Məhkəmə qərarları › İş №e-2(005)-348/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-348/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-348/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 saylı Bakı Ərazi İdarəsi, Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 saylı Bakı Ərazi İdarəsi, Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Kommmersiya Məhkəməsinin icraatında ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC-yə qarşı protokolun imzalanmış hesab edilməsinə dair e-2-2(113)-6291/2023 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər hazırki işin icraatı dayandırılmışdır. Hazırda iddiaçının nümayəndəsi və vəkili Vəkil yazılı vəsatətlə məhkəməyə müraciət edərək, icraatn dayandırılmasını zəruri edən halın aradan qalxdığını bildirir və iş üzrə icraatın təzələnməsini, bir-biri ilə qarşılıqlı bağlılığı olduğu və birlikdə baxılması işin düzgün həllinə kömək edəcəyi üçün hazırki mülki işin Bakı Kommmersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 565/2024 saylı işə birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatəti nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli, 2(011)-3032/2016 saylı icra sənədinə əsasən "xxxx" Müəssisəsindən ləğv prosesində olan QSC “Bank Standard" KB-nin xeyrinə cəmi 153.468 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulmalı, tələb ilkin olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsinə yönəldilməsi və s. nəzərədə tutulmuşdur. Xətai rayon İcra şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli, xx/xx/28451/10 saylı sifarişinə əsasən tələb yönəldilən daşınmaz əmlakların açıq hərracda satılması məqsədi ilə "xxxx" MMC-yə sifariş verilmişdir. İddiaçının vəkili tərəfindən elektron məhkəmə informasiya sisteminə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş vəkil sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, Xətai rayon İcra Şöbəsinin 17/74-284a/10 saylı, xx.xx.2016-cı il tarixli sifariş məktubu üzrə İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 9 saylı evin 28 saylı mənzilinin, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 0,06 ha torpaq sahəsinin, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 129 saylı torpaq sahəsinin tərəfimizdən mövcud qanunvericiliyə uyğun olaraq xx.xx.2016-cı il tarixində 1-ci hərracı keçirilmiş, xx.xx.2016-cı il tarixində 2-ci hərracı keçirilmişdir. Qeyd olunan sifarişin yekunları barədə məlumat aşkar edilməmişdir. Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının nümayəndəsi X1 tərəfindən məhkəməyə təqdim olunmuş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(113)-6291/2023 saylı qərardadından müəyyən olunur ki, iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC-yə qarşı protokolun imzalanmış hesab edilməsinə dair iş Bakı Kommmersiya Məhkəməsinin icraatındadır. Məhkəmə Bakı Kommmersiya Məhkəməsinin icraatında olan iş üzrə mübahisə predmetinin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 40 nömrəli evin 28 nömrəli mənzilinə, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 129 saylı torpaq sahəsi ilə bağlı keçirilmiş hərracın nəticələri ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, hər iki иддиа тялябляриня birlikдə baxılması və araşdırılması mübahisənin düzgün və ədalətli həllinə imkan verəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 saylı Bakı Ərazi İdarəsi, Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına qarşı ipotekaya xitam verilməsi tələbinə dair e-2(005)- 348/2024 nömrəli mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC-yə qarşı protokolun imzalanmış hesab edilməsinə dair e-2- 2(113)-565/2024 nömrəli işə birləşdirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir. Mülki Prosessual Məcəllənin 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Mülki Prosessual Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 saylı Bakı Ərazi İdarəsi, Əmanətlərin Sığortalanması Fondu və ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankına qarşı ipotekaya xitam verilməsi tələbinə dair e-2(005)-348/2024 nömrəli mülki iş Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" MMC-yə qarşı protokolun imzalanmış hesab edilməsinə dair e-2-2(113)-565/2024 nömrəli işə birləşdirilsin. e-2(005)-348/2024 nömrəli mülki iş Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar