Məhkəmə qərarları › İş №e-2(005)-3998/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3998/2025

06.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3998/2025 06.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (X20, X17, X9, X14 və X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsin) qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: vərəsəlik hüququnun tanınması) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Seyran oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (X20, X17, X9, X14 və X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsin) qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 30 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı verilmiş 056601 №-li arayışdan görünür ki, İddiaçı Bakı şəhəri,Nərimanov rayonu, Rəhman Şıxəliyev küçəsi 20 №-li mənzildə pasport qeydiyyatındadır. Bakı şəhəri, Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 14 iyun 2025-ci il tarixdə verilmiş AZ-İİ 270196 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X6 xx.xx.2010-cu il tarixdə beyin insultu səbəbi ilə vəfat etmişdir. Bakı 3 saylı Notariat Ofisi tərəfindən İddiaçı göndərilən 06 avqust 2025-ci il tarixli məktubdan görünür ki,adın yazlışındakı uyğunzuluqlar miras qoyanın şəxsiyyətinin eyniləşdirilməsini çətinləşdirir və təqdim olunan sənədlərin hüquqi baxımdan miras işinin rəsmiləşdirilməsinə imkan vermir.Sənədlərdəki uyğunsuzluqların aradan qaldırılması və buraxılmış müddətin bərpası məqsədi ilə Azərbaycan Respublikasının məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X33 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüququn ölmüş şəxsə məlum olması haqqında dövlət reyestrindən arayışdan görünür ki,ünvan 1 ünvanında yerləşən mənzil və 0,0201 ha torpaq sahəsi X2 adına xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçı X2 vərəsəsi kimi tanınması, X1 miras qalmış - ünvan 4vanındakı fərdi yaşayış evi miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülməmiş hesab edilməsi, X1 miras qalmış - ünvan 4vanındakı fərdi yaşayış evinə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdehnə qarşı (X20, X17, X9, X14 və X10 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsin) qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı miras qoyan X2 vərəsəsi kimi tanınması, X1 miras qalmış - ünvan 4vanındakı fərdi yaşayış evi miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülməmiş hesab edilməsi, X1 miras qalmış - ünvan 4vanındakı fərdi yaşayış evinə dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının anası X3 məxsus olmuşdur. xx.xx.2010-cu il tarixində X6 vəfat etmişdir. Anası vəfat etdikdən sonra iddiaçı vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Cavabdehnə müraciət etsə də, notariat orqanı rəsmi imtina məktubu verərək vərəsəliyin qəbulu üçün müddətin ötürüldüyü qənaətinə gəlmişdir. Halbuki, iddiaçı mirası faktiki olaraq qəbul etmişdir. Belə ki, İddiaçı anası X2 ölümündən sonra da həmin ünvanda yaşamış, həmin mənzilə sahiblik etmişdir. İddiaçı həmin ünvanda öz ailə üzvləri ilə birlikdə pasport qeydiyyatındadır, mənzilə həm sahiblik etmiş, həmdə istifadə etmişdir. Bununla bağlı 30 saylı MKİS də müvafiq arayış vermişdir. a) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdehnə tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil edilməmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Seyran oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdirlər. Lakin üçüncü şəxs X20 “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq,iddia tələbinə etirazı olmadığını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X25 izahatında bildirdi ki,iddiaçı onun anasıdır.Mübahisəli mənzildə anası,atası və özü yaşayıb. İddiaçının qohumları mübahisəli mənzildə yaşamadıqlarını və bununla bağlı iddia tələblərinin olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X17 bildirdi ki,iddia tələbinin təmin edilməsinə etiraz etmir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 bildirdi ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 bildirdi ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 bildirdi ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materialları - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 30 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı verilmiş 056601 №-li arayışdan görünür ki, İddiaçı Bakı şəhəri,Nərimanov rayonu,Rəhman Şıxəliyev küçəsi 20 №-li mənzildə pasport qeydiyyatındadır. - Bakı şəhəri,Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 14 iyun 2025-ci il tarixdə verilmiş AZ-İİ 270196 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X6 xx.xx.2010-cu il tarixdə beyin insultu səbəbi ilə vəfat etmişdir. -Zəngilan rayon Ağalı icra nümayəndəliyi tərəfindən 26 sentyabr 2024-cü il tarixdə verilmiş,AZ-İV 844995 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,İddiaçı xx.xx.1952-ci il tarixdə Zəngilan rayon,Ağalı kəndində anadan olmuşdur.X15 oğlu,anası-X4r. - Bakı 3 saylı Notariat Ofisi tərəfindən İddiaçı göndərilən 06 avqust 2025-ci il tarixli məktubdan görünür ki,adın yazlışındakı uyğunzuluqlar miras qoyanın şəxsiyyətinin eyniləşdirilməsini çətinləşdirir və təqdim olunan sənədlərin hüquqi baxımdan miras işinin rəsmiləşdirilməsinə imkan vermir.Sənədlərdəki uyğunsuzluqların aradan qaldırılması və buraxılmış müddətin bərpası məqsədi ilə Azərbaycan Respublikasının məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunur. - Zəngilan rayon Qeydiyyat şöbəsi tərəfindən 19 iyun 2025-ci il tarixli,AZ-T 305221 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Zamanova X8 rayonu,Ağalı kəndində doğulmuşdur.X5 qızı,atası- X18r. - 02 avqust 2025-ci il tarixdə X11 təqdim edilən arayışdan görünür ki, X19 06 iyun 1967-ci il tarixdə Zəngilan rayon Ağalı kəndində anadan olmuşdur.X16 oğlu,anası- X4r. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X33 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüququn ölmüş şəxsə məlum olması haqqında dövlət reyestrindən arayışdan görünür ki,ünvan 1 ünvanında yerləşən mənzil və 0,0201 ha torpaq sahəsi X2 adına xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. - Ödəniş qəbzinin surətindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Maddə 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Maddə 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Maddə 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir; Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər; Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Sadalanan normaların tələblərinə istinadən qeyd edilməlidir ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın”: 7-2.-ci bəndinə əsasən Notarius daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlərin (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) elektron nüsxəsini “Elektron notariat” informasiya sistemi vasitəsilə hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın dövlət reyestrinin informasiya sisteminə ötürür. Bu zaman bu Təlimatın 7-1-ci hissəsi ilə müəyyən edilmiş göstərişlər müvafiq qaydada tətbiq edilir.”. İşə baxan məhkəmənin mövqeyi: Sadalanan normaların tələblərinə istinadən qeyd edilməlidir ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı ilə müəyyənləşdirilən hüquqi mövqeyin hazırkı işə tətbiqi mümkün deyildir. Çünki həminqərarda “mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil ediləcəyi” xüsusi olaraq göstərilmişdir. Hazırkı iş üzrə vərəsəlik münasibətləri 26 dekabr 2023-cü il tarixdən əvvəl yaranmışdır. Bu səbəbdən mübahisə həmin dövrdə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 4vanındakı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının anası X3 məxsus olmuşdur. xx.xx.2010-cu il tarixində X6 vəfat etmişdir.İddiaçı vərəsəlik şəhadətnaməsinin alınması məqsədi ilə Cavabdehnə müraciət etsə də, notariat orqanı rəsmi imtina məktubu verərək vərəsəliyin qəbulu üçün müddətin ötürüldüyü qənaətinə gəlmişdir. Daşınmaz Əmlakın Dövlət və X29 şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 22 oktyabr 2025-ci il tarixli arayışa əsasən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzil ünvan 4vanı kimi mərhum X2 adına qeydiyyata alınmışdır.Hazırda iddiaçı mübahisəli daşınmaz əmlakın miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülməmiş hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Mülki işin materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, hazırda mübahisəli əmlakda iddiaçı qeydiyyatdadır və yaşayır.İddiaçı anasının ölümündən sonra da həmin mənzildə faktiki sahiblik və istifadə etməyi, miras əmlakı fatiki qəbul etmiş olmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı valideynləri vəfat etdikdən sonra faktiki olaraq ünvan 4vanında yaşamasını, valideynlərinə məxsus evə qulluq göstərdiyini və həmin daşınmaz əmlakı qəbul etdiyini şəksiz nümayış etdirmişdir.Digər vərəsələr iddiaçının faktiki olaraq həmin evdə mülkiyyətçi ilə birlikdə yaşadığını qəbul etmişlər və bu halı mübahisələndirməmişlər, iddia tələbinin təmin olunmasına etirazlarını bildirməmişlər. Bundan başqa X2 vəfat etməsi xx.xx.2010-cu il tarixə təsadüf etsə də, onun qızı İddiaçı ölən günə kimi xx.xx.2010-cu il tarixə kimi həmin evdə yaşamış, lakin əmlaka dair vərəsəlik haqqında şəhadətnamə almamışdır. İddiaçı həmin ünvanda öz ailə üzvləri ilə birlikdə pasport qeydiyyatındadır, mənzilə həm sahiblik etmiş, həmdə istifadə etmişdir. Bununla bağlı 30 saylı MKİS də müvafiq arayış vermişdir. Bununla da müəyyən olunmuş müddəti ötürüldüyünün üzrlü hesab olunmasını xahiş etmişdir. İddiaçı iddia tələblərində xx.xx.2010-cu il il tarixdə vəfat etmiş məhrum anası X1 miras qalmış - ünvan 4vanındakı fərdi yaşayış evi miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülməmiş hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi, daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi digər tələbləri də əhatə etdiyindən, iddia tam olaraq təmin edilmiş hesab olunur. Həmçinin məhkəmə onu da nəzərə alır ki, iddiaçı müddətin buraxılmamış hesab edilməsini xahiş etsə də, tərəflərin izahatlarından, mülki işin materiallarından müəyyən edilir ki, miras əmlak həmişə iddiaçının istifadə və sahibliyində olmuş və beləliklə, iddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Odur ki, hər hansı müddətin itirilməmiş hesab edilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mərhum anası X2 vərəsəsi kimi tanınsın və ona ünvan 4vanındakı fərdi yaşayış evinə dair vərəsəlik haqqında şəhadətnamə verilsin. Hazırki qətnamə İddiaçı mərhum anası X3 məxsus olmuş ünvan 4vanındakı fərdi yaşayış evinə dair vərəsəlik haqqında şəhadətnamə miras qalmış əmlaka dair qanunvericiliyə uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar