Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3463/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlk İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair ilk iddia tələbinə; Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “müəyyən müddətə istifadə hüququnun saxlanması”na dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mənim mülkiyyətimdə olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılması və mənzilin tam boşaldılması, dövlət rüsumu üçün ödənilmiş 100 manat, vəkilə hüquqi yardım göstərilməsi üçün ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, bildirir ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh Məmmədova X2 Məmmədağa Cavanşir oğlu ilə 2014-cü il tarixdə rəsmi nikaha girmişlər və 2019-cu il tarixdə də nikahlarına xitam verilmişdir. Oğlu ilə Cavabdeh ayrıldıqdan sonra iddiaçıya məxsus ünvan 1 ünvanında Cavabdeh müvəqqəti yaşamasına icazə verdi. Onlar evli olduqları müddətdə ayrı evdə yaşayırdılar. Daha sonra iddiaçı artıq cavabdehin iddiaçının evindən çıxmasını, özünün həmin evdə yaşacağını bildirsə də cavabdeh, həmin evdən bugünə kimi çıxmamışdır. Qeyd etmək istəyir ki, həmin ev yalnız iddiaçının mülkiyyətindədir və həmin evdə Cavabdeh və ya başqa kiminsə pasport qeydiyyatı yoxdur. İddiaçı cavabdehdən dəfələrlə evdən çıxmasını, evini boşaltmasını tələb etsə də o, bundan imtina etmiş, iddiaçının evinə dair mülkiyyət hüquqlarını həyata keçirməyinə, evdə yaşamağına maneəçilik törətmişdir. Cavabdehin iddiaçıya məxsus olan mənzilə dair hər hansı hüququ olmamasına baxmayaraq, o, evini tərk etmir, həmçinin də iddiaçını öz qanuni mülkiyyətində olan evə buraxmır. Dəfələrlə etdiyi xəbərdarlıqlar heç bir nəticə vermir. Cavabdehin iddiaçının mülkiyyət hüququnu pozan hərəkətlərinə son qoyulması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın tam rədd edilməsi; qarşılıqlı iddianın tam təmin edilərək, iddiaçı xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildə istifadə hüququn saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu X3 ilə xx.xx.2013-cü ildə nikaha daxil olmuşlar. Həmin nikahdan tərəflərin birgə övladı xx.xx.2018-ci il təvəllüdlü X4 anadan olub. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(004)-7081/2019- cu saylı qətnaməsi ilə Cavabdeh ilə X3 arasında xx.xx.2013-cu il tarixdə Bakı Səadət Sarayı nikah evində bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. İlkin iddia üzrə Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildə 2019-cu ildən yetkinlik yaşına çatmayan övladı X4 ilə birgə yaşayır. Mübahisəli mənzil nikah dövründə X3 tərəfindən alınaraq anası İddiaçı adına rəsmləşdirilmişdir. Nikahın pozulması dövründə tərəflər arasında olan razılaşmaya əsasən nikahın pozulmasından sonra Cavabdeh övladı ilə birgə ünvan 3 ünvanında yerləşən mənzildə övladın yetkinlik yaşına çatanadək yaşayacaqlar. ünvan 3 ünvanında yerləşən mənzil ilkin iddia üzrə cavabdehin keçmiş əri tərəfindən Cavabdeh birgə övladları ilə birgə yaşaması üçün alınmışdır. xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası ilə birgə qeyd olunan mənzildə yaşaması ilə bağlı tərəflər arasında razılaşma olmuşdur. İddiaçı iddia ərizəsində də ünvan 3 ünvanında yerləşən mənzildə keçmiş qəlini olan Cavabdeh yaşaması ilə bağlı razılığın mövcud olmasını etiraf etmişdir. Hazırda, xx.xx.2018-ci il təvəllüdlü X4 mənzilin yanında yerləşən «Erudit » tam orta məktəbin İ sinfinə qəbul olunub (Bakı şəhəri, F.Xoyski küçəsi 123B) və tədris ili başlandıqda məktəbə gedəcək. Cavabdehin azyaşlı övladı ilə yaşamaq üçün başqa yerləri yoxdur. Məhkəmənin hazırlıq iclasında qarşılıqlı iddia ərizəsinin ilkin iddia ərizəsi ilə birlikdə baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilk İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia ərizəsinin əsassız olduğunu qeyd etdi və bildirdi ki, mübahisəli mənzilə münasibətdə iddiaçının çıxarışı mövcuddur, cavabdeh və övladı isə həmin mənzildə qeydiyyatda deyil. Həmçinin, iddiaçı mübahisəli mənzili öz vəsaiti hesabına əldə etmiş, əvvəlcə cavabdehə mübahisəli mənzildə yaşamağa müvəqqəti icazə versə də, hazırda mənzildən onun çıxmasını tələb edir. Gəlinin qayınanaya münasibətdə belə bir tələb irəli sürmək hüququ yoxdur. Ali Məhkəmənin formalaşdırdığı mövqeyə əsasən, uşağın da yaşayış yeri himayəsində saxlanıldığı valideynin yaşayış yeridir və onun da yetkinlik yaşına çatanadək belə tələb irəli sürmək hüququ yoxdur. Eyni zamanda, maddi yardıma ehtiyacı olan övlad ilk növbədə yaşayış hüququnu atasından, bu mümkün olmadıqda nənə və ya babadan tələb edə bilər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək qeyd etdi ki, cavabdeh 2020-ci ilədək iddiaçının oğlu ilə nikahda olmuş və 2019-cu ildə mübahisəli mənzilə köçmüşdür. Həmin vaxt isə mənzildə yaşamaqla bağlı tərəflər arasında şifahi razılıq olmuşdur. Bu hal xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd olunması barədə qərarda tərəflərin izahatı ilə də təsdiqlənir. Həmçinin, cavabdehin keçmiş həyat yoldaşı kifayət qədər yüksək gəlirə malikdir, sadəcə əmlaklarını anasının adına rəsmiləşdirmişdir. İddiaçı indiyədək həmin mənzildən heç vaxt istifadə etməmişdir. Bundan başqa, cavabdeh mənzilə köçən zaman iddiaçının oğlu ilə birgə nikahda olduğundan, oğlu ilə birlikdə keçmiş ailə üzvü hesab oluna bilər. Hazırda cavabdeh heç bir yerdə işləmədiyindən, müstəqil gəlirləri yoxdur və onun keçmiş əri tərəfindən aliment də ödənilmir. Aliment tələbi ilə bağlı icraat Yasamal Rayon Məhkəməsində davam etməkdədir. Belə olan halda, azyaşlı uşağın mənafeyi nəzərə alınmaqla, o, yetkinlik yaşına çatanadək cavabdehin mənzildən istifadə hüququnun tanınmasını, ilk iddia tələbinin əsassız olduğunu, bu səbəbdən də ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən 113191 seriya nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 6 saylı evin 27 saylı mənzili İddiaçı adına tam payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bu barədə xx.xx.2019-cu il tarixdə 1236 №-li reyestr kitabında 112487 №-li qeydiyyat aparılmışdır. - 26 oktyabr 2019-cu il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin surətindən görünür ki, “Satıcı” X7 Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 6 saylı evin 27 saylı mənzilini “Alıcı” İddiaçı 92500 manata satdı. - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 7081/2019 saylı qətnaməyə əsasən iddiaçı Cavabdeh qızı ilə cavabdeh X3 arasında xx.xx.2013-cü il tarixdə Bakı Səadət Sarayı nikah evində bağlanmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X1 anası Cavabdeh qızının yanında saxlanılması qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu X3 ilə Cavabdeh qızı xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatına daxil olmaqla ailə qurmuşlar. Cavabdeh hazırda İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi 6 saylı evin 27 saylı mənzilində övladı ilə yaşayır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-7081/2019 saylı qətnaməsindən məlum olur ki, X3 ilə Cavabdeh qızı arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra İddiaçı Cavabdeh həmin mənzildə müvəqqəti yaşamasına icazə vermiş, cavabdeh övladı ilə həmin ünvanda yaşamaqda davam edir. İlk iddiaçının oğlu ilə ilk iddia üzrə cavabdeh evli olduqları müddətdə ayrı evdə yaşamışlar. Bundan başqa müəyyən edilmişdir ki, cavabdeh hazırda mübahisələndirilən mənzildə pasport qeydiyyatına alınmamışdır. Mübahisəli mənzilə istifadə hüququ barədə cavabdehlə mənzilin mülkiyyətçisi arasında notariat qaydasında yazılı razılaşma mövcud deyildir. Belə ki, Cavabdeh qızının istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda ilk iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, İddiaçı artıq cavabdehin ona məxsus evdən çıxmasını, özünün həmin evdə yaşacağını bildirir, ilk iddia üzrə Cavabdeh iddia tələbini qəbul etmir, bildirir ki, nikahın pozulması dövründə tərəflər arasında olan razılaşmaya əsasən nikahın pozulmasından sonra Cavabdeh övladı ilə birgə ünvan 3 ünvanında yerləşən mənzildə övladının yetkinlik yaşına çatanadək mübahisəli mənzildə yaşayacaqdır. Eyni zamanda qarşılıqli iddiaçı Cavabdeh mübahisəli mənzilin nikah dövründə X3 tərəfindən alınaraq anası İddiaçı adına rəsmiləşdirildiyini bildirir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisənin məğzini cavabdehin (qarşılıqlı iddiaçının) mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması ilə bağlı mübahisə təşkil edir. Məhkəmədə iki hal mübahisələndirilir: Cavabdeh mübahisəli mənzilə istifadə hüququnun tanınması üçün əsasların olub-olmaması; Cavabdeh mübahisəli mənzildən çıxarılması üçün əsasların mövcud olub-olmaması. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə ki, işin mübahisəsiz hallarına əsasən, cavabdeh 2013-cü ildə iddiaçının oğlu X3 ilə ailə qurmuş və 2019-cu ildə nikahları pozulduqdan sonra qayınanasının razılığı ilə yetkinlik yaşına çatmayan övladı ilə mübahisəli mənzilə köçmüşdür. Bu baxımdan Cavabdeh mübahisəli mənzilə 2019-cu il tarixindən köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bildirir ki, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı mülkiyyətində olan daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını o cümlədən, müəyyən müddətə istifadə hüququnun saxlanması üçün əsasların mövcudluğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Bunun əksinə olaraq, işin faktiki halları İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbini irəli sürməkdə haqlı olduğunu göstərir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya məxsus daşınmaz əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun (əmlak hüquqlarının) mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki iş üzrə qarşılıqlı iddiaçı isə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində qarşılıqlı cavabdehin ailə üzvü və digər qohumu hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Qeyd olunduğu kimi, hazırkı iş üzrə qarşılıqlı iddiaçı müəyyən müddətə istifadə hüququnun saxlanılmasını istədiyi evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 6 saylı evin, 27 saylı mənzili ilk İddiaçı xüsusi mülkiyyətindədir. İlk iddiaçının oğlu ilə Cavabdeh arasında olan nikah münasibətlərinə 2019-cu ildə xitam verilmişdir. Belə olan halda, qarşılıqlı iddiaçının müəyyən müddətə istifadə hüququnun saxlanılmasını istədiyi cavabdeh mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşıldıqda qarşılıqlı iddiaçının məhz mübahisəli mənzil ilə bağlı hazırki cavabdehə qarşı tələb irəli sürməsi də əsaslı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia - neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit olunmuşdur. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından qarşılıqlı iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının yaranması və hazırda da mövcud olması müəyyən edilmir. Beləliklə, məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, qarşılıqlı iddiaçı cavabdehin ailə üzvü olmadığından və özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid edilmədiyindən onun mübahisəli evdən istifadə etməsi (yaşaması) üçün qanuni əsaslar mövcud deyildir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, ilk İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdehin hazırkı vəziyyətdə iddiaçıya (mülkiyyətçiyə) məxsus yaşayış sahəsindən istifadə etməsi hər hansı hüquqi əsasa söykənməməklə, sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçının mənzilə mülkiyyət hüququ mövcuddur və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İlk iddia üzrə Cavabdeh iddiaçının keçmiş gəlinidir və hazırda mübahisəli mənzili iddiaçıya təhvil verməyərək, orada yaşayır, iddiaçının mənzil üzərində mülkiyyət hüququ olsa da, cavabdehin mənzildə yaşaması səbəbindən oradan istifadə edə bilmir. Nəticə etibarilə cavabdehin mənzildən çıxarılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Göründüyü kimi, hazırda Nərimanov rayonu, A.Heydərov küçəsi, 6 saylı evin, 27 saylı mənzilə ilk İddiaçı mülkiyyət hüququ mövcuddur. Həmin mənzil hər hansı hüquqi əsas olmadan cavabdeh tərəfindən istifadə edilir. İddiaçının mülkiyyət hüququ olmaqla, həmin mənzildən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, ilk iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalı və həmin mənzil boşaldılmalı, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “müəyyən müddətə istifadə hüququnun saxlanması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Bu konteksdə məhkəmə hesab edir ki, ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qanuni və ədalətli, həmçinin insaf və mənəviyyat prinsiplərinə uyğun olması mülahizəsini doğurur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin ilk iddianın 320 manat məbləğində vəkil xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. MPM-nin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə bağlı xərclərə daxil olan və iddiaçı tərəfindən ödənilmiş 320 manat hüquqi yardım görə ağlabatan məbləğdə, yəni 320 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə bildirir ki, qarşılıqlı iddia tələbi təmin edilmədiyindən onun tərəfindən çəkilmiş məhkəmə xərcləri qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın və həmin mənzil boşaldılsın. Cavabdeh vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 manat və 100 manat dövlət rüsumu olmaqla, cəmi 420 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “müəyyən müddətə istifadə hüququnun saxlanması” tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3463/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3463/2024
17.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver