Məhkəmə qərarları › İş №e-2(005)-379/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-379/2024

21.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-379/2024 21.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə və birgə vəsait hesabına əladə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi ev 80 D ünvanında yerləşən 10 saylı mənzilə köçürülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 26 iyul 2008-ci il tarixdə Bakı nikah evində (Səadət Sarayı) nikah qeydə alınmışdır (akt qeydiyyat nömrəsi 2169). Birgə nikahdan 20 may 2011-ci il tarixdə X15 və 20 may 2011-ci il tarixdə X16 doğulmuşdur. Birgə nikah dövründə Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi ev 80 D, mənzil 10 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 87.6 kv.m olan mənzil, ümumi dəyəri 204000 manat olan və 11 aprel 2014-cü il tarixli Bakı şəhəri 51 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş ilkin alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş ünvan 2 ünvanında yerləşən 4 otaqlı 57 saylı mənzil və 08 aprel 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış “Lexus RX” 300 markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətindədir. Birgə nikah dövründə İddiaçı adına qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 554 saylı bağ sahəsinin bir hissəsində yerləşən 0.032 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və “BMW 6501 X31” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətindədir. Hazırda Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin icraatında Cavabdeh iddiası üzrə nikahın pozulması, aliment tələbi və uşaqların ananın himayəsində saxlanılması və əmlak bölgüsü və İddiaçı iddiası üzrə Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsiev 80D, mənzil 10 ünvanında yerləşən daşınmaz əmlakın bağışlanmasına dair 7 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisində rəsmiləşdirilmiş 8İ-14907 nömrə ilə qeydiyyata alınmış ərizənin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi ev 80D, mənzil 10 ünvanında yerləşən daşınmaz əmlaka dair 22 may 2023-cü il tarixdə Cavabdeh ilə X11 arasında 7 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisində bağlanmış 4Ə-969 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və bu müqaviləyə əsasən ********** qeydiyyat nömrəsi ilə 27 may 2023-cü il tarixdə X4 adına qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi ev 80D, mənzil 10 yerləşən daşınmaz əmlakın bağışlanmasına dair 7 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisində rəsmiləşdirilmiş 8İ-16890 nömrə ilə qeydiyyata alınmış ərizənin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi ev 80 D, mənzil 10 yerləşən daşınmaz əmlaka dair 08 iyun 2023-cü il tarixdə X11 ilə Cavabdeh arasında 7 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat ofisində bağlanmış 4Ə-1084 reyestr nömrəli bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və bu müqaviləyə əsasən Cavabdeh adına qeydiyyata alınmış çıxarışın ləğv edilməsinə dair mülki işlər vardır. Birgə nikah dövründə, birgə vəsait hesabına digər daşınar və daşınmaz əmlaklarla yanaşı Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 80D, mənzil 10 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 87.6 kv.m olan mənzil alınmışdır. Mənzilin alınmasında istifadə olunan vəsaitin bir hissəsi, yəni 70000 manat, İddiaçı şəxsi vəsaiti olmuşdur. Bu vəsaiti o, nikahdan qabaq almış olduğu Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi məhəllə 3066,ev 40, 66 saylı mənzilin alqı-satqı müqaviləsi əsasında alınmışdır. Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 80D, mənzil 10 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 87.6 kv.m olan mənzilin alış qiymətinin yəni 159000 manatın yerdə qalan hissəsi olan 89000 manat isə birgə nikah dövründə ailənin birgə gəlirləri hesabına formalaşmış vəsait hesabına olmuşdur. Qeyd olunan daşınmaz əmlak Cavabdeh adına keçmiş və ********** qeydiyyat nömrəli 05 noyabr 2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçıla Cavabdeh arasında ailə münasibətləri iyun 2023-cü il tarixədək normal olmuşdur. İddiaçı qayınatası, Cavabdeh atası X6 25 mart 2023-cü il tarixdə vəfatından sonra Cavabdeh anası X11 tək qalmışdır. O, tək qalmaması üçün İddiaçıla Cavabdeh belə qərara gəlmişdirlər ki, Cavabdeh anası onların yaşadığı evə köçsün, nəvələrinin tərbiyəsi ilə məşqul olmağa köməklik göstərsin. Bir müddət keçəndən sonra, Cavabdeh təklif etmişdir ki, onun adına qeydiyyatdan keçmiş mənzili satsınlar və onların faktiki yaşadığı mənzilin qonşuluğundan ev alınsın və anası həmin evdə, onların yaxınlığında yaşasın. Qısa müddət keçdikdən sonra evə alıcının tapıldığı İddiaçı bildirildi. Həmin alıcı Susanna Əlifovanın rəfiqəsinin Rusiya Federasiyasında yaşayan qardaşı olduğu səsləndirildi. 22 may 2023-cü il tarixdə X28 Bayramova telefonla zəng vuraraq sonuncuya 7 saylı ASAN xidmət Mərkəzində olan notariusa evin satılması ilə əlaqədar yaxınlaşmağı xahiş etdi. İddiaçı notariusda olanda ona evin Susanna Əlifovaya bağışlanmasına dair razılıq ərizəsi təqdim edildi. Bunun səbəbini soruşduqda arvadı Cavabdeh bildirdi ki, onun bu ev alqı-satqısı ilə əlaqədar vaxtı yoxdur, ona görə evi anasının adına bağışlayır ki, anası özü evi satııb onların yaşadığı evin yaxınlığında Cavabdeh adına yeni mənzil alsın. Ailə münasibətlərində heç bir gərginlik olmadığından İddiaçı heç nədən şübhələnməyərək evin bağışlanmasına razılıq vermişdir (ərizə reyestrdə 8İ-14907 nömrə ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır). Bağışlanma müqaviləsi dövlət qeydiyyatına alınmış və X4 adına müvafiq çıxarış verilmişdir. 08 iyun 2023-cü il tarixdə Cavabdeh İddiaçı yenidən zəng vuraraq 7 saylı Bakı ASAN Xidmət Mərkəzində olan notariusa yaxınlaşmasını xahiş etmişdir. Səbəbini soruşduqda, 22 may 2023-cü il tarixdə rəsmiləşdirilmiş bağışlama müqaviləsində səhv olduğunu bildirərək, evi təzədən öz adına qaytarılacağını qeyd etdi. İddiaçı həmin mənzildə pasport qeydiyyatında olduğundan və həmin mənzilə istifadə hüququ olduğundan onun razılığı olmadan notariat əməliyyatı aparıla bilməzdi, ona görə İddiaçı yenidən notariusa yaxınlaşaraq mənzilin X17 Bayramovanın adına bağışlanmasına razılıq vermişdir (ərizə reyestrdə 8İ-16890 nömrə ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır). Bağışlanma müqaviləsi dövlət qeydiyyatına alınmış və Cavabdeh adına müvafiq çıxarış verilmişdir. Axşam evdə olanda İddiaçı Cavabdeh bütün bu əməliyyatların səbəbini soruşmuş, lakin sonuncu heç bir əsaslı səbəb göstərmədən, “artıq səninlə yaşamaq istəmirəm” kimi ifadələr işlətmişdir. 20 iyun 2023-cü il tarixdə İddiaçı Aygün Babayevadan mediasiya prosesinin tətbiqi barədə təklif almışdır. Həmin təklifdə mübahisənin predmeti kimi nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması, aliment və əmlak bölgüsü tələbi göstərilmişdir. İddiaçı mediasiya prosesinin tətbiqinə dair təklifi aldıqdan sonra anlamışdır ki, bütün yuxarıda göstərilən əmlakın bağışlanmasına dair müqavilələrin məqsədi onu Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 80D, mənzil 10 ünvanında yerləşən əmlakda olan ikidə bir payından məhrum etmək olmuşdur. Beləliklə Cavabdeh və anası Susanna Əlifova birləşərək İddiaçı aldatmaqla (ona notariat ofisində mənzilin bağışlanmasına razılıq ərizələrini imza etdirməyə aldatma yolu ilə nail olaraq) onun Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 80 D, mənzil 10 ünvanında yerləşən əmlak üzərində olan mülkiyyət hüququndan məhrum etmişdirlər. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, Cavabdeh və Susanna Əlifovanın hərəkətləri ilə aldatma olmadan İddiaçı bu bağışlanma müqavilələrinin bağlanmasına heç bir halda razılıq verməzdi. 08 iyun 2023cü il tarixdən İddiaçı müxtəlif yerlərdə qohumların yanında, gündəlik tutduğu kirayə evlərdə qalmağa məcburdur. Belə ki, qeyd edilən tarixdən İddiaçı və qayınanası Susanna Əlifova tərəfindən bir hissəsi birgə nikah dövründə əldə olunmuş vəsait (89000 manat), bir hissəsi isə İddiaçı nikahdan qabaq məxsus olmuş mənzilin alqı-satqısı nəticəsində (70000 manat) əldə edilmiş vəsait hesabına aldıqları (ümumilikdə 159000 manat) və pasport qeydiyyatında olduğu və eləcə də istifadə hüququ olduğu mənzildən-əmlakdan qovmuşlar. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, tərəfindən nikahın pozulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və nikah xx.xx.2023-cü il tarixli qətnamə ilə pozulmuşdur. İddiaçıla aralarında əmlak mübahisəsi var. O, uzun müddət gömrük orqanlarında çalışmış atası X6 onun adına aldığı, lakin faktiki olaraq atası və anasına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 80D/10 ünvanında yerləşən mənzili ona verməyəcəyi təqdirdə onu öldürəcəyini bildirir. O, dəfələrlə onun fiziki şiddətinə məruz qalmışdır, dəfələrlə azyaşlı övladlarının qarşısında döyülmüşdür. Tərəfindən nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra İddiaçı ona məxsus mobil nömrəni istifadə edərək bir həkim kimi onunla əlaqə saxlayan pasiyentlərinə, qohumlarına və ailə dostlarına öldüyünü bildirmişdir. Lakin mobil nömrə onun tərəfindən istifadə edilmişdir. O, onu tez-tez narahat etdiyi üçün artıq həmin nömrəni istifadə etməməyə başlayıb. Bundan məlumatı olan İddiaçı həmin nömrənin dublikatını çıxararaq istifadə edir. Hətta hazırda da həmin nömrədən istifadə edərək onun adından başqa şəxslərlə danışır. Tərəfindən ərizəyə əlavə edilmiş fotoşəkildən də göründüyü kimi həmin nömrənin “whatsapp” sosial şəbəkəsindəki profil şəkilinə “Ərdən də uşaqlardan da dəyərli puldu pul” mətnini yerləşdirərək onun nüfuzuna xələl gətirir, saxta sübutlar toplayaraq məhkəmədə onun əleyhinə istifadə etməyə çalışır. Eyni zamanda xx.xx.2023-cü il tarixində İddiaçı oğlu Nihad Bayramova zəng vuraraq onu telefona çağırmış, telefonda onu və anasını ölümlə hədələmiş, ona məxsus **-OF-*** dövlət qeydiyyat nişanlı, Lexus markalı avtomobilin şüşələrini qıracağını bildirmişdir. Bundan qısa bir müddət sonra, İddiaçı yaşadığı Bakı şəhəri, ünvan 9 ünvanına söyüşlər yağdırmaqla qapını yumruqlamağa başlamış və açmağını tələb etmişdir. O da təbii ki, belə hədə-qorxu dolu təhdidlər yağdıran və qapı arxasında “od püskürən” aqressiv bir adamdan təhlükə gözlədiyi üçün qorxusundan qapını açmamışdır. Belə olanda İddiaçı öz əlinin barmaqlarını qıracaq qədər aqressivləşmişdir. Onun əlinin qanı qapının qarşısına tökülmüşdür. Həmin fotoşəkillər etiraza əlavə edilir. Bu hadisə ilə bağlı Bakı şəhəri Nəsimi RPİ-yə müraciət etmişdir və aparılan araşdırma zamanı yuxarıda qeyd etdiyi hərəkətləri törətdiyini etiraf etmişdir. xx.xx.2023-cü il tarixdə isə oğlu Nihad Bayramovla marketdən evə qayıdarkən İddiaçı yaşadığı evin ətrafında onun üzərinə hücum edib mübahisəli, yəni atası və anasına məxsus evi ona verməsini, əks təqdirdə üzünə kislata töküb onu öldürəcəyini demişdir. Hətta azyaşlı oğlunun yanında üzərinə hücum etmişdir. O, hazırda atası tərəfindən ona hədiyyə olunmuş evi ələ keçirmək istəyən keçmiş həyat yoldaşı tərəfindən öldürülməklə hədələnir. Bu azmış kimi onun anası X12 xx.xx.2023-cü il tarixdə azyaşlı X29ya zəng edərək haqqında nalayiq ifadələr işlədib onu təhqir etmiş, iş yerində onu rəzil edəcəyini bildirmişdir. Bunu təsdiqləyən 34 saniyəlik video etiraza əlavə edilmişdir. Yuxarıda qeyd etdiyi hadisə ilə əlaqədar tərəfindən “102” qaynar xəttinə zəng edilərək məlumat verilmişdir. Bakı şəhəri, Nəsimi RPİ-nin 20-ci PŞ tərəfindən aparılmış araşdırma nəticəsində İddiaçı ilə aralarında mütəmadi olaraq konflikt yaşanması nəzərə alınaraq, ailə münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. Bundan başqa, onun təhlükəsizliyinin təmin olunması məqsədilə profilaktiki iş aparılmasından ötrü qəbul edilmiş qərar icra olunması üçün Nəsimi RPİ 20-ci PŞ-nin əməkdaşlarına həvalə edilmişdir. Bunu təsdiqləyən Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin baş təhqiqatçısı Nazim Qədirovun qəbul etdiyi xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar etiraza əlavə edilmişdir. Həmçinin tərəflərindən məhkəməyə təqdim ediləcək 15 saniyəlik videogörüntüdən də göründüyü kimi iddiaçı ona hədə-qorxu gəlmiş, “işə gedirsən, ora gedirsən, bura gedirsən, nəysə həyatdı, baxarsan sən...” demişdir. X29 tərəfindən çəkilmiş 33 saniyəlik videodan da göründüyü kimi, İddiaçı ona məxsus maşının pəncərəsindən daxil olaraq onu döyməyə çalışmışdır. Həmin vaxt oğlu Nihad Bayramov da yanında olmuşdur. Onun şəxsiyyəti haqqında tam təsəvvür yaratmaq üçün tərəfindən etiraza əlavə olunmuş 18 saniyəlik videogörüntüdən də göründüyü kimi, övladı X7 atası ilə telefon danışığında “Siz mənə deyirsiniz ki, anamın yiyəsi yoxdur, bəs anam itdir ki, onun yiyəsi yoxdur?!” sualına İddiaçı “Yoxdur da, itin də yiyəsi var, amma sənin ananın yiyəsi yoxdur! İtin yiyəsini çağırıb danışmaq olur, söz demək olur, sənin ananın yiyəsi yoxdur!” kimi nalayiq ifadələrlə cavab vermişdir. Digər 38 saniyəlik videogörüntüdə isə İddiaçı oğlu X16 ilə telefon danışığında “Anana pullu kişi lazım idi, təzəsini tapdı, ona görə məni atdı” kimi 12 yaşlı uşağa deyilməyəcək tərzdə, əxlaqa və tərbiyəyə zidd cümlələrlə övladında ona nifrət oyatmağa çalışmışdır. Bundan başqa İddiaçı bir neçə gün öncə xalası X10 ilə telefon vasitəsi ilə əlaqə saxalayaraq onu öldürəcəyini dəfələrlə bildirmiş, üzünə kislota tökəcəyini təsdiqləmişdir. Bütün bunlar bir daha təsdiqləyir ki, o, hər an ölüm təhlükəsi ilə yaşayır. Sözügedən mənzildə hazırda anası X11 yaşamaqdadır. İddiaçı mənzilə köçürmə ilə bağlı iddiası təmin olunacağı təqdirdə baş verə biləcəkləri təsəvvür etmək çətin deyil. Yuxarıda qeyd etdiklərindən də göründüyü kimi, o yalnız onu yox, anası Susanna Əlifovanı da dəfələrlə ölümlə hədələmişdir. İddiaçı sözügedən mənzili əldə olunma tarixinə əsasən birgə nikah dövründə alınmış əmlak olaraq qələmə versə də, həmin mənzil mərhum atası X6 vəsaiti hesabına alınmış və ona hədiyyə olunmuşdur. Mübahisəli mənzil sənəd üzərində onun mülkiyyəti kimi qeyd olunsa da, həm atasının vəsaiti hesabına alınması, həm də mənzilin yaxın keçmişdə bağışlanma müqaviləsi ilə anasına bağışlanması, daha sonra anasının tərəfindən yenidən bağışlanma müqaviləsi ilə ona bağışlanmasına əsasən sözügedən daşınmaz əmlakı ümumi birgə mülkiyyət statusundan məhrum edir. Məhkəmənin iddia tələbinin təmin olunması ilə nəticələnmiş qətnaməsi onun, övladlarının və anasının ölümünə səbəb ola bilər. İddia ərizəsi tərəfindən rəsmi olaraq xx.xx.2023-cü il tarixdə alınmışdır. Beləliklə o, İddiaçı tərəfindən verilmiş mənzilə köçürülməyə dair iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, 2008-ci il tarixdə iddiaçı ilə cavabdeh nikaha daxil olublar. Birgə nikahdan əkiz övladları dünyaya gəlmişdir. Birgə nikah zamanı bir neçə əmlaklar əldə edilmişdir. Əmlaklardan biri də hazırki iddia üzrə mənzilə köçürülmə tələb olunan mənzildir. Həmin mənzil 2013-cü ildə əldə olunub. Tərəflər 15 il nikahda olublar. Mənzili satıb qaynananın evinin yanından ev almaq istəyirdilər. Sözügedən mənzili Rəşad Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən mənzilini sataraq almışdır. Rəşadı notariusa dəvət edirlər. Rəşad gedib görür ki, mənzil alqı-satqı olunmur, qaynananın adına bağışlanma ilə keçirilir. Rəşad soruşur ki, niyə bağışlanma olunur. Bu zaman cavabdeh bildirir ki, onun alqı-satqı etməyə vaxtı yoxdur. Anasının adına bağışlanma edək o alqı-satqı etsin. Həmin vaxt mənzilə müştəri də tapılmışdı. Müştəri qaynananın Rusiyadakı rəfiqəsinin qardaşı idi. Mənzil keçirdilir qaynananın adına. Bir müddət sonra Rəşad yenidən çağrılır ki, mənzil cavabdehin adına keçsin. Rəşad soruşduqda ki, indi niyə Aygünün adına keçir. Bu zaman da cavabdeh bildirir ki, anası alqı-satqı ilə məşğul olmaq istəmir. Özü alqı-satqı işi ilə məşğul olacaq. Bundan sonra mənzil keçir cavabdehin adına. Bundan 2 gün sonra Mediasiyadan nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və aliment tələbi ilə bağlı arayış gəlir. Rəşad bunu görəndən sonra anlayır ki, mənzili onun əlindən almaq üçün bu cür oyun oynanıb. Bu olanlardan sonra evdə söz-söhbət olur və Rəşadı evdən qovublar. Hazırda Rəşad otellərdə qalır. Yaşamağa yeri yoxdur. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddiaçının mənzilə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi tələbi təmin edilməmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Tərəflər arasında münasibət hazırda kəskindir. İddiaçı cavabdehi ölümlə hədələyir. Bir neçə dəfə işləri polisdə olmuşdur. Buna görə də iddiaçının mənzilə köçürülmə tələbi təmin edilə bilməz. Həmçinin mənzil Aygün xanımın atasının vəsaiti hesabına alınmışdır. Onlar nikah pozulmamışdan əvvəl başqa mənzildə yaşayırdılar. Mübahisələndirilən evdə hazırda cavabdehin anası yaşayır. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, ev onun atası tərəfindən 2014-cü ildə alınıb. Hazırda anası orada yaşayır. Onun uşaqlarıyla yaşadığı ev isə 2011-ci ildə alınıb. Onun çıxarışı olmadığı üçün onlar atasının evinə qeydiyyata düşmüşlər. Atası işiylə bağlı bütün əmlaklarını bacısı və onun adına alırdı. Qarşı tərəf də ev alınan vaxtı işləmirdi. Birgə nikah vaxtı alınan mənzildir, lakin onun üçün nə o, nə qarşı tərəf vəsait qoymayıb. Artıq bu məsələ öz təsdiqini tapıb. Nikaha girən zaman 8 mkr-da yaşayırdı. Daha sonra ev kiçik olduğuna görə atası 2011-ci ildə hazırda yaşadığı və çıxarışı olmayan mənzil aldı, 2011-ci ildən də orada yaşayırlar. Onlar artıq polis idarəsində münaqişəli ailə kimi qeydiyyatdadırlar. Onların bir mənzildə yaşamaları mümkün deyildir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 nikahları xx.xx.2008-ci il tarixdə bağlanmışdır; - AN-İ seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 əvəzindən “Satıcı” X3 Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 80 d, mənzil 10 ünvanında yerləşən ümumi sahəsi 87.6 kv.m olan mənzili “Alıcı” X1 mülkiyyətinə verməyi, “Alıcı” X8 isə mənzilin dəyəri olan 159000 manat məbləğində pulu “Satıcı”ya verməyi öz öhdəsinə götürmüşdür; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 80d, 10 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır; - xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, “Hədiyyə verən” Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 80d, mənzil 10 ünvanında yerləşən ümumi sahəsi 87.6 kv.m olan mənzili “Hədiyyə alan” X4 mülkiyyətinə vermişdir; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 80d, 10 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X4 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır; - İddiaçı xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, o, Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 80d, mənzil 10 ünvanında yerləşən yaşayış sahəsinin bağışlanmasına etiraz etmədiyini bildirmişdir; - xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, “Hədiyyə verən” X11 Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 80d, mənzil 10 ünvanında yerləşən ümumi sahəsi 87.6 kv.m olan mənzili tam mülkiyyət hüququ üzrə “Hədiyyə alan” Cavabdeh vermişdir; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh adına xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 80d, 10 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3068/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və X13 qarşı “bağışlanma müqavilələrinin etibarsızlığı, razılıq ərizələrinin və çıxarışların ləğv edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1842/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3068/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1842/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Nəsimi rayon Polis İdarəsi 20-ci Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh bildirilmişdir ki, keçmiş həyat yoldaşı İddiaçı onu narahat etməsi, daha sonra ünvanına nalayiq ifadələr işlətməsi barədə yazmış olduğu ərizəyə baxılmışdır. Qarşı tərəf olan İddiaçı izahat yazaraq öz əməlini səmimi etiraf etdiyini bildirmişdir. Onu, ünvan 12 ünvanında nalayiq ifadələrlə təhqir edən keçmiş həyat yoldaşı vətəndaş İddiaçı ictimai yerdə ətrafa açıqcasına hörmətsizlik edərək nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətası törətdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib edilərək cərimə edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşdur. Mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 80 d ünvanında yerləşən 10 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh həmin mənzili anası X4 mülkiyyətinə vermiş, mənzil X4 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış, X11 tərəfindən isə xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinə əsasən mənzil tam mülkiyyət hüququ üzrə “hədiyyə alan” Cavabdeh bağışlanmış, hazırda da onun mülkiyyətindədir. Hər iki müqavilə bağlanarkən iddiaçı mənzilin bağışlanmasına dair razılıq ərizəsi vermişdir. İddiaçı ayrıca məhkəmə icraatı qaydasında adıçəkilən müqavilələrin etibarsızlığını mübahisələndirmiş, lakin hər üç instansiya məhkəməsi tərəfindən iddiası təmin edilməmişdir. Hazırda iddiaçı birgə nikah dövründə və birgə vəsait hesabına əldə edildiyinə, eləcə də başqa yaşayış yeri olmadığına əsaslanaraq mübahisələndirilən mənzilə köçürülməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hssəsinə uyğun olaraq, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunduğu kimi, mübahisələndirilən mənzil tərəflərin birgə nikahı dövründə cavabdehin adına əldə edilsə də, 2023-cü il tarixdə bağışlanma müqaviləsinə əsasən cavabdehin anasına bağışlanmış, daha sonra cavabdehin anası tərəfindən yenidən qızına, yəni Cavabdeh bağışlanmışdır. İddiaçı həmin müqavilələri mübahisələndirsə də, iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı həm xx.xx.2023-cü il tarixli, həm də xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələri üzrə ərizələr təqdim edərək, əvvəl arvadı Cavabdeh tərəfindən ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, 80 d, mənzil 10 ünvanında yerləşən mənzilin anası X9 bağışlanmasına razı olduğunu və etirazı olmadığını, daha sonra isə həmin yaşayış sahəsinin yenidən anası X11 tərəfindən Cavabdeh bağışlanmasına etiraz etmədiyini qeyd etmişdir. İddiaçı birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlakın satılması və yeni mənzil əldə edilməsi halında faktiki olaraq satış pulu və əldə ediləcək yeni əmlakda pay hüququna malik şəxs idi. Lakin evin satılmamasını bilərək onun bağışlanması halında o bağışlama ilə bağlı ərizə verməklə faktiki olaraq həmin evdə olan mülkiyyət hüququndan imtina etmiş, bu isə onun artıq həmin evə pay hüququnun olmamasının təsdiqidir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-1842/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci dəfə bağlanmış bağışlama müqaviləsi iddiaçıya görə əhəmiyyətsiz əqd olduğu təqdirdə bu müqavilənin bağlanmasına razılıq verən şəxs kimi ikinci müqavilənin də bağlanmasına razılıq verməsi kimi hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirildiyindən o, birinci müqaviləni mübahisə etmək hüququnu itirmişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi, mübahisəli mənzil birgə nikah dövründə və birgə vəsait hesabına alınmış olsa belə, iddiaçı mənzilin bağışlama yolu ilə özgəninkiləşdirilməsinə razılıq ərizəsi verməyi ilə öz payından imtina etmişdir və bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə də təsdiq edilmişdir. Hazırda qeyd edilən əmlak birgə mülkiyyət rejimindən çıxmışdır. Lakin buna baxmayaraq iddiaçı yenidən mənzilin birgə nikah dövründə və birgə vəsait hesabına alınmış olmasına istinad edərək mənzilə köçürülməsini xahiş etmişdir. İstifadə hüququnun mövcudluğu ilə bağlı isə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi, ev 80d, mənzil 10 ünvanında yerləşən mənzil 2013-cü ildə alınmış və İddiaçı həmin mənzilə qeydiyyata düşmüşdür. 2023-cü ildə mənzil bağışlanmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə uyğun olaraq, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı). Qeyd olunan maddələrin məzmunundan və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən görünür ki, mənzil və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Hazırki iş üzrə isə istər mülki, istərsə də mənzil qanunvericiliyinin tələbləri baxımından iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının hazırda mövcud olması müəyyən edilmir. İddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. İddiaçıya mübahisələndirilən mənzildən müəyyən müddətə istifadə hüququnun verilməsinə münasibətdə isə qeyd edilməlidir ki, hər iki tərəfin izahatları ilə müəyyən olunur ki, onlar ailə həyatı qurduqdan sonra, ümumiyyətlə nikah pozulduğu dövrədək mübahisələndirilən mənzildə yaşamamışdırlar. Digər tərəfdən qanunvericiliyin yanaşmasından da göründüyü kimi, iddiaçının qeyd edilən mənzildən istifadə hüququ məhkəmə tərəfindən o vaxt müəyyən edilə bilərdi ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməsin. Məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, iddaçı İddiaçı mülkiyyətində daşınar və daşınmaz əşyalar mövcuddur. Belə olan təqdirdə iddiaçı, mənzil ehtiyaclarının təmin olunması üçün imkanı və vəsaiti olmayan keçmiş ailə üzvü kateqoriyasına aid edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisələndirilən mənzilə köçürülmə iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi ev 80d ünvanında yerləşən 10 saylı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Nərimanov rayonu, X21 küçəsi ev 80d ünvanında yerləşən 10 saylı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar