Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-388/2023 13.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə2 qarşı, “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” X33 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə, şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi və əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə2 qarşı, “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” X33 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə, şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi və əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 miras qalmiş Bakı şəhəri, Nərimanov rayonu, Qədimbəyov küçəsi, 63a saylı evin, 172 mənzilin dair mərhum X12 adına verilmiş qanun üzrə vərəsəlik haqqında xx.xx.2019-cu il tarixli şahadətnamənin və həmin şahadətnamə əsasında verilmiş mülkiyyət hüquq barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, mərhum Z.B.Məhərrəmovadan miras qalmış, Bakı şəhəri, Nərimanov rayonu, Qədimbəyov küçəsi, 63a saylı evin, 172 nömrəli mənzildən iddiaçıların hər birinə 1/6 hissədə payın və cavabdehlərin hər birinə 1/18 hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların anaları X13 Bakı şəhəri, Nərimanov rayonu, Qədimbəyov küçəsi, 63a saylıevin, 172 mənzilin mülkiyyətçisi olmuşdur. İddiaçıların anaları Z.B.Məhərrəmova xx.xx.2006-cı il tarixində vəfat etmişdir.Qeyd edilən mənzildə iddiaçıların qardaşları X19 ailə üzvləri ilə birikdə yaşayırdılar. İddiaçılar analarının "qırx” mərasimi təşkil edildikdən bir neçə gün sonra sonra E.Y.Məhərrəmovun dəvəti ilə həmin mənzilə yığışıblar. E.Y.Məhərrəmov analarından qalan qızılzinyət əşyalrını iddiaçılar arasında bölüşdürmüşdür. Belə ki, İddiaçı3 anasından miras qalmış qşlı qızıl üzük, İddiaçı2 anasından miras qalmış nişan üzüyü, İddiaçı4 anasından miras qalmış qızıl qolbaq, İddiaçı5 anasından miras qalmış qızıl sırğa və iddiaçı İ.Y.Məhərromova anasından miras qalmış ikiədəd qızıl “onluq” vermiş, iddiaçılar isə həmin zinyət əşyalarını qəbul etmişdirlər. İddiaçı5 iddiaçılara yaşadıqları mənzili anaları Z.Məhərrəmova vəfat etməmişdən bir neçə il əvvəl ona hədiyyə etdiyini bildirmişdir. Nəticədə iddiaçılar qardaşları E.Y.Məhərrəmovun sözünə etimad göstərərək reallıqla barışmışdıllar. Sonradan xx.xx.2022-ci il tarixində X18 vəfat etdikdən sonra onlara şifahi şəkildə eşitmişdirlər ki, əsli həqiqətdə həmin mənzili mərhum anaları Z.B.Məhərrəmova vəfat etməmişdən bir neçə il əvvəl İddiaçı5 hədiyyə etməmişdir. Tam əksininə mərhum E.Y.Məhərrəmov notariat orqanına yanlış məlumat verərək özünü mərhum anası Z.B.Məhərrəmovanın tək qanun üzrə vərəsəsi kimi qələmə verərək qanuna zidd üsulla miras əmlakı əldə etmişdir. Vərəsəlik haqqında şahdətnamə verən notarius digər vərəsələrin çağrılmasını və ya müəyyən edilməsi üçün heç araşdırma aparmamışdır. Qeyd edilənlər barədə iş üzrə maraqlı şəxsin cavab məktubundan sonra iddiaçılar məlumatın doğruluğunu bilmişdirlər. Hal-hazırda mərhum E.Y.Məhərrəmovun övladları, onun qanun üzrə vərəsələri iş üzrə cavabdeh şəxslər anamızda qalan miras əmlaka mərhum E.Y.Məhərrəmovun payına münasibətdə pay əldə etməlidirlər. Qeyd etdiyim faktlar müvafiq orqanlara sorğu verilməklə əldə edilmişdir. Nəticə etibarı ilə mərhum E.Y.Məhərrəmov digər qanun üzrə vərəsələrin hüquqlarını pozaraq analarından qalmış miras mənzil üzərində tək başına mülkiyytət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə Bakı Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Eləcədə vərəsəlik barədə rəsmiləşdirmə aparan natarius qanun üzrə bütün vərəsələrin müəyyən olunub çağrılması üçün lazımı tədbirlər görməmişdir. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclaslarında iştirak etmiş cavabdeh, həmdə iş üzrə digər Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə2 izahatında bildirdi ki, o X19 ilə rəsmi nikahda olmuşdur. X11 anası X13 öldükdən sonra iddiaçılara yanlış məlumat verərək mənzili öz adına keçirməsindən məlumatlı olmadığınl bildirdi və X6 qalan dəyərli zinət əşyalarını iddiaçılar arasında bölməsini və iddiaçıların həmin zinət əşyalarını qəbul etdiklərini təsdiq etdi. Sonra iddia tələblərini qəbul etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 qanuni nümayəndəsi X14 izahat verərək, X11 artıq əvvəlki nikahından olan Cavabdeh2 anası olduğunu və iddia tələbini qəbul etdiyini bildirdi. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 2V-306 nömrəli notariat işinə əlavə edilmiş: Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 176458 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədimbəyov küçəsi, 63a saylı evin, 142 nömrəli mənzil X6 xüsusi mülkiyyəti kimi xx.xx.2003-cü il tarixdə 30/29152 nömrə ilə hüquqi qeydiyyatdan keçmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ 820737 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. X19 tərəfindən notariat ofisinə ünvanlanmış ərizədən müəyyən olunur ki, X19 anası X6 xx.xx.2016-cı il tarixdə öldüyünü, özünün yeganə vərəsə olduğunu və miras əmlakın Bakı şəhəri, Nərimanov rayonu, Qədimbəyov küçəsi, 63a saylı evin, 142 nömrəli mənzildən ibarət olduğunu bildirmişdir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2016-cı il tarixdə ölmüş X6 yeganə vərəsəsi kimi tanınmış və Bakı şəhəri, Nərimanov rayonu, Qədimbəyov küçəsi, 63a saylı evin, 142 nömrəli, ümumi sahəsi 65 kv.m, yaşayış sahəsi 46.73 kv.m olan mənzildən tam pay almalı olduğu göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ 105932 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X5, anası X8r. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ 140402 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 və X14 arasında bağlanmış nikah xx.xx.2012-ci il tarixdə pozulmuşdur və bu barədə həmin tarixdə 90 nömrəli qeyd aparılmışdır. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ 963951 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 və X22 xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuşlar və nikah həmin tarixdə 442 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. Ərə Məhərrəmov, arvada Məhərrəmova soyadları verilmişdir. 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ 589579 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X5, anası Qanuni nümayəndə2dır. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ 219685 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” X33 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 678 nömrəli məktubda qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədimbəyov küçəsi, 63a saylı evin, 142 nömrəli mənzil 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş 2V-306 resyetr nömrəli, xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsaasən X11 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İİ-CЛ 277140 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 xx.xx.1961-ci il tarixdə doğulmuşdur. X7, anası X9r. İ-ЭЖ 729911 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 xx.xx.1967-ci il tarixdə doğulmuşdur. X7, anası X9r. İ-ЭЖ seriyalı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.1965-ci il tarixdə doğulmuşdur. X7, anası X9r. xx.xx.1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı5 xx.xx.1972-ci il tarixdə doğulmuşdur. X7, anası X9r. İ-ЭЖ 488695 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı1 xx.xx.1962-ci il tarixdə doğulmuşdur. X7, anası X9r. Vİ-CЛ 380707 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 xx.xx.1971-ci il tarixdə doğulmuşdur. X7, anası X9r. Beləliklə də, işin araşdırılmış və faktiki müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və X19 onun övladları X6 övladlarıdır. Bakı şəhəri, Nərimanov rayonu, Qədimbəyov küçəsi, 63a saylı evin, 142 nömrəli mənzil X6 xüsusi mülkiyyəti kimi xx.xx.2003-cü il tarixdə 30/29152 nömrə ilə hüquqi qeydiyyatdan keçmişdir. X13 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Bundan sonra X19 notariat ofisinə müraciət edərək anası X6 xx.xx.2016-cı il tarixdə öldüyünü, özünün yeganə vərəsə olduğunu və miras əmlakın Bakı şəhəri, Nərimanov rayonu, Qədimbəyov küçəsi, 63a saylı evin, 142 nömrəli mənzildən ibarət olduğunu bildirmişdir. Ona xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən X19 xx.xx.2016-cı il tarixdə ölmüş X6 yeganə vərəsəsi kimi tanınmış və Bakı şəhəri, Nərimanov rayonu, Qədimbəyov küçəsi, 63a saylı evin, 142 nömrəli, ümumi sahəsi 65 kv.m, yaşayış sahəsi 46.73 kv.m olan mənzildən tam pay almalı olduğu göstərilmişdir. “Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri” X33 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 678 nömrəli məktubdan da bir daha aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Qədimbəyov küçəsi, 63a saylı evin, 142 nömrəli mənzil X16 anasından qanun üzrə vərəsəlik qaydasında keçmişdir və onun tam payda xüsusi mülkiyyətində olmuşdur. Hazırda iddiaçılar məhkəməyə müraciət edərək, sözügedən əmlak barədə X16 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini və əmlakın paylara bölünməsini tələb edirlər. Məhkəmə qeyd edir ki, yuxarıda sadalananlardan iddiaçıların tələblərinin əsaslı olduğu aydın olur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1-ci maddəyə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Göründüyü kimi X19 ilə yanaşı iddiaçılar da X6 uşaqları olmaqla onun əmlakından bərabər paylarda miras almalı idilər. Lakin Z.Məhərrəmovanın ölümündən sonra X19 analarından miras qalan qızıl-zinət əşyalarını hazırki mülki iş üzrə iddiaçılar, yəni bacıqardaşlar arasında bölüşdürmüş, evin isə hələ sağlığında anasının bağışlama müqaviləsi ilə ona hədiyyə etdiyini bildirmişdir. Daha sonra notariat ofisinə ərizə ilə müraciət edən X19 vərəsə olaraq yalnız özünü göstərmişdir. Halbuki özündən başqa qardaş və bacılarının da olmasından xəbərsiz deyildi. Yəni bilərəkdən notariat ofisinə yanlış məlumat vermiş, beləliklə də əmlakı tam payda adına qeydiyyatdan keçirmişdir. İddiaçılar bağışlama müqaviləsinin mövcud olmadığını, E.Məhərrəmovun notariat ofisinə yanlış məlumat verməsini, yeganə qanuni vərəsə kimi mübahisəli mənzili mülkiyyətə keçirməsi faktı barədə yalnız E.Məhərrəmovun ölümündən sonra məlumatlanmışlar. Məhkəmə hesab edir ki, cavabdehlərdən Qanuni nümayəndə2 və Cavabdeh2 qanuni nümayəndəsinin izahatları ilə də iddiaçılar tərəfindən mərhum Zivər Məhərrəmovadan qalan qızıl-zinət əşyalarının qəbul edilməsi faktı təsdiq olunduğundan, həmin fakt işin mübahisəsiz halıdır. Bununla da, iddiaçılar mərhum Z.Məhərrəmovadan qalan miras əmlakı qəbul etmiş olurlar. Belə ki, Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə hesab edir ki, X16 verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” qanunvericiliyin tələblərini pozmaqla əldə edildiyindən etibarsız hesab edilməlidir. Şəhadətnamə etibarsız olduğundan onun əsasında əldə edilmiş həmin şahadətnamə əsasında verilmiş mülkiyyət hüquq barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da etibarsız hesab edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Qədimbəyov küçəsi, 63a saylı evin, 142 nömrəli mənzil üzərində vərəslərin payları yenidən müəyyən edilməlidir. Müəyyən edilməli payların həcmi ilə bağlı məhkəmə qeyd edir ki, X6 ölən zaman sağ olan 6 uşağı olduğundan Bakı şəhəri, Nərimanov rayonu, Qədimbəyov küçəsi, 63a saylı evin, 142 nömrəli mənzil 6 bərabər paylara bölünməli, iddiaçıların hər birinə 1/6 hissədə pay ayrılmalıdır. X19 ölmüş olduğundan əmlakdan ona çatası 1/6 hissədə pay üzərində onun X14 ilə artıq pozulmuş nikahından olan Cavabdeh2, ölən zaman rəsmi nikahda olduğu Qanuni nümayəndə2 və həmin nikahdan olan X10 bərabər payları müəyyən edilməlidir. Yəni Qeyd edilən əmlakdan onların hər birinə 1/18 hissədə pay ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı tərəf dövlət rüsumunun qaytarılmasının tələb etmədiyindən dövlət rüsumu onlara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 miras qalmiş Bakı şəhəri, Nərimanov rayonu, Qədimbəyov küçəsi, 63a saylı evin, 142 mənzilə dair mərhum X11 adına verilmiş xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik haqqında şahadətnamə” və həmin şahadətnamə əsasında verilmiş mülkiyyət hüququ barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. X1 miras qalmış, Bakı şəhəri, Nərimanov rayonu, Qədimbəyov küçəsi, 63a saylı evin, 142 nömrəli mənzildən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 hər birinə 1/6 hissədə pay və Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə2 hər birinə 1/18 hissədə pay müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-388/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-388/2023
13.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver