Məhkəmə qərarları › İş №e-2(005)-3505/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3505/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3505/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ HAKİM Novruzova Aytən Nazim qızı, İddiaçı MMMC-nin Cavabdeh qarşı kommunal xidmət haqqının tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMMC Cavabdeh qarşı kommunal xidmət haqqının tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Cəfərov İxlas Balamirzə oğlundan 863,14 manat kommunal xidmət haqqının ödənilməməsinə görə yaranmış borc, 220 manat pozulmuş hüquqların bərpası üçün ödənilmiş pul, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1113 manat tutularaq İddiaçı MMMC-yə ödənilməsi barədə qətnam qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cəfərov İxlas Balamirzə oğlu ilə "xxxx" MMC arasında 08 yanvar 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh tikinti şirkətindən ünvan 1 ünvanında inşa olunmuşbina 1, blok 1, 9- cu mərtəbəsində yerləşən 39№-li sahəsi 82,30 kv.m sahəsi olan mənzil almışdır. Qeyd olunan mənzil tikinti şirkəti tərəfindən cavabdehə 08 yanvar 2021-ci il tarixdə təhvil verilmişdir. "xxxx" MMC tərəfindən ərazidə yerləşən binanın tikintisi tam başa çatdıqdan sonra, tikilmiş çoxmənzilli binanın idarə edilməsi üçün sahə mülkiyyətçiləri tərəfindən İddiaçı yaradılmışdır. İddiaçı MMMC-nin yaradılmasının məqsədi çoxmənzilli binada daşınmaz əmlak kompleksinin birgə idarə edilməsi, çoxmənzilli binanın ümumi əmlakının istismarı, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin edilməsidir. İddiaçı qeyd olunan vəzifələri yerinə yetirməsi üçün sakinlərdən onlara məxsus yaşayış sahələrinin hər kv.m-ə görə 0,75 manat kommunal xidmətlərə görə haqq müəyyən etmişdir. Qeyd olunan ödəmələr MMMC tərəfindən binanın və onun həyətyanı sahəsinin istismarı ilə bağlı yaranan xərclərə sərf olunur (liftin saxlanılması, həyətyanı sahənin yaşıllaşdırılması, təmizliyin təmin edilməsi, söhbətgahların bərpası, mühafizə xidmətinin təşkil edilməsi, mühafizə kameralarının və monitorlarının saz vəziyyətdə saxlanılması və s.). Bununla bağlı sözügedən binada sakinlərin əksəriyyəti kommunal xidmətlərə görə ödəmələri vaxtlı-vaxtında həyata keçirir, lakin cavabdeh və onun kimi bir neçə sakin qeyd olunan ödəmələri ödəməkdən qərəzli olaraq yayınır. Cəfərov İxlas Balamirzə oğluna kommunal xidmətlərə görə ödəmələri ödəmək bir neçə dəfə tələb edilsə də, o, bu tələbə heç bir məhəl qoymamışdır. Sonuncu dəfə 23 iyul 2023-cü il tarixdə cavabdehə yazılı formada rəsmi xəbərdarlıq verilmiş və yaranmış borcunu 5 gün ərzində ödəmədiyi təqdirdə onun barəsində məhkəməyə müraciət ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin cavabdeh qeyd olunan rəsmi xəbərdarlığa da heç bir əhəmiyyət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: cavabdeh Cəfərov İxlas Balamirzə oğlu ilə "xxxx" MMC arasında 08 yanvar 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən cavabdeh tikinti şirkətindən ünvan 1 ünvanında inşa olunmuşbina 1, blok 1, 9- cu mərtəbəsində yerləşən 39№-li sahəsi 82,30 kv.m sahəsi olan mənzil almışdır. Cəmiyyət üzvlərinin mütləq ödənişlərinin (kommunal xidmətlərə görə haqqın) təyin edilməsi haqqında 002 Qərardan qeyd olunur ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 125.2.4cü maddəsini və Cəmiyyətin nizamnaməsinin 6.3.4-cü və 7.4-cü maddələrini rəhbər tutaraq Cəmiyyətin ümumi yığıncağı qərara alır : "xxxx" MMC tərəfindən tikilmiş, və hazırda "xxxx" MMMCnin idarə edilməsində olan ünvan 2 ünvanında yerləşən çoxmənzilli binaların idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə həmin binanın sakinlərindnən (cəmiyyətin üzvü olub olmasından asılı olmayaraq) mülkiyyətlərində olan mənzillərin sahəsinə uyğun olaraq hər kv.m üçün 0,75 manat kommunal xidmətlərə görə haqq tutulsun; Kommunal xidmətlərə görə haqqın hesablanması xx.xx.2022-ci il tarixdən başlansın və hər ayın 1-5 nə qədər ödənilsin. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMMC tərəfindən vəkil xidmətlərinin əvəzi olaraq 220 manat pulu “mirzəyev və Partnyorları” vəkil bürosunun hesabına keçirmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMMC-yə ödənilməmiş qalıq borcu 863,14 manat təşkil edir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvlərinin üzərinə yaşayış sahəsinin verildiyi andan hesablanır. Eyni Məcəllənin 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan hesablanır. İddiaçı MMMC-nin Nizamnaməsinin 3-cü maddəsində qeyd edilmişdir: 3.1.2. illik gəlir və xərclər smetasının, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri xərclərinin, çoxmənzilli binanın əsassız təmirinə və yenidən qurulmasına çəkilən xərclər smetasına, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları habelə bu şəkildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; 3.1.3. cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; 4.1.4-cü maddəsində cəmiyyətin üzərinə, çoxmənzilli binada lazımi sanitariya və texniki vəziyyətin təmin edilməsi vəzifəsi qoyulmuşdur. Həmin vəzifənin də icra edilməsi üçün MMMC-nin mütamadi şəkildə maliyyələşdirilməsinə zərurət vardır. Məhkəmə qeyd edir ki, İddiaçı MMMC qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olduğundan onun maliyyələşdirilməsi yalnız sakinlərdən toplanan komunal xidmət haqlarından təşkil olunur. Cavabdeh MMMC qarşısında öhdəliklərini lazımi qaydada icra etmədiyinə görə İddiaçı MMMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Cəfərov İxlas Balamirzə oğlundan 863,14 manat kommunal xidmət haqqının ödənilməməsinə görə yaranmış borc, 220 manat pozulmuş hüquqların bərpası üçün ödənilmiş pul, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1113 manat məbləğində pul tutularaq İddiaçı MMMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cəfərov İxlas Balamirzə oğlundan 863,14 manat kommunal xidmət haqqının ödənilməməsinə görə yaranmış borc, 220 manat pozulmuş hüquqların bərpası üçün ödənilmiş pul, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1113 manat məbləğində pul tutularaq İddiaçı MMMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar