Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3683/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin etibarsiz hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin etibarsiz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 18 oktyabr 1998-ci il tarixli, 59 saylı qərarı ilə onlara 12,96 ha kənd təsərrüfatı işlərinin görülməsi məqsədilə torpaq ayrılmışdır. Müəyyən səbəblərdən torpaq sahəsindən istifadə edə bilmədiklərinə görə müvəqqəti olaraq tanışları Xəlil Xəlilovun istifadəsinə vermişlər. Sonradan həmin torpaq sahəsinə dair 28 mart 2006-cı ildə X3 Xəlilovla alqı-satqı müqaviləsinin bağlanmasından xəbər tutmuşlar. Lakin heç vaxt həmin müqavilə ilə bağlı notariusa getməmişlər, müqavilədəki imzaları saxtalaşdırılmışdır. Həmçinin müqavilə bağlandığı vaxt iddiaçılardan biri İddiaçı1 ölkə xaricində, Rusiya Federasiyasında olmuşdur. İmzalar saxtalaşdırıldığından 28 mart 2006-cı il tarixdə Şəki notariat kontorunda bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh məhkəməyə iddiaya etiaz ərizəsi ünvanlayaraq eyni tərəf, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək, müqavilənin saxta yolla bağlandığını, müqavilə bağlanarkən onların mülkiyyətçi kimi razılığının alınmadığını bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən təqdim edilmiş məhkəmə aktlarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan: İddiaçılar İddiaçı1, İddiaçı2, X1 və X2 Cavabdeh qarşı müqavilənin etibarsiz hesab edilməsi tələbinə dair iddia ərizəsindən görünür ki, iddiaçılar müqavilədə olan üç imzanın onlara məxsus olmamasını, müqavilənin bağlandığı vaxt İddiaçı1 2005-2013-cü illərdə Rusiya Federasiyasında olduğunu əsas gətirərək 28 mart 2006-cı il tarixdə 2 saylı Şəki dövlət notariat kontorunda bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2560/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X1 və X2 Cavabdeh qarşı müqavilənin etibarsiz hesab edilməsi tələbinə dair iddiaları rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə müqavilənin iddiaçıların razılığı olmadan bağlanması dəlilinə tənqidi yanaşır və qeyd edir ki, ailə üzvlərinin mülkiyyətinə verilmiş 13.76 ha torpaq sahəsinin onlar tərəfindən heç vaxt istifadə edilməməsi faktı mübahisəsiz olduğu, eləcə də onların 2006-cı il tarixdən həmin torpaq sahəsinin faktiki olaraq Cavabdeh istifadəsində və sahibliyində olduğunu bildikləri halda 28 mart 2006-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə dair heç bir məlumatlarının olmaması inandırıcı görünmür. Məhkəmə iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11577/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2560/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədə qeyd olunmuşdur ki, hazırda mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarlılığına Şəki Apellyasiya Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(107)-968/2019 saylı qətnaməsi ilə hüquqi qiymət verilmiş və hesab edilmişdir ki, alqı-satqı müqaviləsi mülki qanunvericiliyin müddəalarına uyğun olaraq tərəflərin iradəsi ilə bağlanmışdır. Müqavilənin bağlanmasından 13 ildən artıq müddət keçdiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2145/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11577/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hazırki iddia ərizəsində etibarsız hesab edilməsi tələb olunan müqavilə eyni tərəflər arasında eyni əsaslarla yuxarıda sadalanan məhkəmə araşdırmasının predmeti olmuş, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları qəbul olunmuş və kəsici müddət (kassasiya instansiyası məhkəməsi tərəfindən) tətbiq edilməklə iddia tələbi rədd olunmuşdur. Göründüyü kimi, iddiaçı pozulduğunu ehtimal etdiyi hüquqlarının bərpası üçün qanunvericiliklə ona verilmiş məhkəmə müdafiəsi imkanlarından artıq istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məcəllənin 262.4 və 262.5-ci maddələrinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Eyni Məcəllənin 170.1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi varsa hakim iş üzrə icraata xitam verməlidir. Hazırki iş üzrə məhkəmənin gəldiyi qənaətə görə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin etibarsiz hesab edilməsi tələbinə dair iddiası üzrə məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, qeyd edilən mübahisəyə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir və həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 261-262, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müqavilənin etibarsiz hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3683/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3683/2022
11.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver