Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-361/2022 14.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.50 kvadratmetrə görə əlavə ödənilmiş 9200 AZN (doqquz min iki yüz), hüquqi yardıma görə ödənilmiş 200 AZN(iki yüz), dövlət rüsumuna görə ödənilmiş 115 AZN (yüz otuz beş) olmaqla cəmi 9515 AZN (otuz beş min yeddi yüz otuz iki) manat pulun cavabdeh Akkord Sənayə Tikinti İnvestisiya Korporasiayası ASC-dən(VÖEN **********) tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Akkord Sənayə MMC arasında (VÖEN **********) arasında 21 yanvar 2007-ci il tarixli 1700 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı Bakı şəhəri, Sabuncu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 4 bina 1 blok 2-ci mərtəbədə 17 saylı mənzili alıcıya satır, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəyir. Həmin müqavilənin 2.2.1 -ci bəndinə əsasən alıcı yuxarıda göstərilən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 67.20 kv.m-dən ibarət olan, 1 otaqlı, 17 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 800 AZN olmaqla cəmi 53760 AZN ödəyir. İddiaçı müqavilə üzrə bütün öhdəliklərinə əməl etmiş və müqavilə üzrə müəyyən edilmiş məbləğləri cavabdehə ödəmişdir. Lakin buna baxmarayaq cavabdeh müqavilə üzrə öhdəliklərinə tam əməl etməmiş, alıcıya 67.20 kv.m-dən daha az sahəsi olan 55,70 kv.m-lik mənzil vermişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli elektron çıxarışdan da görünür ki, daşınmaz əmlakın ümumi sahəsi 55.70 kvadratmertdir. İddiaçı çıxarışı aldıqdan sonra ona məlum olmuşdur ki, 67.20 kv.m mənzilə görə ödəniş etməsinə baxmayaraq cavabdeh ona 55,70 kv.m-lik mənzil vermişdir. İddiaçı tərəfindən cavabdehə 30 sentyabr 2021-ci il tarixində prezentiya məktubu göndərilmiş, cavabdeh tərəf 8 oktyabr 2021-ci il tarixdə prezentiya məktubunu almış, lakin münasibət bildirməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında araşdırılmış: “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı-alıcı arasında bağlanmış 21.01.2007-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, müqavilənin predmetini Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəs. Y.Əliyev küç. 2595 məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 4 bina 1 blok 2-ci mərtəbəsində 17 saylı mənzili alıcıya satır.(1.1 maddə) mənzilin ümumi sahəsi 67,20 kv.m olan, 1 otaqlı 17 saylı mənzilin sahəsinin hər kvatrat metri üçün 800 mamat olmaqla 53760 manat azn ödəyir.(2.2.1) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron qaydada çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs.Yavər Əliyev küçəsi, 2595, ev 4 mənzil 19 İddiaçı adına qeydiyyata alınmışdır; “İddiaçı “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasına ünvanladığı məktubun surətindən və məzmunundan görünür ki, İddiaçı ilə Akkord Sənayə MMC arasında (VÖEN **********) arasında 21 yanvar 2007-ci il tarixli 1700 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı Bakı şəhəri, Sabuncu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 4 bina 1 blok 2-ci mərtəbədə 17 saylı mənzili alıcıya satır, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəyir. Həmin müqavilənin 2.2.1 -ci bəndinə əsasən alıcı yuxarıda göstərilən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 67.20 kv.m-dən ibarət olan, 1 otaqlı, 17 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 800 AZN olmaqla cəmi 53760 AZN ödəyir. İddiaçı müqavilə üzrə bütün öhdəliklərinə əməl etmiş və müqavilə üzrə müəyyən edilmiş məbləğləri cavabdehə ödəmişdir. Lakin buna baxmarayaq cavabdeh müqavilə üzrə öhdəliklərinə tam əməl etməmiş, alıcıya 67.20 kv.m-dən daha az sahəsi olan 55,70 kv.m-lik mənzil vermişdir. Odur ki, 11.50 kvadratmetrə görə əlavə ödənilmiş 9200 manatın 10 gün müddətinə geri qaytarılması, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2022-ci il tarixli 10/6406 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla İddiaçı məxsus Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə-2595-də inşa edilmiş yaşayış kompleksinin 4-cü binasının 3-cü mərtəbəsində yerləşən 19 saylı (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M3, m.8) mənzilin ümumi sahəsi 55,7 kv.metr olduğu müəyyən edilmişdir. 2-ci sual üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə- 2595. ev 4, m. 19 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 67.2 m2 olduğu müəyyən edilmişdir. Məhkəmə baxışında işin araşdırılmış hallar ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Akkord Sənayə MMC arasında (VÖEN **********) arasında 21 yanvar 2007-ci il tarixli 1700 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı Bakı şəhəri, Sabuncu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 2595 saylı məhəllədə inşa ediləcək yüksək mərtəbəli yaşayış binasının 4 bina 1 blok 2-ci mərtəbədə 17 saylı mənzili alıcıya satır, alıcı isə mənzilin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəyir. Həmin müqavilənin 2.2.1 -ci bəndinə əsasən alıcı yuxarıda göstərilən yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 67.20 kv.m-dən ibarət olan, 1 otaqlı, 17 saylı mənzilin sahəsinin hər kvadrat metri üçün 800 AZN olmaqla cəmi 53760 AZN ödəyir. İddiaçı mənzilə dair adına çıxarış almışdır. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.50 kvadratmetrə görə əlavə ödənilmiş 9200 AZN (doqquz min iki yüz), hüquqi yardıma görə ödənilmiş 200 AZN(iki yüz), dövlət rüsumuna görə ödənilmiş 115 AZN (yüz otuz beş) olmaqla cəmi 9515 AZN (otuz beş min yeddi yüz otuz iki) manat pulun cavabdeh Akkord Sənayə Tikinti İnvestisiya Korporasiayası ASC-dən(VÖEN **********) tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2022-ci il tarixli 10/6406 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla İddiaçı məxsus Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə- 2595-də inşa edilmiş yaşayış kompleksinin 4-cü binasının 3-cü mərtəbəsində yerləşən 19 saylı (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M3, m.8) mənzilin ümumi sahəsi 55,7 kv.metr olduğu müəyyən edilmişdir. 2-ci sual üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, Məhəllə- 2595. ev 4, m. 19 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 67.2 m2 olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış mənzil müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi ilə məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi üst-üstə düşərək, İddiaçı mülkiyyətində olan mənzilin sahəsi qeyd edilən qaydada, yəni 67,20 kv.metr müəyyən edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxslərin təqdim etdiyi müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxs tərəfindən ödənilmiş 115 manat məbləğində dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-361/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-361/2022
14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver