Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3387/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Balağa oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 18 500 (on səkkiz min beş yüz) manat məbləğində borcun, 10000 (on min) manat məbləğində maddi zərərin və məhkəmə üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o,Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində 38p nömrəli binada yerləşən obyekti icarə əsasında götürüb ticarətlə məşğul olmaq niyyətində olmuş, bu məqsədlə Cavabdeh ilə danışıq aparıb həmin obyektin 13 aylıq icarə pulunu - 19500 manatı xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh məxsus ofisdə ona ödəmişdir. Həmin obyektdən ümumiyyətlə istifadə etməmiş və pulu verdikdən bir neçə gün sonra ona məlum olmuşdur ki, Cavabdeh onun pulunu dələduzluq yolu ilə ələ keçirmişdir və həmin obyekti aptek kimi başqa bir şəxsə icarəyə vermişdir. Cavabdeh onun etibarını qazanmaq üçün notarial təsdiqi olmayan ödənilən pulun məbləğini, obyektin yerləşdiyi yeri əks etdirən və öz imzası ilə təsdiq etdiyi icarə müqaviləsi hazırlamışdır. Dəfələrlə Cavabdeh ilə əlaqə saxlamağa çalışsa da pulu ələ keçirdikdən sonra ümumiyyətlə onunla əlaqəni kəsmişdir. Bir neçə dəfə onun Röyal adlı köməkçisi ilə (tel: *** *** ** **) bu mövzu ilə əlaqədar görüşmüş və ona Cavabdeh şikayət edəcəyini bildirsə də. Cavabdeh köməkçisi adlandırdığı Röyal vasitəsilə onun 1000 (min) manat pulunu geri qaytarsa da, qalan pulu geri qaytarmaqdan imtina etmiş, Röyal vasitəsilə ona bildirmişdir ki, hara istəyirsə gedib şikayət etsin, pulunu qaytarmayacağam. Bundan sonra o, məcbur qalıb pulunun qaytarılması və Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna ərizə ilə müraciət etmiş, ərizəsi Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Nəriman Əzizov tərəfindən araşdırılaraq xx.xx.2020-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etməsinin məqsədəmüvafıq olması bildirilmişdir. 24-cü PŞ-də aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh niyyətinin qabaqcadan İddiaçı pulunu mənimsəmək məqsədi deyil, ona obyekt icarəyə vermək olduğunu bildirmiş və ona olan 18500 (on səkkiz min beş yüz) manat pul borcunu hissə-hissə qaytarmağa söz vermişdir. Lakin borcludan pul vəsaitini ala bilmədiyi üçün məhkəmə müdaxiləsi zərurəti yaranmış və bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında cavabdehin pulunu mənimsəmək məqsədi deyil, ona obyekt icarəyə vermək olduğunu bildirmiş və ona olan 18500 (on səkkiz min beş yüz) manat pul borcunu hissə-hissə qaytarmağa söz vermiş, 19500 manat borcundan 1000 manatını qaytardığını bildirərək iddia tələbini qismən qəbul etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə imzalanmış icarə müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı müqaviləyə əsasən X1 Ramin Əkrəm oğluna məxsus Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində 38p nömrəli binada yerləşən obyekti icarəyə götürmüş və xx.xx.2021-ci il tarixədək icarə haqqı olaraq 19500 (on doqquz min beş yüz) manat pul ğdəmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı ərizəsi üzrə izahatı alınmış Cavabdeh Əkbər oğlu izahatında 19500 manat məbləğin öz ehtiyacına sərf etdiyini və onun pulunu qaytaracağını bildirmişdir. Oxşar məzmunlu izahat verən şamilov Röyal Əflatun oğlu da həmin izahatda göstərilən xüsusatları təsdiqləmişdir. İş materiallarında olan Cavabdeh Əkbər oğlunun məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, İddiaçı 18500 manat məbləğində pulunu qaytaracağını bildirmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından və Azərbaycan Respublikası vətəndaşının AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 a ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzlərindən görünür ki, İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində 38p nömrəli binada yerləşən obyekti icarə əsasında götürüb ticarətlə məşğul olmaq niyyətində olmuş, bu məqsədlə Cavabdeh ilə danışıq aparıb həmin obyektin 13 aylıq icarə pulunu - 19500 manatı (aylıq 1500 manat ödənilməklə) xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh məxsus ofisdə ona ödəmişdir. Həmin obyektdən ümumiyyətlə istifadə etməmiş və pulu verdikdən bir neçə gün sonra ona məlum olmuşdur ki, Cavabdeh onun pulunu da qaytarmır. Bundan sonra iddiaçı polis orqanına müraciət etmiş və xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla İddiaçı ərizəsi üzrə izahatı alınmış Cavabdeh Əkbər oğlu izahatında 19500 manat məbləğin öz ehtiyacına sərf etdiyini və onun pulunu qaytaracağını bildirmişdir. Oxşar məzmunlu izahat verən Şamilov Röyal Əflatun oğlu da həmin izahatda göstərilən xüsusatları təsdiqləmişdir. Məhkəmə iclasında Cavabdeh Əkbər oğlu məhkəməyə təqdim etdiyi ərizəsilə İddiaçı 18500 manat məbləğində pulunu qaytaracağını bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin 18500 (on səkkiz min beş yüz) manat məbləğində əsas borcun cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməli, iddia tələbinin qalan hissədə əsaslı olmadığından rədd edilməlidir və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçının iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat məbləğində olan hissəsi Cavabdeh tutulmalı, yerdə qalan hissə isə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-3387/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3387/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver