Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-390/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MTK-nın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra etməməyə görə cəmi 23309 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsiev 29 ünvanında İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətində yaşayış sahəsi mövcud olmuşdur. Həmin ünvanda yerləşən yaşayış sahələrinin sökülərək yerində yeni çoxmənzilli binaların inşa edilməsi Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq Sərəncamı ilə Cavabdeh MTK-ya həvalə edilmişdir. Bundan sonra cavabdeh ilə iddiaçı arasında xx.xx.2017-ci il tarixli 20 №-li müqavilə bağlanmışdır. Adıçəkilən müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan yaşayış sahəsi sökülməli və bunun əvəzində həmin ərazidə inşa ediləcək hündür mərtəbəli çoxmənzilli yaşayış binasında 55 kv.m dən ibarət təmirsiz mənzil iddiaçının mülkiyyətinə verilməli idi. Sonradan tərəflər arasında aparılmış danışıqlar nəticəsində xx.xx.2020-ci il tarixdə qeyd olunan müqaviləyə 1 saylı Əlavə bağlanmışdır. Adıçəkilən əlavənin şərtlərinə əsasən müqavilə üzrə verilməsi nəzərdə tutulmuş 55 kv.m dən ibarət təmirsiz mənzilin əvəzinə B bloku, 5-ci mərtəbədə yerləşən 73 saylı ümumi sahəsi 52.03 kv.m dən ibarət təmirsiz mənzili iddiaçının mülkiyyətinə verməli və arada yaranmış yaşayış sahəsinin fərqinin əvəzinə 6000 manat pul vəsaitinin birdəfəlik olaraq iddiaçıya ödəməli idi. Adıçəkilən 1 №-li Əlavənin müddəaları cavabdeh tərəfindən tam şəkildə icra olunmamışdır. Belə ki, cavabdeh tərəfindən 6000 manatlıq birdəfəlik ödəmə həyata keçirilsə də, təhvil verilməsi nəzərdə tutulmuş 52.03 kv.m-lik təmirsiz mənzil iddiaçıya göstərilən ölçüdə təqdim olunmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya təqdim olunan 73 saylı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı aparılan zaman müəyyən edilmişdir ki, həmin mənzilin ümumi sahəsi 44.40 kv.m-dir. Bu ölçülər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olumuş Texniki pasport və Reyestrdən çıxarışda öz əksini tapmışdır. Göründüyü kimi cavabdeh tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 20 №-li müqavilə və onun xx.xx.2020-ci il tarixli, 1 saylı Əlavəsi lazımi şəkildə icra edilməmişdir. Çünki iddiaçıya təqdim olunmalı olan sahə ilə faktiki təqdim olunmuş sahə arasında 8.43 kv.m fərq mövcuddur. Hesab edir ki, yaranmış fərq üzrə cavabdeh tərəfindən iddiaçıya kompensasiya ödənilməlidir. Adıçəkilən kompensasiyanın məbləğinə gəldikdə isə həmin məbləğ tərəflər arasında bağlanmış 1 saylı Əlavədə nəzərdə tutulan şərtlərə uyğun ödənilməlidir. Belə ki, həmin 1 saylı Əlavədə 2.17 kv.m-ə görə iddiaçıya 6000 manat pul ödənilmişdir. Yəni 1 kv.m üçün 2765 manat təşkil edir. Deməli, iddiaçıya təqdim olunmalı olan 8.43 kv.m yaşayış sahəsinin əvəzinə cavabdeh tərəfindən 23309 manat (8.43 kv.m *2765 manat=23309 manat) ödənilməlidir. Bunula bağlı olaraq iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada pretenziya ilə müraciət edilmiş, həmin pretenziya məktubu xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilsə də bu günə kimi hər hansı cavab verilməmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehdən 23309 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi X3 tərəflər arasında mənzildı olan sahə fərqinə dair akt bağlandığını və iddiaçıya ödəniş edildiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 147,149, 73 saylı mənzil (yeni qaydalarla AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 147, M5, m1) İddiaçı tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 20 saylı müqaviləyə əsasən Cavabdeh MTK tərəfindən İddiaçı mülkiyyətində olan yaşayış sahəsi sökülməli və bunun əvəzində həmin ərazidə inşa ediləcək hündür mərtəbəli çoxmənzilli yaşayış binasında 55 kv.m dən ibarət təmirsiz mənzil iddiaçının mülkiyyətinə verilməlidir. xx.xx.2017-ci il tarixli 20 saylı müqaviləyə xx.xx.2020-ci il tarixli 1 saylı Əlavəyə əsasən müqavilə üzrə verilməsi nəzərdə tutulmuş 55 kv.m-dən ibarət təmirsiz mənzilin əvəzinə B bloku, 5-ci mərtəbədə yerləşən 73 saylı ümumi sahəsi 52.03 kv.m dən ibarət təmirsiz mənzili iddiaçının mülkiyyətinə verməli və arada yaranmış yaşayış sahəsinin fərqinin əvəzinə 6000 manat pul vəsaitinin birdəfəlik olaraq iddiaçıya ödəməlidir. xx.xx.2020-ci il tarixli akt və xx.xx.2020-ci il tarixli ərizədən müəyyən olunur ki, B bloku, 5-ci mərtəbədə yerləşən 73 saylı mənzilin sahəsi 50,7 m2 müəyyən olunmuşdur və mövcud olan 2,06 m2 sahə fərqinə görə İddiaçı Cavabdeh MTK tərəfindən 6000 manat pul ödənilmişdir. İddiaçı da öz növbəsində bunu qəbul etdiyini və gələcəkdə Cavabdeh MTK-ya qarşı hər hansı iddia tələbi irəli sürməyəcəyini bildirmişdir. Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1318-9/1392 nömrəli ekspert rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 46,4 kv.metr təşkil etdiyini nəzərə alaraq, sözügedən mənzilin faktiki sahəsi ilə müqavilədə göstərilən sahə (52,83 kv.m) arasında 6,43 kv.metr fərq olduğu müəyyən edilmişdir. Mülki iş materiallarında olan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədə mənzil verilərkən ölçülərin hansı qaydaya əsasən aparıldığına dair məlumat olmadığından sahələr arasında yaranmış fərqin texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzil üçün təmirsiz olaraq 1 kv.m üçün bazar qiymətinin dəyəri, təqribən 1935 manat məbləğində müəyyən edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni, çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisi Cavabdeh MTK tərəfindən həyata keçirilərək, inşa etdiyi çoxmərtəbəli yaşayış binasının B blok, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 52,83 kv.m olan 73 saylı təmirsiz mənzil İddiaçı verilməlidir. Sonradan tərəflər mənzilə baxış keçirən zaman həmin mənzilin sahəsi 50,7 m2 müəyyən olunmuşdur və mövcud olan 2,06 m2 sahə fərqinə görə İddiaçı Cavabdeh MTK tərəfindən 6000 manat pul ödənilmişdir. Hazırda isə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı aparılan zaman həmin mənzilin ümumi sahəsinin 44.40 kv.m olmasının müəyyən edildiyini bildirərək müqavilənin digər tərəfi olan cavabdehdən sahə fərqinə görə pulun tutulmasını tələb edir. Mülki iş üzrə təyin edilmiş ekspertiza ilə mənzilin müqavilədə nəzərdə tutulmuş sahəsi ilə faktiki sahəsi arasında 6,43 kv.metr fərq olduğu müəyyən olunmuşdur.(азалтма ямсалы тятбиг олунмадан) c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarında aydın olur ki, Cavabdeh MTK tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı ümumi sahəsi 52,83 kv.m olan mənzil verməyi öz öhdəsinə götürsə də, ümumi sahəsi 46,4 kv.metr olan mənzil vermişdir. Bununla da Cavabdeh MTK müqavilə üzrə öhdəlikllərini lazımi qaydada icra etməmiş, İddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb olunan pul məbləği ilə bağlı qeyd edir ki, mənzilin müqavilə üzrə nəzərədə tutulmuş ümumi sahəsi və faktiki ümumi sahəsi arasında 6,43 kv.metr fərq olduğu müəyyən edilmiş, iş üzrə verilmiş ekspert rəyi ilə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzil üçün təmirsiz olaraq 1 kv.m üçün bazar qiymətinin dəyəri, təqribən 1935 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda sahə fərqinə görə ödənilməli ümumi məbləğ 12445,05 manat təşkil edir. Lakin nəzərə alınmalıdır ki, tərəflər arasında tərtib olunmuş aktla, Cavabdeh MTK tərəfindən İddiaçı mənzildə olan sahə fərqinə görə 6000 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki bu məbləğ Cavabdeh MTK tərəfindən ödənilməli olan ümumi məbləğdən çıxılmalı və İddiaçı 6442,05 manat ödəniş edilməlidir. Məhkəmə tərəfər arasında olan razılaşmaya əsasən iddiaçının Cavabdeh MTK-yə qarşı gələcəkdə hər hansı iddia tələbinin olmayacağı barədə cavabdehin etirazları ilə bağı qeyd edir ki, şəxsi məhkəmə müdafiəsi hüququndan məhrum etməyə yönəlmiş bu razılaşma şərti qanunvericiliyə zidd olmaqla bu hissədə şərtin əlavə edildiyi zaman nəzərdə tutulmuş hüquqi nəticə doğurmur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK-dan İddiaçı xeyrinə 6442,05 mant pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının ödənilmiş rüsumla bağlı tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun ½ hissəsi, yəni 50 manat pul Cavabdeh MTK-dan, qalan ½ hissəsi, yəni 50 manat pul isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan İddiaçı xeyrinə 6442,05 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun ½ hissəsi, yəni 50 manat pul Cavabdeh MTK-dan, qalan ½ hissəsi, yəni 50 manat pul isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-390/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-390/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver