Məhkəmə qərarları › İş №e-2(005)-3467/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3467/2024

12.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3467/2024 12.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdehlər Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı X2 Komitəsinə və Bakı Şəhəri İcra Hakimiyyəti X1rşı dublikatın verilməsi tələbinə dair mülki iş üzrə baxılan iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, müəyyən etdi: İddiaçı Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı X2 Komitəsinə və Bakı Şəhəri İcra Hakimiyyəti X1rşı dublikatın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkBİİ HİK MMK (Bakışəhəri Baş İstehsalat İdarəsi Həmkarlar İttifaqı Komitəsinin) (Yaşılmüəssisələr Baş İstehsalat İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin) xx.xx.1989-cu il tarixli 38 nömrəli iclas protokolundan çıxarışın surətinin əsasında dublikatının verilməsi vəzifəsini cavabdehlər Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi Həmkarlarİttifaqı Komitəsi və Bakı Şəhərİcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə mülki məhkəmədə baxılmalı olmadığından, hazırkı iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina olunmalıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iş üzrə cavabdeh tərəf Bakı Şəhəri İcra Hakimiyyəti yanında müəyyən olunan inzibati orqanlar olmaqla iddiaçının tələbi inzibati orqanın üzərinə öhdəlik qoyulması xarakteri daşıyır. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati mübahisələrin dəqiq dairəsi göstərilmişdir. «İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1 və 1.2-ci maddələrinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən isə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Yaranmış məhkəmə aidiyyəti ilə bağlı mübahisənin aydınlaşdırılması üçün məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bir qrup hüquq normaları ümumi əhəmiyyətli ictimai mənafe ilə bağlı məsələləri, digər qrup isə fərdlərin şəxsi maraqları ilə əlaqəli münasibətləri nizama salır. Ümumi (publik) hüquq sahəsinə daxil olan normalar bilavasitə dövlət mənafeyini qoruyur, dövlətin və onun qurumlarının hüquqi vəziyyətini, fəaliyyət qaydasını müəyyənləşdirir. Xüsusi hüquq sahəsindən fərqli olaraq ümumi hüquq münasibətlərinin subyektləri hüquq bərabərliyinə malik deyillər, bir tərəfin digəri üzərində əvvəldən üstün mövqe ilə çıxış etdiyi bu münasibətlər hakimiyyət (iyerarxiya, tabeçilik) prinsipinə əsaslanır. Ümumi hüquq münasibətlərinin ən əsas formal əlaməti həmin münasibətlərdə heç olmasa bir tərəfdə publik hakimiyyətin agenti, yəni publik funksiyaların daşıyıcısı kimi subyektin iştirakı hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatında inzibati orqanların dəqiq siyahısı göstərilməklə yanaşı həmçinin müəyyən olunmuşdur ki, qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilmiş digər orqanlar da inzibati orqanlar hesab edilə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı X2 Komitəsinə və Bakı Şəhəri İcra Hakimiyyəti X1rşı dublikatın verilməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar