Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3272/2023 16.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC göstərilməklə) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO "xxxx" ASC göstərilməklə) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən əmlaka dair LPO "xxxx" ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh LPO "xxxx" ASC-yə qarşı ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 37 saylı evin 48 saylı mənzilinin açıq hərracdan satılmasına dair hərrac təşkilatının “Hərracın yekunları” barədə 71/01 saylı, xx.xx.2019-cu il tarixli protokolun və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqavilənin etibarsız hesab edilməsinə dair iddia tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-217/2023 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, mənzilinin açıq hərracdan satılmasına dair hərrac təşkilatının “Hərracın yekunları” barədə 71/01 saylı, xx.xx.2019-cu il tarixli protokolun və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqavilə etibarsız hesab edilmişdir. Cavabdeh LPO "xxxx" ASC tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, lakin daha sonra şikayətdən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4072/2023 nömrəli qərardadı ilə imtina qəbul edilmiş və şikayət geri göndərilmişdir. Hazırda qətnamə qanuni qüvvəsini almışdır. Borc tam şəkildə ödənilmiş və "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu qarşısında hər hansı bir yerinə yetirilməmiş öhdəliyi yoxdur. Qətnaməyə əsasən “Hərracın yekunları” barədə 71/01 saylı, xx.xx.2019-cu il tarixli protokolun və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqavilə etibarsız hesab edilsə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, qeyd edilən mənzilin mülkiyyətçisi LPO "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondudur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı LPO "xxxx" ASC-yə olan borcunu tam ödədiyindən, sonuncu apellyasiya şikayətindən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-217/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 37 saylı evin 48 saylı mənzilinin açıq hərracdan satılmasına dair Hərrac təşkilatının “hərracın yekunları” barədə 71/01 saylı, xx.xx.2019-cu il tarixli protokol və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqavilə etibarsız hesab edilmişdir; "xxxx" MMC-nin Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 70/01 nömrəli protokolun surətlərindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-451/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi və Xətai rayon Probasiya şöbəsinin sifariş məktubu əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərrac başa çatdırılmış, alıcı (ipoteka saxlayan) qismində LPO "xxxx" ASC ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küməsində yerləşən 37 saylı evin, 48 saylı mənzilini 47812,5 manata əldə etmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4072/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, cavabdeh LPO "xxxx" MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilmiş və apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 37 saylı evin 48 saylı mənzilə dair icra vərəqəsinə əsasən açıq hərrac keçirilmişdir. Həmin mənzil ipoteka saxlayan LPO "xxxx" ASC tərəfindən əldə olunmuş və mənzilinin açıq hərracdan satılmasına dair Hərrac təşkilatının “hərracın yekunları” barədə 71/01 saylı, xx.xx.2019-cu il tarixli protokol və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqavilə bağlanmışdır. Daha sonra Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 217/2023 saylı qətnaməsi ilə həmin protokol və alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Qətnamədən LPO "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmiş, lakin mülki iş apellyasiya icraatında olan zaman apellyator şikayətindən imtina etmiş və imtinası qəbul edilərək, başlanmış apellyasiya icraatına xitam verilmişdir. Bununla da, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-217/2023 saylı qətnaməsi qüvvəyə minmişdir. Hazırda qeyd edilən mənzil çıxarışa əsasən LPO "xxxx" ASC-nin mülkiyyətindədir və bu səbəbdən iddiaçı, LPO "xxxx" ASC-nin adına mənzilə dair verilmiş çıxarışın ləğv edilməsini və mənzilin qanuni sahibinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 37 saylı evin 48 saylı mənzilinin açıq hərracdan satılmasına dair Hərrac təşkilatının “hərracın yekunları” barədə 71/01 saylı, xx.xx.2019-cu il tarixli protokol və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqavilənin etibarsız hesab edilməsinə dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Göründüyü kimi Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-217/2023 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 37 saylı evin 48 saylı mənzilinin açıq hərracdan satılmasına dair Hərrac təşkilatının “hərracın yekunları” barədə 71/01 saylı, xx.xx.2019-cu il tarixli protokol və “Hərracın yekunları üzrə əmlakın alqısatqısı” barədə müqavilə etibarsız hesab edildiyindən həmin protokol və alqı-satqı müqaviləsindən irəli gələn nəticələr də ləğv edilməlidir. Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Konstitusiya Məhkəməsi Plenumunun əqdlərin etibarlılığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.1, 337.2 və 337.4-cü maddələr). Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” tarixli Qərarı). Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və sair əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 17 sentyabr 2021ci il tarixli Qərarı). Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədi daşıyır. Beləliklə, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 37 saylı evin 48 saylı mənzilinin açıq hərracdan satılmasına dair Hərrac təşkilatının “hərracın yekunları” barədə 71/01 saylı, xx.xx.2019-cu il tarixli protokol və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqavilə etibarsız hesab edildiyindən, tərəflərin hüquqi statusu ilkin vəziyyətə gətirilməli, bankın adına olan mənzilə dair çıxarış ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırda dövlət rüsumunun əvəzinin ödənilməsi barədə tələb olmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 37 saylı evin 48 saylı mənzilinin açıq hərracdan satılmasına dair Hərrac təşkilatının “hərracın yekunları” barədə 71/01 saylı, xx.xx.2019-cu il tarixli protokol və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqavilə əsasında LPO "xxxx" ASC-nin adına verilmiş **********10-05101-093005 reyestrdə qeydə alınmış, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli mənzilə dair Çıxarış ləğv edilməli və Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 37 saylı evin 48 saylı mənzilin üzərində İddiaçı mülkiyyət hüququ bərpa edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 37 saylı evin 48 saylı mənzilinin açıq hərracdan satılmasına dair Hərrac təşkilatının “hərracın yekunları” barədə 71/01 saylı, xx.xx.2019-cu il tarixli protokolun və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə müqaviləsinin hüquqi nəticələri, yəni LPO "xxxx" ASC-nin adına verilmiş **********10- 05101-093005 reyestrdə qeydə alınmış, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli mənzilə dair Çıxarış ləğv edilsin, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 37 saylı evin 48 saylı mənzilin üzərində İddiaçı mülkiyyət hüququ bərpa edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı X1 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(005)-3272/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3272/2023
16.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver