Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3749/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh"xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları: İddiaçı ilə Cavabdeh arasında 21 fevral 2018-ci il tarixdə əmək müqaviləsi bağlamış, iddiaçı anbardar vəzifəsində işə qəbul edilmişdir. Cavabdeh 01 dekabr 2023-cü il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin əsaslandırıcı hissəsində iddiaçı tərəfindən dövriyyədən çıxarılması nəzərdə tutulan istifadəyə tarasız aqrokimyəvi dərmanların satış məqsədilə şəxsi mənafeyi naminə qanunsuz olaraq anbardan çıxarılmasına şərait yaradılmasını və bununla da əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələrinin yerinə yetirilməməsi göstərilmişdir. İddiaçı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli izahatlarından görünür ki, o işlədiyi dövr ərzində dövriyyədən çıxarılması nəzərdə tutulan istifadəyə yarasız aqrokimyəvi dərmanların satış məqsədilə şəxsi mənafeyi naminə qanunsuz olaraq anbardan çıxarılmasına şərait yaratdığını etiraf etmiş, satılan dərmanlara görə 2600 manat məbləğində gəlir əldə etdiyini, anbar müdirinin məlumatı olmadığını qeyd etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 189/K saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilsini, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunmasını və əsassız olaraq işdən kənərlaşdırıldığı gündən ( xx.xx.2023-cü il trarixdən) işə bərpa olunana günədək ona ödənilməyən əmək haqqının hesablanaraq hesabına ödənilməsini, 50 manat mediasiya xərcinin Cavabdeh MMC-nin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-nin Saatlı filialına mal-taxıl anbardarı vəzifəsinə təyin edilmiş, MMC-nin xx.xx.2020ci il tarixli, 51/K nömrəli əmri ilə "xxxx" İstehsalat Kommersiya MMC-nin mərkəzi anbarına anbardar vəzifəsinə keçirilmişdir. Həmin vəzifəyə təyin edildikdən 1 ay 12 gün keçdikdən sonra, ölkə prezidenti cənab İlham Əliyevin əmri ilə 30 ildən artıq müddətdə vətən torpağımızın 20 %-ni işğal edən erməni işğalçılarından torpaqlarımızı azad edilməsi istiqamətində müqəddəs Vətən müharibəsi başladı. Vətən müharibəsinə Saatlı rayon Hərbi Komissarlığı tərəfindən çağırılmasada da digər vətən oğulları kimi, o da hərbi komissarlığa gəlib könüllü olaraq cəbhəyə yollamasını hərbi komissarlığın rəisindən tələb etmiş və nəticədə cəbhəyə yollanmışdır. Döyüşdə göstərdiyi xidmətlərinə görə dövlət başçısı cənab İlham Əliyev tərəfindən Qubadlının, Cəbrayılın işğaldan azad olunmasına görə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə medallarla təltif edilmişdir. Müharibədən qayıtdıqdan sonra Cavabdeh MMC-də yəni düşmənlə döyüşə getdiyi anadək işlədiyi həmin vəzifəni icra etməyə başlamışdır. İddiaçı MKT İstehsalat Kommersiya” MMC-də işlədiyi dövürdə yalnız vəzifə yüksəlişi olub, işlədiyi dövürdə heç vaxt xəbərdarlıq, töhmət və ya aşağı vəzifəyə keçirilməsi olmayıb. "xxxx"MMC ilə aralarında bağlanan Əmək Müqaviləsinə verilməsi barədə 189/K saylı, xx.xx.2023-cü ilş tarixli xitam əmrində "xxxx"MMC-nin Mərkəzi anbarında Anbardar vəzifəsində çalışan İddiaçı dövriyyədən çıxarılması nəzərdə tutulan istifadəyə yararsız, aqrokimyəvi dərmanların satışı məqsədiylə şəxsi mənafeyi naminə qanunsuz olaraq anbardan çıxarılmasına və bununla da əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələrini yerinə yetirmədiyini nəzərə alaraq xitam verilməsi qeyd edilmişdir. İddiaçı evlidir və himayəsində iki övladı vardır. Əmirdən göründüyü kimi İddiaçı hərəkətləri ilə Cavabdeh MMC-nin daxili nizam-intizam qaydaları pozulmayıb və tərəfindən həmin MMC-yə bir manat məbləğində də olsun ziyan vurulduğu qeyd edilməmişdir. Bundan başqa, əmrin əsaslandırılmasında qeyd olunan “dövriyyədən çıxarılması nəzərdə tutulan istifadəyə yararsız aqrokimyəvi dərmanların anbardan çıxarılmasının qadağan edilməsi” hansı normativ aktda, hansı əmrdə və bu günədək ona təqdim edilməyən əmək müqaviləsində qeyd edildiyindən xəbərsizdir. Hesab edir ki, əgər, əmək müqviləsində həmin faktı, yəni, dövriyyədən çıxarılmış, istifdəyə yararsız dərmanların anbardan çıxarılmasını tənzimləyən müvafiq normativ akt, əmr, sərəncam mövcud olsaydı məlum əmrdə normativ aktın hansı bəndinin, hissəsinin pozulduğu, mütləq, göstərməli yəni əsaslandırılmalı idi. MMC-nin icraçı direktoru cənab R.H.Həsənov məlum əmrində İddiaçı Əmək Məcəlləsinin 70-ci maddənin “Ç” bəndində əsasən “əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədikdə-kimi qeyd edilir. Lakin, əmrdə sonuncu tərəfdən əmək müqaviləsi üzrə üzərinə götürdüyü hansı öhdəliyə onun tərəfindən əməl etmədiyi barədə heç bir söz qeyd edilməyib. Bundan başqa, tərəflər arasında bağlanan əmək müqaviləsi bu günədək İddiaçı təqdim edilmədiyi kimi Anbardar vəzifəsində işlədiyi Mərkəzi anbardan istifadəyə yararsız, dövriyyədən çıxarılması–məhv edilməsi nəzərdə tutulan aqrokimyəvi dərmanların anbardan çıxarılmasının qadağan edilməsi ilə bağlı rəsmi öhdəliyin üzərinə götürdüyü ona məlum deyil. Əgər, doğrudan da, əmək müqaviləsi üzrə yuxarıda qeyd etdiyi faktla əlaqədar üzərinə öhdəlik götürmüşdürsə, hansı öhdəliyə əməl etmədiyi qeyd edilməyib. İddiaçı tərəflər arasında yaranan əmək mübahisəsini məhkəmədən kənar həll etmək məqsədiylə xx.xx.2024-cü il tarixində X2 rayon 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə MMC-yə müvafiq qaydada ilkin mediasiya sessiyasında iştirak etməsi üçün bildiriş göndərilsə də, lakin, tərəf yaranan əmək mübahisəsinin məhkəmədən kənar həll edilməsindən imtina edərək, vaxtı, yeri göstərilən mediasiya sessiyasında iştirak etməmişdir. b) Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin dəlilləri Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “189/K saylı, 01 dekabr 2023-cü il tarixli əmrin ləğv edilməsinə, işə bərpa və məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsinə” dair mülki iş icraatınızdadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni Məcəlləsinin 296.3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq- hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 01 dekabr 2023-cü il tarixdə işdənçıxma əmrinin və əmək kitabçasının təhvil alınması ilə bağlı cavabdeh tərəfindən iddiaçının hüquqi ünvanına sifarişli poçt göndərişi ilə bildiriş göndərilmişdir. iddia ərizəsinə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. c) İddiaçının iddia müddətinin buraxılmasının üzrlü hesab edilməsi barədə ərizəsinin dəlilləri İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ünvanlayaraq, bildirmişdir ki, İddiaçı cavabdeh MKT İstehsalat Kommersiya” MMC ilə xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlayaraq MMC -nin Saatlı filialına mal-taxıl anbardan vəzifəsinə təyin edilmiş, MMC-nin xx.xx.2020-ci il tarixli, 51/K nömrəli əmri ilə “MKT" İstehsalat Kommersiya MMC-nin mərkəzi anbarına anbardar vəzifəsinə keçirilmişdir. Bildirir ki, MKT İstehsalat Kommersiya” MMC-nin İddiaçı barəsində xx.xx.2020-ci il tarixli, 51/K nömrəli əmrindən o 1 ay 12 gün keçdikdən sonra, ölkə prezidenti cənab İlham Əliyevin əmrinə əsasən könüllü olaraq Saatlı rayon Hərbi Komissarlığı tərəfindən cəbhəyə yollanmışdır. Döyüşdə göstərdiyi xidmətlərinə görə dövlət başçısı cənab İlham Əliyev tərəfindən Qubadlının, Cəbrayılın işğaldan azad olunmasına görə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə medallarla təltif edilmişdir. Müharibədən qayıtdıqdan sonra Cavabdeh MMC-də yəni düşmənlə döyüşə getdiyi anadək işlədiyi həmin vəzifəni icra etməyə başlamışdır. İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə yalnız vəzifə yüksəlişi olub, işlədiyi dövürdə heç vaxt xəbərdarlıq, töhmət və ya aşağı vəzifəyə keçirilməsi olmayıb. Cavabdeh MMC-nin 189/K saylı, xx.xx.2023-cü il tarixli əmrinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Xitama səbəb kimi, “İddiaçı dövriyyədən çıxarılması nəzərdə tutulan istifadəyə yararsız, aqrokimyəvi dərmanların satışı məqsədiylə şəxsi mənafeyi naminə qanunsuz olaraq anbardan çıxarılmasına və bununla da əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələrini yerinə yetirmədiyi" qeyd edilmişdir. Hörmətli məhkəmə İddiaçı pozulmuş hüquqları ilə bağlı qanunvericiliklə müəyyən olunmuş müddət ərzində Mediasiyaya və Məhkəməyə müraciət etməməsi Vətən müharibəsi zamanı aldığı psixoloji travmalardan və streslər səbəbindən həmin dövrdə müalicə alması, MMC ilə aralarında yaranmış anlaşılmamazlığın məhkəməyə qədər həll olunacağını və o yenidən əvvəlki vəzifəsinə qayıdacağına verilən vədlərə ümid etmişdir. İddiaçı evlidir və himayəsində iki övladı vardır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şifahi izahatında iddiaçının izahatının özü tərəfindən yazıldığını qeyd etmiş, cavabdeh tərəfindən işçilərə eyni münasibət göstərilmədiyi, iddiaçının əmək münasibətlərinə xitam verilsə də, baş anbardar, sırf bu işə nəzarət edən şöbənin müdirinin isə həmin müəssisədə işləməyə davam etdiyini bildirmişdir. Əslində iddiaçının iddia müddətini ötürməyinin səbəblərindən biri də işəgötürən tərəfindən ona əmrdə dəyişiklik ediləcəyi ilə bağlı vədlərin verilməsi olmuşdur. Anbardardan çıxarılan mallar isə istifadə müddəti bitmiş dərmanlar olub, onlar utilizasiya üçün nəzərdə tutulmuş, işəgötürənə hər hansı maddi ziyan vurulmamışdır. İddiaçının əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə əsas olmadığını, bunun yerinə Məcəllənin digər maddəsi ilə xitam verilə biləcəyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh"xxxx" MMC-nin nümayəndəsi X4 izahatında qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə yanaşı, mahiyyəti üzrə dıə iddiaçı əmək funksiyalarını kobud surətdə ozmuşdur. Humanizm prinsipinə əsaslanaraq, onun barəsində hüquq-mühafizə orqanına müraciət edilməmişdir. İddiaçının dəlilləri əsassızdır, şöbə müdiri və baş anbardar işə bərpa edilməmişdir. Digər tərəfdən bu dəlilin mübahisə predmeti ilə əlaqəsi yoxdur. İddiaçı tərəfindən xüsusi utilizasiya proseduru nəzərdə tutulmuş aqrokimyəvi mallar anbardan çıxarıılmış və sa tılmışdır. Bütün bu halları iddiaçı öz izahatında etiraf etmiş, eyni zamanda baş anbardarın bu məsələlərdən xəbərsiz olduğunu da qeyd etmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə hər hansı dəyişikliyin edilməsi mümkün deyil. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hazırki məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları - Cavabdeh ilə İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, tərəflər arasında müqavilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bağlanmışdır. - Cavabdeh 01 dekabr 2023-cü il tarixli əmrdən görünür ki, Cavabdeh mərkəzi anbarında anbardar vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. - Əmək kitabçasından görünür ki, xx.xx.2023-cü il gtarixində İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. - Cavabdeh tərəfindən İddiaçı ünvanlanan məktubdan görünür ki, o dövriyyədən çılxarılması nəzərdə tutulan istifadəyə yararsız aqrokimyəvi dərmanların satış məqsədilə şəxsi mənafeyi naminə qanunsuz olaraq anbardan çıxarılmasına şərait yaradılmasını və bununla da əmək müqabiləsi üzrə üzərinə düşən vəzifələrini yerinə yetirməmişdir. Bu da AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinin tələblərinə əsasən onun tərəfindən əmək funksiyalarının kobud şəkildə pozulması halı kimi qəbul edilir. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işçi özünün əmək funksiyasınıı və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, onun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. - İddiaçı xx.xx.2023-cü il tarixli izahatından görünür ki, utilizasiya üçün nəzərdə tutulan mallar ona təhkim edilmiş anbarda və onun nəzarəti altında olmuşdur. Utilizasiyaya göndərilən malların hamısının istifadə müddəti bitib. Bu malların bəziləri nümunə kimi dərman şirkətlərindən nümunə kimi gəlib, lakin anbarda qalaraq istifadə olunmayıb. Bəzi mallar isə dərman şirkətindən alınıb, lakin filiallara göndərilmə dövriyyəsi anbar qalığından az olub və anbarda vaxtı bitib. Bəzi mallar filiallarda vaxtı bitib və Mərkəzi anbara göndərilib və göndərilənlərin içərisində partlamış dağılmış dərmanlar da var idi. Partlamış dağılmış mallar Mərkəzi anbarda dövriyyəsi olmayan malların içərisində olmuşdur. Utilizasiyaya göndərilən malların içərisində 2020-ci ildə baş verən hadisə zamanı geri yığılan Brace forte (maye dərmanı) da var və bu dərman açıq vəziyyətdə butulkalarda bəzi hissələri yığılıb. Filiallardan mərkəzi anbara göndərilən vaxtı bitmiş dağılmış, deşilmiş və tam yararsız halda olan mallar heç bir vaxt və qarşılıqlı razılaşma protokolu olmadan iç yerdəyişməsi əsasında qəbul edilib. Utilizasiyaya göndərilən mallar çeşidlənməmişdir və qarışıq formada yük maşınına yüklənib Burda çeşidləməmə səbəbini belə izah edə bilər ki, öz qablarının aşılanması yerə dağılması və işçi heyətinin həmin dərmanlarla işləməsinin sağlamlığa ziyan ola bilməsidir. Utilizasiya göndərilən mallar anbar tərəfindən sayılmayıb və yüklənmə zamanı da sayım həyta keçirilməyib. - İddiaçı xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o 2018-ci ildən MKT-də işləyir. Onun işlədiyi müddətdə 3 dəfə vaxtı keçmiş və istifadəyə yarasız dərman anbardan çıxarılmışdır. Təqribi 6-7 ton civarında dərman (vaxtı keçmiş) qalıq qalan vaxtı keçmiş v uzun müddət anbarda qalan brace, forte, dalton, eurogold və ilaxirə dərmanlar çıxarılıb. Dəqiq miqdar yadında deyildir. Dərmanlar Tural müəllimin təklifi ilə çıxarılıb və Elvin tərəfindən satılması üçün aparılıb. Tural müəllim Mərkəzi anbarın baş anbardarıdır və təklif etdi ki, vaxtı keçmiş dərmanlar zibil kimi aparılacaq və bunlardan sataq. Onlar da razılaşmışdırlar. Baş anbardar T.İbrahimov, o, Elvin Ə. Cavadzadə Rəşad və Şükürov Sudeyib ilə hamısı ilə ayrı-ayrılıqda danışdığını bildirdi. İstifadəyə yararsız dərmanların satışını Baş ofisin məsul şəxsləri ilə razılaşdırdığını bildirərək, bu dərmanların satılmasına qərar verdi. Dərmanlar sentyabr 2023-cü ildə MKT-yə məxsus ** JH *** DNN İsuri markalı avtomobillə çıxarılıb. Hər üç daşınma onun iştirkaı olmadan aparılmış, lakin onun bu barədə məlumatı olmuşdur. Dərmanlar daşınan zaman işdə olmuş (anbar ərazisində) yükləmə və daşınmasında iştirak etməmişdir. Dərmanlar sürücü tərəfindən aparılmışdır. X5 evinə aparılmışdır. Ona ümumilikdə hər iki satışdan 2600 manat pul verilmişdir. Pul üzrə bölgünü Tural etmiş, pulu isə Elvindən almışdır. Onda olan məlumata görə vəsait Tural, Elvin, Rəşad Sudeyib və onun arasında bölünmüşdür.Təqribi satışdan nə qədər vəsait əldə olunduğu barədə məlumatı yoxdur. Bu aparılan əməliyyatlar barədə anbar müdirinin məlumatı olmamışdır. - “X3”ın çıxarışından görünür ki, İddiaçı C3-4 diskdə onurğa beynini sıxan 3 mm ölçüdə sağ paramedian yırtıq C4-5 diskdə anterior subaraxnoid sahəni sıxan 2 mm ölçüdə sol paramedian protruziya C5-6 diskdə onurğa beynini sıxan 2 mm ölçüdə sol paramedian geniş əsaslı protruziya olduğu müəyyən edilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki,İddiaçı mağazada menece vəzifəsində işləyir, əmək haqqı 350 manatdır; Vətən Müharibəsi iştirakçısı olduğuna görə 80 manat məbləğində pensiya alır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir; 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin normanın İİ hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. Əmək qanunvericiliyinə əsasən (186-cı maddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər; 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər. 80-ci maddəsinə görə isə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, toplanmış sübutlara və işin araşdırılmış dəlilləri ilə müəyyən edilmiş hallara qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Göründüyü kimi iddiaçının ilkin olaraq mübahisələndirdiyi hal onun anbardar vəzifəsindən işdən azad edilməyi ilə bağlı Cavabdeh 01 dekabr 2023-cü il tarixli əmridir. Belə ki,iddiaçı qeyd edilən əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi və əvvəlki vəzifəsinə işə bərpa edilməsini tələb edir. Bu mənada məhkəmənin qənaətinə görə, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72- ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində tələb etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İlk növbədə iddiaçı tərəfindən əmək müqaviləsinə əsassız və qərəzli olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini mübahisələndirmiş və işə bərpa edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş izahatlarla, mülki işin materilları; o cümlədən iddiaçının izahatı ilə sübut olunur ki, iddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən səlahiyyətləri yerinə yetirməmiş, anbardar olduğu dövr ərzində pozuntulara yol vermişdir. Məhkəməmə iddia ərizəsinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsi və iddiaçının vəkili və nümayəndəsinin izahatlarında bildirdiyi bir qisim hallar (kobud pozuntulara yol verilməməsi) mülki işin materialları ilə öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, müvafiq izahatlardan iddiaçının anbardar kimi fəaliyyəti dövründə ciddi nöqsanlara yol verməsi, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarının yerinə yetirməməsi öz təsdiqini tapır. Məhkəmə baxışı zamanı əmrin ləğvi üçün əsas ola biləcək cavabdeh tərəfindən qanunvericiliyin normalarının pozulması faktı aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, “əmrin ləğv edilməsi” hissəsi əsassız olduğundan digər törəmə tələbləri (əmək haqqı tələbi) üzrə əlavə araşdırılmasına lüzum görmür və özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassızdır və bununla bağlı Cavabdeh nümayəndəsinin izahatını və bununla bağlı təqdim edilmiş sübutlarını inandırıcı sayır. İddia tələbi mahiyyəti üzrə əsassız hesab edilərək rədd edildiyinə görə məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməyi zəruri hesab etmir. Məhkəmə bu qənaətə gələrkən mülki prosessual hüququn prosessual qənaət prinsipini rəhbər tutur. Belə ki, iddia müddəti iddia ərizəsi əsaslı olduğu halda tətbiq edilə bilıən institutdur. Hazırki mülki iş üzrə iddianın əsaslılığı öz təsdiqini tapmır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3749/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3749/2024
29.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver