Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3895/2025 10.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 085 nömrəli əmrin ləğv olunması, onun “Azərbaycan Elmi Tədqiqat İnstitutu” X6 “klinik neyrofiziologiya laboratoriya şöbəsinin böyük elmi işçi” vəzifəsinə bərpa olunması və buraxdığı iş günləri üçün ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi, hər gecikdirilmiş gün üçün 0.1 faiz dəbbə pulunun ödənilməsi, cavabdeh tərəfindən əmək kitabçasında və ƏMAS sistemində əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat məbləğində rüsumun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə mülki işlərin bir icraatda birləşdirilməsi barədə vəsatət təqdim edərək qeyd etmişdir ki, o, X10 Bərpa X1rşı iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək “barəsində töhmət verilməsi barədə xx.xx.2025-ci il tarixli 034 saylı və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə xx.xx.2025-ci il tarixli 049 saylı əmrlərin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin e-2(005)-2974/2025 nömrəli mülki iş Nərimanov Rayon Məhkəməsində hakim X2 icraatındadır. Mübahisələndirilən əmrlər əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsas olduğundan, həmin əmrlər ləğv olunacağı halda onun qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması barədə əmr üçün əsaslar aradan qalxacaqdır. Odur ki, hazırki mülki işin e-2(005)-2974/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında 2(005)-2974/2025 saylı mülki iş vardır. Həmin mülki iş üzrə iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, barəsində töhmət verilməsinə dair xx.xx.2025-ci il tarixli 034 saylı və sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair xx.xx.2025-ci il tarixli 049 saylı əmrlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, hər iki mülki iş üzrə tərəflər eynidir, hazırki mülki iş üzrə mübahisələndirilən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsinə əsas olmuş töhmət və şiddətli töhmət verilməsinə dair əmrlər digər mülki işdə mübahisələndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərardadlarından yalnız Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və s. tələbinə dair 2(005)-3895/2025 saylı mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına daha əvvəl qəbul edilmiş, İddiaçı Cavabdehnə qarşı əmrlərin ləğv edilməsi tələbinə dair 2(005)-2974/2025 saylı mülki işlə bir icraatda birləşdirilməli və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264 və 395-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və s. tələbinə dair 2(005)-3895/2025 saylı mülki iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatına daha əvvəl qəbul edilmiş, İddiaçı Cavabdehnə qarşı əmrlərin ləğv edilməsi tələbinə dair 2(005)-2974/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin və hazırki mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3895/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3895/2025
10.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver