Məhkəmə qərarları › İş №e-2(005)-3470/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3470/2020

26.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3470/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri olmayan şəxslərin istifadə hüquqları qalmışdır. Belə ki, özünə məxsus daşınmaz əmlakı özgəninkiləşdirmək istəyir, həmin zaman əlaqəsi olmayan, əvvəllər eyni ünvanda yaşamış bu şəxslərin adları notariat ofisinin informasiya sistemindən çıxır, onların razılıq ərizəsi tələb olunur və buna görə də əməliyyat baş tuta bilmir. İddiaçının adı X9r, lakin Ukrayna Respublikasının vətəndaşı olduğuna görə hazırki mülki işdə adı ümumvətəndaş pasrportunda qeyd olunduğu kimi BAKHTİYAR KARAİYEV kimi qeyd olunur. Qeyd edilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əlizadə küçəsi, 8 saylı evin 1 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra X2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh4, X7, X8, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, O. Əlizadə küçəsində yerləşən 8 saylı evin 1 saylı mənzilindən istifadə hüquqları olmayan şəxslər hesab olunmaları haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, həmçinin xx.xx.2020-ci il tarixdə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılıb rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda ərizədə qeyd edilmişdir ki, iddiaçı Karayev Bakhtiar onlara qarşı mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia verib və iddiasını onunla əsaslandırmışdır ki, sözügedən çıxarışdakı ünvan guya iddiaçıların ünvanı ilə eynidir. Onlar elə həmin iddia ərizəsində qoşma formasında 4-cü punkla əlavə edilmiş sözügedən Çıxarışa nəzər salsalar ünvan eyni olmadığını müəyyən edə bilərlər. Belə ki, orada olan köhnə ünvandakı 790 saylı məhəllənin cavabdehlərə aydiyyəti yoxdur və yeni ünvan isə elə həmi çıxarışda Qarabağ küçəsi 105.M3.M1 dir. Bu da o, deməkdir ki, iddiaçı idda etdiyi ünvanı tam sorğu vermədiyinə görə tamamilə ayrı ünvan yəni cavabdehlərin ünvan çıxdığına görə iddianı səf qoymuşdur. Bu səbəbdən də iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 790-cı məhəllə, ev 8,mənzil 1 (Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 105, M3, m.1 ünanında yerləşən mənzil xüsusi mülkiyyət hüquqi ilə Karaiev Bakhtııyarın adınadaşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxxxxxxxxxx” MTK tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 79, mənzil 4-də X21, X18, X19, X20 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş “Elektron notariat” X3 xx.xx.2020-ci il tarixli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş “xxxxxxxx” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 790-cı məhəllə, ev 8, C blokun 2-ci mərtəbəsində olan, 1 saylı 4 otaqlı172.4 m2 mənzil X5 şəxsi mülkiyyətidir. Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 həminn mənzildə heç bir zaman yaşamayıblar və hal hazırda yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestirində qeydiyyat anından keçir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsindən göründüyü kimi, yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 790-cı məhəllə, ev 8, mənzil 1 (Yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 105, M3, m.1) ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. İş üzrə cavabdehlər olan Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 isə ünvan 2 ünvanında qeydiyyatdadırlar. Göründüyü kimi cavabdehlər iddiaçının iddia ərizəsində göstərdiyi Əliəşrəf Əlizadə küçəsi 790-cı məhəllədə yerləşən mənzildə qeydiyyatda deyillər. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə iddia tələbininin təmin edilməsini mümküm hesab etmir və onun rədd edilməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X2 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar