Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3777/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndələri X8 və X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X9rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X9rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025–ci il tarixli əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, əvvəlki işinə, yəni Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə qaytarılması, işə bərpa olunacağı günə kimi əmək haqqı hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, mediasiya sessiyası üçün ödəmiş 60 manat və hüquqi yardıma görə ödəmiş olduğu 300 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək Gəncə şəhəri 3 nömrəli tam orta məktəbdə biologiya ixtisası üzrə biologiya müəllimi işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək Gəncə şəhəri 3 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Sonuncu iş yeri olaraq xx.xx.2006-cı il tarixdən xx.xx.2025-ci ilədək Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində işləmişdir. İşlədiyi dövrdə heç bir qanun pozuntusuna yol verməmiş, barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. 2025-ci ilin aprel ayından etibarən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X10- Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ona qarşı heç bir əsaslı səbəb olmadan qərəzli mövqe nümayiş etdirilməyə başlanılmışdır. Halbuki Regionla Təhsil İdarəsinin müdiri Elçin Kərimov vəzifəyə yeni təyin edilmişdir, qısa müddət ərzində onun fəaliyyətini qiymətləndirməsi mümkün olan bir hal deyil. Ona qarşı münasibətin qərəzli olması işin halları ilə tam sübut olunur. Agentliyin Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini X11 Təhsil Sektorunun müdiri vasitəsi ilə onu İdarəyə dəvət edərək könüllü şəkildə ərizə yazaraq işdən azad olunmağını təklif etmiş, əks halda məktəbə monitorinq yoxlama göndərəcəyini və açıq şəkildə Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə onu işdə azad edəcəklərini bildirmişdir. O isə onun təklifi ilə razılaşmamış və pensiya yaşına 1 il 6 ay müddət qaldığını bildirmişdir. Bundan sonra məktəbdə 2 günlük monitorinq yoxlama aparılmışdır. Yoxlamanın nəticəsində isə təlim-tərbiyə işləri üzrə direktor müavininin birbaşa vəzifəsinə aid olan nöqsanlara istinad etməklə ona Agentliyin Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə xx.xx.2025–ci il tarixli 3–29–31/3– 1–222k/2025/2 nömrəli əmr verilmişdir. İşdən azad edilməyi barədə əmr verildikdən sonra iştirakı olmadan direktor otağının açarlarını yenisi ilə əvəz etmişlər. O bu barədə müvafiq qaydada şikayət etmişdir. Bundan əvvəl isə ona hər hansı xəbərdarlıq, töhmət və s. tənbeh verilməmişdir. Ümumiyyətlə intizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 188-ci maddəsinin tələblərinə əsasən Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin intizam tənbehi vermək səlahiyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 188-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Qanunvericilik intizam tənbehi vermək səlahiyyəti olan şəxslərin dairəsini müəyyən etmiş, lakin Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi qanunun bu imperativ normasını da kobud şəkildə pozaraq barəsində qanunsuz və əsassız intizam tənbehi verilməsinə dair əmr vermişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi də bu kobud pozuntunu nəzərə almayaraq, həmin əmrə istinad etmişdir. Qanunvericiliyin tələbinə əsasən heç bir hüquqi qüvvəsi olmayan əmrə istinad edilməklə verilən xx.xx.2025–ci il tarixli işdən azad edilməsi barədə əmrin özlüyündə hər hansı hüquqi qüvvəsi olmamalıdır. Lakin işdən azad olunmağı barədə əmrdə müqavilənin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Tədris ilinin əvvəlində, yəni xx.xx.2024-cü il tarixdə “Rəhbər işçilər arasında vəzifə bölgüsünün aparılması barədə” 279 nömrəli əmr vermiş və həmin əmrlə səlahiyyətli şəxsləri lazımi qaydada tanış etmişdir. Həmin əmrin məzmunundan da açıq aydın görsənir ki, işdən azad edilməyilə bağlı əmrdə ona nöqsan olan göstərilənlərin heç biri onun vəzifə səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2” üzrə əmək müqaviləsi üzrə ona müəyyən olunmuş əmək funksiyası tərəfindən pozulmamış və tam yerinə yetirilmişdir. Direktor müavinlərinin əmək funsiyasına aid olan və qismən yerinə yetirilən əmək funksiyası onun nöqsanı kimi təhrif olunaraq göstərilmişdir. Bu da onu göstərir ki, həqiqətən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X10–Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Elmin Məmmədtağıyev ona dediyi kimi qərəzli olaraq onu işdən azad etmişlər. X5 şifahi olaraq demişdir ki, regionda 24 nəfər direktor işdən azad edilməlidir. Həqiqətən də həmin dövrdə regionda bir neçə nəfər direktor işdən azad edilmişdir. Bundan başqa X4 monitorinq yoxlama olan günü üzrsüz səbəbdən işə gəlmədiyi üçün ondan müvafiq izahat alınmış və gəlmədiyi gün üçün əmək haqqı tutularaq ona xəbərdarlıq edilmişdir. Həmçinin məktəbdə olduğu halda ştat tabelinə imza etməyən işçilərə də məsuliyyətsizlik üçün sonuncu xəbərdarlıq edilmişdir. Digər qüsurlar isə, yəni dərs cədvəlinin tərtibi, əvəzçilik kitabı, jurnallarda olan qüsurlar, davamiyyətə nəzarət təlim-tərbiyə işləri üzrə direktor müavinin səlahiyyətlərinə aid olan işlərdir. Lakin buna baxmayaraq qərəzli olaraq həmin qüsurlar da onun nöqsanı kimi göstərilmişdir. O, əmrin məzmununda şagirdlərin davamiyyəti ilə bağlı hər hansı tədbirlərin görülməməsi ilə əlaqədar bildirmişdir ki, bununla bağlı ünvanlara gedilmiş, valideyinlərə xəbərdarlıq edilmiş və müvafiq aktlar tərtib edilmişdir. O, işlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir. Həmçinin pensiya yaşına 1 il 6 ay müddət qalmışdır. Uzun illər nöqsansız şəkildə işləməyi ümumiyyətlə nəzərə alınmadan qərəzli olaraq işdən azad edilmişdir. Mərhum həyat yoldaşı İ Qarabağ müharibəsi veteranı olmuşdur. Özü şəkər xəstəliyindən və onkoloji xəstəlikdən əziyyət çəkir. Milli Onkologiya Mərkəzində qeydiyyatdadır. Fərdi əmək mübahisələri üzrə məhkəmə praktikası onu göstərir ki, işdən çıxarılma qanunsuz və ya formal xarakter daşıyırsa, işçinin iddiası təmin edilərək işə bərpa edilə bilər. İşin halları onu göstərir ki, onun işdən çıxarılmağı barədə əmr şəxsi qərəz əsasında tərtib edilmiş və nəticə etibarı ilə tamamilə qanunsuzdur. Hər hansı xəbərdarlıq edilmədən birbaşa sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr verilmişdir. Cavabdeh onu qanunsuz işdən çıxartdığı üçün məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməlidir. Cavabdeh etiraz ərizəsi təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, Agentliyin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-29-31/3-1- 303K/2025 nömrəli əmrinə əsasən Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə prosesi, sənədləşmə işləri, şagird müəllim davamiyyəti və kadr idarəçiliyinin təşkili vəziyyəti ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən monitorinq keçirilmişdir. Monitorinq nəticəsində Gəncə şəhər Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini yerinə yetirmədiyi məlum olmuşdur. Belə ki, monitorinq zamanı məktəbdə şagirdlərin dərsə davamiyyətinin kəskin aşağı olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixində 252 nəfər şagirddən cəmi 62 nəfər dərslərdə iştirak etmiş, davamiyyət 24.6% təşkil etmişdir. xx.xx.2025-ci il tarixində isə eyni sayda şagirddən yalnız 55 nəfər dərslərə qatılmış, davamiyyət 21.9% olmuşdur. Bəzi siniflərdə bir neçə şagird, hətta ümumiyyətlə şagirdin dərsdə iştirak etməməsi halları qeydə alınmışdır. Üstəlik, üzrsüz səbəbdən dərsə gəlməyən şagirdlərin əksəriyyətinə qaib qeydlərinin aparılmaması müəyyən edilmişdir ki, bu da mövcud məktəb sənədlərinin aparılması və saxlanması haqqında Təlimatın tələblərinə ziddir. Bundan əlavə, dərs prosesində müəllimlərin iştirakı ilə bağlı ciddi uyğunsuzluqlar müşahidə olunmuşdur. Belə ki, rus dili müəllimi Nurlana Arşadova, informatika müəllimi Günay Bayramova, tarix müəllimi Səbinə Bağırova, biologiya müəllimi İlahə Hacıyeva, rus dili müəllimləri Səidə İsmayılova və Nurlana Hüseynova dərs buraxmış, əvəzetmə qeydlərində ziddiyyətlər və ya imzasızlıq halları aşkar olunmuşdur. Bəzi hallarda dərs əvəz edən müəllim göstərilməmiş, bəzən isə əvəzetmə aparılsa da sənədlərdə qeyd edilməmiş və ya əmək haqqı düzgün hesablanmamışdır. Həmçinin, məktəbin dərs bölgüsü, o cümlədən texniki işçilərin və müəllimlərin ştat bölgüsü düzgün aparılmamış, əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı normativ pozuntular qeydə alınmışdır. Dərs jurnallarında faktiki keçirilməyən X3 (KSQ) imtahanlarının keçirilməsi barədə saxta qeydlərin aparılması dərs cədvəllərində uyğunsuzluqlar, fənn adlarının yanlış göstərilməsi, fərdi təhsilə cəlb edilən şagirdlərlə bağlı əmrlərin düzgün rəsmiləşdirilməməsi və digər sənədləşmə nöqsanları müəyyən olunmuşdur. Beləliklə, İddiaçı təhsil müəssisəsində qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə, təhsil müəssisəsində təhsil və təlim-tərbiyə prosesinin, əmək və icra intizamının normal ahəngini pozmuş, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə, eləcə də ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorlarına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi istisna edilməklə, digər intizam tənbehlərinin tətbiqi ilə bağlı səlahiyyətlərin həcmi bütün hallarda “İmza səlahiyyətlərinin verilməsi haqqında” əmrin 1.1-ci bəndində hüquqi əsasını tapmışdır. Həmin normativ tənzimləməyə uyğun olaraq, qeyd edilən səlahiyyətlərin birbaşa icrası cavabdeh qurum qismində çıxış edən Agentlik tərəfindən tabeliyində fəaliyyət göstərən Regional Təhsil İdarələrinə ötürülmüşdür. Dolayısı ilə, mövcud hüquqi mexanizm çərçivəsində hər hansı qanun pozuntusunun baş verməsi ehtimalı istisna edilir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, 12 sentyabr 2024-cü il tarixdə “Rəhbər işçilər arasında vəzifə bölgüsünün aparılması barədə” 279 nömrəli əmr imzalayaraq müəyyən funksiyaları direktor müavinləri arasında bölüşdürmüş və bununla da məktəbdə yaranmış nöqsanların onun vəzifə səlahiyyətlərinə aid olmadığını əsaslandırmağa çalışmışdır. Əmr yalnız daxili idarəetmə sənədidir və məsuliyyəti aradan qaldırmır.Məktəb direktoru müəssisənin daxili fəaliyyətini tənzimləmək üçün daxili əmrlər verə bilər. Lakin bu, direktorun qanunvericiliklə müəyyən olunmuş əsas rəhbərlik və nəzarət funksiyalarını aradan qaldırmır. Yəni belə bir əmr məktəb direktorunun tabeliyində olan işçilərin fəaliyyətinə ümumi nəzarət və cavabdehlik öhdəliyini ləğv etmir. Əlavə olaraq vəzifə borclarına nəzarət direktorun birbaşa funksiyasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, 18-1 nömrəli qərarı ilə təsdiqlənmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2”na əsasən, məktəb direktoru müəssisənin fəaliyyətini idarə edir, işçilərin əmək funksiyalarının icrasına nəzarət edir və onların icrasına nail olur. Bu isə direktorun əsas funksiyalarından biri də işçilərin üzərinə düşən vəzifələri necə yerinə yetirdiklərini nəzarətdə saxlamaq və qiymətləndirməkdir. Direktor müavininin öz öhdəliklərini yerinə yetirməməsi direktorun məsuliyyətini istisna etmir. Həmçinin nəzarətsizlik və ümumi rəhbərlik öhdəliyinin pozulması da nöqsan sayılır. Əgər direktor müavinlərinin vəzifələri icra olunmayıbsa və bu hal direktor tərəfindən vaxtında aşkarlanmayıb, qarşısı alınmayıbsa və nəticə etibarilə məktəbin fəaliyyətində ciddi nöqsanlara səbəb olubsa, bu artıq idarəetmə və nəzarət funksiyasının yerinə yetirilməməsi kimi qiymətləndirilir və bu məsuliyyət birbaşa direktorun üzərinə düşür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddiaçı 1992-ci il tarixdən müəllim kimi fəaliyyətə başlamışdır. 2001-2006-cı illərdə direktor müavini kimi işləmiş, 2006-cı il tarixdən xx.xx.2025-ci ilədək Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışmışdır. Sektor müdirinin müavini iddiaçını çağıraraq ona qarşılarında yeni plan olduğunu və buna uyğun olaraq da 24 nəfər direktorun könüllü ərizə yazaraq işdən çıxmalı olduğu, ərizə yazmadığı halda isə məktəbə monitorinq göndəriləcəyi bildirilmişdir. Monitorinq yoxlama nəticəsində direktorun səlahiyyətinə aid olmayan nöqsanlar da ona aid edilmişdir. Təhsil sektoru töhmət verib, lakin töhmət birbaşa işdən çıxaran olan cavabdeh tərəfindən verilməli idi. İşdənçıxarma əmri cavabdeh tərəfindən verilmişdir. Lakin əmrin verilməsinə əsas olmuş səbəbi verən qurumun səlahiyyəti olmamışdır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi X8 və X12 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişlər ki, iddiaçı direktor oduğu dövrdə kifayət qədər pozuntulara yol verdiyinə, əmək funksiyalarını layiqincə yerinə yetirmədiyinə görə işdən azad edilmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan N.Aydın adına 18 nömrəli məktəbin direktoru vəzifəsinə təyin edilmişdir; - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X16-Daşkəsən Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli, intizam tənbehinin verilməsi barədə əmrindən görünür ki, Gənə şəhəri Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə monitorinq aparılmışdır. Monitorinq zamanı yuxarı siniflər üzrə şagirdlərin dərsə davamiyyətinin zəif olduğu, 10A sinfində tarix fənnini tədris edən müəllimin və həmin sinfin şagirdlərinin dərsdə iştirak etmədiləri, sinif jurnalında “Şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumatı” səhifəsində heç bir qeydiyyatın aparılmadığı, direktorun illik fəaliyyət planının düzgün tərtib olunmadığı, şagirdlərin dərnəklərə və 10-cu sinifə qəbulu ilə bağlı valideyn ərizələrinin məktəbdə qeydə alınmadığı, əmr kitabında xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək əmrlərin yazılmadığı, ştat və texniki işçilərin davamiyyət kitabında bir sıra işçilərin imza çəkmədikləri, çəkilmiş imzalarda uyğunsuzluqların olması nöqsan və çatışmazlıqlar aşkar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına görə və yol verilmiş nöqsanlara görə məktəbin direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir; - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin direktorunun xx.xx.2025-ci il tarixli intizam tənbehinin verilməsi barədə əmrindən görünür ki, monitorinq zamanı məktəbdə şagirdlərin dərsə davamiyyətinin kəskin aşağı olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixində 252 nəfər şagirddən cəmi 62 nəfər dərslərdə iştirak etmiş, davamiyyət 24.6% təşkil etmişdir. xx.xx.2025-ci il tarixində isə eyni sayda şagirddən yalnız 55 nəfər dərslərə qatılmış, davamiyyət 21.9% olmuşdur. Bəzi siniflərdə bir neçə şagird, hətta ümumiyyətlə şagirdin dərsdə iştirak etməməsi halları qeydə alınmışdır. Üstəlik, üzrsüz səbəbdən dərsə gəlməyən şagirdlərin əksəriyyətinə qaib qeydlərinin aparılmaması müəyyən edilmişdir ki, bu da mövcud məktəb sənədlərinin aparılması və saxlanması haqqında Təlimatın tələblərinə ziddir. Bundan əlavə, dərs prosesində müəllimlərin iştirakı ilə bağlı ciddi uyğunsuzluqlar müşahidə olunmuşdur. Belə ki, rus dili müəllimi Nurlana Arşadova, informatika müəllimi Günay Bayramova, tarix müəllimi Səbinə Bağırova, biologiya müəllimi İlahə Hacıyeva, rus dili müəllimləri Saidə İsmayılova və Nurlana Hüseynova dərs buraxmış, əvəzetmə qeydlərində ziddiyyətlər və ya imzasızlıq halları aşkar olunmuşdur. Bəzi hallarda dərsi əvəz edən müəllim göstərilməmiş, bəzən isə əvəzetmə aparılsa da, sənədlərdə qeyd edilməmiş və ya əmək haqqı düzgün hesablanmamışdır. Həmçinin, məktəbin dərs bölgüsü, o cümlədən texniki işçilərin və müəllimlərin ştat bölgüsü düzgün aparılmamış, əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı normativ pozuntular qeydə alınmışdır. Dərs jurnallarında faktiki keçirilməyən X3 (KSQ) imtahanlarının keçirilməsi barədə saxta qeydlərin aparılması, dərs cədvəllərində uyğunsuzluqlar, fənn adlarının yanlış göstərilməsi, fərdi təhsilə cəlb edilən şagirdlərlə bağlı əmrlərin düzgün rəsmiləşdirilməməsi və digər sənədləşmə nöqsanları müəyyən olunmuşdur. Beləliklə, İddiaçı təhsil müəssisəsində qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə, təhsil müəssisəsində təhsil və təlim-tərbiyə prosesinin, əmək və icra intizamının normal ahəngini pozmuş, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Gəncə şəhəri Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru İddiaçı Bədəl qızı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 02 iyul 2025-ci il tarixindən ləğv edilməsi əmr edilmişdir; - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli, “imza səlahiyyətlərinin verilməsi haqqında” əmrinin surətindən görünür ki, məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorlarına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi istisna olmaqla digər intizam tənbehlərinin tətbiqi barədə əmrləri imzalamaq səlahiyyətinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin müdirlərinə verilməsi əmr edilmişdir; - Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi mediasiya prosesində iştirak etməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2001-ci il tarixdən pedaqoji fəaliyyətlə məşğuldur. xx.xx.2006-cı il tarixdən xx.xx.2025-ci il tarixinədək Gəncə şəhəri, Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır. Aparılmış monitorinq nəticələrinə əsaslanaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı uzun müddət işlədiyi dövrdə heç bir intizam tənbehi almadığına, əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinin zəruriliyinin əsaslandırılmadığına istinad edərək cavabdeh tərəfindən verilmiş xx.xx.2025ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması (“c” bəndi) və əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi (“e” bəndi) belə halların sırasında göstərilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq, qərəzli şəkildə xitam verildiyinə istinad edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Nizami Aydın adına 18 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən monitorinq aparılarkən iddiaçının fəaliyyətində təhsil müəssisəsində tədrisin təşkili, əmək intizamına riayət olunması və digər sahələrdə bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, monitorinqlər, aktlar, arayış və digər rəsmi sənədlərdən görünür ki, iddiaçının rəhbərlik etdiyi təhsil müəssisəsində tədrisin təşkili, sənədləşmə, əmək intizamı, şagird və müəllim davamiyyəti, dərs bölgüsü və daxili nəzarət sahələrində ciddi pozuntular olmuşdur. xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində aparılmış monitorinq zamanı məktəbdə şagird davamiyyəti 21–24% təşkil etmiş, bəzi siniflərdə dərslərin ümumiyyətlə keçirilmədiyi müəyyən olunmuşdur. Müəllimlərin dərs buraxması, əvəzçilik qeydlərində ziddiyyətlər, faktiki keçirilməyən KSQ imtahanlarının jurnallarda keçirilmiş kimi göstərilməsi, fərdi təhsil üzrə sənədləşmədə nöqsanlar, ştat bölgüsü və dərs bölgüsündə uyğunsuzluqlar, davamiyyət jurnallarında imzalarda problemlərin olması iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək funskiyası rəhbərlik etdiyi məktəbin fəaliyyətinin idarə edilməsi, kargüzarlığın və sənədlərin düzgün aparılmasının, işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsinin, müəssisənin təsərrüfat fəaliyyətinin təmin edilməsi və s. olduğu, habelə daxili intizam qaydalarına riayət olunmasına məsuliyyət daşıdığı halda, cavabdeh tərəfindən bunlara əməl edilməmişdir. Yuxarıda göstərilən arayış və aktla rəsmiləşdirilmiş nöqsanlar iddiaçı tərəfindən üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirmədiyini təsdiq edir. Halbuki “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X1” 7-ci bölməsinə görə, direktorun əmək funksiyasına daxildir: Məktəbin fəaliyyətini idarə edir...Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir. Kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır, onların ixtisasartırma təhsilinə olan tələbatını mövcud yanaşmalar əsasında dəqiqləşdirir...İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüfat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlimtərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir. Daxili intizam qaydalarına, müəllimlərin etik davranış qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. İşçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur. Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndinə əsasən isə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək işçinin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 186 və 187-ci maddələrinə uyğun olaraq işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. Məhkəmə həmçinin iddiaçının uzun müddət intizam tənbehi almadan işləməsinin nəzərə alınmaması dəlili ilə bağlı qeyd edir ki, əmək qanunvericiliyində işçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsindən öncə mütləq qaydada işəgötürən tərəfindən başqa intizam tənbehinin tədbiq edilməsi qaydası nəzərdə tutulmamışdır. Belə ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsində işəgötürənə işçinin əmək fəaliyyətində yol verdiyi nöqsanların ağırlıq dərəcəsinə uyğun olaraq intizam tənbehi tətbiq etmək hüququ verilmişdir. Həmçinin hazırki iş üzrə iddiaçı barəsində monitorinq zamanı aşkar edilmiş pozuntulara görə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 11 mart 2025-ci il tarixli əmri ilə töhmət verilmiş, 01 aprel 2025-ci il tarixli əmri ilə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Məhkəmə iddiaçının dərsdə iştirak etməyən uşaqlardan, ailələrindən izahatlar alması, pozuntularla bağlı tədbirlər görməsi barədə təqdim etdiyi aktları, şəxsi və sosial vəziyyətinə dair məlumatları nəzərdən keçirərək qeyd edir ki, uşaqlardan, müəllimlərdən çoxsaylı izahatlar alınması, aktlar tərtib edilməsi müvafiq pozuntuları aradan qaldırmamaqla problemin həllinə səbəb olmamış, müəssisədə daxili nizam-intizam qaydalarını bərpa etməmişdir. Eləcə də iddiaçı uzun müddətdir onkoloji xəstəlik və şəkər xəstəliyindən əziyyət çəkdiyini, müalicə müəssisələrində olduğunu bildirsə də, bu cür hallar əmək qanunvericiliyinə əsasən əmək funksiyalarının yerinə yetirilməməsi ilə bağlı məsuliyyətin istisna edilməsi üçün hüquqi əsas yaratmır. Məhkəmə həmçinin iddiaçının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X16-Daşkəsən Regional Təhsil İdarəsinin intizam tənbehini tətbiq etmək səlahiyyətinə malik olmaması barədə arqumentinə münasibətdə qeyd edir ki, iş materaillarına əlavə edilmiş “imza əlahiyyətlərinin verilməsi haqqında” əmrdən göründüyü kimi Azərbaycan Repbulikasının Elm və Təhsil Nazilriyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi aidiyyatı qaydada özünə məxsus intizam tənbehinin tətbiqi səlahiyyətlərinin müəyyən hissəsini (ç bəndi istisna olmaqla) Regional Təhsil İdarələrinin müdirlərinə həvalə etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə (akt və arayışla) sübut olunur ki, İddiaçı öz vəzifə səlahiyyətlərini lazımınca icra etməmiş, direktor olduğu dövr ərzində aktda göstərilən pozuntulara yol vermişdir. Bununla da əmək və icra intizamının normal ahəngi pozulmuş, işəgötürənin qanuni mənafelərinə ziyan dəymişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunazidd tərtib olunduğu barədə dəlillər öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının əmrin ləğvi və işə bərpa barədə tələbi təmin edilmədiyindən, həmin tələbdən asılı olan məcburi iş buraxmaya görə əmək haqqının, hüquqi yardıma görə çəkilmiş xərcin ödənilməsi tələbi də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması zamanı əmək müqaviləsi ləğv edilərkən cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilmədiyindən və iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddianın təmin edilməsi mümkün deyildir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X9rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X9rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3777/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3777/2025
27.10.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver