Məhkəmə qərarları › İş №e-2(005)-3465/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-3465/2023

23.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3465/2023 23.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 may 2018-ci il tarixli müqavilə üzrə olan, ünvan 1 ünvanında yerləşən, 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 65 saylı mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi və həmin mənzilə dair iddiaçının sahiblik və istifadə hüquqlarına yaranmış maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında 03 may 2018ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh MTK tərəfindən, ünvan 1 ünvanında tikilən, 6 bloklu, çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 65 saylı mənzil İddiaçı satılmışdır. Həmin mənzilə dair İddiaçı maliyyə arayışı verilmişdir. Qeyd olunan mənzilin dəyəri olan 188500 manat İddiaçı tərəfindən cavabdehə ödənilmişdir. İddiaçı verilmiş eyni tarixli maliyyə arayışına əsasən, İddiaçı cavabdehə heç bir borcu yoxdur. İddiaçı məxsus olan mənzilin yerləşdiyi bina artıq tikilmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə İddiaçı məxsus olan mənzilə sahiblik və istifadəsinə maneələr yaradır və mənzili İddiaçı təhvil vermir. Bu barədə cavabdehə rəsmi müraciət etsə də, ona heç bir cavab verməmişdir. Hesab edir ki, cavabdehlə aralarında olan 03 may 2018-ci il tarixli müqavilə üzrə ünvan 1 ünvanında yerləşən, 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 65 saylı mənzil cavabdeh tərəfindən İddiaçı təhvil verilməli və həmin mənzilə dair İddiaçı sahiblik və istifadə hüquqlarına yaranmış maneələrin aradan qaldırılması vəzifəsi cavabdehə həvalə olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələblərinə qiyabi icraat qaydasında baxaraq iddia tələbinin təmin olunmasına dair qiyabi qətnamə qəbul edilməsini xahiş etid. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 03 may 2018-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında tikilən, 6 bloklu, çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 65 saylı mənzil İddiaçı satılmışdır. Maliyyə arayışından aydın olur ki, Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında tikilən, 6 bloklu, çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 65 saylı mənzilin dəyəri olan 188500 manat pul İddiaçı tərəfindən tam ödənmişdir. Onun MTK-ya borcu yoxdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı ilə Cavabdeh MTK arasında 03 may 2018-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh MTK tərəfindən, ünvan 1 ünvanında tikilən, 6 bloklu, çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 65 saylı mənzil İddiaçı satılmışdır. Həmin mənzilə dair İddiaçı qeyd olunan mənzilin dəyəri olan 188500 manat onun tərəfindən cavabdehə ödənilmiş olması barədə maliyyə arayışı verilmişdir. İddiaçı verilmiş eyni tarixli maliyyə arayışına əsasən, İddiaçı cavabdehə heç bir borcu yoxdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə vurğulayır ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub-pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Hazırki vəziyyətdə də bu barədə tələb olmadığı halda belə, müqavilə üzrə tələb hüququnun yaranıb-yaranmamasını, yəni müqavilənin etibarlı olub-olmamasını müəyyən etmək üçün onun etibarlı olub-olmamasına hüquqi qiymət verilməlidir. Başqa sözlə, müqavilənin etibarlı olub-olmaması məsələsinə bu barədə tələbin olub-olmamasından asılı olmayaraq hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının “alıcı” kimi göstərildiyi müqavilə cavabdehin Nizamnaməsinə əsasən belə müqavilələri bağlamaq səlahiyyətinə malik olan və həmin müqavilələr imzalanan zaman Cavabdeh MTK-nın sədri olan X1 tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiq edilmişdir. Ona həmin müqavilədə göstərilən əmlakın dəyərinin ödənilməsini təsdiq edən və yenə də buna səlahiyyətli olan MTK-nın sədri tərəfindən imzalanmış və MTK-nın möhürü ilə təsdiq edilmiş maliyyə arayışı verilmişdir. Bu baxımdan tərəflər arasında “alqı-satqı” Müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Məhkəmə qeyd edir ki, mənzilin başqa şəxslərə satılması etimalının olması mənzilin iddiaçıya təhvil verilməməsi üçün nəinki əsas ola bilməz, ümumiyyətlə heç əsas kimi nəzərdən keçirilə bilməz. Mülki işin materiallarından və tərəflərin izahatından müəyyən edilir ki, tərəflər arasında mənzil alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı olan cavabdeh sözügedən mənzili iddiaçıya təhvil verməyi, alıcı olan iddiaçı isə öz növbəsində müqavilə üzrə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edlir ki, alıcı öz öhdəliyini lazımınca yerinə yetirmişdir. Lakin cavabdeh tərəfindən müqavilənin predmeti olan mənzil iddiaçıya təhvil verilməmiş, müqavilə öhdəliklərinin icrasına yönələn heç bir hərəkət etməmişdir. Belə olan halda iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının MPM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə iddiaçı tərəf öz öhdəliklərini icra etdiyi halda qarşı tərəf müqavilənin icrasına yönələn hərəkətlər etməmiş, müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı iddiaçılar tərəfindən edilən müraciətlərə cavab verilməmişdir. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK-nın ünvan 1 ünvanında yerləşən, 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1ci blok, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, 65 saylı mənzilin İddiaçı təhvil verilməsi və həmin mənzilə dair İddiaçı sahiblik və istifadə hüquqlarına yaranmış maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh üzərinə vəzifə kimi qoyulsun. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün cavabdeh tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verilə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar