Məhkəmə qərarları › İş №e-2(005)-3758/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3758/2022

30.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3758/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti üçüncü şəxs qismində) “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi qərara əsasən, Cavabdeh baş direktoru Alqış Musayevin ARƏM-nin 45-ci maddəsinin 3-cü hissəsinin, 59-cu maddəsinin və 84-cü maddəsinin 1-ci hissəsinin 5-ci bəndinin tələblərini pozduğu və onu qanunsuz şəkildə işdən uzaqlaşdırdığı sübut olunduğu üçün xx.xx.2021-ci il tarinədək “müddətsiz” olan əmək müqaviləsinin tam şəkildə bərpa olunması, həmin müqavilədə əvvəlki kimi 900 manat əmək haqqı məbləğinin öz əksini tapması; icra prosesi davam etdiyi halda Cavabdeh rəhbərliyinin bir gün əvvəl işə bərpa etməsinə baxmayaraq, bir gün sonra əmək hüquqlarına və gələcək fəaliyyətinə mane yaratmaq məqsədilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə qanunsuz olaraq, qəsdən imzaladığı və “sosial.gov.az” portalında öz əksini tapan xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi; xx.xx.2022-ci il tarixli 03 nömrəli əmrlə qanunsuz işdən azad olunduğu tarixdən xx.xx.2022-ci ilə qədər (5 ay) məcburi iş buraxmaya görə əmək haqqının (təkcə yanvar-may ayları üçün əmək haqqının məbləği 4050 manat təşkil edirdi, onun 2711,48 manatı köçürülüb, 1339 manat qalıb) və əmək müqaviləsinə yenidən xitam verildiyi xx.xx.2022-ci il tarixdən (iyun-iyul aylarınını maaşları ilə birlikdə (1339+810+810) 2959 manat təşkil edir) məhkəmənin qərarı qəbul edilən günə qədər məcburi işburaxma müddəti üçün olan əməkhaqqının bank hesabına tam şəkildə köçürülməsinin təmin olunması; İşsiz qaldığı son 8 ay ərzində ailə-məişət sıxıntıları keçirdiyini, aylardır ailənin yeganə gəlirdən məhrum olunduğunu (son 8 ayda təqribən 9.000 manat borcu yığılıb) heç bir maddi gəlir əldə etmədiyi vəziyyətdə ailə üzvləri qarşısında keçirdiyi stres və s. həmçinin əmək hüquqlarına və gələcək fəaliyyətinə , peşəkar nüfuzuna vurulan zərərə görə Cavabdeh redaksiya tərəfindən 10.000 manat məbləğində təzminatın, son 7 ay ərzində müxtəlif dövlət və ictimai-siyasi qurumlara ünvanlandığı məktubların, poçt-daşıma xərcləri, ilkin mediasiya və məhkəmə rüsumları da daxil olmaqla, ümumilikdə 300 manat Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1994-cü ildən Azərbaycan mətbuatında fəaliyyət göstərir. Son 28 il ərzində ölkədə nəşr olunan qəzetlərdə və digər media orqanlarında müxbir, məsul katibin müavini, məsul katib, redaktor, baş redaktorun birinci müavini vəzifələrində çalışmış, jurnalist-tədqiqatçı kimi çoxsaylı layihələrin və yazı müsabiqələrinin iştirakçısı olmuş, yüksək nailiyyətlər əldə etmişdir. Bütün bu fəaliyyəti yüksək qiymətləndirilmiş AR Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülmüşdür. 2018-ci ilin iyun ayından müddətsiz əmək müqaviləsi ilə Cavabdehndə ştatlı müxbr kimi fəaliyyətə başlamışdır. Koronavirus pandemiyası eləcə də , Vətən Müharibəsi dövründə dövlət siyasətini təbliğ etmişdir. Lakin 10 sentyabr 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə X7 Cavabdehndə baş direktor təyin edildikdən sonra yeni rəhbərlik tərəfindən onun peşəkar fəaliyyətinə maneələr yaradılmışdır. Belə ki , oktyabrın 2-də baş redaktor Alqış Musayev heç bir səbəb göstərmədən ona iş axtarmağı məsləhət görmüş oktyabrın 12-də isə yenidən yanına çağıraraq, kobud şəkildə dərhal işdən çıxmaq üçün ərizə yazmağı tələb edərək, hətta qanunvericiliyə hədə-qorxu göstərmişdir. Bundan sonra isə ona qarşı heç bir etik qaydalara sığmayan , hörmətsiz davranışlara yol verildi, habelə qanunsuz olaraq, yəni rəsmi razılığı olmadan 1 iyun 2018-ci il tarixində bağlanan və “müddətsiz” olan əmək müqaviləsi “müddətli” kimi dəyişdirilmişdir. Beləliklə əmək müqaviləsi “müddətli” olaraq dəyişdirildiyi üçün 5 yanvar 2022-ci il tarixində işə gələndə ona “artıq redaksiyada işləməməsi” çatdırılmışdır. Bütün bu “işdənçıxarma” əməliyyatı zamanı AR Əmək qanunvericiliyinin müvafiq qanunvericiliyini pozmaqla yanaşı , müddətsiz əmək müqaviləsinə xitam verilərkən, onun redaksiyada sosial təminatı ən aşağı və öhdəsində iki 16 yaşınadək uşağı olan , maaşdan savayı kənar bir gəliri olmaması və 50 yaşını adlaryan peşəkar jurnalist olması nəzərə alınmamışdır. Bütün bunlara cavab olaraq 2022-ci ilin fevralın 21-də əmək hüquqlarının pozulması ilə bağlı ARƏƏSMN yanında X8 Xidmətinə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin müraciət əsasında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 3 aya yaxın araşdırma aparılmışdır. Nəticədə Cavabdeh rəhbərliyinin ARƏM-nin 45-ci maddəsinin 3-cü hissəsinə, 59-cu maddəsinin və 84-cü maddəsinin 1-ci hissəsinin 5-ci bəndinin tələblərini pozduğu və onu qanunsuz şəkildə işdən uzaqlaşdırdığı sübut edilmişdir. X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Cavabdeh baş redaktoru Alqış Musayev barəsində ARİXM 192.6-cı maddəsinə əsasən, xx.xx.2022-ci il tarixində MN0020524 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunub. Habelə müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilərək işinə geri qaytarılmağını təmin etməsi üçün X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən A.Musayevə **********24 nömrəli, xx.xx.2022-ci il tarixli məktub ünvanlanıb. Lakin bütün bu tədbirlərə baxmayaraq, ondan xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin “sosial.gov.az” portalında bərpası barədə məlumat aldıqdan sonra bir daha “sosial.gov.az” portalına daxil olmuş və əməkhaqqının birdənbirə 3 dəfə azaldılaraq 300 manat olmuşdur. X8 Xidmətinin Bakı şəhər İdarəsinin ona ünvanlanan məktubunda qeyd olunduğunun əksinə olaraq, müqavilənin bərpası xx.xx.2021-ci il tarinədək müddətsiz olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsi ilə deyil, hansısa yeni və onun xəbəri olmayan müqavilə ilə həyata keçirilib. Halbuki müddətsiz müqavilə bərpa edilibsə, dəyişdirilmiş müqavilədə işçinin işə başlama tarixi də, müqavilənin bağlanma tarixi də, xx.xx.2018ci il kimi göstərilməli idi. Bu səbəblə yenidən ona müddətli əmək müqaviləsi bağlamağ təklif olunmuş və yeni əməkhaqqısının 274 manat təşkil edəcəyi barədə məlumatlandırılmışdır. xx.xx.2022-ci il tarixində səhhəti daha da pisləsdiyi üçün yaşadığı ərazidə həkimə çağırış etmiş və xx.xx.2022-ci l tarixində əmək qabiliyyətinin olmaması vərəqəsi açılmışdır.Bu barədə çalışdığı orqana məlumat vermişdir. Həmin gün xx.xx.2022-ci il tarixdə saat 16:50-də əmək müqaviləsinə xitam verildiyini öyrənmişdir. Xitam səbəbi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Halbuki xx.xx.2022-ci il tarixdə xəstəliylə əlaqədar onun adına açılan vərəqədəndə göründüyü kimi həmin gün bütün iş müddəti üçün işdə olmaya bilər.Bütün bunlar Əmək Məcəlləsinin müvafiq maddələrinə ziddir. İddiaçı iddia ərizəsinin tələblərinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilən zaman onun əmək qabiliyyətinin olmamasını təsdiq edən sənəd təqdim edir. Həmin sənəd əsassız olaraq verilmişdir, məhkəmədə iddia qaldırmaqla sənədi mübahisələndirmək niyyətindədirlər. Digər tərəfdən, iddiaçı işə gəlməməklə əmək intizamını dəfələrlə pozmuşdur, onun barəsində dəfələrlə tənbeh tədbirləri görülmüşdür, bundan nəticə çıxarmamış, ona görə də işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işçi işdə azad olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 nümayəndəsi X6 iddia tələbində göstərilmiş hallarla bağlı İddiaçı təmsil etdiyi quruma müraciət etdiyini qeyd etmiş, əlavə olaraq bildirmişdir ki, vətəndaşın müraciət əsasında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırma aparılmış, əmək qanunvericiliyinin pozulması aşkar olunmuş, Cavabdeh rəhbərliyinin ƏM-nin 45-ci maddəsinin 3-cü hissəsinə, 59-cu maddəsinin və 84-cü maddəsinin 1-ci hissəsinin 5-ci bəndinin tələblərini pozduğu üçün İXM 192.6-cı maddəsinə əsasən, xx.xx.2022-ci il tarixində MN0020524 nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Hazırda isə işçinin əmək qabiliyyəti olmadığı dövrdə işdən çıxarılması yolverilməzdir, əmək qanunvericiliyinin pozulması deməkdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən işə şahid qismində cəlb olunmuş Nurullayeva Nəzirə bildirmişdir ki, Cavabdeh baş redaktorunun müavini qismində çalışmış və 2021-ci ilin dekabrından sonra İddiaçı görməmişdir. Xəstəliyi ilə bağlı hər hansı məlumata sahib deyildir. Məhkəmə iclasında iştirak edən işə şahid qismində cəlb olunmuş X13 bildirmişdir ki, 1996cı ildən Cavabdehndə çalışır. 2022-ci ildə göstərişə əsasən İddiaçı işə çıxması üçün zəng etmişdir. 2022-ci ilin may ayında onu görməmişdir. Xəstəliyi ilə bağlı hər hansı məlumata sahib deyildir. Məhkəmə iclasında iştirak edən işə şahid qismində cəlb olunmuş X3 bildirmişdir ki, 2013-cü ildən Cavabdehndə çalışır. İddiaçı bir neçə aydır ki, işdə olmamışdır, onun barəsində tərtib olunmuş akta imza etmişdir. May, iyun aylarında iddiaçını işdə görməmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: AR ƏƏSMN-nin yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən verilən 05 may 2022ci il tarixli, № **********2 saylı arayışın surətindən görünür ki, Cavabdeh rəhbərliyi tərəfindən X8 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanlanmış məktubdan və əlavə edilmiş sənədlərdən İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətsiz əmək müqaviləsi müxbir vəzifəsində çalışdığı və xx.xx.2021-ci il tarixdən müddətsiz əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı olmadan müddətli əmək müqaviləsi ilə əvəz edildiyi müəyyən olunmuşdur. Bütün bu səbəblərə görə Cavabdeh baş redaktoru X7 barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. 23 Nömrəli Şəhər Poliklinikasının SN0007 seriyalı №-0746679 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev şəraitində müalicə almalı olması qeyd olunmuşdur. “E-Sosial.gov.az” portalından çıxarışa əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə əmək fəaliyyətinə « Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. İşə əlavə edilmiş whatsapp sosial şəbəkəsində olan yazışmaların məzmunundan məlum olur ki, İddiaçı işə üzürlü səbəbdən gələ bilməyəcəyini işəgötürən Cavabdeh əməkdaşı Yeganə Əmirovaya bildirmişdir. xx.xx.2022-ci il tarixli № 2 saylı akta əsasən İddiaçı heç bir səbəb göstərmədən işə gəlməmişdir. xx.xx.2022-ci l tarixli № 3 saylı akta əsasən İddiaçı bir səbəb göstərmədən işə gəlməmişdir. Cavabdeh 23 may 2022-ci il tarixli 43 nömrəli Əmrə əsasən İddiaçı AR ƏM-nin 72-ci maddəsinin “a” bəndinə əsasən töhmət elan olunmuşdur. Cavabdeh 26 may 2022-ci il tarixli 44 nömrəli Əmrə əsasən İddiaçı AR ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən töhmət elan olunmuşdur. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 47-ci maddəsində qeyd edilir ki, əmək funksiyasının xüsusiyyətlərinə, onun icrasının şərtlərinə, müddətinə görə işlərin (xidmətlərin) daimi xarakter daşımadığı hallarda əmək müqaviləsi müddətli bağlanıla bilər; 56.2-ci maddəsinə əsasən məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdehndə müxbir vəzifəsində işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh müxbiri vəzifəsinə bərpa olunması, xx.xx.2022-ci il tarixli 03 nömrəli əmrlə qanunsuz işdən azad olunduğu tarixdən xx.xx.2022-ci ilə qədər (5 ay) məcburi iş buraxmaya görə əmək haqqının (təkcə yanvar-may ayları üçün əmək haqqının məbləği 4050 manat təşkil edirdi, onun 2711,48 manatı köçürülüb, 1339 manat qalıb) və əmək müqaviləsinə yenidən xitam verildiyi xx.xx.2022-ci il tarixdən (iyun-iyul aylarınını maaşları ilə birlikdə (1339+810+810) 2959 manat təşkil edir) məhkəmənin qərarı qəbul edilən günə qədər məcburi işburaxma müddəti üçün olan əməkhaqqının bank hesabına tam şəkildə köçürülməsinin təmin olunması; İşsiz qaldığı son 8 ay ərzində ailə-məişət sıxıntıları keçirdiyini, aylardır ailənin yeganə gəlirdən məhrum olunduğunu (son 8 ayda təqribən 9.000 manat borcu yığılıb) heç bir maddi gəlir əldə etmədiyi vəziyyətdə ailə üzvləri qarşısında keçirdiyi stres və s. həmçinin əmək hüquqlarına və gələcək fəaliyyətinə , peşəkar nüfuzuna vurulan zərərə görə Cavabdeh redaksiya tərəfindən 10.000 manat məbləğində təzminatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi belə halların sırasında göstərilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Belə ki, Cavabdeh xx.xx.2022-ci il tarixli əmrində İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətli olmamış və göstərilən müddət aralığında işdən azad edilmişdir, xx.xx.2022-ci il tarixdən işə başlamalı olması göstərilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı fəaliyyətində işəgötürənin güman etdiyi pozuntular (işə gəlməmə, əmək funksiyasını yerinə yetirməməsi) aşkar edilsə də, onunla bağlanmış əmək müqaviləsinə onun bülletendə olduğu dövrdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə xitam verilməsi qanunsuzdur, əmək qanunvericiliyinin tələblərinə ziddir. Bu səbəbdən Cavabdeh xx.xx.2022-ci il tarixli əmri İddiaçı münasibətdə ləğv edilməli və İddiaçı Cavabdeh müxbiri vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iddia tələbinin “ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır, təmin olunmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı qanunsuz olaraq işdən azad edilməsi sübuta yetirildiyindən ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. (xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı) Digər tərəfdən, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilə qədər olan dövr üçün əmək haqqının ödənilməyən hissəsi iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçının tələbinin bu hissəsi mübahisələndirilməmiş, həmin dövr üzrə əmək haqqının iddiaçıya tam olaraq ödənilməsinə dair sübut təqdim olunmamışdır. İddiaçı mənəvi və işgüzar nüfuza dəyən zərər barədə, eləcə də, poçt və digər xərclərlə bağlı hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia bu hissələrdə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının işə bərpa olunması və əmək haqqının tutulması ona münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X12 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikası ƏM-nin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 50 manat mediasiya xərci tələb olunduğundan Cavabdehndən tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı barəsində xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmri ləğv edilsin. İddiaçı Cavabdeh müxbiri vəzifəsinə bərpa edilsin. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilə qədər olan dövr üçün əmək haqqının ödənilməyən hissəsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 50 manat məbləğində mediasiya xərci Cavabdehndən tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar