Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3279/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfaərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 16 yanvar 2023-cü il tarixli əmrinin ləğv edilib, iddiaçının Cavabdeh MMC-yə kompyuter operatoru vəzifəsinə bərpa olunmasına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC” ilə arasında 29WNGS2000401 saylı, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı arasında əmək müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinə əsəsən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər: a) tərəflərdən birinin təşəbbüsü. İddiaçının işdən azad edilməsinə dair əmri qanunsuz va əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən belə bir təşəbbüs irəli sürülməmişdir. Həmin əmrin ləğvi barədə Bakı şəhəri 11 saylı Mediasiya təşkilatına muraciət edilsə də, cavabdeh həmin mediasiya sessiyasında da iştirak etməmişdir. Bundan sonra iddiaçıya xx.xx.2023-cü il tarixli arayış təqdim edilmişdir. Eyni iddia tələbi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Məhkəmənin hazırlıq iclasında cavabdeh tərəfindən sənədlər təqdim edilmişdir. Həmin sübutlara diqqət yetirdikdə xəbərdarlıq məktubunun göndərilimiş olduğu qəbzin üzərində hər hansı bir möhrün olmaması və həmin məktubun kimsə tərəfindən qəbul edilməsi barədə hər hansı bir imzanın olmaması nəzərə çarpır. Bundan əlavə xx.xx.2023-cu il tarixli məhkəməyə ona 291,45 manat pulun ödənilməsi barədə arayış əlavə edilsə də, qeyd olunan məbləğin ona ödənilməsi barədə heç bir sübut təqdim edilməmişdir. Həmin məbləğ ona ödənilməmişdir. Məhkəmənin baxış iclasında cavabdeh onun ilə məhkəmədən kənar barışıq edəcəyini vəd etdiyi üçün tərəfindən sənədlərin geri qaytarılması barədə ərizə yazılmışdır. Bundan sonra məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardad qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəmə ərizə verərək, işə onun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh MMC-nin direktoru Mehmet Atçıoğluna ünvanlanmış müraciətdən görünür ki, İddiaçı işdən çıxarılması barədə əmri və əmək kitabçasının verilməsi ondan xahiş olunmuşdur; Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdalıqdan görünür ki, onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən son veriləcəkdir; xx.xx.2023-cü il tarixli, 06 saylı əmrdən Cavabdeh MMC bölməsində “operator” vəzifəsində işləyən İddiaçı Yadigar qızı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsin Əmək Məcəlləsinin 68.2 nömrəli maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2023 tarixdən xitam verilmişdir; xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı əməkdaşlığına xx.xx.2023-cü il tarixində nağd olaraq 291,45 son haqq hesab ödənilmişdir; Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı aylıq əmək haqqının məbləği 310 manat təşkil edir; Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birini təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Cavabdeh tərəfindən verilmiş əmrdən görünür ki, iddiaçının işdən çıxarılmasına əsas tərəflərdən birinin təşəbbüsü yəni, işəgötürənin yuxarıda qeyd olunan müvafiq əmri olmuşdur. Qanunvericiliyin tələbinə əsasən, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv olunmasının zəruriliyi əsaslandırılmalıdır. Lakin hazırki mübahisəli əmrdən göründüyü kimi, qanunvericiliyin tələblərinə əməl olunmadan işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə iddia ilə bağlı belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilsə də, qanunvericiliklə bunun üçün müəyyən edilmiş normativ tələblərə riayət edilməmişdir. Cavabdeh MMC-nin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmri verilərkən Əmək Məcəlləsinin tələbləri pozulduğuna görə İddiaçı Cavabdeh MMC-də “operator” vəzifəsinə bərpa edilməli və məcburi olaraq buraxılmış iş müddətinə görə əmək haqqı hesablanraq ona ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, xxxxxxx000400 saylı əmri ləğv edilsin və İddiaçı əvvəlki vəzifəsinə (operator) bərpa edilsin. Cavabdeh MMC tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-3279/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-3279/2023
18.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver