Məhkəmə qərarları › İş №e-2(005)-3936/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3936/2023

27.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3936/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı əmrin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdalıq edilməsi haqqında” 14-2-4/3-1İ-299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi və həmin əmrin mübahisələndirilməsinə görə vəkillə bağlanmış müqavilə üzrə onun tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş 700 manat məbləğində pulun və mediasiya sessiyasında iştirakla əlaqədar ödənilmiş 60 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2008-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin tabeçiliyində olan “Mədəngeofizika” idarəsində mühasib vəzifəsinə işə qəbul olunmuşdur və 2009-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi İqtisadiyyat va X1 uçotu va hesabatı şöbəsinin aparıcı mühasibi vəzifəsində işləyir. İş fəaliyyəti ərzində həmişə nümunəvi davranışı və işə olan məsuliyyəti ilə fərqlənmiş, öz əmək funksiyalarını hər zaman vicdan və dəqiqliklə yerinə yetirmişdir. İddiaçı xx.xx.2023-cti il tarixdə işlə bağlı Maliyyə va Vergilər Şöbəsinin aparıcı iqtisadçısı Rəşa d Əhmadovun yanında olarkən həmin otaqda işləyən Dadaş Mahmudov İddiaçı "bir də bu otağa gəlmə” deyə söylədi. Bu ifadə iş şəraitinin qaydalarına zidd olduğu halda, yenə də ondan böyük olan həmkarıma etik qaydalara uyğun müraciət edib səbəbini bilmək istədikdə o, mənə cavab olaraq “sən kimsən ki, mən sənə açıqlama verim” dedi və əlavə olaraq guya ki, ona aid olan sirri paylaşdığıma dair yersiz əsas gətirdi. xx.xx.2023-ci il tarixdə X7 bir otaqda işlədiyi üçün onların otağına getdi. Rəşadla görüşüb dəhlizə çıxanda Dadaş Mahmudov onun qarşısına çıxdı, o da onunla olan məsələyə aydınlıq gətirmək üçün Dadaş Mahmudova söhbət etmək istədiyini bildirdi. X8 kobud şəkildə “mənə sənin heç bir sözün ola bilməz” deyərək cavab verdi və İddiaçı itələyərək otaqdan çıxarmağa çalışdı. İş yoldaşı Şahid1 yanlarında olduğu üçün mübahisəni sakitləşdirdi və digər iş yoldaşları Zaur və Hakim də yanlarına gəldilər. İddiaçı Dadaş Mahmudovla aralarındakı anlaşılmazlığı sivil yolla həll etməyə çalışsa da, heç bir nəticə olmadı və əksinə bu hadisə baş verdi. Dadaş Mahmudov onunla olan mübahisədən sonra rəhbərliyə şikayət etdi və barəsində təqdimat yazdı. Bundan sonra rəhbərlik tərəfindən İddiaçı olanlarla bağlı izahat yazmaq tələb olundu. İddiaçı xx.xx.2023-cü il tarixdə izahat yazaraq rəhbərliyə təqdim etdi və ona izahatı yazıb verdikdən sonra işinə davam etməyi, nəticəsi barədə ona məlumat veriləcəyi bildirildi. Həmçinin iş yoldaşları Şahid1, Zaur Məmmədov və Hakim Əsədov da hadisə ilə bağlı xidməti yazı və izahat yazdılar. Bundan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdalıq edilməsi haqqında” 14-2-4/3-1İ- 299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmri təqdim edildi. Həmin əmrlə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verildi, Dadaş Mahmudova isə sadəcə xəbərdarlıq edildi. Hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdarlıq edilməsi haqqında” 14-2-4/3-1İ-299/2023 saylı, xx.xx.2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiyaİdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdarlıq edilməsi haqqında” 14-2-4/3-1İ-299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrində İddiaçı oxşar hallara əvvəllər də yol verdiyinə görə barəsində GGİ-nin müvfiq əmri ilə intizam tədbiri verildiyi üçün hazırki iş üzrə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyi göstərilmiş, belə bir əsaslandırma ilə işəgötürən qanunverciliyin tələblərini pozmuşdur. Belə ki. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiyaİdarəsinin İddiaçı barəsində olan “intizam tənbehinin verilməsi haqqında” SOCAR**********00040020A00477 sayıl əmri xx.xx.2022-ci il tarixdə verilmiş, Əmək Məcəlləsinin 190.1-ci maddəsinin tələblərinə görə isə həmin intizam tənbehi yalnız altı ay ərzində qüvvədə olmuşdur. İşəgötürən isə artıq qüvvədən düşmüş intizam tənbehinə istinad edərək ona sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam tənbehi vermişdir. Bundan əlavə, Dadaş Mahmudov İddiaçı mübahisəyə təhrik etmiş, sonradan aydınlaşdıran zaman İddiaçı heç kimə hər hansı etik davranış qaydalarına zidd söz deməməyi müəyyənləşmiş, o, fiziki güc tətbiq edərək İddiaçı itələmiş və otaqdan çıxarmağa çalışmışdır. Halbuki, Əmək Məcəlləsinin 186.3-cü maddəsinin tələblərinə görə isə xəbərdarlıq intizam tənbehi sayılmır. Buradan aydın olur ki, işəgötürən onların bərabərlik hüququnu pozmuş, ayrı-seçkiliyə yol verərək, Əmək Məcəlləsinin 2-ci maddəsinin tələblərini pozmaqla onun barəsində sərt intizam tənbehi tətbiq etmiş, Dadaş Mahmudova isə intizam tənbehi sayılmayan xəbərdarlıq etmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiyaİdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdalıq edilməsi haqqında” 14-2-4/3-1İ-299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrində guya mübahisə zamanı nəlayiq ifadələr işlədilməsinə yol verildiyinə isitnad etmişlər. Halbuki, həmin mübahisə zamanı İddiaçı tərəfindən hər hansı bir nalayiq ifadələr işlədilməsinə yol verilməmiş, heç kim bu hala şahid olmamışdır. X10, nə də digər şəxslər , şahidlər İddiaçı nalayiq ifadələrdən isitfadə etməyi barədə hər hansı bir fikir səsləndirməmiş, izahatları ilə təsdiq etməmişdirlər. Əgər olsaydı da belə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi təhqir cinayətinin subyektlərini, hansı halların təhqir hesab edilərək həmin əmələ yol vermiş şəxsin cinayət məsuliyyətinə cəlb edilərək cəzalanmasını geniş şəkildə göstərmişdir. Yəni, İddiaçı ən pis halda Dadaş Mahmudovu təhqir etmiş olsaydı da, bu məsələ onların əmək münasibətlərinə, yəni işəgötürənə heç bir aidiyyəti olmamışdır. Cavabdeh iddia etirazla məhkəməyə müraciət edərək etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərdən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi xəbərdarfıq edilə bilər. Bu səbəbdən də D.Mahmudova kollektivdəki nüfuzunu, peşəkarlığını və sair halları nəzərə alaraq, yazılı xəbərdarlıq verilmişdir. Qeyd olunanlarla bağlı, İddiaçı ərizə ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə müraciət etmiş və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən araşdırma aparılmış, intizam tənbehinin tətbiq edilməsi qanunvericiliyin tələbinə uyğun şəkildə aparılması barədə İddiaçı yazılı cavab verilmişdir. Bundan başqa İddiaçı Geofizika və Geologiya İdarəsinə xx.xx.2023-cü il tarixdə ünvanlanmış Mediasiya prosesinin tətbiqi barədə təklifdə mediatorun adı, atasının adı, soyadı və ya mediasiya təşkilatı barədə məlumat göstərilmədiyindən məsaləyə münasibət bildirilməsi mümkün olmamış və İddiaçı bu barədə yazılı məlumat verilmişdir. (Məktubun surəti əlavə olunur). Lakin, Bakı şəhəri Nizami rayon, Nizami Abdullayev küçəsi ev 4/45 yerləşən 2 saylı Mediasiuya təşkilatının mediatoru X4 tərəfindən xx.xx.2023-cü il tarixdə hazırlanış X3 (İMS) barədə bildiriş 12 sentyabr 2023-cü il tarixdə Geofizika və geologiya İdarəsinə daxil olmuşdur. Geofizika və geologiya İdarəsi tərəfindən 14 sentyabr 2023-cü il tarixli 14-2-4/2- 725/2023 nöməli məktubla cavab verilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi Nümayəndə verdiyi iddiaya etiraz ərizəsinə uyğun izahat verərək iddanın təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində çağırılmış Şahid1 ifadəsində bildirdi ki, İddiaçı 2009-cu ildən iş yoldaşı olaraq tanıyır, bir-birlərindən işgüzar asılılıqları yoxdur. Dadaş Mahmudov bir gün heç bir əsası məlum olmadan İddiaçı ilə işləmək istəmədiyini və onu görmək istəmədiyini bildirmişdir. Sonra isə İddiaçı otaqda olarkən onu məcburi olaraq otaqdan çıxarmağa çalışmış və ona burda işləməyəcəyini bildirmişdir. Tərəflər arasında olan bu anlaşılmazlıq ona da təsir etdiyinə görə İddiaçı da çağıraraq Dadaş Mahmudovla mübahisəni həll etməyə çalışmış, lakin barələrində araşdırma başlanmışdır. Bu zaman İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı məhkəmədə işi olduğuna görə ona əsas olmadan daha ağır cəza verildi. İddiaçı öz davranışda hər hansı nalayiq hərəkətlərə yol verməmiş, hər hansı nalayiq söz və ya ifadə işlətməmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində çağırılmış Şahid2 ifadəsində bildirdi ki, İddiaçı və Dadaş Mahmudov arasında yaranmış mübahisə üzrə rəy onun tərəfindən hazırlanmışdır. Toplanmış materiallardan İddiaçı və Dadaş Mahmudovun hərəkətlərində ciddi tənbeh tədbiri tətbiq olunması üçün hər hansı əsas müəyyən edilməmiş və bu yöndə də rəy verilmişdir. Geofizika və geologiya İdarəsinin rəisi Elçin Şirinova ünvanlanmış və Hüquq Şöbəsinin rəisi Şahid2 tərəfindən hazırlanmış hüquqi rəydə qeyd olunur ki, hər iki işçi bir-birini etik davranış qaydalarını pozmaqda təqsirləndirirlər, lakin heç biri bu halı sübut edə bilmir. İÜD-nin tərkibində müəyyən qruplaşmaların mövcud olduğunu nəzərə alaraq hesab edilir ki, mübahisə təxribat nəticəsində yaradılmışdır. Hər iki işinin izahatına görə onlar bir-birinə hörmətsizlik göstərmiş, lakin bu hal əmək və icra intizamının pozulması halı kimi qiymətləndirilə bilməz. “İntizam tənbehinin verilməsi və xəbərdarlıq edilməsi haqqında” 26 iyul 2023-cü il tarixli əmrdə qeyd olunur ki, Geofizika və geologiya İdarəsinin Rəhbərlik yanında aparatının aparıcı iqtisadçısı Dadaş Mahmudov xx.xx.2023-cü il tarixli təqdimat ilə idarə rəhbərliyinə müraciət edərək xx.xx.2023-cü il tarixində GGl-nin Mühasibat uçotu və hesabatı şöbəsinin aparıcı mühasibi İddiaçılə aralarında mübahisə yarandığını, sonuncu tərəfindən ona qarşı etik davranış qaydaları pozularaq kobud rəfdara yol verildiyini bildirərək Quliyev barəsində müvafıq tədbir görülməsini xahiş etmişdir. Qeyd edilənlərlə bağlı İddiaçı və D.Mahmudovun izahatları alınmışdır. Alınmış izahatlardan və hadisənin şahidi olan idarənin digər işçilərin verdikləri yazılı məlumatlardan müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə İddiaçılə Mahmudov arasında şəxsi məsələlərlə bağlı danışıq zamanı aralarında mübahisə yaranmış və etik davranış qaydalarını pozaraq bir-birlərinə qarşı kobud rəfdara və nalaiq ifadələr işlədilməsinə yol vermişlər. Bu hərəkətləri ilə onlar əmək intizamını və müəssisədaxili intizam qaydaları pozulmuşlar. Nəzərə alınmalıdır ki, İddiaçı oxşar hallara əvvəllər də yol verdiyinə görə GGl-nin müvafiq əmri ilə barəsində intizam tənbehi verilmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsini əsas tutularaq Əmək intizamını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən, Mühasibat uçotu və hesabatı şöbəsinin aparıcı mühasibi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi; əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini tam yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən, GGl-nin Rəhbərlik yanında aparatın aparıcı iqtisadçısı X2 xəbərdarlıq edilməsi əmr edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 sentyabr 2023-cü il tarixli qərarda qeyd olunur ki, araşdrıma zamanı müəyyən edilmişdir ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bakı Şəhəri 18 saylı Vəkil Bürosu, büronun vəkili Vəkil və İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında müqavilədən aydın olur ki, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı 500 manat və 200 manat məbləğlərində pul Bakı Şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində işləyir. İddiaçı və eyni idarədə işləyən Dadaş Mahmudov arasında iş vaxtı və iş yerində mübahisə olmuş və barələrində iş yeri tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində verilmiş hüquqi rəydə mübahisənin iş yerinin intizam qaydalarının pozuntusu kimi dəyərləndirilməsi və onların intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasların olmadığı qeyd edilsə də, Dadaş Mahmudova intizam tənbehi sayılmayan xəbərdarlıq edilmiş, lakin İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Hazırda İddiaçı ona bu intizam tənbehinin verilməsinin əsassız olduğunu bildirir və ləğv edilməsini xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslanır. 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 190.1-ci maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. 190.3-cü maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. İş materiallarından aydın olur ki, İddiaçı intizam tənbehinin verilməsi üçün əsas olmuş, onunla Dadaş Mahmudov arasında olan mübahisə zamanı İddiaçı tərəfindən hər hansı nalayiq söz və ya ifadə işlədilməmiş, intizam tənbehinin verilməsinə əsas ola biləcək hər hansı başqa hərəkət edilməmişdir. Bunu hüquq şöbəsi tərəfindən tərtib edilmiş rəy də şahid ifadələri ilə birlikdə təsdiq edir. İddiaçı barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair 26 iyul 2023-cü il tarixli əmrdə qeyd olunur : “İddiaçılə Mahmudov arasında şəxsi məsələlərlə bağlı danışıq zamanı aralarında mübahisə yaranmış və etik davranış qaydalarını pozaraq bir-birlərinə qarşı kobud rəftara və nalayiq ifadələr işlədilməsinə yol vermişlər. Bu hərəkətləri ilə onlar əmək intizamını və müəssisədaxili intizam qaydaları pozulmuşlar. Nəzərə alınmalıdır ki İddiaçı oxşar hallara əvvəllər də yol verdiyinə görə GGl-nin müvafiq əmri ilə barəsində intizam tənbehi verilmişdir.” Lakin iş materialları ilə İddiaçı və Dadaş Mahmudovun bir birlinə qarşı nalayiq ifadələr işlətməsini təsdiq edən heç bir sübut yoxdur. Həmçinin əmrin verilməsinə əsasən olaraq İddiaçı tərəfindən əvvəllər də oxşar hallara yol verilmiş olduğu qeyd olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı barəsində işəgötürən tərəfindən “intizam tənbehinin verilməsi haqqında” xx.xx.2022-ci il tarixli əmr verilmişdir. İddiaçı bu əmrin ləğv edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir və mülki iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Aydındır ki, qeyd edilən əmr xx.xx.2022-ci il tarixli olmaqla üzərindən 6 aydan çox müddət ötmüşdür və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190.1-ci maddəsinə əsasən qüvvədən düşmüşdür. İş materiallarında İddiaçı barəsində başqa intizam tənbehinin verilməsi müəyyən olunmur. Belə olan halda artıq qüvvədən düşmüş intizam tənbehinə əsaslanaraq şəxsə yeni, daha ağır intizam tənbehinin verilməsi əmək qanunvericiliyinin pozuntusudur. Ümumiyyətlə, İddiaçı və Dadaş Mahmudov arasında yaranmış mübahisənin inzitam pozuntusu olmadığını göstərən dəlillər olduğu halda əmrin məhz nəyə əsaslanması aydın deyil, əsaslandığı hallar isə yuxarıda qeyd edilən əsaslardan qanunvericiliyə uyğun deyil. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş və etirazlarını məhkəməyə təqdim etmişdir. Lakin qeyd edilən əmrin əsaslandığı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı və Dadaş Mahmudov arasında olan mübahisə zamanı İddiaçı və ya Dadaş Mahmudov tərəfindən daxili intizam qaydalarının daha kobud pozulduğu aydın olmadığı halda, Dadaş Mahmudova inzitam tənbehi sayılmayan xəbərdarlıq edilmiş, İddiaçı isə intizam tənbehi tətbiq edilmişdir. Bu isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3-cü maddəsinə əsasən bərabərlik hüququnun pozuntusudur. Cavabdeh etiraz ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3-cü maddəsinə istinad etməklə Dadaş Mahmudova intizam tənbehi verilmədiyini qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Məhkəmə qeyd edir ki, cavabdeh etirazında qeyd edilən normaya istinad etsə də, bu normanı hansı əsaslardan çıxış edərək, Dadaş Mahmudoa tətbiq edildiyi aydın deyil. Belə olan halda bu norma İddiaçı da tətbiq edilə bilərdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırki halda isə cavabdeh iddiaya etirazını əsaslanıra bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdalıq edilməsi haqqında” 14-2-4/3-1İ-299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi hissəsində iddia tələbi əsaslıdır və bu hissədə təmin edilməlidir. Məhkəmə vəkillə bağlanmış müqavilə üzrə onun tərəfindən göstərilən hüquqi yardıma görə ödənilmiş 700 manat məbləğində pulun və mediasiya sessiyasında iştirakla əlaqədar ödənilmiş 60 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən tutulub İddiaçı verilməsi hissəsində iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçının vəkilin xidmətindən istifadə etməsi iş materiallarında olan vəkil orderindən, müqavilədən və ödəniş qəbzlərindən aydın olduğu üçün məhkəmə vəkil xərcinin cavabdehdən tutulmasını qanuni hesab edir, lakin tutulmalı olan məbləğə münasibətdə tələb olunan vəkil xərcinin 200 manat məbləğində tutulmasını daha ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 78.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir; sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “intizam tənbehinin verilməsi və xəbərdalıq edilməsi haqqında” 14-2-4/3-1İ-299/2023 saylı, xx.xx.2023-cü il tarixli əmri ləğv edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən vəkil xərcinə görə 200 manat, mediasiya xərci olaraq 60 manat pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar