Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3529/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-281n/2024 nömrəli əmrinin ləğv edilməsi, Əli-X10nın işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Əli-X10 Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeçiliyində olan ümumi təhsil müəssisələrində fəaliyyətə xx.xx.1984-cü il tarixində Nərimanov rayonu 193 nömrəli məktəbdə kimya kabinetinin laborantı vəzifəsinə işə qəbul edilməklə başlamış və xx.xx.1985-ci il tarixinədək həmin məktəbdə işləmişdir. xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək 215 nömrəli məktəbin ingilis dili müəllimi vəzifəsində işləmişdir. xx.xx.1989-cu il tarixində 215 nömrəli məktəbin ingilis dili müəllimi vəzifəsinə işə qəbul olmuş, xx.xx.1990-cı il tarixindən xx.xx.1990-cı ilədək 177 nömrəli məktəbin sinifdən xaric və məktəbdən kənar tərbiyə işləri üzrə təşkilatçısı vəzifəsində işləmişdir. xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinədək 66 nömrəli məktəbin sinifdən xaric və məktəbdən kənar tərbiyə işləri üzrə təşkilatçısı vəzifəsində işləmişdir. Eyni zamanda da xx.xx.1991-ci il tarixindən xx.xx.1991ci il tarixinədək 215 nömrəli məktəbin ibtidai sinif müəllimi vəzifəsində işləmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixinədək 157 nömrəli məktəbin ingilis dili müəllimi vəzifəsində işləmişdir. xx.xx.1995-ci il tarixindən Respublika İncəsənət Gimnaziyasının ingilis dili müəllimi və xx.xx.2002-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Respublika İncəsənət Gimnaziyasının ibtidai siniflər üzrə direktor müavini, xx.xx.2006-cı il tarixindən xx.xx.2010-cu il tarixinədək isə Respublika İncəsənət Gimnaziyasının əvəzçi ingilis dili müəllimi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2010-cu il tarixli 11/695 nömrəli əmri ilə Bakı şəhəri 28 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmiş və xx.xx.2015-ci il tarixinədək həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2015-ci il tarixli 11/924 nömrəli əmri ilə Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Uzun müddət kollektivə rəhbərlik etmiş və işlədiyi müddətdə məktəbdə heç bir ciddi nöqsan aşkar edilməmiş məktəbin idarəçiliyi və tədrisin keyfiyyəti ilə bağlı hər hansı bir irad bildirilməmişdir. Təhsil Nazirliyində apaılmış struktur dəyişikliyindən sonra münasibət dəyişmişdir. Belə ki, M.Əli-zadə Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə getmiş və ona əvvəlcədən hazırlanmış imza tarixi qoyulmamış həm işdən çıxma, həm də yenidən işə qəbul ərizələri təqdim edilmişdir. Bildirilmişdir ki, rəhəbərliyin tapşırığına əsasən təqdim olunur və imzalanması bildirilmişdir. M.Əli-zadə tərəfindən ərizələr imzalanmış, lakin ona nə işdən çıxma əmri, nə də yenidən eyni vəzifəyə təyin edilməsi barədə əmrlərin surəti təqdim edilməmişdir. Ona məxsus ИТ–İ ******* nömrəli Əmək kitabçasında səhifə 28-29 da İş haqqında məlumat bölməsində deyil Həvəsləndirmələr haqqında bölmədə Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi qeyd edilmişdir. Həmin səhifələrdə yenidən 35-ci qeydlə “34 nömrəli bənd etibarsız hesab edilsin” sözləri yazılmış, lakin möhürlə təsdiq edilməmişdir. Həmin əmrin surəti ilə iddiaçı tanış edilməmiş və əmrin surəti iddiaçıya verilməmişdir. Faktiki olaraq Əmək kitabçasında əmək müqaviləsinin ləğvi barədə əmrlə bağlı qeyd mövcud deyildir. M.Əli-zadənin yenidən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun 19 mart əmri ilə 81 nömrəli tam orta məktəbin direktoru təyin edilməsi barədə əmrlə o tanış edilməmiş, onun 81 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı Əmək müqaviləsi bağlanılmamış və ona əmək müqaviləsinin bir nüsxəsi təqdim edilməmişdir. Əmək kitabçasının 30-31–ci səhifəsində Həvəsləndirmə haqqında məlumat bölməsində yazılmış 35 nömrəli qeyddə “Bakı şəhəri 82 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən 1 il müddətinə direktor vəzifəsinə təyin edilir” sözləri qeyd edilmişdir. Qeydin altında təsdiq imzası isə Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnsan Resursları üzrə sektor müdiri Aygün Bayramovanın imzası vardır. Lakin onun əmək kitabçasını imzalamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Həmin qeyddən sonra 36-cə qeydlə “35 nömrəli bənd etibarsız hesab edilsin” qeydi yazılsa da nə imzalanmamış nə də möhürlə təsdiq edilməmişdir. 34 nömrəli qeydlə M.Əli-zadə ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 3-29-69/3-1 264k/2024 nömrəli əmrlə xitam verildiyi qeyd edilmişdir. Yenidən 32-33-cü səhifədə nömrəsiz qeydlə “Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilsin” sözləri qeyd edilmiş İnsan resursları üzrə sektor müdiri Aygün Bayramova tərəfindən imzalansa da möhürlə təsdiq edilməmişdir. Həmin səhifənin məlumat bölməsinin 2-ci sütununda xx.xx.2024-cü il tarixi qeyd edilmişdir. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3- 29-69/3-1-264k/2024 nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əmək kitabçasının doldurulması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci yarımbəndinin tələbləri pozulmuşdur. İşəgötürən tərəfindən M.Əli-zadənin öz xahişinə əsasən işdən çıxarılmasına cəhd edilsə də, M.Əli-zadə öz xahişi ilə işdən çıxma barədə ərizə yazmamışdır. M.Əli-zadə xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-267/k2024 nömrəli əmrlə yenidən xx.xx.2024-cü il tarixində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Bir aydan artıq işləmiş işəgötürən tərəfindən məktəbin direktoru Mehriban Əli-zadəni işdən çıxarmaq məqsədilə qərəzli şəkildə Bakı şəhərində pis hava şəraiti olan gün, xx.xx.2024-cü il tarixində qəflətən məktəbdə yoxlama keçirilmiş, məktəbdə davamiyyət yoxlanılmış, qərəzli şəkildə müəllimlərə təzyiq edərək direktoru öz otağından çıxararaq müəllimlər dəvət olunmuş və direktora qarşı izahatlar alınmış, akt tərtib edilmiş və işdən çıxarılmışdır. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbdə xx.xx.2024-cü il tarixindı Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə keçirilmiş monitorinq zamanı adıgedən ümumi təhsim müəssisəsində əmək və təhsil qanunvericiliyinin tələbləri, təlim-tərbiyə, tədris-pedaqoji və metodiki prosesin təşkili və sənədləşmə işinin aparılmasında bir sıra ciddi nöqsan və qanun pozuntuları hallarına yol verilməsi göstərilərək Əli-X10 ilə bağlanmış əmək müqaviləsi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsinə görə xx.xx.2024-cü il tarixində Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-281n/2024 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə yaxud əmək vəzifələrini kobud şəkildə pozduğuna görə əmək müqaviləsi ləğv edimişdir. 2015-ci ildən məktəbə rəhbərlik etmiş təcrübəli məktəb direktoru yenidən təyin edildikdən cəmi 1 ay keçməmiş yoxlama aparılaraq heç bir xəbərdarlıq, töhmət verilmədən, hər hansısa nöqsanların aradan qaldırılması tapşırılmadan işdən çıxarılması qərəzli məqsəd daşımışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, iddia ərizəsində akt və protokollar deyil, yalnız əmr mübahisələndirilir. Çünki əmr Əmək Məcəlləsinin tələblərinə uyğun formada tərtib edilməmiş və əsaslandırılmamışdır. Həmkarlar İttifaqının protokolunda da iddiaçının hansı əsasla işdən azad edilməsi göstərilməmişdir. Həmçinin, şahidlər izahatında dərslərin qismən keçirildiyini təsdiq etsələr də, artıq ödənilən pul vəsaiti onlardan tam şəkildə tutulmuşdur. Bundan əlavə, dərnəklər könüllü əsaslarla fəaliyyət göstərir və uşaqların iştirakının məcburi şəkildə təmin edilməsi barədə müdiriyyətin üzərinə öhdəlik qoyula bilməz. Buna görə də, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarında göstərmişdir ki, cavabdeh Agentlik yarandıqdan sonra 1 gün ərzində aparılan qərəzli yoxlama nəticəsində iddiaçı işdən azad edilir və bunun rəsmiləşdirilməsi ilə bağlı aparılan sənədlərləşdirmə zamanı da cavabdeh tərəfindən bir sıra nöqsanlara yol verilmişdir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında işdən azad edilsə də, nə bununla bağlı əmrdə, nə də həmkarlar ittifaqının iclas protokolunda işdən çıxarılma səbəbi aydınlaşdırılmır. Halbuki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işçinin işdən çıxması halı əsaslandırılmalı idi. Həmçinin, iddiaçı tərəfindən cavabdehin mənafeyinə hansı formada xələl yetirilməsi və nə qədər ziyan vurulması da əmrdə, eləcə də protokoldan çıxarışda göstərilməmişdir. Cavabdeh tərəfindən təqdim edilən etirazda da əmr və protokoldan çıxarışa münasibət bildirilməmişdir. Həmçinin, cavabdeh yoxlama aparılan gün işçilərin bir qisminin işdə olmamasını iddia etsə də, daxili əmr əsasında həmin gün işçilər növbəli şəkildə işləyirdi. İşçilərin davamiyyətini isə bununla bağlı kitabça əsasında müəyyən etmək olar və oradakı imzaların saxtalaşdırılması faktı yalnız xətşünaslıq ekspertizası nəticəsində aydınlaşdırıla bilər. Bundan əlavə, Agentliyin nümayəndəsi tərəfindən işçilərdən alınan izahatlardan görünür ki, işçilər də hər hansı maddi ziyan vurulmadığını və onlara göstərilən formada qeydlər apardıqlarını bildirmişlər. Belə olan halda da işçilərin təzyiq əsasında izahat verməsi aydın olur. Həmçinin, tərtib olunan protokollardan da görünür ki, işçilərdən biri 2 dəfə, həm öz, həm də digər işçinin əvəzinə protokolu imzalamışdır ki, bu da yolverilməzdir. Həmçinin, direktor məktəbin şagirdlərinin davamiyyətini tənzimləyən şəxs deyil, bu məsələ direktorun təlim-tərbiyə üzrə müavinin səlahiyyətindədir. Digər tərəfdən, cavabdeh tərəfindən azyaşlı uşaqla bağlı protokola münasibətdə isə, iddiaçı həmin uşağın maddi vəziyyətini nəzərə alaraq fərdi müəllim əsasında hissəvi təhsil təşkil etmişdir və bu barədə razılaşma tam şəkildə qaydalara uyğun olmuşdur. Həmçinin, hər il FHN tərəfindən yoxlama keçirilməsinə və təxliyə planının yerləşdirilməsinə dair akt tərtib olunmasına baxmayaraq, cavabdeh tərəf təxliyə planının məktəbdə asılmaması halına istinad etmişdir. Eyni zamanda cavabdehin əksini iddia etməsinə baxmayaraq, tədris sistemində məsul şəxsin seçilməsi kimi bir qayda yoxdur. Bundan başqa, şagirdlərin davamiyyəti ilə bağlı hissədə isə, cavabdeh yoxlama aparılan gün bəzi siniflərə ümumiyyətlə daxil olmamış, digər siniflərin davamiyyəti isə cavabdeh tərəfindən tərtib olunmuş aktlara əsasən, 75-100% olmuşdur. Halbuki, cavabdeh tərəf sinif üzrə şagirdlərin ümumiyyətlə olmamasına istinad etmişdir ki, bu da ziddiyyətli haldır. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X6 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, keçirilən yoxlama zamanı aşkar olunan pozuntular barədə akt tərtib olunmuşdur. Aktda bütün siniflərin davamiyyəti olduğu kimi əks etdirilmiş və hər hansı qərəz faktı mövcud olmamışdır. İddiaçının özü də izahatında bir sıra nöqsanlara yol verdiyini etiraf etmişdir. Tərtib olunan əmr isə izahatlar, akt və Həmkarlar İttifaqının protokolundan çıxarış ilə əsaslandırılmışdır. Həmçinin, Həmkarlar İttifaqının öz razılığını əsaslandırmaq barədə öhdəliyi də mövcud deyil. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X6 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarında göstərmişdir ki, cavabdehin mənafeyinə xələl yetirilməsi yalnız maddi zərərlə ölçülmür. İddiaçının cavabdehin mənafeyinə hansı formada zərər vurması aktda konkret olaraq göstərilmişdir. İddiaçı tərəfindən hissəvi təhsil təşkil edilməsi ilə bağlı izahatdan da görünür ki, bu barədə jurnalda hər hansı bir qeyd aparılmamışdır. Bu hal da eynilə aktda tərəflərindən təsbit olunmuşdur. xx.xx.2024-cü il tarixdə aparılan yoxlama nəticəsində xeyli sayda nöqsanlar aşkar edilmiş və burada hər hansı qərəzdən söhbət gedə bilməz. İndikatorda da xeyli sayda “uyğundur və ya qismən uyğundur” işarələri mövcuddur. Əgər iddiaçıya qərəz faktı mövcud olsa idi, indikatorda yalnız “uyğun deyil” işarələri əks olunardı. Həmçinin, cavabdeh tərəfindən təhsil və təlimin keyfiyyətinin müəyyənləşdirilməsi üçün mütəmadi monitorinqlərin aparılması üçün hər hansı səbəb və ya qərəzə ehtiyac yoxdur, bu, birbaşa cavabdeh Agentliyin vəzifəsi kimi müəyyən olunmuşdur. İddiaçının işdən azad olunması ilə bağlı tərtib edilən əmr də kifayət qədər əsaslandırılmışdır. İddiaçı məktəbin fəaliyyətinə məsul olan şəxsdir və nöqsanlarından biri də şagirdlərin davamiyyəti ilə bağlı qaydaların pozulmasıdır. Belə ki, yoxlama nəticəsində dərsdə iştirak etməyən şagirdlərə qiymət yazılması aşkar olunmuşdur. Bu fakt direktor müavinin izahatında da öz əksini tapmışdır. Həmçinin, bəzi fənlərin tədrisi zamanı sinifdəki şagirdlərin saylarının bölünməsi ilə ayrı-ayrılıqda həyata keçirilməsi nəzərdə tutulsa da, yoxlama zamanı bu halın pozulduğu, habelə dərs proqramlarının jurnalda qeyd olunmadığı, müəllimlərin dərs bölgüsü barədə məsələnin pedoqoji şuranın müzakirəsinə çıxarılmadığı, dərs cədvəllərindəki dəyişikliklərlə bağlı rəsmiləşdirilmənin aparılmadığı da müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı da öz izahatında 18 saat müddətinə dərnək dərslərinin keçirilmədiyini də təsdiq etmiş və fakültativ məşğələlərin də tədris olunmadığı aşkar edilmişdir. İddiaçı cavabdeh müəssisənin fəaliyyətinə rəhbərlik etməklə, onun fəaliyyəti ilə bağlı məsuliyyət daşıyır. Direktorun da bir işçi kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “b” və “f” bəndlərinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci bəndinin “b” və “d” bəndlərinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Belə ki, iddiaçı Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydaları pozmuş və bu hal kütləvi xarakter daşımışdır. İX, X, Xİ siniflərdə dərslərdə iştirak etməyən şagirdlərin biliyi fənn müəllimləri tərəfindən qiymətləndirilmişdir. Bununla da, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası”nın və “Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”ın 2.2-ci bəndinin və 2 nömrəli Əlavəsinin tələbləri pozulmuşdur. Sinif jurnallarında şagirdlərin davamiyyəti barədə qeydlər aparılmamaqla bərabər mövzular gündəlik yazılmamışdır. Bununla da, Həmin “Təlimat”ın 2.2-ci bəndinin və 2 nömrəli Əlavəsinin tələbləri pozulmuşdur. Həmin Təlimatın 2.2.4-cü bəndinə əsasən sinif jurnalının düzgün aparılması və qorunub saxlanması üçün məktəbin direktoru və onun tədris (təlim-tərbiyə) işləri üzrə müavini bilavasitə məsuliyyət daşıyırlar. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X3 izahatında bildirmişdir ki, təhsilin keyfiyyətinin yüksəldilməsi, monitorinqlərin təşkili və həyata keçirilməsi, məktəbdaxili qiymətləndirmənin aparılması, sinif jurnallarının təlimata uyğun yazılması onun nəzarətindədir. O bildirir ki, məktəbdaxili qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən şagirdlərin fənn müəllimləri tərəfindən qiymətləndirilməsinin aparılması onun qarşı çıxmasına baxmayaraq direktorun göstərişi ilə həyata keçirilmişdir. O həmçinin qeyd edir ki, adıçəkilən fəaliyyət onun vəzifə funksiyasına daxil olsa da, direktor və direktorun göstəriş verdiyi müəllimlər tərəfindən ona vəzifə funksiyalarını yerinə yetirməyə imkan verilmir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini olmasına baxmayaraq, dərs cədvəllərinin tərtibi, fakültativ dərnək və məşğələlərin həyata keçirilməsinə nəzarət ona tapşırılmamış, dərs cədvəli məktəbin təşkilatçısı Patima Heydərova tərəfindən hazırlanmışdır. O qeyd edir ki, ona öz vəzifə funksiyalarını yerinə yetirməsi üçün şərait yaradılmır, şifahi formada nöqsanları bildirdiyi üçün də təzyiqlərə məruz qalır. Buraxılan və əvəz edilən dərslərin uçotu kitabında imzalar müəllimlərin özləri tərəfindən qeyd edilməmişdir. Təsərrüfat işləri üzrə direktor müavini Gülbahar Heydərovanın əri Ehtiram Heydərovun onun birbaşa tabeçiliyində gözətçi vəzifəsində çalışdığı müəyyən edilmişdir. Kiçik xidmətedici işçilərin davamiyyəti yoxlanarkən Gülşən Abbasova, Zərifə Verdiyeva, Nərminə Heydərova, Rəmziyə Nəbiyeva və s. şəxslərin iş yerində olmadıqları və əmək funksiyalarını yerinə yetirmədikləri müəyyən edilmişdir. Bununla da iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyi bir daha öz təsdiqini tapmışdır. İddiaçı izahatında monitorinq nəticəsində aşkar edilmiş nöqsanlarla qismən razı olduğunu və nöqsanların qısa zamanda aradan qaldırılacağını bildirmişdir. Məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Patima Heydərova izahatında nöqsanlara yol verdiyini etiraf etmiş və nöqsanları qısa zamanda aradan qaldıracağını bildirmişdir. Məktəbin uşaq birliyi təşkilatı rəhbəri Elza Osmanova izahatında dərnəkləri tam saatla keçə bilmədiyini etiraf etmişdir. Məktəbin biologiya laborantı Aynur Məmiyeva da izahatında dərnəkləri keçə bilmədiyini etiraf etmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı işlədiyi məktəbin direktoru olmuşdur. O, yoxlama zamanı verdiyi izahatın düzgünlüyünü təsdiq edir, həmçinin tədris etmədiyi dərs saatlarına görə əldə etdiyi əlavə əmək haqqını da cərimə olaraq ödəmişdir. Yoxlamadan sonra direktora təqdim etdiyi izahatı isə rəhbərliyin təkidi ilə məcburiyyət əsasında yazmışdır. Eyni zamanda, dərnəyin qüsurlarının çox olduğu barədə də məlumatlı idi. Yoxlama vaxtı verdiyi izahatı yazan zaman Elza xanım da orada olmuşdur. Dərnəkdə uşaqların iştirak etməməsi ilə bağlı nöqsanlar hava şəraiti, digər tədbirlərin çoxluğu ilə bağlı olmuşdur. Həmçinin, proqramlar da dərnəyin fəaliyyətinə uyğun olmamışdır. Dərnək dərsləri qismən keçirilmişdir. Yoxlama zamanı verdiyi izahatın yalnız başlıq hissəsi üçün onlara şablon forma təqdim edilmişdir. Hər hansı məcburiyyət faktı baş verməmişdir. İş üzrə şahid qismində dindirilmiş X14 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı işlədiyi məktəbin direktoru olmuşdur. O da 21-22 ildir ki, həmin məktəbdə işləyir. Keçirilən yoxlama zamanı dərnəyin fəaliyyətində nöqsanların mövcudluğu aşkar olunmuşdur. Belə ki, dərnək dərslərini məktəbin digər işləri ilə bağlı olaraq tədris edə bilməmişdir. Həmçinin, aylıq və yarımillik hesabatların da tərtib olunmasının zəruriliyi barədə məlumatlı deyildi. Direktora ünvanlanan ikinci izahatın məzmunu hazırda tam şəkildə yadında deyil, lakin həmin izahatda da bəzi üzrlü səbəblərdən dolayı dərnək dərslərini tədris edə bilmədiyini qeyd etmişdir. Artıq dərnək dərslərini tədris etmir. Dərnək dərsləri dərs saatlarından əvvəl, həftədə 3 dəfə, 3 saatdan az olmamaqla tədris olunmalı idi. Lakin o, hava şəraiti, digər tədbirlər və otaq saylarının azlığı ilə bağlı olaraq dərnək dərslərini tam saat çərçivəsində tədris edə bilmirdi. Həmin mövzuları tədris etmədiyi üçün, yalnız son 3 mövzuya aid proqramı jurnala qeyd etməmişdir. Aparılan yoxlama iddiaçının 9 illik fəaliyyəti dövründə ilk ciddi yoxlama idi. Bundan əvvəl müəyyən yoxlamalar aparılsa da, həmin zaman nöqsanlar aşkar edilməmişdir. Yoxlama zamanı verdiyi izahat üçün yalnız başlıq sahəsinin şablon forması təqdim edilmişdir. İzahatda diqtə olunma barədə fikri məhz bununla bağlı olmuşdur. Birinci izahat onun tərəfindən yazılmışdır və hər hansı məcburiyyət olmamışdır. Tədris etmədiyi dərs saatlarına görə əldə etdiyi əlavə əmək haqqını cərimə olaraq ödəmişdir. Yoxlama zamanı Aynur xanımla verdiyi izahatlar arasında oxşarlıq yoxdur. İzahat verən zaman Aynur xanımla eyni otaqda olmaları yadımda deyil. Hesabatlar bəzən tərtib olunurdu, lakin hesabatların tərtib olunmasının zəruriliyi barədə məlumatlı deyildi. Hesabatların tərtib olunmasının zəruriliyi barədə konkret kimin məlumat verməli olmasını bilmir. Yoxlama prosesi 1 gün davam etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şahid ifadələrini, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İntizam tənbehinin tətbiq edilməsi barədə əmrdən görünür ki, Ümumi təhsil müəssisələrində aparılan monitorinqlər çərçivəsində xx.xx.2024-cü il tarixində Bakı şəhər 81 nömrəli tam orta məktəbdə keçirilmiş monitorinq zamanı adıgedən ümumi təhsil müəssisəsində əmək və təhsil qanunvericiliyinin tələbləri, təlim-tərbiyə, tədris-pedaqoji və metodiki prosesinin təşkli və sənədləşmə işinin aparılmasında bir sıra ciddi nöqsan və qanun pozuntuları hallarına yol verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4”sinin 5.5.8 və 5.5.11-ci bəndlərini rəhbər tutaraq, əmr edilmişdir: 2.3. Bakı şəhəri 81 nömrəli tam orta məktəblə bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin: 2.3.1. Fəaliyyətlərində yol verdiyi nöqsanlara görə sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı vəzifəsində işləyən Patimə Heydərovanın müəllim saxlanılmaqla, tutduğu vəzifədən azad edilməsi; 2.3.2. Fəaliyyətlərində yol verdiyi nöqsanlara görə təlim-tərbiyə işləri üzrə direktor müavini Lamiyə İbrahimovaya xəbərdarlıq edilməsi; 2.3.3. Dərnək məşğələlərinin tədrisinə görə əsassız ödənilmiş əməkhaqqının dövlət büdcəsinə bərpası; 2.3.4. Dərsdənkənar məşğələlərin tədrisinə görə əsassız ödənilmiş əməkhaqqının dövlət büdcəsinə bərpası. - İntizam tənbehinin tətbiq edilməsi barədə əmrdən görünür ki, Ümumi təhsil müəssisələrində aparılan monitorinqlər çərçivəsində xx.xx.2024-cü il tarixində Bakı şəhər 81 nömrəli tam orta məktəbdə keçirilmiş monitorinq zamanı adıgedən ümumi təhsil müəssisəsində əmək və təhsil qanunvericiliyinin tələbləri, təlim-tərbiyə, tədris-pedaqoji və metodiki prosesinin təşkli və sənədləşmə işinin aparılmasında bir sıra ciddi nöqsan və qanun pozuntuları hallarına yol verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4”sinin 5.5.8 və 5.5.11-ci bəndlərini rəhbər tutaraq, Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru Əli-X10 ilə bağlanmış əmək müqaviləsi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən ləğv edilmişdir. - Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Sevinc Rəsulluya ünvanlanmış məktubdan görünür ki, Əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru X5 və Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru Əli-X10 ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi təklif edilir. - Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Sevinc Rəsullu tərəfindən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanlanmış məktubdan görünür ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 59-D-153 tarixli təqdimata cavab olaraq bildirilir ki, Bakı şəhəri 25 nömrəli tam orta məktəbin direktoru X5 və Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru Əli-X10 ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi məsələsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsində baxılmış və 14 may 144 nömrəli və 15 may 145 nömrəli qərarla razılıq verilmişdir. - ATİAHİ Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024cü il tarixli iclasının 144 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, Əli-X10 ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. - xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 81 saylı tam orta məktəbdə aparılmış yoxlama zamanı tərtib edilmiş aktın surətindən görünür ki, 10d, 11a, 11b, 11c və 11d sinifləri üzrə dərsdə iştirak edən şagirdlərin faizi 26-40 faiz arası olmuş, 10b və 10d sinifləri üzrə İnformatika və İngilis dili fənləri bölünməli olduğu halda bölünməmiş, “Qarabağ Azərbaycandır” və “Kiçik riyaziyyatçılar” adlı 18 saat dərnək məşğələləri tədris ili ərzində tədris olunmayıb, tədris ili ərzində 33 saat (fakültativ) dərsdənkənar məşğələlərin tədris olunmadığı müəyyən edilmiş, 6-cı sinifin fərdi təhsilə cəlb olunmuş şagirdi Angelina Rasxopanın şəxsi işində cari tədris ilində heç bir qeydlər aparılmamış, şagirdin biliyi qiymətləndirilməmiş, sinif jurnalında dərs proqramı natamam yazılmış, şagirdlərin dərsdə iştirak etmədiyi gün üçün qayiblər qoyulmamış, müəllimlərin dərs bölgüsü Pedaqoji şurada müzakirəyə çıxarılmamış, siniflərin komplektləşdirilməsi, Pedaqoji şuranın kitabında şagirdlərin adlı siyahısı qeyd olunmamış, oktyabr ayında dərs cədvəlində dəyişiklik olsa da, bu barədə əmr və sənədləşmə işləri aparılmamış, 9, 10, 11-ci siniflərdə dərslərdə iştirak etməyən şagirdlərin biliyi fənn müəllimləri tərəfindən qiymətləndirilməmiş, sinif jurnallarında şagirdlərin davamiyyəti barədə qeydlər aparılmamaqla bərabər mövzular gündəlik yazılmamış, kiçik xidmətedici işçilərin davamiyyəti yoxlanarkən (10:50-də) Gülşən Abbasova, Zərifə Verdiyeva, Nərminə Heydərova, X13 Allahverdiyeva, Sevil Süleymanova, Firyəddin Məmmədov, Rahib Bəkirov, Nicat Bədəlov, İbrahim Ağabəyov, Zəminə Mustafayeva, Aləmzar Məmmədquliyeva, Daşqın Nİftəliyev və Nuranə Cəfərova iş yerində olmadıqları və əmək funksiyalarını yerinə yetirmədikləri müəyyən edilmiş, təsərrüfat işləri üzrə direktor müavini Gülbahar Heydərovanın əri Ehtiram Heydərov tabeçiliyində gözətçi vəzifəsində çalışdığı, Buraxılan və əvəz edilən dərslərin uçotu kitabında imzalar müəllimlərin özləri tərəfindən qeyd edilməmişdir. Aktın doğruluğunu təsdiq edənlər arasında Mehriban Əli-zadə imza etmişdir. - Ümumi təhsil müəssisələrində aparılacaq monitorinqlər üzrə meyar və indikatorlar, qiymətləndirmə cədvəlinin surətindən görünür ki, qiymətləndirmə Sabunçu rayonu 81 nömrəli tam orta məktəbdə xx.xx.2024-cü il tarixdə aparılmış və müvafiq olaraq uyğundur, qismən uyğundur, uyğun deyildir sütunlar üzrə qiymətləndirmələr edilmişdir. - Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon 81 nömrəli tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini X3 tərəfindən ünvanlanmış izahatın surətindən görünür ki, məktəbdaxili qiymətləndirmədə iştirak etməyən şagirdlərin fənn müəllimləri tərəfindən qiymətləndirilməsi aparılmışdır və s. - Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon 81 nömrəli tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini Əli-X10 tərəfindən ünvanlanmış izahatın surətindən görünür ki, o, yuxarıda qeyd edilən aktla qismən razıdır. Bir daha belə hallara yol verilməyəcəyinə və nöqsanları aradan qaldıracağına söz vermişdir. - ЙТ-İ №0395425 nömrəli Əli-X10na məxsus əmək kitabçasının surətindən görünür ki, o, 2015-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakı şəhəri 81 saylı tam orta məktəbin direktoru vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə həmin məktəbin direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2015-ci ildən Bakı şəhəri 81 saylı tam orta məktəbin direktoru vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə həmin vəzifəyə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Hazırda iddiaçı bildirir ki, işdən çıxarılma barədə əmr qanunsuz olmuş, həmin əmr əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əsaslandırılmamış, həmçinin əmək kitabçasında işə götürülmə və işdən çıxarılma barədə müvafiq qeydlər qanunvericiliyin tələblərinə uyğun olmamış, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci yarımbəndinin tələbləri pozulmaqla aparılmışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən, İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. İşçinin qəbul edildiyi işin, peşənin, yaxud vəzifənin adı haqqında qeyd fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatına və müvafiq sahələr üzrə fəhlə peşələrinin və qulluqçu vəzifələrinin vahid tarif ixtisas sorğu kitabçalarına və digər müvafiq sənədlərə əsasən aparılır. İşəgötürən hüquqi şəxsin adı dəyişdirildikdə, fəhlə və qulluqçuya yeni dərəcə verildikdə, ştat cədvəlində; vəzifələrdə, əmək şəraitinin şərtlərində dəyişikliklər aparıldıqda əmək kitabçasında dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına) müvafiq aparılır. Əmək kitabçasının birinci səhifəsində işçi haqqında məlumatları işçi şəxsi imzası ilə təsdiq edir. Pensiya təyin olunması haqqında məlumatda pensiyanın təyin olunması tarixi (gün, ay, il) və təyin olunan pensiya növü göstərilməlidir. Məhkəmə ilk növbədə iddiaçının əmək kitabçasının tərtibi ilə bağlı bildirdiyi aşağıdakı dəlillərinə - “35-ci qeydlə “34 nömrəli bənd etibarsız hesab edilsin” sözləri yazılmış, lakin möhürlə təsdiq edilməmişdir”, 35 nömrəli qeyddə “Bakı şəhəri 82 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən 1 il müddətinə direktor vəzifəsinə təyin edilir” sözləri qeyd edilmiş, lakin həmin qeydi imzalayan Aygün Bayramovanın əmək kitabçasını imzalamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd təqdim edilməmişdir”, 36-cə qeydlə “35 nömrəli bənd etibarsız hesab edilsin” qeydi yazılsa da nə imzalanmış, nə də möhürlə təsdiq edilmişdir”, 32-33-cü səhifədə nömrəsiz qeydlə “Bakı şəhəri 81 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilsin” sözləri qeyd edilmiş İnsan resursları üzrə sektor müdiri Aygün Bayramova tərəfindən imzalansa da, möhürlə təsdiq edilməmişdir” münasibətdə bildirməyi zəruri hesab edir ki, həmin dəlillər cavabdehin xx.xx.2024-cü il tarixli əmrinin ləğvi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən məhkəmə iddiaçıya məxsus əmək kitabçasının tərtibatı ilə bağlı Qaydaların pozulması barədə iddiaçının mövqeyini əsassız hesab edərək, qeyd olunan dəlillərin formal mülahizələrdən ibarət olması qənaətinə gəlir. Bundan başqa, iddiaçı bildirir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə əmr qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. 11-ci maddəsinin b bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 76-cı maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində texniki səhvə yol verərək, cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3- 1-281n/2024 saylı əmrini mübahisələndirsə də, məhkəmədə əslində xx.xx.2024-cü il tarixli əmrin ləğvini xahiş etmiş, izahatlarında həmin əmrin lazımi qaydada əsaslandırılmadığı, o cümlədən əmrin monitorinqin (həmin monitorinq xx.xx.2024-cü il tarixdə olmuşdur) nəticələrinə əsasən verildiyini bildirmişdir. Eyni zamanda cavabdehin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-281n/2024 saylı əmrinin iddiaçının Bakı şəhəri 81 saylı tam orta məktəbə direktor vəzifəsinə təyin edilməsi barədə olması işin mübahisəsiz halıdır, iddiaçının əslində həmin əmri mübahisələndirmədiyi açıq-aşkardır. Belə olanda məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3- 1-452K/2024 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə həm iddiaçı, həm də cavabdehin dəlillərinə hüquqi qiymət verərək, qeyd edir ki, iddiaçının direktoru olduğu Bakı şəhəri 81 saylı tam orta məktəbdə xx.xx.2024-cü il tarixdə aparılmış yoxlama zamanı tərtib edilmiş və iddiaçının özünün də doğruluğunu imzası ilə təsdiq etdiyi aktda qeyd edilmişdir ki, 10d, 11a, 11b, 11c və 11d sinifləri üzrə dərsdə iştirak edən şagirdlərin faizi 26-40 faiz arası olmuş, 10b və 10d sinifləri üzrə İnformatika və İngilis dili fənləri bölünməli olduğu halda bölünməmiş, “Qarabağ Azərbaycandır” və “Kiçik riyaziyyatçılar” adlı 18 saat dərnək məşğələləri tədris ili ərzində tədris olunmayıb, tədris ili ərzində 33 saat (fakültativ) dərsdənkənar məşğələlərin tədris olunmadığı müəyyən edilmiş, 6-cı sinifin fərdi təhsilə cəlb olunmuş şagirdi Angelina Rasxopanın şəxsi işində cari tədris ilində heç bir qeydlər aparılmamış, şagirdin biliyi qiymətləndirilməmiş, sinif jurnalında dərs proqramı natamam yazılmış, şagirdlərin dərsdə iştirak etmədiyi gün üçün qayiblər qoyulmamış, müəllimlərin dərs bölgüsü Pedaqoji şurada müzakirəyə çıxarılmamış, siniflərin komplektləşdirilməsi, Pedaqoji şuranın kitabında şagirdlərin adlı siyahısı qeyd olunmamış, oktyabr ayında dərs cədvəlində dəyişiklik olsa da, bu barədə əmr və sənədləşmə işləri aparılmamış, 9, 10, 11-ci siniflərdə dərslərdə iştirak etməyən şagirdlərin biliyi fənn müəllimləri tərəfindən qiymətləndirilmiş, sinif jurnallarında şagirdlərin davamiyyəti barədə qeydlər aparılmamaqla bərabər mövzular gündəlik yazılmamış, kiçik xidmətedici işçilərin davamiyyəti yoxlanarkən (10:50-də) Gülşən Abbasova, Zərifə Verdiyeva, Nərminə Heydərova, X13 Allahverdiyeva, Sevil Süleymanova, Firyəddin Məmmədov, Rahib Bəkirov, Nicat Bədəlov, İbrahim Ağabəyov, Zəminə Mustafayeva, Aləmzar Məmmədquliyeva, Daşqın Nİftəliyev və Nuranə Cəfərova iş yerində olmadıqları və əmək funksiyalarını yerinə yetirmədikləri müəyyən edilmiş, təsərrüfat işləri üzrə direktor müavini Gülbahar Heydərovanın əri Ehtiram Heydərov tabeçiliyində gözətçi vəzifəsində çalışdığı, buraxılan və əvəz edilən dərslərin uçotu kitabında imzalar müəllimlərin özləri tərəfindən qeyd edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş məktəbin müvafiq əməkdaşlarının, həmçinin iddiaçının özü tərəfindən yoxlama zamanı alınmış izahatlarından müəyyən edilir ki, məktəbdə baş vermiş yuxarıda sadalanan hallardan xəbərdar olmuşlar, iddiaçı hətta izahatında qismən göstərilənlərlə razı olduğunu da bildirmiş, baş vermiş nöqsanları halların aradan qaldırılacağına söz vermişdir. Göründüyü kimi, iddiaçı tərəfindən direktoru olduğu məktəbdə əmək funksiyalarını kobud şəkildə pozması, yəni müəssisədaxili intizam qaydalarına özünün əməl etməməsi, qaydaların digər müəllimlərin tərəfindən pozulmasına şərait yaratması, tədris edilməyən fənlər üzrə əlavə əmək haqqı əldə edilməsinə və nəticədə dövlət büdcəsinə maddi ziyan vurulmasına gətirib çıxaran hərəkətlərin edilməsi, hətta dərslərdə iştirak etməyən şagirdlərin biliyinin qiymətləndirilməsi kimi əmək və icra intizamının cavabdehin təqdim etdiyi mötəbər sübutlar ilə öz təsdiqini tapmışdır. İddiaçı isə həmin halların baş verməməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur. Beləliklə, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə əmrinin qanunsuz olması barədə hər hansı mötəbər dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işin araşdırılan bütün hallarına və sadalanan qanunvericilik normalarına əsasən, hesab edir ki, İddiaçı əmək müqaviləsinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi zamanı cavabdeh tərəfindən qanunvericiliyin hər hansı tələbinin pozulması halı və iddiaçının irəli sürdüyü tələblərinin əsaslılığı məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən əmrin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Digər tərəfdən, iddiaçı bildirir ki, cavabdeh Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilən zaman bu barədə əmrini əsaslandırmamışdır. Halbuki, cavabdehin müvafiq əmrindən göründüyü kimi, o, xx.xx.2024-cü il tarixdə məktəbdə apardığı yoxlamalar zamanı aşkarlanmış qanun pozuntularına əsasən iddiaçını işdən azad etmiş və bu barədə əmrində həmin yoxlamanın nəticələrinə əsaslanmışdır. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçının “cavabdehin xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin əmək qanunvericiliyinin tələblərinə uyğun əsaslandırılmaması barədə” dəlili mülahizə xarakterli olmaqla, formal əsaslardan ibarətdir. Yuxarıda qeyd olunanlarla bərabər məhkəmə, iddiaçının mübahisələndirilən əmrin lazımi qaydada əsaslandırılmaması ilə bağlı dəlilinə münasibətdə onu da qeyd edir ki, həmin əmr “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsinə görə” ilə əsaslandırılmışdır. Belə ki, sözügedən əmrin giriş hissəsində qeyd edilmişdir ki, ümumi təhsil müəssisələrində aparılan monitorinqlər çərçivəsində 7 may 2024-cü il tarixində Bakı şəhər 81 nömrəli tam orta məktəbdə keçirilmiş monitorinq zamanı adıgedən ümumi təhsil müəssisəsində əmək və təhsil qanunvericiliyinin tələbləri, təlimtərbiyə, tədris-pedaqoji və metodiki prosesinin təşkili və sənədləşmə işinin aparılmasında bir sıra ciddi nöqsan və qanun pozuntuları hallarına yol verilmişdir. Göründüyü kimi, “İntizam tənbehinin tətbiq edilməsi barədə” xx.xx.2024-cü il tarixli əmrin giriş hissəsində aparılmış monitorinqə istinad edilmiş və bu barədə məlumatlar mübahisəli əmrdə öz əksini tapmışdır. Bu səbəbdən də iddiaçının həmin hissədə dəlili əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsas mövcud olmuşdur. Belə ki, 72-ci maddədə sadalanan halların birinin mövcud olması işçi ilə işəgötürən arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsasdır. İddiaçı, əmək funsiyalarını yerinə yetirdiyi zaman yol verdiyi pozuntular nəticəsində əmək vəzifələrini kobud şəkildə pozmuşdur. İşəgötürən də qeyd olunan halı əsas kimi qəbul etməklə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsini sonuncunun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməsinin qanunsuz olması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçının cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-1-452K/2024 nömrəli əmrinin ləğv edilməsi, Əli-X10nın işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsinə dair tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri X8 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3529/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3529/2024
28.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver