Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3417/2024 14.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair 714/K saylı, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Nəsisağa oğlunun işinə bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən boş dayanmasına görə öz vəzifəsi üzrə müəyyən edilmiş ştat cədvəli üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini alan günə qədər hesablanaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 29 ildir ki, X6 Mərkəzində fəaliyyət göstərir. Ali təhsilli olmaqla bərabər sakit təbiətli, kollektiv üzvləri ilə xoşrəftarlı, əməkdaşlarla konflikt yaşamayan, həmçinin özünün vəzifə borclarına aid olmayan məsələlərdə də təcrübəsiz işçilərə qayğı və dəstək göstərməyi bacaran bir şəxsdir. Təsadüfü deyildir ki, keçən müddət ərzində heç vaxt əmək intizamını pozduğu üçün hər hansı məsuliyyətə cəlb edilməmiş və ya hər hansı intizam tənbehi almamışdır. Təəssüflər olsun ki, bir müddət öncə Milli Hidrometeorologiya Xidmətinin X6 Mərkəzinin direktoru Rasim Cahangirovla mərkəzin əməkdaşı İddiaçı münasibətləri pozulmuşdur. Belə ki, əvvəllər İddiaçı yanında (nisbətən aşağı vəzifədə) çalışan X1 vəzifəsində irəli çəkildikdən sonra, İddiaçı onun rəhbərliyi altında işləmişdir. Həmin dönəmin başlanğıcında X4 İddiaçı münasibətləri normal olsa da, bir müddət sonra rəhbər ilə işçinin dostluğu sarsılmışdır. Ona görə də X5 çalışmışdır ki, İddiaçı kollektivdən uzaqlaşdırsın. Hazırda o, müvəqqəti də olsa öz məqsədinə nail olmuşdur. İddiaçı əmək müqaviləsinə 714/K saylı, 24 iyun 2024-cü il tarixli əmr ilə 25 iyun 2024-cü il tarixdən xitam verilmişdir. Hesab edirik ki, həmin əmr qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, baxmayaraq ki, “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 388/Ü nömrəli əmrə əsasən onun işə cəlb edildiyi qeyri-iş günləri üçün əvəzgün götürmək hüququ olmuşdur, mərkəzin direktoru Rasim Cahangirov tərəfindən təsdiq edilən növbətçilik cədvəli (həmin cədvəlin təsdiqlənmə tarixi yoxdur) üzrə xx.xx.2024-cü il tarixdə, yəni Ramazan bayramı günü işə çıxdığı üçün, xx.xx.2024-cü il tarixdə işləmiş olduğu istirahət gününü xx.xx.2024-cü il tarixdə əvəzgün olaraq istifadə etməsini kobud intizam pozuntusu kimi qiymətləndirərək, əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi məsələsi Həmkarlar İttifaqi Komitəsinin müzakirəsinə çıxarılmış və 20 iyun 2024-cü il tarixdə onun işdən azad edilməsinə razılıq verilmişdir. Halbuki, İddiaçı rəhbəri olduğu Rasim Cahangirovun qəbuluna düşə bilmədiyindən (Rasim Cahangirov bilərəkdən İddiaçı mərkəzin əməkdaşları olan “what’s up” qrupundan xaric etmiş, nomrəsini bloklamış, özünü isə qəbul etməkdən yayınmışdır) xx.xx.2024-cü il tarixdə əvəzgün olaraq istirahət hüququndan istifadə edəcəyi barədə məlumatı mərkəzin direktorunun köməkçisi, X2 əməkdaşı Gülnarə Kərimovaya bildirmişdir. X12 Cahangirovla eyni binada, qonşu otaqlarda oturur. xx.xx.2024-cü il tarixdə İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair Həmkarlar İttifaqi Komitəsinin təşkil etdiyi iclasda iddiaçı da iştirak etmişdir. Həmin iclasda İddiaçı həmkarları tərəfindən müdafiə olunacağına ümid etsə də, bu baş vermədi. Belə ki, onun 29 illik əmək fəaliyyəti, ali təhsilli olması, himayəsində iki tələbənin olması, indiki vaxtadək kimi heç bir intizam tənbehinə məruz qalmaması, əmək sevərliyi, ziyalı bir ailənin nümayəndəsi olması, işləməməli olduğu, lakin işlədiyi istirahət gününü əvəzgün kimi götürdüyü (halbuki, özü tərəfindən rəhbərliyin köməkçisinə məlumat verilmiş – xəbərdarlıq edilmiş və onun bir gün işə gəlməməsinə görə müəssisənin heç bir iş fəaliyyəti pozulmamış, müəssisəyə və ya dövlətə heç bir zərər dəyməmişdir) nəzərə alınmadı. Komitənin islasında demək olar ki, heç kim İddiaçı müdafiəsinə cəhd etmədi. Bu isə komitənin iclasının formal xarakter daşıdığını, İddiaçı nə olursa olsun işdən çıxarılmasına dair qərarın əvvəlcədən qəbul edildiyi qənaətinə gəlməyə əsas verir. Əvvəllər İddiaçı tabeliyində çalışan Rasim Cahangirov sonralar vəzifəsində irəli çəkildikdən sonra, İddiaçı onun rəhbərliyi altında işləmişdir. Həmin dönəmin başlanğıcında X11 Rzayevin münasibətləri normal olsa da, sonradan rəhbər ilə işçinin münasibətləri hazırki iddia ərizəsində göstərmək istəmədiyi səbələrdən pozulmuş - kəskinləşmiş, hətta rəhbər tərəfindən işçinin sıxışdırılması, ona aid olan işlərdən təcrid edilməsi, iş tapşırılmaması, əməkdaşların olduğu qruplardan kənar tutulması, “what’s up” qrupundan xaric edilməsi və s. ilə nəticələnmişdir. Aşağıdakılara əsasən hesab edir ki, 714/K saylı, xx.xx.2024-cü il tarixli əmr qanunsuzdur, məhkəmə qaydasında ləğv edilməlidir: 1. Cavabdeh Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən imzalanan “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması haqqında” 388/Ü saylı, xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, “......Hidrologiya mərkəzinin və regional hidrometeorologiya mərkəzlərinin növbətçilik edən işçilərinə iş günü kimi yazılmaqla əmək haqqlarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən qanuna müvafiq əlavələrin hesablanmasını və ya işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət gününün verilməsini təmin etsinlər;”. 2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudova ünvanlan xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, “Gursululuq dövründə istirahət və bayram günləri işə cəlb ediləcəyi üçün 6 aprel tarixindən 30 iyun tarixədək həftənin 5-ci (beşinci) gününün istirahət günü kimi müəyyən edilməsi xahiş edilir”. 3. X6 Mərkəzinin direktoru Rasim Cahangirov tərəfindən təsdiqlənən növbətçilik cədvəlindən görünür ki, həmin cədvəlin təsdiqlənmə tarixi yoxdur, lakin 388/Ü saylı, xx.xx.2024-cü il tarixli əmrə istinad edildiyindən və cədvəlin təyinatı üzrə ilk iştirahət və ya qeyri-iş günü kimi xx.xx.2024-cü il nəzərdə tutulduğundan onun xx.xx.2024 – xx.xx.2024-cü il intervalında təsdiqlənməsi ehtimal edilir, İddiaçı xx.xx.2024-cü ildə, yəni Ramazan bayramı günü növbədə olmalıdır (cədvələ müvafiq olaraq İddiaçı xx.xx.2024-cü ildə işə çıxmışdır, iş funksiyasını yerinə yetirmişdir, hesabatlar göndərmişdir və onun həmin gün işə çıxmadığına dair heç bir sənədləşmə və ya rəsmiləşdirmə işi aparılmamış, xəbərdarlıq, tənbeh və ya digər intizam tədbiri görülməmişdir) və o, həmin günü işdə - növbəsində olmuşdur. Həmin cədvələ əsasən İddiaçı daha sonra xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində, yəni şənbə və ya bazar günləri növbətçilik cədvəli üzrə işə çıxmalı olduğu halda, işə çıxmış, eləcə də, işə çıxdığı qeyri-iş günü əvəzinə hər həftənin 5-ci günü istirahət etmişdir. Lakin, İddiaçı xx.xx.2024-cü il tarixə qədər, yəni xx.xx.2024-cü il tarixdə işə çıxdığı Ramazan bayramı günü üçün istirahət günü verilməmiş və ya əmək haqqına əlavə hesablamalar aparılmamışdır. Halbuki, Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyinin yanında Milli Hidrometeorologiya Xidməti və Milli Hidrometeorologiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış (2023 – 2026-cı illər üçün) xx.xx.2023-cü il tarixli Kollektiv müqavilənin “2.13.”-cü bəndində nəzərdə tutulur ki, “iş vaxtından artıq vaxtda, istirahət günlərində görülən işlərin ödənməsi tarif (vəzifə) maaşının ikiqat məbləğindən az olmamaq şərtilə həyata keçirilir.” 4. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə X6 Mərkəzinin direktoru Rasim Cahangirov tərəfindən xx.xx.2024-cü il tarixdə dərkənar qoyularaq, etiraz edilmədiyi bildirilmişdir. 5. Cavabdeh Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən imzalanan “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması ilə əlaqədar istirahət və iş günü hesab edilməyən bayram günləri işləyən işçilərə istirahət gününün verilməsi haqqıda” 406/K saylı, xx.xx.2024-cü il tarixli əmrinin 1-ci bəndindən görünür ki, “Gursululuq dövrü ilə əlaqədar aprel-may-iyun aylarında Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin və X3 istirahət və iş günü hesab edilməyən bayram günləri növbətçilik edəcək aşağıda adları qeyd edilən işçilərinə əmək haqqı əvəzinə ümumi iş həftəsi saatlarından kənara çıxmamaq şərtilə həftəlik günlərdə dəyişiklik edilməklə onların arzusu ilə əvəzgün olaraq istirahət günü verilsin”. 6. Cavabdeh Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən imzalanan “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması ilə əlaqədar istirahət və iş günü hesab edilməyən bayram günləri işləyən işçilərə istirahət gününün verilməsi haqqıda” 406/K saylı, xx.xx.2024-cü il tarixli əmrinin 1.9-cu bəndindən görünür ki, “X6 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı öz ərizəsinə əsasən növbətçilik edəcəyi istirahət və iş günü hesab edilməyən bayram günləri üçün əmək haqqı əvəzinə hər həftənin cümə günü istirahət günü verilsin”. 7. Mediasiya təklifinə cavab məktubunda cavabdeh bildirmişdir ki, guya İddiaçı xx.xx.2024-cü il tarixli, 406/K saylı əmrə əsasən verilən istirahət günlərindən istifadə etmişdir, lakin, xx.xx.2024-də üzrlü səbəb olmadan və rəhbərliyə məlumat vermədən bütün iş günü işə gəlməmişdir. Halbuki, bu belə olmamış, İddiaçı istifadə etmədiyi qeyri-iş günündə növbətçilik etdiyi üçün xx.xx.2024-cü ildə istirahət etmiş, bu barədə əvvəlcədən mərkəzin rəhbərinin köməkçisinə məlumat vermiş, həmin gün üçün heç kim onu axtarmamış və müəssisəyə heç bir zərər dəyməmişdir. Göründüyü kimi, xx.xx.2024-cü ildə cavabdeh əmr imzalayaraq Hidrologiya mərkəzinin və regional hidrometeorologiya mərkəzlərinin növbətçilik edən işçilərinə iş günü kimi yazılmaqla əmək haqlarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən qanuna müvafiq əlavələrin hesablanmasını və ya işçinin arzusu ilə ona əmək haqqı əvəzinə başqa istirahət gününün verilməsini təsdiq etmişdir. Həmin tarixdə, yəni xx.xx.2024-cü ildə işçidən, yəni İddiaçı ərizə alınmışdır ki, işlədiyi qeyri-iş günü üçün ikiqat əmək haqqı tələb edə bilməsin və ona başqa gün istirahət günü verilsin. Daha sonra tarixsiz növbətçilik cədvəli təsdiq edilib ki, İddiaçı xx.xx.2024-cü ildə, yəni Ramazan bayramı günü işə çıxsın. Ramazan bayramı günü İddiaçı işə çıxdıqdan sonra, yəni xx.xx.2024-də onun ərizəsinin üstünə dərkənar qoyulub. Halbuki, artıq həmin tarixə İddiaçı xx.xx.2024-cü ildə bayram günü işə cəlb edilmişdi. Belə olduğu halda ya onun əmək haqqı ikiqat hesablanmalı və ödənməli idi, ya da arzusuna uyğun başqa bir gün istirahət günü verilməli idi ki, İddiaçı də bunu xx.xx.2024-də istifadə etmişdir. xx.xx.2024-cü ildə verilən 406/K saylı əmr ilə İddiaçı işə cəlb edildiyi istirahət və ya bayram günlərinə əvəz olaraq başqa bir günün həftənin 5-ci (beşinci) günü verilməsinə dair rəsmiləşmə işi icra edildiyi tarixdə, artıq İddiaçı 11.04.024cü ildə işə cəlb edilmişdi və həmin tarixə qüvvədə olan əmr üzrə onun istədiyi gün əvəzgün götürmək hüququ var idi ki, İddiaçı də bunu xx.xx.2024-cü ildə istifadə etmişdir. Bununla bağlı İddiaçı xx.xx.2024-cü ildə izahatı alınmışdır və izahatında göstərilənlər qeyd edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməməsinə üzrlü səbəb olmuş, o, xx.xx.2024-cü ildə işə cəlb edildiyi Ramazan bayramı gününə əvəz olaraq tam günü işə çıxmamışdır. Bundan əlavə 27 may 2024-cü il tarixdə onun işə çıxmamasına görə işəgötürənə heç bir zərər dəyməmişdir və bununla bağlı heç bir rəsmiləşdirmə işi yoxdur. Belə ki, Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud surətdə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmçinin o da, qeyd edilməlidir ki, 29 ildir ki, həmin kollektivdə işləyən işçi işə gəlmədəyi halda, rəhbərlik və ya ya iş yoldaşları tərəfindən axtarılmamış, nəyə görə işə gəlməməsi soruşulmamışdır. Çünki, işlədiyi kollektivdə bilirdilər ki, o, işə cəlb edildiyi gün üçün evdə qalmışdır və bu barədə mərkəzin rəhbəri Rasim Cahangirov X2 əməkdaşı Gülnarə Kərimova vasitəsilə məlumatlı olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh tərəf təqdim etdiyi növbətçilik cədvəlində də xx.xx.2024-cü il tarixli əmrə istinad etmiş və məhz həmin əmrə əsasən, növbətçilik cədvəlini tərtib etmişlər. Həmin növbətçilik cədvəli təhrif olunmuşdur. Belə ki, həmin cədvəldə növbətçilik günlərinin xx.xx.2024-cü il tarixdən başlanması nəzərdə tutulsa da, 10, 11 və 12 aprel tarixləri də əks olunmuşdur ki, bu hal da onların təqdim etdikləri növbətçilik cədvəlinin mötəbərliyini təsdiq edir. Çünki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən əvvəlki növbətçilik günlərinin qarşısındakı “+” işarələri qərəzli olaraq silinmişdir. İddiaçı da növbətçilik cədvəli üzrə rəsmi şəkildə xx.xx.2024-cü il tarixdə işə çıxmış, bununla bağlı gördüyü işlərə dair hesabatlar da məhkəməyə təqdim edilmiş və cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək kifayət qədər vaxt keçməsinə baxmayaraq, hər hansı əvəz gün və ya əlavə vəsait verilməmişdir. İddiaçı da bu səbəbdən xx.xx.2024-cü il tarixdə işə çıxmamış və bununla bağlı müdirin köməkçisi olan Gülnarə Kərimovaya məlumat vermişdir. Bundan əlavə, cavabdeh tərəf isə xx.xx.2024-cü il tarixdə iddiaçının işə gəlməməsinin səbəbləri ilə də maraqlanmamışdır. Cavabdeh Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, İddiaçının təqdim etdiyi növbətçilik cədvəlində Xidmət rəhbərinin möhürü və imzası olmadığından, onun hər hansı qüvvəsi yoxdur. Həmçinin, xx.xx.2024-cü il tarixdə mütəxəssislər deyil, yalnız texniki işçilər işdə olmuşdur və bununla bağlı texniki işçilərin izahatları da mövcuddur. Belə ki, həmin izahatlarda da texniki işçilər iddiaçını görmədiklərini bildirmişlər. İddiaçının xx.xx.2024-cü il tarixdə guya gördüyü işlərə dair məhkəməyə təqdim etdiyi elektron poçtdan çıxarışlar isə mötəbər hesab oluna bilməz, çünki belə elektron poçt məktubların istənilən yerdən göndərilməsi mümkündür. Bundan əlavə, iddiaçı xx.xx.2024-cü il tarixdə işə çıxmayacağı barədə heç kimi xəbərdar etməmiş və bununla bağlı hər hansı ərizəsi də mövcud deyil. İddiaçı bu halın əsası kimi, müdirlə münasibətinin olmamasını göstərsə də, bu onu məlumat vermək öhdəliyindən azad etmir və işəgötürənin işçinin işə gəlməmək səbəblərini araşdırmaq vəzifəsi kimi öhdəliyi yoxdur. Bundan başqa, xx.xx.2024-cü il tarixi bazar ertəsi gününə təsadüf edir, halbuki əmrə əsasən həftənin cümə günlərinin əvəzləşdirilməsi nəzərdə tutulmuşdur. Göstərdiklərinə əsasən, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-14-20/2-R-32-3/24 saylı məktubunun surətindən görünür ki, onun əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq Azərbaycan Respublikası X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2024-cü il tarixli 714/K nömrəli əmri ilə xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. Əmək kitabçasını və əmrini Xidmətin Hüquqi təminat və sənədlərlə iş şöbəsindən götürə bilər. - Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2024-cü il tarixli 714/k nömrəli əmrin surətindən görünür ki, X8 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilməsi, ona son haqq-hesab ödənilməsi və s. əmr edilmişdir. - Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2024-cü il tarixli 406/k nömrəli əmrinin surətindən görünür ki, gursululuq dövründə təbii fəlakət riskinin artması ilə baş verə biləcək daşqın təhlükəsini, o cümlədən 2010-cu ildə baş verən böhranlı vəziyyəti nəzərə alaraq Respublika çaylarında gursululuq və daşqınlar dövründə hidroloji müşahidələrin mütəmadi olaraq aparılması, ölkə çaylarında gözlənilən sel, daşqın təhlükəsi, su anbarlarında suyun səviyyəsi, yerüstü su obyektlərində (çay, göl, su anbarları və s.) müşahidə olunan faktiki hidroloji (suyun səviyyəsi, sərfi və s.) parametrlər barədə məlumatların, proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək istirahət və iş günü hesab edilməyən bayram günləri işləyən işçilərə istirahət gününün verilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 may tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidməti haqqında Əsasnamə”nin 5.4.3-cü yarımbəndinə rəhbər tutaraq əmr edilmişdir ki, X8 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı öz ərizəsinə əsasən növbətçilik edəcəyi istirahət və iş günü hesab edilməyən bayram günləri üçün əməkhaqqı əvəzinə hər həftənin cümə günü istirahət günü verilsin. - Cənub RHM-nin drektoru Rasim Cahangirov tərəfindən imzalanmış və “Sənədlər üçün” möhürü vurulmuş və yuxarıda sağ küncdə təsdiq edirəm Milli Hidrometeorogiya Xidmətinin rəisi Nazim Mahmudov hissəsi boş olan Milli Hidrometeorogiya Xidmətinin 2024-cü il 06 aprel tarixli 388/Ü saylı əmrinə əsasən, yaz-yay (aprel) gursululuq dövründə X6 Mərkəzinin işçilərinin istirahət və bayram günləri üçün növbətçilik cədvəlinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə işə çıxması ilə əlaqədar adının qarşısında “+” işarəsi qoyulmuşdur. - X8 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı tərəfindən X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin rəisi Nazim Mahmudova ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, o, gursululuq dövründə istirahət və bayram günləri işə cəlb ediləcəyi üçün 06 aprel tarixdən 30 iyun tarixədək həftənin 5-ci gününün istirahət günü kimi müəyyən edilməsini xahiş etmiş və direktor Cahangirov R.Ə etiraz etməməsi barədə ərizəyə qeyd əlavə etmişdir. - Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2024-cü il tarixli 388/Ü nömrəli əmrinin surətindən görünür ki, 1. gursululuq və daşqınlar dövründə hidroloji şəbəkənin normal fəaliyyətinə nəzarətin gücləndirilməsi, proqnoz və gözlənilən təhlükəli hadisələr barədə xəbərdarlıqların dəqiqliyinin artırılması, Nazirliyin müvafiq qurumlarının, dövlət idarəetmə orqanlarını və əlaqədar təşkilatların hidroloji məlumatlarla vaxtında təmin edilməsi məqsədilə daimi fəaliyyət göstərən komissiyanın yaradılması, 2.9. Gursululuq dövrü ilə əlaqədar aprel-mayiyun aylarında Hidrologiya mərkəzində və tabeli qurumlarda səriştəli mütəxəssis hidroloqları cəlb etməklə operativ hidroloji məlumatların ötürülməsi üçün istirahət günlərində növbətçiliyin həyata keçirilməsi, 3. Aprel, may, iyun aylarında gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması ilə əlaqədar Milli Hidrometeorogiya Xidmətinin Hidrometeoroloji proqnozlar bürosunun (G.Məmmədova), Hidrologiya mərkəzinə (A.Verdiyev), Regional hidrometeorogiya mərkəzlərinə (A.Dadaşova, A.Abdullayev, Q.Qarayev, R.Cahangirov, Ə.Ağayev, R.Şirəliyev və V.Həsənov) tapşırılsın ki, gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçmələri, Milli Hidrometeorogiya Xidmətinin Maliyyə və iqtisadiyyat şöbəsinə və Hidrometeoroloji proqnozlar bürosunun baş mühasibinə tapşırılsın ki, gursululuq dövründə istirahət və bayram günlərində Hidrometeoroloji proqnozlar bürosunun, Hidrologiya mərkəzinin və regional Hidrometeorologiya mərkəzlərinin növbətçilik edən işçilərinə iş günü kimi yazılmaqla əmək haqqlarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən qanuna müvafiq əlavələrin hesablanmasını və ya işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət gününün verilməsinin təmin edilməsi əmr edilmişdir. - X8 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı tərəfindən X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin rəisi Nazim Mahmudova ünvanlanmış xx.xx.2024-cü il tarixli izahatın surətindən görünür ki, o, bildirmişdir ki, mərkəz tərəfindən verilmiş əmrdə növbəli iş rejiminə keçirildiyi üçün o, fasiləsiz olaraq aprel ayının 8, 9, 10, 11, 12 günləri işə gəlmiş və 11 aprel tarixində Ramazan bayramı günü işə gəldiyi üçün, xx.xx.2024-cü il tarixində əvəzgün istifadə edərək, işə gəlməmiş, bu barədə əvvəlcədən mərkəzin müdiri Rasim müəllimin köməkçisi Gülnarə Kərimovaya məlumat vermiş, xx.xx.2024-cü il tarixdə isə o, evdə internet zəif olduğu üçün internet şəbəkəsini quraşdıran şirkətlərdə olmuşdur. - Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2024-cü il tarixli 3-14-20/2-k-95-1/2024 nömrəli İddiaçı ünvanlanmış məktubunun surətindən görünür ki, onun “Əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair” əmək mübahisəsinə dair mediasiya prosesinin tətbiqi barədə təklifinə Milli Hidrometeorogiya Xidmətində aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, Xidmətin “Gursululuq və daşqınlar dövründə hidroloji işlərin aparılması ilə əlaqədar istirahət və iş günü hesab edilməyən bayram günləri işləyən işçilərə istirahıt gününün verilməsi haqqında” xx.xx.2024-cü il tarixli 406/k nömrəli əmrinə əsasən verilən istirahət günlərindən istifadə etmiş olduğuna baxmayaraq, xx.xx.2024-cü il tarixində üzrlü səbəb olmadan və rəhbərliyə məlumat vermədən bütün iş günü işə gəlməyərək əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğu müəyyənləşdirilmişdir. Qeyd olunanlara uyğun olaraq iştirakı ilə həmkərlar ittifaqı təşkilatının iclası keçirilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2024-cü il tarixli 3-14-20/2-634/2024 nömrəli Milli Hidrometeorogiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsinə ünvanlamış təqdimatdan görünür ki, X8 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı xx.xx.2024-cü il tarixində heç bir üzrlü səbəb göstərmədən və mərkəz rəhbərliyinə məlumat vermədən işə gəlmədiyi üçün əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məsələsinə ən geci 10 gün müddətində münasibət bildirilməsi xahiş edilmişdir. - Milli Hidrometeorogiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsi Yığıncağının 5 nömrəli xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Milli Hidrometeorogiya Xidmətinin X8 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə və icra intizamını kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilməsi qərara alınmışdır. - işçilərin işə gəlib-getməsi zamanı imzaladıqları cədvəldən görünür ki, İddiaçı aprel ayı üzrə xx.xx.2024-cü il tarixdən sonra xx.xx.2024-cü il tarixdə işə gəlməsi və getməsi barədə cədvəldə adının qarşısında imzalar etmişdir. - işçilərin işə gəlib-getməsi zamanı imzaladıqları cədvəldən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə nə işə gəlməsinə, nə də getməsinə dair sütunlarda imza etməmişdir. - mobil telefon vasitəsilə edilmiş ekran görüntülərindən (screenshot) görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən bir sıra şəxslərə bayram təbrikləri və yoxlanılıb adı altında işlə bağlı emaillər göndərilmişdir. - xx.xx.2024-cü il tarixli Lənkəran şəhərində R.Ə.Cahangirov, Ə.K.Bayramova, X.i.Abbasov, İ.M.İsmayılov, X.A.Ağayeva tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, həqiqətən xx.xx.2024-cü il tarixində X8 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı heç bir səbəb olmadan işə çıxmamışdır. - Milli Hidrometeorogiya Xidmətinin 2024-cü il 06 aprel tarixli 388/Ü saylı əmrinə əsasən, yaz-yay (aprel) gursululuq dövründə X6 Mərkəzinin işçilərinin istirahət və bayram günləri üçün növbətçilik cədvəlinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə işə çıxması ilə əlaqədar adının qarşısında heç bir qeyd aparılmamışdır. Cədvəl Cənub RHM-nin drektoru Rasim Cahangirov tərəfindən imzalanmış və “Sənədlər üçün” möhürü vurulmuş və yuxarıda sağ küncdə təsdiq edirəm Milli Hidrometeorogiya Xidmətinin rəisi Nazim Mahmudov tərəfindən imzası və mərkəzin möhürü ilə təsdiq edilmişdir. - Lənkəran Rayon Məhkəməsinin 1(049)-171/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi təqsirli bilinib 1.000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin X8 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə xidmətin 714/k saylı xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsi üçün cavabdehin səbəbi ondan ibarət olmuşdur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə (həftənin birinci günü) heç bir üzrlü səbəb olmadan işə çıxmamışdır. Bu barədə Xidmət tərəfindən Milli Hidrometeorogiya Xidmətinin Həmkarlar İttifaqı Komitəsinə xx.xx.2024-cü il tarixdə təqdimat verilmiş və komitənin yığıncağının 5 nömrəli xx.xx.2024-cü il tarixli protokolu ilə qərara alınmışdır ki, Milli Hidrometeorogiya Xidmətinin X8 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə və icra intizamını kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilir. Nəticədə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə göstərilən qaydada xitam verilmişdir. İddiaçı bildirir ki, müqavilənin ləğv edilməsi barədə cavabdehin əmri qanunsuz olmuşdur. Belə ki, onun xx.xx.2024-cü il tarixdə işə çıxmamasının səbəbi xx.xx.2024-cü il tarixdə Ramazan bayramı ilə əlaqədar qeyri-iş günündə işə çıxdığı üçün həmin günün əvəzi olaraq xx.xx.2024-cü il tarixdə iş gününü əvəzgün olaraq istifadə etməsi ilə əlaqədar olmuşdur. O, işə çıxmayacağı barədə mərkəzin rəisi Rasim Cahangirovun köməkçisi Gülnarə Kərimovaya şifahi məlumat da vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 9-cu maddəsinin “e” bəndinə əsasən, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, “g” bəndinə əsasən, qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq əmək müqaviləsi üzrə işçinin hüquqlarındandır. 10-cu maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. 11-ci maddəsinin b bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 76-cı maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 95-ci maddəsinin 1-ci hissəsinə əsasən, iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin xx.xx.2024-cü il tarixli 714/k nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə həm iddiaçı, həm də cavabdehin dəlillərinə hüquqi qiymət verərək, qeyd edir ki, işin mübahisələndirilməyən halıdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə iddiaçı işdə olmamışdır. Hazırda məhkəmədə mübahisələndirilən hal odur ki, iddiaçı məhkəməyə bildirir ki, xx.xx.2024-cü il tarixli, 406/K saylı əmr ilə o, işə cəlb edildiyi istirahət və ya bayram günlərinə əvəz olaraq başqa bir günün həftənin 5-ci gününün verilməsinə dair rəsmiləşdirmə işi icra edildiyi tarixdə, artıq iddiaçı xx.xx.2024-cü il tarixdə işə cəlb edilmişdi və həmin tarixə qüvvədə olan əmr üzrə onun istədiyi gün əvəzgün götürmək hüququ var idi ki, İddiaçı də bunu xx.xx.2024-cü ildə istifadə etmişdir. Lakin cavabdeh Xidmət iddiaçının xx.xx.2024-cü il tarixdə işdə olmasına etiraz edərək, bildirir ki, iddiaçı həmin gün işə cəlb olunmamışdır. Belə ki, iddiaçının işə cəlb olunmadığına dair növbətçilik cədvəlinin və davamiyyət jurnalından çıxarışın surətini təqdim edir. Bu baxımdan məhkəmə araşdırması zamanı işin faktiki halları ilə qeyd olunan tarixdə iddiaçının cavabdehin müvafiq tapşırığı və əmri əsasında işə cəlb olunması, o cümlədən həmin tarixdə özünün də iddia etdiyi kimi işdə olması təsdiqini tapmır. Məhkəmə bildirir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə bütün iş günü işə gəlməməsi işin mübahisəsiz halı olmaqla, xx.xx.2024-cü il tarixdə bayram günü hesab olunan qeyri-iş günündə isə işə cəlb olunmadığı və işdə olmaması məhkəmə araşdırması zamanı işin öz təsdiqini tapmış faktiki halıdır. İddiaçı xx.xx.2024-cü il tarixdə bayram günündə işlədiyindən və həmin gün üçün ona əvəzgün verilmədiyindən istirahətini xx.xx.2024-cü il tarixə keçirdiyini, bu barədə səlahiyyətli şəxsləri X2 əməkdaşı Gülnarə Kərimova vasitəsilə məlumatlandırdığını bildirir, lakin bu hala dair hər hansı sübut təqdim etmir. Məhkəmə, iş materiallarına istinadən iddiaçının bu arqumentinə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə işə gəlməyəcəyi (bu gündən istirahət günü kimi istifadə edəcəyini) barədə nə buna səlahiyyətli olan şəxsləri məlumatlandırmış, nə də ki, öz qərarını onlarla razılaşdırmış, bu barədə xəbər verməyi vəzifə baxımdan onun işə gəlməməsinin həlli məsələsində hər hansı səlahiyyətə malik olmayan stansiyanın əməkdaşına məlumat verdiyini bildirmişdir. Məhkəmə, xüsusilə vurğulayır ki, ümumiyyətlə cavabdeh orqanda istirahət günü ilə bağlı məsələnin bu qaydada həll edilməsi (işçilərin özü tərəfindən və məhz hər hansı əməkdaşa bir gün əvvəl məlumat verməklə və s) öz təsdiqini tapmır. Ona bu günün istirahət günü kimi verilməsini təsdiq edən hər hansı rəsmi sənəd mövcud deyil. İddiaçı özü də əvvəllər (bir dəfə olsun belə) bu qaydada hər hansı gündən istirahət günü kimi istifadə etməsini bildirmir. Bununla belə, iddiaçı özünün müəyyən etdiyi qaydaya uyğun olaraq, xx.xx.2024-cü il tarixini özünə istirahət günü elan etmiş və hüquqi nəticə etibarı ilə heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. Bu səbəbdən də iddiaçının həmin tarixdə icazə almadan və hər hansı üzürlü səbəb göstərmədən işə gəlməməsi birmənalı şəkildə onun bu dəlillərinin əsassız olduğunu təsdiq edir. Göstərilən bu hal da Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin iddiaçı tərəfindən pozulması anlamı daşıyır. Bu baxımdan iddiaçının xx.xx.2024-cü il tarixdə işdə olmaması, bu barədə hər hansı məlumat vermədən, o cümlədən icazə almadan işə çıxmaması onun vəzifə öhdəliklərinin icrasını o cümlədən əmək funksiyasını yerinə yetirməməsi kimi qiymətləndirilməlidir. İddiaçının xx.xx.2024-cü il tarixdə istirahət və bayram günləri üçün növbətçilik cədvəlinə əsasən işə çıxmasına, bu barədə təqdim etdiyi növbətçilik cədvəli üzrə onun xx.xx.2024-cü ildə işə çıxması barədə cədvəldə adının qarşısında “+” işarəsinin olduğuna dair dəlillərə münasibətdə məhkəmə bildirir ki, iddiaçının Milli Hidrometeorogiya Xidmətinin 2024-cü il 06 aprel tarixli 388/Ü saylı əmrinə əsasən, yaz-yay (aprel) gursululuq dövründə X6 Mərkəzinin işçilərinin istirahət və bayram günləri üçün növbətçilik cədvəli xidmətin rəisi Nazim Mahmudov tərəfindən imzası və xidmətin möhürü ilə təsdiq edilməmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi sənəd mötəbər sübut hesab edilə bilməz. Çünki qeyd olunan cədvəl lazımi qaydada təsdiq olunmamışdır. Belə olan halda isə iddiaçının təsdiq olunmayan növbətçilik cədvəlini əsas götürüb işə çıxdığını bildirməsi, məhkəmə tərəfindən əsaslı hesab oluna bilməz. Bunun əksinə cavabdehin məhkəməyə təqdim etdiyi və xidmətin rəisi Nazim Mahmudov tərəfindən imzası və xidmətin möhürü ilə təsdiq edilmiş növbətçilik cədvəlində isə sözügedən xx.xx.2024-cü il tarixdə iddiaçının adının qarşısında heç bir qeydiyyat aparılmamışdır. Bu isə məhkəməyə onu deməyə əsas verir ki, iddiaçının bu hissədə dəlili mötəbər sübutlarla təsdiq olunmur. İddiaçı xx.xx.2024-cü il tarixdə işdə olmasını digər tərəfdən onunla əsaslandırır ki, o, həmin gün işdə olarkən elektron poçt ünvanı vasitəsilə işlə bağlı hesabatlar vermişdir. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə işdə olduğunu iddia etsə də, həmin emaillərin iddiaçı tərəfindən məhz iş yerində olarkən göndərilməsi, habelə iddiaçının gün ərzində sadəcə müxtəlif ünvanlara email göndərilməsinin əmək funksiyalarının icrası ilə bağlı olması və digər mühüm hallar müəyyən olunmur. Bundan başqa, X8 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı tərəfindən X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidmətinin rəisi Nazim Mahmudova ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, o, gursululuq dövründə istirahət və bayram günləri işə cəlb ediləcəyi üçün 06 aprel tarixdən 30 iyun tarixədək həftənin 5-ci gününün istirahət günü kimi müəyyən edilməsini xahiş etmiş və direktor Cahangirov R.Ə etiraz etməməsi barədə ərizəyə qeyd əlavə etmişdir. Belə ki, gursululuq dövründə təbii fəlakət riskinin artması ilə baş verə biləcək daşqın təhlükəsini, o cümlədən 2010-cu ildə baş verən böhranlı vəziyyəti nəzərə alaraq Respublika çaylarında gursululuq və daşqınlar dövründə hidroloji müşahidələrin mütəmadi olaraq aparılması, ölkə çaylarında gözlənilən sel, daşqın təhlükəsi, su anbarlarında suyun səviyyəsi, yerüstü su obyektlərində (çay, göl, su anbarları və s.) müşahidə olunan faktiki hidroloji (suyun səviyyəsi, sərfi və s.) parametrlər barədə məlumatların, proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək istirahət və iş günü hesab edilməyən bayram günləri işləyən işçilərə istirahət gününün verilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 may tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorogiya Xidməti haqqında Əsasnamə”nin 5.4.3-cü yarımbəndinə əsasən X8 Mərkəzinin aparıcı mütəxəssis hidroloqu İddiaçı öz ərizəsinə əsasən növbətçilik edəcəyi istirahət və iş günü hesab edilməyən bayram günləri üçün əməkhaqqı əvəzinə hər həftənin cümə günü istirahət günü verilməsi əmr edilmişdir. Göründüyü kimi, cavabdeh Xidmət yaz (aprel-may-iyun) aylarında gursululuq dövründə təbii fəlakətlərin baş verə bilmə ehtimallarını əvvəlcədən bilmək müəyyən etmək və qarşısını almaq məqsədi ilə gücləndirilmiş rejimi ilə işçiləri növbətçilik üzrə işə çıxarır və bunu istirahət və qeyri-iş günləri olan bayram günlərində işə çıxan işçilərə öz arzuları ilə ya işə çıxdıqları qeyri-iş günü üçün ikiqat əmək haqqı, ya da həftənin bir günü əvəzgün götürməklə işə çıxmamaları ilə kompensasiya edir. Bununla bağlı olaraq, iddiaçı xx.xx.2024-cü il tarixdə öz ərizəsi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əvəzgün kimi həftənin 5-ci (Cümə) gününü seçmişdir. Lakin iddiaçının əvəzgün kimi istifadə etdiyini dediyi xx.xx.2024-cü il tarixi həftənin 1-ci (Bazar ertəsi) günü olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur. Beləliklə, iddiaçının xx.xx.2024-cü il tarixdə işə çıxmayacağı barədə məlumatı əvvəlcədən verməsi və hansı üzrlü səbəblərdən işə çıxmaması barədə hər hansı mötəbər dəlil onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qüvvədə olan əmək qanunvericiliyi hər hansı səbəbdən deyil, konkret olaraq işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi halında işçinin işə çıxmamasını üzrlü hallar kimi istisna edir. İddiaçının isə sözügedən tarixdə işə çıxmamasının sadalanan üzrlü hallardan biri ilə əlaqədar olmadığı açıq aşkardır. İlkin olaraq iddiaçının xx.xx.2024-cü il tarixdə işə çıxması məhkəmə araşdırılması zamanı onun tərəfindən təqdim edilən hər hansı mötəbər dəlillə öz təsdiqini tapmır. İkincisi o, əvəzgün kimi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yalnız Cümə günlərini istifadə etməli idi, lakin o, 27 may tarixini əvəzgün kimi istifadə etdiyini bildirir. Üçüncüsü isə onun xx.xx.2024-cü il tarixdə işə çıxmamasının qanunla müəyyən edilmiş hər hansı üzrlü səbəbdən baş verməsi müəyyən edilmir. Məhkəmə bildirir ki, iddiaçı məhkəməyə əmək münasibətlərinə qanunsuz xitam verilməsi əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də qeyd edilən əmrin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəməyə cavabdehlə həmkarlar ittifaqı komitəsinin bağladığı kollektiv müqaviləni təqdim edərək, göstərir ki, əslində onun iş vaxtından başqa, qeyri-iş və istirahət günlərində işə cəlb olunması zamanı həmin gün üçün ikiqat əmək haqqı almaq hüququ olmuşdur. Yəni cavabdehin əvəzgün kimi digər istirahət günü verməsi düzgün olmamışdır. Halbuki, onun ikiqat əmək haqqı və ya əvəzgün seçmək hüququ cavabdeh tərəfindən ona təklif edilmiş, o, öz ərizəsi ilə əvəzgün verilməsini xahiş etmişdir. Əgər onun bununla bağlı bir narazılığı olmuşdursa, o, həmin halı işəgötürənlə və ya məhkəmə qaydasında mübahisə edə bilərdi. Lakin o, həmin halı mübahisə etməmişdir. İddiaçı belə mübahisəni etsə idi belə, onun xx.xx.2024-cü il tarixdə işə çıxması və xx.xx.2024-cü il tarixdə üzrlü səbəbdən işə çıxmaması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsas mövcud olmuşdur. Belə ki, 72-ci maddədə sadalanan halların birinin mövcud olması işçi ilə işəgötürən arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsasdır. İddiaçı, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İşəgötürən də qeyd olunan halı əsas kimi qəbul etməklə, iddiaçının işə gəlməməsini üzürsüz hal kimi qiymətləndirib, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsini sonuncunun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməsinin qanunsuz olması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair 714/K saylı, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Nəsisağa oğlunun işinə bərpa edilməsi və xx.xx.2024-cü il tarixdən boş dayanmasına görə öz vəzifəsi üzrə müəyyən edilmiş ştat cədvəli üzrə əmək haqqı məbləğinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini alan günə qədər hesablanaraq iddiaçıya ödənilməsinə dair tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X13 Sərvətlər Nazirliyi Yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3417/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3417/2024
14.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver