx.2021-ci il tarixdə ləğv olunsa da, əmək müqavilələrinə xitam verilməsi barədə əmr təqdim edilməmiş və əmək müqavilələrinin ləğvi barədə elektron bildiriş sistemdən çıxarılmamışdır. Direktor İddiaçıin məlumatına görə, A.xələfovun yerinə Yaşar Balayev işə götürülmüşdür. Y.Balayev izahatında xx.xx.2021-ci il tarixdən mütəmadi olaraq hər gün işə gəldiyini bildirsə də, onunla əmək münasibətləri rəsmiləşdirilməmişdir. Araşdırma zamanı ixtisasca ibtidai sinif müəllimi olan Günel Əsədovanın 2016-cı ildən məktəbdə psixoloq vəzifəsində çalışdığı, həmçinin ixtisasca pxisoloq olan Səbinə Vənətiyevanın 2005-ci ildən Azərbaycan dili və ədəbiyyat fənnini tədris etdiyi məlum olmuşdur. Yoxlama zamanı bir çox müəllimin qeyri-ixtisas fənlərini tədris etdiyi müəyyən edilmişdir. Belə ki, ixtisasca ibtidai sinif müəllimi olan Ülviyyə Fətəliyeva yuxarı siniflərdə fiziki tərbiyə fənnini (8 saat), ixtisasca ibtidai sinif müəllimi Arzu Haqverdiyeva informatika fənnini (7 saat), ixtisasca fortepiano müəllimi Aynur Məmmədova musiqi fənnini (5 saat), fizika müəllimləri Günel Əsədova (8 saat) və Afaq Aydınova (5 saat) texnologiya fənnini tədris edirlər. Məktəbin ştat cədvəli mövcud qaydaların tələblərinə zidd təsdiq edilmişdir. Belə ki, məktəbdə 35 sinif komplekti mövcud olduğu halda, tədris işləri üzrə direktor müavini 1,5 ştat vahidi qeyd olunmuşdur. Müraciətdə yoxlama faktları nəzərə alınaraq Ağdam rayonu 149 saylı tam orta məktəbin direktoru İddiaçılə bağlanmış Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi təklif olunur. ATİAHİ Ağdam rayon Təhsil şöbəsinin ilk həmkarlar təşkilatının 15 dekabr 2021-ci il tarixli, 02 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Ağdam rayonu 149 saylı tam orta məktəbin direktoru İddiaçılə bağlanmış Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası Təhsil Nazirinin K-1552 nömrəli, 30 dekabr 2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” əmri ilə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Ağdam Rayonu 149 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 30 dekabr 2021-ci ildən ləğv edilməsi qərara alınmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Ağdam Rayonu 149 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2021-ci il tarixli, E-1363 nömrəli əmrinə əsasən məktəbdə xx.xx.2021-ci il tarixdə araşdırma aparılmışdır. Araşdırma nəticəsində məktəbin fəaliyyətində aşkarlanan nöqsan və qüsurlarla bağlı akt tərtib edilmiş, izahatlar alınmışdır. Təhsil nazirinə ünvanlanmış xx.xx.2021-ci il tarixli xidməti məlumatda məktəbin fəaliyyətində aşkarlanmış nöqsanlarla əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin K-1552 nömrəli, 30 dekabr 2021-ci il tarixli “Yoxlamanın nəticələrinə dair” əmri ilə Ağdam Rayonu 149 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 30 dekabr 2021ci ildən ləğv edilməsi qərara alınmışdır. Əmrdə əsas qismində Nazir müavini Muxtar Məmmədovun xx.xx.2021-ci il tarixli, 1-02-3529 nömrəli xidməti məlumatına, ATİAHİ Ağdam Rayon Təhsil Şöbəsinin ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli, 02 nömrəli iclas protokoluna, müvafiq izahat və aktlara isitinad edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsini, vəzifəsinə bərpa edilməsini və məcburi işburaxma müddətinə görə ödənilməli olan əmək haqqı əvəzinin cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeydolunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. -311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; -186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin normanın İİ hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. ƏM-nin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. Əmək qanunvericiliyinə əsasən (186-cı maddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. ƏM-nin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin maddənin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 71-ci maddəsinin ikinci hissəsinə əsasən Bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; Həmin maddənin üçüncü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, ƏM-nin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən ƏM-nin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qanunverici əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi üzrə xitam verilməsi zamanı görülməli olan tədbirləri Məcəllənin 71-ci maddəsində təsbit edir. Həmin maddənin tələbinə əsasən, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qanunverici “və ya” bağlayıcısından istifadə etmiş və müqaviləyə 70-ci maddəsinin (ç) maddəsi ilə xitam verilməsinin əsaslarını 2 müstəqil şərtdən asılı etmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Lakin əmrdə cavabdeh məhz iddiaçının özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, bunun məhz qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsini göstərilməmiş və əsaslandırmamışdır. Bundan əlavə məhkəmə hesab edir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Bu baxımdan məhkəmə qeyd edir ki, ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə nəzərdə tutulmuş intizam tənbehinin tətbiq edilməsi o halda mümkündür ki, mübahisələndirilən əmrdə sadalanan hallar əmək və icra intizamının normal ahəngini pozulmuş olsun və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Lakin hazırki mübahisəli məsələ ilə bağlı qeyd olunan hallar mülki işdə müəyyən olunmur. Nəticə etibarilə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə mübahisələndirilən əmr ilə bağlı digər pozuntuya hüquqi qiymət verərək bildirir ki, işəgötürən ƏM-nin 187-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş normaya əməl etməyərək, işçiyə intizam tənbeh tədbirini pozuntunun aşkar edildiyi vaxtdan təxminən 1,5 ay sonra tətbiq etmişdir. Nəticə etibarilə işəgötürənin həmin normanı pozaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsinin, ƏM-nin 70-ci maddəsinin «ç» bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilə bilməz. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı Ağdam rayon 149 saylı məktəbin direktoru vəzifəsini tutumuşdur. Fəaliyyəti dövründə ona hər hansı bir intizam tənbehi tətbiq edilməmişdir. Əksinə, Azərbaycan Respublikası Prezidentinin 06 mart 2014-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə , xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ağdam Rayon Təhsil şöbəsi tərəfindən “Fəxri Fərmanla” təltif edilmişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatında göstərdiyi, 2021-ci il pandemiya dövrünə düşdüyü üçün məktəblərdə tədrisin daha gec tarixdə başlaması, yoxlamadan az müddət əvvəl məktəbin Bakının Xocasən qəsəbəsinə köçürüldüyünə görə şagirdlərin və texniki işçilərin davamiyyətinin aşağı səviyyədə olması barədə dediklərini ağlabatan hesab edir. Belə ki, 2021-2022 tədris ilində orta məktəblərin İ- İV sinif şagirdləri 22 sentyabr, V-Xİ sinif şagirdləri isə 29 sentyabr tarixindən ənənəvi dərslərdə iştirak etməyə başlamışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” xx.xx.2020-ci il tarixli 122 saylı Qərarına əsasən Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən strukturlarının fəaliyyətini təmin etmək üçün məhdud sayda işçiləri işə cəlb etməsi göstərişi öz əksini tapmışdır. Yoxlama aktında əksini tapmış nöqsanlardan biri - kitabxanaçı X27nın sözügedən məktəbdə fəaliyyəini davam etdirməsi həm şahid ifadəsi, həm də elektron məhkəmə informasiya sistemindən çıxarış ilə öz əksini tapır. Digər tərəfdən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil Sahəsi işçilərinin X12 X7”nın XVİİ bölməsinin 1, 3 və 7-ci bəndlərinə görə, təlim-tərbiyə və metodiki işlərinin təşkil edilməsi, zəruri tədris-metodiki sənədlərin işlənib hazırlanması, onların keyfiyyətinə məsuliyyət daşıması və tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarətin həyata keçirilməsi direktor müavininin əmək funksiyasına aid edilmişdir. Yoxlama aparılan vaxt bəzi texniki işçilərin işdə olmamaları ilə bağlı isə məhkəmə qeyd edir ki, istənilən iş yerində işçilərin işə gecikməsi baş verə bilər və bu hallar müntəzəm xarakter daşımadığı təqdirdə müəssisədə əmək və icra intizamına nəzarət edilməməsi kimi qəbul oluna bilməz. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə hesab edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı, 83-cü və 187-ci maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, ƏM-nin 84-cü maddəsinin birinci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. 84-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə qeyd edir qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021ci il tarixli, K-1552 saylı əmrindən görünür ki, əmrdə işəgötürənin hüquqi ünvanı göstərilməmiş, ƏM-nin 84-cü maddəsinin birinci hissəsinin imperativ göstərişi pozulmuşdur. ƏM-nin 300-cü maddəsinin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilərkən yuxarıda sadalanan hallara qiymət verilməli idi. Ancaq cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə yekunda onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır Həmçinin, məhkəmə yekunda onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı əmək vəzifələrinin kobud şəkildə pozulması halı öz təsdiqini tapmadığından, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-1552 saylı əmri qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmr ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Qeyd edilməlidir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 78.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyinin K-1552 nömrəli, xx.xx.2021-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Ağdam rayonu 149 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilsin. xx.xx.2021-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxmamüddəti üçün hesablanmış əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” elektron informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3255/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3255/2022
01.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver